Məhkəmə qərarları › İş №2(102)-3518/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3518/2022

23.08.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3518/2022 23.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 46 saylı notariat kontoruna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bağışlama müqaviləsinin etibarsızlığı) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xəlilov İsmayıl Kamil oğlu (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 46 saylı notariat kontoruna qarşı daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1169/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 23 avqust 2022-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh1 iddiaçının qardaşı Cavabdeh3 keçmiş arvadıdır. Cavabdeh3lə Cavabdeh1 xx.xx.2009-cu il tarixdə nikaha daxil olmuş, həmin nikahlarından xx.xx.2012-ci il tarixdə XXX, xx.xx.2014-cü il tarixdə XXX adlı uşaqları doğulmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh1 iddiası qismən təmin olunaraq, Cavabdeh3lə nikahlarının pozulması, uşaqların analarının yanında qalmaları, yetkinlik yaşına çatanadək onların saxlanılmaları üçün Cavabdeh3 hər ay sabit pul məbləğində (hər uşaq üçün 117 manat) alimentin tutulması, habelə ünvan massivi ünvanınd a yerləşən 3484C saylı bağ evinin üzərində Cavabdeh1 1/2 hissədə pay hüququnun müəyyən olunması qət edilmişdir. 2. ünvan2 ünvanında yerləşən, ümumi sahəsi 63.73 m² olan 71 saylı mənzil İddiaçı xüsusi mülkiyyətində olmuş və Bakı şəhəri 46 saylı notariat kontorunun xüsusi notariusu X1 tərəfindən 27 noyabr 2018-ci il tarixində bağlanmış, reyestrdə 4Ə-522 nömrəsi ilə qeydə alınmış daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən həmin mənzili qardaşının keçmiş arvadı Cavabdeh1 bağışlamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 46 saylı notariat kontoruna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh1 arasında bağlanmış, Bakı şəhəri 46 saylı notariat kontorunun xüsusi notariusu X1 t ərəfindən ünvan2 ünvanında yerləşən 71 saylı mənzilinə dair xx.xx.2018-ci il tarixdə təsdiqlənmiş reyestrdə 4Ə-522 nömrə ilə qeyd edilmiş Daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi belə əsaslandırılmışdır ki, ünvan2 üvanında yerləşən 3 otaqlı mənzil xüsusi mülkiyyət hüququ ilə özünə məxsus olmuşdur. Qardaşı Cavabdeh3 ilə Cavabdeh1 arasında mütəmadi olaraq ünvan massivi ünvanında yerləşən 3484C saylı bağ evi və uşaqların alimenti ilə bağlı mübahisə yarandığından, bu mübahisələrə birdəfəlik son qoymaq qərarına gəlmiş, bu niyyətlə cavabdehlə görüşəndə, cavabdeh ünvan massivi ünvanında yerləşən 3484C saylı bağ evi və uşaqların alimenti müqabilində ünvan 2ədiyini bildirmişdir. Cavabdehlə ünvan massivi ünvanında yerləşən 3484C saylı bağ evini iddiaçının mülkiyyətinə verilməsi və Cavabdeh3 tutulan alimentin birdəfəlik ödənişi müqabilində mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən mənzili Cavabdeh1 verməyə razılaşmışdır. Buna görə də xx.xx.2018-ci il tarixdə o, 46 saylı Notariat Kontorunda mülkiyyətində olan ünvan2 ünvanında yerləşən 71 saylı mənzili bağışlama müqaviləsi əsasında cavabdehə bağışlamış, cavabdeh isə Yasamal rayon icra və probasiya şöbəsində alimentdən imtina etmişdir. Müqavilə bağlandıqdan sonra cavabdeh vədinə əməl etməmiş, bağ evini onun adına rəsmiləşdirməmişdir. Cavabdeh3 ona bildirmişdir ki, cavabdeh icra şöbəsinə müraciət edib aliment tələb edir. Bundan sonra o, cavabdeh1 ilə əlaqə saxlayaraq məsələni aydınlaşdırmağa çalışmış, cavabdeh1ı görüşməyə dəvət etmiş, alimentdən imt ina və bağ evinin onun adına rəsmiləşdirilməsi barədə saziş bağlamağı təklif etmişdir. Lakin, cavabdeh1 görüşməkdən və saziş yazmaqdan yayınmışdır. Bundan sonra o, cavabdehin onu aldatmasını bilmişdir.

5. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2886/2019 nömrəli, 21 noyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim Şahin Abdullayev) iddia rədd edilmişdir.

6. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında bağışlama müqaviləsi bağlanarkən həmin müqavilədə hər hansı qeyd-şərt, yaxud öhdəliyin yerinə yetirilməsi nəzərdə tutulmamış, həmçinin bağışlama hər hansı şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilməmişdir.

7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı cavabdeh tərəfindən bağışlama müqaviləsinin şərtlə bağışlanmasını, həmçinin bağışlam anın müəyyən şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı olmasını qeyd etsə də, bu halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir.

8. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında xx.xx.2018-ci il tarixdə bağlanmış bağışlama müqaviləsi tərəflərin iradə ifadəsinə uyğun olmuşdur və həmin əqd bağlanarkən hər hansı qanunsuzluğa yol verilməsi müəyyən edilməmişdir.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 666 və 670-cı maddələrinə istinadla əsaslandırmışdır.

10. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti vermiş və şikayətini iddia ərizəsinə uyğun əsaslandırmaqla əlavə olaraq bildirmişdir ki, qardaşının keçmiş arvadına dəyəri 100.000 manat olan mənzili bağışlamasının səbəbinin məhkəmə tərəfindən araşdırılmaması, sübutlara, xüsusilə tər əflər arasındakı “Whatsapp” yazışmalarına düzgün hüquqi qiymət verilməməsi ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

11. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 18 fevral 2020-ci il tarixli, 2(103)-1725/2020 nömrəli qətnaməsi ilə (hakimlər Elnur Həsənov (sədrlik edən və məruzəçi), Xumar Mərdanova və Fuad Babayev) apellyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 21 noyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, yeni qətnamə qəbul edilməklə, iddianın təmin edilməsi və ünvan2 dair tərəflər arasında notarial qaydada bağlanmış 27 noyabr 2018-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi qət edilmişdir.

12. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, tərəflər arasında bağlanmış 27 no yabr 2018-ci il tarixli müqavilədə hər hansı bir qeyd-şərt nəzərdə tutulmuş olmasa belə, bir şəxsin öz əmlakını qardaşının əvvəlki (boşanmış olduğu) arvadına bağışlaması məntiqli deyildir; əksinə tərəflər arasında həmin müqaviləyə qədərki danışıqlar və yazışmalar, onların qarşılıqlı münasibətləri və tərəflərin sonrakı hərəkətləri təhlil edildikdə mənzilin şərtə (öhdəliyə) bağlı olaraq bağışlandığı və məhz həmin şərtin iddiaçının iradəsinin formalaşmasına təsir etdiyi, başqa sözlə onu yanıltdığı nəticəsinə gəlmək mümkündür. Mübahisələndirilən bağışlama müqaviləsinin bağlandığı notariat kontorunun notariusu Tamilla Kərimova da apellyasiya icraatı zamanı vermiş olduğu izahatında, iddiaçının ona müraciət edərək iki şərtin (bağ evinin cavabdehə məxsus 1/2 hissəsinin iddiaçıya verilməsi müqabili ndə sonuncunun mülkiyyətçisi olduğu mənzilin qarşı tərəfə bağışlanması şərtinin) bir müqavilədə əks olunmasını istədiyini, lakin bunun mümkün olmadığını bildirdiyini və onlara iki ayrı müqavilə rəsmiləşdirməyi təklif etdiyini söylədiyini, tərəflərin bununla razılaşdıqlarını, bağ evi ilə bağlı sənədlərin tam olmaması, həmçinin əmlak vergisinin ödənilməsinin tələb olunması səbəbilə sadəcə mənzilin bağışlanmasının rəsmiləşdirildiyini, bağ evindəki hissənin bağışlanmasının isə daha sonraya qaldığını qeyd etmiş, həmin dövrdə sözügedən notariusda çalışmış XXX da məhkəməyə ünvanladığı ərizəsində “...müqavilələrin rəsmiləşdirilməsi üçün əmlak vergisinin ödənilməsi tələb olunduğundan tərəflərin əvvəlcə iddiaçıya məxsus mənzilin, əmlak vergisi hazır olduqdan sonra isə bağ evinin 1/2 hissəsinin bağış lanması müqaviləsini imzalamaq barədə razılığa gəldiklərini” göstərmişdir. Həmçinin “Whatsapp” şəbəkəsi üzərindən tərəflər arasında aparılan yazışmalar və səs yazıları ilə cavabdehin “bağda gözüm yoxdur”, “mən sənə söz vermişəm bağı verəcəm sizə”, “Allah da bilir mən bağ istəmirəm, mənim niyyətim qardaşını cəzalandırmaqdır” yazmış olduğu, onun (Cavabdeh1) anasının iddiaçıya göndərdiyi “Whatsapp” mesajından isə mənzilin cavabdeh1ın bağ evindən imtina qarşılığında bağışlandığı və bu şəkildə hərəkət etməsinin doğru olmadığını cavabdeh1a bildirdiyini ifadə etdiyi müəyyən edilmişdir.

13. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı cavabdehin bağ evi üzərindəki payını ona hədiyyə etməyəcəyini bilsə idi, xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsini bağlamayacağından Mülki M əcəllənin 339.2-ci maddəsinə görə həmin əqdi mübahisələndirməkdə haqlı olmuşdur. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

14. Həmin qətnamədən cavabdeh (Vəkil1) kassasiya şikayəti vermişdir.

15. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-4643/2020 nömrəli, 27 oktyabr 2020-ci il tarixli qərarı ilə (hakimlər Əhməd Əhmədov (sədrlik edən və məruzəçi) Vüqar Həsənov və Aqil Abbasov) kassasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1725/2020 nömrəli, 18 fevral 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır.

16. Kassasiya kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, bağışlama müqaviləsi hər hansı öhdəliyin yerin ə yetirilməsi ilə şərtləndirilmədiyindən, hədiyyənin cavabdeh tərəfindən qəbul edildiyi ehtimal olunur.

17. Kollegiya qeyd etmişdir ki, hazırkı halda, cavabdehin bağışlama müqaviləsinə əsasən üzərinə hər hansı öhdəlik götürməsi, habelə iddiaçının sözügedən mənzili cavabdehə məhz Novxanı bağ massivində yerləşən 3484 “C” saylı bağ evinin ona məxsus olan 1/2 hissəsini ona bağışlaması, habelə qardaşı Cavabdeh3 qarşı olan “aliment tələbindən” imtina etməsi şərti ilə bağışlaması açıq-aşkar mülki iş materialları ilə təsdiq olunmur. Belə ki, cavabdeh 23 oktyabr 2017-ci il tarixdə Yasamal rayon İcra və Probasiya Şöbəsinə müraciət edərək, aliment tələbinə dair icra sənədi üzrə icraata xitam verilməsini xahiş etdiyi halda, iddiaçı mənzili 27 noyabr 2018-ci il tarixdə, yəni sözügedən ərizənin verilməs indən 1 il, 1 ay sonra cavabdehə bağışlamışdır.

18. Digər tərəfdən, mənzil cavabdehə bağışladığı halda, iddiaçının ötən 10 ay müddət ərzində ünvan1 massivində yerləşən 3484 “C” saylı bağ evinin cavabdehə məxsus olan 1/2 hissəsini onun adına keçirməsi barədə məhkəmədə hər hansı mübahisə açmaması, hazırkı iddia tələbi ilə məhkəməyə yalnız 30 sentyabr 2019-cu il tarixdə müraciət etməsi də iddianın əsaslı olması qənaətinə gəlməyə əsas vermir.

19. Eyni zamanda, tərəflər arasındakı hazırkı mübahisə daşınmaz əmlaka dair bağlanmış bağışlama müqaviləsinin etibarlılığı ilə bağlı yarandığından, MPM-nin 81-ci maddəsinin tələbinə əsasən, hazırkı işin halları başqa sübutlarla, o cümlədən məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, tərəflərin “Whatsapp” şəbəkəsi üzərindən apardıqları yazışmalar, səs yazıları və sair ilə təsdiq oluna bilməz. Çünki, qeyd olunan maddənin mənasına görə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə, məsələn: notarial qaydada təsdiq edilmiş bağışlama müqaviləsi; hüquqların dövlət qeydiyyatı haqqında Çıxarışla təsdiq edilməli olan hazırkı işin halları başqa sübutlarla, o cümlədən şahid ifadələri, “Whatsapp” yazışmaları, səs yazıları və sair ilə təsdiq oluna bilməz.

20. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, bağışlama müqaviləsi o, vaxt etibarsız sayıla bilər ki, həmin müqavilənin etibarlılığı şərtləri, yəni müqavilənin Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanması mülki iş materialları ilə istisna edilməsin. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

21. Bakı Apellyasiya M əhkəməsi Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)2916/2021 nömrəli qətnaməsi ilə (hakimlər Ziya Şirinov (sədrlik edən və məruzəçi), Fuad Talışinski və Həsən Əhmədov) İddiaçı apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2886/2019 nömrəli iş üzrə 21 noyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddia tələbinin təmin olunması, ünvan2 ünvanında yerləşən, ümumi sahəsi 63.73 m² olan mənzilünvan2 tarixində bağlanmış, reyestrdə 4Ə-XXX nömrəsi ilə qeydə alınmış daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi qət edilmişdir.

22. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticəni apellyasiya instansiyası məhkəməsindəki birinci icraat zamanı qeyd olunanlara uyğun olaraq əsa slandırmışdır. e) Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat

23. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-5258/2021 nömrəli, 26 oktyabr 2021-ci il tarixli qərarı ilə (hakimlər İspəndiyar Şəfiyev (sədrlik edən və məruzəçi) Əhməd Nurməmmədov və Abiddin Hüseynov) kassasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2916/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır.

24. Kollegiya qeyd etmişdir ki, işə yenidən baxmış apellyasiya instansiyası məhkəməsi kassasiya instansiyası məhkəməsinin mövqeyini nəzərə almamış, öz qənaətini apellyasiya instansiyası məhkəməsinin əvvəlki qətnaməsində olduğu kimi bildirmiş, b ununla da, MPM-in 420-ci maddəsinin tələblərini pozmuşdur. f) Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat

25. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)1169/2022 nömrəli qətnaməsi ilə (hakimlər Akif İsgəndərov (sədrlik edən və məruzəçi), İlham Kərimli və Elşən Kazımov) apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2886/2019 nömrəli iş üzrə 21 noyabr 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

26. Məhkəmə kollegiyası işin müəyyən edilən faktiki hallarını və kassasiya instansiyası məhkəməsinin qərarlarında şərh olunan göstərişlərin həmin hallara uyğun olduğunu nəzərə alaraq apellyasiya şikayətinin dəlillərini bütünlüklə əsassız saymış və hesab etmişdir ki, iddiaçı tərəfin dən tələbin əsası kimi istinad olunan halları təsdiq edən heç bir sübut təqdim olunmadığından birinci instansiya məhkəməsi iddianı əsassız saymaqda haqlı olmuşdur.

27. Məhkəmə kollegiyasının qənaətinə görə iddia tələbinin əsası kimi istinad olunan faktiki hallar həmin tələbin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmadığından birinci instansiya məhkəməsi iddianı rədd etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

28. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmiş, kassasiya şikayətini iddia ərizəsi və apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

30. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

31. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.

32. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.

33. Maddə 324.6. Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir.

34. Maddə 337.1. Bu M əcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

35. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

36. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

37. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, al ınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

38. Maddə 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər.

39. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşk ar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.

40. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin.

41. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

42. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

43. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

44. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

46. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sü butlar hesab olunur.

47. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

48. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

49. Maddə

81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

50. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

51. Maddə 217.3. Qətnamə iş üzrə mü əyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

52. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

53. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

54. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

55. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərə findən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

56. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər.

57. Maddə 417.2. Bu Məcəllənin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş qərar yalnız o halda qəbul edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun.

58. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessua l hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri

59. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

60. Hazırkı kassasiya şikayətində məhkəmə aktının tam ləğvi xahiş edildiyinə görə məhkəmə aktı tam yoxl anılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

61. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməlidir.

62. Belə ki, apellyasiya insansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla, iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır. 63. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasə n, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

64. İddiaçı bildirir ki, qardaşı ilə qardaşının keçmiş arvadı olan cavabdeh arasında əmlak bölgüsü və alimentlə bağlı problemləri həll etmək məqsədilə cavabdehlə razılığa gəlmişdir. Razılığa əsasən, iddiaçı xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan ünvan2 ünvanında yerləşən mənzili cavabdehə bağışlamalı, cavabdeh isə bunun müqabilində ünvan massivi ünvanında yerləşən 3484C saylı bağ evini onun adına rəsmiləşdirməli və alimentdən imtina etməl i idi.

65. Cavabdeh isə etiraz edərək bildirir ki, mübahisəli mənzil hər hansı bir şərt əsasında bağışlanmamışdır və bu hal bağışlama müqaviləsindən də aydın şəkildə görünür. Həmçinin, iddiaçının onun uşaqlarının əmisi olması səbəbindən mənzilin heç bir şərt olmadan hədiyyə edilməsi normal bir haldır.

66. İşin müəyyən edilmiş hallarına əsasən, Cavabdeh1 xx.xx.2017-ci il tarixli ərizə ilə Yasamal Rayon icra və probasiya şöbəsinə müraciət edərək öz aralarında razılaşma əldə etdikləri üçün icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir.

67. Bakı şəhəri 46 saylı notariat kontorunun xüsusi notariusu X1 tərəfindən təsdiq edilmiş 27 noyabr 2018-ci il tarixli “daşınmaz əmlakın bağışlanması müqaviləsi”nə əsasən, İddiaçı tam mülkiyyət hüququ əsasında özünə məxsus ünvan 3 ünvanında yerləşə n mənzili Cavabdeh1 bağışlamışdır.

68. Cavabdeh1 “aliment məbləğinin artırılması” barədə iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Yasamal Rayon Məhkəməsinin 13 iyun 2017-ci il tarixli qətnaməsi dəyişdirilərək Cavabdeh3 qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq uşaqlarının yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 160 manat olmaqla cəmi 320 (üç yüz iyirmi) manat alimentin Cavabdeh1 xeyrinə tutulması qət edilmişdir.

69. Apellyasiya instansiyası məhkəməsinin iclasında iştirak edən Bakı şəhəri 46 saylı notariat kontorunun notariusu X1 izahat verərək bildirmişdir ki, əvvəldən tanıdığı İddiaçı ona yaxınlaşaraq Cavabdeh1 ünvan massivində yerləşən 3484C saylı bağ evinin ona məxsu s hissəsindən imtina etməsi müqabilində ona öz mənzilini bağışlamaq istədiyinin demiş, onlara bu iki şərtin bir müqavilədə əks olunmasının mümkün olmadığını, mənzilin bağışlamasının və bağ evindəki paydan imtinanın iki ayrı müqavilə şəklində rəsmiləşdiriləcəyini bildirmiş, tərəflər bununla razılaşmış, bağ evi ilə bağlı sənədlərin tam olmaması, həmçinin əmlak vergisinin ödənilməsinin tələb olunması səbəbləri ilə sadəcə mənzilin bağışlanması rəsmiləşdirilmiş, bağ evindəki hissənin bağışlanması daha sonraya qalmışdır. Onlar sənədlərini onun olmadığı vaxt gətirib XXX adlı işçisinə vermişlər.

70. Bakı şəhəri 46 saylı notariat kontorunun keçmiş işçisi XXX məhkəməyə yazılı ərizə ünvanlayaraq bildirmişdir ki, “Daşınmaz əmlakın bağışlanması müqaviləsi” onun tərəfindən tərtib olunmuşdur. İddiaçı not ariat ofisinə yaxınlaşmış, qardaşının keçmiş arvadına mənzilin bağışlanması və Cavabdeh1 bağ evinin ona məxsus ½ hissəsini bağışlaması üçün hansı sənədlərin tələb olunduğunu dəqiqləşdirmişdir. Müqavilələrin rəsmiləşdirilməsi üçün əmlak vergisinin ödənilməsi tələb olunduğu üçün tərəflər yalnız mənzilin bağışlanması müqaviləsinin imzalanması, bağ evinin ½ hissəsi üçün tələb olunan əmlak vergisi hazır olduqdan sonra isə bağ evinin bağışlanması müqaviləsini imzalamaq barədə razılığa gəlmişlər. 71. “Whatsapp” şəbəkəsi üzərindən tərəflər arasında aparılan yazışmalar və səs yazıları ilə cavabdehin “bağda gözüm yoxdur, onu verəcəm sizə”, “bağa görə sənə söz vermişəm, amma qardaşının mənə etdiklərinə görə hələ ki, bağ söhbəti qaldı gələcək günlərə”, “mən sənə söz vermişəm bağı verəcəm sizə”, “All ah da bilir mən bağ istəmirəm, mənim niyyətim qardaşını cəzalandırmaqdır” yazmış olduğu, onun (Cavabdeh1) anasının iddiaçıya göndərdiyi “Whatsapp” mesajından isə mənzilin cavabdeh1ın bağ evindən imtina qarşılığında bağışlandığı və bu şəkildə hərəkət etməsinin doğru olmadığını cavabdeh1a bildirdiyini ifadə etdiyi müəyyən edilmişdir.

72. Beləliklə, işin təkzibedilməz faktiki halı kimi müəyyən olunur ki, cavabdeh iddiaçının mübahisəli mənzili ona bağışlaması qarşılığında ünvan1 massivində yerləşən 3484C saylı bağ evinin 1/2 hissəsini ona hədiyyə edəcəyinə sonuncunu inandırmış, bu məqsədlə İcra şöbəsinə alimentdən imtina barədə ərizə təqdim etmiş, iddiaçı mübahisəli mənzili notarial qaydada bağlanmış müqavilə ilə ona bağışladıqdan sonra isə, aliment məbləğinin artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, iddia tələbi təmin edilmiş, habelə, bağ evindəki hissəsini iddiaçıya bağışlamaqdan imtina etmişdir.

73. Tərəflərin müqavilə bağlayanadək yuxarıda qeyd olunanlarla bağlı razılığa gəlmələri təsdiq olunduğundan, cavabdehin alimentdən imtina barədə ərizəyə hansı tarixi qoyması əhəmiyyət kəsb etmir və işin faktiki hallarını dəyişdirmir. Həm də, cavabdeh tərəf alimentdən imtina barədə ərizənin verilməsi üçün şəraitin daha əvvəl yaranması ilə bağlı məhkəməyə hala heç bir aydınlıq gətirməmişdir. Ona görə MPM-in 14.2 və 77.1. maddələrinin tələbləri baxımından həmin ərizənin iddiaçının dediyi şərtlərlə verilməsi qəbul edilir.

74. Kassasiya kollegiyası qeyd edir ki, tərəflər arasında bağlanmış 27 noyabr 2018ci il tarixli müqavilədə hər hansı bir qeyd-şərt nəzərdə tutulmu ş olmasa belə, məhkəmə araşdırması ilə müəyyən edilmiş hallar, sözügedən müqavilənin tərəflər arasında razılaşdırılmış şərtlər daxilində bağlandığını təsdiq edir. Belə ki, tərəflər arasında həmin müqaviləyə qədərki danışıqlar və yazışmalar, onların qarşılıqlı münasibətləri və tərəflərin müqaviləyəqədərki və müqavilədən sonrakı hərəkətləri təhlil edildikdə, mənzilin şərtə (öhdəliyə) bağlı olaraq bağışlandığı və məhz həmin şərtin iddiaçının iradəsinin formalaşmasına təsir etdiyi, başqa sözlə onu yanıltdığı nəticəsinə gəlinir.

75. Məhkəmə kollegiyası vurğulayır ki, müqavilənin etibarsızlığı ilə bağlı mübahisələrə qiymət verərkən, məhkəmə məsələyə formal mülahizələrlə yanaşmamalı, istinad olunan halın həqiqətən də əqdin bağlanmamış və ya etibarsız sayılmasına səbəb olub-olmadığına mülki qanunv ericiliyin aşağıda sadalanan normaları əsasında hüquqi qiymət verməlidir.

76. Belə ki, Mülki Məcəlləyə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin a ldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. (§33-§39)

77. Digər tərəfdən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) zəruridir. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. Tərəflər mü qavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. (§30-§32)

78. Bundan əlavə, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. (§40-§41)

79. Tərəflər arasında bağışlamaya qədər mövcud münasibətlərin təhili iddianın təmin olunmasını labüd edir. Beləki, iddiaçı keçmiş qayındır, qardaşı ilə cavabdeh nikahda olublar, məhkəmə qətnamə si ilə boşanıblar, əmlak bölgüsü və uşaqların saxlanması üçün alimentin tutulması məsələsi həll edilmişdir, bundan sonra da alimentin ödənilməsi, əmlakla bağlı tərəflər arasında mübahisələr davam etmiş, iddiaçı mübahisəyə son qoymaq üçün özünə məxsus əmlakı təklif etmiş və əvəzində mübahisənin bitməsi üçün cavabdehin alimentdən imtina etməsi və əldə etdiyi əmlakı qardaşına qaytarmasını istəmişdir. İddiaçının bağışlamanın baş tutması üçün gətirdiyi həmin hallar həm işin faktiki hallarına və həm də mövcud münasibətlərin məntiqi ardıcıllığına tam olaraq uyğun gəlir. Qarşı tərəfin, iddiaçının özünə məxsus olan mənzili ona bağışlamasını əsaslandıra biləcək heç bir tutarlı dəlili olmamışdır. Yeganə dəlil kimi iddiaçının onun uşaqlarının əmisi olmasından çıxış edərək bu məqsədlə mənzilin bağışlan dığını desə də, tərəflər arasındakı münasibətlərin xarakteri (müqaviləyədək münasibətlər) iddiaçının həmin əsaslarla mənzilini nikah pozulduqdan bir neçə il sonra cavabdehə bağışlamasını istisna edir və məntiqli görünə bilməz.

80. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəlləyə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (§42, §45, §47)

81. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi iş materiallarında ola n sübutlara MPM-in 88-ci maddəsinə uyğun düzgün hüquqi qiymət verməmiş, maddi və prosessual hüquq normalarının tətbiqində yanlışlığa yol vermiş və nəticədə iş üzrə müəyyən edilmiş hallara uyğun olmayan qətnamə qəbul etmişdir ki, buna görə də, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı hesab edilə bilməz. 82. Кollegiya hesab edir ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallarına görə iddiaçı cavabdehin onun qardaşı ilə mübahisələri bitirməyəcəyini, yəni bağ evi üzərindəki payını ona hədiyyə etməyəcəyini, aliment tələbi ilə bağlı mübahisələri davam etdirəcəyini bilsəydi, xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsini bağlamayacaqdı. Ona görə iddiaçı Mülki Məcəllənin 339.2-ci maddəsinə görə həmin əqdi mübahisələndirməkdə haqlıdır.

83. Mülki Məcəllənin 339.2-ci maddəsinə görə, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Mülki Məcəllənin 339.6-cı maddəsinə görə, bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır.

84. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında düzgün qərar qəbul edilmədiyi üçün (maddi hüquq normaları düzgün tətbiq edilməmişdir) qətnamə ləğv olunaraq iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul e dilməlidir.

85. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1169/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia tələbi təmin edilsin. ünvan2 dair tərəflər arasında notarial qaydada bağlanmış 27 noyabr 2018-ci il tarixli bağışlama müqaviləsi etibarsız hesab edilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar