Məhkəmə qərarları › İş №2(102)-3520/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3520/2020

04.08.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3520/2020 04.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi) Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, cavabdehin vəkili Süleymanova Aysel İxtiyar qızının iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh “xxxx” ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən hakim F.Qasım ov) “xxxx” ASC tərəfindən İddiaçı yaşadığı Bakı şəhəri, X saylı mənzili üzrə hesablanmış ümumilikdə 4004,15 manat borcun 3854,87 manat hissəsinin silinməsi və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər Z.Əliyev (sədrlik edən, məruzəçi), R.Eyvazov və Ş.Məhərrəmova, 2(103)1896/2020 saylı mülki iş) hazırkı iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6768/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (mübahisələndirilən hissədə). İşin halları: İddiaçı, istehlakçı kimi pozulmuş hüquqlarının bərpa edilərək cavabdeh “xxxx” ASC tərəfindən ona hesablanmış 4004,15 manat debitor borcun silinməsi, cavabdehdən vurulmuş mənəvi ziyanın tutulması barədə qətnamə qəbul edilməsini və mənəvi zərərin məbləğinin “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 12ci və 26-cı maddələrinə əsasən məhkəmə tərəfindən müəyyən edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri: Apellyasiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 saylı qərarına əsasən qətnamə ləğv edilməli, iddia tələbi təmin olunmamlıdır. Prosessual məsələlər və tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili Süleymanova Aysel İxtiyar qızı kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə icla sının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.1. maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.2. maddəsinə əsasən bu Məcəllənin 386-cı maddəsi ndə göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir. Mübahisə ilə bağlı kassasiya məhkəməsinin mövqeyi: Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, cavabdeh “xxxx” ASC tərəfindən Bakı şəhəri, X ünvanına sayğac göstəricilərinə əsasən, xx.xx.2001ci il tarixdən xx.xx.2019-cu il tarixədək elektrik enerjisindən istifadəyə görə 750,73 manat məbləğində borc hesablanmış və iddiaçı tərəfindən 25 manat ödəniş edilmişdir. Həmçinin, xx.xx.2002- ci il tarixdən xx.xx.2017-ci il tarixədək sayğacsız istifadə, xidmət haqqı, xidmət bədəli, iş gücünə görə orta sərfiyyat və sayğacdan kənar işlədicilər səbəbindən tərtib olunmuş aktlara əsasən iddiaçıya 3278,42 manat borc hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005 -ci il tarixli, 18 saylı Qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»na əsasən, dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. (8.1-ci bənd) Məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. (8.33-cü bənd) Baxılan işdə abunə haqqında arayışda iddiaçının abunə hesabı üzrə 3278,42 manat borcun müxtəlif aktlar əsasında hesablandığı qeyd olunsa da, həmin aktların əksəriyyətinin surəti məhkəməyə təqdim olunmamışdır. İşdə olan aktlar isə yuxarıda qeyd edilən qaydaların tələbinə uyğun şəkildə tərtib olunmamışdır. Belə ki, həmin aktlar hal şahidlərinin və abonentin iştirakı olmadan, yalnız “xxxx” ASC-nin nümayəndələri tərəfindən tərtib edilərək, onların imzal arı ilə təsdiq olunmuş (xx.xx.2015-ci il tarixli), yaxud da ümumiyyətlə imzalanmamış, tarix qeyd olunmamış və səlahiyyətli şəxs tərəfindən təsdiq olunmamışdır (əsas: SN AKT № 004810). Apellyasiya Məhkəməsi iddiaçıya sayğac göstəricilərinə əsasən, xx.xx.2001-ci il tarixdən xx.xx.2019-cu il tarixədək elektrik enerjisindən istifadəyə görə hesablanmış 750,73 manat borcla bağlı bildirmişdir ki, Mülki Məcəllənin 551.2-ci maddəsinə əsasən, kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Apellyasiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi haqlı olaraq, sayğacın son göstərici tarixi xx.xx.2019-cu il olduğuna görə iddiaçıya həmin tarixdən əvvəlki son beş il ərzində, yəni xx.xx.2014 -cü il tarixdən, həmin tarixə çıxarış məlumatlarında qeyd aşkar edilmədiyindən isə ən yaxın müddət kimi xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək elektrik enerjisindən istifadəyə görə 149,28 manat borc hesablamış, qalan 3854,87 manat isə ümumi borcdan silmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh “xxxx” ASC-nin kassa siya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar