Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3525/2020 29.07.2020 ALİ MƏHKƏMƏ AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı, vəkili X3, Cavabdeh «xxxx» MTK-nın vəkili X4 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, xnömrəli qətnaməsindən cavabdeh «xxxx» MTK tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «xxxx» MTK-nə qarşı iddia qaldıraraq, xx.xx.2013-cü il tarixli müqavilədən əmələ gələn borcun əsassız hesab edilməsi, onun 230.000 manat ödəniş etməsini təsdiq edən maliyyə arayışının ona qaytarılması və ünvan 1, 111 saylı mənzilə istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddia ərizəsinə əlavəni məhkəməyə təqdim edərək, cavabdeh «xxxx» MTK-nın üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi, onun mülkiyyətini təsdiq edən sənədin, yəni çıxarışın alınması üçün lazım olan sənədlərin (protokoldan çıxarış, mənzilin sxemi, Forma 2, və s.) müvafiq Dövlət Orqanına verilməsi vəzifəsinin qoyulması, həmçinin onunla «xxxx» MTK arasında bağlanan 2-ci müqavilənin, hansı ki, orada mənzilin sahəsi 255. kv.m göstərilmişdir, o, müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbini həcmini artıraraq «xxxx» MTK-nə ödənilmiş 25.240 manat pul vəsa itinin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. «xxxx» MTK İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xinşa edilmiş binanın 2-ci girişi, 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 255 kv.m olan 111 saylı, 5 otaqlı mənzilin qalmış 25,27 kv.m sahəsi üçün ödənilməyən 25.270 manat borcun cavabdeh İddiaçı «xxxx» MTK-nın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim R.Quliyev) xx xxxxxxx 2019-cu il tarixli, X nömrəli qətnaməsi ilə ilkin və qarşılıqlı iddialar rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-İ.Xəlilov (sərlik edən və məruzəçi), X.Cəmilova və İ.Kərimli) xx xxxxxx 2020-ci il tarixli, 2(103)-1363/20 nömrəli qətnaməsi ilə iddia çının apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilməsi, ilk iddianın qismən təmin edilməsi, ünvan 1 ünvanında inşa edilmiş binanın 2-ci giriş, 13-cü mərtəbəsində, ümumi sahəsi 255 kv.m, yaşayış sahəsi 134,92 kv.m olan 5 otaqlı, 111 saylı mənzilə dair «xxxx» MTK ilə İddiaçı arasında imzalanmış xx.xx.2013-cü il (saxta tarixli) tarixli, 111 nömrəli müqavilə (arxa tarixə sonradan bağlanılmış) etibarsız hesab edilməsi, 25.240 (iyirmi beş min iki yüz qırx) manat məbləğində pul cavabdeh «xxxx» MTK-dan tutularaq iddiaçıya ödənilməsi, qarşılıqlı iddianın rədd edilməsi, məhkəmə xərclərinin cavabdehə aid edilməsi qət edilmişdir. Cavabdeh «xxxx» MTK Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il t arixli qətnaməsindən kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin həddi, dəlilləri və ona etiraz: Kassator həmin qətnamənin ləğv, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol vermişdir. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Prosessual məsələlər və işdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı və vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayətinə etiraz edərək onun təmin olu nmamasını və apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişdir. xx.xx.2013-cü il tarixli, 111 nömrəli müqaviləyə əsasən, «xxxx» MTK ünvan 1 ünvanında yaşayış binasını payçıların vəsaiti hesabına inşa etməyi, həmin binanın 2-ci giriş, 13-cü mərtəbəsində, ümumi sahəsi 229,73 kv.m, yaşayış sahəsi 135,92 kv.m olan 5 otaqlı, 111 saylı mənzili inşa edərək payçı İddiaçı təhvil verməyi, İddiaçı «payçı» isə mənzilin dəyəri 230.000 manatı «xxxx» MTK-nə ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə üzrə iddiaçının borcunun olmamasına dair maliyyə arayışı verilmişdir. Daha sonra 2018-ci ildə İddiaçı sözügedən mənzilə dair çıxarış almaq üçün lazım olan sənədlərin verilməsini cavabdehdən tələb etmişdir. Cavabdeh mənzilin həqiqi sahəsinin 255 kv.m. olması və iddiaçı tərəfindən yalnız 229,73 kv.m. sahənin ödənildiyini əsas götürərək əlavə pul tələb etməyə başlamışdır. 2018-ci ildə cavabdeh 2013-cü ildə bağlanmış müqaviləyə uyğun bir müqavilə tərtib etmiş, mənzilin sahəsinin 255 kv.m göstərməklə iddiaçının qalıq borcunun 25.270 manat təşkil etdiyi göstərilmişdir. Müqavilə 2018-ci ildə bağlansa da, tarixi 2013-cü ildə bağlandığı qeyd edilmişdir. Bununla əlaqədar iddiaçı sonuncu müqavilənin etibarsızlığını, mənzilin rəsmi qeydiyyata alınma sı üçün zəruri olan sənədlərin verilməsi vəzifəsinin «xxxx» MTK-nın üzərinə qoyulmasını xahiş etmişdir. Eyni zamanda cavabdeh «xxxx» MTK qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, 25.270 manatın ödənilməsini iddiaçıdan tələb etmişdir. Məhkəmə gedişatı zamanı iddiaçı X5 ilə həmin mənzilin alqı-satqısına dair razılaşmış, xx.xx.2019-cu il tarixli ərizəsi ilə MTK-ya müraciət edərək, həmin mənzilin pay hüquqlarının X1 adına rəsmləşdirilməsini xahiş etmişdir. Mənzilə pay hüququnun X2 verilməsindən əvvəl iddiaçı 255 kv.m. sahəyə görə tələb olunan əlavə 25.270 manatı ödəmiş, bununla bağlı xx.xx.2019-cu il tarixli maliyyə arayışı verilmişdir. Həmin maliyyə arayışından görünür ki, ünvan 1 ünvanında yaşayış binasının payçıların vəsaiti hesabına inşa etməyi, həmin binanın 2-ci giriş, 13-cü mərtəbəs ində, ümumi sahəsi 255 kv.m olan 111 saylı mənzilin pay dəyəri İddiaçı tərəfindən tam ödənilmişdir. Daha sonra «xxxx» MTK ilə X5 arasında xx.xx.2019-cu il tarixli, 111 nömrəli müqavilə imzalanmış, həmin müqavilədən görünür ki, «xxxx» MTK ünvan 1 ünvanında yaşayış binasını payçıların vəsaiti hesabına inşa etməyi, həmin binanın 2-ci giriş, 13-cü mərtəbəsində, ümumi sahəsi 255 kv.m, yaşayış sahəsi 134,92 kv.m olan 5 otaqlı, 111 saylı mənzili inşa edərək payçı X2 təhvil verməyi, X5 isə mənzilin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. X5 mübahisəli mənzilin faktiki sahibi olmaqla hazırda həmin mənzil onun istifadəsindədir. Apelyasiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, birinci instansiyası məhkəməsi İddiaçı ilə cavabdeh «xxxx» MTK arasında bağlanmış sonuncu müqavilənin etibarsız olmasını v ə cavabdeh «xxxx» MTK-nın əsassız varlanmış olduğunu nəzərə almamışdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İddiaçı ilə cavabdeh «xxxx» MTK arasında mübahisəli mənzilə dair bağlanmış birinci müqaviləyə əsasən iddiaçı ümumi sahəsi 229.73 kv.m sahəsi olan mənzilin dəyərini tam ödəmişdir. Daha sonra iddiaçı həmin mənzilə dair çıxarış alınması ilə bağlı zəruri olan sənədlərin verilməsi üçün MTK-ya müraciət etmişdir. Bundan sonra mübahisəli mənzilə dair cavabdehin təkidi ilə yeni müqavilə bağlanmış və mənzilin ümumi sahəsi 255 kv.m. göstərilmişdir. İddiaçının əvvəlki müqavilə üzrə mübahisəli mənzilin dəyərini tam ödəməsinə baxmayaraq, mənzilin ümumi sahəsinin ölçüləri dəyişdirilmiş və əlavə pul tələb edilmişdir. Lakin sonuncu müqavilə üzrə dəyişikliklərin hansı əsasla edilməsi müəyyən deyil. İddiaçı bildirir ki, həmin müqavilə onun iradəsi olmadan aldatma nəticəsində imzalanmışdır. Deməli müvafiq müqavilə aldatma yolu ilə bağlanmışdır və etibarsız hesab olunmalıdır. Belə ki, əvvəla, müqavilənin şərtlərinin sonradan hansı əsasla dəyişdirilməsi məlum deyil. Müqavilə dəyişdirilənə qədər ilkin müqavilə üzrə iddiaçı ödənişləri tam olaraq etmiş, həmin müqavilə əsasında mənzilə sahiblik etməyə başlamışdır. Altı ildən sonra iddiaçının daha artıq məbləğ ödəyərək, müqavilənin dəyişdirilməsi şərti ilə razılaşması ağlabatan deyil. İddiaçı bildirir ki, o yalnız çıxarış almaq üçün müəyyən sənədlərə imza atmışdır. Cavabdeh özü elə qarşılıqlı iddia ərizəsində etiraf etmişdir ki, iddiaçı mənzilin özəlləşdirilməsi üçün zəruri olan sənədləri almaq üçün 2018-ci ild ə kooperativə gəlmiş və ona mənzilin sahəsinin artıq olması bildirilərək müqavilə bağlanmışdır. 2013-cü ildə dəyəri tam olaraq ödənilmiş mənzilə görə mənzilin sahibinin 6 il sonra könüllü pul ödəməyə razılığını bildirməsi nə məntiqə, nə ağlabatan mühakiməyə sığır. Açıq-aşkar görünür ki, iddiaçıya maddi vəziyyəti ilə bağlı pul lazım olmuş, mənzili təcili olaraq satmaq qərarına gəlmiş və cavabdeh təşkilat iddiaçının bu vəziyyətindən istifadə edərək mənzilin sahəsinin faktiki artıq olmasını israr edərək onunla müqavilə bağlanmasına nail olmuş və mənzilin satılmasına o şərtlə imkan vermişdir ki, tələb olunan pulu iddiaçıdan alınsın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2. maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 339.2. maddəsinə əsasən, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. İşə birinci instansiyada baxılan zaman mənzilin həqiqi sahəsinin müəyyən edilməsi məqsədi ilə ekspertiza təyin olunmuş, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli ekspert rəyindən görünür ki, ünvan 1 ünvanında «xxxx» MTK tərəfindən inşa edilən yaşayış binasının 2-ci girişinin, 13-cü mərtəbəsində yerləşən 111 saylı mənzilin ümumi sahəsi 222,12 kv.m təşkil edir. İşə baxan məhkəmə qeyd etmişdir ki, həmin ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Lakin buna baxmayaraq məhkəmə mənzilin hazırkı faktiki sahibinin müqa vilənin etibarlılığını mübahisələndirmədiyi üçün rəyin hazırkı iş üzrə sübut növü kimi qiymətləndirilməsinə hüquqi zərurət görməmişdir. Lakin məhkəmə nəzərə almamışdır ki, qətnamə işin həqiqi hallarına uyğun olmalıdır. Həmin rəy isə mənzilin sahəsinin 255 kv.m. olmadığını, həqiqi sahəsinin 222,12 kv.m təşkil etdiyini təsdiq edir. Lakin iddiaçı faktiki mövcud olmaya sahəyə görə əlavə məbləğ ödəmişdir. Mənzilin faktiki sahəsinin müqavilədə göstərilən sahədən az olması da bir daha təsdiq edir ki, müqavilə aldatma yolu ilə bağlanmışdır. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, xx.xx.2013-cü il tarixli müqavilə həmçinin saxtalaşdırılaraq, arxa tarixə tərtib olunmuşdur. Cavabdeh qarşılıqlı iddia ərizəsində qeyd etdikləri elə özlüyündə müqavilənin arxa tarixə tərtib olunduğunu göstəri r. Belə ki, cavabdeh müqavilənin xx.xx.2013-cü il tarixdə bağlandığını bildirir. Eyni zamanda bildirmişdir ki, iddiaçı xx.xx.2018-ci il tarixdə müraciət etmiş, həmin vaxt iddiaçıya mənzilin faktiki sahəsinin 255 kv.m olması bildirilmiş və əlavə pul tələb olunmuşdur. Buna görə də dəyişiklik olunaraq müqavilə imzalanmışdır. Lakin həmin müqavilədən görünür ki, müqavilə xx.xx.2013-cü il tarixlidir. Həmçinin müqavilədə xx.xx.2018-ci il tarixdə qalıq borcun hesablandığı qeyd olunub. xx.xx.2013-cü il tarixdə tərtib olunmuş müqavilədə qalıq borcun xx.xx.2018-ci il tarixdə hesablanmasının qeyd olunması birbaşa göstərir ki, müqavilənin bağlanması arxa tarixə rəsmiləşdirilmişdir. Həmçinin apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiyası məhkəməsi müqavilənin etibarsız hesab ed ilməsi ilə bağlı tələbə qiymət verməmişdir. İddiaçı onunla «xxxx» MTK arasında bağlanan 2-ci müqavilənin etibarsız hesab edilməsini xahiş etmiş, sonradan iddia tələbinin artırılması ilə bağlı ərizə ilə müraciət edərək, 25.240 manat pul vəsaitinin cavabdehdən alınmasını da xahiş etmişdir. Lakin birinci instansiyası məhkəməsi səhvən iddia tələbinə dəqiqləşdirmə kimi qiymət vermiş, tələbin artırılmasını nəzərə almamışdır. İddiaçı həmçinin sonradan ödənilmiş 25.270 manat pulu tələb edir. Həmin məbləği iddiaçı 25.27 kv.m. (255-229.73) artıq ödədiyi sahəyə görə tələb edir. Baxmayaraq ki, ekspert rəyi ilə mənzilin həqiqi sahəsinin ona birinci müqavilə üzrə satılmış sahədən də az olduğu müəyyən olunur. Əslində birinci müqaviləyə dəyişiklik edilməsi, sonuncu müqavilədə mənzilin sahəsinin artıq gö stərilməsi və həmin sahəyə görə də əlavə məbləğin ödənilməsi yalnız cavabdehin iradəsi ilə olmuşdur. Belə ki, iddiaçı həmin mənzilə payının özgəninkiləşdirilməsini istəmiş, bununla əlaqədar çıxarış almaq üçün zəruri sənədlərin verilməsini cavabdehdən tələb etmiş, cavabdeh isə mənzilin sahəsini artıq göstərməklə əlavə məbləğin ödənilməsini tələb etmişdir. Məhkəmə gedişatı zamanı isə mənzilə alıcı tapılmış, iddiaçı evin satılmasına manelərin aradan qaldırılması üçün məcbur olaraq həmin pulu ödəmişdir. Elə işin qeyd olunan faktiki halları cavabdehin əsassız varlanmasına dəlalət edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1091.1. maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2. maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Həmin Məcəllənin 1092.1. maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Cavabdehin faktiki sahəsi 222,12 kv.m olan mənzilin sahəsinin 255 kv.m. göstərməsi, olmayan sahəyə görə əlavə pul alması əsassızdır və cavabdeh həmin məbləği geri qaytarmalıdır. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsindən fərqli olaraq, iddiaçının ümumi sahəsi 255 kv.m olan mənzilə pay hüququnun X1 adına rəsmləşdirilməsinə dair notarial qaydada ərizəsini iddiaçının cavabdehin müqavilə öhdəlikləri üzrə tələbinin haqlı olmasını qəbul etməsi kimi qiymətləndirmir. Belə ki, həmin ərizədə mənzilin sahəsinin 255 kv.m. olması ona görə yazılmışdır ki, cavabdeh məhz sonuncu müqavilə (255kv.m. yazılan) üzrə onun mənzilinin sahəsinin həmin ölçüdə olmasını israr etmişdir. İddiaçı ekspert rəyindən sonra bilmişdir ki, mənzilin sahəsi ona satılan ölçüdən (229 kv.m) də azdır. Belə olan halda razılaşmada fərqli sahənin yazılması mümkün deyildi. İddiaçı özgəninkiləşdirmədə maraqlı olduğu üçün qarşı tərəfə inanaraq mənzilin sahəsinin 255 kv.m. olmasına inanmış və payın satılması zamanı ərizə həmin sahəni göstərmişdir. Mənzilin faktiki sahəsi artıq olmadığı təqdirdə iddiaçıdan artıq pul alınması özlüyündə cavabdehin əsassız varlanması deməkdir. İddiaçının mənzili satarkən ərizənin hansı qaydada yazması həmin iddianın rədd edilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddia çı əsaslı olaraq pozulmuş hüquqlarının müdafiəsini tələb edir. Çünki əsassız olaraq pul ödəmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin əməlləri hüquqdan sui-istifadə kimi dəyərləndirilməlidir. Belə ki, iddiaçı həmin mənzilə payının özgəninkiləşdirilməsini istəmiş, cavabdeh isə bunun qarşılığında mövcud olmayan sahəyə görə əsassız pul vəsaiti tələb edərək almışdır. Apelyasiya instansiyası məhkəməsi vurğulamışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış sonuncu müqavilənin etibarsız hesab olunması cavabdeh «xxxx» MTK ilə X5 arasında bağlanmış müqavilənin etibarlılığına heç bir təsir etmir. Belə ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış ikinci müqavilə etibarsız olsa da, iddiaçının birinci müqavilə üzrə mübahisəli mənzilə pay hüququ olmuşdur, daha sonra MTK-ya ərizə yazaraq, pa y hüququnun X1 adına özgəninkiləşdirilməsini xahiş etmişdir. Həmin ərizədə mənzilin sahəsinin 255 kv.m. olması isə heç bir əhəmiyyət kəsb etmir. İddiaçı mənzilə payını satarkən onun sahəsini artıq göstərməsi X5 ilə İddiaçı arasında yaranan mübahisənin predmeti ola bilər. Çünki, işin mübahisəsiz halı ondan ibarətdir ki, mənzilin alqı-satqısı ilə bağlı münasibətlər həmin şəxslər arasında baş tutmuş, yəni mənzili kooperativ satmamış, formal rəsmiləşdirməni həyata keçirmişdir. İddiaçı ərizəsində 25.240 manat tələb etdiyindən apelyasiya instansiyası məhkəməsi MPM-nin 218.3 maddəsinə əsasən tutulmalı olan məbləği həmin həcmdə müəyyən etmişdir. Kollegiya apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təş kil etmir və iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417- 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, xnömrəli qətnaməsi dəyişdirilmədən saxlanlsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3525/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3525/2020
29.07.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver