Məhkəmə qərarları › İş №2(102)-3537/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3537/2022

14.07.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3537/2022 14.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Bakı şəhəri 50 saylı Notariat Kontoru və Cavabdeh1 qarşı; İddiaçı cavabdehlər Bakı şəhəri 14 saylı Notariat ofisinin notariusu X15 və Cavabdeh1 qarşı birləşdirilmiş mülki işlər üzrə QƏRARİ iş № 2(102)-3537/2022 (Açar sözlər: alqı-satqı müqaviləsinin, etibarnamənin etibarsız hesab edilməsi, çıxarışın ləğvi) Bakı şəhəri 14 iyul 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Bakı şəhəri 50 saylı Notariat Kontoru və Cavab deh1 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və s” tələblərinə dair, həmçinin İddiaçı cavabdehlər Bakı şəhəri 14 saylı Notariat ofisinin notariusu X15 və Cavabdeh1 qarşı “etibarnamənin etibarsız hesab edilməsi və s” tələblərinə dair birləşdirilmiş mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-104/2022 nömrəli, 03 fevral 2022-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və X15 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə 14 iyul 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, ev 87a, 577-ci məhəllə, 756 nömrəli mənzil (bundan sonra mübahisəli mənzil) xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına 13 iyun 2003 -cü il tarixdə qeydiyyata alınmışdır.

2. İddiaçı 16 fevral 2017-ci il tarixli etibarnamə ilə onun bütün əmlakını idarə etməyi, öz mülahizəsinə görə qanunla icazə verilmiş əqdləri bağlamağı, o cümlədən almağı, satmağı, bağışlamağı və s. hüquqlarını 5 il müddətinə oğlu X10 etibar etmişdir.

3. İddiaçının arvadı X6 notarial qaydada təsdiq edilmiş xx.xx.2016-cı il tarixli ərizəsinə əsasən, əri İddiaçı məxsus mübahisəli mənzilin... ipoteka (girov) qoyulmasına etiraz etmir, ipoteka qoyulmuş əmlaka tələb yönəldiyi halda onu məhkəmə qətnaməsi tələb etmədən və məhkəməyə müraciət etmədən qeyd-şərtsiz tərk edəcək.

4. İddiaçı adından etibarnamə əsasında nümayəndəsi X16 mübahisəli mənzili notarial qaydada təsdiq olunmuş AN-İ ******* nömrəli, 18 fevral 2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqa viləsi əsasında Cavabdeh1 30.000 manata satmışdır.

5. Mübahisəli mənzil xüsusi mülkiyyət hüququ üzrə 30 mart 2017-ci il tarixdə Cavabdeh1 adına qeydiyyata alınmışdır.

6. Bakı şəhərinin notariusu X18 tərəfindən "xxxx" ASC-nin Qara Qarayev filialına məktub göndərmiş, məktubda qeyd olunmuşdur ki, Bakı şəh., Mərdanov qar. küç., ev 117B-də qeydiyyatda olan Cavabdeh1 tərəfindən notariat qaydasında təsdiq ediləcək alqı-satqı müqaviləsi üzrə ödənilməli olan 30.000 (otuz min) manat məbləğində pulu mübahisəli mənzildə qeydiyyatda olan İddiaçı adından xx.xx.2017-ci il tarixdə 14 saylı NK tərəfindən təstiq edilmiş 7E-2075 saylı etibarnamə əsasında çıxış edən X16 verilməsi üçün bankda olan depozit hesabına qəbul olunmasını xahiş etmişdir. 7. "xxxx" ASC tərəfindən verilmiş 18 fevral 2017-ci il tarixli ç ekin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, X16 30.000 manat məbləğində pulu bankdan qəbul etmiş və bunu çekə imza edərək təsdiq etmişdir.

8. Mülki iş materiallarında olan 26 may 2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən, iş üzrə Cavabdeh1 və X2 əməlində dələduzluq cinayətinin tərkib əlamətləri olmadığına görə onların barəsində Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə cinayət işinin başlanmasının rədd edilməsi, istintaqa məlum olmayan şəxs və X7 barəsində cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Qərarda göstərilmişdir ki, məhkəmə xəttşünaslıq ekspertizasının 21 may 2019-cu il tarixli 10006 nömrəli rəyindən göründüyü kimi ekspertizaya təqdim edilmiş 16 fevral 2017-ci il tarixli AR-İ seriyalı № 457000 nömrəli etibarnamədə “imza” qrafasındakı imza və “Məmmədov T" soyadı- İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.Ekspertizaya təqdim edilmiş 16 fevral 2017-ci il tarixli AR-İ seriyalı № 457000 nömrəli etibarnamədə “imza” qrafasındakı imza və “Məmmədov T” soyadı-X16 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Beləliklə də aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, 16 fevral 2017-ci il tarixli AR-İ seriyalı № 457000 nömrəli etibarnamə saxtadır. Materialla müəyyən edilmişdir ki, isintaqa məlum olmayan şəxs tərəfindən rəsmi sənədi saxtalaşdırma baş vermiş, Hüseyn Məmmədov tərəfindən isə onun saxta olduğunu qabaqcadan bilə-bilə həmin sənəddən istifadə etmişdir. Nəzərə alsaq ki, istintaqa məlum olmayan şəxs və X16 tərəfindən nəzərdə tutulan cinayəti əməli tö rətmələrindən iki ildən artıq müddət keçmişdir. Belə olan halda istintaqa məlum olmayan şəxs və X7 barəsində cinayət işinin başlanması rədd edilməlidir.

9. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31 may 2019-cu tarixli, 2(004)3249/2019 saylı qətnaməsi ilə, cavabdeh İddiaçı mübahisəli mənzilə olan istifadə hüququna xitam verilməklə cavabdehin həmin mənzildən çıxarılması, mübahisəli mənzili boşaldılaraq, iddiaçı Cavabdeh1 təhvil verilməsi, cavabdeh İddiaçı əldən çıxmış fayda olaraq, 720 manat məbləğində pulun tutularaq iddiaçı Cavabdeh1 xeyrinə ödənilməsi qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları

10. Birinci instansiya məhkəməsində birinci icraat

11. İddiaçı cavabdehlər Bakı şəhəri 50 saylı Notariat Kontoru və Cavabdeh1 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və sair” tələbinə dair iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi iə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 50 saylı Notariat Kontorunda bağlanmış 18 fevral 2017-ci il tarixli AN-İ N0595736 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in Bakı şəhəri Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına verilmiş, mülkiyyət hüququnu təsdiq edən xx.xx.2017-ci il tarixli çıxarışın ləğv edilməsi, Bakı şəhəri 50 saylı Notariat Kontorunun notariusu K.Rəhmanov, Cavabdeh1 və "xxxx" ASC-nin Qarayev filialının vəzifəli şəxsi barədə xüsusi qərardad çıxarılaraq Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisinə xəbər verilməsi, məhkəmə xərclərinin cavabdehlərdən tutulması barədə qətnam ə qəbul edilməsini xahiş etmişdir. (iddia tələbləri bir neçə dəfə dəqiqləşdirilmişdir)

12. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, 18 fevral 2017-ci il tarixdə Bakı şəhəri 50 saylı Notariat Kontorunda bağlanmış alqı-satqı müqaviləsinə əsasən guya o özünə məxsus Bakı şəhəri, Hüseyn Cavid prospekti 577-ci məhəllə ev 87A yerləşən yaşayış sahəsini Cavabdeh1 satmışdır. Hesab edir ki, sözü gedən alqı-satqı müqaviləsi etibarsız hesab edilməli və ondan irəli gələn çıxarış ləğv edilməlidir. Bu məsələ ilə bağlı o, ilk növbədə hüquq-mühafizə orqanlarına verdiyi şikayətlə əlaqədar Bakı şəhəri, Nizami RPİ-nin İŞ-i qəbul etdiyi 26 may 2019-cu il tarixli qərarda müəyyən edilənlərə əsasən məlum olmuşdur ki, alqı-satqı müqaviləsində satıcı qismində adından iştirak edən X10 14 saylı Bakı şəhəri Not ariat Kontorunda rəsmiləşdirilmiş etibarnamə saxtalaşdırma yolu ilə həyata keçirilmişdir. Belə ki, o oğluna evi satması üçün etibarnamə verməmişdir. Oğlu ona məxsus olan evi saxta etibarnamə əsasında onun adından satmışdır. Məhkəmə tərəfindən Kapital Bankdan tələb edilmiş məxaric-mədaxil qəbzlərindəki imza onun oğluna aid deyil. Həmin imzalar saxtadır. "xxxx" tərəfindən təqdim edilmiş vəsaitin alınması ilə bağlı qəbzdəki imza ona aiddir, lakin bank tərəfindən vəsaitinin həqiqətən onlar tərəfindən alınmasını təsdiq edən sənəd belə bir qəbz deyil, kassa məxaric orderi omalıdır. Bu da onu təsdiq edir ki, həmin vəsait onlar tərəfindən bankdan alınmamışdır.

13. Cavabdeh1 birinci instansiya məhkəməsində izahat verərək bildirmişdir ki, evi İddiaçı oğlundan notariusda alqı-satqı müqaviləsi bağlaya raq almışdır. Sonrdan ona məlum olmuşdur ki, iddiaçının nümayəndəsi olan oğlu İddiaçı xəbəri olmadan həmin evi ona satmışlar. Ev satılarkən evdə kirayə yaşayanlar var idi. Onlar ev satıldıqdan sonra evdən çıxacaqlarını bildirsələr də, alq-satqıdan sonra evdən çıxmamışlar. İddiaçının nümayəndəsi X17 onun yanına gətirərək özlərinin nümayəndəsi və vəkili kimi təqdim etmiş və həmin şəxslərin evdən müvəqqəti müddət üçün çıxarılmamasını xahiş etmişdir. Bunu iddiaçının evin satılmasından xəbəri olduğu təqdirdə, oğlu Hüseyni mirasdan məhrum edəcəyi ilə əlaqələndirmişlər. Onlara yazığı gəldiyindən onlara müvəqqəti vaxt vermişdir. Lakin kirayə yaşayanlar həmin müddət bitdikdən sonra da çıxmamışdır. İddiaçının və digər şəxslərin mənzildən çıxarılmasına dair Yasamal rayon Məhkəməsində onun tərəfindən iddia qaldırılmışdır. Lakin bu iddia ilə bağlı həmin işin icraatı dayandırılmışdır. O, vicdanlı alıcıdır.

14. Birinci instansiya məhkəməsinin iclasında X19 şahid qismində ifadə verərək göstərmişdir ki, onun tərəflərlə qohumluq münasibətləri yoxdur. Onun tanışı İsmayılov Famil adlı şəxs 2016-cı ilin axırlarında ona zəng edərək onunla görüşmüş və bildirmişdir ki, İddiaçı və onun oğlu Hüseyni aldatmışlar. Buna görə də, ondan həmin şəxslərə kömək etməsini xahiş etmişdir. O, Hüseyndən hansı sənədlərin olmasını soruşmuş, lakin o heç bir sənədlərinin olmadığını bildirmişdir. İki aydan sonra onunla yenidən əlaqə saxlayaraq, onlara kömək etməsini istəmişdir. O da vəkilə müraciət etmələrini onlara tövsiyyə etmişdir ki, həmin vəkil notariusa sorğu versin. Ondan sonra əllərində sənəd ilə təkrar onun y anına gəlmişlər. Onun tərəfindən sənədə nəzər salındıqda müəyyən etmişdir ki, onların sözügedən alqı-satqı müqaviləsində imzaları olmuşdur. Lakin, onlar qeyd etmişlər ki, həmin imzadan xəbərləri yoxdur. Onun yanına gələnə qədər olan 2-3 ay müddət ərzində prokurorluğa şikayət etmişlər. Həmin şikayət Nəsimi Rayon Prokurorluğunda qeydə alınmışdır. Araşdırma zamanı müəyyən olunmuşdur ki, müqavilədəki imza onların imzasıdır. Ona bildirmişlər ki, İddiaçı bunlardan xəbəri yoxdur. Ona görə də gedib Cavabdeh1 evin boşaldılmasına görə möhlət istəsinlər. Çünki həmin evdə hazırda kirayə yaşayanlar var və İddiaçı həmin kirayəçilərdən aylıq kirayə pulu alır. Kirayə qalanlar mənzildən çıxarılsa İddiaçı hər şeydən xəbəri olacaq. Ona görə də o, Cavabdeh1 yanına gedərək, ondan Hüseyngilə vaxt verməsini is təmişdir. Cavabdeh1 hətta iddiaçılara maddi yardım da etmişdir.

15. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(007)-883/2020 saylı, 18 mart 2020-ci il tarixli qətnaməsi ilə (hakim Həqiqət Əhmədova) iddia təmin edilməmişdir.

16. Birinci instansiya məhkəməsinin iddia tələbinin “Bakı şəhəri 50 saylı Notariat Kontorunda bağlanmış 18 fevral 2017-ci il tarixli AN-İ N-0595736 nömrəli alqı-satqı müqaviləsinin ləğv edilməsi, Azərbaycan Respublikası ƏMDK-sı yanında DƏDRX-in Bakı şəhəri Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına verilmiş, mülkiyyət hüququnu təsdiq edən xx.xx.2017-ci il tarixli çıxarışın ləğv edilməsi”nə dair hissəsi ilə bağlı mövqeyi bundan ibarət olmuşdur ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi X16 ilə Cavabdeh1 mülki hüquq münasibətinin əməl ə gəlməsinə yönəldilmiş ikitərəfli iradə ifadəsi olan daşınmaz əmlakın alqı-satqısına dair müqavilə bağlamışlar, Cavabdeh1 əmlakın dəyərini İddiaçı adından onun nümayəndəsi X7 depozit hesabına köçürülmüş, sonrakı hərəkətləri edərək mənzili mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində adına qeydiyyata aldırmışdır. İddiaçı 18 fevral 2017-ci il tarixli alqı-satqı müqaviləsinin ləğv olunmasını xahiş etsə də, cavabdehin müqavilənin məhz hansı şərtlərini əhəmiyyətli dərəcədə pozması ilə bağlı məhkəməyə heç bir mötəbər sübut növü təqdim edə bilməmişdir. Belə olan halda isə, 18 fevral 2017-ci il tarixli alqı-satqı müqaviləsinin ləğv olunması tələbi əsassız olduğundan təmin edilməməlidir.

17. İddiaçı öz iddia ərizəsində və məhkəmə iclasında verdiyi izahatında alqısatqı müqaviləsinin sa xta etibarnamə əsasında aparıldığını bildirmiş, buna görə də alqısatqı müqaviləsinin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının həmin dəlillərini əsassız sayaraq qeyd etmişdir ki, 26 may 2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, 16 fevral 2017-ci il tarixli AR-İ seriyalı № 457000 nömrəli etibarnamədə “imza” qrafasındakı imza və “Məmmədov T” soyadı-X16 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Bu işin mübahissiz halıdır. Lakin, 18 fevral 2017-ci il tarixli alqı-satqı müqaviləsi bağlanarkən, həmin müqavilənin bağlandığı notariat kontorunda sözügedən etibarnamənin saxta olması müəyyən olunmamışdır. Eləcə də, Cavabdeh1 həmin etibarnamənin saxta olması barədə məlumatı olmamışdır. Belə olan halda, Cavabdeh1 vicdanlı əldə edən olduğunu görə iddia tələbi həmin hissədə təmin oluna bilməz. 18. 16 fevral 2017-ci il tarixli AR-İ seriyalı № 457000 nömrəli etibarnamədə “imza” qrafasındakı imzanın X16 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunması 18 fevral 2017-ci il tarixli alqı-satqı müqaviləsi bağlanarkən notarius tərəfindən müəyyən olunmadığıdan, həmçinin həmin imzanın saxta olması Cavabdeh1 məlum olmadığından, sözügedən alqı-satqı müqaviləsi üzrə Cavabdeh1 vicdanlı sahib olduğu müəyyən edilir və belə olan halda onun hüquqları qorunmalıdır.

19. Həmçinin, 18 fevral 2017-ci il tarixli alqı-satqı müqaviləsi üzrə Cavabdeh1 tərəfindən ödənilməli olan 30.000 (otuz min) manat məbləğində pul vəsaiti İddiaçı adından etibarnamə əsasında çıxış edən X7 bankda olan depozit hesabına köçürülmüşdür. "xxxx" ASC tərəfindən ver ilmiş 18 fevral 2017-ci il tarixli qəbzə əsasən, X16 30 000 manat məbləğində pulu bankdan qəbul etmiş və bunu həmin qəbzə imza edərək təsdiq etmişdir. Buna görə də məhkəmə hesab etmişdir ki, Cavabdeh1 vicdanlı əldə edən olduğundan, onunla bağlanmış mübahisələndirilən alqı-satqı müqaviləsi, 16 fevral 2017-ci il tarixli etibarnamənin saxta olması əsası ilə ləğv edilə bilməz. Daşınmaz əmlakın alqı-satqısına dair müqavilə ləğv edilə bilməz, həmin əqdin ləğv edilməsi üçün əsaslar mövcud deyil, alıcı əmlakı vicdanlı əldə edəndir.

20. Nə qədər ki, mənzilin alqı-satqı müqavilələri qüvvədədir, onların etibarsız hesab olunması üçün əsaslar müəyyən edilməmişdir, o zaman həmin müqavilələr əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların etibarsız hesab edilməsi və ya ləğv edilməsi, o cümlə dən bundan irəli gələrək digər tələblərin təmin edilməsi üçün əsaslar yoxdur, ona görə iddia tələbi həmin hissələrdə də təmin edilməməlidir. iddiaçının iddia tələbində qeyd etdiklərinin hər hansı bir qanuni əsası yoxdur, iddiaçı iddia tələbini əsaslı edə biləcək sübutlarını məhkəməyə təqdim etməmişdir.

21. Məhkəmə iddiaçının tələbinin xüsusi qərardad çıxarılması ilə bağlı hissədə qeyd etmişdir ki, hazırki mübahisə mülki xarakterli mübahisə olduğundan, cavabdeh tərəfindən iddiaçıya borcunun olması etiraf edildiyindən, habelə cavabdehin əməlində cinayət tərkibi olmadığından onun barəsində xüsusi qərardad çıxarılmasına əsas yoxdur.

22. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 88, 265.4-cü maddələrinə,.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsin in maddələrinə, “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 oktyabr 2004-cü il tarixli Qərarına, “X5 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 may 2008-ci il tarixli Qərarına, “H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərb aycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 sentyabr 2014-cü il tarixli Qərarına istinadla əsaslandırmışdır. Birinci instansiya məhkəməsində ikinci icraat

23. İddiaçı cavabdehlər Bakı şəhəri 14 saylı Notariat ofisinin notariusu X15 və Cavabdeh1 qarşı iddia ərizəsi, sonradan iddia ərizəsinə dəqiqləşdirmə ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 14 saylı Notariat ofisində təsdiq edilmiş xx.xx.2017-ci il tarixli etibarnamənin etibarsız hesab edilməsi, Bakı şəhər Nizami RPİ-nin İŞ-nin X3 ərizəsi əsasında aparılmış araşdırma materialından ekspert rəyinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

24. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nizami rayon Polis İdarəsinin 25-ci polis şöbəsinin müstəntiqi X11 tərəfindən araşdırmalar apar ılan zaman qeyd edilən etibarnamə məhkəmə xətşünaslıq ekspertizasına verilmiş və ekspertizanın 21 may 2019-cu il tarixli, 10006 saylı rəyinə əsasən etibarnamənin saxta olduğu təsdiq edilmişdir. Belə ki, iddiaçının qohumu X12 xx.xx.2019-cu il tarixdə Polis şöbəsinə müraciət edərək, əri Məmmədov Hüseyni işə düzəltmək adı ilə, 2017-ci ilin fevral ayında X13 tərəfindən aldanılaraq 60.000 manat pulunun ələ keçirıldiyini bildirmişdir. Şikayətçi ərizəsində həmçinin istintaqa verdiyi izahatlarında bildirmişdir ki, X13 onu aldadaraq, aldığı məbləği qaytarmasın deyə, bu işə dələduzluqla məşğul olan digər müttəfiqlərini, yəni Cavabdeh1 və başqa şəxsləri qoşaraq, öz cinayətkar əməllərini davam etdirməyə müvəffəq olmuşdur. Onlar işin düzəlməsi üçün əlavə məbləğin lazım olduğunu zərərçəkmişlərə inandıra raq, iddiaçının yaşadığı, mübahisəli mənzilin girov qoyulması adı ilə müxtəlif yollara əl ataraq, evin sənədlərini ələ keçirmiş və Bakı şəhəri, Nəsimi rayonu 14 saylı Notariat kontorunda onların əlaltılarının vasitəsilə iddiaçının imzasını saxtalaşdıraraq, verilən saxta etibarnamənin vasitəsilə Cavabdeh1 dediyinə görə onun yaxın tanıdığı notariusda yəni, Bakı şəhəri, Nizami rayonunda yerləşən 50 saylı Notarial kontorunda Cavabdeh1 adına alqı-satqı müqaviləsi bağlanmışdır. Bununla yanaşı olaraq həmin mənzilin 30.000 manat dəyərində pulu xx.xx.2017-ci il tarixdə notariusun təqdim etdiyi koda guya Cavabdeh1 tərəfindən köçürülmüşdür. Hansı ki, bu məbləğin bankdan kim tərəfindən alındığı dəqiq araşdırma predmeti olmalıdır. Qeyd edilən şəxslərin bu və digər dələduzluq epizodları 25-ci polis şö bəsində araşdırılsa da onların əməllərinə ümumiyyətlə düzgün və obyektiv qiymət verilməmişdir. Lakin sonradan iddiaçı və onun qohumlarının tələbi və təkidi ilə müstəntiq X11 tərəfindən ekspertiza təyin edilmiş və nəticədə etibarnamənin saxta olduğu təsdiq edilmişdir və bu səbəbdən də müstəntiqin qəbul etdiyi rədd qərarında məhz etibarnamənin və alqı-satqı müqaviləsinin məhkəmə qaydasında ləğv edilməsi izah olunmuşdur. İddiaçının 2-ci tələbi isə budur ki, məhkəmə tərəfindən istintaqda olan araşdırma materiallarının tələb edilməsi, X2 və digərlərinin əməllərinə hüquqi qiymət verilməsini, 14 saylı Notariat Kontorunun notariusu X8 barəsində xüsusi qərarın çıxarılmasını məhkəmədən xahiş etmişdir.

25. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, mübahisəli mənz ili iddiaçıya mənzilin dəyərini tam şəkildə ödəməklə almışdır. Həmçinin Cavabdeh1 «iddia müddətinin tətbiqinə dair» ərizəni təqdim edərək, iddiaçı tərəfindən məhkəməyə müraciət etməsi üçün iddia müddətinin buraxıldığını bildirərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.

26. Məhkəmə iclasında üçüncü şəxs qismində dindirilmiş X16 öz izahatında bildirmişdir ki, Cavabdeh1 onu aldadaraq, evin alqı-satqısını həyata keçirmişdir. O, həmin alqı-satqı prosesində iştirak etməmişdir. Cavabdeh tərəfindən təqdim edilən etibarnamənin saxta olduğunu və Cavabdeh1 30.000 manat borc pul aldığını, əvəzinə isə 5000 AZN dəyərində olan qızıl girova verdiyini qeyd edir.

27. Məhkəmə iclasında şahid qismində dindirilmiş X19 öz izahatında bildirmişdir ki, 2017-ci ildə X7 nümayəndəsi olmuşdur. O, Cavabde h1 mübahisəli evi qanuni şəkildə satdıqlarını qeyd edir. Həmin evdə kirayəçi olaraq tələbələrin qaldığını, borcu gecikdirdikləri üçün Cavabdeh1 onun vasitəsilə vaxt istədiklərini bildirirərək öz ifadəsini yekunlaşdırır.

28. Məhkəmə iclasında şahid qismində dindirilən digər şəxs Bədəlov Sultanəli Vəkil oğlu öz izahatında qeyd etmişdir ki, mübahisəli evin Cavabdeh1 satıldığını İddiaçı bilməmişdir. O, Nigar Məmmədovanın xahişi ilə Cavabdeh1lə görüşdüyünü və borcun qaytarılması üçün vaxt istədiklərini qeyd etmişdir.

29. Məhkəmə araşdırılması zamanı Bakı şəhəri Nəsimi rayon 14 saylı Notariat kontorundan 7E/4 saylı reyestr kitabı tələb edilmişdir. 21 fevral tarixli 351 saylı məktubu ilə həmin kitab məhkəməyə təqdim edilmişdir. Məhkəmə tələb olunan reyestr kitabını ekspertizanın keçirilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir.

30. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 mart 2020-ci il tarixli ekspert rəyinə əsasən, ekspertizaya təqdim olunmuş, mülki işin 50-cı vərəqəsində olan İddiaçı adından olan xx.xx.2017-ci il tarixli etibarnamədə “imza” qrafasındakı imza və Məmmədov” yazısı və qeydiyyatdan keçdiyi 7E/4 saylı reyestr jurnalının 24-cü vərəqəsində “2075” sıra sayında “İddiaçı” yazılarının qarşısında “Notariat hərəkətinin aparılmasında iştirak edən şəxslərin imzaları” qrafasındakı imza və “Məmmədov” yazısı İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra edilmişdir.

31. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-482/2020 saylı, 18 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim Tağ ıyeva Natavan) iddia tələbi qismən təmin edilmiş, Bakı şəhəri 14 saylı Notariat ofisində təsdiq edilmiş xx.xx.2017-ci il tarixli etibarnamə etibarsız hesab edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.

32. Məhkəmə iddiaçının nümayəndəsi tərəfindən verilmiş 14 saylı Notariat Kontorunun notariusu X8 barəsində xüsusi qərarın çıxarılması barədə ərizəyə münasibət bildirirərək, hesab etmişdir ki, ərizə təmin edilməməlidir.

33. Məhkəmə Cavabdeh1 «iddia müddətinin tətbiqinə dair» ərizəyə münasibət bildirərək, qeyd etmişdir ki, iddiaçı qanunla müəyyən edilmiş iddia müddətini ötürməmişdir. Belə ki, X12 ərizə ilə xx.xx.2019-cu il tarixdə Nizami RPİ-nin 25-ci PŞ ərizə ilə müraciət etmişdir. 26 may 2019-cu il tarixdə “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərar qəbul edilmişdir. Bundan sonra 29 iyul 2019-cu il tarixdə İddiaçı iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Beləliklə iddiaçı iddia ərizəsini məhkəməyə təqdim edərkən qanunla müəyyən edilmiş iddia müddətini ötürməmişdir. Ona görə Cavabdeh1 iddia müddətinin tətbiq edilməsinə dair ərizəsi iddia ərizəsinin rədd edilməsi üçün əsas ola bilməz.

34. İddiaçının «Bakı şəhəri Nizami RPİ-nin İŞ-nin X4 ərizəsi əsasında aparılmış araşdırma materialından ekspertiza rəyinin təsdiq edilməsi barədə» tələbi ilə bağlı hissədə birinci instansiya məhkəməsi həmin tələb məhkəmənin səlahiyyətinə aid olmadığına görə rədd edilməli olduğunu qeyd etmişdir.

35. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.2, 337.4, 354.1, 359.1, 359.3, 365.1.7, 37 5-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 124.1-ci maddələrinə, Azərbaycan Respublikası MM-nin 373-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

36. İddiaçı Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 18 mart 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermiş və şikayətin dəlili kimi qeyd etmişdir ki, qətnamə qanunsuz və əsassızdır, çünki o, mənzilin satılması ilə bağlı heç bir yerdə elan verməyib, bu barədə maklerə tapşırıq da verməyib, saxta etibarnamə ilə o əmlakından məhrum olub, həmin etibarnamədəki imzanın ona məxsus olmaması ekspert rəyləri ilə təsdiq olunub. Göstərilənlərə əsasən, qətnamənin ləğv ed ilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

37. Apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, onun mülkiyyətindən qanunsuz və əsassız olaraq məhrum ediblər, onun mənzilini satmaq kimi niyyəti olmayıb, onun mənzilinin ələ keçirilməsi üçün etibarnamə saxtalaşdırılıb, həmin etibarnamə əsasında mənzilin alqı-satqısına dair müqavilə də etibarsız hesab edilməlidir, 70.00080.000 manat qiyməti olan mənzilin guya 30.000 manata satılması da onu təsdiq edir ki, həmin müqavilə etibarsızdır. Məhkəməyə qədər onlar cavabdehlərin cinayət xarakterli hərəkətlərindən müxtəlif dövlət orqanlarına, eləcə də polis və prokurorluğa çoxsaylı şikayətlər vermiş, nəhayət ki, onların şikayətləri nəticələr vermiş, onları aldadaraq pullarını və mənzillərini ələ keçirmi ş şəxslər barəsində cinayət işi başlanılmış, onlar da həmin iş üzrə zərərçəkmiş kimi tanınmışlar. Belə ki, X3 zərərçəkmiş kimi tanındığı Nizami RPi-nin xx.xx.2021-ci il tarixli qərarı, X9 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başlaması barədə xx.xx.2021-ci il tarixli qərarı, X1 təqsirləndirilən şəxs kimi cəlb edildiyi Nizami RPi-nin xx.xx.2021-ci il tarixli qərarları qəbul edilib. Onların mənzili satmaq niyyəti olmayıb, o, özünün işə düzəldilməsi barədə Zemfira Paşayevanın vədlərinə inanmış, daha sonra Z.Paşayevanın onu işə düzəlmək üçün 60.000 manat pul lazım olduğunu onlara bildirməsi nəticəsində, ona təcili pul lazım olmuş, müxtəlif şəxslərdən, eləcə də cavadeh Cavabdeh1 onlara borc pul verməsi müqabilində həmin pulun təminatı kimi atasına məxsus evin ipotekaya qoyulması barədə razılaşmışlar, lakin onları aldatmaqla cavabdehlər saxta sənədlər tərtib edərək yalan müqavilə bağlamaqla onların mənzilini ələ keçirmişlər, onların evin satılması barədə iradəsinin olmamasını onların evin satılması barədə bir bəyanat verməmələri, evin alıcıya təhvil verilməməsi, aralarında olan müqaviləyə qədərki və sonrakı danışıqlar və sair sübutlarla da təsdiq edilir, təqdim etdikləri video diskdəki danışıqlarla da sübut olunur ki, onların arasında mənzilə dair alqı-satqı olmamışdır. Bundan əlavə, guya mənzilin satılması barədə 30.000 manat almasını təsdiq edən qəbzdəki imza ona məxsus olsa da, lakin həmin sənədi ona necə və harda imzalatdıqlarını bilmir, uzun müddət bu sənədi heç üzə çıxarmırdılar, gizlədirdilər, halbuki o, Cavabdeh1 heç vaxt pul almamışdır, bütün bu kriminal işləri Zemfira ilə əlbir olub cavabdehlər özləri törətmişlər, ümumiyyətlə o, heç kimdən pul almayıb, pulu Z.Paşayeva alıb, hazırda da onun barəsində cinayət işinin istintaqı davam edir.

38. Cavabdeh3 Bakı şəhər Nəsimi rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermiş və şikayətin dəlili kimi qeyd etmişdir ki, qətnamə qanunsuzdur, belə ki, iddiaçı 1927-ci il təvəllüddür, hesab edir ki, onun ahıl olması imzaların fərqli olmasına təsir edə bilər. Məhkəmə tərəfindən etibarnamədəki imza və həmin imza yoxlanılmalı idi. Digər tərəfdən alqı-satqıda iddiaçının oğlu onu təmsil etmişdir, bu da ona əsas verir ki, iddiaçının da alqı-satqıdan məlumatı olub. Göstərilənlərə əsasən, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmi n edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

39. Bundan başqa, cavabdeh qeyd etmişdir ki, onun ilk əvvəl həmin mənzili almaq istəyi olmamışdır, iddiaçının nümayəndəsi olan oğlu və gəlini onlara təcili pul lazım olduğundan israrla mənzilin alınmasını ondan xahiş etmişlər, sənədləri də notariusa onlar özləri təqdim etmişlər, məhkəməyə qədər mübahisələr zamanı da o, 30.000 manatının qaytarılacağı halda, mənzilin qaytarılmasının mümkünlüyünü qarşı tərəfə bildirmiş, lakin qarşı tərəf onun pulunu qaytarmaq istəmirlər. Həmçinin diskdə olan səs yazısı barədə isə bildirdi ki, həmin səs yazısı qanunsuz olaraq əldə olunub, o sübut sayıla bilməz. Həmçinin mənzilin qiyməti ilə bağlı isə bildirdi ki, müqavilə azadlığı var, tərəflər mənzilin qiymətini qarşılıqlı razılıq əsasında 30.000 ma nat müəyyən etmişlər, mənzilin aşağı qiymət satılması müqavilənin etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Etibarnaməni iddiaçı özü imzalamışdır, ekspert rəyləri ilə razı deyil.

40. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli sorğusuna əsasən Nizami Rayon Polis İdarəsinin tərəfindən X3 zərərçəkmiş kimi tanındığı Nizami RPi-nin xx.xx.2021-ci il tarixli qərarı, X9 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başlaması barədə xx.xx.2021-ci il tarixli qərarı, X1 təqsirləndirilən şəxs kimi cəlb edildiyi Nizami RPi-nin xx.xx.2021-ci il tarixli qərarı Məhkəməyə göndərilmiş, həmçinin həmin cinayət işinin istintaqının davam etdirildiyi bildirilmişdir.

41. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə iş üzrə tək rar məhkəmə xətşünaslıq ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli ekspert rəyinə əsasən, ekspertizaya təqdim olunmuş mülki işin 2-ci cildinin 50-ci vərəqində İddiaçı adından olan xx.xx.2017-ci il tarixli 457000 saylı etibarnamədəki “imza” qrafasındakı imza İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.

42. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-104/2022 saylı mülki iş üzrə 03 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər İkram Şirinov (sədrlik edən və məruzəçi), Elşən Kazımov və Anar Tanrıverdiyev) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-883/2020 saylı, 18 mart 2020-ci il tarixli qətnam əsinin ləğv edilməsi, iddianın qismən təmin edilməsi, İddiaçı adından etibarnamə əsasında çıxış edən X16 ilə Cavabdeh1 arasında bağlanmış Bakı səhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, ev 87A məhəllə 577, 756 nömrəli mənzilin alqı-satqısına dair xx.xx.2017-ci il tarixli, AN-İ № ******* saylı müqavilə etibarsız hesab edilməsi, həmin müqavilə əsasında Cavabdeh1 verilmiş xx.xx.2017-ci il tarixli, RX seriyalı ******* saylı mülkiyyət hüququnu təsdiq edən çıxarışın ləğv edilməsi, cavabdeh X15 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi qət edilmişdir.

43. Apellyasiya instansiyası məhkəməsi Nizami rayon Məhkəməsinin alqı-satqı müqaviləsi üzrə Cavabdeh1 vicdanlı sahib olduğu və hüquqlarının qorunmalı olduğu barədə mövqeyii ilə razılaşmayaraq müəyyən etmişdir ki, iddiaçının m ənzilini satmaq kimi bir niyyəti olmamış, cavabdeh özü də həmin mənzili almaq niyyətinin olmadığını bildirmişdir, eyni zamanda da müqavilədə mənzilin qiyməti onun real bazar qiymətindən bir neçə dəfə ucuz göstərilmiş, habelə mənzil heç vaxt alıcının sahibliyi və istifadəsinə verilməmişdir.

44. Mülki iş materiallarında olan video diskdəki danışıqlardan məlum olur ki, Cavabdeh1 qeyd edir ki, əgər bu evin altından bir şey çıxsa ona 30.000 qaytarmalı olduqlarını qeyd edir, notariusa da 600 manat verilib. Sizin cibinizdən nə qədər pul çıxıb sualına münasibətdə isə deyir ki, onun cibindən 17 min pul çıxıb.

45. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının nümayəndəsi H.Məmmədovun mənzilin satılması kimi niyyəti və məqsədi olmayıb, H.Məmmədov işə düzəldilməsi barədə Zemfira Paşayevanın vədlə rinə inanmış, daha sonra Z.Paşayevanın işə düzəlmək üçün pul lazım olduğunu bildirməsi nəticəsində, ona təcili pul lazım olmuş, pulu Cavabdeh1 verməsi müqabilində həmin pulun təminatı kimi atasına məxsus evin ipotekaya qoyulması barədə razılaşmışlar. Onların evin satılması barədə iradəsinin olmamasını evin satılması barədə bir bəyanat verməmələri, evin alıcıya təhvil verilməməsi, aralarında olan müqaviləyə qədərki və sonrakı danışıqlar və sair təsdiq edir.

46. Eyni zamanda, mülki iş materiallarında məlum olur ki, məhkəməyə qədər iddiaçı tərəf Z.Paşayeva, Cavabdeh1, həmçinin notariusun qanunsuz hərəkətlərindən müxtəlif dövlət orqanlarına çoxsaylı şikayətlər etmişlər.

47. Məhkəmə kollegiyası sorğusuna əsasən X9 barəsində cinayət işi başlaması barədə qərarını, Z.Paşayevanın təqsirləndirilən ş əxs kimi cəlb edilməsini, cinayət işinin istintaqının davam etdirildiyini, həmçinin ekspert rəyinə əsasən xx.xx.2017-ci il tarixli 457000 saylı etibarnamədəki “imza” qrafasındakı imza İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmasını nəzərə alaraq qeyd etmişdir ki, həmin əqd üzrə cavadeh Cavabdeh1 vicdanlı əldə edən olmasına dair rayon məhkəməsinin qənaəti əsaslı olmamış və iş üzrə tədqiq olunmuş sübutlarla təkzib olunur.

48. Hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Demək ki, həmin əqd üzrə cavadeh Cavabdeh1 vicdanlı əldə edən olmasına dair rayon məhkəməsinin qənaəti əsaslı olmamış və iş üzrə tədqiq olunmuş sübutlarla təkzib olunur.

49. Beləliklə, h azırkı halda tətəflərin həqiqi iradəsinin mənzilin alqı-satqı ilə bağlı olmadığı müəyyən edildiyindən, həmin müqavilə etibarlı hesab oluna bilməz.

50. İddiaçı adından etibarnamə əsasında çıxış edən X16 ilə Cavabdeh1 arasında bağlanmış mübahisəli mənzilin alqı-satqısına dair xx.xx.2017-ci il tarixli, AN-İ № ******* saylı müqavilə etibarsız hesab edildiyindən həmin müqavilə əsasında Cavabdeh1 verilmiş xx.xx.2017-ci il tarixli, RX seriyalı ******* saylı mülkiyyət hüququnu təsdiq edən çıxarış da ləğv edilməlidir.

51. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, etibarsız hesab edilmiş alqısatqı müqaviləsinə əsasən alıcının hansı məbləğdə pulu verilməsi dəqiq müəyyən edilmədiyindən, mübahisəli olduğundan Cavabdeh1 Mülki Məcəllənin 337.5-ci madəsinin tələbləri üzrə müvafiq iddia tələbi ilə bağ lı məhkəməyə müraciət etmək hüququ izah edilməlidir.

52. Birinci iş üzrə iddia tələbinin -Bakı şəhəri 50 saylı Notariat Kontorunun notariusu K.Rəhmanov Cavabdeh1 və "xxxx" ASC-nin Qarayev filialının vəzifəli şəxsi barədə xüsusi qərardad çıxarılması hissəsi ilə bağlı isə məhkəmə kollegiyası qeyd etmişdir ki, MMP-in 265.4-ci maddəsinə əsasən, məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Belə olan halda iddiaçının ərizəsinin bu hissəsi ayrıca tələb kimi yox, vəsatət kimi qiymətləndirilməlidir. X1 təqsirləndirilən şəxs kimi cəlb edildiyi Nizami RPi-nin xx.xx.2021-ci il tarixli qərarını və istintaqının davam etdirildiyi faktını məhkəmə kollegiyası nəzərə alı r.

53. Məhkəmə kollegiyası Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)482/2020 saylı, 18 sentyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə qeyd etmişdir ki, Cavabdeh3 vəsaətəti əsasında təkrar xətşünaslıq ekspertizası keçirilsə də, məlum olmuşdur ki, imza iddiaçı tərəfindən icra olunmayıb. Bu səbəbdən, apellyaiya şikayəti əsassızdır və təmin edilə bilməz

54. Məhkəmə Mülki Məcəllənin 324.5, 404, 337.1, 337.4cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarına, Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004cü il 12 aprel tarixli və T.Qasımovanın şikayəti üzrə 2020- ci il 1 dekabr tarixli Qərarına, Konstitusiya Məhkəməsi Plenumunun B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr, N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarına, “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 aprel 2021-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

55. Cavabdeh3 (Vəkil1) və Cavabdeh1 (Vəkil2) ayrı ayrılıqda kassasiya şikayətləri verərək apelyasiya instansiya məhkəmsinin qətnaməsinin tamamilə ləğv edilərək işin yeni baxışa qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər.

56. Cavabdeh3 şikayəti onunla əsaslandırılmışdır ki, Mülki Məcəllənin 362.1-ci maddəsinə uyğun olaraq qanuna müvafiq qaydada iddiaçının vermək istədiyi etibarnamə tərtib olunaraq rəsmilləşdirilmişdir. Yəni, etibarnaməyə etibar edən (iddiaçı) şəxsən imza etmiş və ondan sonra da etibarnamə notariat qaydasında təsdiq olunmuşdur. Həmin etibarnamə əsasında da, iddiaçının oğlu X16 tərəfindən mənzilin çıxarışının əsli təqdim olunaraq adına verilmiş etibarnamə əsasında da, Bakı şəhəri 50 saylı Notariat Ofisində mənzilin aİqı-satqı müqaviləsi rəsmilləşdirilmişdir. Amma işə baxan məhkəmə kollegiyası mübahisə predmetini birtərəfli araşdırmış və etibarnamənin etibarsız hesab olunması üçün yalnız iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyinə əsaslnamışdır. Halbuki, hamıya bəllidir ki, ekspertin rəyin məhkəmə ü çün məcburi deyil və işə baxan məhkəmə kollegiyası işdə olan digər sübutlardan, işdə iştirak edən tərəflərin (şəxslərin) verdiyi izahatlarından da istifadə oluna bilərdi. Ümumiyyətlə, işə baxan məhkəmə kollegiyası işin bütün hallarını nəzərə almamışdır. Belə ki, etibarnamənin iddiaçının oğlu Hüseyn Məmmədovun adına verilməsi özgəninkiləşdirilmiş mənzilin çıxarışının əslinin onda olması, alqı-satqı üzrə ödənilmiş pulu özünün alması və s. açıq-aşkar görünir ki, həm iddiaçı, həm də onun oğlu özgəninkiləşdirilmiş əmlak üzrə bağlanılacaq əqdin etibarsız hesab olunması üçün “münbit” şərait yaradılması üçün əvvəlcədən “tədarük” işləri görmüşdür.

57. Cavabdeh1 şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi hüquq normalarının düzgün tətbiq olunmaması və prosessual hiiqııq nornıalarının pozulm ası şəraitində qəbul edilmişdir. İşə baxan məhkəmə kollegiyası prosessual pozuntular etməklə, maddi hüquq normalarının düzgün tətbiqindən yayınmış, əqdın etibarsızlığının əsaslarının tamamilə başqa meyarlarla müəyyən edilməli olduğunu nəzərə almamışdır. Restitusiya halına diqqət etməmiş, əqdi bağlayan şəxsin hüquqi mövqeyini düzgün dəyərləndirməmişdir. Apellyasiya instansiyası məhkəməsi oğlunun atasının əvəzindən sovdələşma aparmasını, etibarnaməni təqdim etməsini, müqavilə günü orada olub imza atmasını və nəhayət pul vəsaitini almasını bu işlərin və rəsmiləşmə prosesini könüllü həyata keçirən Hüseyn Məmmədovun davranışını dəyərləndirməkdən yayınmış, tərəfin yolverilməz mövqeyinin mübahisələndirilməsinə başqa prizmadan yanaşaraq ədalətsizlik etmişdir.

58. Məhkəmə kollegiyasının qətnaməsind ə qeyd etdiyi “hazıkı iş üzrə aparılmış araşdırmalarla müəyyən olunmuşdur ki, iddiaçının mənzilini satmaq kimi bir niyyəti olmamış, cavabdeh özü də həmin mənzili almaq niyyətinin olmadığını bildirmişdir, eyni zamanda da müqavilədə mənzilin qiyməti onun real bazar qiymətindən bir neçə dəfə ucuz göstərilmiş, habelə mənzil heç vaxt alıcının sahibliyi və istifadəsinə verilməmişdir” yanaşması çox yanlışdır. İlk növbədə ona görə ki, heç bir məhkəmə prosesində alıcı Cavabdeh1 mənzilin alıcısı qismində müqavilə tərəfi olmasından və niyyətindən imtina etməmişdir. Tərəflər bir neçə dəfə bu alqı-satqı ilə bağlı notariat orqanına olmuşlar yə özgəninkiləşmənın əsası olmuş etibarnamə satıcının oğlu tərəfindən tərtib olunaraq notariata təqdim edilmişdir. Alıcı yalnız pulu və öz şəxsiyyət vəsiqəsini rəs miləşmə üçün təqdim etməklə səlahiyyət və imkanlarının bitmiş hesab olunmasını bildirmişdir. İş üzrə satıcı tərəfi notariatda təmsil edən onun oğlu X16 olmuşdur. Təqdim olunmuş müqavilənin imza hissəsində onun foto şəkli də qeyd olunmuş, müqaviləni imzalamışdır. Lakin məhkəmə alqı-satqıya görə ödənmiş mənzilin pulunun kim tərəfindən və nə məbləğdə olmasını şübhə altına alaraq məbləğin miqdarının güya müəyyən olunmadığını qeyd etmişdir. İşə baxan məhkəmələr qətnamədə maddi hüquq norması qismində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci, 337.4-cü və 324.5-ci maddələrinə istinad edərək həmin məcəllənin 178.1-ci maddəsini əsas götürmüş, əqdin etibarsızlığı ilə bağlı yanlış istiqamət götürməklə işin əhəmiyyətli halarını araşdırmaqdan bilərəkdən yayınmışdır. Belə ki, hazırda mübahisəl əndirilən əqdlər diqqətdən kənarda saxlanılmaqla hüquq pozuntusu edərək, faktiki dələduzluqla iki nəfərə əmlak satıb məsuliyyətdən yayınmaq istəyən X14 və iş üzrə nümayəndə qismində keçən Nigar Mustafa qızının qanunsuz mövqeyinə haqq qazandırılımışdır.

59. Məhkəmə sübutlara birtərəfli qiymət verərək yalnış nəticəyə gəlmiş və qətnaməni əsaslandırmaq və mövqeyini qanuni göstərmək üçün qeyd etmişdir ki, “hazırkı halda etibarsız hesab edilmiş alqı-satqı müqaviləsinə əsasən alıcının hansı məbləğdə pulu verilməsi dəqiq müəyyən edilmədiyindən, mübahisəli olduğundan, Mülki Məcəllənin 337.5-ci maddəsinin tələbləri hazırkı iş üzrə tətbiq edilə bilməz. Bununla bağlı, Cavabdeh1 Mülki Məcəllənin 337.5-ci madəsinin tələbləri üzrə müvafiq iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmək hüququ izah edilm əlidir. Çox yalnış mövqedir. İş üzrə aşkar görünür ki, satıcı müqavilə öhdəliyi üzrə öz üzərinə düşənləri icra etmiş, notariat orqanında müqavilə dəyərini ödəmişdir. Məbləği tərəflər müəyyən etmiş və onun az və yaxud cox olması məhkəmənin müəyyən edə biləcəyi şeylər meyarından kənar əsaslandırmanın predmetinə daxil deyildir. Lakin Məhkəmə kollegiyası qətnaməsində "reyestrin məzmununun məzmunun həqiqiliyi, tamamlığı prezumpsiyasından", "alqı-satqıdan" və hansısa borc münasibətlərindən bəhs etmişdir. Halbuki, heç bir orqanda gedən mübahisəli halın araşdırmasından müəyyən olunmur ki, Cavabdeh1 tərəflərə borc vermişdir.

60. Məhkəmədə diskə baxış və dinləmə keçirilməsi qanunsuz və prosessual qaydalardan kənar olmuşdur. Qanunla icazə verilən hallardan başqa, gizli yolla əldə edilmiş səs və ya vi deo yazılardan sübut kimi istifadə oluna bilməz. Bundan başqa iddia müddəti də ötürülmüşdür. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

61. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

62. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

63. Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

64. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

65. Maddə 324.5 İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.

66. Maddə 404 Müqavilə şərtlərinin təfsiri zamanı məhkəmənin təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasının deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasının, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsinin nəzərə alınmalı olduğunu müəyyən etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

67. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

68. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

69. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

70. Maddə 175.1. Məhkəmə işə baxarkən iş üzrə sübutları bilavasitə tədqiq etməyə, tərəflərin və üçüncü şəxslərin izahatlarını, şahidlərin ifadələrini, ekspertlərin rəylərini dinləməyə, yazılı sübutlarla tanış olmağa, maddi sübutları müayinə etməyə, səs yazılarına qulaq asmağa, video yazılara baxmağa və işə baxılması ilə əlaqədar digər hərəkətləri etməyə borcludur.

71. Maddə 203.1. Şəxsi məlumat xarakterli səsyazma və videoyazının səslənməsi, hab elə onların tədqiqinə bu Məcəllənin 200-cü maddəsində təsbit olunan qaydalar tətbiq olunur.

72. Maddə 203.2. Səs yazısı və videoyazı materialının xüsusi əlamətləri və səsləndirmə vaxtı məhkəmə iclası protokolunda əks olunmaqla məhkəmə iclası zalında və ya bunun üçün xüsusi avadanlıq qurulmuş başqa otaqda səsləndirilə bilər. Bundan sonra məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyir.

73. Maddə 203.3. Zəruri hallarda səsyazma və videoyazı təkrarən tam və ya qismən səsləndirilə bilər.

74. Maddə 203.4. Səs yazıları və videoyazılar səslənərkən onlarda olan məlumatları aydınlaşdırmaq üçün mütəxəssis cəlb edilə bilər. Zəruri hallarda məhkəmə ekspertiza təyin edə bilər.

75. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

76. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hə qiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

77. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

78. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

79. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

80. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdı rılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

81. Maddə

416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

82. Maddə 417.1.3 Kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.

83. Maddə 418.1 Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır.

84. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətn amənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

85. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

86. Cavabdehlərin kassasiya şikayətləri əsasında apellyasiya instansiyası məhkəməs inin qətnaməsi iddia tələblərinin təmin edilmiş hissələrində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

87. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qəbul edilərkən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-482/2020 saylı, 18 sentyabr 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması hissəsinin ləğv edilməsi üçün maddi və prossesual hüquq normalarının tələbləri pozulması hallarına yol verilməsi müəyyən edilməmişdir.

88. Belə ki, işə apellyasiya icraatı qaydasında baxılarkən Cavabdeh3 apellyasiya şikayətinin əsas dəlili təkrar məhkəmə-xətşünaslıq ekspertizası keçirilməklə yoxlanılmış, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli ekspert rəyindən məlum olmuşdur ki, etibarnamədəki imza iddiaçı tərəfindən icra olu nmamışdır.

89. Məhkəmə kollegiyası hesab edir ki, sənəddəki imzanın şəxsə məxsus olubolmamasnın müəyyən edilməsi xüsusi bilik tələb edən məsələ olduğundan apellyasiya instansiyası məhkəməsi bu barədə ekspert rəyini Azərbaycan Republikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən digər sübutlarla birgə qiymətləndirilərək, düzgün olaraq həmin rəyə istinad etməklə, etibarnamənin iddiaçı tərəfindən imzalanmaması qənaətinə gəlmişdir.

90. Buna görə də, Cavabdeh3 kassasiya şikayəti təmin edilməməli, qətnamə etibarnamənin etibarsız hesab edilməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır.

91. Lakin məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-883/2020 saylı, 18 mart 2020ci il tarixli qətnaməsindən verilən apellyas iya şikayəti üzrə işə baxılarkən maddi və prossesual hüquq normalarının tələbləri pozulduğuna görə qətnamə həmin hissədə ləğv edilməlidir.

92. Belə ki, hazırkı iş üzrə mübahisənin digər hissəsi mülki işin 2-ci cildinin 50-ci vərəqində İddiaçı adından olan xx.xx.2017-ci il tarixli 457000 saylı etibarnamə əsasında Bakı şəhəri 50 saylı Notariat Kontorunda bağlanmış 18 fevral 2017-ci il tarixli AN-İ N0595736 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlıdır.

93. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmayıb və bu dü zgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olduğuna görə qətnamə ləğv edilməlidir.

94. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır.

95. Göründüyü kimi, əqdin etibarsızlığı dedikdə mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır.

96. Normada qeyd edilən «pozmaqla bağlanılmış» ifadəsi əqdin etibarsızlığına əsas kimi götürülən istənilən halın əqd bağlanana qədər və ya əqd bağlanan zaman mövcud olmasını tələb edir.

97. İşin materiallarından görünür ki, alqı-satqı müqaviləsini etibarnamə ilə həyata keçirən X16 mülkiyyətçinin oğlu olmaqla, həm də hazırki iş üzrə iddiaçı olan atasının məhkəmə iclasında nümayəndəsi kimi iştirak edərək, özü tərəfindən saxta etibarnamədən istifadə edilməklə bağlanmış əqdin etibarsız hesab ediməsi barədə iddianı müdafiə edir.

98. Apellyasiya məhkəməsi alqı-satqı müqaviləsini onun bağlanmasında istifadə edilmiş etibarnamənin saxta olması əsası ilə deyil, iddiaçının mənzilini satmaq kimi bir niyyəti olmaması, cavabdeh özünün də həmin mənzili almaq niyyətinin olmaması müqavilədə mənzilin qiyməti onun real bazar qiymətindən bir neçə dəfə ucuz göstərilməsi, habelə mənzilin heç vaxt alıcının sahibliyi və istifadəsinə verilməməsi, həmçinin iddiaçının nümayəndəsi H.Məmmədovun mənzilin satılması kimi niyyəti və məqsədinin olmaması, H.Məmmədovun işə düzəldilməsi barədə Zemfira Paşayevanın vəd lərinə inanması, daha sonra Z.Paşayevanın işə düzəlmək üçün pul lazım olduğunu bildirməsi nəticəsində, ona təcili pul lazım olması, pulu Cavabdeh1 verməsi müqabilində həmin pulun təminatı kimi atasına məxsus evin ipotekaya qoyulması barədə razılaşması əsası ilə etibarsız hesab etmişdir.

99. Apellyasiya məhkəməsi yuxarıda qeyd edilən halları müəyyən edərkən sübut kimi X9 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başlaması barədə xx.xx.2021-ci il tarixli qərarı, X1 təqsirləndirilən şəxs kimi cəlb edildiyi Nizami RPi-nin xx.xx.2021-ci il tarixli qərarı Məhkəməyə göndərilmiş, həmçinin həmin cinayət işinin istintaqının davam etdirilməsinə, iddiaçının nümayəndəsi Hüseyn Məmmədovun apellyasiya məhkəməsinə təqdim etdiyi səs yazısına istinad etmişd ir.

100. Halbuki göstərilən halları təsdiq edən və X1 hazırki əqdlə bağlı hər hansı əlaqəsinin olmasını təsdiq edən, onun təqsirli olmasına dair qanuni qüvvəsini almış məhkəmə hökmü yoxdur və onun iş materiallarında olan ifadəsindən də görünür ki, X12 (X7 həyat yoldaşı) ilə bağlı epizod üzrə etirafedici ifadə verməmişdir.

101. Qətnamədə istinad edilən səs yazıları ilə bağlı isə işdən müəyyən edilir ki, iddiaçının nümayəndəsi apellyasiya instansiyası məhkəməsinə vəsatətlə müraciət edərək iş materiallarında Cavabdeh1 alqı-satqı müqaviləsi ilə bağlı pulun verilməməsini və notariusla cinayət əlaqəsində olmasını sübut edən SD diskin olmamasını nəzərə alaraq həmin sübutu rəsmi qaydada məhkəməyə təqdim etmişdir. Vəsatətdə həmçinin qeyd edilmişdir ki, disk birinci instansiya məhkəməsində məhkəmə i clasında hakimə təqdim edilmişdir.

102. İşin materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsi isə gəldiyi nəticə ilə bağlı həmçinin həmin diskdəki danışıqların məzmununa istinad etmiş, bununla bağlı qarşı tərəfin bu sübutun qanunsuz olduğu üçün sübut sayıla bilməməsinə dair dəlilinin əsassız olmasını Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 aprel 2021-ci il tarixli qərarının məzmunu ilə əsaslandırmışdır.

103. Lakin məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının MPMnin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxsl ər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir və həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

104. Hazırki işin materiallarının Nizami rayon məhkəməsi üzrə icraat hissəsində belə bir diskin olması və məhkəmə iclas protokollarından həmin diskin təqdim edilməsi və ya onun iş materiallarına əlavə edilməsi barədə vəsatətin müzakirəsi görünmür.

105. Həmçinin apellyasiya məhkəməsi tərəfindən birinci instansiya məhkəməsində təqdim edilməmiş və təqdim edilməsinin iddiaçı tərəfdən asılı olmayan səbəblərə görə mümkün olmamasına dair vəsatətin müzakirə edilməsi və əlavə sübutun qəbul ed ilməsi barədə qərar qəbul etməsi, həmçinin həmin sübutu məhkəmə iclasında tədqiq etməsi barədə məhkəmə iclas protokollarında heç nə əks olunmamışdır.

106. Halbuki, Azərbaycan Respublikası MPM-nin 271.1-ci maddəsinə əsasən məhkəmə iclasının və ya məhkəmədən kənar ayrıca prosessual hərəkətin protokolu işə baxmanın və ya ayrıca prosessual hərəkətin bütün mühüm anlarını əks etdirməlidir. Həmin maddənin 271.2.11-ci maddəsinə əsasən yazılı sübutların elan edilməsinə dair məlumatlar, maddi sübutların müayinəsinə, səs yazılarının dinlənilməsinə, videoyazılara baxılmasına dair məlumatlar protokolda göstərilməlidir.

107. Həmçinin həmin Məcəllənin 272.4-1-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə, həmçinin “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclasları nın fasiləsiz video-audio yazısı aparılır. Məhkəmə iclasında sədrlik edən tərəfləri və işdə iştirak edən digər şəxsləri bu barədə xəbərdar edir. Məhkəmə iclasının video-audio yazısına dair məlumat məhkəmə iclasının protokolunda göstərilir və həmin yazı maddi daşıyıcıda protokola əlavə olunur. İşdə iştirak edən şəxslər məhkəmə iclasının video-audio yazısı ilə tanış olmaq hüququna malikdirlər.

108. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, həmin səs yazılarının məhkəmə iclasında tədqiq edilməsi iş materiallarından görünmədiyindən, həmçinin həmin sübutun məzmunun nədən ibarət olması məhkəmə iclas protokolunda əks olunmadığından, məhkəmə iclsında tədqiq edilməyən sübuta məhkəmə qətnaməsində istinad etməklə apellyasiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz

109. Kollegiya daha sonra apellyasiya instansiyası məhkəməsinin həmin əlavə sübuta istinad edərək alqı-satqı müqaviləsini etibarsız hesab etməsinə baxmayaraq bu müqaviləyə əsasən alıcının hansı məbləğdə pulu verilməsinin dəqiq müəyyən edilməyərək mübahisəli olduğunu göstərərək Mülki Məcəllənin 337.5-ci madəsinin tələbləri hazırkı iş üzrə tətbiq edilə bilməməsinə dair nəticəsi ilə də razılaşmır.

110. Belə ki, “T.Mənsurovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 4 oktyabr 2010-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 05 dekabr 2011-ci il tarixli Qərarında Azərbayçan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan iba rət olmuşdur ki, əşya hüquqlarının müdafiəsi vasitələrindən biri də mübahisəli əmlaka dair bağlanmış əqdin etibarsız hesab edilməsi və onun nəticələrinin tətbiq olunmasıdır. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd etibarsız olduqda isə tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (Mülki Məcəllənin 337.5-ci maddəsi). Göründüyü kimi, həmin maddənin müddəaları əqdin etibarsızlığı zamanı tərəflərin ilkin vəziyyətə qaytarılm asını, o cümlədən alıcının ödədiyi məbləğin ona qaytarılmasını ehtiva edir. 111. 18 fevral 2017-ci il tarixli alqı-satqı müqaviləsi üzrə Cavabdeh1 tərəfindən ödənilməli olan 30.000 (otuz min) manat məbləğində pul vəsaitinin İddiaçı Baxzat oğlunun adından etibarnamə əsasında X7 bankda olan depozit hesabına köçürülməsi və sonuncunun "xxxx" ASC tərəfindən verilmiş 18 fevral 2017-ci il tarixli qəbzə əsasən 30000 manat məbləğində pulu bankdan qəbul edərək bunu həmin qəbzə imza edərək alması öz təsdiqini tapdığı halda, həmçinin Nəsimi rayon Məhkəməsində üçüncü şəxs qismində dindirilmiş X7 öz izahatında Cavabdeh1 30.000 manat borc pul aldığını, Cavabdeh1 onu aldadaraq evin alqı-satqısını həyata keçirdiyi barədə izahatı olduğu halda, alqı-satqı müqaviləsinə əsasən alıcının hansı məbləğdə pulu veri lməsinin dəqiq müəyyən edilməməsinə dair apellyasiya instansiyası məhkəməsinin qənaəti ilə kollegiya razılaşmır və hesab edir ki, əqdi etibarsız saydığı halda tərəflərin əvvəlki vəziyyətə qaytarılması ilə bağlı maddi hüquq normalarının tələblərinə də riayət edilməlidir.

112. Apellyasiya instansiyası məhkəməsinin Cavabdeh1 Mülki Məcəllənin 337.5-ci madəsinin tələbləri üzrə müvafiq iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmək hüququnun izahına da kollegiya tənqidi yanaşır və hesab edir ki, əqdi etibarsız hesab edən məhkəmə bu etibarsızlığın nəticələrini həmin iddia çərçivəsində həll etməli, bu zaman yaranan hər hansı qeyri-müəyyənliyə də müvafiq sübutlar araşdırılmaqla qiymət verilməlidir.

113. Kollegiya kassasiya şikayətinin dəlilləri üzrə həmçinin qeyd edir ki, mülki iş üzrə mübahisən i həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etməkdən ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və MPM-in 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir.

114. İşin mübahisəsiz halları tərəflərin həm şifahi, həm də yazılı izahatları əsasında müəyyən oluna bilər. Bu baxımdan məhkəmə iclasında şifahi izahat verən tərəfin işin hallarını məhkəməyə düzgün bildirmək vəzifəsi vardır və o, həmin izahatın hüquqi nəticələrindən irəli g ələn riskləri daşıyır.

115. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.

116. İşdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir.

117. Göründüyü kimi, apellyasiya məhkəməsinin qətnaməsi Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-883/2020 saylı, 18 mart 2020-ci il tarixli qətnaməsindən verilən apellyasiya şikayəti üzrə yuxarıda sadalanan maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş və bu hal düzgün olmayan məhkəmə qətnaməsinin qəbul olunması ilə nəticələnmişdir.

118. Göstərilənlərə əsasən, Cavabdeh1 kassasiya şikayəti təmin edilməli, qətnamə qismən «İddiaçı orlunun adından etibarnamə əsasında çıxış edən X29 oglu ilə Cavabdeh 1 oglu arasında baglanmış Bakı səhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, ev 87A məhəllə 577, 756 nömrəli mənzilin alqı-satqısına dair xx.xx.2017-ci il tarixli, AN-İ № ******* saylı müqavilənin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında Cavabdeh1 ogluna verilmiş xx.xx.2017-ci il tarixli, RX seriyalı ******* saylı mülkiyyət hüququnu təsdiq edən çıxarışın ləgv edilməsi» hissəsində ləğv edilmli,həmin hissədə iş yeni baxışa göndərilməlidir.

119. Kollegiya hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, Cavabdeh1 apellyasiya şikayət inin dəlillərinə eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88 və 106.1-ci maddələrinin tələbləri baxımından düzgün qiymət verilməlidir.

120. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh3 oğlu kassasiya şikayəti təmin edilməsin. Cavabdeh1 kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-104/2022 nömrəli, 03 fevral 2022-ci il tarixli qətnaməsi «İddiaçı adından etibarnamə əsasında çıxış edən X29 oglu ilə Cavabdeh1 oglu arasında baglanmış Bakı səhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, ev 87A məhəllə 577, 756 nömrəli mənzilin alqı-satqısına dair xx.xx.2017-ci il tarixli, AN-İ № ******* saylı mıqavilənin etibarsız hesab edilməsi, həmin mıqavil ə əsasında Cavabdeh1 ogluna verilmiş xx.xx.2017-ci il tarixli, RX seriyalı ******* saylı mülkiyyət hüququnu təsdiq edən çıxarışın ləgv edilməsi» hissəsində ləğv edilsin. İşə həmin hissədə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar