Məhkəmə qərarları › İş №2(102)-3530/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3530/2023

11.10.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3530/2023 11.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Bakı şəhəri 11 saylı notariat ofisinə, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi” tələbinə iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: yalan əqdin etibarsızlığı) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 may 2023-cü i l tarixli, 2(103)3291/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, 5A nömrəli binanın 60 saylı mənzili İddiaçı mülkiyyətində olmuş və o, həmin mənzili Bakı şəhəri 11 saylı notariat ofisində təsdiq edilmiş 25 fevral 2020-ci il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə 25500 manata Cavabdeh1 satmışdır.

2. Tərtər Rayon Məhkəməsinin 20 iyul 2022-ci il tarixli hökmü ilə Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 il 6 ay müddətə azad lıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə müəyyən edilmişdir ki, Cavabdeh2 digər cinayət əməlləri ilə yanaşı, təkrarən etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə İddiaçı ona olan inamından və etibarından sui-istifadə edərək sonuncuya olan pul borcunu qaytaracağını və birlikdə biznes fəaliyyəti ilə məşğul olaraq pul qazanacaqlarını yalan vəd verərək, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən mənzilin 2020-ci ilin fevral ayının 25-də Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospektində yerləşən 11 saylı notariat kontorunda Cavabdeh1 25500 manata satılmasına nail olub, vahid niyyətlə həmin pulun əvvəlcə 8000 ABŞ dollarını, manat ekvivalenti ilə 13600 manatını, daha sonra hissə-hissə istintaqa dəqiq məlum olmayan vaxtlarda 6000 ABŞ doll arını, manat ekvivalenti ilə 10200 manatını Bakı şəhəri Nərimanov rayonu ərazisində Cavabdeh1 məxsus ofisdə ələ keçirib zərərçəkmiş şəxs İddiaçı xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Bakı şəhəri 11 saylı Notariat Ofisinə, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu, ev 5A, mənzil 60-a dair Cavabdeh1 ilə iddiaçının arasında bağlanmış 25 fevral 2020-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, alqı-satqı müqaviləsi əsasında verilmiş çıxarışın ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hə r birindən iddiaçıya vurulmuş 10000 manat mənəvi zərərin ödənilməsi, ödənilmiş dövlət rüsumunun cavabdehlərdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini, habelə iddia ərizəsində göstərilən əsaslarla bağlı Cavabdeh1 barəsində xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsini xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı uzun müddət ərzində tanıdığı şəxs olan Cavabdeh2 iddiaçının etibarından sui-istifadə edərək, onu aldadıb xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Zığ yolu, 5A saylı evin 60 saylı mənzilini alqı-satqı vasitəsi ilə banka depozitə qoyaraq, nəticədə iri məbləğdə bankdan pul götürülməsinə, həmin mənzilin bir aydan gec olmayaraq təzədən sahibinin adına köçürülməsinə onu inandırmışdır. Cavabdeh2 25 fevral 2020-ci il tarixdə iddi açını Bakı şəhəri 11 saylı notariat ofisinə aparmış, xüsusi mülkiyyətində olan mənzilinə dair tanımadığı şəxslə arasında 25500 manata alqı-satqı müqaviləsi bağlamış, mənzili sonradan şəxsiyyəti ona məlum olan mülki iş üzrə Cavabdeh1 girov qoymaqla, 8000 ABŞ dolları pul götürmüşdür. 25500 manat puldan o, bir qəpik olsa belə götürməmişdir. Xeyli müddət keçdikdən sonra ona məlum olmuşdur ki, Cavabdeh1 faizə pul verəndir. Pərdələmək məqsədi ilə Cavabdeh1 ilə arasında xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Zığ yolu, 5A saylı evin 60 saylı mənzilinə dair alqı-satqı müqaviləsi bağlanmış, əvəzinə Cavabdeh2 Cavabdeh1 hər ay faizlə pul vermişdir. Bir müddət keçdikdən sonra, Cavabdeh1 iddiaçıya zəng vuraraq, Cavabdeh2 tərəfindən hər ay 560 ABŞ dolları pul veriləcəyini bildirmiş, lakin həmin puldan 500 manat verməsini, 2020-ci ilin avqust ayında 520 manat faiz borcu qaldığını, əgər pulun qalığının və gələcəkdə faiz pullarının vaxtı-vaxtında ödənişini etməyəcəyi halda 25500 manat pulunun geri qaytarılmasını, əks halda mənzili satacağını, satışdan 25500 manatın Cavabdeh1 çatacağını, qalan pulun isə ona qaytaracağını demişdir. Formal olaraq alqı-satqı keçirildiyini və həmin mənzilin sələmçi tərəfindən girov kimi götürüldüyünü bilsəydi iddiaçı həmin əqdi bağlamazdı. O, hər iki cavabdeh tərəfindən aldadılmışdır. Bundan sonra iddiaçı Cavabdeh2 axtarmağa başlamış, onun əməli barədə 2020-ci ilin dekabr ayında şikayət vermiş, son nəticədə Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi tərəfindən Cavabdeh2 barəsində 178.2.4-cü maddəsi ilə cinayət işi başlamış, sonuncu tutularaq barəsin də həbs qətimkan tədbiri seçilmişdir. İstintaq zamanı Cavabdeh2 bildirmişdir ki, evin alqı-satqısından olan 25500 manat pulu özü götürmüş və Cavabdeh1 2020-ci ilin mart ayından avqust ayına qədər hər ay 560 ABŞ dolları faizə pul ödəmiş, 2021-ci ilin yanvar ayından avqust ayına qədər tanışı Gülya adlı qadın vasitəsi ilə isə 8000 manat pulu Cavabdeh1 çatdırılmışdır. Cavabdeh1 sələmə pul verməklə qeyri-qanuni vergidən yayınmaqla məşğuldur, külli miqdarda əsassız varlanmaqla qanunsuzluq edir. Müqavilə bağlandığı gündən iddiaçı mənzilində yaşamaqda davam edir, alqı-satqı müqaviləsi pərdələnmiş əqddir. Bu məsələ ilə bağlı iddiaçıda psixoloji problemlər yaranmış, gecələr yata bilməmiş, iztirab hissləri keçirtmişdir. Bu səbəbdən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 mənəvi zərərə görə hər birindən 10 000 manat tələb edir.

5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 fevral 2023-cü il tarixli, 2(001)150/2023 nömrəli qətnaməsi ilə (hakim S.R.Səlimova) iddia tələbi qismən təmin edilərək, satıcı İddiaçı ilə alıcı Cavabdeh1 arasında bağlanmaqla, Bakı şəhəri 11 saylı notariat ofisində təsdiq edilmiş 25 fevral 2020-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqına dair müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh1 adına verilmiş Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, 5A nömrəli binanın 60 saylı mənzilinə dair mülkiyyət hüquqlarını təsdiq edən çıxarışın ləğv edilməsi, Cavabdeh1 dövlət rüsumuna görə 50 manat İddiaçı xeyrinə tutulması, Cavabdeh2 dövlət rüsumuna görə 50 manat İddiaçı xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

6. Birinc i instansiya məhkəməsi qeyd etmişdir ki, Cavabdeh2 İddiaçı etibardan suiistifadə və aldatma yolu ilə sonuncunun əmlakını ələ keçirmək məqsədi ilə sonuncuya olan pul borcunu qaytaracağını və birlikdə biznes fəaliyyəti ilə məşğul olaraq pul qazanacaqlarına yalan vəd verərək, İddiaçı məxsus Xətai rayonu, Zığ şosesi, 5A saylı evin 60 saylı mənzilini 25 fevral 2020-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospektində yerləşən 11 saylı Notariat Kontorunda Cavabdeh1 25500 manata satılmasına nail olması Tərtər Rayon Məhkəməsinin qanuni qüvvəsini alan 20 iyul 2022-ci il tarixli hökmü ilə müəyyən edilmişdir.

7. Məhkəmə həmçinin müəyyən etmişdir ki, 25 fevral 2020-ci il tarixdə Bakı şəhəri 11 saylı notariat kontorunda alqı-satqı müqaviləsi imzalayarkən İddiaçı ilə Cavabdeh1 niyyəti də daş ınmaz əmlakın alqı-satqı müqaviləsi bağlamaq olmamışdır. Belə ki, tərəflərin izahatlarından və tədqiq olunmuş sübutlardan müəyyən olunmuşdur ki, mənzilə dair alqısatqı müqaviləsi əslində Cavabdeh1 verdiyi 25500 manatın qaytarılmasının təminatı olaraq bağlanmışdır. Bu səbəbdən mənzil mövcud dəyərindən ucuz qiymətə qiymətləndirilmiş, iddiaçı müqavilə bağlandıqdan sonra mənzili boşaldıb, alıcıya təhvil verməmiş, sonuncu da mənzilin ona təhvil verilməsini tələb etməmişdir.

8. Məhkəmə cavabdeh tərəfin əqdin etibarsız hesab edilməsinə dair iddia tələbinə iddia müddətinin tətbiqinə dair ərizəsi ilə bağlı qeyd etmişdir ki, Mülki Məcəllənin etibarsız əqdlər üzrə müddətləri müəyyən edən 354.1-ci maddəsinə müvafiq olaraq, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icra sına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Əhəmiyyətsiz əqd heç bir əlavə şərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan əqddir. Bu baxımdan özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz və Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu müddət əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddətdir. Mülki Məcəllənin əqdlərin etibarsızlığının nəticələrini təsbit edən 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibar sızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə onun dəyərini pulla ödəməlidir. Qeyd edilən norma etibarsız əqdlər üzrə həyata keçirilmiş icra hərəkətlərinin nəticələrinin aradan qaldırılması məqsədini daşıyır. Beləliklə, Mülki Məcəllənin 354.1-ci maddəsi əhəmiyyətsiz əqd üzrə qarşı tərəfdən icra olunmuşların geri qaytarılması ilə bağlı məhkəmədə iddia qaldırılması üçün müəyyən edilmiş müddətdir. Ona görə də iddiaçının əqdin əhəmiyyətsizliyinin təsdiq edilməsinə dair tələbinə iddia müddətinin tətbiqi mümkün deyildir.

9. Məhkəmə iddiaçının mənəvi ziyan tələbi ilə bağlı qeyd etmişdir ki, əqd bağlayarkən əhəmiyyətsiz əqd bağlamasını bilən iddiaçının fiziki və mənəvi sarsıntılar keçirə bilməsinə, bunların cavabdehlərin hərəkətləri nəticəsində baş verməsinə, cavabdehlərin hərəkətləri ilə vurulması iddia edilən və iddiaçı tərəfindən cəmi 20000 manat dəyərində qiymətləndirilmiş mənəvi zərər arasında səbəbli əlaqənin olmasına dair sübutlarını məhkəməyə təqdim edə bilmədiyindən məhkəmə iddia tələbini bu hissədə əsassız hesab edib təmin etmir.

10. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, Cavabdeh1 əhəmiyyətsiz əqd əsasında ona vurulan ziyanı tələb etmək hüququna malikdir.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-337.5, 339.1-339.3, 339.5, 339.6, 340.1, 340.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 82.4, 88-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Hacıyevanın şika yəti üzrə” 2020-ci il 10 mart tarixli və “X.Mirzəliyevin şikayəti üzrə” 2021-ci il 17 sentyabr tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqelərə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

12. Cavabdeh1 apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 fevral 2023-cü il tarixli, 2(001)-150/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 may 2023-cü il tarixli, 2(103)-3291/2023 nömrəli qətnaməsi ilə (hakim E.C.Kazımovun sədrliyi və məruzəsi ilə, hakimlər İ.S.Şirinovdan və N.Ş.Cəfərovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 fevral 2023-cü il tarixli, 2(001)150/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

14. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəməsi hesab etmişdir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

15. Əvvəla, iddiaçının digər Cavabdeh2lə 25 illik münasibətinin olması mübahisələndirilən hissədə iddianın əsaslılığına təsir etmir. Çünki onlar arasında hansısa xoş münasibətin olması, yaxud vahid niyyətlə hüquqdan vicdanlılıq prinsiplərinə zidd olaraq pis niyyətlə sui-istifadə edərək Cavabdeh1 qarşı hazırkı iddianı irəli sürmələri iş materialları ilə təkzib olunmuşdur. Ən azından ona görə ki, iddiaçının şikayəti əsasında Cavabdeh2 cinayət məsuliyyətinə cəlb olunaraq az adlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, məhz iddiaçıya qarşı cinayət törətdiyinə görə cəza çəkir. Bu cür vəziyyətdə iddiaçının Cavabdeh2 bilərəkdən hazırkı prosesə cəlb etməkdə, hansı hüquqi marağının olduğunu da şikayət verən göstərməli idi. Eyni zamanda Cavabdeh2 əvvəllər də məhkum olunması iddianı əsassız deyil, əsaslı edən amil hesab olunur. Çünki Cavabdeh1 Cavabdeh2 əvvəllər də məhkum olunmasını bilirdisə, yaxud onu tanımırdısa, onunla bu cür münasibətlər qurmaqdan çəkinməli idi.

16. Apellyasiya şikayətində Tərtər Rayon Məhkəməsinin 20 iyul 2022-ci il tarixli hökmünün Cavabdeh1 heç bir aidiyyətinin olmadığı göstərilsə də, bu dəlillər onu (şikayəti) əsaslı etmir. Çünki qeyd olunan hökmlə Cavabdeh2 təkrarən etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə İddiaçı ona olan inamından və etibarından sui-istifadə edərək, sonuncuya olan pul borcunu qaytaracağını və birlikdə biznes fəaliyyəti ilə məşğul olaraq pul qazanacaqlarını yalan vəd verərək, mübahisəli mənzilin hazırki iş üzrə Cavabdeh1 25500 manata satılmasına nail olub vahid niyyətlə zərərçəkmiş şəxs İddiaçı xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etməsi hadisəsi hazırkı mülki işə baxan məhkəmə üçün məcburi olmuşdur. Çünki hökmlə müəyyən edilən bu hadisənin baş verməsi ona dəlalət etmişdir ki, iddiaçı hal-hazıradək yaşadığı mənzili özgəninkiləşdirmək niyyəti və məqsədilə, etibarlı alqı-satqı müqaviləsinə əsasən satmamışdır. Ən azından satılan mənzilin dəyəri kimi göstərilən məbləğdən iddiaçının faydalanmadığı da hökmlə təsdiq olunmuşdur. Cavabdeh1 özü birinci instansi ya məhkəməsində verdiyi izahatda göstərmişdir ki, “Müqavilə bağlandıqdan sonra Vadim onun avtomobilində Yelenadan evin pulundan 3000 ABŞ dolları alıb ona vermişdir ki, ola bilsin, əllərinə pul düşsə, aldıqları pulu qaytarıb mənzili geri götürərlər. O da halallıq olması üçün 3000 ABŞ dollarını Yelenadan almışdır... Vadimin bibisi kimi özünü təqdim edən Gülmirə ona Vadimin göndərdiyi cəmi 7000 manatı vermişdir”. Sual yaranır, Cavabdeh1 həqiqətən mübahisəli mənzili dəyərini ödəməklə almışdırsa, onda iddiaçıya mənzilin dəyəri kimi verdiyi pulun qeyd olunan hissəsini hansı məqsədlə geri alırdı, yaxud Cavabdeh2 göndərdiyi 7000 manatı nə üçün qəbul edirdi. Əlbəttə ki, ritorik suallar olsa da, Cavabdeh1 həm də buna izahatında yaxud apellyasiya şikayətində aydınlıq gətirməli idi. Demək ki, Cavabdeh 1 mübahisəli mənzili alqı-satqı müqaviləsi əsasında adına rəsmiləşdirsə də, əslində bu rəsmiləşdirmə Cavabdeh2 verdiyi borc pulun təminatına xidmət etmişdir.

17. İddiaçının Cavabdeh1 tərəfindən aldadılıb-aldadılmamasının iddianın əsaslı olmasına hansısa mənfi təsiri olmadığından bu barədə sübut təqdim edilməsinə də ehtiyac olmamışdır. Çünki iddiaçı alqı-satqı müqaviləsinin etibarsızlığının təsdiq olunmasını Cavabdeh1 tərəfindən aldadıldığına görə deyil, əhəmiyyətsiz olduğuna görə tələb etmişdir. Cavabdeh2 iddiaçını aldatması isə ittiham hökmü ilə təsdiq olunub. Demək ki, görünüşdə olan və pərdələyən əqd olan alqı-satqı müqaviləsi əslində Cavabdeh2lə Cavabdeh1 arasında borc münasibətinin təminatı kimi bağlanan yalan əqd sayılır. Burada, iddiaçının cavabdehləri, yaxud əksinə axtarıb-tapmasın ın heç bir əhəmiyyəti yoxdur. Yetər ki, tərəflər arasında bağlanan alqı-satqı müqaviləsinin yalan əqd olduğu faktı təsbit olunsun. Cavabdeh1 razılaşdırılmış məbləğı iddiaçıya bank vasitəsilə verməsi də iddianın əsassızlığını və vicdanlı alıcı olmasını təsdiq etmir. Cavabdeh1 niyyəti həqiqətən mənzil almaq olmuşdursa, o, iddiaçının təkidinə baxmamalı idi. Mübahisəli mənzilin mənzil bazarında mövcud olan real bazar dəyərindən ucuz qiymətə satıldığının göstərilməsi də alqı-satqı müqaviləsinin etibarlı müqavilə olmasını istisna edən hallardandır. Mənzil alan Cavabdeh1 isə apellyasiya şikayəti versə də, şəxsən məhkəmə iclasında iştirak edərək buna aydınlıq gətirməli idi. Çünki mülki dövriyyədə mənzili görmədən, onun real mövcud olub-olmamasına əmin olmadan, şəraiti ilə maraqlanmadan, orada yaşa yanların kimliyini öyrənmədən və s. məsələləri araşdırmadan alqı-satqının həyata keçirilməsi inandırıcı və ağlabatan olmamaqla yanaşı, həyatda həmişə baş verən hallara uyğun deyildir. Belə ki, insan elə bir şüurlu varlıqdır ki, o, hansısa əşyanı özününkü etmək üçün başqa sözlə alqısatqı müqaviləsi əsasında əvəzli olaraq pul verib almaq üçün mütləq onu əvvəlcədən görmək istəyir, ona baxmaq istəyir, onun hansısa problemlərinin olub-olmaması ilə maraqlanır. Çünki insanın həyat tərzi də bunu tələb edir. Lakin Cavabdeh1 bu istəklərinin olmaması, yəni qeyd olunanları yoxlamadan, özünün də qeyd etdiyi kimi bir gün ərzində müqaviləni rəsmiləşdirməsi həqiqətən vicdanlı şəxs kimi mənzil aldığı, ümumiyyətlə, inandırıcı və ağlabatan deyildir.

18. Mübahisə predmeti olan mənzilin yalan əqd əsasında sa tılması iddiaçının bu faktlardan məlumatlı olması qənaətinə gəlməyə əsas vermir. Eyni zamanda, kəsici müddətin keçməsinə görə iddianın rədd edilməsi isə maddi hüquq normalarına uyğun deyildir. Belə ki, əvəzedilən əşyadan fərqli olaraq əvəzedilməz əşyanı əhəmiyyətsiz əqd əsasında qarşı tərəf əldə etdiyi halda həmin əşyaya mülkiyyət hüququ ona keçmir. Bu vəziyyətdə əşyaya mülkiyyət hüququ elə mülkiyyətçinin, o cümlədən, hazırkı iş üzrə iddiaçının özündə qaldığına görə, o, özünün mülkiyyət hüququna istinad edərək qanunsuz sahibdən hər hansı bir müddət daxilində deyil, müddətsiz olaraq öz əşyasını tələb edə bilər. Yəni, əhəmiyyətsiz əqd əsasında edilən icra hərəkətləri nəticəsində verilən daşınmaz əşya mülkiyyət hüququna əsaslanaraq müddətsiz geri tələb edilə bilər. Hazırkı iş üzrə də iddiaçın ın mülkiyyətində olan, hal-hazıradək yaşadığı mənzilin yalan əqd əsasında mülkiyyət hüququ Cavabdeh1 adına qeydə alınması həmin mənzil üzərində sonuncunun mülkiyyət hüququnu yaratmadığı üçün bu cür qeydiyyat da əsassızdır. Çünki qeyd olunduğu kimi iddiaçı bu günə qədər həmin mənzildə yaşayır. Eyni zamanda əhəmiyyətsiz əqd arzu olunan heç bir hüquqi nəticələrə səbəb olmadığından, belə əqd üzrə fərdimüəyyən əşya olan mübahisəli mənzilə dair dövlət reyestrində Cavabdeh1 adına aparılmış qeydiyyat da əsassız sayılacaq, yəni xeyrinə qeydiyyat aparılmış Cavabdeh1 mənzilə dair hüquq əldə etməyəcək, həmin mənzil əqd əsasında özgəninkiləşdirənin, yəni iddiaçının mülkiyyətində qalmaqda davam edəcəkdir. Mülki Məcəllənin 141-ci maddəsinə uyğun olaraq, daşınmaz əmlakın dövlət reyestrinin məzmunu həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ pozulmuş şəxs, yəni iddiaçı tərəfindən müvafiq düzəlişin aparılması tələb edilə bilər. Ona görə də, birinci instansiya məhkəməsi müddətlə bağlı yanlış nəticəyə gəlməmişdir. Yəni, Cavabdeh1 mövqeyinə, yaxud istəyinə görə əhəmiyyətsiz əqd yalnız bir illik kəsici müddət keçdiyinə görə dönüb etibarlı əqdə çevrilə bilməz.

19. İddiaçının tələb etdiyi, yəni alqı-satqı müqaviləsinin əhəmiyyətsizliyi təsbit edilsə də, hazırkı iş üzrə tərəflərin əvvəlki vəziyyətə qaytarılmasına da əsas olmamışdır. Çünki mübahisəli mənzil onsuz da iddiaçının sahibliyində və istifadəsində qalmışdır və etibarsızlığın nəticəsi olaraq hüquqi qeydiyyatı da əvvəlki vəziyyətə qayıdacaqdır. Eyni zamanda iddiaçı həmin əhəmiyyətsiz əqd üzrə qarşı tərəfdən hər hansı bir məbləğdə vəsait almaması da yuxarıda qeyd olunan hökmlə təsdiq olunmuşdur. Üstəlik Mülki Məcəllənin 337.5-ci maddəsinin tətbiqi isə yalnız etibarsız əqdlər üzrə həyata keçirilmiş icra hərəkətlərinin nəticələrinin aradan qaldırılması məqsədini daşıyır. Deməli, iddiaçıdan da Cavabdeh1 hər hansı bir məbləğ də qaytarıla bilməz. Birinci instansiya məhkəməsi Cavabdeh1 əhəmiyyətsiz əqd əsasında ona vurulmuş ziyanı tələb etmək hüququna malik olduğunu izah etmişdir. Burada Mülki Məcəllənin 340.2-ci maddəsinin 2-ci cümləsinin tətbiqindən də söhbət gedə bilməz. Çünki, pərdələnən müqavilə mülki qanunvericiliklə nəzərdə tutulmuş forma şərti də daxil olmaqla etibarlılıq tələblərinə cavab vermir.

20. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulamışdır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o c ümlədən, Cavabdeh1 üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın təmin olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyəti ilə açıq-aşkar sui-istifadə e tməsinlər. Əks halda mülki hüquqda əhəmiyyətsiz əqdlər, hüquqdan pis niyyətlə sui-istifadə etmə institutlarının yaranmasına da zərurət və əsas olmazdı.

21. Apellyasiya instansiyası məhkəməsi gəldiyi həmin nəticəni Mülki Məcəllənin 141, 337.1-337.5, 340.1, 340.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.3, 217.4, 372.1, 372.6, 372.7, 384.0.1, 385.2-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli, və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” 18 mart 2022-ci il tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqelərlə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etir azın dəlilləri:

22. Cavabdeh1 kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 may 2023-cü il tarixli, 2(103)-3291/2023 nömrəli qətnaməsinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 337.5, 339.3, 354.1-ci maddələri düzgün tətbiq olunmamış, Mülki Prosessual Məcəllənin 77.1, 88, 217.4, 220.4-cü maddələri pozulmuşdur.

24. Belə ki, apellyasiya məhkəməsi işin hallarını düzgün müəyyən etməmiş, əsassız olaraq Konstitusiya Məhkəməsinin yalan əqdlə bağlı formalaşdırdığı hüquqi mövqeyə istinad etmişdir. İddiaçı məhkəmə araşdırması zamanı Cavabdeh1 tərəfindən aldadılmasını sübut edə bilməmişdir. Həmçinin apellyasiya məhkəməsi kəsici müddətlə bağlı yanlış nəticəyə gəlmiş, Cavabdeh2lə Cavabdeh1 bir niyyətdə olan şəxslər kimi qəbul etmiş, Tərtər Rayon Məhkəməsinin Cavabdeh2 barəsində olan hökmdə qeyd olunanları Cavabdeh1 münasibətdə də preyudisial hal kimi tanımışdır. Birinci instansiya məhkəməsi iddianı təmin edərək müqaviləni etibarsız hesab etsə də, Cavabdeh1 əhəmiyyətsiz əqd əsasında ona vurulmuş ziyanı tələb etmək hüququna malik olmasını qeyd etmiş, apellyasiya məhkəməsi isə ümumiyyətlə kassatorun belə bir hüququ malik olmadığını bildirmişdir.

25. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

26. Kassasiya şikayətinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:

27. Azərbayc an Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

28. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən bütövlüklə mübahisələndirildiyindən kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılmasını təşkil edir. Tətbiq edilən hüquq:

29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri po zmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkə n bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutla rla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

32. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarına, cavabdehin hazırki kassasiya şikayətinin dəlillərinə oxşar apellyasiya şikayətinin dəlillərinə yuxarıda qeyd olunan qaydada, ardıcıl və ətraflı hüquqi qiymət verilərək yekun nəticəyə gəlinmişdir. Bu zaman apellyasiya məhkəməsinin sübutların qiymətləndirilməsi ilə bağlı prosessual hüquq normalarının pozması müəyyən edilməmişdir.

33. Kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi səlahiyyətləri çərçivəsində işin faktiki hallarına hüquqi qiymət verməklə müəyyən etmişdir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi bu müqavilədən irəli gələn hüquqi nəticələri yaratmaq məqsədi ilə deyil, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında yaranan borc münasibətinin təminatı məqsədi ilə bağlanmışdır. Odur ki, iddiaçının aldadılıb-aldadılmaması və aldadıldığı halda, kim tərəfindən aldadılması əhəmiyyət kəsb etmir. Belə ki, mübahisələndirilən əqd olan Mülki Məcəllənin 339.2 və 339.3-cü maddələri ilə nəzərdə tutulmuş aldatma nəticəsində bağlanmış əqddən fərqli olaraq, yalan əqd əhəmiyyətsizdir.

34. Konstitusiya Məhkəməsi Plenumunun bir neçə qərarında yalan əqdlərlə əlaqədar formalaşmış hüquqi mövqeyinə əsasən, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir (N.Hacıyevanın şikayəti üzrə 2020-ci il 10 mart və X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarlar).

35. Yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir: - görüntüdə bağlanan əqd və ya pərdələyən əqd - tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müq avilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur; - gizli bağlanan əqd və ya pərdələnən əqd - tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir; - yanlış təsəvvür yaratmaq niyyəti - tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur. (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” 18 mart 2022ci il tarixli Q ərar)

36. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, kassatorun Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin ötməsinə dair dəlili də Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli qərarında qeyd edilən mövqeyə uyğun deyildir.

37. Belə ki, həmin qərarda izah olunmuşdur ki, əhəmiyyətsiz əqd heç bir əlavə şərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan əqddir. Bu baxımdan özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz və Mülki Məcəllənin 354.1-ci maddəsi ndə göstərilən müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu müddət əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddətdir.

38. Apellyasiya instansiyası məhkəməsinin kassatoru vurulmuş ziyanı tələb etmək hüququndan məhrum etməsinə dair şikayətin dəlili də açıq-aydın əsassızdır. Belə ki, apellyasiya məhkəməsinin yuxarıda qeyd olunan qərarında belə fikir ifadə olunmamışdır.

39. Apellyasiya məhkəməsi iddiaçının əhəmiyyətsizliyi təsdiq olunduğu əqd üzrə iddiaçının qarşı tərəfdən hər hansı bir məbləğdə vəsaiti almadığını müəyyən edərək, Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən restitusiya olaraq ondan hər hansı bir vəsaitin tutulmalı olmaması qənaətinə gəlmişdir. Bununla belə, apellyasiya in stansiyası məhkəməsi Cavabdeh1 əhəmiyyətsiz əqd əsasında vurulmuş ziyanı (ona ziyan vuran şəxsdən) tələb etmək hüququna malik olduğuna dair birinci instansiya məhkəməsinin mövqeyini təsdiq etmişdir.

40. İşin hallarının düzgün müəyyən edilməməsi ilə bağlı kassasiya şikayətinin dəlillərinə dair məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci mad dəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

41. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

42. Göstərilənlərə əsasən və Azərbaycan Respub likası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 may 2023-cü il tarixli, 2(103)-3291/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar