Məhkəmə qərarları › İş №2(102)-3522/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3522/2020

22.09.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3522/2020 22.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər X2 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, İddiaçı cavabdeh «xxxxxxxx» (Azərbaycan) ASC-yə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülkiiş üzrə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnam əsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı cavabdeh “xxxxxxxx (Azərbaycan)”Açıq Səhmdar Cəmiyyətinə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dairiddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim R.Səmədov, iş № 2(006)-3025/2019) iddia rədd edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər Z.Əliyev (sədrlik edən və məruzəçi), F.Talışinski və R.Eyvazov, iş № 2(103)12525/2019) İddiaçı apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin2(006)-3025/2019 saylı iş üzrə xx xxx 2019-cu il tarix li qətnaməsi ləğv olunmuş və iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı cavabdeh «xxxxxxxx» (Azərbaycan) ASC-yə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Kassasiya şikayətlərinin dəlilləri: İddiaçıkassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə laz ımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, “xxxxxxxx” (Azərbaycan) ASC ilə X1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 116082-18234saylı avtomobil krediti müqaviləsinə əsasən, Yalçın Məhərrəmova 60 ay müddətinə illik 18% hesablanmaqla 29.043 ABŞ dolları məbləğində kredit verilmiş, eyni tarixli 11608216-11600 saylı ipoteka müqaviləsinə əsasən, Yalçın Məhərrəmov mülkiyyətində olan “Kia Sportage minik” markalı, **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobili bank qarşısında ipoteka ilə yüklü etmişdir. Sonradan xx.xx.2016-cı il tarixdə bağlanmış həmin ipoteka müqaviləsinə dəyişiklik edilməsi barədə 01 saylı razılaşmaya əsasən Yalçın Məhərrəmov bank tərəfindən verilmiş 18.117 ABŞ dolları məbləğində krediti 30 ay müddətinə xx.xx.2018-ci il tarixədək qaytarmağı və həmin kredit üzrə illik 18% ödəməyi öhdəsinə götürmüşdür. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Yalçın Məhərrəmovdan xx.xx.2013-cü il tarixli avtomobil krediti müqaviləsi üzrə xx.xx.2018-ci il tarixə ödənilməmiş 15.608,58 ABŞ dolları əsas, 2.388,11 ABŞ dolları faiz, 8,33 ABŞ d olları cərimə borcu olmaqla, cəmi 18.005,02 ABŞ dolları borcun “xxxxxxxx” (Azərbaycan) ASC-nin xeyrinə tutulması, tələbin “Kia Sportage minik” markalı, **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracdan satılaraq satışdan əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi və s. qət edilmişdir. Hazırkı iş üzrə İddiaçı, Yalçın Məhərrəmovun arvadıdır. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 222.3, 355, 357, 560.1, 560.2, 560.3.2, 560.3.3, 560.3.4-cü maddələrini tətbiq etmişdir. İddiaçıtərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri ilə apelyasiya şikayətinin dəlilləri eyni olmuşdur. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apelyasiya instansiyası məhkəməsinin qə tnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Belə ki, apelyasiya instansiyası məhkəməsi qətnaməsində qeyd olunanlara hüquqi qiymət vermiş və aşağıdakıları göstərmişdir: “...əhəmiyyətsiz əqd üzrə əldəetmə əsassız varlanma halı yaradırsa məhrum olan, etibarsızlığın nəticəsinin tətbiqi kimi MM-in 354.1-ci maddəsi çərçivəsində hüququnun pozulduğunu bildiyi vaxtdan 1 illik iddia müddətində verdiyini dəyər olaraq geri tələb etmək haqqına malikdir. Odur ki, qeyd edilən normadakı bir illik müddət əqdin əhəmiyyətsiz (etibarsız) sayılması tələbini irəli sürmək üçün müddət olmayıb, belə əqd üzrə əvəzedilən əşya əldə edənin mülkiyyətinə keçdiyi hallar üçün tələb hüququna tətbiq olunan iddia müddətidir. Baxılan işdə isə mübahisə predmeti olan əşya avtomobil olmaqla əvəzedilməyən əşyadır. Belə əşya ya sərəncam verilməsinə dair əqdin etibarsız sayılması tələbi irəli sürülərkən İddiaçı həmin əşya üzərində öz mülkiyyət haqqına istinad etdiyi üçün bu iddiaya müddət tətbiq oluna bilməz (MMin 384.0.4-cü maddəsi). Göstərilənlərə əsasən iddiaçının tələbinin MM-in 354.1-ci maddəsinə istinadən rədd edilməsi əsassız olmuşdur.” Apelyasiya instansiya məhkəməsi həmçinin qətnaməsində qeyd etmişdir ki, “avtomobil iddiaçının nikahda olduğu ərinin bankdan götürdüyü kredit borcunun təminatıdır. Hazırkı iddianın borc öhdəliyi vaxtında yerinə yetirmədiyinə görə məhkəmə qərarı ilə girovda olan avtomobilə tutma yönəldildikdən sonra qaldırılması yönəldilmənin qarşısının alınmasına cəhd kimi qiymətləndirilir. Kredit vəsaitindən yararlanmada ümumi mənafeyi olan İddiaçı ipoteka müqaviləsi bağlanarkən razılığın ın alınmamasına altı il keçdikdən (və qeyd edilən məhkəmə qətnaməsindən) sonra istinad etməsi hüquqdan suiistifadə təşkil edir. Bu isə qanunla qadağandır.” Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi İddiaçı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar