Məhkəmə qərarları › İş №2(102)-3528/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3528/2020

04.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3528/2020 04.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, Bakı Apelyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(002)48/2019 saylı qətnaməsi ilə (sədrlik edən hakim T.Qurbanov) iddia tələbi qismən təmin edilərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada lizinq müqaviləsi üzrə 28573,00 ABŞ dolları vaxtı keçmiş qalıq borc, 4447 ABŞ dolları dəyişən haqq, 1000 ABŞ dolları cərimə, ümumilikdə 34020 ABŞ dollarının Azərbaycan manatı məzənnəsi ilə və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər E.Şamayev (sədrlik edən, məruzəçi), M.Məmmədov və Ş.Məhərrəmova, 2(103)14165/2019 saylı mülki iş) hazırki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(002)- 48/2019 saylı qətnaməsi qismən, yəni cərimə borcunun tutulması hissəsində ləğv edilmiş, cavabdehlərdən cəmi borcun tutulması hissəsində dəyişdirilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qay dada İddiaçı MMC-nin xeyrinə xx xxxxxxx 2012-ci il tarixli,12/498 saylı Daxili lizinq müqaviləsi üzrə tutulmalı olan cəmi borc 33020 (otuz üç min iyirmi) ABŞ dolları məbləğində (tutulduğu anda Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivelenti ilə) müəyyən edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(002)48/2019 saylı qətnaməsi apellyasiya baxışının predmeti olan qalan hissədə (dəyişən haqqın tutulması hissəsində) cavabdehlərə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 53075,62 ABŞ dolları nın ödəniş gününə Azərbaycan manatının məzənnəsinə uyğun borc məbləğinin və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manatın tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri: Apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Belə ki, Onlardan tutulacaq 4447 ABŞ dolları dəyişən haqq deyilən borcla bağlı tərəflərindən verilmiş apellyasiya şikayətinə apellyasiya məhkəməsi tərəfindən heç bir əsas gətirilmədən həmin hissədə şikayətə münasibət bildirilməmiş, həmin borcun onların mülkiyyət hüquqlarını məhdudlaşdırılmasına səbəb ola biləcəyi nəzərə alınmamışdır. Prosessual məsələlər: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi Apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki halları nı araşdırmır, yəni işə baxan birinci instansiya və Apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin Apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Kassasiya şikayəti ilə bağlı məhkəmənin mövqeyi: Kassator 1-ci instansiya məhkəməsinin qətnaməsini ondan tutulan borcun cərimə hissəsi və dəyişən haqqın tutulması hissəsində mübahisələndirirdi. Apellyasiya instansiyası məhkəməsi cərimə hissəsində şikayəti təmin etmişdir. Cavabdeh lizinq mükafatı hissəsində tutulan məbləğlə ra zılaşmır və ona görə kassasiya şikayəti vermişdir. Həmin hissədə cavabdehdən 4447 ABŞ dolları pul tutulmuşdur. Pulun hansı əsasla ABŞ dolları ilə tutulması barədə məhkəmələr dəyərləndirmə aparmamış, ümumiyyətlə bu növ müqavilələrin xarici valyuta ilə bağlanması və borcun həmin valyuta ilə tutulmasına qiymət verməmişlər. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Mülki Məcəllənin 439.1-ci maddəsində təsbit edilmişdir ki, pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xa rici valyutada da müəyyənləşdirə bilərlər. Baxılan işlər üzrə iddiaçılar xarici hüquqi şəxs olmadıqları üçün onlarla bağlanmış lizinq müqaviləsi üzrə borclunun pul öhdəliyi xarici valyutada ifadə oluna bilməz. Nəzərə alınmalıdır ki, lizinq müqaviləsi hüquqi təbiətinə görə kredit və ipoteka müqavilələrindən fərqlənir və belə müqavilələrlə eyniləşdirilə bilməz. Lakin təcrübədə bir sıra hallarda həm lizinq verən hüquqi şəxslər, həm də lizinq alanlar yanlış olaraq lizinq münasibətlərini kredit və ipoteka hüquq münasibətləri hesab edirlər. Halbuki kredit (borc) müqaviləsi üzrə borcalan aldığı müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyaları borc verənə qaytarmağı öhdəsinə götürür (Mülki Məcəllənin 739.1-ci maddəsi). Lizinq müqaviləsi isə mahiyyət etibarı ilə kira yə (icarə) müqaviləsidir və lizinq alanın özünün seçdiyi əşya lizinq verən tərəfindən əldə olunaraq onun istifadəsinə verilir, lizinq alan bunun müqabilində istifadə haqqı (muzd) ödəyir və bütün ödənişləri etdikdən sonra həmin əşyanı öz mülkiyyətinə keçirmək hüququnu əldə edir (Mülki Məcəllənin 747-ci maddəsi). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə görə Mülki Məcəllənin 439.1-ci maddəsi təhlil olunarkən nəzərə alınmalıdır ki, kredit müqaviləsi pul öhdəliyinin əmələ gəlməsinin əsaslarından biridir. Pul öhdəliyi alqı-satqı, icarə, podrat, xidmət və digər müqavilələr əsasında da əmələ gələ bilər. Həmin müqavilələr üzrə pul ödəniş vasitəsi kimi çıxış edir və onları tənzimləyən Mülki Məcəllənin normalarında söhbət pul un məhz ödənilməsindən gedir. Alqı-satqı, icarə, podrat və s. pul öhdəliklərindən fərqli olaraq, kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul (manat və ya xarici valyuta) ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir. Başqa sözlə kredit müqaviləsində pul nə verildiyi, nə də qaytarıldığı zaman ödəniş vasitəsi funksiyasını yerinə yetirmir, mülkiyyət kimi verilir və mülkiyyət kimi geri qaytarılır. Beləliklə, borcun qaytarılması öhdəliyindən fərqli olaraq lizinq müqaviləsi üzrə ödənişlər pul öhdəliyidir və yuxarıda istinad olunan maddi hüquq normalarına və Konstitusiya Məhkəməsinin hüquqi mövqelərinə əsasən həmin öhdəlik yalnız manatla ifadə oluna bilər. Bu baxımdan tərəflər arasında bağlanan lizinq müqavilələrində hesablaşmaların ABŞ dolları ilə həyata ke çirilməsinə dair müddəalar özü-özlüyündə etibarsız şərtlərdir. Ona görə tərəflər arasında lizinq hüquq münasibətləri üzrə lizinq obyektinin qalıq dəyəri və lizinq mükafatlarının məbləği manatla qəbul edilməli və borc məbləği də manatla hesablanmalıdır. Cavabdehin mübahisələndirdiyi hissədə də məbləğ xarici valyuta ilə tutulduğundan şikayət təmin edilərək qətnamə ləğv edilməklə həmin məsələyə yenidən baxılması üçün göndərilməlidir. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, lizinq şirkətlərinin müxtəlif lizinq ödənişləri adı altında tələblər irəli sürməsi məhkəmələrin diqqətindən kənarda qalmamalıdır. Hazırkı işdə dəyişən məbləğ deyəndə lizinq şirkətinin nəyi nəzərdə tutması aydın olmalıdır. Qanunverici lizinq ödənişi kimi belə anlayışları istisna edir. Bunun təsdiqi üçün lizinq ödəniş lərinin dairəsini aydınlaşdırmaq kifayətdir. Lizinq ödənişlərinin ümumi məbləği konkret olaraq müəyyən edilmişdir. Beləki, Mülki Məcəllənin 748-11. maddəsinə əsasən lizinq ödənişlərinin ümumi məbləğinə lizinq obyektinin amortizasiya ödənişləri, lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər, lizinq obyektini əldə etmək üçün alınan kreditə görə faiz, lizinq verənin mükafatının məbləği, lizinq obyekti lizinq verən tərəfindən sığorta edilmişdirsə, sığorta üçün ödənilən məbləğ, lizinq verənin əlavə xidmətlərinin haqqı, lizinq verənin lizinq müqaviləsi ilə nəzərdə tutulmuş digər xərcləri daxildir. Qeyd olunan normada ikimənalı başa düşülən ödənişlər nəzərdə tutulmamış, ödənişlərin siyahısı konkretdir. Beləki, lizinqə verən əşyanın istifadəsi üçün amortizasiya xərclərini hesablayıb ayl ıq ödənişlər şəklində ala bilər, lizinq obyektini satın alanda hansısa əlavə xərcləri olubsa onları tələb edə bilər, lizinq obyektini əldə etmək üçün kredit götürübsə ona görə faizləri tələb edə bilər, lizinq obyektini sığorta etdirmişdirsə, sığorta üçün ödənilən məbləği tələb edə bilər, lizinq verənin əlavə xidmətləri varsa onların haqqını tələb edə bilər və lizinq verənin lizinq müqaviləsi ilə nəzərdə tutulmuş digər xərcləri varsa onları tələb edə bilər. Özü də nəzərə almaq lazımdır ki, həmin xərclər (əşyanın alınmasına kredit götürülməsi, əlavə xərclərin olması, amortizasiya və.s) müvafiq sənədlərlə əsaslandırılmalıdır. Beləki, Mülki Məcəllənin 748-11.2. maddəsinə əsasən lizinq ödənişlərinin tərkibinə daxil edilən məbləğlər lizinq verən tərəfindən müvafiq sənədlərlə əsaslandırılmalıdı r. Qanunverici belə ədalətli qayda müəyyən etməklə güddüyü məqsəd ondan ibarətdir ki, lizinq alanın özü üçün daha ucuz, sərfəli lizinq ödənişləri seçmək, lizinq xərcləri daha az olan əşyaları lizinqə götürmək imkanı olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.1. maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.2. maddəsinə əsasən Bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir. Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tət biq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Yuxarıda şərh olunanlar mübahisəyə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmamasına dəlalət edir. Eyni zamanda qeyd olunmalıdır ki, mübahisə doğuran məsələ qətnamənin bütövlükdə ləğvini şərtləndirdiyi üçün (mübahisələndirilən hissə, dəyişən məbləğ müqavilənin xarici valyuta ilə bağlanmasından irəli gəlir və bütün məbləğ eyni əsasla xarici valyuta ilə hesablanmışdır) Apellyasiya Məhkəməsinin qətnaməsi bütövlükdə ləğv olunaraq yenidən baxılması üçün göndərilməlidir. Yenidən işə baxan Apellyasiya instansiyası məhkəməsi yuxarıda şərh olunanlar nəzərə alınmaqla mübahisəyə hüquqi qiymət verilməsini təmin etməlidir. Nəticə: Kassasiya şikayəti təmin edilməli, qətnamə ləğv olunaraq işə yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh1 kassasiya şikayəti təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar