Məhkəmə qərarları › İş №2(102)-3523/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3523/2023

15.11.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3523/2023 15.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Bakı şəhəri N saylı Notariat Ofisi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin DƏDKR X10 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3523/2023 (Açar sözlər:vərəsəlik şəhadətnamələrinin etibarsız hesab edilməsi, vərəsələrin payının müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi hakim), Şamayev Elşad Yaquboviç, Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Baki şəhəri N sayli Notariat ofisi, Azəraycan Respublikasının İqtisadiyya t Nazirliyi Yaninda ƏMDX-nin DƏDKR X10 saylı Bakı Ərazi İdarəsinə qarşı “vərəsəlik hüququnun müəyyən olunması, qanuni və vəsiyyətnamə üzrə vərəsəlik şəhadətnamələrinin, eləcə də sazişin və bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, mülkiyyət hüquqlarına dair dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi və vərəsələrin payının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 may 2023-cü il tarixli, 2(103)3297/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə 15 noyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı ilə Cavabdeh1 bacı-qardaşdırlar. Onların ataları X2 x x.xx.2010-cu ildə tarixdə, anaları X7 isə xx.xx.2015-ci ildə tarixdə ölmüşdür. ünvan 1 ataları Bəyməmməd Səfərovun mülkiyyətində olmuş və evi oğlu Cavabdeh1 vəsiyyət etmişdir. 2. xx.xx.2011-ci il tarixli “Mülkiyyət hüququ haqqında şəhadətnamə” ilə ünvan 1 ünvanında yerləşən istifadədə olan 0,1051 ha torpaq sahəsində yerləşən 9 otaqlı fərdi yaşayış evinin ½ hissəsinə Gülvart Səfərovanın hüquqları müəyyən edilmişdir.

3. X1 tərtib etdiyi və Bakı şəhəri 24 saylı DNK tərəfindən təsdiq olunmuş xx.xx.2006-cı il tarixli vəsiyyətnaməyə əsasən, xx.xx.2011-ci il tarixli “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” ilə Cavabdeh1 miras əmlakdan 3/8 hissədə irs almışdır.

4. X5 miras əmlakın 1/8 hissəsinə dair xx.xx.2011-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” verilm işdir. 5. xx.xx.2011-ci il tarixli Sazişə əsasən X7 “mülkiyyət hüququ haqqında” və “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamələrə əsasən miras qalmış fərdi yaşayış evindən ona düşən ümumilikdə 5/8 hissədə payını oğlu Cavabdeh1 vermişdir. Cavabdeh1 isə 5/8 hissə miras paya görə X5 2000 manat kompensasiya ödəməyi öhdəsinə götürmüşdür.

6. Cavabdeh1 xx.xx.2011-ci il tarixdə tam mülkiyyət hüququ üzrə evin adına qeydiyyatdan keçirilməsi barədə Çıxarış almışdır. 7. xx.xx.2015-ci il tarixli “Daşınmaz əmlakın bağışlanması” müqaviləsinə əsasən Cavabdeh1 “B” tikilisini (135,5 kv.m, 4 otaq) bacısı X3 bağışlamışdır. Bu müqavilə bağlanarkən digər şəxslərlə bərabər hazırki iş üzrə iddiaçı və onun oğlu Nümayəndə da razılıq ərizəsi vermişlər.

8. İqtisadiyyat Nazirliyi Yaninda ƏMDX-nin DƏDKR X10 1 s aylı Bakı ərazi idarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, ünvan 2 ünvanında, istifadədə olan 0.02722 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 308.3 kv.m olan fərdi yaşayış evi Bakı şəhəri 40 saylı notariat kontoru tərəfindən verilmiş: 2-V-213 reyestr nömrəli xx.xx.2011-ci il tarixli “Ər-arvadın ümumi əmlakdakı paya sağ qalmış ərə (arvada) verilən mülkiyyət hüququ haqqında şəhadətnamə”, 2-V214 reyestr nömrəli xx.xx.2011-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”, 2-V-215 reyestr nömrəli xx.xx.2011-ci il tarixli “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” və 3M-1-56 reyestr nömrəli xx.xx.2011-ci il tarixli sazişə əsasən, tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına ********** qeydiyyat nömrəli, xx.xx.2011-ci il tarixli çıxarış ilə qeydiyyat a alınmışdır. Bakı şəhəri 16 saylı Notariat kontorunun 4ə-182 reyestr nömrəli xx.xx.2015-ci il tarixli “Daşınmaz əmlakın bağışlanması” müqaviləsinə əsasən sözügedən ünvanın 135,5 kv.m, 4 otaqdan ibarət hissəsi digər fiziki şəxsin adına özgəninkiləşdirilmiş və həmin müqavilə əsasında Cavabdeh1 oğlnunun adı ilə bağlı ümumi sahəsi 172,8 kv.m təşkil edən, istifadədə olan torpaq sahəsinin ölçüsü 0.01675 ha olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Abbasqulubəy Şadliniski küçəsi, 31 saylı fərdi yaşayış evinə dair ********** qeydiyyat nömrəli xx.xx.2015-ci il tarixli çıxarış tərtib olunmuşdur. Sonradan qeyd olunan fərdi yaşayış evinin torpaq sahəsinin özəlləşdirilməsi ilə bağlı vətəndaşın xx.xx.2016-cı il tarixli müraciəti ilə ********** qeydiyyat nömrəli xx.xx.2015-ci il tarixli çıx arış Suraxanı rayon İcra Hakimiyyətinin xx.xx.1996-cı il tarixli 22 nömrəli sərancamına əsasən mülkiyyətdə olan torpaq sahəsinin ölçüsü 0.0747 ha təşkil edən, ümumi sahəsi 172,8 kv.m olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair ********** qeydiyyat nömrəli xx.xx.2016-cı il tarixli çıxarış hazırlanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 3 ünvanında 0.02722 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 308.3 kv.m olan fərdi yaşayış evinə dair 2-V-213 reyestr nömrəli, xx.xx.2011-ci il tarixli “Ər-arvadın ümumi əmlakdakı paya sağ qalmış ərə (arvada) verilən mülkiyyət hüququ haqqında şəhadətnamə“nin, 2-V214 reyestr nömrəli, xx.xx.2011-ci il tarixli “Qanun üz rə vərəsəlik hüququ haqqında şəhadətnamə“nin, 2-V-215 reyestr nömrəli xx.xx.2011-ci il tarixli “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin, eləcə də 3-M-1-56 reyestr nömrəli xx.xx.2011-ci il tarixli sazişin və Bakı şəhəri 16 saylı notariat kontorunun 4ə-182 reyestr nömrəli xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibasız hesab edilməsi, cavabdehin adına ********** qeydiyyat nömrəli, xx.xx.2011-ci il tarixli çıxarışın və ********** qeydiyyat nömrəli xx.xx.2016-cı il tarixli çıxarışın ləğv edilməsi və vərəsələrin payının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, 1969-cu ildə Bakı şəhərində anadan olmuşdur. Hal-hazırda qeydiyyatda olduğu ünvan 4 ünvanında böyüyüb boyabaşa çat mışdır. Ailə qurduqdan sonra da həmin ünvanda 2012-ci ilin dekabr ayınadək həyat yoldaşı X4 1-ci Qarabağ müharibəsi veteranı kimi ev verilənə qədər daimi yaşamışdır. 2012-ci ilin dekabr ayından sonra isə həmin ünvanda yaşadığı evdə şərait yaxşı olmadığı üçün hər iki evdə yaşamalı olmuşdur. xx.xx.2010-cu ildə atası X2, xx.xx.2016-cı ildə isə anası X7 rəhmətə getmişdir. O, vərəsəlik haqqında şəhadətnamə almaq istədiyini bildirdikdə isə hər dəfə ona hər kəs öz payını alacaq deyib söhbətin uzanmasına yol verməmişdir. Ailə olaraq hamısı vərəsəliyi faktiki olaraq qəbul etməsinə baxmayaraq, vərəsələrin dairəsi müəyyən edilən zaman o, nə vərəsə kimi notariat kontoruna çağrılmış, nə də onun payı müəyyən edilərək açıq saxlanılmışdır. Qardaşı Cavabdeh1 onlara miras əmlakda yaşamağa sahə versə də, ona miras əmlakdan çatacaq paya dair vərəsəlik şəhadətnaməsi verilməsini istəməmiş və vərəsəlik işi açılanda onun vərəsə olması haqqında məlumat verməmiş, işin saxtalaşdırılmış sənədlər əsasında həyata keçirilməsini təmin etmişdir.

11. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 01 fevral 2023-cü il tarixli 2(010)-397/2023 nömrəli qətnaməsi ilə (hakim Tural Məmmədov) iddia təmin edilməmişdir.

12. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur k, iddiaçı tərəfindən qeyd edilən halların təsdiqi olaraq hər hansı sübut məhkəməyə təqdim edilməmiş, yalnız müvafiq icra hakimiyyəti orqanın və notariat orqanının əmlakın hüquqi vəziyyətini əks etdirən cavab məktubları məhkəməyə təqdim edilmişdir. Hazırkı işdə iddiaçı onun da miras payının olduğu əmlakla bağlı hüquqmü əyyənedici sənədlərin düzgün tərtib edilmədiyini, ona görə də, həmin əqdlərin etibarsız hesab edilməsini və əmlakla bağlı hüquqmüəyyənedici sənədlərin yenidən tərtib edilməsini xahiş etsə də, mübahisələndirdiyi əqdləri məhkəməyə təqdim etməmiş, eləcə də tələbini mötəbər sübutlarla əsaslandırmamışdır.

13. Məhkəmə gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 78.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

14. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayətini dəlilləri iddianın dəlilləri ilə eynilik təşkil etmiş, əlavə olaraq göstərilmişdir ki, məhkəmə iddianı təmin olunması üçün əlavə sü butlar təqdim edilməsini təklif etməmişdir.Bundan əlavə, qarşı tərəfdən iddanı inkar edən hər-hansı bir etiraz daxil olmamışdır.

16. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 23 may 2023-cü il tarixli, 2(103)-3297/2023 nömrəli qətnaməsi ilə (hakimlər: V.N.Sadıqov (sədrlik edən və məruzəçi), A.Ə.İsgəndərov və M.Ə.Rüstəmli) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməsi, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-397/2023 nömrəli iş üzrə 01 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir.

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsnin qə tnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.

18. Belə ki, iddiaçı tərəf qardaşı Cavabdeh1 onu aldatdığını, ona çatası payı verəcəyi barədə vəd verməsinə istinad edir. İddiaçının bu dəlili əsaslı hesab edilsə belə, göründüyü kimi 2015-ci il tarixdə bağışlama müqaviləsinə əsasən Cavabdeh1 tərəfindən mübahisəli əmlakın bir hissəsi olan “B” tikilisi bacıları X3 bağışlanmışdır. Bu müqavilə bağlanarkən digər şəxslərlə bərabər hazırki iş üzrə iddiaçı və onun oğlu Nümayəndə da razılıq ərizəsi vermişlər. Belə olan halda aşkardır ki, hətta bu halda iddiaçı 2015-ci ildə əmlakın Cavabdeh1 tam mülkiyyətində olması barədə məlumatlı olmuşdur.

19. Beləliklə müəyyən olunmuşdur ki, miras evə vəsiyyətnamə olduğundan onun barəsində qanun üzrə vərəsəlik hüququ yaranmamışdır, yəni iddiaçı, mirası faktiki qəbu l edib-etməməsindən asılı olmayaraq, qanun üzrə pay hüququna malik olan şəxs olmamışdır. Ona görə də onun həmin əsasla, eləcə də miras əmlak barəsində vərəsəlik işi açılarkən digər vərəsələrin notariusdan gizlədilməsi əsası ilə hazırki tələbləri irəli sürmək üçün subyektiv hüququ yoxdur. Həmçinin evin cavabdehə vəsiyyət edilməsi də mübahisələndirilməmişdir.

20. Mübahisəli əmlak vəsiyyətnamə ilə Cavabdeh1 vəsiyyət edildiyi üçün iddiaçı miras əmlakdan məcburi pay almaq hüququna malik olmuşdur, buna görə də o, yalnız məcburi pay tələb edə bilər, həmin tələbin əsaslı olub-olmaması isə hazırki işin predmetinə aid deyil.

21. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133,1146,1193,1194,1202.2,1246-ci və Mülki Prossesual Məcəlləsinin 14.2, 77.1, 88, 384.0.1,385.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

22. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək və işin yenidən apellyasiya baxışına göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

23. İddiaçı kassasiya şikayətini apellyasiya şikayətinin dəlillərinə uyğun və oxşar məzmunda əsaslandırmış, Mülki Məcəlləsinin 182.1, 340.2, 1133, 1146, 1193, 1194, 1202.2, 1246,1289-cu və Mülki Prosessual Məcəllənin 14.1.-ci maddələrinə istinad etmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri

25. Kassasiya instansiyası məhkəməsi işin faktiki ha llarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər.

26. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi

27. Maddə 1133. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

28. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.

29. Maddə 1193. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir.

30. Maddə 1194. Məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər.

31. Maddə 1202.2. Məcburi payın qəbul edilməsi və ya ondan imtina olunması mirasın qəbul edilməsi və ya ondan imtina olunması üçün müəyyənləşdirilmiş vaxt ərzində həyata keçirilməlidir.

32. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin

33. Mad də 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə

88. İsə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

37. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

39. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəb ul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

41. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.

42. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

43. MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi iddiaçının şikayətinin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

44. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxla nılmalıdır.

45. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 may 2023-cü il tarixli, 2(103)3297/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar