Məhkəmə qərarları › İş №2(102)-3520/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3520/2024

27.12.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3520/2024 27.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: hasarın sökülməsi, gediş-gəliş yolunun açılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı hasarın sökülməsi və gediş-gəliş yolunun açılması tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(107)-623/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 27 dekabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 1. 9 yanvar 2009-cu il tarixli, MH seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Şəki şəhəri, Pakizə Mənəfova küçəsində mülkiyyətində olan 0,0178 ha torpaq sahəsində yerləşən 2 otaqlı, 36,7 kv.metr yeşayış, 69,4 kv metr köməkçi sahədən ibarət 51 nömrəli fərdi yaşayış evi Cavabdeh mülkiyyətinə verilmişdir. 2. 19 oktyabr 2021-ci il tarixli, **********8510301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 (Yeni qaydalarla ünvan 1 ünvanında 0,098 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi İddiaçı mülkiyyətinə verilmişdir.

3. Şəki Rayon Məhkəməsinin 8 yanvar 2010-cu il tarixli, 2(075)-2 saylı q ətnaməsi ilə iddiaçı X2 Cavabdeh qarşı məhəlləsinə giriş-çıxış yolunun kənarında özbaşına tikilmiş sanitar qovşağının sökülməsi, ona məxsus yolun ¼ hissəsini ayırıb ona verilməklə ayrı giriş-çıxış yolunun müəyyən edilməsinə dair iddiasının rədd olunması qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən, daşınmaz əmlakın reyestr nömrəsi **********8510301 olan, xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən onun mülkiyyətində olan fərdi yaşayış evinə gediş-gəliş yolunun üzərində Cavabdeh tərəfindən mişar daşından tikilmiş hasarın Cavabdeh vəsaiti hesabına sökülməsi, ün van 3 ünvanında yerləşən, daşınmaz əmlakın reyestr nömrəsi **********85-10301 olan, xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış əsasən onun mülkiyyətində olan fərdi yaşayış evinə gediş-gəliş yolunun Cavabdeh tərəfindən açılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi onun şəxsi mülkiyyətindədir və həmin daşınmaz əmlakla bağlı onun mülkiyyət hüququ qeydiyyata alınmaqla ona daşınmaz əmlakın reyestr nömrəsi **********8510301 olan, xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Mülkiyyətində olan fərdi yaş ayış evinə gedib-gəlmək üçün 50 ildən artıq istifadə etdiyi yol Cavabdeh tərəfindən qanunsuz olaraq bağlanmışdır. Belə ki, Cavabdeh onun mülkiyyətində olan fərdi yaşayış evinə gedib-gəlmək üçün 50 ildən artıq istifadə etdiyi yolu mişar daşından hasar tikməklə bağlamış, nəticə etibarı ilə onun öz mülkiyyətində olan əmlakı ilə bağlı hüquqlarını məhdudlaşdırmışdır. Həmin yoldan başqa onun mülkiyyətində olan fərdi yaşayış evinə başqa alternativ gediş-gəliş yolu yoxdur. O, cavabdehdən dəfələrlə qanunsuz hərəkətlərinə son qoymağını tələb etsə də, bunun heç bir nəticəsi olmamışdır.

6. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi (vəkili) Nümayəndə2 izahat verərək bildirmişdir ki, iddia tələbinə etiraz edirlər. Belə ki, iddiaçının mübahisələndirdiyi yol cavabdehin şəxsi mülkiyyətində olan torpaq sahəsin dən keçir. Həmin yoldan istifadə cavabdehin mülkiyyətində olan torpaq sahəsindən kənar şəxslərin istifadəsinə zəmin yaradır. Bununla da cavabdehin qanunla qorunun mülkiyyət hüquqları pozulmuş olur. Buna görə də cavabdeh həmin yola hasar çəkdirərək bağlatmışdır. Cavabdehin torpaq sahəsində keçən yoldan iddiaçının istifadə etməsi üçün cavabdeh gərək istənilən vaxt qapını açıq qoysun. Bildirmişdir ki, sonradan cavabdeh qonşularından torpaq sahəsi almış və İddiaçı həmin hissədən yol vermişdir. Hal-hazırda iddiaçının öz evinə gedib-gəlməsi üçün yolu vardır. İddiaçının mübahisələndirdiyi yoldan istifadə etməsi cavabdehin mülkiyyət hüquqlarını kobud şəkildə pozur.

7. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə1 cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə2 ilə eyni məzmunlu izahat verərək bil dirmişdir ki, iddiaçının tələb etdiyi yol onun mülkiyyətində olan torpaq sahəsindən keçir. Həmin yoldan iddiaçının istifadə etməsi onu, ailə üzvlərini narahat edir. Onlar digər qonşudan iddiaçının yol kimi istifadə etməsi üçün torpaq sahəsi almışlar. Hətta həmin yerdən keçən darvaza da götürülmüşdür. İddianı qəbul etmir. Hesab edir ki, iddia əsassızdır.

8. Şəki Rayon Məhkəməsinin -2(075)-2294/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsi qərara alınmışdır.

9. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 23 oktyabr 2023cü il tarixli, 3-16-16/2-10/6439 saylı məhkəmə tikinti-texniki ekspertizasının rəyindən görünür ki, İddiaçı **********85-1031 reyestr nömrəli çıxarışla mülkiyyətində olan torpaq sahəsinin döngə nöqtələrinin koordinatları onun faktiki istifadə etdiyi torpaq sahəsi ilə üstüstə düşür. Cavabdeh **********59-10301 reyestr nömrəli Çıxarışla mülkiyyətində olan torpaq sahəsi onun faktiki istifadə etdiyi torpaq sahəsi ilə üstüstə düşür. Cavabdeh inşa etdiyi hasar onun mülkiyyətində olan torpaq sahəsinin sərhədləri daxilindədir. İddiaçı qzının iddia etdiyi yol Daşınmaz əmlakın baza məlumatlarına əsasən təsdiq olunmuş xəritədə Cavabdeh sərhədləri daxilində yerləşir. İddiaçı mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsinin bütün sərhəd hüdudları qonşularla əhatə edildiyindən faktiki situasiyaya görə gediş-gəliş yolunun verilməsi mümkün deyildir.

10. Şəki Rayon Məhkəməsinin (hakim P.Hacıyev) 8 fevral 2024-cü il tarixli, 2(075)16/2024 saylı qətnaməsi ilə iddianın r ədd olunması, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi, iş üzrə məhkəmə xərci olan məhkəmə tikinti-texniki ekspertrizaları ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pulun İddiaçı tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.

11. Məhkəmə qeyd etmişdir ki, iş üzrə məhkəmə tikinti-texniki ekspertizsının rəyi alınmış, ekspert rəyinə əsasən Cavabdeh inşa etdiyi hasar onun mülkiyyətində olan torpaq sahəsinin sərhədləri daxilindədir. İddiaçı qzının iddia etdiyi yol Daşınmaz əmlakın baza məlumatlarına əsasən təsdiq olunmuş xəritədə Cavabdeh sərhədləri daxilində yerləşir. İddiaçı mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsinin bütün sərhəd hüdudları qonşularla əhatə edil diyindən faktiki situasiyaya görə gediş-gəliş yolunun verilməsinin mümkün olmadığı öz təsdiqini tapmışdır. Bundan başqa məhkəmə tərəfindən mübahisələndirilən yola yerli baxış keçirilmiş, baxış zamanı məlum olmuşdur ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinə giriş-çıxış qapısı cavabdehin mülkiyyətində olan torpaq sahəsinə açılır. Cavabdeh öz mülkiyyətində olan torpaq sahəsindən kənar şəxslərin istifadə etməmələri üçün hasar çəkdirmişdir. Yerli baxış zamanı iştirak edən proses tərəfləri ifadələrində bu halı təsdiq etmişlər.

12. Məhkəmə hesab etmişdir ki, İddiaçı mübahisələndirdiyi yol cavabdehin şəxsi mülkiyyətində olan torpaq sahəsində yerləşir. Həmin yolun iddiaçının istifadəsinə verilməsi cavabdehin şəxsi mülkiyyətində olan torpaq sahəsindən kənar şəxslərin istifadəsinə, həmçinin c avabdehin qanunla qorunan hüquqlarının pozulmasına gətirib çıxarır. Odur ki, iddia əsaslı hesab oluna bilməz.

13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.4, 158.1, 158.1.3, 158.2, 170.1, 170.2, 175.1, 175.2 və 175.3-cü maddələri, “X1rşı” işi üzrə 16 fevral 2010-cu il tarixli qərarı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 97.1, 101.3, 107, 115.0.1, 119.1, 217.3 və 217.4cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi onun mülkiyyətində olan fərdi yaşayış evinə gedib-gəlmək üçün 50 ildən artıq istifadə etdiyi yolun onun evinə yeganə gediş-gəliş yolu olduğunu, onun mülkiyyətində olan evinə gedişgəliş üçün digər yolunun olmadığını nəzərə almamış, ona mübahisələndirdiyi həmin ərazidən keçid verilməsinin zəruriliyini müzakirə etməmişdir. Bundan başqa qeyd etmək istəyir ki, o, iddia tələbində yoldan istifadəyə maneələrin aradan qaldırılmasını xahiş etsə də, işə baxan birinci instansiya məhkəməsi bu istiqamətdə heç bir əsaslandırma aparmamış, eyni zamanda onun başqa yolu olmadığına görə servitut müəyyən edilənə qədər onun Mülki Məcəllənin 175.1-ci maddəsində nəzərdə tutulan qaydada zəruri keçidlə təmin edilməsi məsələsini müzakirə etməmişdir. Çox təəssüf ki, birinci instansiya məhkəməsi ödəniş qəbzlərini və "xxxx" MTK-dan veril ən arayışları görməzdən gələrək, yuxarıda qeyd edilən maddi hüquq normasının tələbini pozmuşdur. Məhkəmə yalnız cavabdehin izahatında onun mübahisələndirdiyi yolun onun şəxsi mülkiyyətinə aid olan torpaq sahəsində yerləşdiyini bildirməsini və öz fərziyələrini əsas hesab edərək, yuxarıda qeyd edilən maddi hüquq normasının dispozisiyası baxımından düzgün araşdırma aparmadan, iddianın təmin olunmaması haqqında qətnamə qəbul etmişdir. Məhkəmənin qətnaməsi qanuni olmamaqla yanaşı, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmamışdır.

16. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Mahir Əsədli (sədrlik edən və məruzəçi), Ələddin Məcidov və Elçin Mehdiyev) 27 iyun 2024-cü il tarixli, 2(107)-623/2024 nömrəli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şik ayəti təmin edilərək, Şəki Rayon Məhkəməsinin 8 fevral 2024-cü il tarixli, 2(075)-16/2024 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin çıxarılması, ünvan 3 ünvanında yerləşən, daşınmaz əmlakın reyestr nömrəsi **********8510301 olan, xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinə gediş-gəliş yolunun üzərində Cavabdeh tərəfindən mişar daşından tikilmiş hasarın Cavabdeh vəsaiti hesabına sökülməsi, iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinə gediş-gəliş yolunun Cavabdeh tərəfindən açılması, iş üzrə məhkəmə xərci olan məhkəmə tikinti-texniki ekspertrizaları ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğind ə pulun Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.

17. Apellyasiya məhkəməsi birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab etmişdir ki, qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş və iddianın təmin etməməklə əsaslı qətnamə qəbul edilməmişdir.

18. Məhkəmə qeyd etmişdir ki, torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, bu cür yol verilməsi üçün qonşu torpaq sahəsinin mülkiyyətçisinin mülkiyyət hüququnun məhdudlaşdırılması yolveriləndir.

19. Məhkəmə tərəfindən hazırki mübahisənin obyektiv həll edilməsi üçün mübahisəli əraziyə yerli baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, iddiaçıya məxsus fərdi yaşayış evi cavabdehlə qonşuluqda yerləşir. İddiaçının evinə yaxın və onun evinin qarşısından ictimai yola keçid yalnız cavabdehə məxsus torpaq sahəsi yaxındır və oradan yolun açılması iddiaçının mənafeyinə uyğundur. Eyni zamanda müəyyən edilmişdir ki, iddiaçının tələb etdiyi yolun üzərində cavabdehə məxsus hasar və dəmir darvaza mövcuddur. İşdə olan sənədlərdən aydın görünür ki, iddiaçının ictimai yola birbaşa və rahat keçid imkanı yoxdur. Ona görə də iddia tələbi təmin edilməlidir.

20. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 5.3, 157.2, 157.4, 169.1, 175.1, 175.2, 560.1, 560.2 və 560.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şi kayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

21. Cavabdeh (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırkı vəziyyətdə iddiaçının tələbinin təmin edilməsi cavabdehə bilavasitə öz torpaq sahəsindən istifadə etməsinə elə bir maneçilik törətməsə də, onun hüququnu xeyli dərəcədə pozur. Məhkəmənin qətnaməsi qanuni olmamaqla yanaşı, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmamışdır. Belə ki, məhkəmə hesab etmişdir ki, Mülki Məcəllənin 152, 157, 158, 170-ci maddələrinin tələblərinə görə iddiaçının hüquqlarının mülkiyyətçi olaraq cavabdehin hüquqlarından daha üstün olması məhk əmə qətnaməsində öz əksini mötəbər sübutlarla təsdiqini tapmamışdır. Məhkəmə qətnaməni sadəcə formal mülahizələrlə əsaslandırmış və mübahisəli qətnamə qəbul etmişdir MPM-in müvafiq maddələrinin tələbləri məhkəmənin üzərinə kifayət qədər vəzifələr qoyur ki, hazırkı işdə bu tələblərə də əməl olunmamışdır. Belə ki, cavabdehin hüquqlarını qoruyan qanunlara və mübahisəyə aydınlıq gətirən ekspert rəyinə əhəmiyyət verilməmişdir. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin tələblərini və işin faktiki hallarını nəzərə almadan əsassız qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, etirazında qeyd etmişdir ki, şikayətdə göstərilən dəlillərin heç biri düzgün deyildir, məhkəməni yanıltmaq üçün irəli süpülmüşd ür, apellyasiya məhkəməsinin qətnaməsini dəyidirmədən saxlanılmasını xahiş edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

24. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

25. Maddə 169.1. Bu Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər.

26. Maddə 175.1.Əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yön əldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır.

27. Maddə 175.2. Sahələrindən zəruri yol və ya birləşdirici xətt keçəcək qonşulara müvafiq kompensasiya ödənilməlidir. Tərəflər arasında razılaşmaya əsasən kompensasiya birdəfəlik ödəniş şəklində verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

31. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

32. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

35. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəf indən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

36. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

37. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

38. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməklə iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

40. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilm iş işin mübahisəsiz hallarına görə iddiaçının mülkiyyətində olan və ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsinin bütün sərhəd hüdudları qonşuların torpaq sahələri ilə əhatə olunmuşdur, faktiki vəziyyətə görə iddiaçı üçün ictimai yola birbaşa gediş-gəliş yolu yoxdur. İddiaçının evinə yaxın və onun evinin qarşısından ictimai yola keçid cavabdehə məxsus torpaq sahəsindən daha yolveriləndir. İddiaçının tələb etdiyi yolun üzərində cavabdehə məxsus hasar və dəmir darvaza mövcuddur. Cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinə gediş-gəliş yolunun açılmaması hüquqdan sui istifadə olmaqla cavabdehin mülkiyyət hüququnu məhdudlaşdırır, cavabdehin iddiaçıdan bu hərəkətlərinə son qoymağı tələb etmək hüququ vardır.

41. Məhkəmə kollegiyası h esab edir ki, apellyasiya məhkəməsi işin müəyyən edilmiş hallarına və iş materiallarında olan sübutlara düzgün hüquqi qiymət verməmiş, bu hal isə düzgün olmayan qətnamənin çıxarılmiası ilə nəticələnmişdir.

42. Belə ki, iddiaçının mülkiyyətində olan fərdi yaşayış evindən və torpaq sahəsindən ictimai yola zəruri keçidin olmaması cavabdehə qonşuya qarşı, ilk növbədə keçid verilməsi daha yolverilən olan qonşuya qarşı tələb irəli sürmək hüququ versə də, qanunvercilikdə qonşunun mülkiyyətində olan torpaq sahəsinin hesabına zəruri yolun (keçidin) verilməsinin əvəzsiz olması nəzərdə tutulmamışdır. Mülki Məcəllənin 175.2-ci maddəsində torpaq sahələrindən zəruri yol keçəcək qonşulara birdəfəlik, yaxud da vaxtaşırı kompensasiya ödənilməsi nəzərdə tutulmuşdur.

43. İşqdən görünür ki, İddiaçı cavabdeh q onşudan torpaq sahəsindən ictimai yola zəruri keçidin verilməsini tələb etmək hüququndan istifadə etsə də, bunun əvəzində kompensasiya təklif etməmiş, apellyasiya məhkəməsi də bu halı diqqətdən qaçıraraq həmin məsələni müzakirə etməmiş, nəticədə düzgün olmayan qətnamə qəbul olunmuşdur.

44. Qeyd olunan halları və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən və maddi hüquq normasını səhv təfsir etməklə iş üzrə gəldiyi nəticəsi qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Ələsgər oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-623/2024 nömrəli iş üzrə 27 iyun 2024-cü il tarixli qətnaməsi ləğv edilsin, iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar