Məhkəmə qərarları › İş №2(102)-3507/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3507/2022

26.09.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3507/2022 26.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh ASC-yə qarşı iş üzrə QƏRARİ İş № 2(102)-3507/22 (Açar sözlər: ipoteka müqaviləsinin etibarsız hesab olunması tələbi) Bakı şəhəri, 26 sentyabr 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-8371/2021 nömrəli, 24 sentyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər. 2. 12 yanvar 2015-ci il tarixli kredit xətti müqaviləsinə əsasən bank tərəfindən X6 ( borcalan) 36 ay müddətinə illik 25 faiz ödəmək şərti ilə 43000 ABŞ dolları məbləğində kredit verilmiş, öhdəliyin təminatı olaraq X6, X2 və X8 məxsus Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Gəncə prospekti 89 saylı evin 27 saylı mənzili eyni tarixli ipoteka müqaviləsi əsasında bank qarşısında ipoteka ilə yüklü edilmiş, 13 aprel 2015-ci il tarixdə ipoteka müqaviləsinə, 16 dekabr 2015-ci il tarixdə kredit müqaviləsinə əlavə (dəyişiklik) edilərək müqavilənin müddəti 54 ay 1 gün (13 iyul 2019-cu il tarixinədək) uzadılmış, faiz dərəcəsi isə 24 faizə azaldılmışdır.

3. Bakı şəhəri Xət ai rayon Məhkəməsinin 04 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək "xxxx" İKB ilə borcalan arasında bağlanmış 12 yanvar 2015-ci il tarixli 1-G-1-0-27-15 saylı kredit müqaviləsinin ləğv edilməsi, X3 12 yanvar 2015-ci il tarixli kredit müqaviləsi üzrə cəmi 55515,22 ABŞ dollarının (pul tutulduğu anda manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı) və 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının bankın xeyrinə tutulması, X6, X2 və X8 məxsus Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Gəncə prospekti 89 saylı evin, 27 saylı mənzilinin ilkin satış qiymətinin 103000 manat müəyyən olunması, tələbin həmin mənzilə yönəldilməsi, Ba kı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Gəncə pr-ti89 saylı evin 27 saylı mənzilin açıq hərracdan satılaraq satış hesabına əldə edilmiş vəsaitdən borcun ödənilməsi, mənzil satıldıqdan sonra X4, X1 və X5 1 ay ərzində mənzildən çıxarılması və mənzilin boşaldılması, ekspertiza tədqiqatının dəyəri olan 145 manatın X3 tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin 01 oktyabr 2020-ci il tarixli 2(103)-157/2020 saylı qətnaməsindən görünür ki, Xətai rayon Məhkəməsinin 04 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

5. Azərbaycan Respublikası Ali Məhkəməsinin 16 mart 2020-ci il tarixli 2(102)1559/2020 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 01 oktyabr 2020-ci il tarixli 2(103)-157/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanıl mışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Nikoyl Bank” arasında 12 yanvar 2014-cü il tarixli 1-G-1-0-27-15 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və ünvan 1 ünvanda yerləşən 27 saylı mənzilin ipoteka yüklülüyündən azad olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı tələbini belə əsaslandırmışdır ki, onun qeydiyyatda olduğu və istifadə hüququ olan Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti ev 89 mənzil 27 ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsi ilə həmin mənzil onun götürdüyü kreditin təminatı ilə yüklü edilmişdir. Lakin həmin vaxtı iddiaçı tələbə olmuşdur. İddiaçını mənzil ipoteka ilə yüklü edilən zaman mənzildə qeydiyyatda olan iddi açının anası Şəfalət Hüseynova və dayısı Ədalət Əhmədov çağırılmış, lakin iddiaçıya məlumat verilməmişdir. İddiaçı bu barədə həbs olunan vaxtı bilmişdir. Lakin sonradan həbs olunduğu üçün bu barədə iddiaverə bilməmişdir. Hazırda pandemiya ilə əlaqədar valideynlər ilə görüş olmadığından etibarnamə verə bilmirdi ki, valideynləri iddia ilə məhkəməyə müraciət etsin. Mənzil ipoteka ilə yüklü elan edilərkən iddiaçının razılığı lazım idi. Çünki digər yaşayan şəxslərdən razılıq alındığından iddaiçıdan razılıq alınmalı idi. Həmin razılıq alınmadığından mənzilin ipoteka ilə yüklü elan edilməsinə razılığı olmadığından ipoteka müqaviləsi etibarsız hesab olunmalıdır.

8. Məhkəmədə cavabdehin nümayəndəsi X9 iddianı qəbul etməyərək və iddia müddətinin tətbiqinə dair ərizə təqdim edərək bildirmişdir ki, iddiaçı iddia ərizəsində qeyd etdiyi kimi kredit və ipoteka müqaviləsi 2015-ci ildə bağlanmışdır. İddia tələbi ilə məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddətini buraxmışdır. Göstərilənləri, habelə iddia müddətinin buraxıldığını nəzərə alaraq, iddianın rədd olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

9. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim Natavan Tağıyeva) 2(006)779/2021 nömrəli iş üzrə 16 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.

10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 375.1 və 375.2-ci maddələrinə əsasən «Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir», «Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə t ərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır». İddia müddətini buraxdığını, cavabdehin nümayəndəsi tərəfindən iddia müddətinin tətbiq edilməsinə dair ərizə verildiyini, habelə qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını nəzərə alaraq hazırkı iddia iddia müddəti tətbiq olunmaqla rədd edilməlidir.

11. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 354.1, 354.2 və Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1 və 375, 375.2-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edi lməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmışdır.

14. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Namiq Cəfərov (sədrlik edən və məruzəçi), Emin Mehdiyev və Xəyal Sarıyev) 2(103)-8371/21 nömrəli iş üzrə 24 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

15. Məhkəmənin mövqeyi bundan ibarət olmuşdur ki, "xxxx" İnvestisiya-Kommersiya Bankı ASC (indiki "xxxx" ASC) ilə X7 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 1G-1-0-27- 15 №-li ipoteka müqaviləsinə əsasən, Ellada Məmmədzadəyə məxsus olan, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev № 89-da yerləşən 27 №-li mənzil bankın xeyrinə ipoteka ilə yü klü edilib. Həmin müqavilənin etibarsız sayılması barədə tələb onunla əsaslandırılıb ki, mənzil ipoteka ilə yüklü edilərkən mülkiyyətçinin (Ellada Məmmzadənin) ailə üzvünün (iddiaçı Orxan Hüseynzadənin) buna razılığı alınmayıb. Belə ki, iddiaçı mülkiyyətçinin nəvəsidir, müqavilə bağlanan zaman mənzildə qeydiyyatda olub. Mülki Məcəllənin 271.1-ci maddəsinə görə əşyanı girov qoyan (ipoteka qoyan) yalnız onun mülkiyyətçisi ola bilər. Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 271.1-ci maddəsinin həmin Məcəllənin 158.2 və 158.4-cü maddələri baxımından şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarına görə Mülki Məcəllənin 271.1-ci maddəsinə əsasən girov (ipoteka) müqaviləsinin bağlanması zamanı mülkiyyətçi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlə rinin və digər şəxslərin razılıqlarının alınmaması girov (ipoteka) müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Odur ki, iddiaçının razılığının alınmaması ipoteka müqaviləsinin etibarsız hesab edilməsinə əsas ola bilməz. Beləliklə, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

16. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, əqdlər təsdiq edilərkən və Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulan hallarda bəzi başqa notariat hərəkətləri aparılarkən əqdlərin iştirakçılarının və notariat hərəkətl ərinin aparılması üçün müraciət etmiş digər şəxslərin imzalarının həqiqiliyi yoxlanılmalıdır. Məhkəmə, işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, qəbul etdiyi hər bir əhəmiyyətli sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Lakin məhkəmə işdə olan sübutları sadalamammış və onlara ayrı-ayrılıqda qiymət verməmişdir. Məhkəmə qətnaməsi ciddi prossesual pozuntularla qəbul edilmişdir. Belə ki, məhkəmə əsaslandırır ki, iddia müddəti ötürül müşdür. X13 həmin mübahisədən məlumatı olmamış, müqavilənin bağlanmasından xəbərsiz olmuşdur. Nəzərə almaq lazımdır ki, Orxan tələbə olmuş və Təhsil aldığı institut Gürcüstan Respublikasında olmuşdur. Həmin vaxtı Gürcüstan Respublikasında olmuşdur. Nəzərə almaq lazımdır ki, Gürcüstan Respublikasında olduğu halda iddiaçının müqavilənin bağlanmasından necə xəbəri olardı. Gürcüstan Respublikasına gedib gəlməyini pasportunda olan möhürlə təsdiq edilir. Bundan başqa Gürcüstan Respublikasından qayıtdıqdan sonra İddiaçı həbs olunmuş və 11 il azadlıqdan məhrum olunmuşdur. İş ibtidai istintaqda olmuş, məhkəmə istintaqında olmuşdur. Azadlıqda olmamışdır ki, hansısa hüquqi müdafiə vasitəsindən istifadə edə bilməzdi və edə də bilmədi. Bütün bunlar üzrlü hesab olunmalıdır. Nəzərə alınmalıdır ki, Azərba ycan Respublikasından kənarda olmuş, onun iştirakı olmadan ipoteka müqaviləsi bağlanmışdır. Sonradan Azərbaycan Respublikasına gəldikdən sonra həbs olunmuşdur. Həbsdə olduğuna görə gec şikayət verdiyini izah etmişdir. Məhkəmə belə olan halda iddia müddətini tətbiq edə bilməzdi. Göründüyü kimi Məhkəmə ədalətsiz və heç bir mötəbər sübutla öz təsdiq tapmayan hallara uyğun cavabdehin xeyrinə qətnamə çıxarmışdır. Eyni zamanda məhkəmə tərəfindən iddia müddəti tətbiq olunsa belə iş hərtərəfli araşdırılmalı idi. Lakin məhkəmə işi araşdırmadan əsassız iddia müddəti tətbiq etmişdir. Bir kəlmə də olsa İddiaçı həbsdə olmasını əsaslandırmamış və buna qətnamədə qiymət verməmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mü lki Məcəllə

19. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

20. Maddə 271.1. Əşyanı girov qoyan (ipoteka qoyan) yalnız onun mülkiyyətçisi ola bilər. Mülki Prosessual Məcəllə

21. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

22. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

23. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

24. Kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

25. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əl avə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən hissədə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, həmin hissədə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə m alik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası iddiaçının dəlilləri üzrə apellyasiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

29. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

30. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-8371/2021 nömrəli, 24 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar