Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3517/2024 21.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh2, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi və Qəbələ regional "Asan xidmət" Mərkəzində Notariat ofisinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: əqdin etibarsızlığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Şamayev Elşad Yaquboviç və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, iddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh2, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi və Qəbələ regional "Asan xidmət" Mərkəzində Notariat ofisinə qarşı "alğı-satqı müqaviləsinin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab olunması” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-595/2024 nömrəli iş üzrə 27 iyun 2024-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları
1. Qəbələ rayon AİK-nın 29 sentyabr 1997-ci il tarixli, 18 nömrəli qərarı ilə X13, X4, İddiaçı1, X10 və X6 birgə mülkiyyətinə 5,29 ha kənd təsərrüfatlı təyinatlı torpaq sa həsi verilmişdir. 2. 12 sentyabr 2005-ci il tarixli, 4Ə-03/334 reyestr nömrəsi ilə qeydə alınmış «Daşınmaz əmlakın alqı-satqı müqaviləsi»nin surətinə əsasən, X3 rayonu, QanıxTüryançay zonasına aid 5.29 ha torpaq sahəsini 15180000 (on beş milyon yüz səksən min) manata Cavabdeh2 satmışdır. Satılan torpaq sahəsi Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Qəbələ rayon AİK-nin 29 sentyabr 1997-ci il tarixli 18 saylı qərarı ilə verilmiş TMH dair JN-0032 kod 40604078 Dövlət aktına və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin arayışına əsasən, bu torpaq X16 məxsus olmuşdur. Müqavilə bağlanan zaman Azərbaycan Respublikası Mülki Məcəlləsinin 646-647-ci maddələrinin məzmunu tərəflərə izah edilmişdir.
3. X20 tərəfindən Qəbələ rayon Notariat kontoruna ünvanlanmış ərizəyə əsasən, X24 5.29 ha ailə üzvləri ilə birlikdə satmaq qərarına gəlmiş və bu razılığa X11, İddiaçı1, X21 və X17 imza çəkmişdir. 4. 12 sentyabr 2005-ci il tarixli Qəbələ rayonu Notariat kontoru E.Alxasov tərəfindən təsdiq edilmiş Etibarnaməyə əsasən, X14, İddiaçı1, X21 və X1 Vahid Kazım oğluna JN0032 saylı (kod ********) 1997-ci il tarixli 18 saylı qərarı ilə verilmiş 5,29 hektar torpaq sahəsinin 5.29 ha sahəsini satmağa, müqaviləni imzalamağa, pulunu almağı və bu tapşırığın yerinə yetiriməsi ilə əlaqədar olan bütün hərəkətləri etməyi etibar etmişlər. 5. xx.xx.2005-ci il tarixli X24 tərəfindən Qəbələ rayon Notariat kontoruna ünvanlanmış ərizəyə əsasən, X24 JN-0032 kod 40604078 dövlət aktına əsasən 5.29 ha torpaq sahəsini Cavabdeh2 satmışdır və alq ı-satqı müqaviləsinin təsdiq edilməsini xahiş etmişdir.
6. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsəslələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 1962/265/3 saylı məktuba əsasən, Xidmətin 9 saylı Qəbələ Ərazi İdarəsində saxlanılan arxiv sənədlərinə əsasən Qəbələ rayon, Ovculu kəndi ərazisində yerləşən, 5 nəfər ilə birgə mülkiyyətdə olan JN 0032 kod 40604078 nömrəli dövlət aktı əsasında 5.29 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Qəbələ rayonu Notariat kontorunun xx.xx.2005-ci il tarixli 4Ə-03/334 saylı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir.
7. Daxili İşlər Nazirliyi Qəbələ Rayon Polis Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 24/144-799-1222 saylı məktuba əsasən ki, İddiaçı2 Sadiq qızının müraciəti əsasında mərhum qaynatası X16 məxsus 5.29 hektar torpaq sahəsinin Qəbələ rayon notariusu tərəfindən saxta imza ilə Cavabdeh2 satılması barədə müraciəti əsasında şöbənin İstintaq Bölməsində araşdırma aparılmış və cinayət işinin başlanması rədd edilmişdir.
8. Daxili İşlər Nazirliyi Qəbələ rayon polis X9 baş müstəntiqi, polis mayoru X2 icraatında olan HK-1/147 saylı materialın cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli Qərarın surətinə əsasən, İddiaçı2 ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Cavabdeh2 barəsində Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş və İddiaçı2 Sadiq qızının mərhum qaynatası X16 məxsus 5,29 hektar torpaq sahəsin in alqısatqısı barədə müqavilənin ləğv etdirməklə torpaq sahəsini geri mülkiyyətinə qaytarmaq üçün mülki qaydada məhkəmə orqanlarına müraciət etməli olduğu izah edilmişdir.
9. Daxili İşlər Nazirliyi Qəbələ rayon polis X9 baş müstəntiqi, polis kapitanı X2 icraatında olan HK-1/147 saylı materialın cinayət işinin başlanmasının rədd edilməsi haqqında 20 mart 2021-ci il tarixli Qərarın surətinə əsasən, İddiaçı2 ərizəsi ətrafında toplanılmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir və İddiaçı2 mərhum qaynatası X16 məxsus 5,29 ha torpaq sahəsini geri mülkiyyətinə qaytarmaq üçün mülki qaydada məhkəmə orqanlarına müraciət etməli olduğu izah edilmişdir.
10. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-21-3- 42/2-B-00xxxx/2023 saylı sorğuya cavaba əsasən, X24 və ailə üzvlərinə məxsus olmuş JN-0032 kod 40604078 olan “ torpağa mülkiyyət hüququna dair dövlət aktı”na əsasən Qəbələ rayonu Ovcullu kəndi ərazisində yerləşən 5.29 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Qəbələ rayon notariat kontorunun xx.xx.2009-cu il tarixdə ********** nömrəsi ilə hüquqları dövlət qeydiyyatına alınmışdır.
11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş, xx.xx.2023-cü tarixli, 4/1728 nömrəli ekspertiza rəyinə əsasən, mülki işin 12-ci vərəqində X13 adından olan ərizədə “İddiaçı1” yazıları qarşısındakı imza, 13-cü vərəqində olan 12 sentyabr 2005-ci il tarixl i etibarnamədə “İmzalar” qrafasında “3” rəqəmi qarşısındakı imza və “Баjрамова Сеjран” əlyazmları-İddiaçı2 SADİQ qızı tərəfindən icra olunmuşdur, həmin vərəqədə X13 adından olan ərizədə “4.X21” yazıları qarşısındaki imzaİddiaçı2 tərəfindən yox, başqa şəxs tərərfindən icra olunmuşdur. Həmin notariat işinin 13cü vərəqində olan 12 sentyabr 2005-ci il tarixli etibarnamədı “imzalar” qrafasında “4” rəqəmi qarşısındaki imza və “Баjрамов Фəхри” əlyazmaları- İddiaçı1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. 12. xx.xx.2023-cü il tarixli, 45 saylı arayışa əsasən, Qəbələ rayonu Aqrar İslahat Komissiyasının 1997-ci il 29 sentyabr tarixli 18 saylı qərarı ilə verdiyi mülkiyyət şəhadətnaməsində onun adı texniki səhv olaraq “İddiaçı2 Sadiq oğlu” yazılmışdır. 13. 13 iyun 2023-cü il tarixli Ak ta əsasən, 29 sentyabr 1997-ci il tarixli 18 nömrəli qərarda İddiaçı2 Sadiq qızının adı səhvən “İddiaçı2 Sadiq oğlu” yazılmışdır və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən hazırlanmış sənədlərdə qeyd olunan “İddiaçı2 Sadiq oğlu” adı texniki səhvdir və həmin ad doğru olaraq “İddiaçı2 Sadiq qızı” kimi yazılmalıdır.
14. Ölüm haqqında AZ-İİ seriyalı 315651 nömrəli şəhadətnaməyə əsasən, X24 xx.xx.2002-ci il tarixdə hipertronik kriz səbəbindən Qəbələ rayonu Ovcullu kəndində vəfat etmişdir.
15. Ölüm haqqında AZ-İİ seriyalı 344847 nömrəli şəhadətnaməyə əsasən, X14 xx.xx.2014-ci il tarixdə ürək çatışmamazlığı səbəbindən Qəbələ rayonu Ovcullu kəndində vəfat etmişdir.
16. Ölüm haqqında AZ-İİ seriyalı 344848 nömrəli şəhadətnaməyə əsasən, X25 xx.xx.2000-ci il tarixdə böyük betta t alasemiya səbəbindən Qəbələ rayonu Ovcullu kəndində vəfat etmişdir. 17. xx.xx.2022-ci il tarixli Qəbələ Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnaməyə əsasən, İddiaçı1 X13 vərəsəsidir və miras əmlakdan tam hissədə pay almalıdır. 18. xx.xx.2022-ci il tarixli Qəbələ Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnaməyə əsasən, xx.xx.2014-cü il tarixdə vəfat etmiş-X4 vərəsəsi İddiaçı1dur və o miras əmlakdan tam hissədə pay almalıdır. 19. xx.xx.2022-ci il Qəbələ Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnaməyə əsasən, xx.xx.2000-ci il tarixdə vəfat etmiş-X15 vərəsələri: ünvan 2i ünvanı nda qeydiyyatda olan atası-İddiaçı1 və ünvan 3i ünvanında qeydiyyatda olan arvadı İddiaçı2 Sadiq qızı və onların hər biri miras əmlakdan 1/2 hissədə irs almalıdırlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
20. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi və Qəbələ regional "Asan xidmət" Mərkəzində Notariat ofisinə qarşı "alğı-satqı müqaviləsinin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ notariat kontorunda (notarius E.Alxasov) X24 ilə Cavabdeh2 arasında bağlanılmış xx.xx.200 5-ci il tarixli, reyestr nömrəsi 4Ə-03/334 olan alğı-satqı müqaviləsinin və onun əsasında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2009-cu il tarixində Cavabdeh2 adına verilmiş ********** qeydiyyat nömrəsi olan çıxarışın etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
21. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 1996-cı il tarixində "Torpaq islahatı haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edildikdən sonra onlara və digər ailə üzvlərinə də torpaq sahəsi verilmişdir. Belə ki, Qəbələ rayonu Aqrar İslahat Komissiyasının 29 sentyabr 1997-ci il tarixli, 18 nömrəli qərarı ilə X16, X7, İddiaçı1, İddiaçı2 və X12 Qəbələ rayonu ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı üçün 5.29 ha torpaq sahəsinə görə JN-0032, KOD 40604078 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir. Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında texniki səhv olaraq İddiaçı2 soyadı "Bayramov", sonluq isə "oğlu" kimi qeyd olunmuşdur. Lakin sənəd verildikdən sonra torpaq sahəsi onlara tanıdılmamış və onun harada yerləşməsini mərhum atası Vahid Bayramov bilmişdir. Həmçinin, mərhum atası həmin torpaq sahəsini əkmədiyi üçün kiməsə icarəyə verdiyini eşitmişdir. Lakin heç vaxt onlara taxıl, torpaq sahəsini əkməyə görə pul verilməmiş və bu barədə maraqlanmamışlar, digər tərəfdən də xx.xx.2000-ci il tarixində qızları X15, xx.xx.2002-ci il tarixində atası X13 və xx.xx.2014-cü il tarixində anası X8 vəfatı ilə əlaqədar ailənin maddi vəziyyəti daha da pisləşmiş, bir müddət torpaq sahəsini əkib-becərmək üçün maddi imkanları olmadıqlarından nəzarətsiz qalmış və həmin torpaq sahəsi ilə maraqlanmamışlar. Təxminən 2 il bundan əvvəl o, onlara və digər mərhum ailə üzvlərinə məxsus kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün olan torpaq sahəsinə notariat ofisində vərəsəlik işinin açılmasına görə DƏDRX-dən çıxarış almaq istəsə də, həmin torpaq sahəsinin mərhum atası tərəfindən onun vəfatından sonra 2005-ci il tarixində alğı-satqı olunaraq Cavabdeh2 satıldığı bildirilmişdir. Onların isə bu alğı-satqıdan xəbərləri olmamışdır. Ona görə də onlar bu məsələnin araşdırılması üçün ilkin olaraq müxtəlif dövlət orqanlarına və Qəbələ rayon prokurorluğuna müraciət etmişlər. Müraciət aidiyyəti üzrə Qəbələ RPŞ-nə göndərilmiş və Qəbələ Rayon Polis X9 müstəntiqi X5 tərəfindən araşdırma aparılmış, xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixli "Cinayət işinin başl anmasının rədd edilməsi haqqında" Qərar çıxarılmışdır. Həmin qərarların surəti isə onlara xx.xx.2022-ci il tarixində rəsmi olaraq təqdim edilmiş və Qərarın "qərar verdim" hissəsinin 3-cü bəndində 5.29 hektar torpaq sahəsinin alğı-satqısı barədə müqavilənin ləğv edilməklə torpaq sahəsinin geri mülkiyyətinə qaytarmaq üçün mülki qaydada məhkəmə orqanlarına müraciət etməli olduqları izah edilmişdir. Həmçinin, Cavabdeh2 qeyd olunan alğı-satqı müqaviləsi əsasında öz adına xx.xx.2009-cu il tarixində ********** nömrəli mülkiyyət sənədi əldə etmişdir. Ona görə də mülkiyyət hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etməli olmuşlar.
22. Cavabdeh2 vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəmə etiraz ərizəsi təqdim edərək göstərmişdir ki, iddianı qəbul etmirlər və aşağıdakılara əsas ən rədd edilməsini xahiş etmişdir. Belə ki, hazırkı iş üzrə iddiaçılar ümumi iddia müddətini ötürmüş, həmçinin iş üzrə cavabdeh vicdanlı alıcı olmuşdur. İddiaçılar qeyd etmişdir ki, guya onların alğı-satqıdan xəbərləri olmamış və bu alğı-satqının olmasını guya bunlar 2019-cu ildə bilmişlər. Lakin təyin edilmiş xəttşünaslıq ekspertizasından məlum olmuşdur ki, məhz iddianı verən və əsas problem yaradan İddiaçı2 bundan xəbəri olmuş və məhz özü ölmüş adamın adına etibarnamə verməklə saxtakarlıq etmiş və alğı-satqını həyata keçirmişdir. Ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı2 Bayramov Vahidə etibarnamə vermiş və həmçinin Bayramov Vahidin əmlakın satmasına razılıq vermişdir. Həmin vaxtı notarius olmuş X34 İdarəsində verdiyi izahatından da göründüyü kimi, satıcılar özləri rəhmətə getmiş ad amın yerinə başqa şəxs təqdim etməklə alğı-satqını həyata keçirmişlər. Həmçinin həmin vaxtı icra nümayəndəliyi tərəfindən arayış verilmişdir ki, Bayramov Vahidin sağ olması qeyd edilmişdir. Ekspert rəyində bəzi sənədlərə İddiaçı2 imza etməsi faktı onu göstərimişdir ki, iddiaçılar məhz özləri alğı-satqını realizə etmək üçün başqa şəxsi Bayramov Vahid kimi təqdim etmiş və sənədlərə özləri imza etmişlər. Faktiki olaraq Cavabdeh2 həmin vaxtı Bayramov Vahidi tanımamış və onun vəfat etməsini belə bilməmişdir. Çünki pulu qardaşı satıcılara vermiş və o, ancaq imza edib notariat kontoruna gəlmişdir. Göründüyü kimi, iddiaçıların alğı-satqıdan xəbərlərinin olmaması kimi məhkəməyə verdiyi yalan ifadələr və sübutlar ekspert rəyi ilə təkzib edilmişdir. Bu da onu sübut etmişdir ki, bu şəxslərin alğı-satq ıdan xəbəri olmuş və əmlakın satılmasına razılıq vermişlər. Cavabdeh2 hazırkı iş üzrə vicdanlı alıcı olmuşdur. Alıcı olaraq bu şəxs həmin dövrün qaydalarına əsasən satıcılara pul vəsaiti verməklə notariat kontorunda özü sənədlərə imza etməklə alğı-satqı etmiş əmlakı mülkiyyətinə keçirtmişdir. Cavabdeh2 əmlakı qanuni alğı-satqı etməklə ona həmin vaxtdan sahiblik etmiş və daima istifadəsində olmuşdur. Sadəcə iddiaçılar torpaq sahələrinin qiyməti Qəbələ rayonunda 2013-cü ildən başlayaraq qalxdığından bu şəxslər müxtəlif yollarla həmin yerdən yenə pul qazanmaq niyyətində olmuşlar. İddiaçılar əqdin etibarsızlığı ilə bağlı da iddia müddətini ötürmüşdür. Daşınmaz əmlakla bağlı 6 illik müddəti də ötürmüşdür. Hətta iddiaçılar ümumi iddia müddətini ötürməklə hazırda məhkəmədə iddia qaldırmışlar. İdd iaçı2 alğı-satqı vaxtı sənədləri imzaladığından həmin vaxtı şəxsin ölmüş olduğunu bilirmiş və 18 il sonra iddia qaldırması şəxsin qeyri-səmimi və başqa niyyətli olduğuna əsas vermişdir. Bu şəxslər indi də cavabdehdən “biraz pul ver səndən əl çəkək” kimi tələblər edirlər. Bağlanmış xx.xx.2005-ci il tarixli 4Ə-03/334 saylı alqı-satqı müqaviləsinin bağlanmasından 18 ildən çox müddət ötmüş və bu vaxta qədər iddiaçılar cavabdehə qarşı məhkəmədə heç bir tələb irəli sürməmişdir.
23. Məhkəmə iclasında Şahid qismində verdiyi izahatında göstərmişdir ki, alğı-satqı müqaviləsi bağlanan zaman nümayəndəlikdə mühasib işləmişdir. O vaxtın “Nikoyl” bankın müdiri olan Seymur müəllim ondan xahiş etmişdir ki, torpaq satan olan zaman ona xəbər versin. Həmin vaxtlarda Bayramov Vahid nümayəndəliyə gəlib-gedir, m addi vəziyyətlərinin pis olduğunu, torpaqları satmaq lazım olduğunu bildirmişdir. O, Bayramov Vahiddən sənədləri götürüb Seymur müəllimə vermişdir. Sonra işdən çıxdığından qalan məsələlərdən xəbəri olmamışdır. X30 2600 manat pulu onun yanında vermişdir.
24. Qəbələ Rayon Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli, 2(025)-41/2024 nömrəli (hakim Abbas Əliyev) qətnaməsi ilə iddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh2, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi və Qəbələ regional "Asan xidmət" Mərkəzində Notariat ofisinə qarşı "alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab olunması” tələbinə dair iddia ərizəsinin iddia müddəti tətbiq edilməklə rədd edilməsi, mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçılara aid edilməsi qət edilmişdir.
25. Məhkəmə qeyd etmişdir ki, iddiaçılar mübahisə predmeti olan torpaq sahəsinin alqısatqısına dair Qəbələ rayon Notarait Kontorunun 12 sentyabr 2005-ci il tarixli müqaviləsini qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürməklə mübahisələndirmişlər.
26. Digər tərəfdən, Cavabdeh2 vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəməyə ərizə göndərərək iddia tələbi üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir.
27. Məhkəmə hesab etmişdir ki, iddia tələbi üzrə iddia müddəti keçmişdir. Buna görə də iddianın təmin edilməsi üçün əsaslar müəyyən edilmiş olduğu halda belə, iddia müddəti keçdiyindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddə sinə əsasən, mülki mübahisə üzrə iddia müddəti tətbiq edilməklə iddia rədd edilməlidir.
28. Bundan əlavə məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş, xx.xx.2023-cü tarixli, 4/1728 nömrəli ekspertiza rəyindən göstərilmişdir ki, mülki işin 12-ci vərəqində X13 adından olan ərizədə “İddiaçı1” yazıları qarşısındakı imza, 13- cü vərəqində olan 12 sentyabr 2005-ci il tarixli etibarnamədə “İmzalar” qrafasında “3” rəqəmi qarşısındakı imza və “Баjрамова Сеjран” əlyazmları-İddiaçı2 SADİQ qızı tərəfindən icra olunmuşdur. Göründüyü İddiaçı2 torpaq sahəsinin onların razılığı olmadan satıldığını qeyd etsə də, ekspert rəyi ilə İddiaçı2 həqiqətə uyğun olmadığı, əksinə alqı-satqı müqaviləsindən xəbərdar olmasını göstərir.
29. Məhkəm ə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 372.2, 373.2, 375.1, 375.2 və 377.1-ci, Avropa İnsan Hüquqları Məhkəməsi «Miragall Eskolano və digərləri İspaniyaya qarşı» iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarına, «Mülki Məcəllənin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 27 dekabr 2001-ci il tarixli Qərarına, Konstitusiya Məhkəməsinin Plenumu «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 08 may 2008-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
30. İddiaçılar birgə apellyasiya şikayəti verərək, qə tnamənin ləğv olunması və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
31. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassız olmuşdur. Belə ki, onlar məhkəməyə kifayət qədər əsaslı sübutlar təqdim etmişlər, lakin məhkəmə tərəfindən həmin sübutlar hər hansı səbəb göstərilmədən nəzərə alınmamışdır. Ona görə də mülki iş obyektiv araşdırılmamış və nəticədə məhkəmə tərəfindən qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud ol duğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
32. Cavabdeh2 məhkəməyə etiraz ərizəsi göndərərək qeyd etmişdir ki, İddiaçı1 qətnamədən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanmalıdır. Belə ki, iddiaçılar guya bu alqı-satqıdan xəbərləri olmadığını qeyd etmişlər. Faktiki olaraq ekspert rəyi ilə təsdiqlənmişdir ki, alqı-satqı vaxtı İddiaçı2 notariusda iştirak etmiş və şəxsən sənədlərə öz adından və İddiaçı1 adından imza etmişdir. Təyin edilmiş xəttşünaslıq ekspertizasından məlum olmuşdur ki, məhz iddianı verən və əsas problem yaradan İddiaçı2 bu işlərdən xəbəri olmuş, alqı-satqını həyata keçirmişdir. Həmin vaxtı notarius olmuş X34 İdarəsində verdiyi izahatından da göründüyü kimi qeyd etmişdir ki, satıcılar özləri rəhmətə getmiş adamın yerinə başqa şəxs təqdim etməklə alqı-satqını həyata keçirmişlər. Həmçinin həmin vaxt icra nümayəndəliyi tərəfindən arayış verilmişdir ki, həmin vaxt Bayramov Vahidin sağ olması qeyd edilmişd ir. Ekspert rəyində bəzi sənədlərə İddiaçı2 imza etməsi faktı onu göstərmişdir ki, iddiaçılar məhz özləri alqı-satqını realizə etmək üçün başqa şəxsi Bayramov Vahid kimi təqdim etmiş və sənədlərə özləri imza etmişlər. Faktiki olaraq o, həmin vaxtı Bayramov Vahidi tanımayıb və onun vəfat etməsini belə bilməyib. Çünki pulu izahatında qeyd etdiyi kimi qardaşı satıcılara vermiş və o, ancaq imza edib notariat kontoruna gəlmişdir. İddiaçıların alqı-satqıdan xəbərlərinin olmaması kimi məhkəməyə verdiyi yalan ifadələr və sübutlar ekspert rəyi ilə təkzib edilmişdir. Bu da onu sübut etmişdir ki, bu şəxslərin alqı-satqıdan xəbəri olmuş və əmlakın satılmasına razılıq vermişlər. O, hazırkı iş üzrə vicdanlı alıcıdır. Alıcı olaraq bu şəxs həmin dövrün qaydalarına əsasən satıcılara əlbəəl pul vəsaiti ve rməklə notariat kontorunda özü sənədlərə imza etməklə alqı-satqı etmiş əmlakı mülkiyyətinə keçirtmişdir. Şəxslər 2018-ci ildən hüquq mühafizə orqanlarına dəfələrlə müraciətlər etmişlər. Bunu özləri məhkəmə iclasında da etiraf etmişlər. Hətta iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli Qərarına əsasən, iddiaçılar 2020-ci ilin fevral ayında (1-ci abzas) prokurorluğa müraciət etmişlər. Lakin iddia ərizəsində qeyd edirlər ki, bu halları 2022-ci ilin iyul ayında vərəsəlik işi açılanda biliblər. Bu da onu göstərmişdir ki, iddiaçılar yalan izahat vermişlər. İddiaçılar məhkəmə iclasında bildirmişdilər ki, həmin torpaq sahəsini özləri icarəyə vermiş və icarə haqqı kimi buğda alırdılar. Lakin iddia ərizəsində qeyd edilir ki, bu torpaq sahəsind ən xəbərləri olmayıb. İddiaçılar faktiki olaraq alqı-satqı müqaviləsinin olmasını və onun mövcudluğundan və kimə satılmasından belə xəbərdar olmuşdular. Lakin torpaq sahəsinin bahalaşması səbəbindən indi artıq pul almaq üçün bu yollara əl atmışlar.
33. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Mahir Əsədli (sədrlik edən və məruzəçi), Ələddin Məcidov və Elçin Mehdiyev) 27 iyun 2024-cü il tarixli, 2(107)-595/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Qəbələ Rayon Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli, 2(025)-41/2024 saylı qətnаməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilməsi, iddianın təmin edilməsi, Qəbələ notariat kontorunda X24 ilə Cavabdeh2 arasında bağlanılmış xx.xx.2005-ci il tarixli, reyestr nömrəsi 4Ə-03/334 olan alqı-satqı müqaviləsi və onun əsasında xx.xx.2009-cu il tarixində Reyestr nömrəsi **********24 olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın etibarsız hesab edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçılara aid edilməsi qət edilmişdir.
34. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır.
35. Baxılan iş üzrə mübahisə predmeti olan torpaq sahəsi iddiaçıların ümumi birgə mülkiyyətində olmuşdur.
36. Apellyasiya instansiyası məhkəməsinin iclasında müəyyən edilmişdir k i, Qəbələ rayonu Aqrar İslahat Komissiyasının 29 sentyabr 1997-ci il tarixli, 18 nömrəli qərarı ilə X16, X7, İddiaçı1, İddiaçı2 və X12 Qəbələ rayonu ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı 5.29 ha torpaq sahəsinə görə JN-0032, KOD 40604078 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, Qəbələ rayon Notariat kontorunun xüsusi notariusu Elxan Alxasov tərəfindən 12 sentyabr 2005-ci il tarixdə, 4Ə-03/334 reyestr nömrəsi ilə qeydə alınmış «Daşınmaz əmlakın alqısatqı müqaviləsi» ilə X13 adından Qəbələ rayonu, Qanıx-Türyançay zonasına aid 5.29 ha torpaq sahəsini 15180000 (on beş milyon yüz səksən min) manata Cavabdeh2 satilmışdır. 37. 12 sentyabr 2005-ci il tarixdə, 4Ə-03/334 reyestr nömrəsi ilə qeydə alınmış «Daşınmaz əmlakın alqı-satqı müqaviləsi» bağlanan zaman X24 müqavilə imzalanan vaxtdan 2 il 10 ay 23 gün əvvəl yəni 19 oktyabr 2002-ci il tarixdə vəfat etmişdir.
38. Apellyasiya instansiyası məhkəməsinin gənaətinə görə Qəbələ rayon Notariat kontorunun xüsusi notariusu Elxan Alxasov tərəfindən 12 sentyabr 2005-ci il tarixdə, 4Ə03/334 reyestr nömrəsi ilə qeydə alınmış «Daşınmaz əmlakın alqı-satqı müqaviləsi» əhəmiyyətsiz əqd olmuşdur.
39. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi ilə bağlı Mülki Məcəllənin 337.3cü maddəsinin tələblərinin nəzərdən keçirilməsini məqsədə uyğun hesab etmişdir.
40. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin iddianı iddia müddəti təbiq etməklə rədd etməsi maddi hüquq normalarının mahiyyətinə də uyğun deyil.
41. Əhəmiyyətsiz əqdin tələbdən və məhkəmə qərarından asılı olmayaraq qanunvericiliyə zidd olması səbəbilə bağlandığı andan özlüyünə etibarsız olduğu, bu müddətin MM-in 337.5-ci maddəsində nəzərdə tutulmuş etibarsızlığın nəticələrinin tətbiqinə, yəni əhəmiyyətsiz əqd üzrə icra edilmiş əvəzedilən əşyaların əqdin qarşı tərəfinin əmlakına qarışması səbəbindən əmələ gətirdiyi əsasız varlanma halları üzrə geri qaytarılması tələblərinə tətbiq edilən iddia müddəti olduğu, əhəmiyyətsiz əqd üzrə verilən əşya əvəzedilməz olduqda isə onun üzərindəki mülkiyyət hüququnun əldə edənə keçmədiyi, bu səbəbdən həmin əşyanın qaytarılmasına dair iddia mülkiyyətin müdafiəsi ilə bağlı olduğu üçün ona iddia müddətinin tətbiq edilmədiyi KM-in qərarında aydın şəkildə izah olunmuşdur.
42. Hazırkı işdə etibarsızlığı iddia edilən xx.xx.2005 -ci il tarixli, reyestr nömrəsi 4Ə03/334 olan alqı-satqı müqaviləsindəki torpaq sahəsi əvəzedilməz əşya olduğu üçün onun üzərindəki mülkiyyət hüququ həqiqi hüquqi vəziyyətə görə cavabdehə keçməmişdir. Müqavilə bağlandığı andan etibarsız olduğuna görə heç bir hüquqi nəticə yaratmadığı üçün torpaq üzərindəki mülkiyyət hüququ iddiaçılarda qalmışdır. Ona görə də kollegiya hesab edir ki, iddia tələbi və apellyasiya şikayətininin dəlilləri əsaslıdır.
43. İddiaçıların vermiş olduğu apellyasiya şikayətinə etirazda cavabdeh qeyd etmişdir ki, ekspert rəyi ilə təsdiqlənir ki, alqı-satqı vaxtı İddiaçı2 notariusda iştirak etmiş və şəxsən sənədlərə öz adından və İddiaçı1 adından imza etmişdir. Həmin vaxtı notarius olmuş X34 İdarəsində verdiyi izahatında da qeyd etmişdir ki, satıcılar özləri rəhmətə getm iş adamın yerinə başqa şəxs təqdim etməklə alqı-satqını həyata keçirdiblər. Həmçinin həmin vaxtı icra nümayəndəliyi tərəfindən arayış verilmişdir ki, həmin vaxtı Bayramov Vahidin sağ olması qeyd edilmişdir. Ekspert rəyində bəzi sənədlərə İddiaçı2 imza etməsi faktı onu göstərir ki, iddiaçılar məhz özləri alqı-satqını realizə etmək üçün başqa şəxsi Bayramov Vahid kimi təqdim etmiş və sənədlərə özləri imza etmişlər. Faktiki olaraq o, həmin vaxtı Bayramov Vahidi tanımayıb və onun vəfat etməsini belə bilməyib. Çünki pulu izahatında qeyd etdiyi kimi qardaşı satıcılara vermiş və o ancaq imza etmək üçün notariat kontoruna gəlmişdir.
44. Apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətinə dair vermiş olduğu etirazı əsassız saymışdır.
45. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş, xx.xx.2023-cü tarixli, 4/1728 nömrəli ekspertiza rəyindən görünür ki, mülki işin 12-ci vərəqində X13 adından olan ərizədə “İddiaçı1” yazıları qarşısındakı imza, 13-cü vərəqində olan 12 sentyabr 2005-ci il tarixli etibarnamədə “İmzalar” qrafasında “3” rəqəmi qarşısındakı imza və “Bаjrаmоvа Sejrаn” əlyazmları-İddiaçı2 SADİQ qızı tərəfindən icra olunmuşdur, həmin vərəqədə X13 adından olan ərizədə “4.X21” yazıları qarşısındaki imza-İddiaçı2 tərəfindən yox, başqa şəxs tərərfindən icra olunmuşdur. Həmin notariat işinin 13-cü vərəqində olan 12 sentyabr 2005-ci il tarixli etibarnamədı “imzalar” qrafasında “4” rəqəmi qarşısındaki imza və “Bаjrаmоv Fəxri” əlyazmaları- İddiaçı1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.
46. Apellyasiya in stansiyası məhkəməsinin qənaətinə görə X13 adından olan ərizədə “İddiaçı1” yazıları qarşısındakı imzanın, 13-cü vərəqində olan 12 sentyabr 2005-ci il tarixli etibarnamədə “İmzalar” qrafasında “3” rəqəmi qarşısındakı imzanın İddiaçı2 SADİQ qızı tərəfindən icra olunması yuxarıda qeyd edilən müqavilənin etibarlı hala gətirilməsi üçün əsas ola bilməz. Çünki etibarnamə verilən ailə başçısı X24 etibarnamənin verildiyi tarixdən 3 ilə yaxın müddətdə ölmüşdür. Yəni həmin müqvilənin etibarlı olması üçün ən azından həmin müqavilə etibarnamə alan X24 və ya digər mülkiyyətçilər tərəfindən imzalanmalı, eyni zamanda həmin torpaq sahəsinin dəyəri mülkiyyətçilərə verilməli idi.
47. Digər tərəfdən də iş materialları və cabadehin məhkəmədə və polis şöbəsində vermiş olduğun izahatlardan da görünür ki, o ümumi yyətlə X18 tanımamışdır. Eyni zamanda torpağın alınması üçün müəyyən edilmiş pul məbləğini torpaq mülkiyyətçilərinə yox İcra Nümayəndəliyinin mühasibi Şahid vermişdir.
48. Göründüyü kimi cavabdehin özünün də etiraf etdiyi kimi almış olduğu torpaq sahəsinin əvəzi olaraq torpaq mülkiyyətçilərinə hər hansı bir pul məbləği verməmişdir.
49. Qəbələ rayon Notariat kontorunun xüsusi notariusu Elxan Alxasov tərəfindən 12 sentyabr 2005-ci il tarixdə, 4Ə-03/334 reyestr nömrəsi ilə qeydə alınmış «Daşınmaz əmlakın alqı-satqı müqaviləsi»i bağlanan zaman Qəbələ rayonu, Qanıx-Türyançay zonasına aid 5.29 ha torpaq sahəsini 15180000 (on beş milyon yüz səksən min) manata Cavabdeh2 satmışdır kimi qeyd edilmişdir.
50. Ancaq Cavabdeh2 polis şöbəsində araşdırma zamanı qardaşının torpaq sahəsini almaq üçün ona verdiyi 5500-6000 manat civarında pulu Vahid Bayramovun ailəsinə verməkdən ötrü Ovcullu kənd nümayəndəliyində mühasib işləmiş Şahid verdiyini bildirmişdir.
51. Lakin Polis şöbəsində dindrilmiş Şahid torpaq sahəsinə görə verilən pul vəsaitini mərhum Vahid Bayramovun həyat yoldaşı Əsmayə Bayramovaya verdiyini, lakin birinci instansiya məhkəməsinin iclasında isə cavabdeh şəxs Cavabdeh2 qardaşı Seymurun 2600 manat pulu Vahid Bayramova verdiyinin şahidi olduğu bildirilmişdir.
52. Göründüyü kimi cavabdehin apellyasiya şikayətinə vermiş olduğu etirazın dəlilləri iş materialları ilə təkzib edilir. Cavabdehin izahatları iş materiallarında olan rəsmi sənədlər və şahidin vermiş olduğu izahatlalar biri-birinə ziddi olmaqla biri-birini tamamlamır.
53. Cavabdeh etirazda daha sonra qeyd etmişdir ki, o vi cdanlı alıcı statusu daşıyır ona görə də iddia tələbi təmin edilə bilməz.
54. Apellyasiya instansiyası məhkəməsi cavabdehin vicdanlı alıcı olması barədə etirazını əsassız saymışdır.
55. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mülki hüquqda şəxslərin vicdanlı olduğu ehtimal olunur. Yəni mülki hüquqda ümumi yanaşma budur ki, şəxslər mülki münasibətlərlə bağlı hüquqi hərəkətləri vicdanla edirlər. Həqiqi vəziyyətin bu ehtimaldan fərqli olduğunu iddia edən bu iddiasını sübut etməlidir. Bu xüsus (vicdanlı hesab olunma) cinayət hüququnda məşhur olan və konstitusiyamızda da öz əksini tapan “təqsirsizlik ehtimalı (prezumpsiyası)" prinsipinin mülki hüquqdakı təzahürüdür.
56. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iş üzrə Cavabdeh2 vicdanlı alıcı statusunu daşımır. İş mate riallarından və cavabdehin izahatından da göründüyü kimi cavabdeh Sahib Səlilov müqavilə imzalanarkən torpaq mülkiyyətçilərindən heç kimi görməmiş, yalnız notariusun ona təqdim etdiyi müqaviləni imzalamışdır. Halbuki o, torpağı kimdən almasını aydınlaşdırmalı və torpağın pulunu da torpaq mülkiyyətçisinə verməli idi. Yəni Cavabdeh2 torpaq sahəsini alarkən vicdanlı alıcı olmamışdır.
57. Bundan başqa məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisəyə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 3 mart 2023-cü il tarixli qərarı tətbiq edilə bilməz.
58. Apellyas iya instansiyası məhkəməsinin qənaətinə görə Qəbələ notariat kontorunda X24 ilə Cavabdeh2 arasında bağlanılmış xx.xx.2005-ci il tarixli, reyestr nömrəsi 4Ə-03/334 olan alqı-satqı müqaviləsinin bağlanmasından hazırkı iş üzrə iddiaçıların xəbərləri olmamış, həmin müqavilə iş üzrə iddiaçılar tərəfindən bəyənilməmişdir. Eyni zamanda kollegiya qeyd etməyi lazım bilir ki, Qəbələ notariat kontorunda X24 ilə Cavabdeh2 arasında bağlanılmış xx.xx.2005-ci il tarixli, reyestr nömrəsi 4Ə-03/334 olan alqı-satqı müqaviləsinin iddiaçılar tərəfindən mübahisələndirilməsində hüquqdan sui-istifadə halları aşkar edilməmişdir.
59. İş materialları ilə müəyyən edilir ki, iddiaçılar, onlara və digər mərhum ailə üzvlərinə məxsus kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün olan torpaq sahəsinə notariat ofisin də vərəsəlik işinin açılmasına görə DƏDRX-dən çıxarış almaq istəsə də, həmin torpaq sahəsinin mərhum atası tərəfindən onun vəfatından sonra 2005-ci il tarixində alqı-satqı olunaraq Cavabdeh2 satıldığını bilmişlər. Ona görə də onlar bu məsələnin araşdırılması üçün ilkin olaraq müxtəlif dövlət orqanlarına və Qəbələ rayon prokurorluğuna müraciət etmişlər. (Daxili İşlər Nazirliyi Qəbələ Rayon Polis Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 24/144-799-1222 saylı məktub, Daxili İşlər Nazirliyi Qəbələ rayon polis X9 baş müstəntiqi, polis mayoru X2 icraatında olan HK-1/147 saylı materialın cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli Qərar, Daxili İşlər Nazirliyi Qəbələ rayon polis X9 baş müstəntiqi, polis kapitanı X2 icraatında olan HK-1/147 saylı mate rialın cinayət işinin başlanmasının rədd edilməsi haqqında 20 mart 2021-ci il tarixli Qərar).
60. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçıların Qəbələ notariat kontorunda X24 ilə Cavabdeh2 arasında bağlanılmış xx.xx.2005-ci il tarixli, reyestr nömrəsi 4Ə-03/334 olan alqı-satqı müqaviləsinin mövcudluğundan xəbərləri olmamış və həmin müqavilə onlar tərəfindən bəyənilməmişdir. Ona görə də kollegiya hesab etmişdir ki, yuxarıda qeyd edilən müqavilə etibarsız hesab edilməlidir.
61. Apellyasiya instansiyası məhkəməsi iddia tələbinin Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2009-cu il tarixində Cavabdeh2nın adına verilmiş Reyestr nömrəsi **********24 nömrəsi olan çıxarışın etibarsız hesab olunması hissəsi ilə bağlı qeyd etmişdir ki, iddia tələbi həmin hissədə də əsaslıdır. 6
2. Belə ki, Qəbələ notariat kontorunda X24 ilə Cavabdeh2 arasında bağlanılmış xx.xx.2005-ci il tarixli, reyestr nömrəsi 4Ə-03/334 olan alqı-satqı müqaviləsi və onun əsasında xx.xx.2009-cu il tarixində Reyestr nömrəsi **********24 olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış etibarsız hesab edilməlidir.
63. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçılar yuxarıda mübahisələndirilən əqd üzrə hər hansı bir maddi vəsait əldə etmədiklərindən onların iddia tələbi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.5-ci maddəsinin təsir dairəsinə düşmür.
64. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.4, 213.2, 213.6, 222.2, 222.3, 337.1, 337.2, 337.3, 337.4, 337.5, 560.1, 560.2, 560.3.4-c ü, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84.1, 84.3-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu N.Əsədovanın şikayətinə dair xx.xx.2021-ci il tarixli Qərarına. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarına, “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 oktyabr 20 04-cü il tarixli Qərarına istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
65. Cavabdeh2 (vəkili Nümayəndə) kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(107)-595/2024 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
66. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən işin hallarına uyğun deyil öz mülahizəsinə əsasən qərar qəbul etmişdir. Məhkəmə 1-ci instansiya məhkəməsinin qətnaməsini ləğv edərkən iddiaçılar tərəfindən iddia müddətinin keçmədən məhkəməyə müraciət etdiyini və ümumiyyətlə bu tip işlərə iddia müddətinin tətbiq olunmadığını əsaslandırmışdır. Hesab edirik ki, məhkə mənin bu möveqi qanunvericiliyə və Konstitusiya Məhkəməsinin qərarlarına ziddir. Ümumiyyətlə, məhkəmənin mövqeyinə əsasən müqavilənin etibarsızlığıilə bağlı iddia qaldırılarkən iddia müddətinin tətbiqi yolverilməz olduğu vurğulanmışdır. Halbuki, MM və normativ aktlar bunu deyir.
67. Məhkəmənin mübahisələndirilən qətnaməsinin əsaslandırıcı hissəsinə əsasən belə anlaşılır ki, ümumiyyətlə müqavilələrin etibarsızlığı və həmçinin ümumi iddia müddəti anlayışı və institutu qanunvericilikdə boşuna yazılmış və olmamalıdır. Belə ki, ilk olaraq məhkəmə qeyd edir ki, iddiaçıların bu alqı-satqıdan xəbərləri olmayıb.Halbuki, onların şikayətləri, bu illər ərzində cavabdehlə mübahisələri (polisdə, kənd icra nümayəndəliyində, bələdiyyədə, torpaq sahəsində əkin biçin vaxtı və s ) notariat kontorunda İddia çı2 iştirak etməsini sübut edən imzası onların alqı satqıdan illər əvvəl və məhz elə alqı-satqı vaxtı da xəbərlərinin olmasını sübut edir. İddiaçılar qeyd edir ki, guya onların alqı-satqıdan xəbərləri olmayıb və bu alqı-satqının olmasını guya bunlar 2019-cu ildə biliblər. Bununla bağlı iddiaçılar həm məhkəmə iclasında, həm də polis idarəsində izahatlar veriblər. Lakin təyin edilmiş xətşünaslıq ekspertizasından məlum olur ki, məhz iddianı verən və əsas problem yaradan İddiaçı2 bu işlərdən xəbəri olmuş və məhz özü ölmüş adamın adından və İddiaçı1 adından olan sənədlərə və etibarnaməyə imzalar etməklə saxtakarlıq etmiş və alqı satqını həyata keçirmişdir. Ekspert rəyində qeyd edilir ki, İddiaçı2 Bayramov Vahidə etibarnamə vermiş və hər iksinin yəni Fəxri, Vahidin adından satmasına razılıq ver mişdir. Həmin vaxtı notarius olmuş X34 İdarəsində verdiyi izahatından da göründüyü kimi qeyd edir ki, satıcılar özləri rəhmətə getmiş adamın yerinə başqa şəxs təqdim etməklə və şəxsin yaşamasına dair sənəd təqdim etməklə alqı-satqını həyata keçirdiblər. Həmçinin həmin vaxtı icra nümayəndəliyi tərəfindən arayış verilmişdir ki, həmin vaxtı Bayramov Vahidin sağ olması qeyd edilmişdir. Ekspert rəyində bəzi sənədlərə İddiaçı2 imza etməsi faktı onu göstərir ki, iddiaçılar məhz özləri alqı- satqını realizə etmək üçün başqa şəxsi Bayramov Vahid kimi təqdim etmiş və sənədlərə özləri imza etmişlər. Faktiki olaraq Cavabdeh2 həmin vaxtı Bayramov Vahidi tanımayıb və onun vəfat etməsini belə bilməyib. Çünki pulu izahatında qeyd etdiyi kimi qardaşı satıcılara vermiş və o ancaq imza etmək üçün notariat ko ntoruna gəlmişdir. Göründüyü kimi iddiaçıların alqı-satqıdan xəbərlərinin olmaması kimi məhkəməyə verdiyi yalan ifadələr və sübutlar ekspert rəyi ilə təkzib edilmişdir. Bu da onu sübut edir ki, bu şəxslərin alqı-satqıdan xəbəri olmuş və əmlakıın satılmasına razılıq vermişlər. Cavabdeh2 hazırkı iş üzrə vicdanlı alıcıdır. Alıcı olaraq bu şəxs həmin dövrün qaydalarına əsasən satıcılara əlbə-əl pul vəsaiti verməklə notariat kontorunda özü sənədlərə imza etməklə alqı-satqı etmiş əmlakı mülkiyyətinə keçirtmişdir.
68. Sahib Səlim oğlu əmlakı qanuni alqı-satqı etməklə ona həmin vaxtdan sahiblik etmiş və daima istifadəsində olmuşdur. Sadəcə iddiaçılar torpaq sahələrinin qiyməti Qəbələ rayonunda 2013-cü ildən başlayaraq qalxdığından bu şəxslər müxtəlif yollarla həmin yerdən yenə pul qazanmaq niyyəti ndədirlər. Yuxarıda qeyd etdiyi kimi iddiaçılar əqdin etibarsılığı ilə bağlı da iddia müddətini ötürmüşdür. Daşınmaz əmlakla bağlı 6 illik müddəti də ötürmüşdür. Hətta iddiaçılar ümumi iddia müddətini ötürməklə hazırda məhkəmədə iddia qaldırıblar. İddiaçı2 alqı satqı vaxtı sənədləri imzaladığından həmin vaxtı şəxsin ölmüş olduğunu bilirdi və 18 il sonra iddia qaldırması şəxsin qeyri səmimi və başqa niyyətli olduğuna əsas verir. Həmçinin Cavabdeh2 vicdanlı alıcı olmaqla əmlakı əldə etmiş və onun Notariat və satıcılar (hazırkı iddiaçılar) tərəfindən aldadıldığını bilməmişdir. Cavabdeh hazırda əmlakı vicdanlı alıcı kimi də üçüncü şəxsə satmışdır. X31 Məhkəməsi buna heç məhəl qoymamış və birmənalı şəkildə qanunvericilik normalarını altüst edən qətnamə qəbul etmişdir.
69. Məhkəmə iş üzrə vicdan lı alıcıları, məhz cavabdehi və cavabdeh tərəfindən üçüncü şəxsə əmlakın satılmasını araşdırmamışıdır. Faktiki olaraq daşınmaz əmlak 3-cü şəxsə satılmış və heç bir məhkəmə bunu araşdırmamışdır. Şəki Apellyasiya Məhkəməsində də bu barədə etirazda məlumat verilsə də məhkəmə buna diqqət yetirməmişdir. Məhkəmə ölümüş şəxsə etibarnamə verən şəxs, yəni İddiaçı2 barəsində heç bir hüquqi tədbir görməmişdir. Şəxs özü qeyd edir ki, onun qaynatası və qaynanası birlikdə onlarla yaşayıblar İddiaçı2 qaynatasının vəfatından xəbərdar idisə niyə ona etibarnamə vermişdir. Məhkəmə İddiaçı2 cinayət əməllərinə qiymət vermək üçün xüsusi qərardad qəbul etməli, həm Notariat, həm Bələdiyyə, İcra nümayəndəliyi, həmçinin İddiaçı2 barəsində araşdırma aparılmasını tələb etməli idi. Çünki faktiki olaraq notariat kontor una həmin vaxtı şəxsin yaşaması barədə arayış təqdim edilir, Elxan Alxasov bütün rayonda olan şəxsləri nə tanıya bilər nə də ölməsini bilə bilərdi. Həmin vaxtı elektron sistem olmadığından şəxsin ölməsini də bilə bilməzdi. Faktiki olaraq iddiaçılar məhz İddiaçı2 həmin vaxtı şəxsən başqa şəxslərin yerinə imza etdiyinə görə bu alqı satqını təşkiletmiş və cavabdehi həmçinin Notariusu aldatmışdır.Çünki Cavabdeh2 polisdə də verdiyi izahatında qeyd etmişdir ki, o yalnız imza etmək üçün Notariusa getmiş və bütün xərcləri qardaşı Səlimov Seymur çəkmişdir. Buna görə də məhkəmə bu şəxslər barəsində xüsusi qərardad qəbul etməli idi. Lakin bunların hamısını görməzdən gəlmişdir.
70. Kassasiya şikayəti əsaslandırılarkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140, 148.2, 182.1, 354, 369.1, 371, 373-cü maddələrinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.6-cı maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Hacıyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 7 avqust 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 10 mart 2020-ci il tarixli qərarına, Azərbaycan Respublikasının MPM-in 1.5, 9.3, 265.4-cü maddələrinə də istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
71. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
72. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan i stifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
73. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
74. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.
75. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.
76. Maddə 213.6. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əş ya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər
77. Maddə 222.2. Birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir.
78. Maddə 222.3. Birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qa lan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin.
79. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
80. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
81. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir
82. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
83. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
84. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. üquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
85. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
86. Maddə 560.3.4. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə əsaslarından biridir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
87. Maddə 84.
1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
3. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “ Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarı
88. Qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üç ün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin arad an qaldırılması məqsədini daşıyır....Əhəmiyyətsiz əqd heç bir əlavə şərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan əqddir. Bu baxımdan özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz və Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu müddət əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddətdir. Mülki Məcəllənin əqdlərin etibarsızlığının nəticələrini təsbit edən 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticəl əri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Qeyd edilən norma etibarsız əqdlər üzrə həyata keçirilmiş icra hərəkətlərinin nəticələrinin aradan qaldırılması məqsədini daşıyır. Beləliklə, Mülki Məcəllənin 354.1-ci maddəsi əhəmiyyətsiz əqd üzrə qarşı tərəfdən icra olunmuşların geri qaytarılması ilə bağlı məhkəmədə iddia qaldırılması üçün müəyyən edilmiş müddətdir. Mülki Məcəllənin 337.3 və 337.4-cü maddələrinə görə, əhəmiyyətsiz əqd bağlandığı andan etibarsız əqd olaraq heç bir hüquqi nəticəyə, yəni hüquq və öhdəliklərin yaranmasına səbəb ola bilməz, b u zaman əhəmiyyətsiz əqd üzrə alınanların geri qaytarılması üçün iddia qaldırmaq hüququnun müddətlə məhdudlaşdırılmış olması haqlı olaraq mübahisəyə səbəb olur. Konstitusiya Məhkəməsinin Plenumu bununla bağlı qeyd edir ki, Mülki Məcəllənin 337.5-ci maddəsində nəzərdə tutulmuş qayda (restitusiya qaydası) və Mülki Məcəllənin 354.1-ci maddəsində əhəmiyyətsiz əqdin etibarsızlığının nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddət Mülki Məcəllədə belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir. Qeyd olunmalıdır ki, əhəmiyyətsiz əqd üzrə yalnız əvəzedilən əşyalar üzərində əldə edənin hüququ yarana və nəticədə əsassız varlanma baş verə bilər. Mülki Məcəllənin 135.7-ci maddəsinə uyğun olaraq, başqa əşyalardan yalnız özlərinə xas əlamətlərə görə ayrıl mış fərdi-müəyyən əşyalar əvəzedilməz əşyalar sayılır. Növ əlamətlərinə görə fərqlənən, dövriyyədə adətən say, ölçü və ya çəki ilə müəyyənləşdirilən daşınar əşyalar isə əvəzedilən əşyalar sayılır. Mülki qanunvericilikdə nəzərdə tutulmuş qeyd edilən təsnifat həmin əşyalar üzərində hüququn yaranması baxımından təcrübi əhəmiyyət kəsb edir. Fərdi-müəyyən əşyalar (daşınmaz əşyalar, hüquqi statusuna görə daşınmaz əşyalara bərabər tutulan daşınar əşyalar – avtomobil, gəmi və s., habelə digər daşınar əşyalar – telefon, kompüter və s.) üzərində hüquqi əsas olmadan hər hansı bir hüquq əldə edilə bilməz. Belə əşyalar yalnız onlara xas əlamətləri ilə digərlərindən fərqləndiyi üçün əldə edənin əmlakına qarışmır və bu səbəbdən də hüquqi əsas olmadan əldə edənin mülkiyyətinə keçmir. Odur ki, əhəmiyyətsiz əqd arzu olunan heç bir hüquqi nəticələrə səbəb olmadığından, belə əqd üzrə fərdi-müəyyən əşya olan daşınmaz əşyaya dair dövlət reyestrində müvafiq şəxsin adına aparılmış qeydiyyat da əsassız sayılacaqdır. Bu halda isə xeyrinə qeydiyyat aparılmış şəxs daşınmaz əşyaya dair hüquq əldə etməyəcək, həmin əşya əqd əsasında özgəninkiləşdirənin mülkiyyətində qalmaqda davam edəcəkdir. Mülki Məcəllənin 141-ci maddəsinə uyğun olaraq, daşınmaz əmlakın dövlət reyestrinin məzmunu həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ pozulmuş şəxs tərəfindən müvafiq düzəlişin aparılması tələb edilə bilər. Qeyd edildiyi kimi, əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, s onuncunun həmin əşya üzərində hüququ yaranır. Lakin əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur. Məhz bu halda əhəmiyyətsiz əqd üzrə şəxs digər tərəfə qarşı tələb hüququnu reallaşdıraraq, Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir il müddət ərzində əhəmiyyətsiz əqd üzrə icra edilmişlərin geri qaytarılması ilə bağlı iddia verə bilər. Yəni həmin maddədə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqdin icrası nəticəsində yaranmış əsassız varlanma halları ilə bağlı tələblər üçün keçərlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
89. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
90. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarını n əsası kimi istinad etdiyi halları sübut etməlidir.
91. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
92. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
93. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 94. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırı lmalıdır.
95. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
96. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
97. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
98. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin ap ellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
99. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
100. Məhkəmə kollegiyası hesab edir ki,apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
101. Məhkəmə kollegiyası kassasiya şikayətinin faktiki olaraq daşınmaz əmlakın 3-cü şəxsə satıldığı və heç bir məhkəmənin bunu araşdırmadığı, Şəki Apellyasiya Məhkəməsində də bu barədə etirazda məlumat verilsə də məhkəmənin buna diqqət yetirmədiyi barədə dəlilləri ilə əlaqədar qeyd edir ki, Cavabdeh2 apellyasiya şikayətinə etirazda hazırda həmin ərazinin onda olmadığını, torpaq sahəsinin artıq satıldığını bildirsə də həmin məsələnin araşdırılması hazırkı iş üzrə mübahisə predmetinə aid deyil, ümumiyyətlə iş materialları ilə cavabdehin daşınmaz əmlakın 3-cü şəxsə sa tılmasını təsdiq edən sübut təqdim etməsi də təsdiqlənmir.
102. Məhkəmə kollegiyası kassasiya şikayətinin apellyasiya instansiyası məhkəməsinin xüsusi qərardad qəbul etməli olduğu halda etmədiyi barədə dəlili ilə əlaqədar hesab edir ki, bu dəlil mübahisənin mahiyyəti üzrə həllinə təsir edə bilən maddi və ya prosessual hüquq normalarının pozuntusu ilə əlaqədar olmadığından həmin dəlilə hüquqi qiymət verilməməlidir.
103. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə kassasiya şikayətində göstərilən digər hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kolle giyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
104. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
105. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
106. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellya siya Məhkəməsinin Mülki kollegiyasının 27 iyun 2024-cü il tarixli 2(107)595/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.