Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3504/2021 23.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" MTK-nın cavabdeh X oğluna qarşı “müqavilələrin etibarsız hesab edilməsi” tələbinə dair ilk, X oğlunun "xxxx" MTK-ya qarşı pul tələbinə dair qarşılıqlı iddialara dair iş üzrə QƏRARİ (Açar sözlər: əqdin etibarsız hesab edilməsi, yalan əqd, Kassasiya instansiya məhkəməsinin göstərişlərinin müzakirə edilməməsi, apellyasiya şikayətinin mümkünlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər xa Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Əhmədov Fuad Vahid oğlunun katibliyi, İddiaçının vəkili X Asəf Sahib oğlunun, cavabdeh X oğlunun, onun vəkili Vəkil, maraqlarına toxunan şəxs X12 və onun vəkili Cavadov Əjdər Əmrah oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-673/2021 nömrəli iş üzrə 11 fevral 2021-ci il tarixli qətnaməsindən cavabdeh X oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 23 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları 19 sentyabr 2016-cı il tarixli müqavilənin surətinə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 31 ünvanında "xxxx" MTK nın direktoru X7 bir tərəfdən, X oğlu digər tərəfdən aşağıdakılar haqda razılığa gəldilər: 1.“Kooperativ” Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 31 ünvanında "xxxx" MTK tərəfind ən tikilməkdə olan binada 62 №-li mənzili “Alıcıya”verməyi, sonuncu isə həmin mənzili qəbul etməyi və mənzil haqqını bu müqavilə ilə müəyyən edilmiş vaxtlarda ödəməyi öhdəsinə götürür.
2. Alıcı” “Kooperativin” üzvü kimi “Kooperativin” pay haqqı fondundakı üzərinə düşən müəyyənləşdirilmiş hissəni ödəyir.
3. Göstərilən mənzil 2 otaqdan ibarətdir. Mənzilin sahəsi 100,17 kv.m-dir
4. Göstərilən mənzilin ümumi dəyəri 65111 AZN müəyyən olunur. ƏDV qiymətə daxildir. 19 sentyabr 2016-cı il tarixli digər müqavilədən (əsli) görünür ki, tərəflər eyni şərtlərlə (tərəflərin hüquq və vəzifələri daha geniş formada müəyyən olunmaqla) qeyd olunan müqaviləni bağlamışlar. Razılaşma barədə müqavilənin 6-cı bəndində, əsas müqavilənin isə 3.4-cü bəndində göstərilir ki, “Alıcı”(“Payçı”) tərəfindən mənzilin dəyəri tam ödənilib. Razılaşma barədə müqavilə cavabdeh tərəfindən imzalansa da digər müqavilədə onun imzası yoxdur. Lakin hər iki müqavilə iddiaçı tərəfindən imzalanmış və kooperativin möhürü ilə möhürlənmişdir. 4/78 saylı 19 sentyabr 2016-cı il tarixli maliyyə arayışının əslindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən 1 girişli 16 mərtəbəli "xxxx" MTK-ya məxsus yaşayış binası BULUDQAYA yaşayış binanın 1-ci giriş 12-ci mərtəbəsində, ümumi sahəsi 100,17 kv.m. olan 2 otaqlı, 62 saylı mənzilin pay dəyərindən 65.111 manat payçı X oğlu tərəfindən ödənilmişdir. Onun "xxxx" MTK-ya borcu yoxdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı "xxxx" MTK cavabdeh X oğluna qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsin ə müraciət edərək Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən "İnşaatçı-2002” MTK-ya məxsus yaşayış binasının 1 giriş, 12-ci mərtəbəsində, ümumi sahəsi 100,17 kv/m olan 2 otaqlı, 62 saylı mənzilin müqavilə əsasında X oğluna verilməsi barədə bağlanmış 19 sentyabr 2016-cı il tarixli “Mənzil tikintisi haqqında müqavilə”nin və 19 sentyabr 2016-cı il tarixli “Müqavilə”nin etibarsız hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MTK-a ilə "xxxx" MMC-nin direktoru X18 arasında tikilmiş binalara liftlərin quraşdırılması ilə əlaqədar 21 iyul 2016-cı il tarixində 23 saylı müqavilə bağlanmışdır. X12 müraciəti əsasında 19 sentyabr 2016-cı il tarixli müqavilə əsasında X oğluna Abşeron rayon İH Başçısının 25 iyul 2014- cü tarixli 345 saylı sərəncamı ilə Abşeron rayonu Xırdalan şəhəri, H.Əliyev prospektində 1 bloklu, 12 mərtəbəli, 2 otaqlı 62 saylı mənzilin verilməsi barədə müqavilə bağlanmışdır, 100,17 kv.m sahəsi olan 2 otaqlı mənzilə görə 65.111 manat pul ödənilməli idi. X19 sənədləşmədə iştirak etməsə də, X12 təqdim etdiyi şəxsiyyət vəsiqəsi əsasında mənzil onun adına sənədləşdirilmiş, lakin X a onun MTK-ya borclu olmamasına dair maliyyə arayışı verilməsinə baxmayaraq ona pulun ödənilməsi barədə kassa qəbzi verilməmişdir. Belə ki, kassa mədaxil qəbzi mənzilə ödənilən pul kassaya mədaxil olunduğu təqdirdə təqdim olunur. Kassa qəbzi olmadığı üçün verilən maliyyə arayışının heç bir hüquqi qüvvəsi yoxdur. Maliyyə arayışı ona görə borcun olmaması nəzərdə tutulmaqla təqdim edilmişdir ki, həmin şəxslər A.xi aldadaraq pulun veriləcəyinə inandırıb maliyyə arayışı yazdırmış və qeyd edildiyi kimi, sonradan pulun ödənilməsi barədə qəbz təqdim edilməmişdir. Həmin şəxslərin verdikləri vədlər özünün doğrultmadığına görə, yəni mənzilin pulu ödənilmədiyi üçün x xlə əlaqə saxlanılmış, Cavabdeh xa bildirmişdir ki, bu mənzili x adlı şəxs ona borclu olduğu pulun əvəzinə alıb verib, x mənzilin pulunu ödəyib. Vəziyyəti belə gördükdən sonra x x tərəfindən Mütəşəkkil Cinayətkarlığa qarşı mübarizə idarəsinə x adlı şəxsin və qeyrilərinin hərəkətlər barədə müraciət olunmuş və onun barəsində Bakı Şəhəri Xətai Rayon Polis İdarəsində əlavə cinayət işi olduğuna görə iş materialları ora göndərilmişdir. Xun polisdə verdiyi izahata görə müqavilədəki imzalar ona məxsus deyil. Hal-hazırda Cavabdehla MTK-a arasında mənzi llə bağlı mübahisə davam edir. Həmin mənzil cavabdehin adına Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmamışdır. Qeyd olunanlara əsasən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən "xxxx" MTK-ya məxsus yaşayış binasının 1 giriş, 12-ci mərtəbəsində, ümumi sahəsi 100,17 kv/m olan 2 otaqlı, 62 saylı mənzilin müqavilə əsasında X oğluna verilməsi barədə bağlanmış 19 sentyabr 2016-cı il tarixli “Mənzil tikintisi haqqında müqavilə”nin və 19 sentyabr2016-cı il tarixli “Müqavilə”nin etibarsız hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. X oğlu "xxxx" MTK-ya qarşı, qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək qarşılıqlı iddianın da təmin olunmasını, "xxxx"MTK-dan ona məxsus olan 65111 manat pulun, əldən çıxmış faydaya görə 10000 manat pulun və ona vurulmuş mənəvi zərərə görə 5000 manat pulun, cəmi 80111 manat pul vəsaitinin, dövlət rüsumuna görə ödənilmiş 30 manatın onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırdı ki, o, 2016-cı ildə yeni tikilən kooperativ binalardan yaşayış sahəsi - mənzil almaq məqsədi ilə şəhərin bir çox yerlərində tikilən binalara baxmış və "xxxx" MTK tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 31 ünvanda tikilməkdə olan binanı bəyənmişdir. Həmin binadakı 62 saylı 100,17 kv.m sahəsi olan 2 otaqlı mənzili almaq qərarına gəlmişdir. 19 sentyabr 2016-cı il tarixdə o, həmin mənzilə dair kooperativlə müqavilə bağlamış və mənzilin tam dəyərini 65111 manat olmaqla əvvəlcədən ödəmişdir. Bununla əlaqədar ona h əmin tarixdə imzalanmış, şirkətin dairəvi möhürü ilə möhürlənmiş müqavilə və ödənişin tam olaraq həyata keçirilməsinə dair maliyyə arayışı təqdim olunmuşdur. Bundan sonra dəfələrlə mənzilin ona təhvil verilməsi məqsədi ilə kooperativə müraciət etmişdir. Lakin hər dəfə müxtəlif bəhanələrlə mənzili ona təhvil verməyərək get-gələ salmışlar. Bu yaxınlarda ona Nizami Rayon Məhkəməsində bildiriş gəlmişdir. Ona məlum olmuşdur ki, kooperativ bağlanmış müqavilənin etibarsız hesab edilməsinə dair məhkəməyə müraciət etmişdir. O, iddia ərizəsini oxuduqda olduqca təəccübləmişdi. İddia ərizəsində göstərilir ki, guya o, şirkətə bir manatda ödəməmişdir. Ortada hansısa vasitəçilər olmuşdur. Guya verilən mənzilin əvəzində x x adlı şəxs mənzildə lift quraşdırmalı idi. İddia ərizəsində qeyd olunan və iddiaçın ın irəli sürdüyü bu arqumentlərin heç bir əsası yoxdur və mənzili ona verməmək üçün gətirilən bəhanədir. Bir daha xatırladır ki, onun əlində kooperativ rəhbərliyinin imzaladığı və möhürlədiyi müqavilə, pulun ödənildiyinə dəlalət edən, eyni qaydada təsdiqlənmiş maliyyə arayışı vardır. Əgər o, qeyd olunan məbləğdə pulu verməsəydi həmin sənədləri ona kim verərdi. Digər tərəfdən, əgər həmin müqavilə formal müqavilə olmuşdursa onda nəyə görə ötən iki il ərzində onun ləğv olunması və ya etibarsız hesab olunması barədə hər hansı bir tədbir görməmişlər. İsrarlı şəkildə mənzili tələb etdikdən sonra iddiaçı məcbur olub məhkəməyə müraciət etmişlər. İddianı təmin olunmasını məhkəmədən xahiş edir. Eyni zamanda qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Artıq belə bir qənaətə gəlmiş ki, qeyd olunan mənzildən imtina edib verdiyi pulu geri tələb etsin. Belə ki, təməli düzlük və halallıqla qoyulmayan bir binada yaşamaq istəmir. Eyni zamanda hesab edir ki, "İnşaatçı-2002'’ MTK iki il müddətində onun pulunu alıb saxladığı və mənzili ona təhvil vermədiyi üçün əldən çıxmış faydaya görə, eləcə də ona vurduğu mənəvi zərərə görə təzminat ödəməlidir. Əldən çıxmış faydanı 10000 manat, vurulmuş mənəvi zərəri isə 5000 manat dəyərində qiymətləndirir. Qeyd olunanlara əsasən ilk iddia tələbini qəbul edir və iddiaçı ilə onun arasında bağlanmış müqavilələrin etibarsız hesab edilməsinə etiraz etmir. Eyni zamanda qarşılıqlı iddianın da təmin olunmasını, "xxxx"MTKdan ona məxsus olan 65111 manat pulun, əldən çıxmış faydaya görə 10000 manat pulun və ona vurulmuş mənəvi zərərə görə 5000 manat pulun, c əmi 80111 manat pul vəsaitinin, dövlət rüsumuna görə ödənilmiş 30 manatın onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etdi. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (sədrlik edən F.Mirzəyev) 04 iyul 2018-ci il tarixli, 2(007)-1527/2018 saylı qətnaməsi ilə ilk iddianın təmin edilməsi, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən "xxxx" MTK-ya məxsus yaşayış binasının 1 giriş, 12-ci mərtəbəsində, ümumi sahəsi 100,17 kv.m olan 2 otaqlı, 62 saylı mənzilinin X oğluna verilməsi barədə bağlanmış 19 sentyabr 2016-cı il tarixli “Mənzil tikintisi haqqında müqavilə” nin və 19 sentyabr 2016-cı il tarixli “Müqavilə” nin etibarsız hesab edilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, "xxxx" MTK-dan 65.111 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat alınıb X oğluna verilməsi, qarşılıqlı iddia tələbinin qalan hissədə rədd olunması qət edilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında mənzil tikintisi haqqında müqavilə bağlanmış, həmin müqaviləyə əsasən "xxxx" MTK tərəfindən tikilməkdə olan binada 62 №-li mənzil X oğluna satılmış, sonuncu isə mənzilin dəyərini, yəni 65.111 manat məbləğini tam olaraq ödəmişdir. 65.111 manat pulun ödənilməsi iddiaçı tərəfindən imzalanmış və möhürlə təsdiq olunmuş müqavilələrlə eləcə də bu barədə verilmiş 4/78 saylı 19 sentyabr 2016-cı il tarixli maliyyə arayışı ilə tam olaraq öz təsdiqini tapır. İddiaçı cavabdehlə bağladığı hər iki müqavilənin etibarsız hesab edilməsini tələb edir, cavabdeh isə qeyd olunan iddia tələbini qəbul edir. İddiaçı mübahisəli mənzili tikib cavabdehə verməli, cavabdeh isə mənzilin dəyərini əvvəlcədən ödəməli idi. Cavabdeh X oğlu üzərinə götürdüyü öhdəliyə əməl edərək mənzilin dəyəri olan 65.111 manat məbləğində pulu "xxxx"MTK-nə ödəmişdir. Lakin sonuncu müqavilə öhdəliklərinə əməl etməmiş, mənzili Cavabdeh təhvil verməmiş və ya qanunsuz sahiblik etdiyi pulu sahibinə qaytarmamışdır. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, 65.111 manat məbləğində pulun "xxxx" MTK-dən tələb olunması hissəsində iddia əsaslı olduğundan təmin olunmalıdır. Əldən çıxmış faydaya görə 10000 manat pulun və vurulmuş mənəvi zərərə görə 5000 manat pulun "xxxx"MTK-dan tutulması hissəsində iddia əsassız olduğundan rədd olunmalıdır. Belə ki, cavabdeh əldən çıxmış fayda və vurulmuş mənəvi zərər hissədə öz tələblərinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmiş, ona əldən çıxmış faydaya görə 10000 manat, mənəvi zərərə görə 5000 manat zərər dəyməsi barədə məhkəməyə sübutlar təqdim etməmişdir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.2, 337.4, 157.2-ci maddələrinə istinadla əsaslandırmışdır. 06.11.2018-ci il tarixdə qətnamədən "xxxx"MTK tərəfindən apellyasiya şikayəti və müddətin bərpa edilməsi barədə ərizə verilmiş, Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 20 noyabr 2018-ci il tarixli, 2(007)-1527/2018 saylı qərardadı ilə ərizə təmin edilməmiş, həmin qərardaddan verilmiş şikayət isə Bakı Apellyasiya Məhkəməsinin 13.02.2019-cu il tarixli qərardadı ilə təmin edilməmişdir. 09.07.2019-cu il tarixdə qətnamədən maraqlarına toxunan şəxs kimi X18 apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 04 iyul 2018-ci il tarixli, 2(007)-1527/2018 saylı qətnaməsinin qismən, X oğlunun qarşılıqlı iddia tələbinin qismən, "xxxx" MTK-dan 65111 manat alınıb X oğluna verilməsinin təmin edilməsi hissəsində ləğv edilməsi və həmin hissədə qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər F.Txinski - sədrlik edən və məruzəçi, R.Eyvazov və Z.Əliyev) 05 oktyabr 2019-cu il tarixli 2(103)-12034/2019 saylı qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilmişdir. Maraqlarına toxunan şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, mübahisəli mənzilə dair X18 ilə "xxxx" MTK arasında hazırda da qüvvədə olan 21 iyul 2016-cı il tarixli Müqavilənin olmasına baxma yaraq məhkəmə qətnaməsi ilə X oğluna ödəniş etmədiyi halda həmin mənzilin dəyərinin ödənilməsi qət edildiyinə görə "xxxx" MTK mənzili qanuni sahibinə verməkdən imtina edir və bildirir ki, həmin mənzili satıb məhkəmə qətnaməsini icra etməlidir. Göründüyü kimi işdə iştirak etməyə cəlb edilmədiklərindən və Bakı şəhəri Nizami rayon Məhkəməsinin 04.07.2018ci il tarixli qətnaməsi maraqlarına toxunduğundan həmin qətnamədən şikayət vermək hüquqları vardır. Mülki işin materiallarında olan 21 iyul 2016-cı il tarixli 23 saylı Müqavilədən görünür ki, Melkom MMC-nin direktoru X18 ilə "xxxx" MTK-nın direktoru X10 arasında liftlərin quraşdırılması barədə Müqavilə bağlanılmışdır. Həmin Müqaviləyə əlavə edilmiş 21 iyul 2016-cı il tarixli Razılaşma Protokolunda müqavilənin dəyəri 90000 manat müəyyən edilm iş və görüləcək işlərin ödəmə qaydası müəyyən edilmişdir. Ödəmə qaydasının 1-ci bəndində sifarişçinin müqavilənin ümumi dəyərinin 29898 manatının əvvəlcədən icraçıya ödəməsi göstərilmişdir. Razılaşma protokolunun 2ci bəndində göstərilir ki, “Sifarişçi” müqavilənin ümumi dəyərinin qalan hissəsini “Sifarişçi” Xırdalan şəhərində inşa etdiyi binanın 1 giriş, 12-ci mərtəbə, sahəsi 100, 17 kv.m olan 63 №li mənzilin satış üçün “İcraçı”- ya ayırır və “İcraçı”-nın təqdimatı əsasında alıcının adına tam maliyyə arayışı ilə birlikdə sənədləşdirir. Həmin Müqaviləyə uyğun olaraq "xxxx" MTK ilə X18 arasında Xırdalan şəhəri, H.Əliyev prospektində tikilməkdə olan binanın sahəsi 100,17 kv.metr olan 2 otaqlı 62 nömrəli mənzilin verilməsi nəzərdə tutulmuşdur. Müqavilə üzrə mənzilin dəyəri 60102 manat müəyyən edilmişdir. Mülki işin materiallarında olan, məhkəmə sorğusu əsasında Bakı şəhəri Xətai Rayon Polis İdarəsində aparılan cinayət işinin istintaq materiallarından göndərilmiş 31 iyul 2017-ci il tarixli X oğlunun şahid qismində dindirilməsi protokolunda vermiş olduğu ifadəsində göstərilir ki, Xəlilov xı 2014-cü ilin əvvəllərindən tanıyır. x İrandan mərmər daşları gətirib satışını həyata keçirirdi. Bir gün söhbət zamanı ondan mərmər daşlarının İrandan Azərbaycana gətirilməsi üçün 40000 manat pula ehtiyacı olduğunu bildirərək həmin pulu ondan borc olaraq İstədi. Həmin vaxt o, 3 otaqlı mənzil satmışdır və x onda pul olduğunu bilirdi. O etiraz etmədi və 40000 manat pulu 2014cu ilin mart ayında Nizarni rayonu, Rüstəmov küçəsi 34 ünvanda xa bır ildən sonra qaytarmaq şərti ilə borc verdi. Araların da heç bir müqavilə razılaşma əsasında xa borc vermişdir. 2015-ci ilin noyabr ayından etibarən o, xdan borcunu tələb etməyə başladı. Lakin hər dəfə x ona olan 40000 manat borcunu qaytarmaqdan yayınırdı. Nəhayət 2016-cı ilin may ayında o, Qulu adlı tanışı ilə onunla görüşdü və borcu qaytarmağa bir iki ay vaxt istədilər. O, məcbur qalıb razılaşdı. Bundan bir müddət sonra x ona olan borcunun əvəzində Xırdalanda mənzil verməyi təklif etdi. O razılaşdı və mənzili adına rəsmiləşdirmək üçün şəxsiyyət vəsiqəsini xa verdi. 19.09.2016-cı il tarixdə ünvan 3 ünvanda x və Qulu ilə görüşdü. x ona olan 40000 manat borcunun əvəzində Xırdalan şəhəri H.Əliyev prospekti 31 ünvanda "xxxx" MTK tərəfindən inşa edilmiş binada sahəsi 100,17 kv.metr olan 62 saylı mənzilə dair onun adına bağlanmış müqaviləni bir nü sxədə və 19.09.2016-cı il tarixli maliyyə arayışını təqdim etdi. Bundan sonra xla onun arasındakı borc məsələsi bağlandı. 2017-ci ilin yanvar-fevral aylarında ona özünü x kimi təqdim edən şəxs zəng edib onun adına olan qeyd edilən mənzillə bağlı ona ödənişin tam həyata keçirilmədiyini dedi və aldadıldığını bildirdi. O da xa dedi ki, həmin mənzil xın ona olan borcunun əvəzinə verilmişdir. Bu zəngdən sonra o, xla görüşüb xın ona dediyi sözlər barədə maraqlandıqda x dedi ki, x həmin binanı tikən "xxxx" MTK-nın binalarına lift quraşdıran şirkətin direktorudur. x həmin mənzilə görə MTK-ya 25000 manat pulu Qulunun vasitəsilə ödədiyini, qalan məbləğə görə MTK qarşısında öhdəlik götürdüyünü, yəni məbləğin əvəzinə MTK inşaat materialları verəcəyini, ya da pulu ödəyəcəyini və bu işin ona aidiyyəti o lmadığını bildirdi. Qeyd etmişdir ki, bir müddət sonra xla söhbət zamanı x ondan pulu qaytarsa mənzilə dair adına olan müqaviləni ləğv etdirib- etdirmədiyini soruşduqda o, 40000 manat pulun nağd şəkildə ona qaytarılacağı təqdirdə müqaviləyə xitam verilməsinə razı olduğunu bildirdi. Lakin ona heç bir məbləğdə pul verilmədiyi üçün o da müqaviləni ləğv etdirmədi. Bundan sonra olanlardan xəbəri yoxdur. Bir müddət sonra x ondan pulu qaytarsa mənzilə dair müqaviləni ləğv etdirib- etdirmədiyini soruşduqda o, 40000 manat pulun nağd şəkildə ona qaytarılacağı təqdirdə müqaviləyə xitam verilməsinə razı olduğunu bildirdi. Ancaq ona pul qaytarılmadı. O, "xxxx" MTKnın ofisində olmamış, adına rəsmiləşdirilmiş 19.09.2016-cı il tarixdə Müqavilə üzrə mənzilə görə hər hansı məbləğdə pul MTK-ya ödəməmişdir. H əmin mənzil Qulu və x tərəfindən onun adına rəsmiləşdirilmiş və xın ona olan 40000 manat borcun əvəzi olaraq verilmişdir. Mülki işin materiallarında olan və X oğlunun mənzilə görə pul ödəmədiyinə dair məhkəmə tərəfindən araşdırılmış yuxarıda qeyd edilən sübut qismində sənəd mövcud olduğu halda məhkəmənin hansı əsasla mübahisəli mənzilə görə 65111 manat məbləğində pulun "xxxx" MTK-dan tutularaq X oğluna verilməsinə dair nəticəyə gəlməsi əsassız müqavilə bağlanmış, həmin müqaviləyə əsasən "xxxx" MTK tərəfindən tikilməkdə ola binada 62 nömrəli mənzil X oğluna satılmış, sonuncu isə mənzilin dəyərini, yəni 65111 manat məbləğini olaraq ödəmişdir. Eyni zamanda qətnamədə göstərilir ki, cavabdeh X oğlu üzərinə götürdüyü öhdəliyə əməl edərək mənzilin dəyəri olan 65111 manat məbləğində pulu "xxxx" MT K –ya ödəmişdir. Lakin sonuncu müqavilə öhdəliyinə əməl etməmiş, mənzili Cavabdeh təhvil verməmiş və qanunsuz sahiblik etdiyi pulu sahibinə qaytarmamışdır. Məhkəmənin gəldiyi yuxarıda qeyd edilən nəticə əsassız olmaqla mülki işin materiallarında olan mötəbər sübutlarla təkzib olunur. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər F.Txinski - sədrlik edən və məruzəçi, R.Eyvazov və Z.Əliyev) 25 noyabr 2019-cu il tarixli 2(103)-13278/2019 saylı qətnaməsi ilə iş üzrə maraqlarına (hüquq və vəzifələrinə) toxunan şəxs X12 apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1527/2019 saylı iş üzrə 04.07.2018-ci il tarixli qətnaməsi qismən (qarşılıqlı iddia ərizəsinin təmin edildiyi hissədə) ləğv edilmiş və iddiaçı X oğlunun cavabdeh "xxxx" MTK-ya qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməmiş, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə müəyyən edilmiş hallardan səhv nəticəyə gəlmiş və ilk iddianın əsasına varmadan iddianı yalnız qarşı tərəfin iddianı qəbul edilməsi ilə əsaslandırmışdır. İş üzrə tərəflər və maraqların toxunan şəxsin yekdil və mübahisə edilməyən mövqeləri ilə müəyyən edilmişdir ki, cavabdeh mənzil üzrə müqavilələri aksept etməmiş, daşınmaz əmlakın alqısatqısına, podrat müqaviləsinə və ya tapşırıq müqaviləsinə müvafiq əqdlərdə razılığa dair həqiqi münasibətlər sadəcə iddiaçı ilə maraqlarına toxunan şəxs arasında şərtlə müəyyən edilmiş razılığın əsasında pərdələnmiş əqdin ünsürü kimi maraqlar ına toxunan şəxsin göstərməsi ilə cavabdehin adına tərtib edilmiş müqavilələr olmuşdur. Qeyd edilən müqavilələr üzrə münasibətlər iddiaçı və cavabdeh arasında mövcud olmamış, digər şəxslərin vasitəsi ilə həyata keçirilmiş və aldatma halları baş vermişdir. Nəticədə cavabdeh başqa şəxsin ondan borcunun əvəzində iddiaçı tərəfindən onun adına tərtib edilmiş müqavilələr və maliyyə arayışı əsasında (mənzildə sahiblik hüququ əldə etmək müqabilində) borc münabasibətlərinin tənzimlənməsində iştirakçı olmuş, lakin oferta üzrə iddiaçının mövqeyi ona bəlli olmamışdır. Beləliklə, mənzil tikintisi və alqı-satqısı üzrə mübahisə edilən əqdlərdə hər iki tərəfin həqiqi iradələri mənzili almaq və ya vermək olmamış, bir tərəf liftlərin quraşdırılması müqabilində zəmanət kimi mənzili maraqlarına toxunan şəxs ə təqdim etmiş, digər tərəf isə başqa şəxsin ona olan borcunun əvəzində mənzili qəbul etmişdir. Ona görə əqdin formal (yalan) olduğu danılmazdır, bu formal münasibətlər üzrə iddiaçının cavabdeh qarşısında mülki məsuliyyətini müəyyən edən hallar müəyyən edilmir və iddiaçı-tərəfindən cavabdehə ödənilməli (qaytarılmalı) olan pulun faktiki və hüquqi əsasları mövcud deyildir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, tərəflər pərdələnmiş münasibətlər (əslində nəzərdə tutduqları əqd) üzrə onlara cavab verməli olan şəxslərə qarşı tələblər irəli sürməmiş və iddiaçının əqd üzrə aldıqları sübuta yetirilmədiyindən onu qaytarmağa da vəzifəsi yaranmamışdır. Cavabdehə və maraqlarına toxunan şəxsə izah edilməlidir ki, hazırki mülki iş üzrə tələb həddində prosessual məhdudiyyət baxımından araş dırma imkanları yolverilməz olduğundan onların mülki münasibətdə olduqları şəxslərdən mülki və ya cinayət təqibi proseduru qaydasında tələb etmək hüququ, habelə pul-əmlak dövriyyəsi üzrə mübahisələrin həlli imkanları tükənməmişdir. Cavabdeh X oğlu kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin 25 noyabr 2019cu il tarixli qətnaməsinin ləğv edilərək qarşılıqlı iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (hakimlər İ.Xəlilov - sədrlik edən və məruzəçi, Ə.Əliyev və M.Əhmədova) 2(102)-2730/2020 nömrəli iş üzrə 21 avqust 2020-ci il tarixli qərarı ilə Cavabdeh kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apelyasiya Məhkəməsinin iş üzrə 25 noyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, işə apelyasiya qaydasında yenidən baxılması üçün apelyasiya məhkəməsinə göndərilməsi qət edilmişdir. İşdən görünür ki, həmin qətnamənin qarşılıqlı iddianın təmin olunan hissəsindən cavabdeh "xxxx" MTK tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir. Bundan sonra iş üzrə maraqlarına (hüquq və vəzifələrinə) toxunan şəxs X18 qətnamənin qarşılıqlı iddianın təmin olunan hissəsindən apellyasiya şikayəti vermiş və onun şikayəti təmin olunmuşdur. Məhkəmə kollegiyası gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, apellyasiya məhkəməsi şikayəti təmin etməklə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, mübahisə, iddiaçı "xxxx" MTK ilə cavabdeh X oğlu arasında olan mübahisədir. Bir tərəf müqavilənin əhəmi yyətsiz əqd olması əsası ilə etibarsızlığını tələb edir, qarşı tərəf isə mənzil tikintisi üçün MTK-ya vermiş olduğu pulun geri qaytarılmasını tələb edir. İşə baxan 1-ci instansiya məhkəməsi müqaviləni etibarsız hesab etmiş və qarşı tərəfin kooperativə vermiş olduğu pulun elə kooperativin özündən cavabdehin xeyrinə tutulmasını qət etmişdir. Həmin pulun (kooperativdən tutulan) MTK-dan tutulmasının maraqlı şəxsin hər-hansı hüquqlarını pozması məntiqsizdir. Maraqlı şəxs bunu belə əsaslandırır ki, mübahisəli mənzil müqavilə əsasında ona satılmış və əqdlər etibarsız hesab olunduqdan sonra onun mənzili yenidən sahibliyinə qaytarmaq hüququ var. Müqavilələr əhəmiyyətsiz əqd kimi etibarsız hesab olunduğundan hazırkı işdə MM-nin 337.5. maddəsi tətbiq oluna bilməzdi. Çünki mənzilə görə pulun verilməmə si məhkəmə baxışı zamanı təsdiq olunmuşdur. Pulun kooperativdən geri alınması mənzilin ona verilməsinin qarşısını alır. Məhkəmə kollegiyası belə bir əsaslanma ilə razılaşmayaraq göstərmişdir ki, maraqlı şəxsin mənzilə hüquqları tərəflər arasında (MTK ilə) bağlanmış mənzil tikintisi haqqında müqavilə ilə baş tutmuşdur. Tərəf həmin müqaviləyə istinad etməklə mənzili geri tələb edə bilər. Amma işə baxan məhkəmənin əqdi əhəmiyyətsiz əqd hesab edərkən eyni zamanda alınanların geri qaytarılması barədə ziddiyyətli qərar qəbul etməsi, barəsində qərar çıxarılmış tərəfin (MTK-nın) hüquq və mənafelərini pozur. Hazırkı işdə belə hüquqa MTK sahibdir və ancaq onun şikayəti ilə həmin məsələ həll edilə bilərdi. MTK-dan pul tutulması mənzilin maraqlı şəxsə qaytarılmasına əngəl deyil. Məhkəmə kollegiyası qe yd etmişdir ki, məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq dır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəki ldə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, işə apellyasiya qaydasında yenidən baxılarkən yuxarıda qeyd olunan hallar nəzərə alınmaqla qətnamənin qanuniliyi və əsaslılığı MPM-nin 372 -cı maddəsinin tələblərinə uyğun şəkildə yoxlanılmalıdır. Apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər Ş. Xa - sədrlik edən və məruzəçi, E.Mehdiyev və X.Sarıyev) 2(103)-673/2021 nömrəli iş üzrə 11 fevral 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 04 iyul 2018-ci il tarixli 2(007)-1527/2018 nömrəli qətnaməsi qismən - qarşılıqlı iddia ərizəsinin təmin olunduğu hissədə ləğv edilməsi, iddiaçı X oğlunun cavabdeh "xxxx" MTK-ya qarşı pul tələbinə dair qarşılıqlı iddianın təmin olunmaması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, X12 direktoru olduğu "xxxx" MMC ilə "xxxx" MTK arasında lift lərin quraşdırılmasına dair 21 iyul 2016-cı il tarixli 23 saylı Müqavilə bağlanmış, daha sonra həmin müqaviləyə 21 iyul 2016-cı il tarixli Razılaşma protokolu imzalanaraq "xxxx" MTK tərəfindən inşa edilən çoxmərtəbəli yaşayış binasında liftlərin quraşdırılması üzrə müqavilə qiymətinin 90000 manat olduğu, liftlərin quraşdırılmasının dəyərinin 29898 manat hissəsinin əvvəlcədən ödənilməsi, qalan hissəsinin ödənilməsinin isə "xxxx" MTK tərəfindən mübahisəli mənzilin satış üçün İcraçıya ayrılması və İcraçının təqdimatı əsasında alıcının adına maliyyə arayışı ilə birlikdə sənədləşdirilməsi yolu ilə həyata keçirilməli olması razılaşdırılmışdır. Bu əsasla mübahisəli mənzil X12 təqdimatı üzrə X1 təqdim etdiyi şəxsin adına, yəni X oğlunun adına rəsmiləşdirilmiş, lakin bu zaman "xxxx" MTK ilə X oğlu arasında bağlanması üçün mənzilə dair tərtib edilmiş 19 sentyabr 2016-cı il tarixli «Mənzil tikintisi haqqında» müqavilədə alıcının adının qarşısında X oğlu deyil, səlahiyyəti olmayan başqa şəxs imza etmiş, mənzilə görə X oğlu və ya hər hansı başqa şəxs tərəfindən isə həmin mənzilə görə "xxxx" MTK-ya hər hansı məbləğdə pul ödənilməmişdir. X oğlunun tanışı X11 2014-cü ildə İrandan mərmər daşlarını alıb Azərbaycana gətirmək adı ilə X oğlundan bir ildən gec qaytarmamaq şərtilə 40.000 manat borc pul almış, lakin sonradan həmin pulu qaytara bilməmiş, X oğlu pulun qaytarılmasını dəfələrlə X6 tələb etmiş, X5 x Vəli oğlunun liftlərin quraşdırılmasının dəyərinin bir hissəsinin əvəzində ona ayrılmış mübahisəli mənzili satışa çıxardığından xəbər tutduqdan sonra həmin mənzili 40.000 manat borcunun əvə zində X oğlunun adına rəsmiləşdirməyi X oğluna təklif etmiş, X oğlu bununla razılaşmış, X3 Məsim oğlunun şəxsiyyət vəsiqəsinin surətini alıb X15 verərək mənzilin həmin adamın adına rəsmiləşdirilməsini, pulunun isə X15 veriləcəyini bildirmişdir. Lakin sonradan X11 bir tərəfdən mənzilin dəyərini X15 ödəməmişdir, digər tərəfdən də X oğluna olan 40.000 manat borcunu X oğluna qaytarmamışdır. Mübahisəli mənzilin X oğlunun adına sənədləşdirilməsinə baxmayaraq, X18 həmin mənzilə görə hər hansı məbləğdə vəsait əldə edə bilmədiyindən, buna görə liftlərin quraşdırılmasını həyata keçirə bilmədiyindən "xxxx" MTK tərəfindən X15 mənzilin satışından əldə etdiyi vəsaitdən qaytarmaq şərtilə əlavə olaraq 24000 manat pul verilmiş, həmin borc məbləği hesabına X18 nəhayət ki, liftlərin quraşdırılmasını sona çat dırmış, lakin bu zaman "xxxx" MTK-ya 24000 manat məbləğində borclanmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, Bakı şəhəri Nizami rayon məhkəməsinin 2(007)-1527/2019 saylı 04.07.2018-ci il tarixli qətnaməsi qüvvədə saxlanılarsa və gələcəkdə icra edilərsə, onda X oğlu "xxxx" MTK-ya ödəmədiyi 65111 manat pulu əldə edərək son nəticədə "xxxx" MTK-ya vurulmuş ziyan hesabına əsassız varlanmış olacaq, X11 həmin mənzilə görə hər hansı şəxsə hər hansı məbləğdə ödəniş etmədiyinə görə X oğluna ödəməli olduğu 40.000 manat borcunun ödənilməsindən X15 və "xxxx" MTK-ya vurulmuş ziyan hesabına qurtulmuş olacaqdır. Həmçinin, belə bir vəziyyətdə "xxxx" MTK isə öz vəsaiti hesabına, məsələn 50.000 manata inşa etdiyi mənzilə görə yenidən 65.111 manat v erərək öz mənzilini öz vəsaiti hesabına təkrar əvəzli olaraq almış olacaqdır. Bununla da öz mənzilinə görə əlavə olaraq 65.111 manat maddi ziyana düşmüş olacaqdır. X18 liftlərin dəyərinin bir hissəsinin əvəzi olaraq ona ayrılmış mübahisəli mənzildən və həmin mənzilin satışından əldə etməli olduğu vəsaitdən məhrum edilmiş olacaqdır. Belə ki, mübahisəli mənzil X oğlunun adına rəsmiləşdirildiyi zaman həqiqətən satılmış olsaydı və həmin mənzilə görə alıcı tərəfindən ödənilməli olan 65111 manat X15 verilmiş olsaydı, həmin vəsait "xxxx" MMC ilə "xxxx" MTK arasında liftlərin quraşdırılmasına dair bağlanmış 21 iyul 2016-cı il tarixli 23 saylı Müqavilə və həmin müqaviləyə 21 iyul 2016-cı il tarixli Razılaşma protokolu ilə razılaşdırıldığı kimi tamamilə X12 ixtiyarında olacaqdı və belə görünür ki, həmin vəsaitin 41000 manat hissəsi X12 liftlərin quraşdırılmasından əldə etdiyi gəliri olacaqdı. Lakin hazırkı vəziyyətdə həmin mənzilə görə X15 X oğlu və ya X11 tərəfindən hər hansı məbləğdə vəsait ödənilmədiyindən, habelə həmin mənzilə görə X oğlu və ya hər hansı başqa şəxs tərəfindən "xxxx" MTK-ya da hər hansı məbləğdə pul ödənilmədiyindən, digər tərəfdən mübahisələndirilən qətnamənin icrası qaydasında "xxxx" MTK-dan məhz həmin mənzilə görə 65111 manat pul alınıb X oğluna verilməli olduğundan X18 mənzilin satışından əldə etməli olduğu 41000 manat gəlirindən məhrum edilmiş olacaq, "xxxx" MTK-dan əlavə olaraq aldığı 24000 manat borc pulu da, məhz öz vəsaiti hesabına "xxxx" MTK-ya qaytarmalı olacaqdır.Göründüyü kimi, Bakı şəhəri Nizami rayon məhkəməsinin 2(007)-1527/2019 saylı 04.07.2018- ci il tarixli qətnaməsinin X12 maraqlarına (hüquq və vəzifələrinə) toxunur. Apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 324, 328, 337, 340.2, 347,360, 403, 404, 409, 425, 431, 441-443, 454, 560, 646-654, 739-745, 752, 760, 777-786-cı maddələrinə əsaslanaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə müəyyən edilmiş hallardan səhv nəticəyə gəlmiş və ilk iddianın əsasına varmadan iddianı yalnız qarşı tərəfin iddianı qəbul edilməsi ilə əsaslandırmışdır. Qətnamənin ilk iddiaya dair (təmin edilən) hissəsindən şikayət verilmədiyindən və orada qeyd edilən əsaslar mübahisələndirilmədiyindən kollegiya bu hissədə işin araşdırılmasını qanuni hesab etməmişdir. Lakin apellyasiya şikayətinin mübahisə edilən hissəsində qətnamənin düzgün nəticəyə müəssər olması üçün ilk iddiada qeyd edilmiş əsaslar və orada qeyd edilən hüquq və vəzifələrinə toxunan şəxsin cəlb edilməməsi baxımından qarşılıqlı iddianın təmin edilən hissəsinə qiymət verilməsini zəruri hesab edərək qeyd etmişdir ki, iş üzrə tərəflər və maraqların toxunan şəxsin yekdil və mübahisə edilməyən mövqeləri ilə müəyyən edilmişdir ki, cavabdeh mənzil üzrə müqavilələri aksept etməmiş, daşınmaz əmlakın alqı-satqısına, podrat müqaviləsinə və ya tapşırıq müqaviləsinə müvafiq əqdlərdə razılığa dair həqiqi münasibətlər sadəcə iddiaçı ilə maraqlarına toxunan şəxs arasında şərtlə müəyyən edilmiş razılığın əsasında pərdələnmiş əqdin ünsürü kimi maraqlarına toxunan şəxsin göstərməsi ilə cavabdehin adına tərtib edilmiş müqavilələr olmuşdur. Qeyd edilən müqavilələr üzrə münasibətlər iddiaçı və cavabdeh aras ında mövcud olmamış, digər şəxslərin vasitəsi ilə həyata keçirilmiş və aldatma halları baş vermişdir. Nəticədə cavabdeh başqa şəxsin ondan borcunun əvəzində iddiaçı tərəfindən onun adına tərtib edilmiş müqavilələr və maliyyə arayışı əsasında (mənzildə sahiblik hüququ əldə etmək müqabilində) borc münabasibətlərinin tənzimlənməsində iştirakçı olmuş, lakin oferta üzrə iddiaçının mövqeyi ona bəlli olmamışdır. Mənzil tikintisi və alqı-satqısı üzrə mübahisə edilən əqdlərdə hər iki tərəfin həqiqi iradələri mənzili almaq və ya vermək olmamış, bir tərəf liftlərin quraşdırılması müqabilində zəmanət kimi mənzili maraqlarına toxunan şəxsə təqdim etmiş, digər tərəf isə başqa şəxsin ona olan borcunun əvəzində mənzili qəbul etmişdir. Ona görə əqdin formal (yalan) olduğu danılmazdır, bu formal münasibətlə r üzrə iddiaçının cavabdeh qarşısında mülki məsuliyyətini müəyyən edən hallar müəyyən edilmir və iddiaçı tərəfindən cavabdehə ödənilməli (qaytarılmalı) olan pulun faktiki və hüquqi əsasları mövcud deyildir. Yalan əqd əhəmiyyətsizdir və onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir, habelə əqd etibarsız olduqda (Mülki Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa) tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Lakin göründüyü kimi, tərəflər pərdələnmiş münasibətlər (əslində nəzərdə tutduqları əqd) üzrə onlara cavab verməli olan şəxslərə qarşı tələblər irəli sürməmiş və iddiaçının əqd üzrə aldıqları sübuta yetirilmədiyindən onu qaytarmağa da vəzifəsi yaranmamışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdehə və maraqlarına toxunan şəxsə izah edilməlidir ki, hazırki mülki iş üzrə tələb həddində prosessual məhdudiyyət baxımından araşdırma imkanları yolverilməz olduğundan onların mülki münasibətdə olduqları şəxslərdən mülki və ya cinayət təqibi proseduru qaydasında tələb etmək hüququ, habelə pul-əmlak dövriyyəsi üzrə mübahisələrin həlli imkanları tükənməmişdir. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin 11.02.2021-ci il tarixli, 2(103)-673/2021 saylı qətnaməsinin ləğv edilməsi, üçüncü şəxs məhkəmə X2 subyektiv hüququ p ozulmadığından Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-1527/2018 saylı, 04.07.2018-ci il tarixli qətnaməsindən X12 verdiyi apellyasiya şikayətinin təmin edilməməsi, (mümkünsüz hesab edilməsi), Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-1527/2018 saylı, 04.07.2018-ci il tarixli qətnaməsinin qüvvəsində saxlanması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, X12 apellyasiya şikayətinin məzmunu ondan ibarət olmuşdur ki, bu mübahisələndirilən mənzil "Melkom” MMC-nin direktoru X15 "xxxx" MTK ilə bağlanmış 21.07.2016-cı il tarixli müqavilə əsasında görülən işin dəyərinin əvəzləşdirilməsi qaydasında verildiyindən onun marağı pozulmuşdur. Odur ki, o, Nizami rayon Məhkəməsində mübahisələndir ilən mənzilin mübahisələndirilməsində tərəf olaraq iştirak etməməsini və cəlb edilməməsini hüquqlarının pozulması hesab edir. Bundan sonra, Bakı Apellyasiya Məhkəməsinin iş materiallarında tədqiq edilməyən 27.06.2009-cu il tarixli məhkəmə qətnaməsindən isə görünür ki, iddiaçı X18 cavabdeh X oğluna qarşı onun gördüyü iş müqabilində Xırdalan şəhəri, H.Əliyev prospektində inşa edilən 1 bloklu, 12 mərtəbəli, 100,17 kv.m sahəsi olan, 2 otaqlı, 62 saylı * mənzilə görə ödədiyi 65 111 manat pulun ona dəymiş 15 000 manat maddi zərərin və 10 000 manat əldən çıxmış faydanın cavabdehdən tutularaq, ona ödənilməsi barədə tələb irəli sürsə də, bu tələb rədd edilmişdir. Bununla bildirmək istəyirik ki, X la "xxxx" MTK arasında bağlanmış 19 sentyabr 2016-cı il tarixli müqavilənin etibarsız hesab edilməsi və 65 111 manat pulun X a qaytarılması "xxxx" MMC-nin direktoru X12 maraqlarına toxunmurdu. X12 üçüncü şəxs qismində iddiası üzrə verdiyi apellyasiya şikayətinə əsasən, mülki işdə maraqlarına (hüquq və vəzifələrinə) toxunan şəxs X12 apellyasiya şikayəti təmin edilərək, Bakı şəhər Nizami rayon Məhkəməsinin 2(007)-1527/2018 saylı işi üzrə 04.07.2018-ci il tarixli qətnaməsi qismən (qarşılıqlı iddia ərizəsinin təmin edildiyi hissədə) ləğv edilməsi və iddiaçı X oğlunun cavabdeh "xxxx" MTK-ya qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi barədə mübahisələndirilmiş Bakı Apellyasiya Məhkəməsinin 25.11.2019-cu il, 2(103)-1327/2019 saylı qətnaməsi və hazırki iş üzrə bu qətnamənin eyniliyini təşkil edən 04 fevral 2021-ci il tarixli Qətnaməsi hesab edirik ki. əsassız və qanunsuz h esab edilərək, ləğv edilməlidir. İş materiallarından görünür ki. mübahisələndirilən mənzilə 2 müqavilə olmuşdur. Birinci müqavilə 21.07.2016-cı il tarixdə "xxxx" MTK ilə "xxxx" MMC (arasında bağlanmışdır) min direktoru x xa bu mənzil lift quraşdırılması ilə bağlı "xxxx" MTK-nın borclu olduğu pulun bir hissəsinin əvəzi kimi natura qaydasında ödənilmə üsulu ilə verilmişdir. İkinci müqavilə isə müstəqil müqavilə statusunda "xxxx" MTK ilə X arasında 19.09.2016-cı ildə bağlanmışdır. Bakı şəhər Nizami rayon Məhkəməsinin 04.07.2018-ci il tarixli qətnaməsi ilə X oğlu ilə "xxxx" MTK arasında mənzilin alqı-satqı müqaviləsi etibarsız sayılmış, mənzil üçün ödənilmiş 65.111 manatın X a MTK tərəfindən ödənilməsi müəyyən edilmişdir. Bu hüquqi əhəmiyyətli haldan görünür ki, mübahisələndirilən Bakı şəhər N izami rayon Məhkəməsinin 04 iyul 2018-ci il tarixli Qətnaməsi ilə "xxxx" MTK tərəfindən X a ona aid müqavilənin etibarsızlığı ilə ödənilmiş 65.111 manatın qaytarılmasını qət etməsi hesab edirik ki, X12 qanunla qorunan hər hansı subyektiv hüquqlarını pozmur və ziddiyyət təşkil etmir. Belə ki, faktiki hal olaraq X12 mübahisələndirilən mənzilə yiyələnmək imkanını qüvvədə saxlayır və sadəcə olaraq, özünün "xxxx" MTK-nın ona ödəməli olduğu borclarının da alınmasına heç bir maneə yaratmır. Belə ki, "xxxx" MTK-da publik hüquq daşıyıcısı olaraq, müstəqildir, öz öhdəliklərinə görə "xxxx" MMC-nin qarşısında deyil, qanunvericilik qarşısında cavabdehlik daşıyır. Odur ki, "xxxx" MTK-nın mənzil satması ilə bağlı vətəndaş X dan aldığı birbaşa və ya dolayısı pulun qaytarılmasının, "xxxx" MMC-nin gördüyü i ş üçün podratçıdan pulunun tələb edibetməməyinin X a məhkəmə qaydasında qaytarılmasına cavabdehliyi yoxdur. Bakı Apellyasiya Məhkəməsi qətnaməsinin əsaslandırıcı hissəsində iddiaçı X la "xxxx" MTK arasındakı müqaviləni formal əqd hesab edərək, iddiaçı tərəfindən cavabdehə yəni, "xxxx" MTK-ya ödənilməli olan pulun faktiki və hüquqi əsaslarının mövcud olmadığı üçün sözügedən müqaviləni yalan müqavilə hesab etmişdir. Bu əqdin yalan müqavilə hesab edilməsi üçün X12 və həmçinin, "xxxx" MTK-nın mövqelərinə istinad etmişdir. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsaslanaraq qeyd edilmişdir ki, X oğlunun cavabdeh "xxxx" MTK ilə aralarında bağlanmış müqavilə və həmin müqavilənin tərkib hissəsi olan maliyyə arayışı qanunla müəyyən edilən sübut növü olduğu üçün tərəflər arasında münasibət lərə aid olmayan üçüncü şəxslərin öz maraqlarına aid olan irəli sürdüyü dəlillər və digər izahatlar bu müqavilə üzrə yaranmış öhdəlikləri bu mülki iş üzrə qanunla dəyişə bilməz. Odur ki, üçüncü şəxs X12 iddiası üzrə "xxxx" MTK və X oğlu arasındakı müqavilənin etibarlı olub-olmaması mülki mühakimə predmeti ola bilməz. Azərbaycan Respublikası MPM-nin 50-ci maddəsində üçüncü şəxsə X15 qanunda nəzərdə tutulan maraqları X oğlu tərəfindən pozulmadığından bu mülki iş üzrə qanun üzrə başqasının hüquq, azadlıq və qanunla qorunan mənafeyinin müdafiəsi üçün müstəsna hüquq - yəni subyektiv hüquq verilməmişdir. Belə halda, Bakı Apellyasiya Məhkəməsi işdə iştirak edən tərəflərin hüquqi statusunu düzgün müəyyən etməmiş və nəticədə də düzgün olmayan qətnamə qəbul etmişdir. MelkomMMC mübahisələndirilən mənzilin "xxxx" MTK və X arasında alqı-satqı edilməsində münasibətlərdə nə iddiaçı, nə də ki cavabdeh statusunda olmadığından və bu X la "xxxx" MTK arasında mənzil alıcısı müqaviləsi üçün ödənilməsi X a aid olan ödəniş pulunun Cavabdeh qaytarılması X12 qanunla qorunan hər hansı mənafeyini pozmadığından bu mülki münasibətlərdə subyektiv hüquqa malik deyildir. İşdə iştirak edən şəxslərin kassasiya şikayətinə dair yazılı etirazı və ya izahatları məhkəməyə daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh X oğlu və vəkili Vəkil iş üzrə verilmiş kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Maraqlarına toxunan şəxs X18 və vəkili Cavadov Əjdər Əmrah oğlu kassasiya şikayətinə etiraz edərək təmin edilməmə sini xahiş etdi. İddiaçı "xxxx"MTK-nın vəkili X Asəf Sahib oğlu kassasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə
416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.3 Kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.1 Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Maddə
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütü n faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İş üzrə cavabdeh X oğlu kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütünlüklə mübahisələndirdiyindən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələblərini pozaraq kassasiya instansiyası məhkəməsinin qərarında şərh edilmiş göstərişlərə əməl etməmişdir. Belə ki, kassasiya məhkəməsinin əvvəlki qərarında qeyd edilmişdir ki, maraqlı şəxsin mənzilə hüquqları tərəflər arasında (MTK ilə) bağlanmış mənzil tikintisi haqqında müqavilə ilə baş tutmuşdur. Tərəf həmin müqaviləyə is tinad etməklə mənzili geri tələb edə bilər. Amma işə baxan məhkəmənin əqdi əhəmiyyətsiz əqd hesab edərkən eyni zamanda alınanların geri qaytarılması barədə ziddiyyətli qərar qəbul etməsi, barəsində qərar çıxarılmış tərəfin (MTK-nın) hüquq və mənafelərini pozur. Hazırkı işdə belə hüquqa MTK sahibdir və ancaq onun şikayəti ilə həmin məsələ həll edilə bilərdi. MTK-dan pul tutulması mənzilin maraqlı şəxsə qaytarılmasına əngəl deyil. Buna görə də, məhkəmə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırılmasını və işə apellyasiya qaydasında yenidən baxılarkən yuxarıda qeyd olunan hallar nəzərə alınmaqla qətnamənin qanuniliyi və əsaslılığı MPM-nin 372-cı maddəsinin tələblərinə uyğun şəkildə yoxlanılmalısını zəruri hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi isə qeyd edilən göstərişləri ümumiyyətlə müzakirə etməmiş, onlarla hansı əsaslara görə razılaşmadığını qətnamədə göstərməmişdir. Məhkəmə X12 direktoru olduğu "xxxx" MMC ilə "xxxx" MTK arasında liftlərin quraşdırılmasına dair 21 iyul 2016-cı il tarixli 23 saylı Müqaviləyə əsasən görülən işlərin dəyərinin bir hissəsi kimi "xxxx" MTK tərəfindən mübahisəli mənzilin satış üçün İcraçıya ayrılmasını Bakı şəhəri Nizami rayon məhkəməsinin 2(007)-1527/2019 saylı 04.07.2018-ci il tarixli qətnaməsi qüvvədə saxlanılarsa və gələcəkdə icra edilərsə, onda X18 liftlərin dəyərinin bir hissəsinin əvəzi olaraq ona ayrılmış mübahisəli mənzildən və həmin mənzilin satışından əldə etməli olduğu vəsaitdən məhrum edilmiş olacağına istinad edərək, qətnamənin X12 maraqları na (hüquq və vəzifələrinə) toxunduğu qənaətinə gəlmiş, bu zaman, 21 iyul 2016-cı il tarixli 23 saylı liftin quraşdırılması barədə müqavilənin fiziki şəxs X18 ilə deyil, hüquqi şəxs "xxxx"MMC ilə bağlanmasına da diqqət yetirməmişdir. Azərbaycan Respublikası MPM-nin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.4-cü maddəsinə əsasən məhkəmə aktları maraqlı şəxslərin mənafelərinə toxunduqda bu aktların məcburiliyi işdə iştirak etməyən maraqlı şəxslərin öz hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün məhkəməyə müraciət etmələri imkanını istisna etmir. Qeyd edilən prossesual hüquq normalarının tələblərindən görünür ki, hər bir şəxs yalnız öz hüququnun və ya qanunla qorunan mənafeyinin qorunması üçün məhkəməyə müraciət edə bilər, qanuni qüvvəyə minmiş məhkəmə aktları yalnız işdə iştirak etməyən maraqlı şəxslərin mənafelərinə toxunduğu halda onlar tərəfindən mübahisələndirilə bilər. Əks yanaşma, qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyi və hüquqi müəyyənlik prinsipinin pozulmasına şərait yaratm ış olur. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin buna hüququ olmayan şəxsin verdiyi apellyasiya şikayəti əsasında işə mahiyyəti üzrə baxaraq qəbul etdiyi qərar yuxarıda qeyd edilən prossesual hüquq normalarının pozulması ilə qəbul edildiyindən və bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnə bildiyindən ləğv edilməli, yuxarıda şərh olunan halları nəzərə almaqla, X12 apellyasiya şikayətinin mümkünlük məsələsi yenidən müzakirə olunması üçün iş yeni apellyasiya baxışına qaytarılmalıdır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 fevral 2012-ci il tarixli Qərarına görə MPM-in 420-ci maddəsində təsbit edilmiş kassasiya məhkəm əsinin göstərişləri bu Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya məhkəməsi üçün məcburidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalı, kassasiya şikayəti isə qismən təmin edilməlidir. Çünki yeni qərarın qəbul olunması üçün Azərbaycan Respublikası MPM-nin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslar hazırki iş üzrə mövcud deyildir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh X oğlunun kassasiya ş ikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-673/2021 nömrəli iş üzrə 11 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İşə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.