Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3503/2024 29.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-3503/2024 (Açar sözlər: X1yə görə əsassız hesablanmış borcun silinməsi, iddia müddətinin tətbiqinin xüsusiyyətləri) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “aktların etibarsız sayılması və borcun silinməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)- 1533/2024 nömrəli, 05 aprel 2024-cü il tarixli qətnaməsindən İddiaçı (Vəkili X2) tərəfindən verilmiş kassasiya şikayətinə 29 oktyabr 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. "xxxx" ASC-nin əməkdaşları tərəfindən ünvan 1 ünvanda quraşdırılmış elektrik sayğacı üzrə **********10001 nömrəli abunə kodu İddiaçı adınadır. 2. “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən ünvan 1 ünvana baxış keçirilən zaman sayğacın sxemi pozularaq dövriyyədən kənarlaşdırılması faktının aşkar edilməsi ilə əlaqədar 21 dekabr 2022-ci il tarixli R seriyalı 284380 saylı, 07 mart 2023-cü il tarixli R seriyalı 284781 saylı, 06 aprel 2023-cü il tarixli R seriyalı 295296 saylı, 05 iyun 2023-cü il tarixli R seriyalı 295499 saylı aktlar t ərtib edilmişdir. Aktların heç biri İddiaçı tərəfindən imzalanmamış, İddiaçı adının qarşısında yerləşən “imza” qrafasında “mənzildən çıxan olmadı” sözü qeyd edilmişdir.
3. İddiaçı adına tərtib edilmiş abonent hərəkət cədvəlində ünvan 2 ünvana verilən elektrik enerjisi üzrə **********10001 nömrə ilə qeydiyyata alınmış abonent koduna, 2017-ci il üzrə 5.809,25 manat, 2018-ci il üzrə 5.751,1 manat, 2019-cu il üzrə 5.617,75 manat, 2020-ci il üzrə 5.500,01 manat, 2021-ci il üzrə 5.447,16 manat, 2022-ci il üzrə 5.557,16 manat, 2023-cü il üzrə 5.808,51 manat borc hesablandığı qeyd olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
4. İddiaçı (bundan sonra iddiaçı) cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra cavabdeh, yaxud "xxxx" ASC) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli Rİ264728 saylı, xx.xx.2023-cü il tarixli Rİ284380 saylı, xx.xx.2023-cü il tarixli Rİ284781 saylı, xx.xx.2023-cü il tarixli Rİ295296 saylı, xx.xx.2023-cü il tarixli Rİ295499 saylı aktların etibarsız sayılması və həmin aktlar əsasında hesablanmış 526,50 manat məbləğində borcun silinməsi, eyni zamanda 5.224,10 manat məbləğində öncəki illər ərzində hesablanmış borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin əməkdaşları onun evini elektrik enerjisi ilə təchiz edən elektrik xəttini kəsmiş, iştirakı olmadan R seriyalı 284781 nömrəli 07 mart 2023-cü il tarixli akt tərtib etmişlər. Həmin aktda göstərilir ki, guya o, sayğacın qapaq möhürünü açaraq sayğacı sxemdən kənarlaşdırmışdır. O, cavabdehin tərtib etdiyi həmin aktla razı deyil. Belə ki, sayğac küçədədir, ona heç bir müdaxilə etməmişdir. O, bir müddətdir ki, Nəsimi rayonundakı ata evində ailəsi ilə birlikdə yaşayır. Buna səbəb uşaqlarının ali məktəbdə təhsil almaları ilə bağlıdır ki, yol yaxın olsun. Evinin işığı sönəndə video kamera göstərmir, ondan bilir ki, işıq sönüb. O, Elsevər adlı nəzarətçiyə zəng edərək, işığın nə səbəbdən söndüyünü soruşduqda sonuncu demişdir ki, sayğacları açıb kodlaşdırırlar, ona görə də işıq sönür. Ona zəng edəndən sonra kamera işləmişdir. Bilmişdir ki, işıqları qoşub. İki gündən sonra işıqlar yenə də sönmüşdür, kamera göstərməmişdir. O, Maştağa qəsəbəsində olan işıq idarəsinə getmişdir. Ona bildirmişlər ki, 5.600 manat borcu var. O, buna etiraz edərək, heç bir borcunun olmadığını, sayğacdan smart kart vasitəsi ilə istifadə etdiyini bildirib, elektrik xəttini qoşmağı təklif etmişdir. Bundan sonra, kompüterlə kodu açmışlar, evinin işığı yanmışdır. Ona demişlər ki, mart ayının axırı borcundan 100 manat ödəyər, əks halda elektrik cərəyanı verilişi dayandırılacaq. Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nı pozmuşdur. Cavabdeh heç bir əsas olmadan ondan 5.600 manat borc tələb etdiyindən və evinə elektrik enerjisi verilməsini dayandırdığından onun hərəkəti qanunsuz hesab edilməlidir.
6. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini qəbul etməmiş, iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək izahatında bildirmişdir ki, iddiaçı tərəfindən 2007-ci ildən 2023-cü ilə qədər istifadə olunmuş elektrik enerjisinə və tərtib olunmuş aktlara görə 5.600 manat borc hesablanmışdır. İddiaçı bununla bağlı **********10001 abunə kodu üzrə hər ay istifadə olunmuş elektrik enerjisinin hesabatı ilə bağlı qəbzlərlə tanış olmuşdur. Həmin qəbzlərdə 2007-ci ildən 2023-cü ilə qədər hər ay ərzində istifadə olunmuş elektrik enerjisi hesablanaraq ümumi borc qeyd olunmuşdur. Lakin iddiaçı göstərilən illər ərzində borcdan xəbərdar olsa da, təkcə 2023-cü ildə həmin borcla bağlı məhkəməyə müraciət etmişdir. İddiaçı tərəfindən iddia ərizəsi qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti ötürüldükdən sonra məhkəməyə verilmişdir. Müqavilə tələbləri üzrə iddia müddəti 3 ildir. Bu səb əbdən, iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(006)-3266/2023 nömrəli, 07 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Anar İbadzadə) iddia tələbi qismən təmin edilərək cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli aktların etibarsız hesab edilməsi, həmin aktlara əsasən iddiaçının adına olan **********10001 saylı abunə koduna hesablanmış ümumilikdə 526,50 manat elektrik enerjisi borcunun əsassız sayılaraq silinməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət olunmuşdur.
8. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, sayğaca iddi açının müdaxilə etməsinə dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Sayğac ümumiyyətlə iddiaçının cavabdehliyinə aid sahədə quraşdırılmamışdır. Sayğac iddiaçının yaşadığı ünvandan kənarda yerləşir. Bu səbəbdən xx.xx.2022-ci il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli aktlar etibarlı hesab edilə bilməz. Həmin aktlar üzrə iddiaçıya hər hansı borc məbləğinin hesablanması istehlakçı hüquqlarının pozulması kimi qiymətləndirilir. Qeyd olunan aktlar üzrə iddiaçının abunə koduna ümumilikdə 526,50 manat əlavə sərfiyyat hesablanmışdır və iddia tələbi həmin 5 akta münasibətdə təmin edilməli, aktlar etibarsız hesab edilməli və iddiaçının abunə koduna yazılmış ümumilikdə 526,50 manat əlavə sərfiyyat (borc) silinməlidir. İddiaçının mübahisələndirdiyi digər aktl arın mübahisələndirilməsi üçün isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsində nəzərdə tutulmuş 3 illik iddia müddəti ötürülmüşdür. Belə olan halda iddia qalan hissədə müddəti tətbiq edilməklə rədd edilməlidir.
9. Birinci instansiya məhkəməsi öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.2, 376, 375.2, 377.2-ci maddələrinə, “Elektroenergetika haqqında” 03 aprel 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə, “İstehlakçıların müdafiəsi haqqında” 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə və 17-ci maddəsinə, həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkə məsindəki icraat:
10. Qətnamədən narazı qalan iddiaçının nümayəndəsi və vəkili X2 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi çıxarıldıqdan sonra cavabdeh 2007-ci ildən iddiaçının borcu olduğunu bildirərək evinə elektrik cərəyanı verilişini dayandırmışdır. Cavabdeh iddiaçının evinə elektrik cərəyanı verilişini dayandırmaqla keçmiş dövrə görə qanunsuz hesabladığı pulları ondan zorla almağa çalışmışdır. Əgər borcu varsa, cavabdeh ona qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməlidir, cərəyan verliməsini dayandırmamalıdır. Cavabdeh iddiaçının e vinə elektrik cərəyanı verilişini dayandırmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nı pozmuşdur. Bununla yanaşı, əgər iddiaçı 2007-ci ildən ödəniş etməsəydi, X1 edə bilməzdi, buna imkan verməzdilər. Cavabdeh heç bir əsas olmadan iddiaçıdan 5.600 manat borc tələb etdiyindən və evinə elektrik enerjisi verilməsini dayandırdığından onun hərəkəti qanunsuz hesab edilməlidir. Həmçinin birinci instansiya məhkəməsi qətnaməsində qeyd etmişdir ki, iddiaçının mübahisələndirdiyi aktların yalnız dördü ilə əlaqədar iddia müddəti ötürülməmişdir. Bununla əlaqədar qeyd olunmalıdır ki, dörd aktdan başqa digər aktların mövcudluğu, onların tarixləri, nömrələri barədə iddia ərizəsində heç bir məlumat yazılmadığı, digər aktl ar iş materiallarında olmadığı və araşdırılmadığı halda məhkəmənin belə bir nəticəyə gəlməsi əsassız olmuşdur. Qətnamə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinin tələbinə uyğun olmamışdır.
12. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətini müdafiə etdiyini bildirərək izahatında göstərmişdir ki, Nəsimi Rayon Məhkəməsində işinə düzgün baxılmayıb. Belə ki, aktlar üzrə yazılmış borclar silinmiş, lakin köhnə tarixə hesablanmış borclar silinməmişdir. Onun köhnədən heç bir borcu olmayıb və həmişə vaxtı-vaxtında işıq pullarını ödəmişdir. Hal-hazırda sayğacın üzərində də borc yoxdur. Amma onun adına necə olubsa borc yazılıb. Sayğacı da onun xəbəri olmadan dəyişiblər. Həmişə işıq pulunu ödəməyinə baxmayaraq hələ üstəlik ona cərimədə yazıblar. Bu nə dərəc ədə düzdür? O evdə yalnız yay aylarında yaşayış olur. Necə olur ki, il ərzində iki-üç ay sözügedən evdə yaşamaqla bu qədər borc yaranır? Hal-hazırda da ailəsi ilə birlikdə Nəsimi rayonunda yerləşən evdə yaşayır. Nəsimi Rayon Məhkəməsində cavabdehin nümayəndəsindən sayğacın üç-dörd dəfə dəyişdirilməsinin səbəbləri barədə hesabat tələb olundu. Lakin, cavabdeh tərəf sayğacın dəyişdirilməsinin səbəbləri barədə heç bir hesabat təqdim etmədi. İddiaçı həmçinin suallara cavab olaraq qeyd etmişdir ki, təxmini 2016-cı ildən borc yarandığını bilirdi, amma borcun nədən yarandığı barədə məlumatı yoxdur. İl ərzində cəmi 2-3 ay yaşayış olub. Borcun yaranması barədə xəbəri olmayıb, sonradan yaranma səbəbi barədə özü maraqlanmışdır. Sabunçu Rayon Məhkəməsində mübahisələndirmişdir. Lakin, həmin vaxt azadlıq da olmadığı üçün məhkəmə iclasına gedə bilməmişdir. Bəlkə də o vaxt iştirak edə bilsəydi borclar artıq silinmişdi. (i.v. 124)
13. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinə qarşı etiraz etdiyini bildirərək izahatında göstərmişdir ki, birinci instansiya məhkəməsində tərəflərindən təqdim edilmiş sənədlərdə də göstərilir ki, yaranmış borclar yazılan məbləğ, abonentin özünün yandırdığı sərfiyyat və kənar müdaxilə nəticəsində yaranmışdır. Yəni ki, bir-iki günün borcu deyildir. İllər üzrə elektrik enerjisinin dəyəri tam ödənilmədiyindən və kənar xətlərlə təmin olunmuş elektrik enerjisinə görə tərtib olunmuş aktlardan yaranan borcdur. Birinci instansiya məhkəməsi də tərtib olunmuş aktlardakı borcu silmiş, qalan hissəsinin isə sərfiyyat olduğu üçün toxunmamışdır. İddiaçı hər ay ödəniş etsədə, amma natamam etmişdir. Müdaxilə isə analoji olaraq sayğacın altından qoşulan kənar xəttdir. Bu daxili qüsur deyil. Daxili qüsur olan zaman cərimə tətbiq olunmur və əlavə sərfiyyat hesablanır. Cavabdehin nümayəndəsi həmçinin suallara cavab olaraq qeyd etmişdir ki, möhür yerində görünə bilər. Lakin, möhürün alt hissəsi qopardılaraq sayğaca dəfələrlə müdaxilə olunmuşdur. Həmin illər üzrə "xxxx" ASC-nin hüquq idarəsi borcların yığılması ilə məşğul deyildi. Başqa bir firma ilə müqavilə bağlamışdı və borcların yığılması ilə onlar məşğul idi. (i.v. 124)
14. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(103)-1533/2024 nömrəli, 05 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər İlham Cəfərov (sədrlik edən və m əruzəçi), Fuad Abdıyev və Xəyal Sarıyev) apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından, habelə abunə haqqında çıxarışlardan cavabdeh tərəfindən 2007-ci ildən başlayaraq müxtəlif tarixlərdə, müxəlif səbəblər (limitdən artıq sərfiyyata, X1 qaydalarının pozulmasına görə və s.) əsasında aktlar tərtib edilərək iddiaçıya məxsus **********10001 nömrəli abunə hesabına fərqli məbləğlərdə borclar hesablandığı müəyyən olunmuşdur. İddiaçının silinməsini tələb etdiyi qalıq borc məbləğləri isə 2017-ci i l və ondan əvvəlki dövr üçün hesblanmış məbləğlərdir (2018-2021-ci il tarixləri üzrə qalıq borc qalmamışdır).
16. İddiaçının xx.xx.2024-cü il tarixli məhkəmə iclasında verdiyi izahatdan da müəyyən edilmişdir ki, o, 2016-cı ildən borcunun yaranması barədə məlumatlı olmuş, habelə qeyd edilən borcları vaxtilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində mübahisələndirmiş, lakin həmin vaxt azadlıqda olmadığı üçün məhkəmə iclaslarına gedə bilməmişdir. Göründüyü kimi, iddiaçı mübahisələndirdiyi borclar barədə 2016-cı ildən məlumatlı olsa da (müddət axımı həmin tarixdən başlamışdır), o, məhkəməyə pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir.
17. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Mülki Məcəllənin 3 72.1, 372.2 və 373.2-ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.1, 217.4-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
18. Qətnamədən iddiaçı (vəkili Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin olunması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
19. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə kollegiyasının gəldiyi nəticə sübutlara deyil cavabdehin mülahizələrinə əsaslanmışdır. İş materiallarında cavabdehlə iddiaçının arasında xidmət göstərilməsi barədə müqaqvilə, 2007-ci il tarixdən başlayaraq müxtəlif tarixlərdə, müxtəlif səbəblər (lim itdən artıq sərfiyyata, X1 qaydalarının pozulmasına görə və s.) əsasında tərtib edilmiş aktlar yoxdur. Məhkəmə kollegiyası isə müqaviləyə, aktlara istinad edir. Bundan başqa məhkəmə kollegiyası iddiaçının borcları Sabunçu Rayon Məhkəməsində mübahisələndirdiyini qeyd edir. Lakin iddiaçı məhkəmə iclasında belə bir izahat verməmişdir. İş materiallarında da iddiaçının Sabunçu Rayon Məhkəməsinə müraciət etdiyinə dair sübut yoxdur. Cavabdeh 2007-ci ildən 2023-cü ilə kimi istifadə etdiyi elektrik enerjisinin pulunu ödəmədiyini bildirir. Əgər iddiaçı 2007-ci ildən ödəniş etməsəydi X1 edə bilməzdi, buna imkan verməzdilər. Əvvəlki illərə görə 5.600 manat borc əsassız hesablanıb. xx.xx.2023-cü il tarixli akt tərtib olunarkən iddiaçıya əvvəlki illərə görə borcu olduğu bildirilmişdir. Cavabdeh iddiaçın ın evinə elektrik enerjisi verilməsini dayandırdığından onun hərəkəti qanunsuz hesab edilməlidir. Məhkəmələr cavabdehin iddiaçının evinə elektrik cərəyanı verlilişini dayandırmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nı pozduğuna, bunun nəticəsində hüquqlarının pozulduğuna hüquqi qiymət verməmişlər. İddiaçının iddiasına müddət şamil olunmur. Apellyasiya məhkəməsi iddia müddətinin keçməsi səbəbindən iddianı tam təmin etməmiş, tətbiq olunmalı Mülki Məcəllənin 373, 377.1, 384.0.4-cü maddələrini və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 iyun 2013-cü il tarixli qərarını düzgün tətbiq etməmiş, i ddianı rədd edərkən, əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmadığını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmamış və düzgün olmayan nəticəyə gəlmişdir. Dörd aktdan başqa digər aktların mövcudluğu, onların tarixləri, nömrələri barədə iddia ərizəsində heç bir məlumat yazmadığı və digər aktlar iş materiallarında olmadığı və araşdırılmadığı halda məhkəmənin belə bir nəticəyə gəlməsi əsassız olmuşdur. Hüquq normalarını düzgün tətbiq etmədiyindən məhkəmə kollegiyası iş üzrə düzgün nəticəyə gəlməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
20. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
21. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs ( borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
22. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
23. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
24. Maddə
550. Tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini təl əb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər.
25. Maddə 551.2.1. Kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir.
26. Maddə 554.1. Müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır. “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanunu. (11 aprel 2023-cü il tarixədək qüvvədə olmuş redaksiyada)
27. Maddə
11. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş sə hvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanun.
28. Maddə
3. İstehlakçıların öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqları vardır.
29. Maddə 13 (8-ci bənd). Dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 fevral 2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları.
30. Bənd 8.33. Məişət abonenti tərəfindən X1də pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tə rtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. (28 sentyabr 2021-ci il tarixədək olan redaksiyada)
31. Bənd 9.13.2. Enerji təchizatı müəssisəsinin istehlakçıya verdiyi elektrik enerjisinin sayğacla müəyyənləşən hesabı istehlakçıya enerji təchizatı müəssisəsi tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam məbləğdə ödənilmədikdə enerji təchizatı müəssisəsi istehlakçıya elektrik enerjisinin verilməsini dayandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
36. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hü quq normalarına uyğun çıxarılmalıdır.
37. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
38. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
39. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini y oxlayır.
41. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
42. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.
43. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri:
44. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
45. Hazırkı kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini iddianın təmin edilmədiyi hissəsində qismən mübahisələndirdiyindən, məhkəmə aktı həmin hissədə qismən yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
46. Məhkəmə kolleg iyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi məsələsi kassasiya qaydasında yoxlanılarkən, iddia tələbinin həlli ilə bağlı məsələyə düzgün hüquqi qiymətin verilmədiyi, həmçinin mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının düzgün tətbiq olunmaması və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilməsi müəyyən edilmişdir.
47. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, abonent kodu iddiaçının adına olan ünvana cavabdehin əməkdaşları tərəfindən baxış keçirilən zaman sayğacın sxemi pozularaq dövriyyədən kənarlaşdırılması aşkar edilərək 21 dekabr 2022-ci, 07 mart 2023-cü, 06 aprel 2023-cü və 0 5 iyun 2023-cü il tarixlərdə beş akt tərtib edilmiş, lakin həmin aktlar iddiaçı tərəfindən imzalanmamış, cavabdeh təşkilatın əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmişdir. Həmçinin cavabdeh tərəfindən tərtib edilmiş abonent hərəkət cədvəlində, iddiaçının yaşadığı ünvana verilən elektrik enerjisi üzrə abonentin koduna, 2017-ci il üzrə 5.809,25 manat, 2018-ci il üzrə 5.751,1 manat, 2019-cu il üzrə 5.617,75 manat, 2020-ci il üzrə 5.500,01 manat, 2021-ci il üzrə 5.447,16 manat, 2022-ci il üzrə 5.557,16 manat, 2023-cü il üzrə 5.808,51 manat borc hesablandığı qeyd olunmuşdur.
48. İddiaçı xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin heç bir əsas olmadan ondan 5.600 manat borc tələb etməsini, həmin borca görə evinə elektrik enerjisi verilməsini, dayandırdığını qeyd edərək məhkəmədən, cavabdehin əməkdaşları tərəfindən tərtib olunmuş 21 dekabr 2022, 07 mart 2023, 06 aprel 2023 və 05 iyun 2023-cü il tarixli aktların etibarsız sayılması və həmin aktlar əsasında hesablanmış 526,50 manat məbləğində borcun silinməsi, eyni zamanda 5.224,10 manat məbləğində öncəki illər ərzində hesablanmış borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
49. Birinci instansiya məhkəməsi, sayğacın iddiaçının cavabdehliyinə aid sahədə quraşdırılmadığını, sayğaca iddiaçının müdaxilə etməsinə dair sübutların məhkəməyə təqdim edilməməsini nəzərə alaraq, həmin 5 aktı etibarsız hesab etməklə, iddiaçının abunə koduna yazılmış 526,50 manat əlavə sərfiyyatın (borc) silinməsi barədə nəticəyə gəlmiş, 5.224,10 manat məbləğində öncəki illər ərzində hesab lanmış borcun silinməsi hissəsində iddianı rədd edərkən isə iddiaçının mübahisələndirdiyi digər aktların mübahisələndirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsində nəzərdə tutulmuş 3 illik iddia müddətinin ötürülməsini qeyd edərək, iddia müddəti tətbiq edilməklə iddianı digər aktlarla bağlı hissədə rədd etmişdir.
50. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qətnaməni mübahisələndirən hissədə dəyişdirmədən saxlayarkən mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının xx.xx.2024-cü il tarixli məhkəmə iclasında verdiyi izahatından da müəyyən edilmişdir ki, o, 2016-cı ildən borcunun yaranması barədə məlumatlı olmuş, habelə qeyd edilən borcları vaxtilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində mübahisələndirmiş, laki n həmin vaxt azadlıqda olmadığı üçün məhkəmə iclaslarına gedə bilməmiş, mübahisələndirdiyi borclar barədə 2016-cı ildən məlumatlı olsa da pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəməyə iddia ərizəsi ilə xx.xx.2023cü il tarixdə müraciət etmiş, bununla da iddia müddətini ötürmüşdür.
51. Məhkəmə kollegiyası hesab edir ki, 5.224,10 manat məbləğində öncəki illər ərzində hesablanmış borcun silinməsi barədə iddia tələbinə münasibətdə iddia müddəti tətbiq edilməklə, digər aktlarla bağlı hissədə iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlayarkən apellyasiya instansiya məhkəməsi, işdə olan sübutların kifayət qədər ziddiyyətli olmasına Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88-ci maddələrinin tələbləri baxımından, habelə hazırkı iddiaya iddia müddətinin tətbiqi ilə bağlı işin hallarına Mülki Məcəllənin 372.1, 372.2, 373.2-ci maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməmişdir.
52. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, birinci instansiya məhkəməsində iştirak edən cavabdehin nümayəndəsi 2007-ci ildən 2023-cü ilə qədər istifadə olunmuş elektrik enerjisinə və tərtib olunmuş aktlara görə iddiaçıya 5.600 manat borc hesablanmasını bildirmiş, bu halda etirazının əsası olan həmin halı sübut etmək vəzifəsi cavabdehin üzərinə düşdüyü halda, cavabdeh işdə olan “abonent hərəkət cədvəli”ndə qeyd olunan borcun hansı əsasla yaranması, o cümlədən aktlara görə yaranması barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Birinci instansiya məhkəməsi isə iddia tələbini mübahisələndirilən hissədə rədd edərkən, cavabdehin nümayə ndəsinin həmin hissədə iddia müddətinin tətbiqi barədə ərizəsini nəzərə alaraq, digər aktların mübahisələndirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsində nəzərdə tutulmuş 3 illik iddia müddətinin ötürülməsini qeyd edərək, adı çəkilən aktlar iş materiallarında olmadığı halda, iddia tələbini “digər aktlarla” bağlı hissədə rədd etməsi barədə ziddiyyətli nəticəyə gəlmişdir.
53. Cavabdehin apellyasiya instansiya məhkəməsində iştirak edən digər nümayəndəsi də izahatında, qeyd olunan borcun illər üzrə elektrik enerjisinin dəyəri tam ödənilmədiyindən və kənar xətlərlə təmin olunmuş elektrik enerjisinə görə tərtib olunmuş aktlardan yaranan borc olmasını, birinci instansiya məhkəməsinin də tərtib olunmuş aktlardakı borcu silməsini, qalan hissəsinin isə sərfiyyat olduğu üçün toxunmadığını, müdaxilənin isə analoji olaraq sayğacın altından qoşulan kənar xətt olmasını, bunun daxili qüsur olmadığını, daxili qüsur olan zaman cərimə tətbiq olunmadığını və əlavə sərfiyyat hesablanmasını bildirsə də, iddia tələbinə qarşı yönələn həmin etirazını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.
54. Apellyasiya instansiya məhkəməsi isə mübahisələndirilən məbləğin 2017-ci il və ondan əvvəlki dövr üçün hesblanmış məbləğ olmasını, 2018-2021-ci illər üzrə qalıq borc qalmadığını qeyd etsə də, borcun aktlara görə yaranmasını təsdiq edən cavabdehin nümayəndələrinin bununla bağlı məhkəmələrə hər hansı sübut təqdim edə bilməməsinə əhəmiyyət verməmiş, gəldiyi nəticə ilə bağlı hər hansı mötəbər sübuta istinad etməmiş, qeyd olunan işin ziddiyətli hallarını araşdıraraq həmin hallara düzgün hüquqi qiymət verməmişdir.
55. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il, X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları və s.). 56. “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yo xlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 2020-ci il tarixli qərarında həmçinin göstərilmişdir ki, iddia müddətləri və kəsici müddətlərin mahiyyəti və fərqləndirici xüsusiyyətləri ilə bağlı nəzərə alınmalıdır ki, - iddia müddəti tələb hüququ üçün xarakterikdir, lakin burada bəzi istisnalar mövcuddur. Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir; - iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383cü maddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir; - iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci ma ddəsi). Kəsici müddət isə cavabdehin ərizə verib-verməməsindən asılı olmayaraq, məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır; - iddia müddəti dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380-ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz. Göstərilənlərlə yanaşı iddia müddətləri kəsici müddətlərdən digər xüsusiyyətlərinə görə də fərqlənir. Belə ki, iddia müddəti pozulmuş hüququn müdafiə edilməsi üçün xarakterikdir. Kəsici müddət isə hüququn pozulub-pozulmamasından asılı olmayaraq ona xitam verir. Digər tərəfdən, iddia müddəti konkret borclunun konkret tələb üzrə müdafiə vasitələrindən biridir (bu səbəbdən də cavabdehin ərizəs i ilə tətbiq edilir), kəsici müddət isə üçüncü şəxslərin və ümumiyyətlə mülki dövriyyənin maraqları naminə müəyyən edilir (bu səbəbdən də məhkəmənin öz təşəbbüsü ilə (ex officio) tətbiq edilir). Müddətin keçməsinin hüquqi nəticəsi olaraq mükəlləfiyyətli, yəni öhdəlik yükü daşıyan borclu öhdəliyin icrasından imtina etmək hüququ əldə edir. Bu ondan irəli gəlir ki, iddia müddətinin ötürülməsi öhdəliyə xitam vermir, onu mahiyyətcə fərqli hüquq təbiətli öhdəliyə çevirir.
57. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən z aman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.
58. Avropa İnsan Hüquqları Məhkəməsi Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar.
59. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, hazırkı işin faktiki hallarından da göründüyü kimi, həm birinci, həm də apellyasiya instansiya məhkəmələrində iştirak edən cavabdehin nümayəndələri 2007-ci ildən 2023-cü ilə qədər istifadə olunmuş elektrik enerjisinə və tərtib olunmuş aktlara görə iddiaçıya 5.600 manat borc hesablanmasını bildirərək, iddiaçının həmin hərəkəti ilə "xxxx" ASC-nin zərərə məruz qaldığını qəbul etsələr də, cavabdeh təşkilatın hazırkı vaxta qədər həmin borc məbləğini iddiaçıdan məhkəmə qaydasında tələb etməməsinə ağlabatan cavab verməmişlər.
60. Məhkəmə kollegiyası hesab edir ki, bu xarakterli işlər üzrə yaranmış borcun və ya zərərin istehlakçıdan tələb edilməsi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ "xxxx" ASC-yə aid olduğundan, belə tələblər üzrə iddia müddəti ötürüldüyü halda həmin işdə potensial cavabdeh olan şəxsin ərizəsinə əsasən iddia müddətinin tətbiq edilməsi və iddianın həm in əsasla rədd edilməsi mümkündür. Lakin "xxxx" ASC belə iddia tələbi ilə məhkəməyə müraciət etmədən, həmin borcu iddiaçıdan məhkəmədən kənar qaydada tələb etdiyinə görə, iddiaçı qeyd olunan borcun silinməsi, yəni borcunun olmadığını təsbit etmək barədə iddia ilə məhkəməyə müraciət etmişdir.
61. Qeyd olunmalıdır ki, tələb hüququ ilə bağlı olmayan, borcun olmadığını (borcun silinməsini) təsbit etmək barədə iddiaya iddia müddəti tətbiq oluna bilməz.
62. Belə ki, Mülki Məcəllənin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
63. İddiaçının məhkəməyə təqdim etdiyi iddiasından da göründüyü kimi, həmin iddia Mülki Məcəllənin 372.1-ci maddəsinə nəzərdə tutulmuş, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququ ilə bağlı deyildir. İşə baxmış birinci və apellyasiya instansiya məhkəmələri isə iddiaçının iddiasını müqavilə münasibətlərindən irəli gələn tələb kimi qiymətləndirərək, həmin iddia üzrə iddia müddətini tətbiq etməklə maddi hüquq normasını səhv tətbiq etmişlər.
64. Məhkəmə kollegiyası onu da qeyd edir ki, subyektiv mülki hüquqlar mənafe və maraqların mühafizəsinə yönəlmişdir. Bu baxımdan, fizik i və hüquqi şəxslərin subyektiv hüquqları normativ hüquqi aktlarda (obyektiv hüquqda) ifadə olunmaqla, hüquq münasibətlərində səlahiyyətə çevrilir. Subyektiv hüquqa malik olan şəxslər bu hüquqa qarşı vəzifə daşıyan şəxslərdən, müəyyən halın mövcud olub-olmadığını təsbit etməyi tələb etmək səlahiyyətinə malik şəxslərə çevrilirlər.
65. Göründüyü kimi apellyasiya instansiya məhkəməsi sadalanan maddi hüquq normalarını mübahisəyə düzgün tətbiq etməmiş, işdə olan ziddiyyətli halları araşdırıb hüquqi qiymət verməməklə yanaşı, iddia müddətinin tətbiqi ilə bağlı işin hallarına da düzgün hüquqi qiymət verilməmişdir.
66. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları tam araşdırılmamış, mübahisəli hüquq münasibətlərini tə nzimləyərkən hüququn tətbiqində səhvə yol verilmiş və iş üzrə düzgün olmayan qətnamə çıxarılmışdır.
67. Belə ki, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
68. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində məhkəmə işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəl illəri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.
69. Məhkəmə kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiya məhkəməsi işin hallarını ziddiyyətli olaraq müəyyən etmiş, nəticədə mübahisə həmin hissədə düzgün həllni tapmamışdır.
70. Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 11 fevral 2015ci il və F.Şirinovun şikayəti üzrə 16 noyabr 2016-cı il tarixli Qərarlarında qeyd olunmuşdur ki, məhkəmə tərəfindən həqiqətə nail olunması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır.
71. Göründüyü kimi hazırkı iş üzrə mübahisənin düzgün həll edilməsi üçün apellyasiya instansiyası məhkəməsi MPM-in 88-ci maddəsinin tələblərinə riayət etməklə qeyd edilən sübutlara məcmu halında hüquqi qiymət verməmişdir.
72. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qətnaməsi qismən, iddia tələbinin rədd edilməsinə dair hissədə ləğv edilərək mülki iş mübahisələndirilən hissədə yenidən baxılması üçün apel lyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
73. İşə yenidən baxılarkən məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, işin müəyyən edilmiş hallarına uyğun olaraq hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq və iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılması üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88 və 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, qanuni və əsaslı yekun məhkəmə aktı qəbul etməlidir.
74. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kolleg iyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1533/2024 nömrəli, 05 aprel 2024-cü il tarixli qətnaməsi iddia tələbinin rədd edilməsinə dair hissədə ləğv edilsin və mülki iş mübahisələndirilən hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.