Məhkəmə qərarları › İş №2(102)-3508/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3508/2022

20.06.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3508/2022 20.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs X3) qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3508/2022 (Açar sözlər: müqavilənin və çıxarışın ləğvi, tələbin hüquqi əsasını olmaması) Bakı şəhəri, 20 iyun 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Azərbaycan Respu blikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “müqavilənin və çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1272/2022 nömrəli, 18 fevral 2022-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 20 iyun 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ilə Cavabdeh1 MMC şirkəti arasında 29 dekabr 2010-cu il tarixdə bağlanmış müqaviləyə əsasən, Cavabdeh1 şirkəti Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 4 otaqlı mənzilin inşasını 31 dekabr 2012-ci il tarixə kimi tamamlayıb İddiaçı təhvil vermək, sonuncu isə mənzilin dəyərini ödəmək barədə üzərlərinə öhdəlik götürmüşlər.

2. Mənzilin dəyəri İddiaçı tərəfindən şirkətə tam ödənilmişdir.

3. İddiaçı (investor), Cavabdeh3 (vəkil olunan) və Cavabdeh1 MMC arasında hüquq və öhdəliklərin ötürülməsi üzrə 21 iyul 2013-cü il tarixdə üçtərəfli müqavilə bağlanmış və həmin müqaviləyə əsasən İddiaçı şirkətə 415.310 manat ödəməklə aldığı 4 otaqlı mənzilə dair hüquq və öhdəliklərini Cavabdeh3 ötürmüşdür.

4. Cavabdeh1 MMC ilə Cavabdeh3 arasında 21 iyul 2013-cü il tarixdə həmin mənzilə dair yeni müqavilə bağlanmışdır.

5. Cavabdeh3 həmin mənzilə olan mülkiyyət hüququ 27 dekabr 2019-cu il tarixdə dövlət qeydiyyatına alınmaqla adına Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1na və Azərbaycan Re spublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsina qarşı iddia ərizəsi, daha sonra isə iddianın dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 21 iyul 2013-cü il tarixli “Hüquq və öhdəliklərin ötürülməsi üzrə müqavilə”nin əvəzsiz istifadə müqaviləsi kimi təfsir edilərək, ləğv edilməsi: Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyli küçəsi, ev 128,“130,“132,“128B, 128A, mənzil 901C, yeni qaydalarla: AZ1010, ünvan 2 ünvanında yerləşən 168,4 kv.m olan mənzilə dair Cavabdeh3 Fazil oğlunun adına verilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin xx.xx.2019cu il tarixli çıxarış ın ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Abşeron MMC şirkəti (VÖEN **********) arasında bağlanılmış PBR seriyalı, 090 nömrəli, 29 dekabr 2010-cu il tarixli müqaviləyə əsasən 901c nömrəli mənzilin satışı razılaşdırılmışdır. Əmlak üçün toplam alış qiyməti hissə-hissə ödənilməklə 387500 manat müəyyən olunmuşdur. İddiaçı əmlakın dəyərini dərhal ödəməyə başlamışdır.

8. Bundan sonra PBR seriyalı, 090 nömrəli, 29 dekabr 2010-cu il tarixli müqaviləyə dəyişiklik olunaraq avtomobil dayanacağının satışı razılaşdırılmış və ümumilikdə toplam qiymət hissə-hissə ödənilməklə 415310 manat müəyyən edilmişdir.

9. İddiaçı 29 dekabr 2010-cu il tarixdə Abşeron MMC şirkəti ilə PBR090 nömrəli podrat müqaviləsi bağlamış, Mülki Məcəllə nin 752.1-ci maddəsinə əsasən müqavilədə göstərilən şərtlərə riayət edərək podratçıya razılaşdırılmış muzdu tamamilə ödəmişdir.

10. İddiaçı əvvəllər qohumluq münasibətlərini nəzərə alınaraq qeyd edilən mənzili Cavabdeh3lə sonuncun arvadına əvəzsiz istifadəyə vermişdir. Hazıra iddiaçı əmlakını mülkiyyətinə qaytarmaq niyyətindədir.

11. İddiaçı hesab edir ki, Cavabdeh3 ailəsinə əvəzsiz istifadəyə verilmiş mənzili qanunsuz yolla özəlləşdirərək çıxarış almışdır, buna görə də, 21 iyul 2013-cü il tarixli “Hüquq və öhdəliklərin ötürülməsi üzrə müqavilə”nin əvəzsiz istifadə müqaviləsi kimi təfsir edilərək, ləğv edilməsi, mənzilə dair Cavabdeh3 adına verilmiş xx.xx.2019-cu il tarixli çıxarışın ləğv edilməsi zərurəti yaranmışdır.

12. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 194.2, 324.5, 384.0.4, 404.1 və 736.3-cü maddələrinə istinad etmişdir.

13. Birinci instansiya məhkəməsi X2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmmjişdir.

14. Birinci instansiya məhkəməsində Cavabdeh3 iddiaya etiraz etmişdir. Etirazın dəlilləri: - 21 iyul 2013-cü il tarixli hüquq və öhdəliklərin ötürülməsi haqqında müqavilənin 3-cü bəndində qeyd edilmişdir ki, investor tərəfindən PBR 090 saylı müqaviləyə əsasən şirkətə ödənilmiş 415.310 manat məbləğ Vəkil olunan (yəni Cavabdeh3) tərəfindən ödənilmiş kimi hesab edilsin və Şirkət ilə Vəkil olunan arasında bağlanılacaq müqavilə üzrə ödənişlərə hesab olunacaqdır. Göründüyü kimi, İddiaçı PBR 090 saylı 29 dekabr 2010-cu il tarixli müqavilə üzrə aldığı mənzili Cavabdeh3 əvəzsiz verilməyib. Mübahisəli mənzil in dəyəri Cavabdeh3 atası tərəfindən tam olaraq İddiaçı ödənildikdən sonra hüquq və öhdəliklərin ötürülməsi haqqında müqaviləni imzalamışdır. Əks halda İddiaçı belə bir müqavilə bağlaması və öz mənzilinin dəyərinin Cavabdeh3 tərəfindən ödənilmiş kimi hesab edilməsi barədə müqaviləni imzalaması ağlabatan deyildir. Bununla da aydın olur ki, iddia tələbi tam olaraq əsassızdır və iddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutlar məhkəməyə təqdim edilməyib; - 21 iyul 2013-cü il tarixli hüquq və öhdəliklərin ötürülməsi haqqında müqavilə tərəflər arasında şərtləri razılşadırılmaqla azad surətdə heç bir məcburetmə olmadan bağlanmışdır; - əlavə olaraq qeyd edilməlidir ki, Cavabdeh1 MMC ilə İddiaçı arasında bağlanmış PBR 090 saylı, 29 dekabr 2010-cu il tarixli müqavi lə ləğv edildiyindən İddiaçı Cavabdeh3 adına olan müqavilənin ləğvi və çıxarışın ləğvi barədə iddia irəli sürməsi üçün subyektiv hüququ da yoxdur. Belə ki, hər kəs özünün subyektiv hüququnun heyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin, bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub- olmamasını və cav abdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.

15. Cavabdeh F.Nağıyevin vəkili tələblərə dair mübahisəyə iddia müddətinin tətbiqi barədə ərizə də vermişdir.

16. Üçüncü şəxs X1 nümayəndəsi-vəkili iddia tələbinin təmin olunmasına etiraz etmədiyini bildirərək göstərib ki, iddiaçı üçüncü şəxsin dayısıdır və Lamiyə İlqarla nikaha girdikdən sonra sözügedən mənzil yaşayış vəziyyətinin düzəlməsi üçün iddiaçı olan dayısı tərəfindən onlara yaşamaq üçün əvəzsiz istifadəyə verilmişdir. Nə onun özü, nə də ki, İlqar tərəfindən həmin mənzilin dəyərindən heç bir məbləğ iddiaçıya ödənilməmişdir. Belə ki, nə onun özünün, nə də ki İlqarın həmin mənzili almaq üçün heç vaxt kifayət qədər imkanı olmamışdır.

17. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1087/2020 saylı, 27 noyabr 2020-ci il qətnaməsi ilə iddia təmin edilmişdir. (hakim İlkin Rüstəmli)

18. Birinci instansiya məhkəməsi müəyyən edib ki, iddiaçı bacısı qızı olan Lamiyə Hağıyevanın ailə həyatı qurması səbəbindən ailənin yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə sözü gedən mənzili Cavabdeh3 əvəzsiz istifadəyə vermişdir.

19. Birinci instansiya məhkəməsi qeyd edib ki, tərəflər arasında “Hüquq və öhdəliklərin ötürülməsi üzrə Müqavilə” imzalansa da həm həmin müqavilənin mətnindən, həm də işin faktiki hallarından görünür ki, iddiaçı ilə Cavabdeh3 arasında faktiki olaraq əvəzsiz istifadə müqaviləsi üzrə münasibətlər yaranmışdır. Belə ki, iddiaçı sözügedən mənzilin dəyərini tam ödəməklə həmin mənzilə sahiblənmiş və həmin mənzilin faktiki mülkiyyətçisi olmuşdur. Lakin Cavabdeh3 həmin mənzili iddiaçıdan əvəzsiz istifadəyə götürdükdən sonra podratçı şirkətdən şirkətə heç bir borcunun olmadığını əks etdirən maliyyə arayışı almış və həmin sənədlər əsasında sözügedən mənzilə Çıxarış əldə etmişdir.

20. Qeyd olunanları nəzərə alaraq birinci instansiya məhkəməsi hesab edib ki, 21 iyul 2013-cü il tarixli “Hüquq və öhdəliklərin ötürülməsi üzrə Müqavilə” əvəzsiz istifadə müqaviləsi kimi təfsir edilməli və ləğv edilməlidir.

21. Birinci instansiya məhkəməsi həmçinin göstərmişdir ki, mübahisəli evin satılması ilə bağlı pul məbləğinin Cavabdeh3 tərəfindən deyil, iddiaçı tərəfindən ödənilməsi müəyyən edilmişdir.

22. Birinci instansiya məhkəməsinin iddia tələbinin xx.xx.2019-cu il tarixli Çıxarışın ləğv edilməsi hissəsi üzrə mövqeyi belə olub ki, iddia tələbi ilkin hissədə təmin olunaraq 21 iyul 2013-cü il tarixli müqavilə ləğv olunduğundan dolayı olaraq Cavabdeh3 adına verilmiş xx.xx.2019-cu il tarixli Çıxarış da ləğv edilməlidir.

23. İddia müddətinin tətbiq edilməsi ilə bağlı cavabdehin ərizəsi üzrə birinci instansiya məhkəməsi vurğulamışdır ki, iddiaçı tərəfindən hazırkı iddia tələbini qaldırmaq üçün iddia müddəti ötürülməmişdir.

24. Birinci instansiya məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 152.1, 324.1, 324.2, 324.4, 324.5, 337.1, 384.0.4, 404.1, 404.2, 567, 732, 735, 736.2 və 737-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

25. Cavabdeh3 apellyasiya şikayəti verərək, qə tnamənin ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

26. Apellyasiya şikayətinin dəlilləri aşağıdakılardan ibarət olub: - məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmayıb. Belə ki, iddia tələbinin mahiyyətindən görünür ki, iddiaçı mübahisəli Bakı şəhəri Nəsimi rayonu Ü.Hacıbəyli küçəsi, 130, M12, 1 saylı mənzili Cavabdeh3 və Lamiyə Nağıyevanın əvəzsiz istifadəsinə verdiyini iddia edir, hazırda bu müqavilənin və çıxarışın ləğvini tələb edir; - birincisi, iş materiallarından və qətnamədən görünür ki, iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində mübahisəli müqavilənin ləğv edilməsi və ya dəyişdirilməsi ilə bağlı Cavabdeh1 MMC-yə və ya cavabdehə hər hansı mür aciət etməmiş, bu barədə digər tərəfin imtinasını almamışdır. Məhkəmə isə bu hala hüquqi qiymət verməmiş və araşdırmamışdır. İddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinə əsasən baxılmamış saxlanılmalı olduğu halda, məhkəmə tərəfindən prosessual hüquq normaları pozulmuş, işə mahiyyəti üzrə baxılaraq qətnamə qəbul edilmişdir; - ikincisi, Cavabdeh1 MMC-nin nümayəndəsi əvvəlki məhkəmə iclaslarında iştirak edərək iddia tələbinə münasibətini bildirsə də, məhkəmə prosessual pozuntuya yol verərək, cavabdehin nümayəndəsinin izahatını qətnamədə göstərməmiş, sonuncunu guya üzürsüz səbəbdən məhkəməyə gəlməmiş kimi qeyd etmişdir. Halbuki, Cavabdeh1 MMCnin nümayəndəsi məhkəmədə izahat verərək iddiaya münasibətini bildirmişdir; - üçüncüsü, hakim hazırki qətna məsi ilə iddia tələbini təmin etməklə yeni hüquq nəzəriyyəsinin əsasını qoymuş, iddianın təmin edilməsi ilə bağlı nəticəyə gələrkən iddiaya aidiyyəti olmayan maddi hüquq normalarına istinad etmiş, istinad etdiyi maddi hüquq normalarını yalnış təfsir etmiş, məhkəmə təcrübəsinə zidd olan əsassız və qanunsuz qətnamə qəbul etmişdir; Məhkəmənin mövqeyi tam olaraq əsassız olmaqla, məhkəmə tərəflər arasında yaranmış münasibətlərin həqiqi mahiyyətini, həmin münasibətlərdən doğan öhdəlikləri və müvafiq olaraq da tətbiq olunmalı olan maddi hüquq normasını düzgün müəyyən edə bilməmiş, eləcə də tətbiq etdiyi maddi hüquq normasını, xüsusən də müqavilənin bağlanması anını və tərəflərin öhdəliklərinin dairəsini tənzimləyən MM-nin müvafiq maddələrini hazırki işin mübahisəsiz olan faktiki halları baxımında n düzgün şərh edə bilməmişdir. - qanunvericiliyin tələbinə görə əgər əmlak əvəzsiz istifadəyə verilirsə buna dair iki tərəf arasında əvvəzsiz istifadə müqaviləsi bağlanır, əmlakdan istifadəyə dair şərtlər müəyyənləşir, əmlakın qaytarılma müddəti və s. hallar razılaşdırılır. Göründüyü kimi, iddia ərizəsinə İddiaçı Bakı şəhəri Nəsimi rayonu Ü.Hacıbəyli küçəsi, 130, M12, 1 saylı mənzili Cavabdeh3 və Lamiyə Nağıyevanın əvəzsiz istifadəsinə verilməsinə dair hər hansı subut, yəni müqavilə və ya digər təsdiqedici sənəd əlavə edilməmişdir. Əksinə, iddiaçının iddia ərizəsinə əlavə etdiyi və istinad etdiyi müqavilə 21 iyul 2013-cü il tarixli hüquq və öhdəliklərin ötürülməsi haqqında müqavilədir. Bu müqavilə məzmun və forma baxımından əvəzsiz istifadə müqaviləsi deyildir və iddiaçının iddia ərizəsind ə istinad etdiyi müqavilədən tamamən fərqlənir. Belə ki, 21 iyul 2013-cü il tarixli hüquq və öhdəliklərin ötürülməsi haqqında müqavilənin 3-cü bəndində qeyd edilmişdir ki, investor tərəfindən PBR 090 saylı müqaviləyə əsasən şirkətə ödənilmiş 415.310 manat məbləğ Vəkil olunan (yəni Cavabdeh3) tərəfindən ödənilmiş kimi hesab edilsin və Şirkət ilə Vəkil olunan arasında bağlanılacaq müqavilə üzrə ödənişlərə hesab olunacaqdır. Göründüyü kimi, İddiaçı PBR 090 saylı 29 dekabr 2010-cu il tarixli müqavilə üzrə aldığı mənzili Cavabdeh3 əvəzsiz deyil, mübahisəli mənzilin dəyəri İ.Nağyevin atası tərəfindən tam olaraq İddiaçı ödənildikdən sonra hüquq və öhdəliklərin ötürülməsi haqqında müqaviləni imzalamışdır. Əks halda İddiaçı belə bir müqavilə bağlaması və öz mənzilinin dəyərinin Cavabdeh3 tərəfindən ödənilmiş kimi hesab edilməsi barədə müqaviləni imzalaması ağlabatan deyildir; - dördüncüsü, qanunvericiliyin tələbinə əsasən, müqavilə azadlığı ilə mülki hüquq subyektlərinə həmin qaydalardan daha çox sərfəli olan başqa qaydaları razılaşdırmaq imkanı yaradılır ki, subyektlər öz mənfəətini ən yaxşı şəkildə təmin edəcək müqavilələr bağlaya bilsinlər. Yəni, bu cür ixtiyari (dispozitiv) qaydalar ona görə müəyyən edilmişdir ki, subyektlərin mənafeləri daha səmərəli şəkildə təmin edilsin. Qanunvericilikdə mülki hüquq subyektlərinə belə bir azadlıq verilməsinin səbəbi bir tərəfin digər tərəfi istismar edə bilməsinə şərait yaratmaq deyil, əksinə tərəflərin qarşılıqlı mənafelərinə ən yaxşı şəkildə cavab verən qaydaların müəyyən edilməsinə hüquqi baxımdan imkan yaratmaqdır. Müqavilənin şərtlərində n aydın olur ki, qeyd olunan mənzilə dair İddiaçı PBR 090 saylı 29 dekabr 2010- cu il tarixli müqavilə üzrə bütün hüquq və öhdəliklərini könüllü olaraq Cavabdeh3 ötürmüş, əmlaka dair öz payından könüllü olaraq imtina etmişdir. Bu imtina nəticəsində Cavabdeh1 MMC və İddiaçı arasında bağlanmış PBR 090 saylı 29 dekabr 2010-cu il tarixli müqavilə ləğv edilmişdir. Hazırda iddiaçı ləğv edilmiş müqavilə üzrə iddia irəli sürmüşdür. Həmçinin, müqavilənin 3-cü bəndinə əsasən İddiaçı onunla Cavabdeh1 MMC arasında bağlanmış PBR 090 saylı 29 dekabr 2010-cu il tarixli müqavilə üzrə edilmiş 415.310 manat məbləğində ödənişin Cavabdeh3 tərəfindən ödənilmiş kimi hesab edilməsini könüllü olaraq qəbul etmişdir. Göründüyü kimi Bakı şəhəri, Nəsimi rayonu, Ü.Hacıbəyli küçəsi, 130, M12, 1 saylı mənzilə dair Cavab deh1 MMC, İddiaçı və Cavabdeh3 arasında 21 iyul 2013-cü il tarixli hüquq və öhdəliklərin ötürülməsi haqqında müqavilə tərəflər arasında şərtləri razılşadırılmaqla azad surətdə heç bir məcburetmə olmadan bağlanmışdır; 27. beşincisi, iş üzrə iddia müddəti keçsə də, qətnamədə hakim tərəfindən bu məsələyə dair heç bir əsaslı münasibət bildirilməmişdir. Qətnamədə qeyd edilmişdir ki, məhkəmə hazırkı iddia tələbinə iddia müddətinin tətbiq edilməsi ilə bağlı cavabdehin ərizəsi üzrə qeyd edir ki, iddiaçı tərəfindən hazırkı iddia tələbini qaldırmaq üçün iddia müddəti ötürülməmişdir. Hakim qətnamədə iddia müddətinin ötürülmədiyini qeyd etsə də, müqavilənin bağlanmasından 7 il müddət keçməsinə baxmayaraq bu müddətin hansı səbəbdən ötürülmədiyi qənaətinə gəlməsinə dair heç bir əsaslandırma apara bilm əmiş, sadəcə ümumi cümlələrdən istifadə etməklə maddi hüquq normalarını pozmuşdur. İşin faktiki hallarından da görünür ki, İddiaçı vaxtında iddia ərizəsi ilə məhkəməyə müraciət etməmiş, qanunla müəyyən olunmuş 3 illik iddia müddətini üzrsüz səbəbdən ötürmüş, iddia müddəti başa çatdıqdan sonra iddia ərizəsi ilə 2020-ci il tarixdə məhkəməyə müraciət etmişdir.

28. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3159/2021 saylı, 19 may 2021-ci il tarixli qətnaməsi ilə şikayət təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Azad İmanov (sədrlik edən və məruzəçi), Qürbət Əsgərov, Vahid Sadıqov)

29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsini gəldiyi nəticə ilə razılaşdığını bildirərək, eyni mövqe nümayiş etdirmi şdir. c) kassasiya instansiyası məhkəməsində birinci icraat

30. Cavabdeh3 kassasiya şikayəti qətnamənin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

31. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-5736/2021 saylı, 3 noyabr 2021-ci il tarixli Qərarı ilə kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

32. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: - iş materiallarından görünür ki, İddiaçı 2020-ci ilin mart ayında məhkəməyə təqdim etdiyi iddia ərizəsində mübahisəli mənzilə dair Cavabdeh3lə 21 iyul 2013-cü il tarixli müqavilənin bağlanmasının səbəbini bacısı qızı X4 Nağıyevlə ailə qurması ilə, həmin müqavilənin etibarsız s ayılması barədə iddia qaldırmasının səbəbini isə onların boşanması ilə izah etmişdir; - istər həmin iddia ərizəsində və istərsə də işin 1-ci cildinin 182-184-cü səhifəsində olan iddianın əsasının dəyişdirilməsi barədə ərizəsində onların arasında əslində əvəzsiz istifadə müqaviləsinin bağlanmasını iddia edərək dəyişdirilmiş iddia tələbində onların arasında bağlanmış hüquq və öhdəliklərin ötürülməsi barədə müqavilənin əvəzsiz istifadə müqaviləsi kimi təfsir edilərək ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iddianı həmin əsasla təmin edib 21 iyul 2013-cü il tarixli müqaviləni ləğv edərkən Mülki Məcəllənin müqavilənin dəyişdirilməsi və ləğv edilməsinin əsaslarını müəyyən edən 421 və 423-cü maddələrinin müddəalarını nəzərə almamış və müqavilənin ləğvinin mümkünlüyünə həmin normaların tələbləri b axımından qiymət verməmişdir; - işdə cavabdeh tərəfindən müqavilənin əhəmiyyətli dərəcədə pozulmasını təsdiq edən heç bir sübut yoxdur; - Cavabdeh3 İddiaçı bacısı qızı ilə boşanması isə, müqavilənin əhəmiyyətli dərəcədə pozulması kimi qiymətləndirilə bilməz; - məhkəmə göstərilən əsasla müqaviləni ləğv edərkən heç bir konkret normaya istinad etməmiş və həmin nəticəsini qanunun tələbinə uyğun əsaslandırmamışdır; - qanun yalnız yalan əqdə münasibətdə tərəflərin əslində nəzərdə tutduqları əqdə aid qaydaların tətbiqini müəyyən etmişdir; - məhkəmə hesab etmişdir ki, tərəflər əslində hüquq və vəzifələrin ötürülməsi barədə deyil, əvəzsiz istifadə müqaviləsi bağlamışlar. Həmin nəticəyə gələrkən məhkəmə yalnız iddiaçının bu barədə olan izahatına və mənzilin dəyərinin onun tərəfindən ödənilməsinə ə saslanmışdır. İşdən göründüyü kimi Cavabdeh3 göstərilənlərlə razılaşmamış və onlar arasında əvəzsiz istifadə müqaviləsinin bağlanmasını qəti inkar etmişdir. İşdə olan sübutlar məhkəmənin həmin nəticəsini inkar edir. Göstərilən vəziyyətdə, məhkəmənin həmin nəticəyə gəlməsi əsassız olmuşdur; - işdən görünür ki, tərəflər arasında müqavilə onların könüllü razılığı ilə bağlanmış və iddiaçı məhkəməyə bunun əksini təsdiq edən sübutları təqdim etməmişdir. Bundan başqa, iddiaçının əvəzsiz istifadə müqaviləsini bağlamasına mane olan hər hansı bir halın olması işdən görünmür; - məhkəmənin iddianı təmin edərkən qüvvəsini tətbiq etdiyi Mülki Məcəllənin 732, 735, 736, 737-ci maddələri isə tərəflər arasında həqiqətən də əvəzsiz istifadə müqaviləsinin bağlanması nəticəsinə gəlmək üçün əsas verməmişdir; - işdən görünür ki, iddiaçı hüquq və öhdəliklərin ötürülməsi barədə müqaviləni və cavabdehin adına olan mənzilə dair Reyestrdən Çıxarışı mübahisələndirsə də, şirkətlə Cavabdeh3 arasında bağlanmış 21 iyul 2013-cü il tarixli müqaviləni mübahisələndirməmiş və onun ləğvini tələb etməmişdir. Halbuki mübahisəli mənzilə dair cavabdehin adına Reyestrdən Çıxarışın verilməsi üçün həmin müqavilə əsas olmuşdur. Həmin müqavilədə Cavabdeh3 investor kimi göstərilmiş və həmin müqavilənin 2.3-cü bəndində şirkət əmlakın tikintisini 30 iyun 2013-cü il tarixə kimi tamamlayıb investora (Cavabdeh3 nəzərdə tutulur) təhvil vermək barədə öhdəlik götürmüşdür. Müqavilənin 4.1-ci bəndinə görə əmlakın alış qiymətini təşkil edən 415.310 manat 21 iyul 2013-cü il tarixli hüquq və öhdəliklərin ötürülməsi haqqında müqaviləyə əsasən həyata keçirilmişdir. Eləcə də, həmin müqavilənin 5-ci bəndində tərəflərin, yəni şirkətin və Cavabdeh3 (investor) öhdəlikləri müəyyən olunmuşdur. Müqavilənin 7.1.1 və 7.1.2-ci bəndinə əsasən bu müqavilə belə verilmə və ya ötürülmədən sonra tam qüvvəsini və təsirini saxlamaqda davam edir və hər hansı məhdudiyyət qoyulmadan, təhvil-təslim şərtləri və s. daxil olmaqla yeni investor bu müqavilədə nəzərdə tutulmuş investorun bütün hüquqları və öhdəliklərini öz üzərinə götürür. Müqavilənin 10.1 və 10.2-ci bəndlərinə görə bu müqavilə tərəflər arasında bu mövzu ilə bağlı hər hansı əvvəlki razılaşmaları (yazılı və şifahi) əvəz edir və Şirkət ilə İnvestor arasında əldə edilmiş razılıq əsasında imzalanır (10.1) və bu müqavilə imzalandığı tarixdən qüvvəyə minir və bu müqaviləyə uyğun olaraq on a xitam verilmədiyi halda əsaslı tamamlama tarixindən sonra qüvvəsini saxlayır, belə ki, bu müqavilədə nəzərdə tutulmuş hüquqlar və öhdəliklər davam edən xarakterə malik hüquqlar və öhdəliklərdir; - hüquq və öhdəliklərin ötürülməsi barədə müqavilənin bağlandığı gün şirkətlə yeni investor kimi Cavabdeh3 arasında bağlanmış yuxarıda göstərilən müqavilə tərəflər arasında bağlanmış üçtərəfli müqavilənin əvəzsiz istifadə müqaviləsi olması barədə apellyasiya instansiyası məhkəməsinin nəticəsini tam təkzib edir. ç) apellyasiya instansiyası məhkəməsində ikinci icraat

33. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1272/2022 nömrəli iş üzrə 18 fevral 2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, hazırki iş üzrə, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(00 9)-1087/2020 saylı, 27 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilərək yeni qətnamə qəbul edilməklə, iddia rədd edilmişdir. (hakimlər Anar Tanrıverdiyev (sədrlik edən və məruzəçi), İkram Şirinov, Fuad Babayev)

34. Apellyasiya instansiyası məhkəməsinin Mülki Məcəllənin 421 və 423-cü maddələrinə istinadən mövqeyinə görə qeyd edilən hüquq normalarının mahiyyətindən də görünür ki, tərəflər arasında bağlanmış müqavilə onun əhəmiyyətli dərəcədə pozulması baş verdikdə ləğv edilə bilər. İş materiallarında cavabdeh tərəfindən müqavilənin əhəmiyyətli dərəcədə pozulmasını təsdiq edən hər-hansı sübut mövcud deyildir. Cavabdeh3 İddiaçı bacısı qızı ilə boşanması isə, müqavilənin əhəmiyyətli dərəcədə pozulması kimi qiymətləndirilə bilməz. Tərəflər arasında bağlanmış bir müqavilənin başqa müqavilə kimi təfsir edilməklə ləğv edilməsi imkanı mülki qanunvericilikdə nəzərdə tutulmadığından, hüquq və öhdəliklərin ötürülməsi barədə müqavilənin əvəzsiz istifadə müqaviləsi kimi təfsir edilərək ləğv edilməsi qanuni sayıla bilməz.

35. Həmçinin Mülki Məcəllənin 340.2-ci maddəsinə görə yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Göründüyü kimi, qanun yalnız yalan əqdə münasibətdə tərəflərin əslində nəzərdə tutduqları əqdə aid qaydaların tətbiqini müəyyən etmişdir.

36. Birinci instansiya məhkəməsinin tərəflər arasında hüquq və vəzifələrin ötürülməsi barədə deyil, əslində əvəzsiz istifadə müqaviləsi bağlanması nətic əsinə yalnız iddiaçının bu barədə olan izahatına və mənzilin dəyərinin onun tərəfindən ödənilməsinə istinad etməsi ilə razılşamayan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Cavabdeh3 göstərilənlərlə razılaşmamış və onlar arasında əvəzsiz istifadə müqaviləsinin bağlanmasını qəti inkar etmişdir. İşdə olan sübutlar məhkəmənin həmin nəticəsini inkar edir. Göstərilən vəziyyətdə, məhkəmənin həmin nəticəyə gəlməsi əsassız olmuşdur. Tərəflər arasında müqavilə onların könüllü razılığı ilə bağlanmış və iddiaçı məhkəməyə bunun əksini təsdiq edən sübutları təqdim etməmişdir. Bundan başqa, iddiaçının əvəzsiz istifadə müqaviləsini bağlamasına mane olan hər hansı bir halın olması işdən görünmür

37. Apellyasiya instansiyası məhkəməsini iddia tələbinin çıxarışın ləğv edilməsinə dair hissəsinə m ünasibətdə mövqeyi belə olub ki, iddiaçı hüquq və öhdəliklərin ötürülməsi barədə müqaviləni və cavabdehin adına olan mənzilə dair Reyestrdən Çıxarışı mübahisələndirsə də, şirkətlə Cavabdeh3 arasında bağlanmış 21 iyul 2013-cü il tarixli müqaviləni mübahisələndirməmiş və onun ləğvini tələb etməmişdir. Halbuki mübahisəli mənzilə dair cavabdehin adına Reyestrdən Çıxarışın verilməsi üçün həmin müqavilə əsas olmuşdur

38. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 421, 423, 340.2-ci maddələri ilə əsaslandrımışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

39. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş e tmişdir.

40. Kassasiya şikayətin dəlilləri: - məhkəmə belə qənaətə gəlmişdir ki, cavabdeh, tərəflərin iradəsinin həqiqi təfsirinə görə əvəzsiz istifadəyə götürdüyü mənzilə dair öz adına çıxarış almaqla, “müqaviləni əhəmiyyətli dərəcədə pozmamışdır” və bu səbəbdən də həmin müqavilənin ləğv edilməsi üçün heç bir əsas yaranmamışdır. Apellyasiya məhkəməsi isə, kassasiya məhkəməsinin “göstərişinə” riayət etməklə, belə təsəvvür yaratmağa cəhd edir ki, müqavilənin ləğv edilməsi üçün iddiaçının yeganə əsası, guya, iddiaçının bacısı qızı X4 Nağıyevlə olan nikahının pozulmasından ibarətdir. Halbuki, iş materiallarında olan sənədlərdən də görünür ki, Cavabdeh3 onun və həyat yoldaşının istifadəsinə verilmiş mənzilə dair öz adına çıxarış alması əvəzsiz istifadəyə dair münasibətləri tənzimləyən Mülki Mə cəllənin həmin normasının tələblərinə və tərəflərin həqiqi iradə ifadəsinə açıq-aşkar zidd olmuşdur; - iddiaçı tərəfindən mənzilin dəyərini təşkil edən 415 310 (dördü yüz on beş min üç yüz on) manat, “Hüquq və öhdəliklərin ötürülməsi üzrə müqavilə”nin bağlanmasından xeyli əvvəl tam olaraq ödənilmişdi və iddiaçının Cavabdeh1 MMC qarşısında heç bir öhdəliyi (borcu) qalmamışdı, bu səbəbdən hər hansı“öhdəliyin ötürülməsindən“ söhbət gedə bilməzdi; - digər tərəfdən, iddiaçı həmin müqavilə ilə yalnız hüquqlarını (hazırkı halda sahiblik və istifadə hüquqlarını) ötürə bilərdi, belə ki, iddiaçının özünün həmin əmlak üzərində hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığı üçün mülkiyyət kimi onun barəsində sərəncam verilməsi də istisna olunurdu; - bundan əlavə, dəyəri 415 310 manat olan əmlak barəsində yalnız hüquqları əldə edən cavabdeh bunun müqabilində iddiaçıya hər hansı vəsait ödənilməsini və ya öhdəlik götürməsini təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişdir; - apellyasiya məhkəməsi özü də cavabdeh tərəfindən Şirkətə hər hansı pul vəsaitinin ödənilmədiyini, yəni, pul vəsaitlərinin iddiaçı tərəfindən ödənildiyini təsdiq etməklə, iddiaçı ilə cavabdeh arasında olan hesablaşmadan asılı olduğunu qəbul etmiş, lakin cavabdehin əldə etdiyi hüquq üçün iddiaçıya hansı məbləği, hansı əsasla ödəməsini təsdiq edən sübutun olmadığının fərqinə varmamışdır; - şirkətlə Cavabdeh3 arasında bağlanmış 21 iyul 2013-cü il tarixli müqavilənin özü iddiaçı ilə cavabdeh arasında bağlanmış müqaviləyə istinad etmişdir və cavabdeh ilk olaraq iddiaçı ilə onun arasında bağlanmış müqav ilə şərtlərini pozaraq, əvəzsiz istifadəyə götürdüyü mənzilə dair şirkətlə müqavilə bağlamışdır ki, bu da özü-özlüyündə etibarsız əqd idi və buna hüquqi qiymət vermək məhkəmənin vəzifəsi idi; - əgər tərəflər məhkəmənin sübut qismində tələb etdiyi məhz “əvəzsiz istifadə” adlı müqavilə bağlasaydılar, bu predmetlə bağı məhkəmə araşıdrmasına lüzum olmazdı. Digər tərəfdən, dəyəri yarım milyon manata yaxın olan mənzil üçün cavabdehin hansı məbləğdə pul ödəməsi və ya hansı öhdəlik götürməsi məhkəməni nədənsə maraqlanıdrmamışdır. Sübutetmə yükünün bu qaydada bölüşdürülməsi əsaslı hesab edilə bilməz; - hazırkı işdə cavabdeh mənzil üçün iddiaçıya pul vəsaitlərinin ödənilməsini bildirsə də bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Cavabdehin heç bir yazılı və ya digər sübuta əs aslanmayan etirazları hazırkı iş üzrə mübahisənin həlli üçün “əsaslı şübhədən kənar“sübut hesab edilə bilməz. b)

41. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Maddə 404.2 Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Maddə 421.1 Müqavilənin dəy işdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Maddə 421.2 Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə 423.1 Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Maddə 423.2 Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Maddə

732. Əvəzsiz istifadə müqaviləsinə görə, hər hansı əşyanı kirayəyə verən onu kirayəçinin istifadəsinə verməyi öhdəsinə götürür, kirayəçi isə həmin əşyanı kirayəyə verənə qaytarmağı öhdəsinə götürür, özü də bu öhdəlikləri iştirakçılar əvəzsiz icra etməlidirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü ma ddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını“qismən ləğv edə və ya“tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qət namə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması“apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

42. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelya siya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

43. Kassasiya şikayətində qətnamə tam mübahisələndirilib, bu baxımdan kollegiya qətnaməni tam yoxlayır.

44. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

45. Məhkəmə kolleg iyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

46. Apellyasiya instansiyası məhkəməsi iş üzrə qanuni nəticəyə gəlmişdir.

47. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi hazırki iş üzrə kassasiya instansiyası məhkəməsinin əvvəlki qərarında şərh edilən məsələlər üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, işin faktiki hallarını müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normas ının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, iş üzrə kassasiya məhkəməsinin qeyd edilən qərarında verdiyi göstərişlərə uyğun qətnamə qəbul edilmişdir.

48. Məhkəmə kollegiyası iddia tələbi üzrə apellyasiya instansiyası məhkəməsinin hazırki qərarın 34-37-ci bəndlərində əks edilən qiymətləndirməsi ilə razılaşdığı üçün əlavə şərhə zərurət görmür.

49. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini əsaslı saymır. Belə ki, bu dəlillər iddianın təmin edilməsinə yönələn dəlillərdir və apellyasiya məhkəməsi də məhz həmin dəlilləri əsasız saymaqla iddianı təmin etməmişdir. Başqa sözlə, kassasiya şikayətinin dəlilləri apellyasiya məhkəməsinin iddia tələbi üzrə qiymətləndirməsində göstərilənlərlə (bax: 34-37-ci bəndlər) təkzib edilir.

50. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

51. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1272/2022 nömrəli, 18 fevral 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar