Məhkəmə qərarları › İş №2(102)-3536/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3536/2021

17.06.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3536/2021 17.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər X1, Cavabdeh2 və İsmayıllı rayon Notariat Ofisinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: miras aktivi və mirasın faktiki qəbulu ilə bağlı problemlər) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil1 iştirakları ilə, İddiaçı cavabdehlər X1, Cavabdeh2 və İsmayıllı rayon Notariat Ofisinə qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-370/2021 nömrəli iş üzrə 11 fevral 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İsmayıllı şəhəri, Cavanşir küçəsi, dalan 5, ev 5 ünvanında kürsülü, 1 mərtəbəli, 2 otaqlı yaşayış evi var. Həmin ev uzun illər əvvəl inşa edilmişdir. Ev iddiaçının atası Məhərrəm Məhərrəmov və anası Nübar Hüseynovanın yaşadığı evdir. Onların dörd övladları doğulmuşdur. Məhərrəm Məhərrəmov 1998-ci ildə vəfat etmişdir. Məhərrəm Məhərrəmov vəfat etdikdən sonra Nübar Hüseynovanın razılığı ilə həmin evin yerləşdiyi torpaq sahəsi İsmayıllı Rayon Aqrar İslahat Komissiyasının 25 noyabr 2003-cü il tarixli 111 saylı qərarı ilə övladlardan biri olan iddiaçının adına rəsmiləşmiş və onun adına 0. 10 hektar həyətyanı torpaq sahəsinə dair JN-3093F, KOD 40701004 nömrəli şəhadətnamə verilmişdir. Nübar Hüseynova 2012-ci ildə vəfat etmişdir. İddiaçının qardaş Cavabdeh2 məhkum olunduğu üçün azadlıqdan məhrumetmə cəzası çəkmiş, Cavabdeh1 anaları vəfat etdikdən sonra qıssa müddət həmin evdə yaşamış və sonra köçərək Rusiya Federasiyasında yaşamışdır. Son 16 ildir ki, (anaları vəfat etdikdən bir müddət sonra) İddiaçı həmin evdə yaşayır. Keçən müddət ərzində vərəsələr mirası rəsmi olaraq qəbul etməmişlər. 2019-cu ildə qardaşlar notariusa müraciət edərək vərəsəlik şəhadətnaməsi verilməsini xahiş etmişlər. Onlar arasında mübahisə yarandığı üçün vərəsəlik işi dayandırılmışdır. İddiaçı miras əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün İsmayıllı Rayon Notariat Ofisinə müraciət etmiş, notarius tərəfindən mirasın qəbulu üçün müəyyən edilmiş müddət ötürülməsi əsası ilə ona vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Ona görə iddiaçı hazırkı mübahisəni başladaraq JN-3093F kod 40701004 nömrəli şahadətnaməyə əsasən mülkiyyətində olan 0.10 hektar torpaq sahəsində yerləşən mərhum Məhərrəmov Məhərrəm Fərəc oğlu və X2 miras qalan fərdi yaşayış evinin onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsini tələb etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehlər X1, Cavabdeh2 və İsmayıllı rayon Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək JN-3093F Kod 40701004 nömrəli şahadətnaməyə əsasən mülkiyyətində olan 0.10 hektar torpaq sahəsində yerləşən mə rhum Məhərrəmov Məhərrəm Fərəc oğlu və X2 miras qalan fərdi yaşayış evinin iddiaçı tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, anaları vəfat etdikdən beş ay sonra ikinci cavabdeh (Bəxtiyar) Rusiya Federasiyasına getmiş, o isə miras evə köçmüşdür. Həmin vaxtdan sonra o, mübahisəli evdə yaşamış, əmlak və torpaq vergisini, kommunal xidmətlər üçün haqları ödəmiş, miras əmlaka sahiblik etməyə və əmlakı idarə etməyə faktiki başlamış, mirası faktiki qəbul etmişdir. Birinci və ikinci cavabdeh olan qardaşları anasının vəfatından sonra Azərbaycan ərazisindən kənarda yaşamış, miras evə gedib-gəlməmiş, evin qorunub-saxlanmasına, abadlaşmasına maddi köməklik göstərməmiş, miras əmlakı qəbul etmələri ilə bağlı heç bir hərəkət etməmişlər. Rusiya Federasiyasında yaşayan birinci cavabdeh 2018-ci ildə miras evə gəlmiş, başqa yaşayış yeri olmadığını ona bildirmiş və ona məxsus 0.10 hektar torpaq sahəsində fərdi yaşayış evi inşa etdirməyə başlamışdır. Birinci cavabdeh 2020-ci ilin əvvəllərindən başlayaraq tətbiq olunmuş karantin rejiminə uyğun olaraq ölkə ərazisindən digər ölkələrə gediş-gəlişə məhdudiyyət qoyulduğuna görə Rusiya Federasiyasına gedə bilməmiş, miras evdə yaşamağa başlamışdır. Bir müddət sonra ikinci cavabdeh də mübahisəli evə gəlmiş, birinci cavabdehlə birlikdə valideynlərindən miras qalmış əmlakın bölünməsini tələb etmişlər. Birinci cavabdeh müxtəlif bəhanələr gətirərək evin texniki pasportunu ondan almış, 15 iyul 2020-ci ildə ikinci cavabdehlə birlikdə miras əmlaka qanun üzrə vərəs əlik işinin açılması üçün İsmayıllı rayon Notariat Ofisinə müraciət etmişdir. Müraciətlə əlaqədar mərhum valideynlərindən miras qalmış əmlakla bağlı vərəsəlik işi açılmış və o, vərəsə kimi notariat ofisinə dəvət olunmuşdur. O, notariat ofisində mirasın faktiki olaraq onun tərəfindən qəbul edildiyini bildirmişdir. Onlar arasında mübahisə yarandığı üçün vərəsəlik işi dayandırılmışdır. O, daha sonra miras əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün İsmayıllı Rayon Notariat Ofisinə müraciət etmiş, notarius tərəfindən mirasın qəbulu üçün müəyyən edilmiş müddət ötürüldüyünü və mirasın faktiki qəbul olunması barədə sübutlar təqdim olunmadığını əsas gətirilərək ona vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir.

4. İsmayıllı Rayon Məhkəməsini n 08 oktyabr 2020-ci il tаrixli, 2(037)-645/2020 saylı qətnaməsi ilə (hakim. R.Şirinov) iddia təmin edilmiş, JN-3093F KOD 40701004 nömrəli şahadətnaməyə əsasən İddiaçı mülkiyyətində olan 0.10 hektar torpaq sahəsində yerləşən mərhum Məhərrəmov Məhərrəm Fərəc oğlu və X2 miras qalmış fərdi yaşayış evinin İddiaçı tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi qət edilmişdir.

5. İddianı təmin edən birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1134.1, 1145, 1151.1, 1159.1.1, 1243.2, 1243.3, 1246, 1248.1; Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 10-cu bəndi; Azərbaycan Respublikası N azirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 99-cu bəndinə istinad etmişdir. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

6. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər- Ç. Məhərrəmov, Ə.Məcidov və A.Mahmudov) 11 fevral 2021-ci il tarixli, 2(107)-370/2020 nömrəli qətnaməsi ilə, cavabdehlər X1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş; İş üzrə İsmayıllı Rayon Məhkəməsinin 08 oktyabr 2020-ci il tаrixli, 2(037)-645/2020 saylı qətnaməsi ləğv edilmiş; İş üzrə yeni qətnamə qəbul edilmişdir. İddiaçı cavabdehlər X1, Cavabdeh2 və İsmayıllı rayon Notariat Ofisinə qarşı JN-3093F Kod 40701004 nömrəli şahadətnaməyə əsasə n mülkiyyətində olan 0.10 hektar torpaq sahəsində yerləşən mərhum Məhərrəmov Məhərrəm Fərəc oğlu və X2 miras qalan fərdi yaşayış evinin iddiaçı tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə iddia ərizəsi təmin edilməmişdir.

7. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq iddia tələbini rədd edərkən Azərbaycan Respublikası Konstitusiyasının 29; və Mülki Məcəllənin 528, 552, 1134.1, 1145, 1146, 1160, 1243.1, 1246; Mülki Prosessual Məcəllənin 307.1, 307.2.9-cu maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri

8. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qəra r qəbul edilməsini xahiş etmişlər.

9. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, o faktiki olaraq miras əmlakını qəbul etmiş və bu hal iş materialları ilə (komunal ödənişlər, əmlak vergisi və s ) təsdiq edilir. Apellyasiya Məhkəməsi mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları

10. İddiaçı və onun vəkili Vəkil1 kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər.

11. İş üzrə cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onlar ın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi:

12. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

13. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

14. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.

15. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.

16. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyan ın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

17. Maddə 1159.1.1. Ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu birinci növbədə vərəsələr sayılırlar.

18. Maddə 1243.1 Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.

19. Maddə 1243.2 Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

20. Maddə 1243.3 Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edi lir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.

21. Maddə 1246 Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.

22. Maddə 1248.1 Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərini n və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

26. Maddə 418.1., Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

27. Maddə 417.1.4. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər.

28. Maddə 417.2. Bu Məcəllənin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş qərar yalnız o halda qəbul edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun. Kassasiya baxışının hədləri

29. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya inst ansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası aşağıda qeyd olunacaq dəyərləndirmədən çıxış edərək hesab edir ki, Apelyasiya Məhkəməsi mübahisəni həll edərkən maddi hüquq normalarını düzgün tətbiq etməmiş və səhv nəticəyə gəlmişdir.

31. Məhkəmələr müəyyən etmişlər ki, İsmayıllı şəhəri, Cavanşir küçəsi, dalan 5, ev 5 ünvanında kürsülü, 1 mərtəbəli, 2 otaqlı yaşayış evi var. Həmin ev uzun illər əvvəl inşa edilmişdir. Yaşayış evinə dair 1977-ci ilin avqust ayında İsmayıllı rayon icrayə komitəsinin müvafiq qrumları tərəfindən texniki pasport tərtib edilmişdir. Texniki pasport tərəflərin atası Məhərrəmov Məhərrəm Fərəc oğlunun adına tərtib edilmişdir. Eyni zamanda həmin evə dair ev dəftəri mövcuddur. Məhərrəm Məhərrəmov və Nübar Hüseynova rəsmi nikahda olmuşlar, dörd uşaqları doğulmuşdur. Hazırkı iş üzrə tərəflər doğma qardaşlardır, dördüncü övlad isə Svetlana adlı bacıdır. Məhərrəm Məhərrəmov 1998-ci ildə vəfat etmişdir. Məhərrəm Məhərrəmov vəfat etdikdən sonra Nübar Hüseynovanın razılığı ilə həmin evin yerləşdiyi torpaq sahəsi İsmayıllı Rayon Aqrar İslahat Komissiyasının 25 noyabr 2003-cü il tarixli 111 saylı qərarı ilə övladlardan biri olan iddiaçının adına rəsmiləşmiş və onun adına 0.10 hektar həyətyanı torpaq sahəsinə dair JN-3093F, KOD 40701004 nömrəli şəhadətnamə verilmişdir. Nübar Hüseynova 2012-ci ildə vəfat etmişdir. İddiaçının qardaş Cavabdeh2 məhkum olunduğu üçün azadlıqdan məhrumetmə cəzası çəkmiş, Cavabdeh1 anaları vəfat etdikdən sonra qıssa müddət həmin evdə yaşamış və sonra köçərək Rusiya Federasiyasında yaşamışdır. Son 16 ildir ki, (anaları vəfat etdikdən bir müddət sonra) İddiaçı həmin evdə yaşayır. Keçən müddət ərzində vərəsələr mirası rəsmi olaraq qəbul etməmişlər. 2019-cu ildə qardaşlar notariusa müraciət edərək vərəsəlik şəhadətnaməsi verilməsini xahiş etmişlər. Onlar arasında mübahisə yarandığı üçün vərəsəlik işi dayandırılmışdır. İddiaçı miras əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün İsmayıllı Rayon Notariat Ofisinə müraciət etmiş, notarius tərəfindən mirasın qəbulu üçün müəyyən edilmiş müddət ötürülməsi əsası ilə ona vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. 32. 1-ci instansiya məhkəməsi miras evi miras aktivi kimi qəbul etmiş və iddiaçının miras qoyan anası vəfat etdikdən sonra keçən beş ay ərzində evdə yaşamağa başlaması halına istinad edərək hesab etmişdir ki, id diaçı mirası faktiki olaraq qəbul etmişdir.

33. Apelyasiya məhkəməsinin mövqeyi fərqli olmuşdur. Həmin məhkəmə iddianı iki əsasla təmin etməmişdir. 1-ci əsas, evin miras aktivi olmaması, 2-ci əsas, iddiaçının mirası faktiki olaraq vaxtında qəbul etməməsi.

34. Deməli, hazırkı işin həlli baxımında 2 hala qiymət verilməsinə zərurət var. Evin miras aktivi olub-olmaması və iddiaçının mirası qəbul edib-etməməsi. Həmin hallara qiymət verilməsi üçün zəruri olan işin faktiki halları məhkəmələr tərəfindən müəyyən edilmişdir.

35. Ona görə məhkəmə kollegiası ilkin olaraq evin miras aktivinə daxil olubolmaması məsələsi ilə bağlı dəyərləndirmə aparmağı zəruri hesab edir. Çünki tələbin təmin olunması ilk növbədə miras atkivinin mövcudluğu ilə şərtlənir.

36. Apelyasiya Məhkəməsi qeyd etmişdir ki, Аzərbаyc аn Respublikаsı Mülki Məcəlləsinin 139.1 və 139.3-cü mаddəsinə əsаsən mülkiyyət hüququ və dаşınmаz əmlаkа dаir hüquqlаr, bu hüquqlаrın məhdudlаşdırılmаsı, əmələ gəlməsi, bаşqаsınа keçməsi və xitаmı dаşınmаz əmlаkın dövlət reyestrində dövlət qeydiyyаtınа аlınmаlıdır. Həmin Məcəllənin 178,1-ci mаddəsinə görə dаşınmаz əmlаkа mülkiyyət hüququ оnun verilməsinin dаşınmаz əmlаkın dövlət reyestrində qeydə аlındığı аndаn əldə edənə keçir. İş materialları ilə müəyyən edilir ki, mübahisəli ev dövlət reyestrində miras qoyanın adına qeydiyyata alınmamışdır ki, bu hal da həmin əmlakın miras kütləsinə daxil olmasını istisna edir. Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzi fələrin (miras passivi) toplusu daxildir.

37. Məhkəmə kollegiyası qeyd olunan məsələ ilə bağlı Apelyasiya Məhkəməsinin mövqeyi ilə razılaşmır ona görə ki, məhkəmə MM-nin 1151.1-ci maddəsinnin dispozisiya şərtlərini düzgün şərh etməmişdir. Həmin normaya görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Normada qeyd olunan əmlak hüquqları (miras aktivi) anlayışı dövlət reyestrində qeydiyyata alınan əmlak hüquqları ilə məhdudlaşmamalıdır. Əmlak hüquqları anlayışı geniş təsfir edilməlidir.

38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair 22 aprel 2014cü il tarixli qərarında deyilir ki, miras əmlak ı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər Mülki Məcəllənin 1133-cü maddəsinə əsasən vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir.

39. Mübahisəli ev mərhum Məhərrəm Məhərrəmov və Nübar Hüseynovaya məxsus olmuş və onlar qanuni əsaslarla həmin evdə yaşamışlar. Həmin evə dair M.Məhərrəmovun adına müvafiq icra hakimiyyəti orqanları tərəfindən texniki pasport, ev kitabı tərtib edilmişdir. Mərhumların həmin evi öz mülkiyyətlərinə keçirmək üçün qanuni gözləntiləri olmuşdur.

40. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli Fərmanı ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə ed ilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilmişdir. Həmin siyahının 2.3. bəndində kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış, 2.4. bənddə isə üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasportların mülkiyyət hüququnun əldə edilməsi üçün əsas olan sənədlər kimi göstərilmişdir.

41. Daşınmaz Əmlakın dövlət Reyestri ha qqında Azərbaycan Respublikası Qanunun 8.0.8. bəndinə əsasən bu qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır.

42. Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsi haqqında təlimatın 7.1 bəndinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinin müraciəti ilə hüququn (qanunvericiliklə vərəsəlik üzrə keçməsinə yol verilməyən hüquqlar istisna olmaqla) ölmüş şəxsə aid olması barədə arayış verilir. Arayış əmlakın növündən asılı olaraq bu Təlimata əlavə olunmuş 1-36-cı əlavələrə uyğun olaraq tərtib edilir və daşınmaz əmlak üzərində vərəsəlik hüququnun rəsmiləşdirilməsi məqsədi ilə verilir.

43. Həmin Təlimatın 7.2. bəndinə əsasən müqavilə və ya digər əsaslara görə vəfat etmiş şəxsə məxsus olmuş və üzərində hüquqlar qeydiyyata alınmamış əmlak üzərində hüquqların rəsmiləşdirilməsi məqsədilə onun qanun və ya vəsiyyət üzrə vərəsələrindən birinin müraciəti ilə hüququn (qanunvericiliklə vərəsəlik üzrə keçməsinə yol verilməyən hüquqlar istisna olmaqla) ölmüş şəxsə aid olması və bu hüququn qeydiyyata alınmasının mümkünlüyü barədə arayış verilir. Bu arayış vərəsə tərəfindən qanunvericiliklə hü quqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün əsas kimi müəyyən edilmiş sənədlər təqdim olunduqda verilir, həmin sənədlər ərazi idarəsində saxlanılır və vərəsəlik hüququnun rəsmiləşdirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş sənəd təqdim olunduqdan sonra müvafiq qaydada əmlakın qeydiyyata alınması aparılaraq sənədlər əsas kimi əlavə olunur. Arayış bu Təlimata əlavə olunmuş 37-ci əlavəyə uyğun olaraq tərtib edilir və daşınmaz əmlak üzərində vərəsəlik hüququnun rəsmiləşdirilməsi məqsədi ilə verilir.

44. Göründüyü kimi analoji evlərin dövlət qeydiyyatına alınmasının qanunla nəzərdə tutulan qaydaları müəyyən edilmişdir.

45. Şəxsin əmlakı öz mülkiyyətinə keçirmək üçün qanuni gözləntiləri, hüquqları maddi dəyərə malik olan hüquqlardır. Ona görə belə hüquqlar miras aktivinə daxildir. Apelyasiya Məhkəməsi iddianı həmin əsasla rədd edərkən maddi hüquq normasını düzgün tətbiq etməmişdir.

46. Hazırkı işdə qiymət verilməsi zəruri olan 2-ci məsələ mirasın faktiki qəbulu ilə bağlıdır. 1-ci instansiya məhkəməsi iddiaçının izahatına, şahid ifadələrinə istinad edərək iddiaçının anasının vəfatından beş ay sonra mübahisəli evdə yaşamağa başlamasını əsas tutaraq iddianı təmin etmiş, Apelyasiya Məhkəməsi isə yenə şahid ifadəsinə, iddiaçıların bacısı Şahid izahatına və iddiaçının özünün etirafına istinad edərək hesab etmişdir ki, iddiaçı anası vəfat edəndən altı ay keçəndən sonra evdə yaşamağa başladığı üçün onun iddiası təmin oluna bilməz.

47. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya ə mlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır (Mülki Məcəllənin Maddə 1243.2).

48. Əvvəla, işə baxan məhkəmələr nəzərə almamışlar ki, mübahisəli miras evin yerləşdiyi 0.10 torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir. İddiaçı həmin torpaq sahəsinə 25 noyabr 2003-cü il tarixdən sahiblik edir, torpaq onun istifadəsində və sərəncamındadır. Hal-hazıradək həmin torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüquqlarını mübahisələndirən olmamışdır. Miras ev torpaq sahəsinin ayrılmaz tərkib hissəsidir. İddiaçı mülkiyyətində olan torpaq sahəsinə sahiblik etməsi, saxlanması ilə bağlı fəaliyyəti həyata keçirməklə mirası qəbul etmişdir. Miras evə mirasın açıldığı gün əslində M.Məhərrəmovun vəfat etdiy i gündür. O, 1998-ci ildə vəfat etmişdi. Yuxarıda qeyd olunduğu kimi evin hüquqi vəziyyəti həmin vaxt da indiki kimi olmuşdur. İddiaçı həmin vaxt orada yaşamış, üstəlik evin altında yerləşən torpaq sahəsinin mülkiyyətinə keçirilməsi ilə bağlı hərəkətlər etmiş və mirası qəbul etmişdir. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir (Mülki Məcəllənin 1243.3 maddəsi).

49. Məhərrəm Məhərrəmovun vəfat etdiyi vaxt qüvvədə olan Mülki Məcəllənin (01 sentyabr 2000-ci il tarixədək qüvvədə olan) 552-ci maddəsinə əsasən vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və mirasa yiyələndikdə mirası qəbul etmiş hesab olunur.

50. Məhərrəm Məhərrəmov vəfat edən dövrdə iddiaçının mirası qəbul etməsi işin mübahisələndirilməyən halıdır. O, orada yaşamış, evin altında yerləşən torpaq sahəsini öz mülkiyyətinə keçirmiş və həmin hərəkətləri ilə mirası evi də qəbul etmiş sayılır. Ona görə Apelyasiya Məhkəməsi işin müəyyən edilən faktiki hallarına maddi hüquq normalarını düzgün tətbiq etmədiyindən qətnamə ləğv olunaraq iddianın təmin olunması barədə qərar qəbul edilməlidir.

51. Göstərilənlərə əsasən və MPM-in 416, 417, 418 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-370/2021 nömrəli iş üzrə 11 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdehlər X1, Cavabdeh2 və İsmayıllı ray on Notariat Ofisinə qarşı JN-3093F Kod 40701004 nömrəli şahadətnaməyə əsasən mülkiyyətində olan 0.10 hektar torpaq sahəsində yerləşən mərhum Məhərrəmov Məhərrəm Fərəc oğlu və X2 miras qalan fərdi yaşayış evinin miras əmlak kimi faktiki qəbul etməsi müəyyən edilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar