Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3518/2024 14.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 qarşı (Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinin üçüncü şəxs qismində cəlb edildiyi) iş üzrə QƏRARİ Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün sayılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-282/2024 nömrəli, 15 avqust 2024-cü il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Res publikası Ali Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Mersedes Benz C 180” markalı **-LZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin alğı-satqısına dair 10 fevral 2022-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, həmin avtomobil üzərində Cavabdeh1 ilə onun hər birilərinin ½ hissədə pay (4000 manat) hüquqlarının olmasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş etmişdir.
2. Sonradan iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək “Mersedes Benz C 180” markalı **-LZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin alğı-satqısına dair 10 fevral 2022-ci il tarixli və 25 oktyabr 2022-ci il tarixli müqav ilələrin etibarsız hesab edilməsi, həmin avtomobil üzərində Cavabdeh1 ilə onun hər birilərinin ½ hissədə pay hüquqlarının olmasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir
3. Masallı Rayon Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli 2(050)-3124/2022 nömrəliı qətnaməsi ilə iddia rədd edilmişdir.
4. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir.
5. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının iş üzrə 26 aprel 2023-cü il tarixli 2(106)-642/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
6. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir.
7. Azərbaycan Respu blikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 oktyabr 2023cü il tarixli 2(102)-3458/2023 nömrəliı qərarı ilə kassasiya şikayətinin təmin edilməsi, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-642/2023 nömrəli 26 aprel 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır.
8. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 aprel 2024-cü il tarixli 2(106)-282/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Masallı Rayon Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli 2(050)-3124/2022 nömrəliı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə çıxarılması, iddianın qismən təmin edilməsi, “Mercedes-Benz C 180” markalı ** LZ *** dövlət qeydiyyat nişanlı avtomobilin orta bazar qiymətinin - 8000 (səkkiz min) manat məbləğində pul vəsaitinin ½ hissəsi olan 4000 (dörd min) manat məbləğində pul vəsaitinin Cavabdeh1 alınaraq iddiaçı X1 verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
9. Həmin qətnamədən Cavabdeh1 vəkili Vəkil2 tərəfindən kassasiya şikayəti verilmişdir.
10. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 iyul 2024-cü il tarixli 2(106)-282/2024 nömrəliı qərardadı ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 aprel 2024-cü il tarixli 2(106)-282/2024 nömrəli qətnaməsindən Cavabdeh1 vəkili Vəkil2 tərəfindən 10 iyul 2024-cü il tarixdə verilmiş kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, iddia tələbi 4000 manat hissədə təmin edildiyi üçün qətnamədən kassasiya şikayəti verilməsi qanunda nəzə rdə tutulmamışdır.
11. Həmin qərardaddan Cavabdeh1 vəkili Vəkil2 tərəfindən kassasiya şikayəti verilmişdir.
12. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Əhmədov Pərviz – sədrlik edən və məruzəçi, İmanov Cahid və Kərimov Tale) 2(106)-282/2024 nömrəli, 15 avqust 2024-cü il tarixli qərardadı ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 iyul 2024-cü il tarixli, 2(106)282/2024 nömrəli qərardadından Cavabdeh1 vəkili Vəkil2 tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır.
13. Apellyasiya məhkəməsi qərardadı onunla əsaslandırmışdır ki, cavabdehin adından apellyasiya şikayətini onun vəkili Vəkil2 imzalasa da, onun həmin apellyasiya şikayətini imzalamaq hüququ olmamış, səlahiyyətini təsdiqləyən order və etibarnamə apellyasiya şikayətinə əlavə edilməmişd ir. Eyni zamanda, cavabdehin vəkili şikayətində kassasiya şikayətinin həm özü, həm də cavabdeh tərəfindən imzalandığını bildirsə də, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilmiş kassasiya şikayətinə nəzər saldıqda bu hal öz təsdiqini tapmır.
14. Məhkəmə öz mövqeyini Mülki Prosessual Məcəllənin 407.1, 407.3, 408.1.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
15. Cavabdeh kassasiya şikayəti verərək, Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-282/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilərək kassasiya şikayətinin icraata götürülməsini və baxılması üçün kassasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apell yasiya instansiyası məhkəməsi tərəfindən Mülki Prosessual Məcəllənin 386, 402.1, 403.1, 408.1.1, 408.1.5, 418.1-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, qətnamədən verilmiş kassasiya şikayətini, həm 10 iyul 2024-cü il tarixli qərardaddan verilmiş kassasiya şikayətini şəxsən Cavabdeh1 özü imzalayaraq vermişdir. Əgər Cavabdeh1 özü kassasiya şikayətini imzalayırsa, o zaman vəkilə hər hansı etibarnamə verməyə ehtiyac yoxdur. Beli ki, Cavabdeh1 tərəfindən imzalanaraq scan edilmiş və pdf formatında elektron məhkəmə sistemi vasitəsilə yüklənmiş kassasiya şikayəti işə əlavə edilmişdir.Vəkil2 vəkil kimi kassasiya şikayətini tərtib etmiş və imzalamışdır. Lakin məhkəmə kollegiyası bu faktı nəzərdən qaçırmışdır.
17. Bundan əlavə, Şirvan Apelyasiya Məhkəməsinin 2(106)-282/2024 nömrəli xx.xx.2024 -cü il tarixli qərardadından kassasiya şikayəti xx.xx.2024-cü il tarixdə verilsə də, işə baxan hakim prosessual hüquq normalarının tələbini pozaraq 20 gün sonra kassasiya şikayətini geri qaytarmışdır.
18. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
19. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə b ilər.
20. Maddə 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər.
21. Maddə 404-1.2. İşə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.
22. Maddə 408.1.1 Kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassas iya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.
23. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
24. Maddə 417.1.7. kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Kassasiya instansiyası məhkəməsinin mö vqeyi:
25. Məhkəmə tərkibi kassasiya şikayətinə baxarkən müəyyən etmişdir ki, hazırkı şikayətə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar mövcud deyil.
26. Belə ki, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinin mənasına görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə apellyasiya məhkəmələrinin qətnamələrindən kassasiya şikayəti verilə bilməz.
27. Nəzərə alınmalıdır ki, MPM-in 402.2.2-ci maddəsində apellyasiya məhkməsinin kassasiya şikayətinin qaytarılması haqqında qərardadından kassasiya şikayəti vermək hüququ qeyd olunsa da, bu imkan qanunvericiliyə görə kassasiya məhkəməsinə göndərilməsi mümkün olan şikayətlərin geri qaytarılması ilə bağlıdır. Başqa sözlə, əgər bir məhkəmə ak tının özündən kassasiya şikayətinin verilməsi qanunda nəzərdə tutulmamışdırsa, onun geri qaytarılması haqqında qərardaddan kassasiya şikayətinin verilməsi yolverilməzdir.
28. Hazırkı kassasiya şikayətinə səbəb olan məsələ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 aprel 2024-cü il tarixli, 2(106)-282/2024 nömrəli qətnaməsindən verilmiş kassasiya şikayətinin geri qaytarılmasından irəli gəlmişdir. Belə ki, həmin qətnamə ilə Cavabdeh1 4000 manat məbləğində pul vəsaiti tutulmuşdur. Bu məbləğ 5000 manatdan az olduğu üçün qətnamədən verilən kassasiya şikayəti mümkün sayılmamışdır. Cavabdeh1 bu barədə qərardaddan verdiyi kassasiya şikayəti də prosessual əsaslarla geri qaytarılmışdır. Bu dəfə həmin cavabdeh sonuncu qərardaddan kassasiya şikayəti vermişdir.
29. Beləliklə, qətnamə üzrə kassasiya mümkün olmadığı halda kassasiya şikayətinin qaytarılması barədə qərardaddan verilmiş şikayətə də kassasiya məhkəməsində mahiyyəti üzrə baxıla bilməz. Bu səbəbdən hazırkı iş üzrə kassasiya şikayətinin icraata qəbul edilməsi haqqında qərardad ləğv edilməklə iş kassasiya baxışından çıxarılmalıdır.
30. MPM-nin 404-1.2-ci maddəsinə əsasən, işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.
31. MPM-in 408.1.1-ci maddəsinə əsasən, kassasiya şikayəti bu Məcəllənin 402-ci maddəsinin tələblərinə cavab vermirsə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.
32. Həmin Məcəllənin 417.1.7-ci maddəsində görə, kassasiya şikayətlərinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apelyasiya instansiyası məhkəməsinə qaytara bilər.
33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 417.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 13.9.2024-cü il tarixli 2(102)-3518/2024 nömrəli qərardadı ləğv edilsin. İş kassasiya baxışından çıxarılsın və kassasiya şikayəti geri qaytarılması üçün işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.