Məhkəmə qərarları › İş №2(102)-3522/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3522/2022

19.09.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3522/2022 19.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3522/2022 (Açar sözlər: əsassız varlanma) Bakı şəhəri, 19 sentyabr 2022-ci il Hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-642/2022 nömrəli mülki iş üzrə 14 yanvar 2022-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Miras qoyan Perarin Mübarizə aid olmuş Bakı şəh əri, Nərimanov rayonu, X5 küçəsində yerləşən 20 saylı özbaşına tikilinin əvəzində Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında xx.xx.2020-ci il tarixdə “Söküntüyə düşən daşınmaz əmlakın əvəzinin kompensasiya edilməsi barədə” müqavilə bağlanaraq tikili sonuncudan təhvil alınmış və bir müddətdən sonra, sonuncunun adından geniş səlahiyyətli etibarnamə əsasında çıxış edən, nümayəndə Cavabdeh3 kompensasiyanın məbləğini təşkil edən 76.000 manat məbləğində pul vəsaiti ödənmişdir.

2. İddiaçı həmin vəsaitin yarısının vərəsəlik qaydasında ona verilməli olduğunu bildirərək aşağıdakı tələbi irəli sürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh2, Cavabdeh1 MMC-yə və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, atası X2 məxsus olmuş və Bakı şəhəri, Nərimanov rayonu, X5 küçəsində yerləşən 20 saylı fərdi yaşayış evinin sökülməsi üçün cavabdeh "xxxx" MMC-yə təhvil verilmiş evin əvəzi olaraq Mübariz Perarinin ölümündən sonra MMC tərəfindən mərhumun ikinci arvadı olan Cavabdeh2 ödənilmiş 76.000 manat pul məbləğinin yarısının, yəni 38.000 manat məbləğində pulun cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, X3 onun doğma atasıdır. O, 29 oktyabr 2019-cu il tarixdə vəfat etmişdir. Mərhum atamdan Cavabdeh1 MMC tərəfindən inşa edilən binadan mənzil miras qalmışdır. Mirasın qəbul edilməsi ilə bağlı Bakı şəhəri 21 saylı Notariat ofisinə müraciət etmişdir. Notarius tərəfindən ona verilmiş sənəd əsasında "Cavid-2016” MMC-yə müraciət edən zaman on a bildirilmişdir ki, mərhum atası X2 aid mənzilin dəyəri onun vərəsəsi kimi tanınmış Cavabdeh2 baş etibarnamə əsasında Cavabdeh3 vərəsəsinin adından təqdim etdiyi ərizəyə əsasən 76.000 manat ödənilmişdir

5. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 38.000 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim S.Ədilova) 2(005)-1355/2021 nömrəli iş üzrə 16 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh2 38.000 manat pulun İddiaçı xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

7. Məhkəmə iddia tələbinin Cavabdeh2 38.000 manat pulun tələb edilməsi hissəsində əsaslı olması bar ədə nəticəyə gələrkən qeyd etmişdir ki, 21 saylı Notariat Ofisinin məhkəmə sorğusuna cavabından göründüyü kimi, xx.xx.1961-ci il təvəllüdlü X1 vərəsələri İddiaçı və arvadı Cavabdeh2dır. Bundan başqa miras qalmış pul vəsaitinin miras qoyana məxsus mənzilin sökülməsi nəticəsində verildiyi müəyyən edilmiş, lakin məhkəmə araşdırması nəticəsində həmin mənzilin Cavabdeh2 ilə miras qoyanın birgə nikah dövründə əldə edilməsi və s. kimi hallar müəyyən edilməmişdir, habelə bu hallar cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, mənzilin sökülməsi ilə əlaqədar Cavabdeh1 MMC tərəfindən Cavabdeh2 ödənilmiş pul vəsaitinin yarısı 38000 manat İddiaçı ödənilməlidir.

8. İddia tələbinin Cavabdeh1 MMC-yə münasibətdə təmin edilməməli olması barədə nəticəyə gələrkən məhkəmə hesab etmişdir ki, işin hallarından göründüyü kimi Cavabdeh1 MMC notariusun cavabına əsasən müvafiq hərəkətlər etmişdir. Bu mənada Cavabdeh1 MMC-nin hərəkətlərində hər hansı pozuntu müəyyən edilmir.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133, 1159 və 1162-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14, 77 və 217-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Cavabdeh2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Şikayət onunla əsaslandırılmışdır ki, iddia ərizəsində qeyd edilən və M.Perarin ölümündən sonra miras qalmış yaşayış sahəsi M.Perarin ilə Cavabdeh2 birgə nikahları dövründə əldə edilmişdir. Belə olan halda Cavab deh2 2/3 hissədə, iddiaçının isə 1/3 hissədə vərəsəlik hüquqları var. Belə olan halda MMC tərəfindən Cavabdeh2 ödənilməli olan 76.000 manat məbləğində kompensasiyanın 50.666,66 manat hissəsi Cavabdeh2, qalan 25.333,33 manatı hissəsi isə iddiaçıya aid ola bilərdi. Lakin Cavabdeh2 MMC-dən pul almamışdır. Belə ki, onun tərəfindən Cavabdeh3 adla şəxsə etibarnamə verilmişdir ki, o, həmin məbləği MMCdən alsın. Cavabdeh3 həmin etibarnamə əsasında pulu almış və Cavabdeh2 verməmişdir. Cavabdeh2 bununla bağlı prokurorluğa şikayət etmiş və Cavabdeh3 prokurorluqda verdiyi izahatında pulu Cavabdeh2 vermədiyi etiraf etmiş və söz vermişdir ki, 20.000 manatı iddiaçıya verəcək. Bundan bir müddət sonra Cavabdeh3 ölmüşdür. Göründüyü kimi, hazırki iddiaya cavab verməli şəxs Cavabdeh2 deyil. İddia tələbi Cavab deh3 vərəsələrinə qarşı yönəlməlidir. Bundan başqa, işə baxmış Rayon Məhkəməsi məhkəmə baxışı iclaslarının yeri və vaxtı barədə Cavabdeh2 lazımi qaydada məlumat verməmiş, bununla da onun hüquqlarını pozmuşdur.

12. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – M.A.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Ə.Məhərrəmova və R.M.Həsənov) 2(103)-642/2022 nömrəli iş üzrə 14 yanvar 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiyas məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139, 180, 362, 777, 779, 1151, 1159 və 1162-ci maddələrinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikas ı Qanununun 2-ci maddəsinə və Mülki Prosessual Məcəllənin 14 və 77-ci maddələrinə istinadla belə əsaslandırmışdır ki, şdə olan sənədlərdən və tərəflərin məhkəmələrə verdikləri məlumatlardan işin mübahisəsiz halları kimi müəyyən olunur ki, Bakı şəhəri, Nərimanov rayonu, X5 küçəsində yerləşən 20 saylı tikili özbaşına tikili olmaqla Mübariz Perarinin sahibliyində olmuşdur. İş üzrə iddiaçı, Mübariz Perarinin birinci nikahından doğulmuş övladıdır. Bu nikah pozulduqdan sonra Mübariz Perarin iş üzrə Cavabdeh2 ilə nikaha daxil olmuşdur. Mübariz Perarin xx.xx.2019-cu il tarixdə ölmüşdür. Həmin özbaşına tikilinin yerləşdiyi ərazidə cavabdeh MMC tərəfindən çoxmərtəbəli, çoxmənzilli binanın inşa edilməsi nəzərdə tutulmuşdur. Mübariz Perarinin ölümündən sonra Cavabdeh2 MMC-yə müraciət edərək həmin özba şına tikilini sökülməsi məqsədi ilə MMC-yə təhvil vermək istədiyini bildirmişdir. MMC, Mübariz Perarinin ölməsini nəzərə alaraq mərhumun vərəsələrinin dairəsini müəyyənləşdirmək məqsədi ilə ünvan 1 ünvanlanmış cavab məktubunda qeyd edilmişdir ki, mərhumun bir vərəsəsi var - arvadı Cavabdeh2dir. Bunları nəzərə almış MMC, notariusun cavabına əsasən mərhumun yeganə vərəsəsi hesab etdiyi Cavabdeh2 ilə xx.xx.2020-ci il tarixdə “Söküntüyə düşən daşınmaz əmlakın əvəzinin kompensasiya edilməsi barədə” müqavilə bağlayaraq tikilini sonuncudan təhvil almış və bir müddətdən sonra, sonuncunun adından geniş səlahiyyətli etibarnamə əsasında çıxış edən, nümayəndə Cavabdeh3 kompensasiyanın məbləğini təşkil edən 76.000 manatı ödəmişdir. Bundan sonra isə MMC-yə məlum olmuşdur ki, mərhum Mübariz Perarinin dah a bir vərəsəsi də var, yəni iş üzrə iddiaçı.

14. Apellyasiya məhkəməsi Mülki Məcəlləsinin 180, 139-cu, 1151.1-ci “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddələrinə istinadən qeyd etmişdir ki, sözügedən tikili özbaşına tikili olduğu üçün mərhum Mübariz Perarinin əmlakı sayılmırdı və miras əmlak toplusuna daxil deyildi. Lakin həmin tikilinin tərkib hissələri – tikilinin inşasında istifadə olunmuş tikinti materialları Mübariz Perarinin əmlakı olmuşdur. MMC öz iradə ifadəsindən çıxış edərək, sökülməsi məqsədi ilə həmin tikilini Cavabdeh2 qəbul etmiş və bunun müqabilində 76.000 manat kompensasiya ödəmişdir. İddiaçı hesab edir ki, həmin pul məbləği miras əmlak olaraq mərhumun 2 vərəsəsi, yəni onunla Cavabdeh2 arasında bərabər paylar ilə bölünməlidir. Cavabdeh2 apellyasiya şikayətində iddianın rədd edilməsini xahiş etsə də, şikayətin məzmundan görünür ki, o, iddiaçının miras əmlakın bölgüsü ilə bağlı qaydaya etiraz edir. O bildirir ki, mərhum əri Mübariz Perarin ölümündən sonra miras qalmış tikili onların birgə nikahları dövründə əldə edilmişdir. Belə olan halda onun payı 2/3 hissədə, iddiaçının payı isə 1/3 hissədə müəyyən edilməlidir. İşin mübahisə doğuran bu halının həlli ilə bağlı Məhkəmə bildirir ki, qeyd edilən özbaşına tikilinin Cavabdeh2 ilə mərhum Mübariz Perarinin birgə nikahları dövründə və nikah dövründə qazanılmış birgə vəsait hesabına alınması və ya inşa edilməsi müəyyən edilmir. Cavabdeh2 bu halları təsdiq edə biləcək sübutları Məhkəməyə təqdim etməmişdir. Lakin işin mübahisəsiz halı kimi müəyyən edilir ki, tikilinin inş ası üçün istifadə edilmiş tikinti materialları Mübariz Perarinin mülkiyyətində olmuşdur.

15. Məhkəmənin qənaətinə görə, nəzərə alınsa ki, Cavabdeh2 və iddiaçı mərhum Mübariz Perarinin birinci növbə vərəsələri sayılırlar onda qəbul edilməlidir ki, MMC tərəfindən kompensasiya kimi ödənilmiş 76.000 manat məbləğində pul onların arasında bərabər hissələr ilə bölünməlidir.

16. İşin hallarından daha sonra müəyyən edilir ki, cavabdeh MMC ilə Cavabdeh2 arasında bağlanmış müqaviləyə əsasən ödənilməli olan 76.000 manat məbləğində kompensasiya Cavabdeh2 verdiyi geniş səlahiyyətli etibarnamə əsasında çıxış edən Cavabdeh3 tərəfindən alınmışdır. Başqa sözlə Cavabdeh3 Cavabdeh2 ona verdiyi tapşırığı yerinə yetirmişdir. Cavabdeh2 apellyasiya şikayətində göstərir ki, o, MMC-dən pul almamışdır. Belə ki, onun tərəfindən Cavabdeh3 geniş səlahiyyətli etibarnamə verilmişdir ki, Cavabdeh3 həmin məbləği MMC-dən alsın. Lakin Cavabdeh3 həmin etibarnamə əsasında pulu alsa da, ona verməmişdir. Bir müddət sonra Cavabdeh3 ölmüşdür. Göründüyü kimi, o, hazırki iddiaya cavab verməli şəxs deyil. İddia tələbi Cavabdeh3 vərəsələrinə qarşı yönəlməlidir.

17. Bununla bağlı Məhkəmə Mülki Məcəllənin 362.1, 777 və 779-cu maddələrinə istinad edərək bildirmişdir ki, Cavabdeh3 qeyd edilən pul məbləğini MMC-dən Cavabdeh2 səlahiyyətli nümayəndəsi olaraq və sonuncunun ona verdiyi tapşırıq əsasında qəbul etmişdir. Bundan sonra isə əgər o, həmin pul məbləğini Cavabdeh2 verməyərək ona ziyan vurmuşdursa, ondan Cavabdeh2 artıq ölmüş Cavabdeh3 vərəsələrinə qarşı özü iddia qaldırmalıdır.

18. Göstərilənlərə əsasən qəbul edilməlid ir ki, 76.000 manat məbləğində kompensasiya məbləği MMC-dən nümayəndə vasitəsi ilə alınsa da, pul Cavabdeh2 ödənilmişdir. Lakin yuxarıda artıq qeyd edildiyi kimi, həmin pul məbləğinin yarısı, yəni 38.000 manat iddiaçıya çatmalı idi. Cavabdeh2 iddiaçıya çatmalı olan məbləği MMC-dən almaqla iddiaçıya münasibətdə əsassız olaraq varlanmışdır.

19. Mülki Məcəllənin 1092.1-ci maddəsinə görə, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Odur ki, Cavabdeh2 iddiaçıya çatası 38.000 manat məbləğində pulu iddiaçıya ödəməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

20. Qətnamədən Cavabdeh2 kassasiya şikayəti verərək qətnamənin ləğv edilib iddia tələbini təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

21. Şika yət onunla əsaslandırılmışdır ki, Şikayət onunla əsaslandırılmışdır ki, məhkəməyə lazımi bütün sənədlər təqdim edilmiş, hətta Bakı Səhəri Xəzər Rayon Prokurorluğu tərəfindən qəbul edilmiş “material üzrə cinayət təqibinin hissəvi rədd edilməsi və materialın aidiyyəti üzrə göndərilməsi barədə” C-501/20 saylı, xx.xx.2020-ci il tarixli qərardan görünür ki, MMC ilə Cavabdeh2 arasında bağlanmış müqaviləyə əsasən ödənilməli olan 76.000 manat məbləğində kompensasiya geniş səlahiyyətli etibarnamə əsasında çıxış edən Cavabdeh3 ödənilmişdir. Həmin sənədlər də məhkəməyə təqdim edilsə də, qətnamədə həmin sənədlərə və məhkəmədə onun dediklərinə qiymət verilməmişdir. Məhkəməyə təqdim edilmiş bütün sübutlarla, həmçinin Cavabdeh3 prokurorluğa verdiyi izahatı ilə tam təsdiq olunur ki, o, 76.000 manatdan 1 6.000 manatı maklerə vermiş, 20.000 manat pulu isə ehtiyacları üçün xərcləmişdir. Bundan başqa MMC vərəsələrə pulu ödəyərkən cavabdehin mərhum yoldaşının birinci nikahından olan qızının notariusda vərəsəliyi tanınmamışdır. xx.xx.2021-ci il tarixdə verilmiş “Ölüm haqqında şəhadətnamədən” görünür ki, Cavabdeh3 xx.xx.2021-ci il tarixdə ölmüşdür. Bu səbəbdən də, İddiaçı iddia tələbini Cavabdeh3 vərəsələrindən tələb etməlidir. Çünkü Cavabdeh3 etibardan sui-istifadə edərək ona çatası 38.000 manat pulu mənimsəmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

23. Maddə 180.1 Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsa lma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

24. Maddə 180.2 Özbaşına tikintiyə hər hansı əmlak hüquqlarının əldə edilməsi qeyrimümkündür

25. Maddə 1133.1 Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

26. Maddə 1133.2 Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

27. Maddə 1151.1 Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

28. Maddə 1159.1.1 Biri nci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar.

29. Maddə 1162 Sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir.

30. Maddə 1091.1 Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.

31. Maddə 1092.1 Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarma lıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

32. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

35. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 3

6. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

37. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

38. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmi ş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən hissədə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, həmin hissədə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

40. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki s übutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Eyni zamanda kassatorun kassasiya şikayətində əks olunmuş dəlillərinə apellyasiya məhkəməsi tərəfindən lazımi hüquqi qiymət verilmişdir. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

42. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə a laraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

43. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-642/2022 nömrəli iş üzrə 14 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar