Məhkəmə qərarları › İş №2(102)-3540/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3540/2022

04.07.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3540/2022 04.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər X16 xxx oğluna, Bakı şəhəri 39 saylı Notariat Kontoruna qarşı iddiası, İddiaçı X16 xxx oğlunun cavabehlər İddiaçı1 və İddiaçı2 qarşı qarşılıqlı iddia üzrə QƏRARİ iş № 2(102)-3540/22 (açar sözlər: vərəsəlik hüququ haqqında şəhadətnamənin, bağışlama müqaviləsinin etibarsız hesab edilməsi) Bakı şəhəri, 04 iyul 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər X1 6 xxx oğluna və Bakı şəhəri 39 saylı Notariat Kontoruna qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi barədə” ilk, X16 xxx oğlunun İddiaçı1 və İddiaçı2 qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi barədə” qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-3106/2020 nömrəli, 21 yanvar 2022-ci il tarixli qətnaməsindən cavabdeh X16 xxx oğlunun kassasiya şikayətinə 04 iyul 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İş üzrə qəbul edilmiş məhkəmə aktları

1. Bakı şəhəri, Ramana qəsəbəsi, V.Vəliyev küçəsində yerləşən 1 saylı tikili Meyransa Osat qızına məxsus olmuş və 30 sentyabr 1967-ci il tarixdə sonuncu ona məxsus evin 1/3 hissəsini X9 bağışlamışdır.

2. X7 gəlini X10 1997-ci ildə ərizə ilə Bakı şəhərinin Sabunçu Rayon İcra Hakimiyyətinə müraciət edərək mərhum qayınatasına məxsus Ramana qəsəbəsi, 1 saylı tikilinin hüquqi qeydiyyata alınmasını xahiş etmiş və İcra Hakimiyyəti başçısının 30 iyul 1997-ci il tarixli 820 №-li sərəncamı ilə X15 həmin ünvanda yerləşən bütün tikililərin, o cümlədən sonradan tikilmiş tikililərin hüququ sahibi hesab edilərək həmin tikilinin hüquqi qeydiyyata alınması və bu barədə olan sənədlərin X6 təqdim edilməsi Bakı şəhər İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsindən xahiş olunmuşdur.

3. Bakı şəhərinin 39 saylı Notariat Kontoru tərəfindən Meyransa Osat qızının vərəsəsi kimi X16 xxx oğlunun adına miras əmlakdan tam irs alması barədə 07 sentyabr 2 016-cı il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş və həmin şəhadətnaməyə əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 143,3 kv.metr olan fərdi yaşayış evi və 0,08503 ha torpaq sahəsinə dair X16 xxx oğlunun həmin əmlaka mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış və adına 24 sentyabr 2016-cı il tarixli çıxarış verilmişdir. a) Birinci instansiya məhkəməsində birinci iş üzrə icraat

4. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Bakı şəhəri 39 saylı notariat kontoruna və X16 xxx oğluna qarşı iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri 39 saylı notariat kontoru tərəfindən X16 xxx oğlunun adına verilmiş 07 sentyabr 2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılıb ki, Meyransa Osat qızından miras qalmış ünvan 2 ünvanına dair X16 xxx oğluna qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən bir sıra məsələlər nəzərə alınmamış, şəhadətnamə qanun pozuntusu ilə verilmişdir. Belə ki, mübahisə predmeti olan fərdi yaşayış evinin 1/3 hissəsi 30 sentyabr 1967-ci il tarixdə bağlanmış bağışlama müqaviləsinə əsasən evin mülkiyyətçisi Meyransa Osat qızı tərəfindən X9 bağışlanmışdır.

6. X15 vəfat etdikdən sonra gəlini X10 Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinə müraciət edərək qayınatasına məxsus Sabunçu rayonu Ramana qəsəbəsi V.Vəliyev küçəsində yerləşən 1 saylı tikilinin hüquqi qeydiyyata alınmasını xahiş etmişdir. Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən 30 iyul 1997-ci il tarixdə X3na məxs us olmuş tikilinin hüquqi qeydiyyata alınması və X6 lazımi sənədlərin təqdim olunması barədə sərəncam verilmişdir. Cavabdeh X16 xxx oğluna mübahisə predmeti olan evə vərəsəlik haqqında şəhadətnamə verilərkən bütün əmlak mirasa daxil edilmiş və 1/3 hissədə X9 bağışlanmış əmlak mirasdan çıxılmamışdır. Halbuki həmin evdə əlavə tikililər də inşa edilmiş və ev hal-hazırda “A” və “B” hissələrindən ibarətdir. Notarius tərəfindən miras açıldığı məqamadək naturada olan və sonradan əlavə edilən tikililər müəyyən edilmədiyinə görə vərəsəlik hüququ haqqında şəhadətnamə verildiyi andan etibarsız hesab olunmalıdır.

7. X16 xxx oğlu da məhkəməyə qarşılıqlı iddia verərək Bakı şəhəri 4 saylı Notariat kontorunda 30 sentyabr 1967-ci il tarixdə bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Qarşılıqlı iddia belə əsaslandırılmışdır ki, nənəsi Meyransa Osat qızı ilə X15 arasında 30 sentyabr 1967-ci ildə bağlanmış bağışlama müqaviləsinin heç bir hüquqi qüvvəsi yoxdur. Belə ki, həmin yaşayış evi 1963-cü ildən onların istifadəsində olmuş, o həmin mənzildə doğulmuş, nənəsi Meyransa Osat qızının adına texniki pasport tərtib edilmişdir. Nənəsinin vəfatından sonra əmlakın qanun üzrə yeganə vərəsəsi olaraq notariat kontoruna müraciət etmiş və vərəsəlik şəhadətnaməsi əldə etmişdir. Daha sonra həmin evə dair mülkiyyət hüququnun qeydiyyata alınmasına dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış almışdır. Hazırda fərdi yaşayış evi “A” və “B” tikililərindən ibarətdir və onun üzərində mülkiyyət hüququ X16 xxx oğluna məxsusdur. 9. 30 sentyabr 1967 -ci il tarixli bağışlama müqaviləsi hüquqi əsaslara söykənmir. Belə ki, həmin müqavilə nənəsi Meyransa Osat qızı tərəfindən imzalanmamış, həmin dövrdə qüvvədə olmuş Azərbaycan SSR Mülki Məcəlləsinin 230 və 245-ci maddələrinin tələblərinə uyğun olaraq yerli zəhmətkeş deputatları sovetinin icraiyyə komitəsində qeydə alınmamışdır.

10. Sabunçu Rayon Məhkəməsinin 2(008)-1144/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə ilk iddia və qarşılıqlı iddia tələbləri təmin olunmamışdır. (hakim Vaqif Həsənov)

11. Birinci instansiya məhkəməsi ilk iddia ilə bağlı qənaətə gəlib ki, ilkin iddia üzrə iddiaçıların mübahisə predmeti olan əmlakla bağlı subyektiv hüquqa malik olmasını təsdiq edən hər hansı sübut təqdim edilmədiyindən və onlar müvafiq subyektiv hüquqa malik olmadıqlarından ilkin iddia tələ bləri təmin edilə bilməz.

12. Birinci instansiya məhkəməsi həmçinin qarşılıqlı iddia tələbi ilə bağlı belə qənaətə gəlib ki, iddia tələbi üzrə iddiaçının etibarsız sayılmasını tələb etdiyi Meyransa Osat qızı ilə X15 arasında bağlanmış bağışlama müqaviləsinin 30 sentyabr 1967-ci il tarixdə verilməsi nəzərə alınaraq mübahisəyə 1964-cü ildən 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan SSR Mülki Məcəlləsinin müvafiq müddəaları tətbiq edilməlidir.

13. Mülki Məcəllənin (1964) 245-ci maddəsinə görə bir tərəf müəyyən əmlakı əvəzsiz olaraq digər tərəfin mülkiyyətinə verir. Həmin Məcəllənin 230-cu maddəsinə əsasən tərəflərdən biri heç olmasa vətəndaş olduqda, yaşayış evinin alqı-satqı müqaviləsi notariatda təsdiqlənməli və yerli xalıq deputatları Sovetinin İcraiyyə Komitəsində qeydə al ınmalıdır. Müqavilə notariatda təsdiq edildiyi gündən bir ay keçənədək qeydə alınmalıdır.

14. Birinci instansiya məhkəməsi iş materiallarına və qeyd edilən qanunvericilik normalarına əsasən qeyd edib ki, mübahisədə adı keçən fərdi yaşayış evinin 1/3 hissəsinin Meyransa Osat qızı tərəfindən X9 bağışlanmasına dair 30 sentyabr 1967-ci il tarixli bağışlama müqaviləsinin tərəfləri vəfat etdiyindən, bağışlanan hədiyyəni qəbul etmədiyindən və həmin müqavilə əsasında hər hansı hüquq dövlət qeydiyyatına alınmadığından bağışlama müqaviləsi bağlanmamışdır.

15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni 1964-cü il Mülki Məcəlləsinin 52, 230, 230-1, 245-ci, 2000-ci il Mülki Məcəlləsinin 337-cü maddələri ilə əsaslnadırmışdır. b) Birinci instansiya məhkəməsində ikinci iş üzrə icraat

16. İddiaçılar İ ddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət edərək ünvan 2 ünvanına dair xx.xx.2016-cı il tarixdə Meyransa Osat qızına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın və həmin ünvana dair 24 sentyabr 2016-cı il tarixdə X16 xxx oğluna verilmiş RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın qismən, yəni “B” tikilisinə aid hissədə etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

17. DƏDRX-in Bakı şəhəri Ərazi İdarəsi iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi qoyulub.

18. İddia tələbi birinci iş üzrə iddianın əsasını təşkil edən dəlillərlə əsaslandırılıb.

19. Cavabdeh1 iddiaya etiraz edib. Etirazın dəlilləri: - Meyransa Osat qızı ilə Mirzə Umudov arasında 30 sentyab r 1967-ci il tarixli bağışlama müqaviləsinin heç bir hüquqi qüvvəsi yoxdur; - nənəsi Meyransa Osat qızının adına texniki pasportun əldə edildiyi 1963-cü il tarixdən ev onların istifadəsində olub; - nənəsinin vəfatından sonra əmlakın yeganə qanuni vərəsəsi olaraq notariat kontoruna müraciət etmiş və vərəsəlik şəhadətnaməsi, sonra da çıxarış almışdır; - hazırda ev “A” və “B” tikililərindən ibarətdir və həmin tikililər onun mülkiyyətindədir.

20. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-952/2018 saylı, 26 avqust 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək 19 avqust 2016-cı il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Meyransa Osat qızına verilmiş RX seriyalı ******* nömrəli çıxarış və həmin evə dair 24 sentyabr 2016-cı il tarixdə X16 xxx oğluna verilmiş RX seriyalı ******* nömrəli çıxarış qismən, “B” tikilisinə aid hissədə etibarsız hesab edilmişdir.

21. Birinci instansiya məhkəməsi müəyyən edib ki, Sabunçu rayonu Ramana qəsəbəsi, V. Vəliyev küçəsi 1nömrəli evin mülkiyyətçisi Meyransa Osat qızı tərəfindən mübahisəli əmlakın 1/3 hissəsi, hazırki “B” tikilisi 30 sentyabr 1967-ci il tarixdə X9 bağışlanıb və Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının 820 jmrəli 30 iyul 1997-ci il tarixli sərəncamı ilə Mərhum X2 qəsəbəsi V.Vəliyev küçəsi 1 saylı 15,8 kv.m, 19.4 kv.m 2 yaşayış otağından,1 kv.m mətbəxtdən, 14,2 kv.m giriş otağından, 11, 4 kv.m bağlı eyvandan və həyətyanı sahədə 6,1 kv.m toyuq damından, 7,0 kv.m hamamdan, 2,8 kv.m ayaqyolundan ibarət olmaqla 186,2 kv.m to rpaq sahəsində yerləşən mülkün hüquqi sahibi hesab edilib. İşin bu halı da Meyransa Osat qızının adına verilmiş çıxarışların “B” tikilisi hissəsində etibarsızlığı üçün əsasdır.

22. Birinci instansiya məhkəməsi həmçinin müəyyən edib ki, xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən Meyransa Osat qızına RX seriyalı ******* nömrəli çıxarış verildikdən sonra həmin çıxarış əsasında vərəsəlik qaydasında mübahisəli əmlak cavabdeh Qurban Qulu Kərimovun mülkiyyətinə verilmiş və bu barədə 24 sentyabr 2016cı il tarixdə X16 xxx oğluna verilmiş RX seriyalı 36390 nömrəli çıxarış verilmişdir. Meyransa Osat qızına verilmiş RX seriyalı 05956 nömrəli çıxarış “B tikilisi” hissəsində olmaqla qismən etibarsız hesab o lunduğundan həmin çıxarış əsasında mübahisəli əmlakı öz adına keçirmiş X16 xxx oğlunun mülkiyyət hüquqlarının qeydiyyata alındığı RX seriyalı ******* nömrəli 24 sentyabr 2016-cı il tarixli çıxarış da qismən, “B” tikilisi hissəsində etibarsız hesab olunmalıdır, çünki iddiaçı məhkəmə iclasında həmin reyestrin məzmununun qeyri-dəqiqliyini sübuta yetirmişdir.

23. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 140-cı, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. c) Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat

24. İddiaçılar (cavabdedhlər) İddiaçı1 və İddiaçı2 birinci iş üzrə apellyasiya şikayəti verərək qətnamənin ilk iddianın rədd edilməsi hissəsində ləğv edilməsini, qarşılıqlı iddiaya dair hissədə dəyişdirilməsi, ilk iddianın təmin edi lməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

25. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılaraq qeyd edilmişdir ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir.

26. Cavabdeh (iddiaçı) X16 xxx oğlu da ikinci iş üzrə apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

27. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, həmin iş üzrə mübahisəyə baxılarkən işin bütün halları araşdırılmamış, həmin məhkəmənin tərəflər arasında başqa mülki iş üzrə 17 avqust 2017-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş hallar nəzərə alınmamışdır. Belə ki, hazırkı iddianı qaldırarkən iddiaçılar 30 sentyabr 1967-ci il tarixli bağışlama müqaviləsinə istinad etsələr də, X7 hədiyyən i qəbul etməməsi və həmin bağışlama müqaviləsinin özü-özlüyündə etibarsız əqd olması 17 avqust 2017-ci il tarixli qətnamə ilə müəyyən olunmuşdur. Bundan əlavə mülki qanunvericiliyə əsasən gəlin qayınatanın vərəsəsi olmadığından, iddiaçıların hazırkı iddianı qaldırmağa subyektiv hüquqları yoxdur. Buna görə də məhkəmə işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, nəticədə qanunsuz qətnamə qəbul etmişdir.

28. Apellyasiya icraatı mərhələsində apellyasiya instansiyası məhkəməsinin 18 yanvar 2019-cu il tarixli qərardadı ilə hər iki iş üzrə apellyasiya şikayətləri bir icraatda birləşdirilmişdir.

29. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-21/2021 nömrəli, 22 fevral 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı1 və İddiaçı2 apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 avqust 2017-ci il tarixli qətnaməsi qismən, yəni ilkin iddia tələbinin rədd edilməsi ilə bağlı hissədə ləğv edilmiş, ilkin iddia qismən təmin edilərək, Bakı şəhəri 39 saylı Notariat Kontoru tərəfindən X16 xxx oğlunun adına verilmiş 07 sentyabr 2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, qətnamənin apellyasiya şikayəti üzrə qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmiş, X16 xxx oğlunun apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 26 avqust 2018-cu il tarixli qətnaməsi X16 xxx oğlunun apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər İlham Kərimli (sədrlik edən və məruzəçi), Elşən Kazımov, Akif İsgəndərov)

30. Apellyasiya instansiyası məhkəməsi iş mat eriallarına əsasən müəyyən edib ki, 30 sentyabr 1967-ci il tarixli bağışlama müqaviləsinə əsasən ünvan 3 ünvanı Hüsü Hacıyev küçəsi ev 1) mülkiyyətçisi Meyransa Osat qızı evin 1/3 hissəsini X9 bağışlamış, X15 vəfat etdikdən sonra gəlini Umudova (Mehdiyeva) Rəna Həmid qızı ərizə ilə Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinə müraciət edərək mərhum qayınatası X9 məxsus olmuş Ramana qəsəbəsi, V.Vəliyev küçəsi, 1 saylı tikilinin hüquqi qeydiyyata alınmasını xahiş etmiş, onun müraciəti əsasında 30 iyul 1997-ci il tarixli 820 nömrəli sərəncamla mərhum X2 qəsəbəsi, V.Vəliyev küçəsi, 1 saylı 15,8 kv.m, 19.4 kv.m 2 yaşayış otağından, 10,1 kv.m mətbəxtdən, 14,2 kv.m giriş otağından, 11, 4 kv.m bağlı eyvandan və həyətyanı sahədə 6,1 kv.m toyuq damından, 7,0 kv.m hamamdan, 2,8 kv.m ayaqyolundan ibar ət olmaqla 186,2 kv.m torpaq sahəsində yerləşən mülkün hüquqi sahibi hesab edilmişdir. Sözügedən sərəncam qüvvədədir, iddiaçı tərəfindən həmin sərəncamın ləğv edilməsinə dair mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Həmçinin Ramana qəsəbəsi, Hüsü Hacıyev küçəsi, ev 1 ünvanına dair Meyransa Osat qızının adına tərtib olunmuş texniki pasportla (2-ci cild i.v.44-45, 140-147) Sabunçu rayonu Ramana qəsəbəsi V.Vəliyev küçəsi 47 nömrəli yaşayış evinə dair texniki pasportu müqayisə etdikdə, yeni texniki pasportda əlavə tikililərin qeydə alınması, evin “A” və “B” tikililərindən ibarət olması müəyyən olunmuşdur.

31. Apellyasiya instansiyası məhkəməsi Sabunçu Rayon Məhkəməsinin 17 avqust 2017-ci il tarixli qətnaməsindən İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti ilə bağlı qeyd e dib ki, birinci instansiya məhkəməsi iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X16 xxx oğluna qarşı vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi tələbinə dair ilkin iddiasının rədd edilməsi üçün onların mübahisə predmeti olan əmlakla bağlı subyektiv hüquqa malik olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmələrinə istinad etməkdə səhvə yol vermişdir. Əslində, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X16 xxx oğluna qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni mübahisələndirməyə subyektiv hüquqları olmuşdur. Belə ki, iddiaçılar mübahisələndirilən evdə pasport qeydiyyatında olmaqla orada yaşayırlar və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə göstərilmiş fərdi yaşayış evinin bütünlüklə miras əmlak kimi X16 xxx oğluna keçməsi iddiaçıların həmin evə dair istifad ə və sair hüquqlarının pozulmasına səbəb ola bilər

32. Apellyasiya instansiyası məhkəməsi hesab edib ki, vərəsəlik hüququ haqqında şəhadətnamədə miras əmlak kimi göstərilən fərdi yaşayış evinin hazırkı sahəsi miras açılarkən mövcud olmuş sahəsindən artıq olduğundan, miras əmlaka daxil edilmiş əlavə tikililərdə iddiaçılar yaşadığından, Bakı şəhəri 39 saylı notariat kontoru tərəfindən X16 xxx oğlunun adına verilmiş 07 sentyabr 2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməlidir.

33. Apellyasiya instansiyası məhkəməsi qeyd edib ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X16 xxx oğluna qarşı vərəsəlik hüququ haqqında şəhadətnaməsinin etibarsız hesab edilməsi tələbinə dair ilkin iddianı rədd etməklə birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir.

34. Apellyasiya instansiyası məhkəməsi onu da vurğulayıb ki, İddiaçı1 və İddiaçı2 apellyasiya şikayətində qətnamənin qarşılıqlı iddia tələbinin rədd edilməsi hissəsində dəyişdirilməsini xahiş etsə də, qətnamənin hansı səbəblərə görə dəyişdirilməli olmasını əsaslandırmamış və qətnamənin dəyişdirilərək necə formulə edilməsini göstərməmişdir.

35. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Qurban Qulu Kərimova qarşı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın qismən ləğv edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 26 avqust 2018-ci il tarixli qətnaməsindən Qurban Qulu Kərimov tərəfindən verilmiş apellyasiya şikayəti ilə bağlı ape llyasiya instansiyası məhkəməsi hesab edib ki, birinci instansiya məhkəməsi xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Meyransa Osat qızına verilmiş RX seriyalı ******* nömrəli çıxarış və həmin evə dair xx.xx.2016-cı il tarixdə X16 xxx oğluna verilmiş RX seriyalı ******* nömrəli çıxarışı qismən, “B” tikilisinə aid hissədə etibarsız hesab etməklə düzgün nəticəyə gəlmişdir.

36. Apellyasiya instansiyası məhkəməsi göstərib ki, həmin çıxarışlar verilərkən fərdi yaşayış evinin “B” tikilisinin miras açılan vaxtda mövcud olmaması, həmin tikilinin sonradan inşa olunması nəzərə alınmamışdır. İddiaçılar məhkəmə iclasında həmin reyestrin məzmununun qeyri-dəqiqliyini sübuta yetirmişlər. Buna görə də Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 26 avqust 2018-ci il tarixli 2(008)-952/2018 saylı qətnaməsindən X16 xxx oğlunun apellyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır

37. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 140, 337.1 və 337.4-cü maddələri ilə əsaslandırmışdır. ç) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

38. Cavabdeh1 kassasiya şikayəti verib, qətnaməni ləğv edib, iş üzrə yeni qərar çıxarılmasını xahiş etmişdir.

39. Kassasiya şikayətinin dəlilləri: - bağışlama müqaviləsi üzrə hədiyyə verən Meyransa Osat qızının və hədiyyə alan X7 vəfat etməklə hədiyyənin qəbul edilməməsi; - İddiaçı1 miras qoyan Mirzə Umudovun gəlini olmaqla məhkəmədə iddia qaldırmaq üçün subyektiv hüquqa malik olmaması; - Bakı Apellyasiya Məhkəməsinin 03 sentyabr 2018-ci tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə evin ½ hissəsinə X1 payının müəyyən olunmasının nəzərə alınmaması.

40. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-5774/2021 nömrəli, 06 oktyabr 2021-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-21/2021 nömrəli iş üzrə 22 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

41. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: - işin müəyyən olunmuş hallarına əsasən Bakı şəhəri 39 saylı Notariat Kontoru tərəfindən 04 oktyabr 1967-ci il tarixdə ölmüş Meyransa Osat qızının vərəsəsi kimi X16 xxx oğluna miras əmlakdan tam irs alması barədə 07 sentyabr 2016-cı il tarixdə qanu n üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Apellyasiya instansiyası məhkəməsi hazırkı qətnaməsi ilə ilkin iddia tələbini təmin edərək həmin şəhadətnaməni bütövlükdə etibarsız hesab etmişdir. Həmin qətnamə ilə apellyasiya instansiyası məhkəməsi eyni zamanda Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 26 avqust 2018-ci il tarixli qətnaməsini dəyişdirmədən saxlamışdır. Halbuki Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 26 avqust 2018-ci il tarixli qətnaməsi ilə X16 xxx oğluna verilmiş Reyestrdən Çıxarış qismən, yalnız “B” tikilisinə aid hissədə etibarsız hesab edilmişdir; - bundan başqa, işin 1-ci cildinin 229-235-ci səhifələrində olan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının qanuni qüvvəyə minmiş 03 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə 07 sentyabr 2016-cı il tarixli qanun ü zrə vərəsəlik hüququ haqqında şəhadətnamə ½ hissədə etibarsız hesab edilmiş və bununla əlaqədar X16 xxx oğlunun adına verilmiş Dövlət Reyestrindən Çıxarış ½ hissədə ləğv edilmişdir. Həmin qətnamə ilə Cavabdeh1 ölümündən sonra miras qalmış evin ½ hissəsinə onun vərəsəsi kimi X4 payı müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi 07 sentyabr 2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni bütövlükdə etibarsız hesab edərkən işin yuxarıda göstərilən hallarını nəzərə almamış, onlara müvafiq hüquqi qiymət verməmişdir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

42. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-827/2021 nömrəli 21 yanvar 2022-ci il tarixli qətnaməsi ilə birinci mülki iş üzrə İddiaçı1 və İddiaçı2 tərəfindən birgə verilmiş apellyas iya şikayəti qismən təmin olunmuş, həmin iş üzrə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(008)- 1144/2017 nömrəli qətnaməsi mübahisələndirilən hissədə – iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər X16 xxx oğlu və Bakı şəhəri 39 saylı Notariat Kontoruna qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi barədə” ilk iddiasının rədd edilməsi hissəsində ləğv edilmiş, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər X16 xxx oğlu və Bakı şəhəri 39 saylı Notariat Kontoruna qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi barədə” ilk iddiası rədd olunmuş, ikinci mülki iş üzrə X16 xxx tərəfindən verilmiş apellyasiya şikayəti rədd olunmuş, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(008)-952/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxl anılmışdır. (hakimlər Namiq Cəfərov (sədrlik edən və məruzəçi), Emin Mehdiyev, Xəyal Sarıyev)

43. Apellyasiya instansiyası məhkəməsi birinci iş üzrə qeyd edib ki, ilk iddia üzrə mübahisə Sabunçu rayonu, Ramana qəsəbəsi, Vəli Vəliyev küçəsində yerləşən 47 №-li evin “B” tikilisi ilə bağlıdır. Həmin ev “A” və “B” tikililərindən ibarətdir. Ev 0,08503 ha torpaq sahəsində yerləşir. Evin əvvəlki ünvanı “Hüsü Hacıyev küçəsi, ev № 1” kimi göstərilib. X11 məxsus olub. Meyransa Osat qızı (hədiyyə verən) xx.xx.1967-ci il tarixdə evin 1/3 hissəsini Mirzə Umudova (hədiyyə alana) bağışlayıb. Onların arasında bağışlama müqaviləsi bağlanıb, müqavilə Bakı şəhəri 4 saylı Notariat Kontorunun notariusu tərəfindən notariat qaydasında təsdiq olunub. Hədiyyə verən Meyransa Osat qızı hazırkı mübahisənin tərəfi ola n Qurban Qulu Kərimovun nənəsidir. Hədiyyə alan Mirzə Umudov hazırkı mübahisənin tərəfi olan İddiaçı1 qayınatasıdır. İddiaçı1 1980-ci ildən, onunla birgə iddia qaldıran İddiaçı2 isə 1999-cu ildən evdə qeydiyyatdadır.

44. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə bağışlama müqaviləsi etibarlıdır. Çünki bağışlama müqaviləsi bağlanan zaman qüvvədə olmuş Mülki Məcəllədə belə tələb müyyən olunmuşdur ki, müqavilə notariat qaydasında təsdiq edildiyi gündən 1 ay keçənədək yerli xalq deputatları sovetinin icraiyyə komitəsində qeydə alınmalıdır. xx.xx.1967-ci il tarixli bağışlama müqaviləsi qeydə alınmayıb. Lakin bu qaydaya əməl edilməməsi müqavilənin etibarsızlığına səbəb olmur, çünki həmin Məcəllədə belə nəticə nəzərdə tutulmamışdır. Nəzərə alınmalıdır ki, bağışlama müqaviləsi bağlana n zaman hədiyyə verənin özünün də mülkiyyət hüququ lazımi qaydada qeydə alınmamış, onun adına tikiliyə dair texniki pasport olmuş, hədiyyə verənin mülkiyyət hüququ dövlət reyestrində onun ölümündən sonra qeydə alınmışdır. Mübahisə həmin Məcəllə qüvvədən düşdükdən sonra yaranıb. Hazırda qüvvədə olan Mülki Məcəllədə bağışlama müqaviləsinin yerli icra orqanında qeydə alınması barədə tələb müəyyən edilməyib. Odur ki, mübahisənin düzgün həll edilməsi üçün bağışlama müqaviləsinin yerli xalq deputatları sovetinin icraiyyə komitəsində qeydə alınıb-alınmamasının əhəmiyyəti yoxdur, müqavilə əqd kimi etibarlıdır, ona görə də əqdə uyğun hüquqi nəticələr doğurub. Bağışlama müqaviləsinin əqd kimi doğurduğu hüquqi nəticə ondan ibarətdir ki, “B” tikilisi hədiyyə verənin mülkiyyəti sayılmır, çünki iradəsin i ifadə edərək onu özgəninkiləşdirib. O cümlədən nəzərə alınmalıdır ki, bağışlama müqaviləsinin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia irəli sürülüb, lakin həmin iddia rədd olunub. Qarşılıqlı iddiaçı qətnaməni mübahisələndirməyib, qətnamə qanuni qüvvəyə minib. Buna görə də bağışlama müqaviləsi etibarlı müqavilə kimi qəbul olunmalıdır.

45. Apellyasiya instansiyası məhkəməsi qeyd edib ki, bağışlama müqaviləsində “1/3 hissə” deyiləndə naturada evin hansı hissəsinin nəzərdə tutulduğu göstərilməyib. Müəyyən edilir ki, evin texniki pasport üzrə “B” tikilisi hədiyyə olunub. Belə ki, müqavilənin bağlanmasından sonra hədiyyə verən “B” tikilisinə sahiblik etməyib, həmin tikili hədiyyə alanın sahibliyində olub. Bu isə belə qənatə gəlməyə əsas veririr ki, müqavilə tərəfləri “1/3 hissə” ifadə si ilə “B” tikilisini nəzərdə tutublar. O cümlədən Sabunçu rayon İcra hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli, 820 №-li sərəncamı (cild 2, iş v. 51) yazılı sübut olaraq təsdiq edir ki, bağışlama müqaviləsinin bağlanmasından sonra “B” tikilisi hədiyyə alanının sahibliyində olub. Həmin sərəncamda göstərilən tikililər “B” tikilisinə aiddir. Sərəncamda qərara alınıb ki, hədiyyə alan Mirzə Umudov bu tikililərin hüquqi sahibi hesab edilsin. X8 ölümündən sonra onun gəlini, hazırkı işdə tərəf olan İddiaçı1 (Umudovanın) ərizəsi əsasında verilib.

46. Apellyasiya instansiyası məhkəməsi göstərib ki, bağışlama müqaviləsinin bağlandığı zaman xx.xx.1964-cü ildə qəbul edilmiş Mülki Məcəllə qüvvədə olub. Həmin Məcəllənin 245-ci maddəsinin 1-ci hissəsində qeyd olunub ki, bağışlama müqaviləsinə görə bir tərəf müəyyən əmlakı əvəzsiz olaraq digər tərəfin mülkiyyətinə verir. Həmin maddədə daha sonra qeyd olunub ki, bağışlama müqaviləsi əmlak verilən vaxtdan bağlanmış hesab olunur. “B” tikilisi müqavilənin bağlanmasında sonra hədiyyə alana verilib, bununla da bağışlama müqaviləsi bağlanmış sayılıb. Ona görə də müqavilənin bağlanmasından sonra “B” tikilisi hədiyyə verən Meyransa Osat qızının mülkiyyəti sayılmayıb. Meyransa Osat qızı xx.xx.1967-ci ildə ölüb, həmin vaxt “B” tikilisi onun mülkiyyəti sayılmadığına görə mirasın tərkibinə daxil olmayıb. Belə nəticəyə gəlməyə mirasın açıldığı zaman qüvvədə olmuş, xx.xx.1964-cü il tarixli Mülki Məcəllənin 527-ci maddəsinin mənası imkan verir. Vərəsəlik şəhadətnaməsi mirasın təkbinə daxil olan əmlaka münasibətdə qüvvədə olur. Odur ki, hədiyyə verən in vərəsəsi Qurban Qulu Kərimovun adına verilmiş xx.xx.2016-cı il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin “B” tikilisinə münasibətdə qüvvəsi yoxdur. Bu səbəbdən həmin şəhadətnamə etibarsız sayılmalı deyil. Şəhadətnamənin “B” tikilisinə münasibətdə qüvvəsinin olmadığının tanınması mübahisəli münasibətə müəyyənlik gətirilməsi üçün kifayətdir.

47. Qeyd edilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi birinci mülki iş üzrə belə nəticəyə gəlib ki, ilk iddiaya aid hissədə qətnamə ləğv edilməli, ilk iddia yuxarıda göstərilən əsasla, yəni “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin “B” tikilisinə münasibətdə qüvvəsi olmadığına görə rədd olunmalıdır. Şəhadətnamənin “B” tikilisinə münasibətdə qüvvəsi olmadığına görə onun həmin tikiliyə (bağışlama müqaviləsinin p redmeti olan tikiliyə) münasibətdə etibarsız hesab edilməsi qət oluna bilməz.

48. Apellyasiya instansiyası məhkəməsi ikinci mülki iş üzrə qeyd edib ki, Ramana qəsəbəsi, Vəli Vəliyev küçəsində yerləşən 47 №-li evə dair Meyransa Osat qızının mülkiyyət hüququna dair xx.xx.2016-cı il tarixdə reyestr qeydiyyatı aparılıb və həmin qeydiyyatı təsdiq edən reyestr çıxarışı verilib. Bundan 1 ay 5 gün sonra – xx.xx.2016-cı ildə Qurban Qulu Kərimovun həmin ev üzərində mülkiyyət hüququna dair reyestr qeydiyyatı aparılıb və reyestr çıxarışı verilib. Həmin evin “B” tikilisi Meyransa Osat qızının sağlığında – xx.xx.1967-ci il tarixdə onun özü tərəfindən bağışlama müqaviləsinə əsasən özgəninkiləşdirildiyinə görə “B” tikilisinin Meyransa Osat qızının ölümündən sonra onun mülkiyyəti kimi yenidən qeydə alınmas ı, daha sonra qanun üzrə vərəsəlik qaydasında Meyransa Osat qızının vərəsəsi Qurban Qulu Kərimovun mülkiyyəti kimi qeydə alınması bağışlama müqaviləsinin bağlandığı zaman qüvvədə olmuş Mülki Məcəllənin 245-ci maddəsinin 1-ci hissəsinin göstərişinə ziddir. Həmin maddədə qeyd olunub ki, bağışlama müqaviləsinə görə bir tərəf müəyyən əmlakı əvəzsiz olaraq digər tərəfin mülkiyyətinə verir. “B” tikilisi xx.xx.1967-ci il tarixdə etibarən Meyransa Osat qızının mülkiyyəti sayılmayıb. Yarım əsrə yaxın vaxt (49 il) keçdikdən sonra – 2016-cı ildə Meyransa Osat qızının mülkiyyət hüququnun reyestrdə qeydə alınmasında məqsəd ondan ibarət olub ki, Qurban Qulu Kərimov “B” tikilisinə sahiblənə bilsin.

49. Apellyasiya instansiyası məhkəməsi vurğulayıb ki, yarım əsr bundan əvvəl bağışlama müqaviləsi bağlanark ən müqavilə tərəfləri qeydiyyatla bağlı qanunvericiliyin tələbinə əməl etməyiblər. Yəni hədiyyə edilən əmlak (“B” tikilisi) hədiyyə verənin əmlakı kimi lazımi qaydada qeydə alınmamış, o cümlədən hədiyyə alanın həmin müqavilədən əmələ gələn hüququ qeydə alınmamışdır. Yeni qanunvericilik qüvvəyə mindikdən sonra yaranmış mübahisəyə yeni qanunvericiliyin qeydiyyat barədə (əmlakın və hüquqların qeydiyyatı barədə) normalarının tətbiqi hədiyyə alanın qanuni mənafelərinin pozulmasına səbəb olacaq. “B” tikilisinə münasibətə Sabunçu rayon İcra hakimiyyəti başçısı tərəfindən verilmiş “tikilinin hüquqi qeydiyyata alınması barədə” xx.xx.1997-ci il tarixli, 820 №-li sərəncam da məhz hədiyyə alanın qanuni mənafelərinin qorunmasına yönəlib. Həmin sərəncamda qərara alınıb ki, mərhum Mirzə Umudov, yəni hədi yyə alan tikililərin (“B” tikilisinin) hüquqi sahibi hesab edilsin və qeydiyyat orqanından xahiş edilsin ki, tikili hüquqi qeydiyyata alınsın və mərhumun gəlini Rəna Umudovaya (Mehdiyevaya) lazımi sənədlər təqdim olunsun.

50. Apellyasiya instansiyası məhkəməsini mövqeyinə görə birinci instansiya məhkəməsi Meyransa Osat qızının, daha sonra isə onun vərəsəsi Qurban Qulu Kərimovun adına aparılmış reyestr qeydinin və verilmiş reyestr çıxarışının “B” tikilisinə aid hissədə etibarsız hesab edilməsini qət etməklə düzgün nəticəyə gəlib. Belə ki, bu nəticə “B” tikilisinə münasibətdə hədiyyə alan Mirzə Umudovun, onun vəfatından sonra isə həmin tikilidən istifadə edən İddiaçı1 qanuni mənafeyinin (xx.xx.1967-ci il tarixli bağışlama müqaviləsindən irəli gələn qanuni mənafenin) qorunması üçün zəruridir və bağışlama müqaviləsinin bağlandığı zaman qüvvədə olmuş Mülki Məcəllənin 245-ci maddəsinin 1-ci hissəsinin göstərişinə uyğundur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

51. Cavabdeh1 (vəkil X5) kassasiya şikayəti verib, qətnaməni ləğv, İddiaçı1 və İddiaçı2 iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

52. Kassasiya şikayətinin dəlilləri: - bağışlama müqaviləsi 30 sentyabr 1967-ci ildə bağlanan zaman yerli XDS-də qeydə alınmayıb. Bu da 1964-cü il Mülki Məcəlləsinin 44-cü maddəsinin tələblərinə görə həmin müqaviləni etibarsız hesab edilməsi üçün əsasdır; - apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin tələbini pozmuş, Ramana qəsəbəsi, V.Vəliyev küçəsi, 47 nömrəli evə dair Meyransa Osat qızının və Cavabdeh1 adı na verilmiş çıxarışı həmin evin “B” tikilisə aid hissədə etibarsız hesab etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

53. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə (1964) Maddə

245. Bağışlama müqaviləsinə görə bir tərəf müəyyən əmlakı əvəzsis olaraq digər tərəfin mülkiyyətinə verir. Bağışlama müqaviləsi əmlak verilən vaxt bağışlanmış hesab edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sü butlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərində n və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmi ş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

54. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamas ını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

55. Kassasiya şikayətində cavabdeh (iddiaçı) qətnamənin ləğv edilməsini xahiş etsə də, İddiaçı1 və İddiaçı2 iddia tələbinin rədd edilməsini xahiş etməklə, qətnaməni qismən mübahisələndirmişdir. Bu baxımdan, kollegiya qətnaməni mübahisələndirilən hissədə – ikinci iddia üzrə iddianın təmin edilən hissəsində yoxlayır.

56. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı ic raat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

57. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə mübahisələndirilən hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

58. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə qanuni nəticəyə gəlmişdir.

59. İşdən görünür ki, apellyasiya məhkəməsi hazırki iş üzrə kassasiya məhkəməsinin əvvəlki qərarında şərh edilən göstərişlərə əməl edərək işin müəyyən edilmiş hallarına uyğun olaraq qanuni nəticəyə gəlmiş, hüququn tətbiqində səhvə yol verməmişdir.

60. Apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi işin halllarından görünür ki, Ramana qəsəbəsi, Vəli Vəliyev küçəsində yerləşən 47 №-li evə dair Meyransa Osat qızının mülkiyyət hüququna dair xx.xx.2016-cı il tarixdə reyestr qeydiyyatı aparılıb və həmin qeydiyyatı təsdiq edən reyestr çıxarışı verilib, bundan 1 ay 5 gün sonra – xx.xx.2016-cı ildə Qurban Qulu Kərimovun adına həmin ev üzərində mülkiyyət hüququna dair reyestr qeydiyyatı aparılıb. Evin “B” tikilisi Meyransa Osat qızının sağlığında – xx.xx.1967-ci il tarixdə onun özü tərəfindən bağışlama müqaviləsinə əsasən özgəninkiləşdirildiyinə görə “B” tikilisinin Meyransa Osat qızının ölümündə n sonra onun mülkiyyəti kimi yenidən qeydə alınması, daha sonra qanun üzrə vərəsəlik qaydasında Meyransa Osat qızının vərəsəsi Qurban Qulu Kərimovun mülkiyyəti kimi qeydə alınması bağışlama müqaviləsinin bağlandığı zaman qüvvədə olmuş Mülki Məcəllənin 245-ci maddəsinin 1-ci hissəsinin göstərişinə ziddir. “B” tikilisi xx.xx.1967-ci il tarixdə etibarən Meyransa Osat qızının mülkiyyəti sayılmayıb.

61. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin ikinci iş üzrə iddia tələbi ilə bağlı hazırki qərarın 48-50-ci bəndlərində əks edilən dəyərləndirməsi ilə razılaşır. Həmin bəndlərdə əks edilənlərdən görünür ki, apellyasiya məhkəməsi hazırki iş üzrə kassasiya məhkəməsinin qərarında şərh edilən göstərişlərə əməl edərək tərəflərin hüquq münasibətinə uyğun gələn normaları tətbiq etməklə hüq uqun tətbiqində səhvə yol verməmişdir.

62. Məhkəmə kollegiyası çıxarışın evin “B” tikilisinə aid hissəsinin etibarsız sayılmasının düzgün olmaması barədə kassasiya şikayətinin dəlillərinə münasibətdə bildirir ki, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin ikinci iş üzrə apardığı dəyərləndirmə ilə təkzib edilir.

63. Bağışlama müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı kassasiya şikayətinin dəlilinə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, əvvəla, cavabdeh bu dəlili göstərsə də, şikayətinin sonunda yalnız İddiaçı1 və İddiaçı2 iddiasının təmin edilən hissəsində qətnaməni ləğvini xahiş etmişdir ki, bu da cavabdehin dəlilləri ilə onun xahişinin üst-üstə düşmədiyini göstərir. Başqa sözlə, iddiaçının gətirdiyi dəlillər üzrə onun xahişin təmin edilməısi istisan edilimr. Buna gör ə də məhkəmə kollegiyası həmin dəlillərə mahiyyəti üzrə qiymət verməyə zərurət görmür. Bundan əlavə, cavabdeh birinci iş üzrə həmin hissədə qətnaməni heç apellyasiya qaydasında da mübahisələndirməyib.

64. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır

65. Yuxarıda göstərilənləri Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh X16 xxx oğlunun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-3106/2020 nömrəli, 21 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar