Məhkəmə qərarları › İş №2(102)-3513/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3513/2023

25.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3513/2023 25.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçi Cavabdeh X3 qarşı ilk, X2 Cavabdeh qarşı birləşdirilmiş iddia tələblərinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: avtomobilin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və avtomobilin mülkiyyətinə qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri X7 (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı Cavabdeh X3 qarşı “pul” tələbinə dair ilk, qarşılıqlı iddiaçı X2 ilk iddiaçı Cavabdeh qarşı “avtomobilin alqı-satqı müqaviləsinin etibarsız sayılması və avtomobilin mülkiyyətinə qaytarılmasına” dair birləşdirilmiş iddia tələbləri barədə mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli 2(106)-641/2023 nömrəli qətnaməsindən ilk iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 13 aprel 2022-ci il tarixli Salyan RPŞ-nin müstəntiqi A.Hacıyevin “cinayət işinin başlanmasının rədd olunması” barədə qərarına əsasən, Cavabdeh **-NH-*** dövlət nömrə nişanlı, “Renault Megane” markalı avtomobillə bağlı verdiyi şikayət əsasında toplanmış materiallar üzrə İddiaçı Müqadil oğlu barəsində cinayət işinin başlanması rədd olunmuşdur.

2. Salyan Rayon Məhkəməsinin 28 iyul 2021-ci il tarixli qətnaməsinə əsasən, İddiaçı 40000 manat pulun alınaraq Cavabdeh veri lməsi qət olunmuşdur.

3. Nəqliyyat vasitəsinin xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, İddiaçı mülkiyyətində olan **-NH-*** dövlət nömrə nişanlı, “Renault Megane” markalı avtomobilini 10000 manata Cavabdeh satmışdır. 4. 17 fevral 2021-ci il tarixli etibarnamə ilə Cavabdeh mülkiyyətində olan **-NH-*** dövlət nömrə nişanlı, “Renault Megane” markalı avtomobilini idarə etmək üçün İddiaçı xx.xx.2029-cu il tarixədək vermişdir.

5. Cavabdeh **-NH-*** dövlət nömrə nişanlı, “Renault Megane” markalı avtomobilini idarə etmək üçün İddiaçı verdiyi etibarnaməni 23 may 2021-ci ildə ləğv etmişdir.

6. Salyan RPŞ-nin müstəntiqi Şəhriyar İbrahimovun qəbul etmiş olduğu 10 iyun 2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd olunması barədə” qərara əsasən, Cavabdeh ilə İddiaçı arasında ar aşdırma aparılmış və cinayət işinin başlanılması rədd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı Müqadil oğlundan mülkiyyətində olan **-NH-*** dövlət nömrə nişanlı, “Renault Megane” markalı avtomobilin, avtomobilin qaytarılması mümkün olmadıqda isə avtomobilin dəyəri olan 13000 manat və ödənilmiş 129 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

8. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Müqadil oğlu onun qohumudur. 17 fevral 2021-ci ildə **-NH-*** dövlət nömrə nişanlı, “Renault Megane” markalı avtomobili 13000 manata almışdır. Qohum olduğu üçün Turğut ondan avtomaşının bir müddət onda qalmasını xahiş e tdiyi üçün ona maşını idarə etmək üçün etibarnamə vermişdir. Sonradan avtomaşını tələb etdikdə Turqut maşını qaytarmaqdan imtina etdiyi üçün ona verdiyi etibarnaməni ləğv etdirmişdir. Maşın Turqutun mülkiyyətində olmasa belə sonuncu onun mülkiyyətində olan avtomobili gizlədərək qaytarmadığı üçün məhkəməyə müraciət etmişdir.

9. İddiaçı Müqadil oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə arasında **-NH-*** dövlət nömrə nişanlı, “Renault Megane” markalı avtomobilin alqı-satqısı barədə bağlanmış 16 fevral 2021-ci il tarixli alqı-satqı müqaviləsinin müqavilə bağlandığı andan etibarsız sayılması və həmin avtomobilin onun mülkiyyətinə qaytarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, müxtəlif vaxtlarda və müxtəlif məbləğ lərdə ilə Elxanın bacısı Natavandan cəmi aylıq faizlər ödəmək şərtilə 40 min manat borc pul götürmüşdür. Onların tələbinə əsasən Cavabdeh 40 min manat məbləğində borc pul almağı barədə qəbz yazdığını,, sonradan onlar mülkiyyətində olan “Renault Megane” markalı 99NH 943 dövlət qeydiyyat nişanlı avtomobiliElxanın adına girov qoymağı tələb etmişlər. Onlar tələb etmişlər ki, avtomobil mElxanın adına keçirilsin, borc qaytarıldıqdan sonra avtomobil yenidən ona qaytarsınlar.Borcu qaytaranadək avtomobil onun istifadəsində olacaqdı. 2021-ci ilin fevral ayının 16-da Natavan ona qardaşı Elxanın pulunu tələb etdiyini demişdir. Onu şantaj etmiş, məcbur olaraq öz maşınını müqavilə ilə Elxanın adına keçirmişdir. Lakin Elxan heç kimin bilməməsi üçün maşınını etibarnamə ilə idarə etmək üçün ona vermişdir. 2021-ci ilin dekabr ayında Elxan maşını ondan almışdır.Həmin günü yol polisinin cəriməsinə görə Elxanın qapısına getmiş və Elxan maşını ondan alıb içəri salaraq qapını bağlamışlar. 18 fevral 2021-ci ildə Elxanın atası qızı Natavanın yanında onun Elxana 40000 manat borcu olması barədə qəbz yazdırmışdır. Natavan qadın olduğu üçün qəbzi Elxanın adına yazmağı bildirmişlər. Artıq həmin qəbzlə bağlı Elxan məhkəməyə müraciət etmiş və məhkəmə qətnaməsi vardır. Özü bilmədiyi üçün qəbz yazmışdır.

11. Salyan Rayon Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli q ərardadı ilə Cavabdeh və İddiaçı Müqadil oğlunun bir-birlərinə qarşı iddia tələblərinə dair mülki işlər bir icraatda birləşdirilmişdir.

12. Salyan Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 13 yanvar 2023-cü il tarixli, 2(0 57)-187/2023 saylı qətnaməsi ilə Cavabdeh iddiasının qismən təmin edilməsi, X1 Cavabdeh mülkiyyətində olan **-NH-*** dövlət nömrə nişanlı, “Renault Megane” markalı avtomobil, avtomobilin qaytarılması mümkün olmadıqda isə dəyəri10000 manat və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 99,25 manat alınıb Cavabdeh verilməsi, Cavabdeh iddiasının qalan hissədə təmin edilməməsi, X2 Cavabdeh arasında **-NH-*** dövlət nömrə nişanlı, “Renault Megane” markalı avtomobilin alqı-satqısı barədə bağlanmış 16 fevral 2021-ci il tarixli alqı-satqı müqaviləsinin müqavilə bağlandığı andan etibarsız sayılması və həmin avtomobilin onun mülkiyyətinə qaytarlması barədə iddia tələbinin əsassız olduğundan rədd edilməsi qət edilmişdir. (Hakim: Ağarza Səmədov)

13. Məhkəm ə hesab etmişdir ki, Cavabdeh iddiası qismən təmin olunmalıdır.Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, 17 fevral 2021-ci ildə Cavabdeh öz mülkiyyətində olan **-NH-*** dövlət nömrə nişanlı, “Renault Megane” markalı avtomobili idarə etmək üçün İddiaçı etirbanamə vasitəsi ilə vermişdir.Bu hal məhkəmədə heç bir mübahisə doğurmamışdır.Avtomobilin İddiaçı verilməsini sonuncu özü də etiraf etmişdir. Lakin o, avtomobilin Cavabdeh tərəfindən əlindən alındığını bildirsə belə bu barədə məhkəməyə sübut təqdim etməmiş, qarşı tərəf də onun dedikləri ilə razılaşmamışdır.Bu halda məhkəmə Cavabdeh dedikləri ilə razılaşır və həmin səbəbdən Cavabdeh iddiasının maşın hissədə təmin olunmasını əsaslı hesab edir

14. Cavabdeh avtomaşının olmadığı halda 13000 manat pul tələbi ilə bağlı məhkəmə qeyd etmiş dir ki, tərəflər arasında bağlanmış müqavilədə avtomobilin dəyəri 10000 manat qeyd olunduğundan iddia həmin məbləğdə təmin olunmalıdır.

15. X2 iddiası ilə bağlı məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış əqdin etibarsızlığı üçün həmin əqdin qanunda müəyyən edilmiş qaydaların pozulması ilə həyata keçirildiyi halda etibarsız hesab olunması mümkündür. Məhkəmə baxışı zamanı aydın olmuşdur ki, tərəflər arasında bağlanmış əqd qanunvericilyin tələblərinə uyğun formada bağlanmış və hər iki tərəf anlaqlı şəxs olmaqla iradə ifadələrini əks etdirməklə əqd bağlamışlar. Ona görə də əqdin etibarsız hesab olunması üçün məhkəmədə heç bir hal müəyyən olunmamışdır. Tərəflər arasında bağlanmış əqdə yalan əqd kimi hüquqi qiymət vermək mümkün deyildir. Yalan əqd tərəflərin həqiqi iradələri ilə bu ir adənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər. Göründüyü kimi hazırki mübahisədə tərəflərin üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyətləri olmamışdır. Tərəflər əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmuş və nəticədə Turqut Hüseynov maşını satmış, Cavabdeh isə almışdır. Onlar arasında bağlanmış həmin müqavilə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyəti ilə bağlanmış əqddir. Onlar arasında bağlanmış əqd onların bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən müqavilə d eyildir. Onların iradələri həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunmamışdır.

16. Həmçinin, qanunvericilikdə əqdlərin etibarsızlığı üçün bir il müddət nəzərdə tutulmuşdur. Göründüyü kimi Turqut Hüseynov qeyd edilən müddəti ötürmüşdür. Qarşı tərəf öz növbəsində iddia müddətinin tətbiqi barədə ərizə verərək iddianın rədd olunmasını xahiş etmişdir. Tərəflər arasında bağlanmış əqdin etibarsızlığı üçün heç bir əsas olmamaqla yanaşı iddiaçı kəsici müddəti ötürmüşdür. Ona görə də məhkəmə Turqut Hüseynovun iddiasının rədd olunmasını daha əsaslı və qanuni hesab edir.

17. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29, İnsan Hüquqları haqqında Üm umi Bəyannamənin 17, İnsan Hüquqlarının və X6 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 324.5, 404.1, 337.1, 337.2, 337.3, 337.4, 337.5, 339.1, 339.2, 339.3, 339.4, 339.5, 339.6, 340.2, 354.1, 354.2, 372.1, 372.2, 373.1, 373.2, 373.3, 373.5, 374.1, 374.2, 375.1, 375.2, 389.1, 405.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2022-ci il tarixli Qərarına, Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarına, Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel və T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarlarına, (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlarına, Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarına, N.Hacıyevanın şikayəti üzrə 2020-ci il 10 mart və X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarlarına istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

18. Qətnamədən birləşdirilmiş iddia üzrə iddiaçı X5 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ilk iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin isə təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

19. Apellyasiya şik ayəti onunla əsaslandırılmışdır ki, “Renault Megane" markalı ** NH *** dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqısı barədə müqavilə 16 fevral 2021-ci il tarixdə bağlanmışdir, həmin gün Cavabdeh həmin avtomobil barədə ona etibarnamə vermişdir. Alqı-satqı müqaviləsi bağlanarkən Cavabdeh ona pul ödəməmişdir, qarşılıqlı razılığa əsasən bağlanmış alqı-satqı müqaviləsi borcunun ödənilməsinin təminatı məqsədi güdmüşdür, ona görə də avtomobil onun sahiblik və istifadəsinə verilmişdir. Cavabdeh guya yaxın qohum olduğu üçün avtomobili bir müddət onun istifadəsində saxlaması barədə izahatı əsassızdır. Həmin avtomobil onun mülkiyyətində olmuşdur, qanunsuz əsaslarla Cavabdeh adına keçdiyi üçün həmin avtomobilin mülkiyyətinə qaytarılmasını tələb etmək hüququ vardır. Cavabdeh hüquqdan sui-istifadə e dir. Həmin faktlar təsdiq edir ki, aralarında alqı-satqı müqaviləsi digər əqdi pərdələmək məqsədi ilə bağlanmışdır, həmin müqaviləni bağlayarkən başqa məqsəd güdmüşlər. “Renault Megane" markalı **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqısı barədə müqavilə bağlanarkən alıcı Cavabdeh ona pul ödəməmişdir, o isə avtomobili onun mülkiyyətinə verməmişdir. “Reanault Megane" markalı **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobilin alqısatqısı barədə müqavilə bağlanarkən aralarında avtomobilin alqı-satqısı barədə bağlanan müqavilənin borcunun təminatı olaraq bağlanması barədə iradə ifadəsinin vahidliyi olmuşdur. İşə baxan hakim tərəfindən onların iradə ifadələrinin həqiqi məzmunu və hüquqi niyyətləri müəyyən edilməmişdir. Aralarında bağlanmış alqı-satqı müqaviləsi üzrə müqavilədə nəzərd ə tutulmuş hüquqi nəticə əmələ gəlməmişdir, yəni müqavilə üzrə Cavabdeh avtomobil üzərində subyektiv hüququ yaranmamışdır. Belə ki, həmin alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulan hüquqi nəticə yaranmamışdır, avtomobil onun sahiblik və istifadəsində qalmışdır. Həmin müqavilə üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməmişdir. İşə baxan hakim tərəfindən mübahisəli olan avtomobilin hazırda kimin mülkiyyətində olması faktı araşdırılmamışdır. Yalnız Cavabdeh izahatına əsaslanaraq həmin avtomobilin hazırda onda olması nəticəsinə gəlmişdir. Həmin avtomobil barədə rayon Polis Şöbəsində araşdırma aparılmışdır. Həmin avtomobili Cavabdeh etibarnaməsi olmadan idarə edə bilməz. Ona görə də həmin avtomobilin onda olması barədə işə baxan hakimin gəldiyi nəticə əsassızdır. İşə baxan hakim tərəfindən m übahisəli olan avtomobilin Cavabdeh tərəfindən onun istifadəsinə və sahibliyinə verilməsinin səbəbləri araşdırılmamışdır. Cavabdeh tərəfindən dəyəri ödənilməklə alınmış avtomobilin əvəzsiz olaraq onun istifadəsində və sahibliyinə verilməsi halı həmin mülki mübahisə üzrə əhəmiyyətli haldir, işə baxan hakim tərəfindən həmin halı sübut edilməmişdir. Ona görə də həmin avtomobilin alqı-satqısı barədə müqavilənin etibarlı olması barədə işə baxan hakimin gəldiyi nəticə əsassızdır. İşə baxan hakim həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmamış, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymətləndiilməmişdir, ona görə iş üzrə qəbul edilmiş qətnamə qanunilik və əsaslılıq meyarlarına cavab vermir və onun ədalətli olması şübhə altına alınmalıdır. Alqısatqı müqaviləsi üzrə pulun ödənilməməsi, satılan avtomobilin əvəzsiz olaraq onun sahiblik və istifadəsinə verilməsi nəzərə alınmamışdır.

20. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini əsassız hesab edərək iddia ərizəsinin məzmununa oxşar olan izahat vermişdir. Həmçinin göstərmişdir ki, Turğutdan avtomobili pulla almış və elə həmin gün də ona olan 40 000 manat borcunu işləyib qaytarmaq üçün etibarnamə əsasında Turquta vermişdir. Belə ki, Turqut ona demişdir ki, avtomobillə neft sataraq borcunu qaytaracaqdır. Həmçinin bildirmişdir ki, hazırda avtomobil onda deyildir. Harda olduğunu bilmir.

21. Cavabdeh nümayəndəsi-vəkili X4 apellyasiya şikayətini əsassız hesab etmiş və göstərmiş dir ki, mübahisəli avtomobil onlarda yoxdur. Güman etdiklərinə görə avtomobil ehtiyyat hissələr kimi satılmışdır. Qeyd edilənlərə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir.

22. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(106)-641/2023 nömrəli, 19 may 2023-cü il tarixli qətnaməsi ilə İddiaçı Müqadil oğlu tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Salyan Rayon Məhkəməsinin 13 yanvar 2023-cü il tarixli, 2(057)-187/2023 saylı qətnaməsinin ləğv olunması və iş üzrə yeni qətnamə qəbul edilməsi,İddiaçı Müqadil oğlunun Cavabdeh qarşı iddiasının təmin olunması, İddiaçı ilə Cavabdeh arasında **-NH*** dövlət nömrə nişanlı, “Renault Megane” markalı avtomobilin alqı-satqısı barədə bağlanmış 16 fevral 2021-ci il tarixli, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və İddiaçı mülkiyyət hüquqlarının bərpa edilməsi, Cavabdeh İddiaçı Müqadil oğluna qarşı İddiaçı mülkiyyətində olan **-NH-*** dövlət nömrə nişanlı, “Renault Megane” markalı avtomobilin, avtomobilin qaytarılması mümkün olmadıqda isə avtomobilin dəyəri olan 13000 manat və ödənilmiş 129 manat dövlət rüsumunun alınaraq ona verilməsi tələbinə dair iddiasının təmin edilməməsi, İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun onun özünə aid edilməsi, Cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməsi qət edilmişdir.

23. Məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, İddiaçı tərəfindən satılan mübahisəli avtomobil Cavabdeh adına rəsmiləşdirilməsinə baxmayaraq, həmin müqavilə İ ddiaçı həqiqi və real iradə ifadəsini əks etdirməmişdir. Odur ki, onlar arasında bağlanan əqd yalan əqd olmaqla, əhəmiyyətsizdir.

24. Mülki Məcəllədə əqdlərin etibarsızlığı ilə əlaqədar göstərilmişdir ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya gös tərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (Mülki Məcəllənin 337.1, 337.4 və 337.5-ci maddələri).

25. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında Mülki Məcəllənin məhz bu normalarına əsaslanaraq hesab etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021ci il 12 aprel tarixli Qərarlar).

26. O da nəzərə alınmalıdır ki, məhkəmələr tərəfindən müqavilə üzrə mübahisələrə baxılarkən, ilk növbədə, iddia tələbinin əsaslandığı əqdin etibarlılığı araşdırılmalıdır. Belə ki, məhkəmənin gələcəyi nəticə məhz əqdin etibarlılığından asılıdır.

27. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarında vurğulamışdır ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatın ın ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. 28. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2022-ci il tarixli qərarında formalaşan hüquqi mövqeyə görə yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tə rəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir (N.Hacıyevanın şikayəti üzrə 2020-ci il 10 mart və X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarlar). Beləliklə, yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər. Mülki Məcəllənin 340.2-ci maddəsinin mənasına görə, tərəflərin həqiqi iradə ifadələri nəticəsində yaranan faktiki münasibətləri pərdələmək məqsədi ilə görüntü üçün bağlanan əqdlər, o cümlədən fərqli subyektlər arasında formal olaraq bağlanan əqdlər yalan əqd olaraq əhəmiyyətsizdir. Yalan əqdin bağlanmasında iştirak edən subyektlərin həqiqi iradə ifadələri bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq araşdırılıb hüquqi nəticəyə gəlinməlidir.

29. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticəni aşağıdakı bəndlər üzrə əsaslandıraraq qeyd etmişdir ki, birinci hal və ən əsası avtomobilin həqiqətən də borc qaşılığında qəbul etməsi ilə bağlı Cavabdeh etirafedici izahatı ilə bağlıdır. Belə ki, həmin etirafedici izahat iş materiallarının 67-72-ci səhifəsində olan Salyan RPŞ-nin müstəntiqi Şəhriyar İbrahimovun qəbul etmiş olduğu 10 iyun 2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd olunması barədə” qərarın məzmununda öz əksini tapmışdır.

30. Belə ki, işin 69-cu səhifəsinin sonuncu abzasında araşdırma zamanı Cavabdeh bildirmişdir ki, “İddiaçı onun qohumudur. Onların münasibətləri həmişə yaxşı olmuşdur. 2021-ci il fevralın əvvəllərində Turqutun bacısı Natavana borcunun olduğunu və vermədiyini öyrənmişdir. Natavan ona Turquta inandığı üçün tanışlarından, müxtəlif banklardan kreditlər götürüb ona verdiyini, bu günə kimi ödəmədiyini, məcbur qalıb özünün ödədiyini bildirmişdir. Natavan ona vəziyyətinin pis olduğunu, Turqutun onu aldatdığını demişdir. O da Turqutu çağıraraq söhbət edəcəyini bildirmişdir. O, Turquta pis vəziyyətdə olduğunu və borcun içərisində batdığını demişdir. T urqut da hal-hazırda pulunun olmadığını və özünə məxsus olan avtomobili satmaq istədiyini bildirmişdir. O, Turquta özünə məxsus olan Renault Megane minik markalı **-NH-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilini neçəyə satdığını soruşmuş, Turqut isə 13000 manata satdığını demişdir. O, Turğuta borcunun bir qisminin qarşılığında Renault Megane minik markalı **NH-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilini ona satmasını demişdir. Turğut da onunla razılaşaraq özünə məxsus olan Renault Megane minik markalı **-NH-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili onun adına sənədləşdirmişdir. O, Turquta yaxşılıq edərək Renault Megane minik markalı **-NH-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin özündə qalmasını, ona sürmək üçün etibarnamə verəcəyini, işləyərək borcunu qaytarmasını demiş, Turqut da onunla razılaşmışdır. 2021-ci il fevralin 18-də o, Turquta 40000 manat pul verərək Natavanın onun üçün götürdüyü kredit borclarını və əl borclarını bağlamasını bildirmişdir. Turqut isə həmin vaxt ona öz adından iltizam verərək ondan 40000 manat borc pul aldığını və hər ay 2000 manat olmaqla ödəyəcəyini göstərmişdir. Sonradan Turqut ilə aralarında olan razılığa əsasən hər ay verməli olduğu 2000 manat pulu verməmişdir. Bununla da, onların münasibətləri pozulmuşdur. O da məcbur qalıb X13 minik markali **-NH-*** dövlət qeydiyyat nömrə nişanli avtomobilini idarə etməsi üçün verdiyi etibarnaməni ləğv etdirmişdir. Bundan sonra Turquta ona olan borcunu qaytarması üçün xəbər göndərmiş, lakin Turqut ödəməyəcəyini demişdir. X9 RPŞ-nə ərizə ilə müraciət etdiyiniə öyrənmişdir. O bildirmişdir ki, Turqutu hədələməmiş, onun dedikləri yalan və böhtandır.

31. Göründüyü kimi Elxan borcun bir qisminin qarşılığında Turquta məxsus Renault Megane minik markalı **-NH-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili qəbul etmiş və Turqut da borc qarşılığında həmin avtomobili Elxanın adına sənədləşdirmişdir. Həmin zaman isə Elxan tərəfindən Turquta hər hansı pul məbləği ödənilməmişdir. Göründüyü kimi onlar arasında yalan əqd, yəni başqa əqdi pərdələmək məqsədi ilə alqı-satqı bağlanmışdır.

32. Növbəti hal avtomobilin alqı-satqısı rəsmləşdirilən xx.xx.2021-ci il tarixinin səhəri günü yəni xx.xx.2021-ci il tarixdə Elxanın Turğuta həmin avtomobillə bağlı etibarnamənin verilməsidir. Belə ki, qeyd edilən avtomobil heç Turğutun sahibliyindən çıxmamışdır.

33. Üçüncü hal isə Cavabdeh məhkəmə kollegiy asının iclasında verdiyi izahatla bağlıdır. Belə ki, Elxan iclasda bildirmişdir ki, “Turğutdan avtomobili pulla almış və elə həmin gün də ona olan 40 000 manat borcunu işləyib qaytarmaq üçün etibarnamə əsasında Turğuta vermişdir. Belə ki, Turğut ona demişdir ki, avtomobillə neft sataraq borcunu qaytaracağını demişdir.” Belə olduqda sual yaranır əgər Turğutun Elxana 40000 borcu var idisə hansı məntiqlə Elxan avtomobili pulla alır və dərhal da Turğutun etibarnamə əsasında sahibliyinə verir.

34. Yuxarıda şərh olunanlara əsasən apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, alqı-satqı tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində bağlanmamışdır. Tərəflərin iradə ifadəsi başqa əqdi pərdələməyə yönəlmiş və yalnız görünüş üçün bağlanmışdır. Tərəflər əslində eyni anda iki ayrı əqd b ağlanmış olmuşdur. Alqı-satqı müqaviəsi tərəflərin əsl hüquqi niyyətlərini əks etdirməmişdir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları alqı-satqı müqaviləsini pərdələmişlər.

35. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324, 337.1, 337.4, 337.5, 340.2, 389.1, 404.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

36. İlkin iddia üzrə iddiaçı Cavabdeh (vəkil: Vəkil2) kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin 19 may 2023-cü iltarixli, 2(106)-641/2023 saylı qətnaməsinin ləğv edilərək iddiaçı Cavabdeh İddiaçı qarşı avtomobil vəya onun dəyərinin ödənilməsi barədə iddia tələbinin təmin edilməsi, HüseynovTurğut Miqa dil oğlunun Cavabdeh qarşı müqavilənin etibarsız hesab edilməsi barədə iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

37. Kassasiya şikayəti onunla əsaslandırmışdır ki, apellyasiya instansiya məhkəməsi qətnamədə qeyd etmişdir ki, iddiaçı Cavabdeh ilə cavabdeh X5 arasında avtomobilin alqısatıqısı ilə bağlı 16 fevral 2021-ci il tarixdə bağlanmış əqd guya başqa əqdi pərdələmək niyyəti ilə bağlanmışdır. Lakin qətnamədə tərəflərin hansı əqdi pərdələmək niyyətində olduğuna dair heç bir dəlil irəli sürülməmişdir. Bundan əlavə, tərəflər arasında 18 fevral 2021-ci il tarixdə X11 Ağayevdən 40.000 manat borc pul almasına dair sadə yazılı müqavilə bağlanmışdır. 40.000 manat pul tələbinə dair mülki iş üzrə qəbul edilmiş Şirvan Apellyasiya Məhkəməsinin 30 dekabr 2021-ci il t arixli, 2(106)-3190/2021 saylı qətnaməsində və Azərbaycan Respublikası Ali Məhkəməsinin 20 iyun 2022-ci il tarixli, 2(102)-2685/2022 saylı qərarından görünür ki, Turqut Hüseynov həm apellyasiya şikayətində, həm də kassasiya şikayətində tərəflər arasında bağlanmış 16 fevral 2021-ci il tarixli müqaviləni mübahisələndirsə də, işə baxan məhkəmələr avtomobilin alqı-satqısı ilə bağlı tərəflər arasında bağlanmış müqavilənin, tərəflər arasında 18 fevral 2021-ci il tarixdə yaranmış borc münasibətlərinə heç bir aidiyyətinin olmadığını bildirmişlər. Bundan başqa, Turqut Hüseynov yalnız Cavabdeh tərəfindən avtomobil tələbinə dair iddia ərizəsi verildikdən bir müddət sonra, yəni təxminən 2022-ci ilin sentyabr ayında məhkəməyə əqdin etibarsızlığı ilə bağlı iddia ərizəsi ilə müraciət etmişdir. Turqut Hüs eynov 16 fevral 2021-ci il tarixli avtomobilin alqı-satqı müqaviləsi bağlandıqdan sonra heç vaxt məhkəməyə oxşar iddia tələbi ilə müraciət etməmişdir. Halbuki yuxarıda qeyd edildiyi kimi Cavabdeh 2021-ci ilin may ayında 40.000 manat pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hazırki mülki işə Salyan rayon Məhkəməsində baxılarkən ilkin iddia üzrə iddiaçı iddia müddətinin tətbiqi ilə bağlı məhkəməyə ərizə vermişdir. Lakin apellyasiya instansiya məhkəməsi qətnamədə iddia müddətinin tətbiqi ilə bağlı məsələyə münasibət bildirməmişdir. Həmçinin, apellyasiya instansiya məhkəməsi müqavilənin etibarsızlığı ilə bağlı nəticəyə gələrək və avtomobilin hal-hazırda cavabdeh Turqut Hüseynovda olması halını qətnamədə mübahisələndirməyərək yekunda müqavilə üzrə Turqut Hüseynova ödənil miş 10.000 manat pulun iddiaçı Cavabdeh qaytarılması ilə bağlı məsələni müzakirə etməyərək Mülki Məcəllənin 337.5-ci maddəsinin tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

38. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

39. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

40. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

41. Maddə 324.3. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir.

42. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tə rəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.

43. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.

44. Maddə 324.6. Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir.

45. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

46. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə h əyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

47. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

48. Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

49. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

50. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.

51. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

52. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

53. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

54. Maddə 217.1 Məhkəmənin qətnaməs i qanuni və əsaslı olmalıdır.

55. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

56. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

57. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır

58. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır

59. Maddə 418.3. Prosessual hüquq norm alarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

60. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

61. Apellyasiya instansiya sı məhkəməsinin qətnaməsi ilk iddia üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

62. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

63. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan ap ellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

64. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu bununla bağlı qeyd edir ki, Mülki Məcəllənin 337.5ci maddəsində nəzərdə tutulmuş qayda (restitusiya qaydası) və Mülki Məcəllənin 354.1ci maddəsində əhəmiyyətsiz əqdin etibarsızlığının nəticələrinin tətbiqi ilə bağlı müəy yən edilmiş müddət Mülki Məcəllədə belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir.

65. Qeyd olunmalıdır ki, əhəmiyyətsiz əqd üzrə yalnız əvəzedilən əşyalar üzərində əldə edənin hüququ yarana və nəticədə əsassız varlanma baş verə bilər.

66. Mülki Məcəllənin 135.7-ci maddəsinə uyğun olaraq, başqa əşyalardan yalnız özlərinə xas əlamətlərə görə ayrılmış fərdi-müəyyən əşyalar əvəzedilməz əşyalar sayılır. Növ əlamətlərinə görə fərqlənən, dövriyyədə adətən say, ölçü və ya çəki ilə müəyyənləşdirilən daşınar əşyalar isə əvəzedilən əşyalar sayılır.

67. Mülki qanunvericilikdə nəzərdə tutulmuş qeyd edilən təsnifat həmin əşyalar üzərində hüququn yaranması baxımından təcrübi əhəmiyyət kəsb edir. Fərdi-müəyyən əşyalar (daşınmaz əşyalar, hüquqi statusuna görə daş ınmaz əşyalara bərabər tutulan daşınar əşyalar – avtomobil, gəmi və s., habelə digər daşınar əşyalar – telefon, kompüter və s.) üzərində hüquqi əsas olmadan hər hansı bir hüquq əldə edilə bilməz. Belə əşyalar yalnız onlara xas əlamətləri ilə digərlərindən fərqləndiyi üçün əldə edənin əmlakına qarışmır və bu səbəbdən də hüquqi əsas olmadan əldə edənin mülkiyyətinə keçmir. Odur ki, əhəmiyyətsiz əqd arzu olunan heç bir hüquqi nəticələrə səbəb olmadığından, belə əqd üzrə fərdi-müəyyən əşya olan daşınmaz əşyaya dair dövlət reyestrində müvafiq şəxsin adına aparılmış qeydiyyat da əsassız sayılacaqdır. Bu halda isə xeyrinə qeydiyyat aparılmış şəxs daşınmaz əşyaya dair hüquq əldə etməyəcək, həmin əşya əqd əsasında özgəninkiləşdirənin mülkiyyətində qalmaqda davam edəcəkdir. Mülki Məcəllənin 141-ci m addəsinə uyğun olaraq, daşınmaz əmlakın dövlət reyestrinin məzmunu həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ pozulmuş şəxs tərəfindən müvafiq düzəlişin aparılması tələb edilə bilər.

68. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iş üzrə tərəflər arasında bağlanmış avtomobil alğı-satqı müqaviləsi əhəmiyyətsizdir.Yəni, avtomobilin mülkiyyəti alıcıya keçməmişdir.Belə olan təqdirdə əqdin etibarsızlığının (əhəmiyyətsizliyinin) təsdiqi məqsədilə məhkəməyə müraciət etmək üçün hər hansı müddətə riayət edilməsinə də zərurət yoxdur.Yəni bu halda iddia müddətinin keçməsindən söhbət gedə bilməz.Göstərilənlərə əsasən də kassatorun iddia müddəti ilə əlaqədar dəlili əsassızdır.

69. Kassasiya şikayətinin apelyasiya məhkəməsinin müqavilə üzrə Turqut H üseynova ödənilmiş 10.000 manat pulun iddiaçı Cavabdeh qaytarılması ilə bağlı məsələni müzakirə etməyərək Mülki Məcəllənin 337.5-ci maddəsinin tələblərini pozması barədə dəlili ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi tərəflər arasında bağlanmış avtomobil alqı-satqı müqaviləsinin əhəmiyyətsiz olduğunu müəyyən etmişdir. Eləcə də apellyasiya məhkəməsi alıcının satıcıya həmin müqavilə üzrə hər hansı pul məbləğini verməsi müəyyən edilməmişdir. Yəni, avtomobil alıcının mülkiyyətinə keçməmiş, alıcı isə satıcıya həmin alqı-satqı müqaviləsi çərçivəsində hər hansı pul məbləği verməmişdir.Belə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.5-ci maddəsinin tətbiqi üçün əsaslar da mövcud deyil.

70. Yuxarıda şərh olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, kassasiya şikayətinin dəlilləri apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas təşkil etmir.Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

71. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 may 2023-cü il tarixli 2(103)-641/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar