Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3503/2023 04.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 cəlb edilməklə) qarşı iş üzrə 2(102)-3503/2023 QƏRARİ (Açar sözlər: kompensasiya verilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi, mənzildən çıxarılma tələbi) Hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı iddiaçının mülkiyyətində olan Astara rayon Sığaloni kəndində 0.10 hektar torpaq sahəsində yerləşən ümumi yaşayış sahəsi 193.6 kv.m olan fərdi yaşayış evindən 3000 manat məbləğində kompensasiya verilməklə və istif adə hüququna xitam verilməklə mənzildən çıxarılması tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 aprel 2023-cü il tarixli, 2(106)-418/23 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 04 noyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra mətndə iddiaçı) müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 ilə 1974-cü il tarixdə ailə qurmuşlar. Birgə nikahdan beş uşaqları anadan olmuşdur. Uşaqlardan 14 aprel 1976-cı il təvəllüdlü X9 hərbi xidmətdə olarkən xəstələnmiş və 19 yanvar 1998-ci il tarixdə ölmüşdür. X10 Qarabağ müharibəsinin iştirakçısı və müharibə veteranı olduğunu bildirmişdir. Digər uşaqları yetkinlik yaşına çatmışlar, ö zlərinə ailə həyatı qurmaqla ondan ayrı yaşayırlar.
2. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, 12011380 saylı çıxarışa əsasən Astara rayonu, Sığaloni kəndində 0,10 hektar torpaq sahəsi üzərində yerləş ən 196,3 kvadrat metr ümumi sahəsi olan, fərdi yaşayı. Evi və həmin evin yerləşdiyi 0,10 hektar həyətyanı torpaq sahəsi İddiaçı payı tam olmaqla, onun xüsusi mülkiyyətindədir.
3. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən və Astara rayon İHB-nın Siyakü kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı 04 fevral 1952-ci il tarixdə Astara rayonu Hamuşam kəndində anadan olmaqla, Astara rayonu Vaqo kəndində yaşayır və aşağıdakı ailə tərkibi vardı r: X1 və Cavabdeh.
4. Astara rayon İHB-nın Sıyakü kənd İƏD-si üzrə nümayəndəliyi tərəfinfən verilmiş arayışdan görünür ki, Astara rayonu, Vaqo kəndi ərazisində fərdi evin kirayə haqqı 40 (qırx) manat təşkil edir.
5. Mütəxəssis rəyinə əsasən Astara rayon Sıyakü nümayəndəliyinin Vaqo kəndi ərazisində yaşamaq üçün hər bir şəraiti olan bir otaqlı evin tikilməsi üçün 2500-3000 manat pul vəsaiti lazımdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəmələrində icraat
6. İddiaçı cavabdehə qarşı iddiaçının mülkiyyətində olan Astara rayonu Sığaloni kəndində 0.10 hektar torpaq sahəsində yerləşən ümumi yaşayış sahəsi 193.6 kvadrat metr olan fərdi yaşayış evindən 3000 (üç min) manat məbləğində kompensasiya verilməklə istifadə hüququna xitam verilməklə mənzildən çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
7. İddiaçı işin hallarına istinad edərək iddia tələbini belə əsaslanmışdır ki, o, X5 ilə 1974-cü il tarixdə ailə qurmuşlar. Birgə nikahdan beş uşaqları anadan olmuşdur. Uşaqlardan 14 aprel 1976-cı il təvəllüdlü X9 hərbi xidmətdə olarkən xəstələnmiş və 19 yanvar 1998-ci il tarixdə ölmüşdür. X10 Qarabağ müharibəsinin iştirakçısı və müharibə veteranı olduğunu bildirmişdir. Digər uşaqları yetkinlik yaşına çatmışlar, özlərinə ailə həyatı qurmaqla ondan ayrı yaşayırlar. O, Cavabdeha bir valideyn kimi 2013-cü il tarixdə toy edib sonuncunu evləndirmişdir. Evləndikdən sonra cavabdeh arvadı ilə on iki gün onun mülkiyyətində olan evdə yaşamış, sonradan isə Baki şəhəri Xəzər rayonu Buzovna qəsəbəsində 0,25 hektar torpaq sahəsində dörd otaqlı ev tikmi ş və ailəsi ilə həmin evə köçmüşdür. Cavabdehin öz evinin olmasına baxmayaraq, son dörd ilə yaxın müddətdə onun mülkiyyətində olan fərdi yaşayış evində yaşadığını, ona bir valideyn kimi hörmət saxlamadığını bildirmişdir. Bununla əlaqədar cavabdehlə bir evdə yaşamaq mümkün olmamışdır. Belə ki, cavabdeh dəfələrlə ona qarşı fiziki şiddət göstərməyə cəhd etmişdir. Onların bir yerdə yaşamaları gələcəkdə cinayət hadisəsinə səbəb olacaqdır. Astara rayonu Vaqo kəndi ərazisində fərdi yaşayış evin aylıq mənzil kirayə haqqı 40 manatdək məbləğində təşkil edir.
8. Astara Rayon Məhkəməsinin (hakim M. İ. Məmmədov) 11 noyabr 2022-ci il tarixli, 2(018)-1244/2022 saylı qətnaməsi ilə iddia təmin edilərək Cavabdeh İddiaçı xüsusi mülkiyyətində olan Astara rayonu Sığaloni kəndində 0,10 hektar torpaq sahəsində yerləşən 196.3 kvadratmetr ümumi sahədən ibarət fərdi yaşayış evinə olan istifadə hüququna 3000 manat kompensasiya verilməklə xitam verilməsi, Cavabdeh İddiaçı xüsusi mülkiyyətində olan Astara rayonu Sığaloni kəndində 0,10 hektar torpaq sahəsində yerləşən 196,3 kvadratmetr ümumi sahədən ibarət fərdi yaşayış evindən çıxarılması və İddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmişdir.
9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, 12011380 saylı çıxarışa əsasən Astara rayonu, Sığaloni kəndində 0,10 hektar torpaq sahəsi üzərində yerləşən 196,3 kvadrat metr ümumi sahəsi olan, fərdi yaşay ı. Evi və həmin evin yerləşdiyi 0,10 hektar həyətyanı torpaq sahəsi İddiaçı payı tam olmaqla, onun xüsusi mülkiyyətindədir. Cavabdeh isə iddiaçı ilə onun fərdi yaşayış evindən istifadəsinə dair hər hansı bir müqavilə bağlamamışdır. Həmçinin kompensasiya verilməklə yaşayış sahəsindən istifadə hüququna xitam barədə tələbi evin mülkiyyətçisi yəni iddiaçı vermişdir. Fərdi yaşayış evi qanuni əsasla əldə edilmişdir və iddiaçının xüsusi mülkiyyətindədir. Cavabdehin mübahisələndirilən yaşayış evində yaşamağı üçün hər hansi hüquqi əsası yoxdur və bununla bağlı cavabdeh iddiaçının mülkiyyətində olan fərdi yaşayış evindən çıxarılmalıdır. Həmçinin məhkəmə iddiaçının cavabdehə mübahisəli evdən istifadə hüququna xitam verilməsi üçün təklif edilən 3000 (üç min) manat məbləğdə kompensasiya məbləğini ağlab atan olmaqla, onun mənafeyinə uyğun hesab edib. İş üzrə faktiki hallar təklif edilən kompensasiya məbləğinin yetərli olması qənaətinə gəlməyə əsas verir.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə, 29., 43-cü maddələrinə və 71-ci maddəsinin 1 hissəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 146, 152.1, 153.3, 157.2, 228.2, 228.2-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəmələrindəki icraat
11. İş üzrə Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməli və ağlabatan kompensasiya müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, Astara rayonunun Sığaloni kəndində 0,10 ha torpaq sahəsində yerləşən ümumi yaşayış sah əsi 196,3 kv.m olan evdə doğulmuş və orada yaşamışdır. 2013-cü ildə ailə qurmuş və həyat yoldaşı həmin evə gəlin köçmüşdür. Sonra Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsində 0,25 ha torpaq sahəsində 4 otaqlı ev tikib ora köçmüşlər. Lakin həmin torpaq sahəsi və üstündə tikilən ev ailə daxili ziddiyyətlər üzündən onun istifadəsindən çıxmış və nikahı pozulmuş, birgə nikahdan doğulmuş uşaq ananın yanında saxlanılmışdır. O, valideynlərinə qarşı həmişə mehriban olmuş və onlara xidmət göstərmişdir. Ailə həyatı dağıldıqdan sonra evsiz qalmış və başqa yaşayış evi yoxdur. Məcburiyyət üzündən atasının mülkiyyətində olan evdə yaşayır. Mülkiyyətçi olmasına baxmayaraq, İddiaçı xasiyyət və davranış baxımından kobud adamdır. O, anası X4, onu və digər bacı və qardaşlarını, habelə onların uşaqlarını incidi r və onlara nalayiq sözlər deyir. Birgə yaşayış qaydalarını mütamadi olaraq pozur. İddiaçı mülkiyyətçi kimi əmlaka sahiblik, istifadə və sərəncam hüququna tərəflərindən heç bir maneə yoxdur. Birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılarkən tərəflərin qarşılıqlı münasibətlərinin nəzərə alınmaması, cavabdehin ailə üzvü olması kompensasiyanın hazırkı bazar qiyməti ilə uyğunlaşdrılmasının təmin edilməsinə görə qətnamə ləğv edilməli və ağlabatan kompensasiya müəyyən edilməlidir.
13. Cavabdeh məhkəmədə izahatında bildirmişdir ki, apellyasiya şikayətini müdafiə edir. Habelə, o, izahatında xüsusi olaraq göstərmişdir ki, Astara rayonunun Sığaloni kəndində atasına və anasına məxsus 0,10 ha torpaq sahəsində yerləşən evdə doğulmuş və uzun müddət orada yaşamışdır. O, valideynlərinə qarşı həmişə mehriban olmuşdur. Ailə həyatı dağıldıqdan sonra evsiz qalmış və hazırda başqa yaşayış evi yoxdur. Mübahisəli fərdi yaşayış evi anası X2 da mülkiyyətindədir. Belə ki, həmin evi onlar birlikdə tikmişlər. Buna görə də, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia rədd edilməlidir.
14. İş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 məhkəmədə Cavabdeh verdiyi izahata uyuğn izhat vermiş əlavə olaraq diqqətə çatdırmışdır ki, İddiaçı ilə 22 aprel 1974-cü il tarixdə aralarında nikah bağlanmış və mübahisəli Astara rayonu Sığaloni kəndində 0,10 hektar torpaq sahəsində yerləşən fərdi yaşayış evi onların birgə nikahı dövründə - 1985-ci ildə tikilmişdir. Özü hazırkı iddianın təmin edilməsinə razı deyildir. Çünki Cavabdeh onların övladıdır və başqa yaşayış yeri yoxdur.
15. Şirvan Apellyasiya Məhkəməsinin (hakimlər P. T. Əhmədov (sədrlik edən və məruzəçi), T. S. Kərimov və C. F. İmanov,) xx.xx.2023-cü il tarixli, 2(106)-418/2023 nömrəli qətnaməsi ilə, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Astara Rayon Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli 2(018)-1244/2022 saylı qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərərk, iddianın təmin edilməməsi qət edilmişdir.
16. Apellyasiya instansiya məhkəməsi kollegiyasının movgeyi ondan ibarət olub ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş və iş üzrə q anuni və əsaslı olmayan qətnamə qəbul olunmuşdur. Astara rayon qeydiyyat şöbəsinin arayışından görünür ki, İddiaçı və X5 arasında bağlanmış nikah 22 aprel 1974-cü il tarixdə 02 nömrəli akt qeydi ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Astara RİH Astara rayon İcra Hakimiyyəti Astara rayon Dövlət Arxivindən verilmiş arayışdan müəyyən edilir ki, 0,10 ha həyətyanı torpaq sahəsi Astara rayon Siyakü kənd Fioletov adına sovxozu üzrə 11 iyul 1980-ci il tarixli 308 nömrəli əmri ilə İddiaçı hesabına verilmişdir. Habelə, Astara RİHB-nin Siyakü KİƏD üzrə nümayəndəliyinin Təsərrüfat başına kitabdan 22 yanvar 2018-ci il tarixli çıxarışdan görünür ki, mübahisə predmeti olan Astara rayonu Sığaloni kəndində 0,10 hektar torpaq sahəsində yerləşən fərdi yaşayış evi 1985-ci ildə tikilm işdir. Göründüyü kimi, İddiaçı Cavabdeh 3000 manat məbləğində kompensasiya verilməklə istifadə hüququna xitam verilməsini xahiş etdiyi mübahisəli fərdi yaşayış evi İddiaçı və X3 birgə nikahı dövründə tikilmiş və onun yerləşdiyi torpaq sahəsi sonuncuların birgə nikahı dövründə əldə edilmişdir. Ancaq məhkəmə həmin mübahisəli fərdi yaşayış evinin hüquqi statusunu ümumiyyətlə müəyyən etməmiş, onun hansı dövrdə tikildiyini və yerləşdiyi torpaq sahəsinin alınması vaxtını nəzərə almamışdır. Bundan başqa, qeyd edilməlidir ki, iş materiallarına əlavə edilmiş Arxiv arayışından aşkar olur ki, mübahisəli fərdi yaşayış evi 1985-ci ildə tikilmiş və iddiaçının ailə üzvü olan oğlu Cavabdeh da orada qeydiyyatdadır. Beləliklə də, məhkəmə birgə nikah dövründə tikilmiş ümumi mülkiyyətdə olan evə dair sərəncam çılığın qanunla müəyyən edilmiş qaydasının müəyyən edilməsinin hazırkı iş üçün hansı əhəmiyyət kəsb etməsinə diqqət yetirməmişdir. Beləcə, ədalətli məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı və X3 birgə nikahı dövründə əldə edilmiş torpaq sahəsində tikilmiş və onların ümumi mülkiyyətində olan fərdi yaşayış evi üzrə hüquqları qarşılıqlı razılaşma əsasında həyata keçirilməli olmasına rəğmən, İddiaçı X3 razılığı olmadan oğlanları olan Cavabdeh Astara rayonu Sığaloni kəndində 0,10 hektar torpaq sahəsində yerləşən 196.3 kvadratmetr ümumi sahədən ibarət fərdi yaşayış evinə olan istifadə hüququna xitam verilməklə, çıxarılması barədə iddia qaldırmışdır. Belə olan halda, məhkəmə kollegiyası qeyd olunanları qanunvericiliyin imperativ tələbləri baxımından hərtərəfli araşdıraraq hesab e dib ki, hazırkı iddianın təmin edilməsi üçün hüquqi əsaslar mövcud deyildir.
17. Apelyasiya instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM)- in 213.1, 213.6, 222.1, 222.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM)-in 385.1.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətlərinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətlərinin dəlilləri
18. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(106)-418/2023 saylı qətnaməsini ləğv edib iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
19. Kassator şikayəti onunla əsaslandırmışdır ki, əmlakın tələ b edilməsi bütün mülkiyyətçilərin xeyrinə olduqda, mülkiyyətçilərdən biri digərinin xeyrinə onu tələb edə bilər. İş materiallarından da məlum olur ki, iddiaçı cavabdehin istifadə hüququna 3000 manat kompensasiya müqabilində xitam verilməsi və onun evdən çıxarılması ilə bağlı iddia qaldırmışdır. Əslində isə cavabdehin istifadə hüququ daşınmaz əmlakın dövlət reyestri xidmətində qeydiyyata belə alınmamışdır. Yəni cavabdehin mübahisəli fərdi yaşayış evi üzərində istifadə hüququ deyil, qeydiyyat hüququ vardır. Lakin bununla bağlı iddia verilmədiyi üçün Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(106)418/2023 saylı qətnaməsi qismən ləğv edilməli və cavabdehin 3000 manat kompensasiya müqabilində evdən çıxarılması təmin edilməlidir. Cavabdehin istifadə hüququ olm adığı halda 3000 manat kompensasiya müqabilində evdən çıxmaq istəməməsi hazırki işin məhkəmələrdə uzanaraq süründürməçilik yaratmaq məqsədi güdür və adalətli balans, habelə mülkiyyət hüquqlarının qorunması baxımından məqsədəmüvafiq deyildir. Həmçinin iddiaçı mübahisəli fərdi yaşayış evini birgə nikah dövründə tikdiyi üçün arvadının razılığı ilə hərəkət etməli olsa da, qaldırılan iddia onun ziyanına deyil, xeyrinə olmuşdur. Belə olmasaydı, hazırki vaxtadək onun tərəfindən məhkəməyə etiraz bildirilərdi. Bundan əlavə, birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Bu normalarla bağlı olaraq qeyd edilib ki, ha zırki vaxtadək iddiaçının X1 tərəfindən məhkəməyə iddia ilə bağlı hər hansı bir etirazın daxil olmaması onun iddia ilə razı olmasını ehtimal etməyə kifayət qədər əsas verir. Belə ki, iddiaçı ilə X1 uzun illərdir ki, birlikdə ər-arvad olaraq yaşayırlar. İddiaçının uzun müddət məhkəmə yollarında olmasından və cavabdehi evdən çıxarmaq istəməsindən X1nın xəbərdar olmaması mümkün deyildir. Belə olan halda, onun tərəfindən məhkəməyə hər hansı bir etirazın daxil olmaması və ya onun maraqlı şəxs kimi işdə iştirak etməməsi cavabdehin kompensasiya müqabilində evdən çıxarılmasına iddiaçının arvadının razı olmasını demək üçün kifayət qədər güclü əsasdır. Həmçinin normada əmlaka dair sərəncam verilməsi ilə bağlı razılıq ehtimalının olmasından bəhs edilir. Hansı ki, hazırki iş materiallarından da görünü r ki, əmlak barədə hər hansı sərəncam verilməsindən deyil, cavabdehin evdən çıxarılmasından söhbət gedir. Hesab edilib ki, bu hal iddiaçının arvadının mülkiyyət hüquqlarının pozulmasına gətirib çıxarmayacaq, əksinə mülkiyyətçi kimi iddiaçının tələbinin təmin edilməməsi aşkar şəkildə onun hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Lakin Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası iddiaçı tərəfindən cavabdehin istifadə hüququna xitam verilməsi tələb edilsə də, sonuncunun istifadə hüququnu deyil, mübahisəli fərdi yaşayış evi üzərində qeydiyyat hüququnun olmasını göstərməmiş və cavabdehin evdən çıxarılması üçün qeydiyyatın ləğvi ilə bağlı iddia qaldırılmalı olmasını tərəflərə izah etməmişdir. Qeydiyyat ləğv edilmədən də cavabdeh kompensasiya verilməklə evdən çıxarıla bilər. Lakin məhkəmə kollegiyası bunu mümkün hesab etməzsə, cavabdehin qeydiyyatının ləğvi və evdən çıxarılması aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsində baxılmalı idi. Təəssüf ki, nə birinci, nə də apelyasiya instansiyası məhkəmələrində bu məsələlərə toxunulmamışdır.
20. Kassator kasasiya şikayyətinin hüququi əsası kimi, Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 213.6, 222.1, 222.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 88, 261.0.1, 372-ci maddələrinə, İnsan Hüquqları haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə istinad etmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamı şdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 25.Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.
26. Maddə 213.6. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. 27.Maddə 222.1. Birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. 28.Maddə 222.2. Birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülk iyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
32. Maddə 106.1 işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
34. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
35. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
36. Qanunun tələbinə görə, k assasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
37. Hazırkı kassasiya şikayətində iddiaçı tərəfindən qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübah isəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
39. Məhkəmə kollegiyası kassasiya şikayəti ilə bağlı qeyd edir ki, iddiaçının istinad etdiyi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 213.6, 222.1, 222.2-ci maddələri o zaman nəzərə alına bilər ki, digər mülkiyyətçilərin bu məsələyə münasibəti məlum olmasın. Lakin birgə mülkiyyətçisi olan iddiaçının arvadı cavabdehin həmin evdən istifadə hüququna xitam verilməsinə və evdən çıxarılmasına etirazını məhkəmədə bildirmişdir.
40. Mülki Məcəllən in 222.1.-ci maddəsinə əsasən birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər.
41. Məhkəmə kollegiyası kassasiya şikayətinin işə baxılarkən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması ilə bağlı kassasiya şikayətinin dəlili ilə bağlı qeyd edir ki, kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəl illəri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
42. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır.
43. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddianın təmin edərkən barədə birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib yeni qətnamə qəbul edərkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətrafl ı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
44. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayətində göstərilən dəlillər isə əsassız olduğu üçün hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
45. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(106)418/20 23 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.