Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3513/2022 16.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı ilk, X2 İddiaçı qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: qanunsuz tikilinin sökülməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı tikilinin sökülməsi və piyada yolunun bağlanması barədə ilkin iddiası, X2 İddiaçı qarşı qanunsuz tikilmiş evin sökülməsi barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-256/2021 nömrəli, 17 dekabr 20 21-ci il tarixli qətnaməsindən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 16 avqust 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cəfər Cabbarlı küçəsi, ev 43 “Q” ünvanında yerləşən fərdi yaşayış evi və 0.06 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2010-cu il tarixdə qeydiyyata alınmışdır. Həmin yaşayış evinin texniki pasportunda evin 2003-cü ildə tikildiyi qeyd edilmişdir.
2. Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının 313 nömrəli xx.xx.1997-ci il tarixli sərəncamı ilə Cavabdeh M.Ə.Rəsulzadə qəsəbəsinin qərb hissəsində Biləcəri qəsəbəsinin enişində yaşadığı evin yaxınlığ ında yerləşən, uzun müddət bağ kimi istifadə etdiyi, fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600 kv.m ərazi verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, şəxsi mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, C.Cabbarlı küçəsindəki 43 “Q” saylı evin sağ yan divarı boyunca Cavabdeh inşa etdiyi 4,5 hündürlüyündə qeyri-qanuni tikilinin sökülməsi, ona məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, C.Cabbarlı küçəsindəki 43 “Q” nömrəli evin hasarının yanından 1x20 sm enində salmış olduğu əlavə piyada yolunun bağlanmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, qeyd edilən torpaq sahəsi onun şəxsi mülkiyyətindədir, buna baxmayaraq cavabdeh ona məxus olan evin sağ divarında 1996-cı ildən inşa edilmiş iri buynuzlu mal-qara üçün istifadə etdiyi 3x6 metr uzunluğunda olan mal damına yeni dam örtüyü vuraraq sahəni iki dəfədən çox genişlətmiş, həmin tikilini yaşadığı evin divarına söykəmiş və evin sağ yan divarını 4,5 metr hündürlüyündə zəbt etmişdir. Bu da onun yaşadığı evin dam örtüyündən axan yağış suyunun yeraltı çirkab su xəttinə birləşdirilməsinə maneə yaradır. Bundan əlavə cavabdeh onun hasarının yanında əlavə olaraq 1x20 sm enində piyada yolu salmış, bu yol da onun evinin həyətinə giriş-çıxış üçün mütəmadi olaraq maneələr yaradır.
5. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanuni istifadəsində olan torpaq sahəsində inşa etdiyi evin divarının üstündən İddiaçı tərəfindən qanunsuz olaraq tikilmiş evin sökülməsi, İddiaçı ona qarşı “qeyri-qanuni tikilmiş tikilinin sökülməsi və qeyri-qanuni salınmış piyada yolunun bağlanması” tələbinə dair ilkin iddia ərizəsinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Qarşılıqlı iddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı mübahisələndirdiyi torpaq sahəsindən atası YYY 1982-ci ildən bağ sahəsi kimi istifadə etmiş və həmin vaxtdan torpaq sahəsini hasarlamışdır. Onun müraciəti əsasında Binəqədi rayon İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli, 313 nömrəli sərəncamı ilə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, C.Cabbarlı küçəsindəki 61 nömrəli evin qarşısında yerləşən, uzun müddət bağ sahəsi kimi istifadə etdiyi 600 kv.m torpaq sahəsi fərdi ya şayış evinin tikilməsi məqsədilə onun istifadəsinə verilmişdir. Bundan sonra həmin torpaq sahəsində 63 kv.m sahəsi olan ev inşa etmişdir. 2000-ci ildən sonra İddiaçı ona müraciət edərək, qonşuluqda olan torpaq sahəsini aldığını və onun evinə bitişik ev tikmək istədiyini bildirmiş, lakin o, buna razılıq verməmişdir. Bir müddət sonra həmin əraziyə getdikdə onun narazılığına baxmayaraq İddiaçı onun evinə bitişik ev tikdiyini görmüşdür.
7. Məhkəmənin qərardadı əsasında verilmiş xx.xx.2018-ci il tarixli, 12289 nömrəli ekspert rəyində göstərilmişdir ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin sağ yan boyunca inşa olunmuş mübahisəli tikilinin, ara məsafəsi baxımından, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin tələblərinə uyğun olmadığı müəyyən edilmiş, həmin ünvanda İddiaçı aid ərazidə Cavabdeh tərəfindən əlavə piyada yolunun salınması faktı müəyyən edilməmiş, Cavabdeh ayrılmış torpaq sahəsinin sərhəd hasarının üzərində İddiaçı tərəfindən inşa olunmuş fərdi yaşayış evinin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 72.1-ci maddəsinin tələblərinə uyğun olmadığı müəyyən edilmiş, ümumilikdə mübahisəli tikililərin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu və 72-ci maddələrinin tələblərinə əməl edilmədən inşa olunduğu müəyyən edilmişdir.
8. Məhkəmənin əlavə ekspertiza təyin olunması barədə digər qərardadı əsasında verilmiş xx.xx.2019-cu il tarixli, 15785 nömrəli ekspert rəyində deyilir ki, qeyd olunan ünvanda yerləşən İddiaçı məxsus evin giriş qapısına bitişik olan Cavabdeh giriş qapısından hasarın yanı ilə evinə gedən piyada yolunun İddiaçı mülkiyyətində olan həyətyanı sahənin sərhədləri daxilində olmadığı, İddiaçı mülkiyyətində olan fərdi yaşayış evinin mövcud vəziyyətdə müvafiq hüquqmüəyyənedici və texniki sənədlər üzrə nəzərdə tutulmuş ərazidə yerləşməsi və fərdi yaşayış evinin texniki pasportun göstəriciləri ilə üstüstə düşdüyü, İddiaçı mülkiyyətində olan fərdi yaşayış evinin ikinci mərtəbəsinin 11,40 metr uzunluğunda olan xarici divarının Cavabdeh faktiki istifadəsində olan həyətyanı sahə arasındakı həmsərhəd hasarının üzərində inşa olunduğu müəyyən edilmişdir.
9. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-247/2019 nömrəli, 15 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim Emin Əliyev) ilkin iddia qismən təmin edilmiş, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, C.Cabbarlı küçəsindəki 43 “Q” saylı evinin sağ yan divarı boyunca Cavabdeh inşa etdiyi təxminən 4,5 metr hündürlüyündə olan tikilinin sökülməsi, ilkin iddia tələbinin Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, C.Cabbarlı küçəsindəki 43 “Q” nömrəli evinin hasarının yanından 1x20 sm enində olan əlavə piyada yolunun bağlanması hissəsində rədd olunması, İddiaçı tərəfindən qanunsuz olaraq inşa etdiyi evin sökülməsi tələbi ilə bağlı qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və 0.06 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətində olmaqla sənəd üzrə torpaq sahəsi 0.06 ha, faktiki sahə 0.06 ha, tikintialtı sahə 0.01607 və digər sahələr 0.04393 ha təşkil edir. Həmin evin sağ yan divarı boyunca Cavabdeh inşa etdiyi tikilinin isə heç bir hüquqmüəyyənedici sənədi yoxdur. Cavabdeh torpaq sahəsinin ona evin inşa edilməsi üçün verildiyini bildirsə də, bununla bağlı məhkəməyə mötəbər sübut təqdim etməmiş, sərəncamın surətində isə M.Ə.Rəsulzadə qəsəbəsinin qərb hissəsində Biləcəri qəsəbəsinin enişində onun yaşadığı evin yaxınlığında yerləşən və uzun müddət bağ kimi istifadə etdiyi 600 kv.m ərazinin ona təhkim edildiyi qeyd edilmişdir. Göründüyü kimi hüquqmüəyyənedici sənəd alınmış ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi 0.06 ha torpaq sahəsinin sərhədlərində inşa edilmiş evin sağ yan divarı boyunca özbaşına tikili inşa edilmişdir.
11. Torpaq və evin İddiaçı mülkiyyətində olduğunu, Cavabdeh isə inşa etdiyi tikilinin və həmin tikilinin yerləşdiyi tor paq sahəsinin dəqiq yerini əks etdirən (koordinatlar) hüquqmüəyyənedici sənədlərin olmadığını nəzərə alan məhkəmə hesab etmişdir ki, ekspert rəyində tikililər inşa edilərkən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu və 72-ci maddələrinin tələblərinə əməl edilməməsi müddəaları İddiaçı qanuni əsaslarla inşa etdiyi tikiliyə münasibətdə nəzərə alınmamalıdır.
12. Həmçinin məhkəmə ekspert rəyində İddiaçı fərdi yaşayış evinin həmsərhəd hasarın üzərində inşa edilməsi barədə qeydi ilə bağlı bildirmişdir ki, İddiaçı inşa etdiyi evin sərhədləri 0.06 ha torpaq sahəsindən kənara çıxmamışdır. Bu isə həmsərhəd hasarın sonuncunun torpağının üzərində inşa olunduğuna dəlalət edir.
13. Bununla yanaşı məhkəmə bildirmişdir ki, qanunvericilik həmsərhəd hasarın üzərində tikintinin aparı lması ilə bağlı icazənin yalnız qonşu torpağının mülkiyyətçisindən alınmasını nəzərdə tutur. Halbuki, Cavabdeh torpaq sahəsinin dəqiq yerini əks etdirən (koordinatlar) hüquqmüəyyənedici sənədi məhkəməyə təqdim etmədiyinə görə İddiaçı münasibətdə sözügedən icazənin alınmasına ehtiyac yoxdur. Eyni zamanda möhkəm bünövrəsi olmayan hasarın üzərində iki mərtəbəli evin bir divarının inşa edilməsi inandırıcı deyil.
14. Eyni zamanda məhkəmə hesab etmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, C.Cabbarlı küçəsindəki 43 “Q” nömrəli evin hasarının yanından olan əlavə piyada yolu İddiaçı mülkiyyətində olan həyətyanı sahənin sərhədləri daxilində olmadığına görə tələb həmin hissədə rədd edilməlidir.
15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29cu, Mü lki Məcəllənin 180.1, 180.2, 180.4-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və ilk iddia tələbinin tam həcmdə təmin edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh onun üçün ayrılmış torpaq sahəsinin hüdudlarından kənara çıxmış, qanunsuz tikinti işləri aparmış və həmin tikili üçün əlavə piyada yolu salaraq, iddiaçının evinin darvazasının sağ sütununa metal qapı qaynaq etdirmişdir. Bunlar işə məhkəmədə baxılan zaman baş vermişdir. Piyada yolu iddiaçının hüquqlarını pozur. İşə baxmış məhkəmə isə işin bu hallarını nəzərə almamış, onlara qiymət verməmişdi r.
18. Qətnamədən həmçinin Cavabdeh da apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsini və ilkin iddianın təmin edilmiş hissəsinin rədd, qarşılıqlı iddianın isə təmin edilməsini xahiş etmişdir.
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, torpaq sahəsinin hasarları 30 il əvvəl cavabdehin vəsaiti hesabına çəkilmiş, ətrafdakı qonşularla aralarında daşdan hasar olmuşdur. Bir müddət əvvəl qonşu torpaq sahəsini iddiaçı almış və həmin torpaq sahəsində 2 mərtəbəli fərdi yaşayış evi inşa etmişdir. İddiaçı evinin bir hissəsini cavabdehə məxsus hasarın üzərində inşa etmişdir. İşə baxmış rayon məhkəməsi işin bu hallarını nəzərə almamış, onlara qiymət verməmişdir. Bundan başqa, birinci instansiya məhkəməsi ilk olaraq cavabdeh tərəfindən inşa edilmiş mübahisəli tikilinin iddiaçı nın mənafeyinə toxunub-toxunmadığını müəyyən etməli olduğu halda bu halı araşdırmamışdır.
20. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-256/2021 nömrəli, 17 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər M.Məmmədov (sədrlik edən və məruzəçi), İ.Kərimli və R.Həsənov) Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15 oktyabr 2019-cu il tarixli qətnaməsi qismən, yəni İddiaçı Cavabdeh qarşı irəli sürdüyü ilk iddianın “qanunsuz yolun ləğv edilməsi tələbi barədə” hissəsinin təmin edilməməsinə aid hissədə ləğv edilmiş və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə, İddiaçı Cavabdeh qarşı irəli sürdüyü ilk iddianın “qanunsuz yolun ləğv edilməsi tələbi barədə” hissəsi təmin edilmiş, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, C.Cabbarlı küçəsindəki 43 “Q” saylı evinin hasarının yanında Cavabdeh tərəfindən salınmış 1 metr x 20 sm ölçüdə olan əlavə piyada yolunun Cavabdeh hesabına ləğv edilməsi, qətnamənin qalan hissədə, yəni İddiaçı məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, C.Cabbarlı küçəsindəki 43 “Q” saylı evin sağ yan divarı boyunca Cavabdeh inşa etdirdiyi təxminən 4,5 metr hündürlüyündə olan tikilinin sökülməsi, qarşılıqlı iddianın təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertizanın xərcinin ödənilməsi məqsədi ilə Cavabdeh dövlət nəfinə 200 manat məbləğində pulun tutulması hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir.
21. Məhkəmə kollegiyası belə hesab etmişdir ki, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh istifa dəsində olan sahəyə dair hər hansı bir hüququnun mövcud olmasını təsdiq edən sənədə malik olmadığından o, iddiaçı (qarşılılıq iddia üzrə cavabdeh) İddiaçı qarşı mübahisəli tikilinin sökülməsi tələbini irəli sürmək üçün subyektiv hüquqa da malik deyil.
22. Məhkəmə kollegiyası qeyd etmişdir ki, İddiaçı məxsus fərdi yaşayış evinin sağ yan divarı boyunca Cavabdeh tərəfindən inşa edilmiş tikili, ara məsafəsi baxımından, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin tələblərinə uyğun deyil. Başqa sözlə Cavabdeh tərəfindən inşa edilmiş tikili özbaşına tikili olmaqla yanaşı, İddiaçı hüquqlarını pozur.
23. İlk iddianın “qanunsuz yolun ləğv edilməsi barədə” hissəsinin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə bağlı məhkəmə k ollegiyası qeyd etmişdir ki, bu hissədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir. Belə ki, əlavə piyada yolu iddiaçının torpaq sahəsinin sərhədləri hüdudunda olmasa da, həmin piyada yolu yuxarıda qeyd edilən özbaşına tikiliyə giriş-çıxış məqsədi ilə salınmışdır. Həmin özbaşına tikilinin iddiaçının mənafeyinə toxunması müəyyən olunduğundan, piyada yolunun ləğv edilməsi hissəsində də iddia tələbi əsaslı hesab edilməlidir.
24. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2, 157.4, 180-cı, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68, 111ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlill əri
25. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmaz olsa da, məhkəmə cavabdehin mülkiyyətinin sökülməsinə qərar verməklə bu toxunulmazlıq hüququnu pozmuşdur. Belə ki, məhkəmə cavabdehin istifadəsində olan sahəyə dair hər hansı bir hüququnun mövcud olmasını təsdiq edən sənədə malik olmadığını qeyd etsə də, cavabdehin hüquqlarını təsdiq edən xx.xx.2020-ci il tarixli çıxarış və xx.xx.2020-ci il tarixli texniki pasport iş materiallarına əlavə edilmişdir. Bundan başqa qeyd edilən torpaq sahəsi “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəs inə əsasən cavabdehin mülkiyyətinə verilmişdir. Belə ki, Bakı şəhər Binəqədi rayon İHB-nın 313 saylı, xx.xx.1997-ci il tarixli sərəncamı ilə 1970-ci ildən istifadə etdiyi və yaşadığı evin qarşısında yerləşən Binəqədi rayonu Rəsulzadə qəsəbəsinin qərb hissəsində, Biləcəri qəsəbəsinin enişindəki torpaq sahəsi ev tikmək məqsədi ilə cavabdehə ayrılmışdır. Daha sonra fərdi yaşayış evinin layihəsi Binəqədi rayon İH tərəfindən təsdiq edilmişdir. Həm 313 saylı, xx.xx.1997-ci il tarixli sərəncamın, həm də xx.xx.2020-ci il tarixli çıxarış və xx.xx.2020-ci il tarixli texniki pasportun mülki işə əlavə edilməsinə baxmayaraq, məhkəmə onlara əhəmiyyət verməmiş, onlara münasibət bildirməmişdir.
27. Binəqədi rayon İHB-nın 313 saylı, xx.xx.1997-ci il tarixli sərəncamı, xx.xx.2020-ci il tarixli çıxarış və xx.xx.2020-ci il tarixli texniki pasport cavabdehin torpaq sahəsinin və onun üzərindəki tikilinin mülkiyyətdə olduğunu və tikilinin özbaşına olmadığını göstərir. Başqa bir tərəfdən isə mülki işə əlavə edilmiş və Binəqədi rayon İcra Hakimiyyəti başçısının Rəsulzadə qəsəbəsi üzrə nümayəndəliyinin xx.xx.2015-ci il tarixli məktubunda göstərilmişdir ki, qeyd edilən piyada yolu 1998-ci ildən mövcuddur (yəni torpaq sahəsi İcra Hakimiyyəti tərəfindən Cavabdeh verildiyi vaxtdan). Belə olan halda məhkəmə aydınlaşdırmamışdır ki, İddiaçı 20 il ərzində bu piyada yolunun olduğunu biləbilə, ondan istifadə edildiyini görə görə bu müddət ərzində niyə susmuş, tikinti aparılarkən niyə etirazını bildirməmiş, məhkəməyə müraciət etməmişdir.
28. Hazırkı iş üzrə alınmış ekspert rəyləri üzrə 2 fakt müəyyən edilmişdi r: İddiaçı aid ərazidə Cavabdeh tərəfindən hər hansı piyada yolu olmayıb və İddiaçı mənafeyi pozulmur. Piyada yolu çıxarış və texniki pasportda göstərildiyi kimi Cavabdeh mülkiyyətində olan torpaq sahəsinin hüdudları daxilindədir və Cavabdeh hal-hazırda öz torpağına başqa yolla keçmək imkanı yoxdur, yol bağlansa o, torpağına girə bilməyəcək. Məhkəmə ekspertin rəyi ilə razılaşmamasını əsaslandırmamışdır. Eyni zamanda ekspert rəyində İddiaçı məxsus tikilinin tikinti norma və qaydalarına uyğun olmadığı əks edilsə də, məhkəmə bu barədə qarşılıqlı iddianı rədd etmiş və buna dair fikirlərini və ekspert rəyi ilə razılaşmamasını əsaslandırmamışdır.
29. Məhkəmə xx.xx.2021-ci il tarixli iclas barədə cavabdehə ümumiyyətlə məlumat verməmiş, məhkəmə bildirişini göndərməmiş və cavabdehin məlumatı olma dan işə baxmış, bu səbəbdən vəsatət və əlavə sənədləri məhkəməyə təqdim edə bilməmişdir.
30. Prosessual qanunvericiliyin tələbinə görə hüquqları pozulmuş şəxslər məhkəmə müdafiəsi hüquqlarına malik olsalar da, sərəncam, çıxarış və texniki pasporta əsasən cavabdehin mülkiyyətində olan torpaq sahəsinə arxa küçəyə piyada keçidi üçün kiçik qapının ilkin iddiaçının hansı hüquqlarını pozmasını nə ilkin iddiaçı özü, nə də məhkəmə əsaslandırmamışdır.
31. Məhkəmə xx.xx.2021-ci tarixli qərardadla yenidən tikinti-texniki ekspertizası təyin etmiş, lakin ekspertin verdiyi vəsatətə məhkəmə münasibət bildirməmiş, mübahisəli sahəyə yerində baxış keçirilməsini təşkil və təmin etməmiş, bu haqda tərəflərə məlumat verməmiş, məktub göndərməmişdir. Nəticədə ekspert mülki işi yenə də icrasız məhkəməyə qaytarmışd ır. İş qaytarıldıqdan sonra məhkəmə qərardaddakı suallara cavab almadan, 1 iclasda işə baxıb, qətnamə çıxarmışdır. Lakin həmin sualların cavablandırılması mütləqdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
32. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz verərək kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
33. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
34. Maddə 152.5 Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləş dirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər.
35. Maddə 157.4 Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
36. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınm az əmlak özbaşına tikinti sayılır.
37. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi
38. Maddə 69.1. Binaların xarici divarlarının önündə ara məsafəsi sahələri nəzərdə tutulmalıdır. Həmin sahələrin üzərində yerüstü tikinti obyektlərinin inşasına yol verilmir....
39. Maddə 69.4. Ara məsafəsi divarın hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanı n xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə isə ara məsafəsini təşkil edir.
40. Maddə 72.1. Qonşulardan biri tərəfindən sərhəddə inşa olunmuş yanaşı divarda və ya onun müəyyən hissəsində digər qonşu tərəfindən hər hansı əlavə tikili yalnız həmin qonşunun notariat qaydasında təsdiq olunmuş razılığından sonra inşa edilə bilər. Belə hallarda divarın həmin hissəsi ortaq divar sayılır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
41. Maddə 5 (1). Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur.
42. Maddə 47 (3). Bələdiyyənin ümumi istifadədə olan torpaqlarına bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşay ış məntəqələrinin - küçələrin, meydanların, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların idman meydançalarının altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin malqarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir.
43. Maddə 84 (1). Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
44. Maddə 111 (1). Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.
45. Maddə 111 (2). Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin ə vəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
46. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
47. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
48. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
49. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
50. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
51. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sü but olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
52. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
53. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
54. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya dü zgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
55. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
56. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tə rəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
57. Ali Məhkəmənin Mülki Kollegiyası hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti qismən təmin olunmalı, qətnamə ilkin iddianın təmin olunmasına aid hissədə ləğv olunmalı və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Qətnamə qarşılıqlı iddianın təmin olunmamasına aid hissədə dəyişdirilmədən saxlanmalıdır.
58. Belə ki, İddiaçı ilkin iddiasının birinci hissəsi (evinə bitişik inşa edilmiş tikilinin sökülməsi) üzrə tələbin maddi-hüquqi əsasını Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsi təşkil edir. Həmin Məcəllənin 69.1-ci maddəsinin tələbinə əsasən, binaları n xarici divarlarının önündə ara məsafəsi sahələri nəzərdə tutulmalıdır. Həmin sahələrin üzərində yerüstü tikinti obyektlərinin inşasına yol verilmir.
59. Adı çəkilən Məcəllənin 69.4-cü maddəsində deyilir ki, ara məsafəsi divarın hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə isə ara məsafəsini təşkil edir.
60. Məcəllənin 69.5-ci maddəsində ara məsafəsinin ölçülərinin müəyyən edilməsi qaydaları təsbit olunaraq qeyd olunur ki, ara məsafəsi divar hündürlüyünün 0,6 hissəsi kimi müəyyən edilir.
61. Tikinti obyektinin torpaq sahəsinin sərhədində tikilməsi müfəssəl planda nəzərdə tutulduqda (mövc ud tikintinin ara məsafəsi sahəsinin saxlanılmasını tələb etdiyi hallar istisna olmaqla); tikinti obyektinin torpaq sahəsinin sərhədində tikilməsinə yol verilməsi müfəssəl planda nəzərdə tutulduqda və qonşu torpaq sahəsində də tikintinin müvafiq torpaq sahəsinin sərhədində tikilməsi şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələbləri baxımından mümkündürsə, torpaq sahələrinin sərhədlərindəki xarici divarların önündə ara məsafəsi sahəsinin saxlanılması zəruri deyildir (Məcəllənin 69.1.1 və 69.1.2 maddələri).
62. Bu normalardan göründüyü kimi, yerüstü qonşu tikinti obyektləri arasında zəruri məsafə - ara məsafəsi müəyyən olunur. Bu məsafənin kəmiyyəti divarın hündürlüyündən asılıdır və qonşu tikilinin Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5.169.5.3-cü maddələrində nəzərdə tutulan meya rlar nəzərə alınmaqla müəyyən edilir.
63. İşə baxmış məhkəmələr cavabdeh tərəfindən inşa edilən qeyri-yaşayış tikilisinin iddiaçının yaşayış evinə bitişik inşa edildiyini, ara məsafəsi saxlanmadığını müəyyən etmiş və tikilinin sökülməsini qət etmişdir. Məhkəmə cavabdeh tərəfindən ara məsafəsi saxlanmadığını işdə olan ekspert rəyləri əsasında müəyyən etmişdir. Məhkəmənin istinad etdiyi həmin xx.xx.2018-ci il tarixli, 12289 nömrəli və xx.xx.2019-cu il tarixli, 15785 nömrəli ekspert rəylərində iddiaçının fərdi yaşayış evinin sağ yan boyunca inşa olunmuş mübahisəli tikilinin, ara məsafəsi baxımından, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin tələblərinə uyğun olmadığı qeyd olunmuşdur.
64. Lakin həmin rəylərdə tikililərin hündürlüyünə əsasən ara məsafəsinin nə qədər saxlanmalı olduğu müəyyən olunmamışdır.
65. Halbuki, qanun ara məsafəsinə düşən sahələrin üzərində yerüstü tikinti obyektlərinin inşasına yol vermir və bu baxımdan iddianın düzgün həlli üçün ara məsafəsinin nə qədər təşkil etməsinin müəyyən edilməsi zəruridir. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəs i hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
66. Bundan başqa, mülki işin 1-ci cildinin 99-101-ci səhifələrində olan ekspert rəyinin tədqiqat hissəsindən görünür ki, ekspert sökülməsi tələb olunan tikilinin 9,50 metr uzunluqda, 7.40 metr enində olduğunu müəyyən etmişdir. Şəhərsalma və Tikinti Məcəlləsinin 69.1-ci maddəsində əksini tapmış «ara məsafəsi sahələrin üzərində yerüstü tikinti obyektlərinin inşasına yol verilməməsi» müddəasının bu işə tətbiqi, mübahisəli tikilinin yalnız ara məsafəsinin üzərində yerləşən hissəsinin sökülməsini ehtiva edir. Lakin məhkəmə ara məsafəsini müəyyən etmədiyinə görə, tikilinin tam və ya bir hissəsinin ara məsafəsi sahəsinə düşməsi, bundan asılı olaraq tik ilinin tam və ya qismən sökülməli olması müəyyən deyildir.
67. Bundan başqa, məhkəmə «Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, C.Cabbarlı küçəsindəki 43 “Q” saylı evinin hasarının yanında Cavabdeh tərəfindən salınmış 1 metr x 20 sm ölçüdə olan əlavə piyada yolunun Cavabdeh hesabına ləğv edilməsi» barədə nəticəyə gələrkən işin hallarını tam, hərtərəfli araşdırmamışdır.
68. Məhkəmə bu iddianı təmin edərkən, piyada yolunun iddiaçının torpaq sahəsinin sərhədləri hüdudunda olmadığını, iddiaçının özbaşına tikiliyə giriş-çıxış məqsədi ilə salındığını bildirdiyi halda, «tikilinin iddiaçının mənafeyinə toxunması müəyyən olunduğundan, piyada yolunun ləğv edilməsi»ni əsaslı hesab etmişdir. Lakin piyada yolunun iddiaçının mənafeyinə məhz nəyə görə toxunduğunu bildirməmiş, iddiaçının mülki yyətində olan torpaq sahəsindən və yaşayış evindən istifadə etməsinə hansı üsulla mane törətməsini izah etməmiş, bununla da gəldiyi nəticəni əsaslandırmamışdır. Cavabdehin piyada yoluna çıxan qapını iddiaçının evinin darvazasının sağ sütununa qaynaq eməsi barədə iddiaçının dəlili də təsdiq olunduğu halda yolun bağlanması üçün deyil, cavabdehin qapısının yerinin dəyişməli olmasına əsas verə bilər.
69. İş materiallarından göründüyü kimi, apellyasiya icraatı zamanı məhkəmə kollegiyası xx.xx.2020-ci il tarixdə və xx.xx.2020-ci il tarixdə keçirilən məhkəmə iclaslarında iş üzrə hərtərəfli, tam və obyektiv tədqiqat aparılması üçün xüsusi bilik tələb edən sualları izah etmək zərurəti olduğu barədə nəticəyə gəlmiş və ekspertiza təyin etmişdir. Mübahisəli yolla bağlı ekspert qarşısında aşağıdakı sua llar qoyulmuşdu:
1. İddiaçı mülkiyyətində olan ünvan 1 fərdi yaşayış evinin və torpaq sahəsinin sağ hasarının boyunca X1 və istifadəsində olan torpaq sahəsinə gedən mübahisəli yolun yerləşdiyi torpaq sahəsinin mülkiyyət mənsubiyyəti (İddiaçı, Cavabdeh, dövlətin, bələdiyyənin və ya başqa şəxslərin mülkiyyətində və ya qanuni sahibliyində olması) müəyyən edilsin. Həmin yolun yerləşdiyi torpaq sahəsi İddiaçı mülkiyyətində olan torpaq sahəsində yerləşmədiyi halda, yolun mövcudluğu ilə İddiaçı mülkiyyətində olan fərdi yaşayış evindən və ya torpaq sahəsindən təyinatı üzrə istifadəsinə (o cümlədən, torpaq sahəsinə, evinə giriş və çıxışına) maneələr yaranırmı?
2. İddiaçı mülkiyyətində olan ünvan 1 fərdi yaşayış evinin və torpaq sahəsinin sağ hasarının boyunca X1 və istifadəsində olan torpaq sahəsin ə gedən mübahisəli yol texniki sənədlərə, habelə tikinti norma və qaydalarına uyğundurmu?
70. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi mübahisəli yolla bağlı araşdırmanın tam olmadığını, araşdırmanın tamamlanması üçün xüsusi bilik tələb olunan halların müəyyən edilməli olduğunu hesab etmişdir. Lakin həmin qərardadlar icra olunmamışdır. Halbuki, mübahisəli yolun yerləşdiyi torpaq sahəsinin hüquqi rejiminin, cavabdehin oradan istifadə etməsinin iddiaçıya mane olub-olmamasının (yoldan cavabehlə yanaşı iddiaçının da istifadə edib etməməsi, cavabdehin torpaq sahəsinə başqa yerdən giriş-çıxışın olub-olmaması və s.) müəyyən olunması üçün ekspertizanın keçirilməsi əhəmiyyətli və zəruri idi.
71. Bundan başqa, apelyasiya instansiyası məhkəməsi qarşılıqlı iddianı təmin edərkən bildirmişdir ki, “... həmin piyada yolu yuxarıda qeyd edilən özbaşına tikiliyə girişçıxış məqsədi ilə salınmışdır. Həmin özbaşına tikilinin iddiaçının mənafeyinə toxunması müəyyən olunduğundan, piyada yolunun ləğv edilməsi hissəsində də iddia tələbi əsaslı hesab edilməlidir”.
72. Məhkəmə kollegiyası hesab edir ki, piyada yolunun özbaşına tikiliyə girişçıxış məqsədi ilə salındığı barədə nəticəyə gələrkən apelyasiya instansiyası məhkəməsi işin hallarını tam araşdırmamışdır. Belə ki, Cavabdeh mübahisə olunun tikilinin inşa edildiyi və piyada yolunun açıldığı torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən sübut kimi Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cəfər Cabbarlı küçəsi 61 saylı sahədə 0,06 ha torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tar ixdə qeydə alınması barədə çıxarışı təqdim etmişdir. Lakin apelyasiya instansiyası məhkəməsi həmin sübuta qiymət verməmiş, çıxarışın mübahisəli tikilinin yerləşdiyi və piyada yolunun açıldığı torpaq sahəsinə aid olmasını müəyyən etməmişdir. Həmin çıxarışda göstərilən torpaq sahəsi sökülməsi tələb olunan tikilinin yerləşdiyi torpaq sahəsidirsə, özbaşına tikilinin sökülməsi faktı özlüyündə yolun bağlanmasına da əsas vermir.
73. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, ilkin iddianın təmin olunması zamanı apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə baxarkən həqiqətə nail olmaq üçün işin faktiki hallarını tam və hərtərəfli tədqiq etməmiş, yuxarıda qeyd edilən maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, cavabdehin ədalətli məhkəmə araşdırması hüququnu təmin etməmiş, nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir. Buna görə də apellyasiya şikayəti bu hissədə təmin olunmalı, qətnamə ilkin iddiaya aid hissədə ləğv edilməli, mülki iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
74. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qarşılıqlı iddianın təmin olunmaması barədə düzgün nəticəyə gəlmişdir.
75. Belə ki, qarşılıqlı İddiaçı mülkiyyətində olan evin sökülməsi barədə tələbini onunla əsaslandırmışdır ki, İddiaçı evini onun hasarının üzərində inşa etmiş, lakin buna razılıq verməmiş, həmçinin ara məsafəsi saxlanmamışdır. Ekspert xx.xx.2019-cu il tarixli rəyində İddiaçı inşa etdiyi evin Şəhərsalma və Tikinti Məcəlləsinin 72.1-ci maddəsinin tələblərinə uyğun olmadığı nı bildirmişdir. Həmin normanın tələbinə görə, qonşulardan biri tərəfindən sərhəddə inşa olunmuş yanaşı divarda və ya onun müəyyən hissəsində digər qonşu tərəfindən hər hansı əlavə tikili yalnız həmin qonşunun notariat qaydasında təsdiq olunmuş razılığından sonra inşa edilə bilər. Belə hallarda divarın həmin hissəsi ortaq divar sayılır.
76. Lakin Şəhərsalma və Tikinti Məcəlləsinin 72.1-ci maddəsi bu mübahisəyə tətbiq edilə bilməz. Çünki Şəhərsalma və Tikinti Məcəlləsi 2013-cü il yanvarın 1-dən qüvvəyə minmiş (tikinti layihələrinin şəhərsalma sənədlərinə uyğunluğuna dair Məcəllənin 11.1-ci maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müddəa istisna olmaqla), İddiaçı evi isə texniki pasportda əksini tapmış məlumatlara görə 2003-cü ildə inşa edilmişdir (1-ci cild səh 8).
77. Kassatorun məhk əmə iclasının vaxtı və yeri barədə məlumat verilmədiyi barədə dəlili əsassızdır. Çünki iş mateirallarından görünür ki, ona xx.xx.2021-ci il tarixə təyin olunmuş məhkəmə iclasının vaxtı və yeri barədə SMS vasitəsilə xx.xx.2021-ci il tarixdə məlumat verilmişdir.
78. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir.
79. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416-41 9-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-256/2021 nömrəli, 17 dekabr 2021-ci il tarixli qətnaməsi qismən – ilkin iddiaya aid hissədə ləğv edilsin və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.