Məhkəmə qərarları › İş №2(102)-3531/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3531/2019

20.05.2019 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3531/2019 20.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi, Cavabdeh1 və vəkili X57 iştirakları ilə, Cavabdeh1 Əlibala qızının Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 yanvar 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 aprel 2018-ci il tarixli qətnaməsi ilə (hakim: N.C.Ağazadə; 2(006)-1520/20 18) İddiaçı cavabdehlər Cavabdeh1, Bakı şəhəri 14 saylı Dövlət Notariat Kontoruna və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı “vərəsəlik şəhadətnaməsinin etibarsız hesab olunması” barədə iddiası təmin edilmiş, Bakı şəhəri, *********************** saylı evin X3 aid hissəsi ilə əlaqədar Bakı şəhəri 14 saylı Dövlət Notariat Kontorundan Cavabdeh1 verilmiş, reyesterdə 2V01/15 nömrə ilə qeyd edilmiş, 29 yanvar 2003-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, həmin əmlakla bağlı daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh1 adına xüsusi mülkiyyət kimi aparılmış qeydiyyatın ləğ v edilməsi, Bakı şəhəri, 2-ci Paralelni küçəsi,70 saylı evin X3 aid hissəsinin iddiaçı X21 tərəfindən faktiki qəbul edilməsi faktının müəyyən edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: E.Q.Nəbiyev (sədrlik edən və məruzəçi), R.Ə.Qurbanov və A.Ə.Hüseyndən; 2(103)-1613/2019) Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 17 aprel 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı cavabdehlər Cavabdeh1, Bakı Şəhəri 14 saylı Dövlət Notariat Kontoru və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, ***************** saylı (hazırkı ******************) mülkdə olmuş atası X2 1/5 payına Bakı şəhəri 14 saylı Dövlət Notariat Kontoru tərəfindən cavabdeh bacısı Cavabdeh1 *********** nömrə ilə reyestrdə qeydiyyata alınmaqla ona verilmiş 29 yanvar 2003-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, həmin paya dair onun Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsində qeydə alınmış mülkiyyət hüququnun ləğv edilməsi, X2 1/5 payının faktiki olaraq tərəfindən qəbul edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, ********* **************** 1/5 payla İddiaçı atası X22 (İmanverdi) oğlunun, əmisi X24, bibisi Səlminaz İmamaverdi qızının, atasının əmisi X35, atasının bibisi X7 paylı mülkiyyətində olmuşdur. X50 1943-cü ildə, X16, X37 1941-ci ildə, 1969-cu ildə, S8 1961-ci ildə, Ə6 1983-cü ildə vəfat etmişdir. İddiaçının atası X9 23 sentyabr 1983-cü ildə Bakı şəhərində vəfat etmişdir. Anası isə X13 12 noyabr 1998-ci ildə vəfat etmişdir. Bu yaxınlarda iddiaçı bilmişdir ki, atasının payında olan mülkün hissəsi 2003-cü ildə notariat (vərəsəlik) qaydasında X50, X16, X37, Səlmin`az İmamverdi qızının adında olan payları vərəsəliyin hüquqi fakt kimi qəbul olunması ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2-1304/05 saylı, 16.05.2005-ci il tarixli qətnaməsi əsasında bacısı Cavabdeh1 öz adına rəsmiləşdirmişdir. İddiaçı evin bacısı tərəfindən öz adına rəsmiləşdirilməsini qanunsuz hesab edərək, məhkəmədə evin qeydiyyatının etibarsız hesab olunması, miras qalmış əmlakın təkbaşına onun tərəfindən faktiki olaraq qəbul edilməsi ilə bağlı iddia qaldırmaq və Nəsimi Rayon Məhkəməsinin 21304/05 saylı 16.05.2005-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermək niyyətindədir. Cavabdeh yuxarıda qeyd etdiyi kimi iddiaçıya məlumat vermədən və digər vərəsələrin, yəni iddiaçı və bacısı X5 olmasını notariat kontorundan gizlədərək 2003-cü ildə Bakı şəhəri 14 saylı Dövlət Notariat Kontorunda vərəsəlik işi açdırmış, atası X22 (imanverdi) oğlunun Bakı şəhəri, ********************* saylı (hazırkı ***************) mülkdə olmuş 1/5 payına ************* nömrə ilə reyestrdə qeydiyyata alınmış 29 yanvar 2003-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alaraq həmin əmlaka dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsində mülkiyyət hüquqlarını qeydə aldırmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Dövlət Notariat Arxivindən vəkil sorğusu ilə 19 dekabr 2017-ci il tarixdə alınmış notariat işinin surətindən görünür ki, vərəsəlik işində kobud qanun pozuntuları baş vermiş, bir çox tələb olunan sənədlər, yəni iddiaçının valideynlərinin nikah şəhadətnaməsi, birinci dərəcəli vərəsələrə dair sənədlər, o cümlədən anası X4 ölüm haqqında, qardaşı X17 doğum və ölüm haqqında şəhadətnamələri, bacısı X5 doğum haqqında şəhadətnaməsi və sair sənədlər yoxdur. Həmin işdə notariat kontorunun ərizə-blankında “Məlum başqa aşağıdakı vərəsələr var:” qrafası ümumiyyətlə boş qalmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinin sorğuya cavab olaraq verdiyi ********** saylı 19.12.2017-ci il tarixli arayışından isə məlum olur ki, mülkün digər payçıları olmuş X50, X16, X37, S8 adında olan paylar vərəsəliyin hüquqi fakt kimi qəbul olunması üçün Cavabdeh1 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2-1304/05 saylı 16.05.2005-ci il tarixli qətnaməsini çıxartdıraraq öz adma rəsmiləşdirmişdir. İddiaçı həmin qətnaməni də qanunsuz hesab etdiyindən apellyasiya şikayəti verəcəkdir. Bakı şəhəri, ********************** saylı (hazırkı ****************** ) iddiaçının atası X2 1/5 payına Bakı şəhəri 14 saylı Dövlət Notariat Kontoru tərəfindən C avabdeh1 Əlibala qızına 2V01/15 nömrə ilə reyestrdə qeydiyyata alınmaqla verilmiş 29 yanvar 2003-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni qanunsuz hesab edir və aşağıda göstərilən hallara görə etibarsız hesab olunmalıdır. Belə ki, həmin paya iddiaçı tək vərəsə hesab edilməlidir. İddiaçının atası X9 23 sentyabr 1983-cü ildə, anası X13 12 noyabr 1998-ci ildə Bakı şəhərində vəfat etmişlər. Onların vəfatından sonra 4 bacı-qardaş, yəni iddiaçı T8 cavabdeh olan bacı Cavabdeh1, bacı X15 və qardaş X27 olmuşlar. Faktiki olaraq cavabdeh istisna olmaqla anası Q8, bacısı X15, qardaşı X27 iddiaçı olmuşlar. Cavabdeh 1981-ci ildə ərə getdiyi gündən ünvan 1 ünvanda yaşayır, faktiki olaraq hər-hansı bir formada mərhum valideynlərindən hər hansı bir miras əmlakı qəbul etməmişdir. X 15 və X40 ömürlərinin axır gününədək həmin evdə yaşamışlar. X27 22 oktyabr 2001-ci ildə, X15 20 yanvar 2016-cı il tarixində Bakı şəhərində vəfat etmişlər. İddiaçı isə 1995-ci ildən atası və qohumlarından miras qalmış həmin evdə yaşayır, validenlərindən qalmış miras əmlakı - bütövlüklə evin özünü, içindəki əşyaları, yəni mebel, xalçalar, yataq dəstləri və qızıl-zinət əşyalarını faktiki olaraq iddiaçı qəbul etmişdir. Qardaşı və bacısının vəfatından sonra da onlara vərəsəliklə çatası payı irsi transmissiya ilə evdə yaşamaqla, onu idarə etməklə iddiaçı qəbul etmişdir. Evin Kommunal xərcləri iddiaçı tərəfindən ödənilmişdir. Bundan başqa iddiaçının anası sağlığında 16 may 1998-ci ildə Bakı şəhəri 13 saylı Dövlət Notariat Kontorunda vəsiyyətnamə tərtib etdirməklə miras qalmış əmlakı - Bakı şəhəri, ******************* saylı evi (hazırkı ****************) iddiaçıya vəsiyyət etmişdir. Bacısı və qardaşına onlar sağ və xəstə olan zaman iddiaçı baxmışdır. Kassasiya şikayətinin dəlilləri Cavabdeh Cavabdeh1 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.1, 76, 88, 403, 106, 372, 405-ci maddələrinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7-ci maddəsinin, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin tələblərinin pozulması ilə çıxarılmış, işin faktiki halları araşdırılmamış, nəticədə maddi və prosessual hüquq nor malarının pozulması ilə əsassız və qanunsuz qəbul edilmişdir. Tərəflərin izahatı Məhkəməkollegiyasınıniclasında Cavabdeh1 və vəkili X57 kassasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahişetdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, idiaçı və digər cavabdehlər heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəm kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun təl əbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır.Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşd ırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi qətnaməni gəldiyi nəticənin maddi hüquqi əsası kimi 2000-ci il sentyabrın 1-dən qüvvəyə minmiş Azərbaycan Respublikası MM-nin vərəsəlik huququ üzrə münasibətləri tənzimləyən maddələrinə istinad etməklə onunla əsaslandırmışdır ki, Cavabdeh1 Bakı şəhəri 14 saylı Dövlət Notariat Kontoruna təqdim etdiyi ərizədə X1 digər vərəsələrinin olmasını göstərməmiş, o, X1 yeganə vərəsəsi qismində tanınmış, Cavabdeh1 Bakı şəhəri,****************** dən X3 düşən paydan ibarət miras əmlakla bağlı reyestrdə ********** nömrə ilə qeyd edilmiş 29 yanvar 2003-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Daha sonra həmin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında həmin əmlakla bağlı daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmışdır. Bele olan halda 1-ci instansiya məhkəməsi iddianın təmin edilməsi, Bakı şəhəri, *************** saylı evin X3 aid hissəsinin İddiaçı tərəfindən faktiki qəbul edilməsi faktının müəyyən edilməsi barədə qanuni və əsaslı nəticəyə gəlmişdir. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə bağlı məhkəmə kollegiyasi aşağıdakıların qeyd olunmasını zərurui hesab edir. İş materiallarında olan Bakı şəhəri 13 saylı dövlət notariat kontoru tərəfindən verilmiş 16 may 1998-ci il tarixli vəsiyyətnamədən görünür ki, Bakı şəhəri, ***************** yaşayan X12 Bakı şəhəri, ***************** ****** küçəsi, 70-də yerləşən şəxsi mülkün ona çatası hissəsin i bərabər dərəcədə X10, X18, X19ma və X6 vəsiyyət etmişdir. Bakı Şəhəri 14 saylı Dövlət Notariat Kontoru tərəfindən verilmiş X1 vərəsəlik işinin notariat qaydada təsdiq olunmuş surətində olan Bakı şəhər X8 İcrayyə Komitəsinin Bakı şəhərində Bələdiyyələşdirilmiş tikintilərin reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, 2-ci Paralelni küçəsi, 70 saylı ev X1,Yaqub Bala Dayı oğlunun,X36, Səlmina zİmamverdi qızının və X24 adına qeyd edilmişdir və bu barədə 206 nömrəli reyestr kitabında 11735 səhifədə 17.03.1948-ci il tarixdə qeydiyyat aparılmışdır. Azərbaycan Respubilkası MPM-nin 217.2-ci maddəsinin tələbinə əsasən qətnamə mübaisəli huqu münasibətləri yaranan zaman qüvvədə olan maddə huquq normalarına və işin baxılması zamanı qüvvədə olan prossual huquq normalarına uyğun cıxarılma lıdır. İş materiallarından göründüyü kimi tərəflərin atası miras qoyan X11 23 sentyabr 1983-cü ildə, onun arvadı X14 isə 12 noyabr 1998-ci ildə ölmüşlər.Həmin vaxdan da miras qalmış evlə bağlı tərəflər arasında mübahisəli huquq münasibətləri yaranmışdır. Lakin apelasiya instansiyasi məhkəməsi tərəflər arasındakı mübahisələ vərəsəlik huququ ilə bağlı munasibətlərə həmin münasibətlər yaranan zaman quvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik huququ üzrə münasibətləri tənzimləyən maddələrini yox, 2000-ci il sentyabrin 1-dən qüvvəyə minmiş Azərbaycan Respublikası MM maddələrini tətbiq etmiş nəticədə prosessual qanun vericiliyin qeyd olunan normalarının tələbləri pozulmuıdur. 2000-ci il sentyabrin 1-dək qüvvədə olmuş Azərbaycan Respublika Mülki Məcəlləsinin: -527-ci madənin 1-ci hissəsinə əsasən vərəsəlik nanun üzrə və vəsiyyət üzrə həyata keçirir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. -528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi və ölmüş elan olunması ilə açılır. -552-ci maddəsinə görəMirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək haqqında ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı qy müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmə lə gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. -553-cü maddəsinə əsasən mirasın qəbul edilməsi üçün bu Məcəllənin 552-ci maddəsi ilə müəyyən edilən müddətin keçməsi səbəbləri üzürlü hesab edildikdə, məhkəmə tərəfindən həmin müddət uzadıla bilər. Mirası qəbul etmiş bütün vərəsələrin hamısının razılığı olduqda, göstərilən müddət keçdikdən sonra məhkəməyə müraciət etmədən də miras qəbul oluna bilər. Bu hallarda, mirası qəbul etmək müddətini keçirmiş vərəsəyə, yalnız ona çatası, digər vərəsələr tərəfindən qəbul olunmuş və ya dövlətə verilib eyni ilə saxlanmış olan əmlak, habelə ona çatası əmlakın qalan hissəsinin satışından hasil olan pul vəsaitləri verilir. -555-ci maddəsinə əsasən vərəsə, digər vərəsələrin gəlməsini gözləmədən, miras əmlakına sahiblik etməyə və ya onu idarə etməyə başlaya bilər.Lakin bu halda vərəsə, vərəsəlik açıldığı gündən altı ay keçənə qədər və ya o, miras hüququna dair şəhadətnamə alana qədər, miras əmlakı üzərində sərəncam etməyə(satmağa, girov qoymağa və s) haqlı deyildir. Bu halda vərəsə, miras əmlakı hesabına yalnız aşagıdakı xərcləri çəkə bilər: 1) miras qoyanın xəstəliyi zamanı edilən xidmətlər və həmçinin onun dəfni üçün; 2) miras qoymuş şəxsin himayəsində olan şəxslərin saxlanılması üçün; 3) əmək haqqı üzrə pretenziyaların və ona bərabər tutulan pretenziyaların təmini üçün; 4) miras əmlakının mühafizəsi və onun idarə edilməsi üçü n. -556-cı maddəsinə əsasən Qanun üzrə və ya vəsiyyət üzrə vərəsə, vərəsəlik açıldığı gündən altı ay müddətində mirasdan imtina etməyə haqlıdır. Bu halda o, qanun üzrə və vəsiyyət üzrə olan vərəsələrdən qalan hər hansı birinin xeyrinə, dövlətin və ya ayrıca dövlət, kooperativ və ya sair ictimai təşkilatların xeyrinə mirasdan imtina etdiyini göstərə bilər. -561-ci maddəsinin 1-ci hisəsinə əsasən qanun üzrə və ya vəsiyyət üzrə vərəsəliyə çağrılmış vərəsələr, vərəsəlik açılan yerin notariat kontorundan, onların vərəsəlik hüququnu təsdiq edən şəhadətnamənin (vərəsəlik hüququ haqqında şəhadətnamənin) verilməsini xahiş edə bilərlər. -562-ci maddəsinin 1-ci və 2-ci hissəsinə əsasən vərəsələrə miras hüququ haqqında şəhadətnamə, vərəsəlik açıldığı gündən altı ay keçdikdən sonra verilir. Notariat ko ntorunda şəhadətnamə istəyən şəxslərdən başqa, digər vərəsələrin olması barədə məlumat olduqda, qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsəlik zamanı, miras hüququ haqqında vətəndaşa şəhadətnamə vərəsəlik açıldığı gündən altı ay keçənə qədər verilə bilər. 2000-ci il sentyabrın 1-dən qüvvədə olan Azərbaycan Respublikasının MM-nin 354cü maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətl i yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Nəsimi rayon Məhkəməsinin 16 may 2005-ci il tarixli 2-1304/05 nömrəli qətnaməsinin surətindən görünür ki, Cavabdeh1 qohumluq münasibətlərinin, mirasın qəbuledilmə faktının müəyyən edilməsi, mülkiyyət hüququnun tanınmasına dair ərizəsi təmin edilərək qət edilmişdir: “ Cavabdeh1, X41, X42, X20 və X28 vərəsəsi hesab olunsun, Bakı şəhəri 2-ci paralelnı(indiki B.B.Məcidov) küçəsindəki 70 saylı evin həmin şəxslərə məxsus hissələrinin Cavabdeh1 tərəfindən miras əmlakı kimi qəbul edilməsi faktı müəyyən edilsin və evin bu hissələrinə Cavabdeh1 mülkiyyət hüququ tanınsın. Bakı şəhəri ************************** saylı evin X45 məxsus 1/5 hissəsinə, X46 məxsus 1/5 hissəsinə, X26 məxsus 1 /5 hissəsinə və A6 məxsus 1/5 hissəsinə dair Cavabdeh1 qeydiyyat vəsiqəsi verilməsi Bakı şəhəri Texniki İnventarlaşdırma və Mülkiyyət Hüququ Qeydiyyat İdarəsinə həvalə edilsin”. Qeyd edilən qətnamənin təsviri hissəsində göstərilmişdir ki, iş üzrə 3-cü şəxslər İddiaçı və S8 ərizəni qəbul edərək oxşar izahat verdilər və miras əmlakı qəbul etmədiklərini, mirasdan imtina etdiklərini bildirdilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354-cü maddəsinə əsasən Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Bundan əlavə işin 1-ci cildinin 166-cı vərəqəsində olan İddiaçı adından rus dilində yazılmış 15.04.2005- tarixli ərizənin kserosurətində İddiaçı Əlibala qızının qeyd olunan evdəki öz payından bacısı Cavabdeh1 xeyrinə imtina etməsi göstərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -372.6.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. -372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. - 392.2-ci maddəsinin tələblərinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. -106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. -217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. -218.1-ci maddəsinə əsasənqətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin tələbləri baxımından məhkəmə tərəfindən mübahisəyə hüquqi qiymət verilərək ilk növbədə sözü geden müxtəlif maraqlar bütünlüklə aydınlaşdırlmalıdır. Nəzərə alınmalıdır ki, konvensiyanın məqsədi “ praktiki və səmərəli “ hüquqları təmin və müdafiə etməkdən ibarətdir. Ədalətsizliyə yol verilməməsi üçün ilk növbədə mübahisənin mahiyyətinə diqqət yetirilməli, şikayət edilən məsələnin reallıqları və sair hallar tam, hər tərəfli və obyektiv araşdırılmalıdır. İnsa n Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir. (Hiro Balani İspaniyaya qarşı iş üzrə 9 dekabr 1994-cü il tarixli Qərar; Kuznetsov və digərləri Rusiyayaqarşı iş üzrə 21 yanvar 2007-ci il tarixli Qərar). Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası tərəfindən iş üzrə düzgün nəticəyə gəlmək üçün mühüm ə həmiyyət kəsb etməsinə baxmayaraq işin yuxarıda göstərilən halları araşdırmamış, ********* №-li mülki iş Nəsimi rayon Məhkəməsindən tələb edərək nəzərdən keçirməmiş, iddiaçı İddiaçı adından yazılmış ərizənin qeyd olunan mülki işdə olub-olmaması yoxlanmamış, ərizənin əslinin və ya notariat qydasında təsdiq edilmiş surətinin məhkəməyə təqdim edilməsini cavabdehə təklif etməmiş və həmin ərizənin iddiaçı tərəfindən yazılıb-yazılmaması, iddiaçı tərəfdən müddətin ötürülüb-ötürülməməsi və iş üçün əhəmiyyət kəsb edən digər hallar prosessual qanunvericiliyin tələblərinə müvafiq qaydada tədqiq edilməmiş, həmçinin apellyasiya şikayətinin dəlillərinə qiymət vermədən öz qətnaməsində birinci instansiya məhkəməsinin qətnaməsində göstərilənləri təkrarlamaqla kifayətlənmiş, nəticədə maddi və prosessual hü quq normalarının tələbləri pozulmuşdur. Azərbaycan Respublikası MPM-in 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, kassasiya şikayəti təmin olunmalı, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulduğuna görə qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin olunsun. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 07 ya nvar 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar