Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3524/2020 20.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi hakim), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi ilə, İddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Cavabdeh qarşı “orderin etibarsız hesab edilməsi ” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2(103)-1531/2020 nömrəli qətnaməsindən iddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departament inin kassasiya şikayəti üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti “Üfüq” İstehsalat Birliyi “xxxxxxxxxxxxxxx” Zavodu MMC-ni üçüncü şəxs qismində göstərməklə, Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 4 saylı yataqxana binasının 37 saylı mənzilinə dair Cavabdeh qanunsuz olaraq əldə etdiyi xx.xx.2001-ci il tarixli, 084 saylı orderin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5775/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Bakı “xxxxxxxxxxxxxxx” İB tərəfindən Bakı şəhəri, Xətai rayonu, Cavanşir 4 ünvanında yerləşən yataqxanada, 1-ci giriş, 2-ci mərtəbə, 1 otaqlı, 18 kv.mertrlik, 37 nömrəli mənzilə dair Cavabdeh verilmiş xx.xx.2001-cı il tarixli orderin etibarsız hesab edilməsi qət edilmişdir. (hakim Əminə Abbasova) Cavabdehin apelyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 1531/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə təmin edilərək, Xətai Rayon Məhkəməsinin 2(011)-5775/2019 saylı iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv, iddia tələbi rədd edilmişdir. (hakimlər İsmayıl Xəlilov (sədrlik edən və məruzəçi) Xəyalə Cəmilova, İlham Kərimli) İddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin vəkili Vəkil kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxı lması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi qətnaməni maddi və prosessual hüquq normalarını pozmaqla qəbul etmişdir. Apelyasiya instansiyası məhkəməsi Bakı “xxxxxxxxxxxxxxx” İstehsalat Birliyinin işə cavabdeh qismində cəlb edilməsinə istinad etmişdir. Halbuki belə təşkilat mövcud deyil. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli 462 nömrəli Fərmanına və Müdafiə Sənayesi Nazirliyinin xx.xx.2006-cı il tarixli 3 nömrəli əmrinə əsasən Bakı “xxxxxxxxxxxxxxx” İstehsalat Birliyi “Mühəndis Texnikası” İstehsalat Birliyinin “xxxxxxxxxxxxxxx” zavodu adlandırılmışdır. Bundan sonra Müdafiə Sənayesi Nazirliyini n xx.xx.2008-ci il tarixli 14 nömrəli əmrinə “Mühəndis Texnikası” İstehsalat Birliyi sözləri dəyişdirilərək “Cihaz” istehsalat Birliyi ilə əvəz edimişdir. Müdafiə Sənayesi Nazirliyinin xx.xx.2009cu il tarixli 60nömrəli əmrinə “xxxxxxxxxxxxxxx” zavodu “Cihaz” istehsalat Birliyinin tərkibindən çıxarılaraq, “Üfüq” İstehsalat Birliyinin tabeliyinə verilmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, iş üzrə tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən qeyd edilən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İŞİN HALLARİ İddia tələbi belə əsaslandırılıb ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli, 131s nömrəli sərəncamına əsasən Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2013-cü il tarixli, 294 saylı sərəncamı ilə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin “xxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin balansında olan sosialmədəni və məişət-kommunal təyinatlı obyektlər, o cümlədən Xətai rayonu, Cavanşir küçəsi, 4 saylı ünvanda yerləşən yataqxana binası balansa qəbul edilmişdir. Göstərilən bina balansa qəbul edilərkən məcburi köçkünlərin məskunlaşdığı yaşayış sahələrinə ayrıayrı şəxslərin adına orderlərin verilməsinə dair heç bir sənəd təhvil verilməmişdir. Qeyd edilən yataqxana binası 1968-ci ildə inşa edilmiş, daş karkas konstruksiyadan, beş mərtəbədən, iki girişdən ibarətdir. Yataqxana binası balansa qəbul edilənədək əvvəllər məxsus olduğu Müdafiə Sənayesi Nazirliyinin müvafi q qurumlarında çalışan işçilər və məcburi köçkün ailələri orada məskunlaşmışdır. Azərbaycan Respublikası Prezidentinin “Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” xx.xx.2011-ci il tarixli, 1346 nömrəli sərəncamı ilə təsdiq edilmiş müvafiq Dövlət Proqramına Əlavələrdə nəzərdə tutulmuş tədbirlər çərçivəsində qeyd edilən yataqxanada müvəqqəti məskunlaşmış 63 məcburi köçkün ailəsindən 57 ailə aidiyyəti dövlət qurumları tərəfindən yeni mənzillərə köçürülmüş, 6 ailə isə müxtəlif səbəblərdən köçmədiklərinə görə faktiki olaraq həmin ünvanda yaşayırlar. Cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinə müraciət edərək Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 4 saylı yataqxana binasının 37 saylı otağına adına kiray ə müqaviləsi bağlanmasını xahiş etmişdir. Aparılan araşdırmalar zamanı əldə edilmiş sənədlərdən müəyyən edilmişdir ki, Bakı səhəri, Xətai rayonu, Cavanşir küçəsi, 4 saylı yataqxana binasının 37 saylı otağında 1993-cü ildən Ağdam rayonundan məcburi köçkün kimi X1, arvadı X2, oğlu Elvin Qasımov və qızı Samirə Qasımova məskunlaşmış, həmin məcburi köçkün ailəsi Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin müvafiq qurumları tərəfindən 2018-ci ilin iyul ayında məcburi köçkünlər üçün salınmış şəhərciyə köçürülmüşdür. Bundan istifadə edən Cavabdeh 37 saylı otağı əldə etmək məqsədilə qapısını bağlamışdır. Qanunsuz hərəkətini onunla əsaslandırmışdır ki, məcburi köçkün ailəsi yaşadığı halda “Üfüq” İstehsalat Birliyi “xxxxxxxxxxxxxxx” İstehsalat Zavodunun xx.xx.2001-ci il tarixli, 084 saylı müvəqqəti yaşamaq üçün verilmiş yataqxana orderi ilə faktiki olaraq məcburi köçkün yaşadığı boş olmayan 37 saylı otaq onun istifadəsinə verilmişdir. Hazırda Cavabdeh Mingəçevir şəhəri, Əkinçi küçəsi, 12 saylı evdə qeydiyyatda olmaqla yaşayır. Qeyd edilən order “xxxxxxxxxxxxxxx” İstehsalat Birliyinin müdriyyəti tərəfindən möhürlə təsdiq edilməmiş, həmçinin mənzil sahəsinin verilməsi barədə adı çəkilən təşkilatın müdiriyyəti və həmkarlar komitəsinin birgə qərarı olmamışdır. İddiaçı Cavabdeh, “Üfüq” İstehsalat Birliyi “xxxxxxxxxxxxxxx” Zavodu MMC-ni və Xətai rayon Polis Udarəsini maraqlı şəxslər kimi göstərmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəf indən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin kassasiya şikayətitəmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qətnamədən görünür ki, apelyasiya instansiyası məhkəməsi mübahisələndirilən orderin “xxxxxxxxxxxxxxx Zavodu” tərəfindən verilməsini, onun rəhbəri tərəfindən imzalanmasını, möhürlənməsini, buna baxmayaraq iddiaçı təşkilatın cavabdeh qismində yalnız Cavabdeh göstərsə də, orderi verən hüquqi şəxsin baxılan iş üzrə yalnız maraqlı (üçüncü) şəxs kimi işə cəlb edilməsini, iddiaya cavab verməli olan şəxsin “xxxxxxxxxxxxxxx” Zav odu olduğu halda, Zavodun cavabdeh qoyulmamasına baxmayaraq, birinci instansiya məhkəməsinin işə mahiyyəti üzrə baxıb iddianı təmin etməklə səhv nəticəyə gəlməsini müəyyən edib, qətnaməni ləğv, iddianı rədd etmiş, gəldiyi nəticəni də Mülki Prosessual Məcəllənin 54.1 və 54.2-ci maddələri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv və iddianı rədd etməklə işin müəyyən etdiyi hallarına uyğun olaraq prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. İddia tələbindən görünür ki, iddiaçı təşkilat Cavabdeh adına verilmiş xx.xx.2001-ci il tarixli, 084 saylı orderin etibarsız hesab edilməsini xahiş etmiş, cavabdeh kimi də yalnız Cavabdeh qoymuşdur. Apelyasiya məhkəməsi də işin mübahisəsiz halı kimi müə yyən etmişdir ki, xx.xx.2001-ci il tarixli, 084 saylı order “xxxxxxxxxxxxxxx Zavodu” tərəfindən verilmiş, orderi zavodun rəhbəri imzalamış və möhürləmişdir. İddiaçı “xxxxxxxxxxxxxxx Zavodu” tərəfindən verilmiş xx.xx.2001-ci il tarixli, 084 saylı orderin etibarsız hesab edilməsini xahiş etsə də, həmin zavodu cavabdeh qismində göstərməmişdir. Həmçinin baxılan iş üzrə iddiaçı tərəfindən cavabdehin əsl cavabdehlə əvəz olunması və ya yeni cavabdehin cəlb edilməsi barədə ərizə verilməmiş, bu məsələ müzakirə predmeti olmamışdır. Mülki Prosessual Məcəllənin 50.3-cü maddəsinə görə iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Mülki Prosessual Məcəllənin 54.1-ci maddəsinə görə iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəx sə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Mülki Prosessual Məcəllənin 54.2-ci maddəsinə görə isə iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Apelyasiya məhkəməsi mülki prosessual qanunvericiliyin qeyd edilən normalarına istinadən cavabdehin əsl cavabdehlə əvəz edilməsi və ya əlavə cavabdehin cəlb edilməsinin birinci instansiya məhkəməsinin qətnaməsinin qəbul edilənədək mümkün olması, apelyasiya icraatı çərçivəsində həmin məsələnin müzakirə və həllinin mümkün olmaması, əks halda, işə yeni qoşulan cavabdehin bir sıra mühüm prosessual hüquqlardan, o cümlədən üçpilləli məhkəmə müdafiəsi hüququndan məhrum edilməsi nət icəsinə gəlmişdir. Məhkəmə kollegiyası apelyasiya instansiyasının gəldiyi nəticəni və bununla bağlı dəyərləndirməni qeyd edilən prosessual hüquq normalarının tələbi baxımından əsaslı hesab edir. Məhkəmə kollegiyası da öz növbəsində qeyd edir ki, iddia tələbi üzrə işdə iştirak edən şəxslərin prosessual vəziyyətinin düzgün müəyyən edilməsi qanuni nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda işdə iştirak edən şəxslərin prosessual vəziyyətinin düzgün müəyyən edilməsi həmin şəxslərin prosessual hüquq və vəzifələrinə də təsir göstərir ki, bu da ədalət mühakiməsinin qanun və bərabərlik prinsipləri əsasında aparılmasına təminat verir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilini – Bakı “xxxxxxxxxxxxxxx” İstehsalat Birliyi adında hüquq şəxsin mövcud olmaması, bu səbəbdən ape lyasiya instansiyasının səhv nəticəyə gəlməsi – əsaslı saymır. Belə ki, qətnamənin ləğv edilmə əsası kimi apelyasiya instansiyası mövcud olmayan hüquqi şəxsin işə cavabdeh kimi cəlb edilməməsinə yox, hazırda mövcud olan hüquqi şəxsin işə cavabdeh qismində cəlb edilməməsinə, başqa sözlə iddianın yönəlməli olan şəxsin iddia ərizəsində maraqlı şəxs kimi göstərilməsinə istinad etmişdir. Hazırki işdə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 418-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Mülki Prosessual Məcəllənin 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Beləliklə, mə hkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının kassasiya şikayətitəmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçı Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)1531/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3524/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3524/2020
20.07.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver