Məhkəmə qərarları › İş №2(102)-3515/2023

Ali Məhkəmə Qərardad — İş №2(102)-3515/2023

09.08.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3515/2023 09.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İlk İddiaçı cavabdehlər Cavabdeh1, Salyan 2 saylı xüsusi notariat ofisinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsə qarşı vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi və digər tələblərə dair ilkin iddia tələbinə, ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı vəsiyyətnamənin etibarsız hesab edilməsi və sair tələblər barədə qarşılıqlı iddia tələbinə, birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh1 cavabdehlər X3 və İddiaçı qarşı torpaq s ahəsinin geri alınması haqqında iddia tələbinə dair iş üzrə QƏRARDADİ (Açar sözlər: müddətin ötürülməsi əsası ilə kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi) Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri X4 (məruzəçi hakim), Şamayev Elşad Yaquboviç və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Salyan şəhəri 2 saylı Notariat Kontoruna və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsinə qarşı ilk iddia tələbinə, Cavabdeh1 İddiaçı qarşı qarşılıqlı iddia tələbinə, iddiaçı Cavabdeh1 cavabdehlər X3 və İddiaçı qarşı iddia tələbinə dair birləşdirilmiş işlər üzrə iddiaları ilə bağlı mülki iş üzrə Şirvan Apellyasiya Mə hkəməsinin Mülki Kollegiyasının 2(106)-313/2023 saylı, 11 aprel 2023-cü il tarixli qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 (Vəkil2) tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünü yoxlayaraq, aşağıdakı qərardadı qəbul etdi. İşin halları:

1. İlk İddiaçı cavabdehlər Cavabdeh1 və Salyan 2 saylı xüsusi notariat ofisinə qarşı vərəsəlik hüququnun tanınması tələbinə dair ilk iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum əmisi Rzayev Ayaz Babaş oğlunun 03 avqust 2019-cu il tarixli vəsiyyətnaməsi əsasında miras qalmış Salyan rayonu Şəkərli kəndində yerləşən 0,38 ha həyətyanı torpaq sahəsinə, üzərində tikilən fərdi yaşayış evinə, həyətyanı bütün tikililərə, pay torpaq sahəsinə vərəsəlik hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdi r.

2. İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı vəsiyyətnamənin etibarsız hesab edilməsi, torpaq sahəsindən çıxarılma tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 03 avqust 2019-cu ildə mərhum atası Rzayev Ayaz Babaş oğlu tərəfindən verilmiş Salyan rayon Yenikənd kəndində inzibati ərazi nümayəndəliyində yazdığı vəsiyyətnamənin etibarsız hesab edilməsi, xüsusi mülkiyyətində olan 0,035004 ha həyətyanı, 0,098 ha və 0,1585 ha pay torpaq sahələrindən cavabdeh İddiaçı çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İlk İddiaçı iddia tələbinin həcmini artıraraq, cavabdehlər Cavabdeh1 və Salyan 2 saylı xüsusi notariat ofisinə qarşı vərəsəlik hüququnun tanınmasına dair iddia ərizəsi üzrə iddia tələbinin, cavabdeh Salyan rayon 2 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən Cavabdeh1 verilmiş vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi, onun adına vəsiyyətnamə üzrə vərəsə kimi tanınmaqla ona vərəsəlik şəhadətnaməsinin verilməsi hissəsində artırılması və iddia tələbinin tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı Cavabdeh1 cavabdehlər X3 və İddiaçı qarşı özgənin qanunsuz istifadə etdiyi torpaq sahəsinin geri alınması tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, mülkiyyətində olan Salyan rayonu Yenikənd kəndində 0,98 ha və 0,1585 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri və Salyan rayonu Şəkərli kəndində 0,90 ha həyətyanı torpaq sahəsinin X5 və İddiaçı qanunsuz sahibliyindən geri alınaraq onun sahibliyinə qaytarılması barədə qətnamə çıxarı lmasını xahiş etmişdir.

5. Salyan Rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli 2(057)-809/2021 saylı qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Salyan 2 saylı xüsusi notariat ofisinə qarşı vərəsəlik hüququnun tanınması tələbinə dair ilk, Cavabdeh1 İddiaçı qarşı vəsiyyətnamənin etibarsız hesab edilməsi, torpaq sahəsindən çıxarılma tələbinə dair qarşılıqlı iddiaları üzrə 2(057)-809/2021 saylı, eləcə də Cavabdeh1 cavabdehlər X3 və İddiaçı qarşı özgənin qanunsuz istifadə etdiyi torpaq sahəsinin geri alınması tələbi üzrə 2(057)-967/2021 saylı mülki işlər birlikdə baxılmaları üçün bir icraatda birləşdirilmişdir.

6. Sonradan ilk İddiaçı iddia tələbinin həcmini artıraraq, tələbini cavabdehlər Cavabdeh1, Salyan 2 saylı xüsusi notariat ofisinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsə qarşı yönəldərək, cavabdeh Salyan rayon 2 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən Cavabdeh1 verilmiş vərəsəlik şəhadətnaməsinin, həmin şəhadətnamənin əsasında əldə edilmiş bütün sənədlərin, o cümlədən cavabdeh DƏDRX-nin ********** nömrəli, xx.xx.2020-ci il tarixli, ********** nömrəli, xx.xx.2020-ci il tarixli və ********** nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışlarının ləğv edilməsi və İddiaçı vəsiyyətnamə üzrə vərəsə kimi tanınması, ona vəsiyyətnamə üzrə vərəsə olaraq pay ayrılması və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

7. Salyan Rayon Məhkəməsinin 2( 057)-809/2021 saylı, 28 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə hər iki iddia qismən təmin edilərək, X6, Rzayev Ayaz Babaş oğlu və Cavabdeh1 ümumi birgə mülkiyyətdə olan Salyan rayonu Şəkərli kəndində ümumi sahəsi 51 kv.m olan, 0,38004 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin və torpaq sahəsinin Rzayev Ayaz Babaş oğluna aid olan hissəsinin ¾ hissəsinə İddiaçı mülkiyyət hüququ tanınmış, Salyan rayonu Yenikənd kəndində yerləşən Cavabdeh1, X6 və Rzayev Ayaz Babaş oğlunun ümumi birgə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı 0,98 ha torpaq sahəsinin Rzayev Ayaz Babaş oğluna aid olan hissəsinin hissəsinə İddiaçı mülkiyyət hüququ tanınmış, Salyan rayonu Yenikənd kəndində Cavabdeh1, X6 və Rzayev Ayaz Babaş oğlunun mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı 0,1585 ha torpaq sahəsi nin Rzayev Ayaz Babaş oğluna aid olan hissəsinin ¾ hissəsinə İddiaçı mülkiyyət hüququ tanınmış, X6, Rzayev Ayaz Babaş oğlu və Cavabdeh1 ümumi birgə mülkiyyətdə olan Salyan rayonu Şəkərli kəndində ümumi sahəsi 51 kv.m olan, 0,38004 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin və torpaq sahəsinin Rzayev Ayaz Babaş oğluna aid olan hissəsinin 1 /4 hissəsinə Cavabdeh1 mülkiyyət hüququ tanınmış, Salyan rayonu Yenikənd kəndində yerləşən Cavabdeh1, X6 və Rzayev Ayaz Babaş oğlunun mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı 0,98 ha torpaq sahəsinin Rzayev Ayaz Babaş oğluna aid olan hissəsinin hissəsinə Cavabdeh1 mülkiyyət hüququ tanınmış, Salyan rayonu Yenikənd kəndində Cavabdeh1, X6 və Rzayev Ayaz Babaş oğlunun mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı 0,1585 ha torpaq sahəsinin Rzayev Ayaz Babaş oğluna aid olan hissəsinin ¼ hissəsinə Cavabdeh1 mülkiyyət hüququ tanınmış, Salyan rayon 2 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən Cavabdeh1 adına verilmiş, 2V-71 və 2V-73 nömrə ilə reyestrdə qeydə alınmış xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr qismən ləğv edilmiş, Cavabdeh1 yuxarıda qeyd olunan qaydada, yəni Rzayev Ayaz Babaş oğlundan miras qalmış əmlakdan məcburi pay kimi ¼ hissədə miras əmlakda payı müəyyənləşdirilmiş, İddiaçı və X2 Cavabdeh1 verilmiş və mülkiyyətində olan torpaq sahələrindən çıxarılmaları, ona aid olan torpaq sahələrinin İddiaçı və X1 alınaraq Cavabdeh1 verilməsi, Salyan rayonu Şəkərli kəndində Cavabdeh1 adına ümumi sahəsi 51 kv.m olan, 0,38004 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin tam mülkiyyət h üququ ilə xx.xx.2021-ci ildə ********** nömrə ilə qeydə alınması barədə, Salyan rayonu Yenikənd kəndində Cavabdeh1 adına kənd təsərrüfatı təyinatlı 0,1585 ha torpaq sahəsinin tam mülkiyyət hüququ ilə xx.xx.2021-ci ildə ********** nömrə ilə qeydə alınması və Salyan rayonu Yenikənd kəndində Cavabdeh1 adına olan kənd təsərrüfatı təyinatlı 0,98 ha torpaq sahəsinin tam mülkiyyət hüququ ilə xx.xx.2021-ci ildə ********** nömrə ilə qeydə alınması barədə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışların qismən, o cümlədən **********7 nömrəli, xx.xx.2020-ci il tarixli, ********** nömrəli, xx.xx.2020-ci il tarixli və ********** nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışların Cavabdeh1 dair hissədə ləğv edilmə si, hər iki iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir

8. Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, ilk iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat:

9. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər Samir Mayılov sədrlik edən və məruzəçi, İlham Əsədov və Nüsrət Mirzəyev) 2 mart 2022-ci il tarixli, 2(106)-486/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, ilk İddiaçı cavabdehlər Cavabdeh1, Salyan rayon 2 saylı notariat kontoru və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsinə qarşı “mərhum əmisi Rzayev Ayaz Babaş oğlunun xx.xx.2019-cu il tarixli vəsiyyətnaməsi əsasında miras qalmış Salyan rayonu, Şəkərli kəndində yerləşən 0,38 ha həyətyanı torpaq sahəsinə, üzərində tikilən fərdi yaşayış evinə, həyətyanı bütün tikililərinə, pay torpaq sahəsinə vərəsəlik hüququnun tanınması, cavabdeh Salyan rayon 2 saylı notariat ofisinin xüsusi notariusu M.M.Hüseynov tərəfindən Cavabdeh1 verilmiş vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi, onun adına vəsiyyətnamə üzrə vərəsə kimi tanınmaqla ona vərəsəlik şəhadətnaməsinin verilməsi, cavabdeh Salyan rayon 2 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən Cavabdeh1 verilmiş vərəsəlik şəhadətnaməsinin, həmin şəhadətnamənin əsasında əldə edilmiş bütün sənədlərin, o cümlədən ********** nömrəli, xx.xx.2020-ci il tarixli, ********** nömrəli, xx.xx.2020-ci il tarixli və ********** nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışların ləğv edilməsi və İddiaçı vəsiyyətnamə üzrə vərəsə kimi tanınması, ona vəsiyyətnamə üzrə vərəsə olaraq pay ayrılması barədə” ilk iddia tələbi rədd edilmişdir.

10. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat:

11. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)4706/2022 saylı, 11 oktyabr 2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Şirvan Apellyasi ya Məhkəməsinin 2(106)-486/2022 nömrəli, 2 mart 2022-ci il tarixli qətnaməsi ləğv edilərək, iş yeni apellyasiya baxışına qaytarılmışdır. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat:

12. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-313/2023 saylı, 11 aprel 2023-cü il tarixli qətnaməsi ilə ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı, birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Salyan Rayon Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli 2(057)809/2021 saylı qətnaməsi Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qət olunmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

13. Qətnamədən Cavabdeh1 (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin l əğv olunması və işin yenidən araşdırılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi.

14. Maddə 405.0.1. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər.

15. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

16. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.

17. Maddə 133.2. Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edi lməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir.

18. Maddə 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.1. Kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə; 408.1.4. kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa.

19. Maddə 408.3. Kassasiya şikayətin in qaytarılması barədə qərardad çıxarılır.

20. Maddə

409. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

21. Məhkəmə kollegiyası kassasiya şikayətinin mümkünlüyünü araşdıraraq, aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və geri qaytarılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

22. Belə ki, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayəti daxil olduqda onu vermiş şəxsin kassasiya şikayəti vermək hüququna malik olmasını (şikayət verilmiş qətnamənin MPM-nin 402.1-ci maddəsində nəzərdə tutulmuş kassasiya şikayəti verilməsi istisna edilmiş qətnamələr kateqoriyasına aid olub-olmamasını), kassasiya şikayətinin qanunla müəyyən olunmuş müddətdə verildiyini, kassasiya şikayətinin qanunla nəzərdə tutulmuş forma və məzmun tələblərinə cavab verdiyini yoxlamalı, həmin qaydalara riayət olunduğu halda kassasiya şikayətini baxılması üçün kassasiya instansiyasına göndərməli, göstərilən tələblərə cavab vermədiyi halda isə, kassasiya şikayətinin geri qaytarılması barədə əsaslandırılmış qərardad çıxarmalıdır.

23. İş materiallarından görünür ki, Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(1 06)-313/2023 saylı, 09 iyun 2023-cü il tarixli qərardadı ilə Mülki Prossesual Məcəllənin 10-1.3-cü maddəsinin tələblərinə uyğun verilməməsi əsası ilə geri qaytarılmışdır. Qeyd olunan tələblər əsasında cavabdeh tərəfindən ikinci dəfə kassasiya şikayəti elektron qaydada verilmiş (12 iyul 2023cü il tarixdə) və kassasiya şikayətinə “kassasiya şikayəti verilməsi üçün ötürülmüş müddətin bərpa edilməsi barədə” ərizə də əlavə etmişdir.

24. İş materiallarından məlum olur ki, Rzayev X7 Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-313/2023 saylı, 11 aprel 2023-cü il tarixli qətnaməsini 01 may 2023cü il tarixdə almışdır.12 iyul 2023-cü il tarixində yenidən kassasiya şikayəti verərkən kassasiya şikayəti vermək üçün MPM-in 405.0.1-ci maddəsində nəzərdə tutulmuş müddət ötürüldüyünə görə buraxılmı ş müddətin bərpasına dair ərizə də təqdim edilmişdir. Bununla belə kassasiya şikayətinə müddətin bərpası barədə vəsatət əlavə edilsə də, apellyasiya məhkəməsi buna münasibət bildirməmiş və kassasiya şikayətini Azərbaycan Respublikası Ali Məhkəməsinə işə kassasiya qaydasında baxılması üçün göndərmişdir.

25. Halbuki bu halda apellyasiya instansiyası məhkəməsi, kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası haqqında ərizəyə MPM-nin 133-cü maddəsinin tələbləri əsasında baxaraq qərardad qəbul etməli və həmin qərardad əsasında buraxılmış prosessual müddət bərpa ediləcəyi təqdirdə kassasiya şikayətini işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərməli idi.

26. Beləliklə, kassasiya şikayəti qanunla müəyyən edilmiş prosessual müddətlər keçdikdən sonra v erildiyindən, ilik iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti icraata qəbul edilib baxıla bilməz.

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 404-1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir.

28. Həmin Məcəllənin 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.

29. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadığından kassasiya şikayəti qeyrimümkün hesab edilməli, müvafiq prosessual hərəkətlərin edilməsi üçün mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməlidir.

30. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 404-1-ci maddəsini rəhbər tutaraq, Qərara aldı: Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-313/2023 saylı, 11 aprel 2023-cü il tarixli qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 (Vəkil2) tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Kassasiya şikayəti müvafiq prosessual hərəkətlərin edilməsi üçün mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad qətidir və qəbul edildiyi andan qüvvəyə minir. ----

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar