Məhkəmə qərarları › İş №2(102)-3531/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3531/2024

21.10.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3531/2024 21.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh (Bakı şəhəri 40 nömrəli notariat ofisi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 nömrəli Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmaqla) qarşı iddiası ilə bağlı mülki işlərə dair QƏRARİ (Açar sözlər: qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması, çıxarışın ləğv edilməsi və vərəsəlik üzrə payın müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkib də, İddiaçı Cavabdeh qarşı (Bakı şəhəri 40 nömrəli notariat ofisi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 nömrəli Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması, çıxarışın ləğv edilməsi və vərəsəlik üzrə payın müəyyən edilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2359/2024 nömrəli, 23 may 2024-cü il tarixli qətnaməsindən Cavabdeh (Vəkili Vəkil3) tərəfindən verilmiş kassasiya şikayətinə 21 oktyabr 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqların Q eydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı 077860 nömrəli Qeyiyyat vəsiqəsinə əsasən, Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, ev 31 ünvanında yerləşən 48 saylı mənzil 28 iyun 2001-ci il tarixdə X3 adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir.

2. İddiaçı və Cavabdeh bacı-qardaş olmaqla X6 onların anasıdır.

3. X6 xx.xx.2010-cu il tarixdə vəfat etmişdir.

4. Bakı şəhəri 36 saylı Notariat ofisi tərəfindən verilmiş 12 noyabr 2022-ci il tarixli 441 nömrəli məktubda qeyd olunmuşdur ki, İddiaçı xx.xx.2010-cu il tarixdə Bakı şəhəri 36 nömrəli Xətai rayon notariat kontoruna ərizə təqdim edərək, anası X3 xx.xx.2010-cu il tarixdə vəfat etdiyini qeyd etmiş və bununla əlaqədar vərəsəlik işinin həlli üçün müraciət olunarsa, onun da vərəsə kimi nəzərə alınmasını xahiş etmişdir.

5. Bakı şəhər i 40 saylı Notariat ofisi tərəfindən verilmiş 11 iyun 2022-ci il tarixli X-392 nömrəli məktubda qeyd olunmuşdur ki, xx.xx.2010-cu il tarixdə vəfat etmiş X3 vərəsəsi, oğlu Cavabdeh tərəfindən xx.xx.2016-cı il tarixdə Notariat ofisinə müraciət daxil olmuş, “Elektron notariat” X1 axtarış edilmiş, vərəsəlik işinin heç bir Notariat ofisi tərəfindən açılmadığı məlum olduqdan sonra Bakı şəhəri 40 saylı Notariat ofisi tərəfindən vərəsəlik işi açılmışdır. Cavabdeh xx.xx.2016-cı il tarixli, 2V-115 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.

6. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, ev 31 ünvanında istifadədə olan 106,9 kv.m. ümumi sahədən ibarət 48 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə 20 may 2016-cı il tarixdə qeydiyyata alınmışdır.

7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3824/2022 nömrəli, 21 iyul 2022-ci il tarixli qətnaməsinə əsasən, İddiaçı cavabdeh Bakı şəhəri 40 saylı Notariat Ofisinə qarşı “mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş vaxtın uzadılması” tələbi rədd edilmişdir.

8. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6758/2022 nömrəli, 07 dekabr 2022-ci il tarixli qətnaməsinə əsasən, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, hazırkı mülki iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2 (011)-3824/2022 nömrəli, 21 iyul 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia təmin edilməmişdir.

9. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-941/2023 nömrəli, 14 fevral 2023-cü il tarixli qərardadına əsasən, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6758/2022 nömrəli, 07 dekabr 2022-ci il tarixli qətnaməsindən 3-cü şəxs X9 tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilmiş, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat (birinci iş üzrə):

10. İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra birinci cavabdeh) qarşı iddia ərizə ilə Bakı şəhəri Xətai R ayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən miras əmlaka dair Bakı şəhəri 40 nömrəli notariat ofisi tərəfindən tərtib edilmiş cavabdehə verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin etibarsız sayılması, həmin şəhadətnamə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 nömrəli Bakı şəhəri Ərazi idarəsi tərəfindən dövlət reyestrində aparılmış qeyd və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən miras əmlaka dair Bakı şəhəri 40 nömrəli notariat ofisində açılmış vərəsəlik işinə və onun əsasında tərtib olunan vərəsəlik şəhadətnaməsinə düzəliş olunaraq, onun vərəsə olmağı nəzərə alınmaqla ona çatası 1/2 payın müəyyən olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, anası X2 miras qalmış Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, ev 31 ünvanındakı 48 nömrəli mənzil 5 otaqdan ibarətdir. Qardaşı Cavabdeh xx.xx.2016-cı il tarixində Bakı şəhəri 40 nömrəli notariat ofisinə ərizə ilə müraciət edərək qanun üzrə vərəsəlik haqqında şəhadətnamə almışdır. Onun əsasında anasından miras qalmış ünvan 4 ünvanını öz adına rəsmiləşdirmişdir. Anası xx.xx.2010-cu il tarixdə dünyasını dəyişmiş, həmin ilin xx.xx.2010-cu il tarixində 36 nömrəli notariat kontoruna qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin alınması üçün o, ərizə ilə müraciət etmişdir. Həmçinin qardaşının buna dair müraciəti olduqda dərhal ona məlumat verilməsini xahiş etmişdir. Bütün bunlara baxmayaraq, qardaşı Cavabdeh Bakı şəhəri, 40 nömrəli Notariat kontoru tərəfindən xx.xx.2016-cı il tarixli qanun üz rə vərəsəlik haqqında şəhadətnamə verilmiş, ona isə məlumat verilməmişdir. O, şəhid bacısıdır. 1-ci Qarabağ müharibəsində qardaşı şəhid olmuşdur. Onun şəhid olmasına görə Dövlət Başçısının fərmanına əsasən ailə üzvlərinə verilən 11.000 manatı almaq üçün qardaşı onun razılığı olmadan həmin pulu ala bilmirdi. Qardaşı onun razılığı əsasında pulu alıb 2 hissəyə bölmüşlər. Burdan sual çıxır ortaya ki, necə olur ki, notariat ofisində ayrılmış vəsaiti almaq üçün onun vərəsə olduğu qardaşına bildirilir. Amma miras qalmış evdə isə ərizəsi ola-ola göz yumulur. O, anasından qalmış ünvan 4 nömrəli evin üzərində mülkiyyət hüququnu həyata keçirmək istədikdə, ona məlum olmuşdur ki, artıq qardaşı bunu etmiş və həmin mənzilə yeganə vərəsə olduğunu deyərək, qanun üzrə vərəsəlik şəhadətnaməsi almışdır. Bunda n sonra o, öz növbəsində 40 nömrəli notariat ofisinə ərizə (xx.xx.2022-ci il tarixində) ilə müraciət edərək, ünvan 4-ə dair vərəsəlik hüququ haqqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Lakin onlar da öz növbəsində imtina etmişlər. Bundan sonra o, Bakı şəhəri Xətai Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş (2(011)-3824/2022 nömrəli, xx.xx.2022-ci il tarixli), bundan sonra Bakı Apellyasiya Məhkəməsinin (2(103)-6578/2022 nömrəli, xx.xx.2022-ci il tarixli) qətnaməsi ilə iddiası qismən təmin olunmuşdur. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra xx.xx.2023-cü il tarixli Bakı şəhəri 40 nömrəli notariat ofisinin X-467 nömrəli natamam məktubuna əsasən o, yenə vərəsəlik hüququnu həyata keçirə bilməmişdir. Belə ki, notariat ofisi onun rəsmi məktubuna cavab vermək istəməmişdir. Hətta nota riat ofisi tərəfindən verilmiş vərəsəlik hüququ haqqında qeydə alınmış şəhadətnamə nömrəsini ona verməkdən, yəni verilən cavab məktubunda qeyd etməkdən yayınmış, dolayı yolla ona cavab verilmişdir. Mübahisəli mənzilə dair məhkəmə qətnaməsində göründüyü kimi, onun anası və onlar mübahisəli evdə daim yaşamış və beləliklə valideynindən qalan əmlakı miras olaraq qəbul etmişdir.

12. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinə etiraz etməklə yanaşı məhkəməyə yazılı etiraz ərizəsi təqdim edərək qeyd etmişdir ki, Bakı şəhəri, N.Tusi küçəsində yerləşən 31 nömrəli evin 48 nömrəli mənzili 1978-ci ildə orderlə anasına verilmişdir. Onun qardaşı X10 xx.xx.1992-ci il tarixdə Qarabağ bölgəsində şəhid olmuş, atası X7 xx.xx.1994-cü ildə vəfat etmişdir. O miras əmlak olan mənzild ə daima qeydiyyatda olmuş və anası X6 vəfat edənədək, onunla birlikdə həmin mənzildə yaşamışdır. Anası ilə birlikdə qaldıqları müddətdə, eləcə də anası öldükdən sonra sözügedən mənzilə dair xərclər və kommunal xidmət haqları onun tərəfindən ödənilmişdir. Anası vəfat etdikdən sonra da o, həmin əmlaka sahiblik etmiş və idarə etmiş, anasının dəfn və yas mərasiminin keçirilməsi xərclərini ödəmişdir. Adı çəkilən mənzil həmin vaxt mənzildə yaşayan ailə üzvlərinin razılığı ilə anası X3 adına 2001-ci ildə özəlləşdirilərək, mənzilə dair qeydiyyat şəhadətnaməsi verilmişdir. Baxmayaraq ki, o vaxt o, mənzili ailə üzvü, qeydiyyatda olan və mənzildə yaşayan şəxs kimi öz adına özəlləşdirə bilərdi. Lakin bunu etməmiş və mənzilin anasının adına özəlləşdirilməsinə razılıq vermişdir. Hətta miras əmlaka dai r vərəsəlik şəhadətnaməsini belə dərhal müraciət edib almamışdır. İddiaçı isə anası sağ olarkən 1990-cu ilin iyun ayında ailə həyatı quraraq miras əmlak olan mənzildən köçmüş və bu mənzildə bir daha yaşamamış, həmin mənzildə qeydiyyatda deyil. İddiaçı ərizədə qeyd etmişdir ki, 36 nömrəli Notariat kontoruna qanun üzrə vərəsəlik haqqında şəhadətnamə almaq üçün ərizə ilə 2010-cu ildə müraciət etmişdir. Əslində isə iddiaçı qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin alınmasını yox, vərəsəlik işinin həlli üçün müraciət olunarsa, onun vərəsə kimi tanınmasını xahiş etmişdir. Ancaq iddiaçı bununla bağlı notariat ofisinə tələb olunan heç bir sənəd təqdim etmədiyi, notarius tərəfindən iddiaçının şəxsiyyəti müəyyən edilmədiyi və ərizə notariat qaydasında təsdiq edilmədiyi üçün notarius tərəfindən he ç bir tədbir görülməmişdir. Bu isə mirası qəbul etmə, mirasın qəbulu üçün müraciət kimi hesab edilməməlidir. Çünki, mirası qəbul etmək üçün əvvəlcə başqa şəxsin müraciət etdikdən sonra qəbul etməsi tələbi yoxdur, yəni iddiaçı özü birbaşa mirasın açılması və ona vərəsəlik şəhadətnaməsi verilməsi üçün müraciət edə bilərdi. Hesab olunsa ki, iddiaçı qanunvericiliklə qeyd edilən 6 ay müddətin bitməsini gözləməli idi, o zaman iddiaçı daha sonra təkrar notariat ofisinə müraciət edib, şəhadətnamə ala bilərdi. İddiaçı isə mirası qəbulu üçün 12 il sonra müraciət etmişdir. 36 nömrəli Notariat Ofisinin sorğuya verdiyi cavabdan da göründüyü kimi iddiaçının verdiyi ərizə məlumat xarakterli ərizə olmuş və ərizəyə heç bir sənəd əlavə edilməmişdir. Halbuki, qanun üzrə vərəsəlik haqqında şəhadətnamə almaq ü çün notariusa miras qoyanın ölümü haqqında şəhadətnamə, miras qoyanın yaşayış yeri (daimi və ya müvəqqəti qeydiyyatı) haqqında arayış, vərəsələrin miras qoyanla qohumluq münasibətlərini təsdiq edən sənəd, mirasın qəbul edilməsi, ondan imtina olunması və ya vərəsəlik şəhadətnaməsinin verilməsi haqqında ərizə və digər sənədlər təqdim olunmalıdır. Lakin, bu sənədlərin heç biri iddiaçı tərəfindən təqdim edilməmişdir.

13. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(011)-6312/2023 nömrəli, 20 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim İlahə Abbasova) iddia təmin edilməmiş, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilmişdir.

14. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən qeyd etmişdir ki, iddiaçı anasından qalan miras əmlaka faktiki sa hiblik etməklə qəbul etdiyini sübut edə bilmədiyindən, həmçinin onun mirası qəbul etdiyi barədə ərizə ilə mirasın açıldığı yer üzrə notariat ofisinə müraciət etdiyi sübutlarla təsdiq edilmədiyindən, habelə mübahisələndirilən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması üçün heç bir qanuni əsaslar müəyyən edilmədiyindən iddia təmin olunmamalıdır.

15. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1159.1, 1243, 1246, 1248-ci maddələrinə, “Notariat Haqqında” Azərbaycan Respublikası Qanununun 59-60-cı maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respubl ikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cımaddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

16. Qətnamədən iddiaçının nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

17. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, oxşar iddiaya dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Azərbaycan Respublikası Mülki Məcəlləsinin “Mirasın qəbul edilməsi və onun qəbulundan imtina olunması” adlı LXX Fəslinə aid 1243.2, 1246 və 1273.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə sorğu ilə müraciət etmiş və həmin sorğu Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən icraata götürülmüşdür. Birinci instansiya məhkəməsi isə həmin qərarın nəticəsini gözləmədən iş üzrə yekun qərar qəbul etmişdir. Məhkəmə nəticəyə gələrkən işin faktiki hallarına düzgün qiymət verməmiş, işin faktiki hallarını araşdırmamışdır. Belə ki, məhkəmə onun cavabdeh Bakı şəhəri 40 nömrəli Notariat Ofisinə qarşı 2022-ci ildə məhkəməyə “mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş vaxtın uzadılması” tələbi ilə müraciət etdiyini və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3824/2022 nömrəli xx.xx.2022-c i il tarixli qətnaməsinə əsasən iddiasının rədd edilməsini göstərsə də, həmin qətnamənin Bakı Apellyasiya Məhkəməsi tərəfindən ləğv olunduğunu araşdırmamışdır. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6758/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə onun apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ləğv edilmişdir. Həmin iş üzrə məhkəmə belə qənaətə gəlmişdir ki, mərhumun vəfatından sonra mirasın qəbul edilməsi üçün 3 aylıq müddət iyun ayının 29-da bitdiyi halda, o, müddəti ötürməmiş, mirasın qəbul edilməsi üçün iyun ayının 1-də notariat kontoruna müraciət etmişdir.

18. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(103)-2359/2024 nömrəli, 23 may 2024-cü il tarixli q ətnaməsi ilə (hakimlər Fuad Abdıyev (sədrlik edən və məruzəçi), Məhəmməd Rüstəmli və Fərrux Qasımov) iddiaçının apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia qismən təmin edilməsi, X2 miras qalmış Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsində yerləşən 31 saylı evin, 48 saylı mənzilinə dair cavabdehə verilmiş xx.xx.2016-cı il tarixli, 2V-115 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında bu mənzillə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrində cavabdehin adına aparılmış qeyd və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi, həmin mənzili n 1/2 hissəsi üzərində iddiaçının, 1/2 hissəsi üzərində isə cavabdehin payının tanınması, iddianın qalan hissədə təmin edilməməsi, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarınən iddiaçıya aid edilməsi qət olunmuşdur.

19. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, mübahisə predmetini təşkil edən mənzil xx.xx.2001-ci il tarixdə dövlət reyestrində tərəflərin anası X3 adına rəsmiləşdirilmişdir. Bu şəxs xx.xx.2010-cu il tarixdə vəfat etmişdir. Bununla əlaqədar iddiaçı xx.xx.2010-cu il tarixdə Bakı şəhəri 36 saylı Xətai rayon notariat kontoruna ərizə təqdim edərək, vərəsəlik işinin həlli üçün müraciət olunarsa, özünün də vərəsə kimi nəzərə alınmasını xahiş etmişdir. Buna baxmayaraq, həmin mənzillə bağlı cavabdehə xx.xx.2016cı il tarixli, 2V-115 r eyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş və bu şəhadətnamə əsasında mənzil xx.xx.2016-cı il tarixdə onun mülkiyyəti kimi dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan sonra iddiaçı 2022-ci ildə həmin şəhadətnaməni verən Bakı şəhəri 40 saylı Notariat Ofisinə qarşı “mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş vaxtın uzadılması” tələbi ilə müraciət etmiş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3824/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən onun iddiası rədd edilmişdir. Onun həmin qətnamədən apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6758/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia rədd edilmişdir. Belə ki, həmin qətnamə ilə iddiaçının miras əmlakın qəbul edilməsi ilə bağlı müddəti ötürmədiyi müəyyən edilmişdir.

20. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, bununla belə, iddiaçı da cavabdeh kimi xx.xx.2010-cu il tarixdə vəfat etmiş anası X3 birinci növbədə vərəsəsidir və onun ölümündən sonra xx.xx.2010-cu il tarixdə notariat ofisinə ünvanladığı ərizə onun mirası qəbul etməsi kimi qiymətləndirilməlidir. Bu baxımdan mənzil miras əmlak olaraq anasının birinci növbədə vərəsəsi kimi orada yaşayan cavabdehlə yanaşı onun tərəfindən də qəbul edilmiş sayılmalıdır. Məhz bu səbəbdən Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası 2(103)-6758/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayətini qismən təmin etmiş və miras əmlakın qəbul edilməsi ilə bağlı müddətin ötürməməsi əsası ilə onun “mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş vaxtın uzadılması” barədə iddiasını rədd etmişdir. Nəzərə alınmalıdır ki, tərəflərin qardaşı, hərbi qulluqçu olmuş X8 xx.xx.1992-ci il tarixdə ölmüşdür. Bununla bağlı onun atası X5 və anası X4 verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrə əsasən onların hər birinə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli, 1 nömrəli Fərmanına uyğun olaraq ödəniləcək vəsaitin 1/2 hissəsini almaq hüququ verilmişdir. Həmin pulu da 1/2 hissədə, yəni hər biri 5.500 manat olmaqla məhz tərəflər almışdılar.

21. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən xx.xx.2023-cü il tarixli qərarına istinadən onu da qeyd etməyi zəruri hesab etmişdir ki, iddiaçın ın xx.xx.2010-cu il tarixdə belə bir ərizə ilə müraciət etməməsi, habelə 25-ci bənddə göstərilən halın mövcud olmaması da hazırki iddianın rədd edilməsi üçün əsas deyil. Belə ki, iddiaçı qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməmişdir. Bu baxımdan da o, cavabdehlə yanaşı mirası qəbul etmiş vərəsə hesab edilməli və onların arasında bu miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməlidir. Lakin birinci instansiya məhkəməsi yuxarıda göstərilənləri, habelə işə baxılan zaman Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının hazırki münasibətləri tənzimləyən maddələrinin şərh edilməsi ilə bağlı sorğusunun Konstitusiya Məhkəməsinin icraatında olmasını nəzərə almamış, o cümlədən qanunvericiliyin tələblərinə uyğun olaraq iş üzrə icraatı dayandırmamışdır. Nəzərə alınmalıdır ki, hazırki iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılan vaxt (xx.xx.2023-cü il) Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərarının (xx.xx.2023-cü il) olmaması da hazırki iddianın rədd edilməsi üçün əsas ola bilməz. Belə ki, plenum hesab etmişdir ki, bu Qərar qüvvəyə minməsinədək məhkəmələrin icraatında olan mübahisələrə də tətbiq olunmalıdır. Qeyd edilənlər öz növbəsində cavabdehə verilmiş xx.xx.2016-cı il tarixli, 2V-115 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsini, həmin şəhadətnamə əsasında miras qalmış əmlakla bağlı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeyd və onun əsasında verilmiş çıxarışın ləğv edilməsini, miras qalmış əmlakın 1/2 hissəsi üzərin də iddiaçının, 1/2 hissəsi üzərində isə cavabdehin payının tanınmasını şərtləndirir.

22. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, şəhadətnamənin etibarsız hesab edilməsi qənaətinə gəlindiyindən miras əmlaka dair Bakı şəhəri 40 saylı notariat ofisində açılmış vərəsəlik işinə və onun əsasında tərtib olunan vərəsəlik şəhadətnaməsinə düzəlişin edilməsinə artıq hər hansı hüquqi zərurət qalmır. Bu səbəbdən iddia həmin hissədə təmin edilməməlidir.

23. Apellyasiya instansiyası məhkəməsi mövqeyini əsaslandırarkən Mülki Məcəllənin 1133.1, 113.2, 1145, 1151, 1159.1.1, 1243.2, 1243.3, 1256, 1301.1, 1301.2, 1301.3-cü, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.x x.2022-ci il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 217.1, 217.3, 217.4-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

24. Qətnamədən birinci cavabdeh Ramil Əliyev (Vəkil3) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələblərinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

25. Kassasiya şikayətində qeyd olunmuşdur ki, cavabdehin 14 il əvvəl qəbul etdiyi və mülkiyyətində olduğu əmlakın yarısından məhrum edilməyi onun “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi ilə qorunan ədalətli məhkəmə araşdırması hüququmu (hüquqi müəyyənlik prinsipi) pozmuşdur. Belə ki, Rəhmanova Azər baycana qarşı 10 iyul 2008-ci il tarixli qərarında Məhkəmə xatırladır ki, hüquqi müəyyənlik prinsipi tələb edir ki, hər hansı tərəf araşdırmaların yenidən açılmasına sadəcə olaraq yenidən baxılma və işin təzədən araşdırılması üçün çalışmamalıdır. Yenidən araşdırma gizli şikayəti təşkil etməməli və məsələyə iki baxışın mövcudluğunun sadəcə olaraq mümkünlüyü yenidən baxılma üçün əsas deyildir.

26. Bundan əlavə, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 59-cu maddəsinə əsasən, notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və o lduğu yeri yoxlamalıdır. Beləliklə, vərəsəliyə çağırılmış vərəsələr arasında vərəsələrin dairəsi, miras kütləsi, payların həcmi, habelə mirasın bölüşdürülməsi ilə bağlı mübahisə olmadığı təqdirdə mirasın qəbul edilməsi faktının rəsmiləşdirilməsi notariat qaydasında həyata keçirilir. Əgər iddiaçı qanunvericiliyin tələb etdiyi formada notariat ofisinə müraciət edərək mirası qəbul etmək istəyirdisə, o zaman mirasın qəbul edilməsi barədə ərizə verməli və şəxsiyyət vəsiqəsi daxil, digər müvafiq sənədləri təqdim etməliydi. Amma iddiaçı nə lazımı müraciəti etmiş, nə müvafiq sənədləri təqdim etmiş, nə də ərizənin nəticəsi ilə maraqlanmamışdır. Mirasın açılmasından 12 il keçdikdən sonra yenidən notariat ofisinə müracət edərək, mirası qəbul etmək istədiyini bildirmişdir. Notariat ofisi də haqlı olar aq, iddiaçı tərəfindən mirasın qəbul edilməsi üçün müddətin ötdüyü, mirasın digər vərəsə tərəfindən qəbul edildiyi və qanunvericiliklə vərəsənin bu müddət ərzində susduğu üçün şəhadətnaməsinin verilməsinin mümkün olmadığını qeyd etmişdir. Cavabdehə verilən “qanun üzrə vərəsəlik şəhadətnaməsi”nin etibarsız hesab edilməsi üçün hər hansı bir əsas olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası.

27. Maddə

13. İ hissəsi. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

28. Maddə

29. Vİİ hissə. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

29. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz ə qdlər ola bilər.

30. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

31. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

32. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

33. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.

34. Maddə 1151. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir.

35. Maddə 1159.1.1. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar.

36. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

37. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.

38. Maddə 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir.

39. Maddə 1301.1. Əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər.

40. Maddə 1301.2. Əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində ol mayan vərəsənin payını ayıra bilərlər.

41. Maddə 1301.3. Əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 oktyabr 2022-ci il tarixli qərarı.

42. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsində müəyyən edilmiş altı aylıq müddət mirasın qəbulunun notariat qaydasında rəsmiləşdirilməsi üçün nəzərdə tutulmuş müddətdir. Həmin müddətin ötürülməsindən sonra mirasın qəbulu məsələsi Azərbaycan Respubl ikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məhkəmə qaydasında həll edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1268.2-ci maddəsinə uyğun olaraq fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli vərəsənin miras əmlakdan imtinası ilə bağlı məhkəməyə müraciət edilməsinə həmin Məcəllənin 1256-cı maddəsində nəzərdə tutulmuş imtina müddəti şamil edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarı.

43. Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş, Azərbaycan Respublikası Mülki Məcəlləsinin mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilmiş, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda mə hkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

44. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

46. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

47. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

48. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

49. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

50. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

51. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydın laşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

52. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

53. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

54. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədə n saxlaya bilər.

55. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

56. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməli dir.

57. Hazırki kassasiya şikayətində cavabdeh tərəfindən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin edildiyi hissədə qismən mübahisələndirildiyindən məhkəmə aktının qanuniliyi həmin hissədə qismən yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

58. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

59. Kassasiya şikayətinin apellyasiya instansiyası məhkəməsi tərəfindən i şin hallarına düzgün hüquqi qiymət verilmədiyi, maddi hüquq normalarının düzgün tətbiq edilmədiyi və prosessual hüquq normalarının tələblərinin pozulduğu barədə dəlilləri əsassızdır.

60. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu ba rədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

61. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

62. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin d əlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. 63. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

64. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

65. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

66. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2359/2024 nömrəli, 23 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəti

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar