Məhkəmə qərarları › İş №2(102)-3536/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3536/2020

04.08.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3536/2020 04.08.2020 ALİ MƏHKƏMƏ İddiaçı: XXX Cavabdeh: Cavabdeh Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər: Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, “XXX” İstehsalat Birliyi “xxxxxxxxxxxxxxx” X5 Cəmiyyəti və Bakı şəhəri Xətai Rayon Polis İdarəsi İddia tələbi: orderin etibarsız hesab edilməsi və dövlət fonduna aid mənzilin (tikintinin) başqasının qeyri-qanuni sahibliyindən götürülməsi (Açar sözlər: orderin etibarsızlığı, əsl olmayan cavabdeh) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Oruclu Bah ar Nurəddin qızının katibliyi, iddiaçının nümayəndələri X1 və X4 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1738/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı XXX tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları ünvan 1 ünvanında yerləşən əvvəllər “XXX” İstehsalat Birliyi “xxxxxxxxxxxxxxx” zavodu MMC-nin balansında olmuş, xx.xx.2007-ci il tarixindən Müdafiə Sənayesi Nazirliyinin xxxxxxxxxxxxxxxxxxxxxxxxnin balansına verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli, 131s nömrəli sərəncamına əsasən Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2013-cü il tarixli, 294 saylı sərəncam ı ilə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin “xxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin balansında olan sosial-mədəni və məişətkommunal təyinatlı obyektlər, o cümlədən Xətai rayonu, XXX küçəsi, 6 saylı ünvanda yerləşən yataqxana binası balansa qəbul edilmişdir. Yataqxana binası balansa qəbul edilənədək əvvəllər məxsus olduğu Müdafiə Sənayesi Nazirliyinin müvafiq qurumlarında çalışan işçilər və məcburi köçkün ailələri orada məskunlaşmışdır. xx.xx.2014-cü il tarixli təhvil-qəbul aktına görə, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi xxxxxxxxxxxxxxxxxxxxxxxxnin Bakı şəhəri, Xətai rayonunda yerləşən 4 nömrəli Mənzil İstismar Sahəsinin balansında olan mənzil fondunun (yataqxanaların) əmlakı ilə birlikdə 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına qə bul edilməsi barədə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi xxxxxxxxxxxxxxxxxxxxxxxx ilə Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti arasında təhvil-qəbul aktı tərtib edilmişdir. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat XXX (bundan sonra – iddiaçı) (Müdafiə Sənayesi Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, “XXX” İstehsalat Birliyi “xxxxxxxxxxxxxxx” X5 Cəmiyyəti və Bakı şəhəri Xətai Rayon Polis İdarəsini mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində göstərməklə) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən yataqxana binasının 17 nömrəli mənzilinə (bundan sonra – mübahisəli mənzil) dair cavabdehə verilmiş xx.xx.2004-cü il tarixli, 0143 saylı orderin etibarsız he sab edilməsi və dövlət fonduna aid mənzilin (tikintinin) başqasının qeyri-qanuni sahibliyindən götürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, bina balansa qəbul edilərkən məcburi köçkünlərin məskunlaşdığı yaşayış sahələrinə ayrı-ayrı şəxslərin adına orderlərin verilməsinə dair heç bir sənəd təhvil verilməmişdir. Cavabdeh, iddiaçıya müraciət edərək mübahisəli mənzilə adına kirayə müqaviləsi bağlanmasını xahiş etmişdir. Aparılan araşdırmalar zamanı əldə edilmiş sənədlərdən müəyyən edilmişdir ki, mübahisəli mənzildə 1993-cü ildən məcburi köçkünlər məskunlaşmışlar və hazırda da həmin məcburi köçkün ailəsi orada yaşayırlar. Cavabdeh müraciətini onunla əsaslandırmışdır ki, məcburi köçkün ailəsi yaşadığı halda “XXX” İstehsalat Birliyi “xxxxxxxxxx xxxxx” İstehsalat Zavodunun xx.xx.2004-cü il tarixli, 0143 saylı müvəqqəti yaşamaq üçün verilmiş yataqxana orderi ilə mübahisəli mənzil onun istifadəsinə verilmişdir. Faktiki olaraq məcburi köçkün yaşadığı boş olmayan otaq onun istifadəsinə verilmişdir. Məcburi köçkün ailəsinin məskunlaşdığı boş olmayan mənzilə dair cavabdehə verilmiş orderin hüquqi əsası olmamış və bununla bağlı zavodun arxivində heç bir sənəd aşkarlanmamışdır. Belə ki, “XXX” İstehsalat Birliyi “xxxxxxxxxxxxxxx” zavodu MMC tərəfindən cavabdehin adına orderin verilməsi təsdiq olunmadığından, həmin order mənzil qanunvericiliyinin tələblərinə zidd olaraq əldə edilmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(011)-6658/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim Ə.Abbasova) iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apelyasiya instansiyası məhkəməsi) 2(103)-1738/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – Z.Əliyev (sədrlik edən və məruzəçi), F.Talışinski və R.Eyvazov) birinci instansiya məhkəməsinin qətnaməsi anuni və əsaslı hesab edilmiş, iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi işin hallarına xx.xx.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 33, 48, 49-cu maddələrini və 107-ci maddəsinin ikinci bəndini tətbiq edərək qeyd etmişdir ki, həmin mənzil qanunvericiliyinə əsasən yataqxanada mənzil sahəsi verilməsinə əsas sənəd müəssisə, idarə, təşkilat müdriyyətinin, həmkarlar i ttifaqı komitəsinin birgə qərarıdır. Baxılan iş üzrə iddiaçı orderin verilməsinə əsas olmuş qərarın qanuniliyini mübahisələndirməmişdir. Halbuki, mənzil qanunvericiliyi orderin etibarsızlığı barədə iddiaların mümkünlüyünü nəzərdə tutsa da, onun verilməsinə əsas olan hüquq müəyyənedici sənədin və ya müvafiq qərarın qanuniliyi yoxlanılmadan ayrıca olaraq orderin etibarsızlığı barədə iddia tələbi təmin oluna bilməz. Məhkəmə, həmçinin qeyd etmişdir ki, iddiaçının məcburi köçkünlər məskunlaşdığından qüvvədən düşmüş Mənzil Məcəlləsinin 48-ci maddəsinə əsasən boş olmayan sahəyə orderin verilə bilməməsi barədə dəlilini də əsaslı saymır. Ona görə ki, qeyd olunan normada “boş olan ayrıca yaşayış sahəsi” dedikdə, qanuni əsaslarla başqa şəxslərin hüquqları ilə yüklü olmayan sahə nəzərdə tutulur. Məcbu ri köçkünlər isə yaşayış sahəsində özbaşına olaraq məskunlaşdıqları üçün həmin sahə onların qanuni əsasla istifadə və ya sahibliyində sayılmır. Başqa sözlə, mənzilin məcburi köçkünlər tərəfindən zəbt olunması yaşayış sahəsinin hüquqi baxımdan yüklü olmasına dəlalət etmir. Məcburi köçkünlərin məskunlaşdıqları yaşayış sahələrindən çıxarılmaması barədə dövlətin sosial siyəsəti isə müvəqqəti tədbir olmaqla, belə mənzilə dair orderin verilməsini deyil, onun icrasını (məcburi köçkünə müvafiq yaşayış sahəsi verilmədən çıxarılmasını və order sahibinin mənzilə köçməsini) istisna edir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları İddiaçı (vəkil X3) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işi n yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə birtərəfli baxılmış, iddia tələbi ilə əlaqədar hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırma aparılmamış, iddiaçının təqdim etdiyi sübutlara düzgün hüquqi qiymət verilməmiş, sübutlar digər sübutlarla yanaşı qiymətləndirilməmiş, bununla da maddi və prosessual hüquq normaları kobud şəkildə pozulmuş və düzgün tətbiq edilməmiş, hüququn tətbiq edilməsində səhv buraxılmışdır. Məhkəmə işə baxarkən Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1980-ci il tarixli, 363 nömrəli qərarı ilə (hal-hazırda qüvvədə olan) təsdiq edilmiş "Yataqxanalar haqqında nümunəvi Əsasnamə"nin; Azərbaycan SSR Na zirlər Sovetinin (Azərbaycan Respublikası Nazirlər Kabinetinin) xx xxxxxxx 1983-cii il tarixli, 418 nömrəli qərarı ilə təsdiq edilmiş "Mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçota alınmasının və Azərbaycan SSR ərazisindəki yaşayış evlərinin bölüşdürülməsinin Nümunəvi qaydaları"nın; "Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları"nın (XX çağırış Bakı Şəhər Xalq Deputatları Soveti 4-cü sessiyasının 1988-ci il 8 aprel tarixli qərarı ilə təsdiq edilmiş, sonrakı əlavə və dəyişikliklərlə); xx xxxxxxx 2009-cu il tarixə kimi qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 48, 85-ci maddələrinin tələblərini pozmuşdur. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İş üzrə iddi açının nümayəndələri X6 və X7 məhkəmə iclasına vəkilsiz gəldikləri üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 67.1-ci maddəsinin tələblərinə əsasən izahatları dinlənilməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə cavabdeh və üçüncü şəxslərin nümayəndələri məhkəmə iclasına gəlmədikləri və bunun səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün fakt iki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin fakt iki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində iş üzrə yeganə iddiaçı olan kassator apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikasının xx.xx.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsi. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar yaşayış yerində rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə, iş yerində isə müəssisə, idarə, təşkilat müdriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə uçota götürülürlər (maddə 33). Dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər (maddə 48). Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacları haqqında vətəndaşların həqiqi vəziyyətə uyğun gəlməyən məlumat təqdim etdikləri, orderdə göstərilmiş yaşayış sahəsi üçün başqa vətəndaşların və ya təşkilatların hüq uqlarının pozulduğu, yaşayış sahəsi verilməsi məsələsinin həllində vəzifəli şəxslərin hüquqa uyğun olmayan hərəkətlər etdikləri hallarda, habelə yaşayış sahəsi verilməsi qaydasının və şərtlərinin pozulduğu başqa hallarda yaşayış sahəsi orderi məhkəmə qaydasında etibarsız hesab oluna bilər. Orderi etibarsız hesab etmək haqqında tələb orderin verildiyi gündən etibarən üç il ərzində irəli sürülə bilər (maddə 49). Yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara, tələbələrə, məktəblilərə və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdriyyətinin, həmkarlar ittifaqı komitəsinin və komsomol komitəsinin birgə qərarı ilə verilir. Mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada mənzil sahəsini tutmaq üçün müdriyyət tərəfindən order verilir (107-ci maddənin ikinci bəndi). MPM İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər (maddə 54.1). İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır (maddə 54.2). Kassasiya instansiyası məhkəməsinin mövqeyi İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Nəzərə alınmalıdır ki, iddiaçı ərizə ilə məhkəməyə müraciət edərkən cavabdeh qismində Cavabdeh göstərmiş, tələbini ona qarşı yönəltmişdir. Orderin verilməsinə əsas olan hüquqi şəxs baxılan iş üzrə yalnız maraqlı (üçüncü) şəxs kimi cəlb edilmişdir. Halbuki işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından da görünür ki, mübahisələndirilən order xxxxxxxxxxxxxxx Zavodu tərəfindən verilmiş, onun rəhbəri tərəfindən imzalanmış və möhürü ilə təsdiq edilmişdir. Bu baxımdan order və onun verilməsinə əsas olmuş qərar cavabdehin mübahisəli otağa köçüb yaşamaq hüququ versə də, orderin qanuniliyinə (etibarlı olub-olmadığına) cavab verməli olan şəxs məhz həmin orderi vermiş orqandır. Baxılan iş üzrə iddiaçı tərəfindən MPM-in 54-cü maddəsinə əsasən cavabdehin əsl cavabdehlə əvəz olunması və ya yeni cavabdehin cəlb edilm əsi barədə ərizə verilməmiş, bu məsələ müzakirə predmeti olmamışdır. Məhkəmə kollegiyası, həmçinin hazırkı iş üzrə yataqxanada mənzil sahəsi verilməsinə əsas olmuş hüquq müəyyənedici sənəd mübahisələndirilmədən orderin etibarsızlığı tələbinin əsassız olduğu barədə apellyasiya instansiyası məhkəməsinin əsaslandırılmasını qanuni hesab edir. Qeyd olunanlar iddia tələbinin mahiyyətinə hüquqi qiymət verilmədən iddianın rədd olunması üçün birmənalı əsas olduğundan Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iddianın rədd olunması üçün istinad etdiyi digər məsələlər, habelə kassasiya şikayətinin dəlilləri üzrə hüquqi dəyərləndirmə aparılmasına zərurət görmür. Kollegiya nəzərə alır ki, MPM-in 418.3-cü madəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmam ası qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı XXX tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1738/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar