Məhkəmə qərarları › İş №2(102)-3541/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3541/2020

04.08.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3541/2020 04.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil1, üçüncü şəxsin vəkili Vəkil3 iştirakları ilə, Bakı Apelyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(005)3939/2019 saylı qətnaməsi ilə ( sədrlik edən S.Ədilova) İddiaçı Cavabdeh1-yə və mübahisə predmetinə dair müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh2 qarşı “qaraj tikilisinə dair mülkiyyət hüququnun müəyyən edilməsi və müqavilənin bağlanması” tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Şamayev (sədrlik edən, məruzəçi), M.Məmmədov və Ş.Məmmədova, 2(103)1797/2020 saylı mülki iş) hazırki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(005)- 3939/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1-yə və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi, iddiaçıya mə xsus olmüş ünvan 1 ünvanda yerləşən qarajla bağlı iddiaçı ilə Cavabdeh1 arasında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilərək, icrasının Cavabdeh1-nin üzərinə vəzifə kimi qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 cavabdehlikdən çıxarılmasını və Bakı şəhəri, X ünvanında yerləşən qaraj tikilisinin iddiaçının mülkiyyəti olmasına, həmin qarajla bağlı onunla Cavabdeh1 ilə satış müqaviləsinin bağlanmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır: 1988-ci ildən pasport qeydiyyatında olduğu X saylı mənzili X2 adlı qadından satın almışdır. Həmin vaxt mənzillə birlikdə 105B ünvanda yerləşən və X2 adl ı qadının istifadəsində olan 7 saylı qarajı da satın almışdır. 1992-ci ildə könüllü olaraq torpaqları erməni işğalçılarından müdafiəsində iştirak etmək üçün Füzuli bölgəsinə getmiş, 1996-cı ildə ordudan tərxis olunmuşdur. Döyüşlərdə aldığı xəsarətlərlə əlaqədar müalicəyə vəsait lazım olduğu üçün Bakı şəhəri, X saylı mənzili sataraq Səbail rayonu ərazisində yerləşən qaynının həyətində məskunlaşmağa məcbur olmuşdur. 7 saylı qarajı isə həmin vaxt qonşusu olan Mehman Əsgər oğlu adlı şəxsə istifadə üçün vermişdir. Mehman Əsgər oğlu adlı şəxs sonradan minik maşınını satdığı üçün qarajı qaytarmış və o, həmin qarajı yaxın qonşusu və ailəvi gedişi olan Cavabdeh2 icarəyə vermişdir. Cavabdeh2 ilə belə razılığa gəlmişdir ki, o qarajı işlədəcək və qarajla bağlı ödəmələri ödəyəcəkdir. Təxminən 2017-ci i lin yay aylarında məlum olmuşdur ki, qaraj olan ərazidə tikinti işləri aparılır. İddiaçı həmin əraziyə gedəndə məlum olmuşdur ki, Cavabdeh2 tikinti aparan Cavabdeh1-ni aldadaraq, qarajın ona məxsus olduğunu bildirmiş və müqavilə bağlamışdır. İddiaçı bunu tikinti şirkətinə bildirdikdən sonra Cavabdeh2 şirkətə dəvət olunmuş və bildirilmişdir ki, qaraj İddiaçı məxsusdur, qarajı boşaldacaq, müqavilə isə sonuncunun adına dəyişdiriləcəkdir. İddiaçının polisə ərizə verdiyi Cavabdeh2 məlum olduqdan sonra, sonuncu iddiaçı ilə şirkətə gedib, müqaviləni dəyişdirəcəyinə söz versə də müxtəlif bəhanələrlə yayınmışdır. Cavabdeh2 Cavabdeh1 şirkətinə gəlmədiyi üçün iddiaçı təkrarən Nərimanov rayon prokurorluğuna müraciət etmiş, şikayətin araşdırılması Nərimanov RPİ-nin 17-ci polis bilməsinə həvalə edilmiş, aparılmış araşdırma nəticəsində həmin qarajın iddiaçıya məxsus olması müəyyən olunmuş, lakin işin mülki xarakterli olması qənaətinə gələrək məhkəməyə müraciət olunması tövsiyyə olunmuşdur. Cavabdeh1-dən həmçinin təhqiqata bildirilmişdir ki, Cavabdeh2 ilə şirkət arasında qarajla bağlı müqavilə bağlanmışdır. Lakin həmin müqavilə nə təhqiqata nə də ki, tələbkar kimi iddiaçıya verilməmişdir.Təhqiqatçı R.Diniyevin xx xxx 2019-cu il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın 1-ci səhifəsinin 5-ci abzasında izahatı təsvir edilmiş Abşeron rayon MİS hissəsinin 1 nömrəli MİS-nin rəisi İbadət Dünyamalıyevin izahatından müəyyən olunur ki, mübahisəli qaraj Cavabdeh2 məxsus deyil, Cavabdeh2 verilmiş ilkin arayışda texniki səhv olmuşdur. Lakin Cavabdeh2 Abşeron rayon Mənzil-İs tismar Hissəsinin 1 nömrəli Mənzil-İstismar sahəsinin rəisi İ.Dünyamalıyev tərəfindən verilən arayışı məhkəməyə təqdim edərək, məhkəməni aldatmağa çalışmışdır. Cavabdeh2 qarajın 7 saylı deyil, 3 saylı olmasına dair gətirdiyi dəlil isə mübahisə predmetini dəyişmir. Mübahisəli qaraj həmin qarajdır və iddiaçıya məxsusdur. İddiaçıdan məlumatsız cavabdeh tərəflərin qanunsuz sövdələşməsi nəticəsində iddiaçıya məxsus qaraj sahəsi söküldüyü üçün qarajın iddiaçıya məxsus olması, iddiaçının mülkiyyəti olması məhkəmə qaydasında müəyyən olunmalı, onunla cavabdeh şirkət arasında qaraja dair müqavilə bağlanması öhdəliyi şirkətin üzərinə qoyulmaıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri: Həmin iş üzrə apellyasiya və kassasiya şikayətləri iddia ərizəsi ndə qeyd olunan hallarla əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, Apelyasiya instansiyası Məhkəməsi tərəfindən mübahisəyə hüquqi qiymət verilərkən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Prosessual məsələlər: Məhkəmə kollegiyasının iclasında İddiaçı, iddiaçının vəkili Vəkil1 kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxsin vəkili Vəkil3 kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəl ləsinin 415.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi Apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və Apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin Apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Kassasiya şikayəti ilə bağlı məhkəmənin mövqeyi: İşin mübahisələndirilməyən faktiki halları belədir ki, iddiaçı 1988-ci ildə Bakı şəhəri, X saylı mənzili X2 adlı qadından satın almışdır. Həmin vaxt mənzillə birlikdə 105B ünvanda yerləşən və X1 adına olan 7 saylı qarajı da istifadəsinə almışdır. Sonradan iddiaçı özünə məxsus olan mənzili sataraq yaşamaq üçün başqa ünvana köçmüş, lakin qarajı öz istifadəsində saxlamışdır. İddiaçı qarajı əvvəlcə qonşuluqda yaşayan Mehman Əsgər oğlu adlı şəxsə istifadə üçün vermiş, daha sonra Mehman avtomaşınını satdıqdan və qaraja ehtiyacı aradan qalxdığından sonra digər qonşusu Cavabdeh2 müvəqqəti istifadə üçün vermişdir. 2017-ci ildə qarajın yerləşdiyi ərazidəki tikililər sökülərək hündür mərtəbəli binalar inşa edilməyə başlamış və bu zamanı həmin qaraj da sökülmüşdür. Qarajın sökülməsi əvəzi olaraq Cavabdeh2 ilə tikinti şirkəti arasında müqavilə bağlanmış, sonradan iddiaçı qarajın ona məxsus olduğunu bildirdiyi üçün şirkətin rəsmi məlumatına görə Cavabdeh2 ilə bağlanmış müqavilə ləğv edilmişdir. İşə baxan Apellyasiya məhkəməsi iddiaçının qaraja mülkiyyət hüququnun tanınıması iddiasını rədd edərkən ona əsaslanmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Mülki Məcəllənin 14.3-cü maddəsinə əsasən əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. Məcəllənin 178.1 və 178.2-ci maddələrinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınm adan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Qanunvericiliyin göstərilən müddəalarına əsasən daşınmaz əmlakın üzərində şəxsin mülkiyyət hüququnun yaranmasının əsasları aşağıdakı ola bilər: qanunla müəyyən olunmuş qaydada əmlakın verilməsi (müqavilə, vərəsəlik və s.) və yeni daşınmaz əmlakın yaradılması. İddiaçı tərəfindən Bakı şəhəri, X ünvanında yerləşən qaraj tikilisinə mülkiyyət hüququnun yaranmasını əsas verən hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən, onun daşınmaz əmlaka belə hüququnun tanınmasına dair tələbi əsassız olmuşdur və birinci instansiya məhkəməsi əsaslı olaraq həmin tələbi rədd etmişdir. İddiaçın ın 2-ci dəlili ilə bağlı Apellyasiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məcəllənin 390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi əsaslı olaraq hesab etmişdir ki, müqavilənin bağlanılması vəzifəsinin hər hansı şəxsin üzərinə qoyulması müqavilə azadlığı prinsipinin pozulması ilə nəticələnir və iddianı həmin hissədə də t əmin edilməməlidir. Məhkəmə kollegiyası iddiaçının tələblərinin təmin olunması üçün qanuni əsaslarının olmaması barədə məhkəmələrin gəldiyi nəticə (maddi hüququn tətbiqi ilə bağlı) ilə razılaşır. Lakin, iddiaçının mübahisəli qaraja heç bir hüququnun əmələ gəlməməsi barədə məhkəmələrin qənaəti əsaslı hesab oluna bilməz. Bununla bağlı məhkəmələr tərəfindən müəyyən edilmiş işin halları və sübutlar düzgün dəyərləndirilməmişdir. Beləki, işin mübahisəsiz halları kimi qəbul edilmiş yuxarıda qeyd olunan faktlar təsdiq edir ki, iddiaçı 1988-ci ildə X saylı mənzili onun keçmiş mülkiyyətçisi X2 adlı qadından satın almışdır. Həmin vaxt mənzillə birlikdə X ünvanda yerləşən və X1 adına olan 7 saylı qaraj da onun istifadəsinə keçmişdir. İddiaçı qarajı keçmiş istifadəçidən satın aldığını təsdiq edir və bu halı mübahisələndirən yoxdur. Əksinə iş üzrə əvvəlcə cavabdeh kimi cəlb edilmiş, sonradan 3-cü şəxs kimi qoşulmuş Cavabdeh2 özü etiraf etmişdir ki, qaraj həqiqətən iddiaçıya məxsus olmuşdur (cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarlardakı izahatında). Abşeron rayon Kommunal Təsərrüfat Hissəsinin xx xxxx 1972-ci il tarixdə verilmiş arayışında qeyd edilir ki, E.P.Sarkisov adlı şəxsə 1965-ci ildə X və XX ünvanları ərazisində qaraj tikintisinə icazə verilmişdir. 1988-ci ildə mənzilini iddiaçıya satmış keçmiş mülkiyyətçi özünün istifadəsində olan qarajı da ona satmışdır. Bu halı indiki cavabdehin, 3-cü şəxsin mübahisələndirməyə subyektiv hüquqları yoxdur və mübahisələndirmirlər. Məhkəmələrin mübahisəli qarajın iddiaçının istifadəsində olmasını sübuta yetirə bilməməsi barədə gəld ikləri qənaət əsaslı deyil. Çünki mübahisə edən tərəflər özləri bu halı mübahisəsiz hal kimi qəbul edirlər ki, iddiaçı 1988-ci ildə X saylı mənzili onun keçmiş mülkiyyətçisi X2 adlı qadından satın almaqla həmin mənzilə aid qaraj da iddiaçının istifadəsinə keçmişdir. Beləliklə, iddiaçının istifadəsində bir qaraj olmuşdur və həmin qaraj onun üçün iqtisadi maraq kəsb etmişdir. İddiaçının 30 ildən artıq müddət ərzində qarajdan istifadə etməsi, ona sahiblik etməsi fakt olaraq mövcud olmuşdur. Onun icazəsi və razılığı olmadan həmin qarajın sökülməsi iddiaçının hüquqlarını pozur. Məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, mübahisəli qaraja Cavabdeh2 heç bir hüququ olmamış, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Bakı qarnizonu Mənzilİstismar hissəsinin 1 No-li Mənzil-İstismar sahəsi qarajı n ona məxsus olması barədə Cavabdeh2 adına həqiqətə uyğun olmayan arayış vermişdir. Belə olan təqdirdə iddiaçının istifadəsində olan qarajın cavabdeh şirkət tərəfindən kommersiya məqsədləri üçün sökülməsi ona zərər vurmuşdur. İddiaçı həmin zərərin əvəzini tələb etməkdə haqlıdır. Nəzərə almaq lazımdır ki, Bakı şəhərində hüquqi qeydiyyata alınmayan çoxsaylı tikililər insanların yaşayış yeri, qeyri-yaşayış sahəsi kimi istifadə olunur. Bakı şəhərində aparılan yenidənqurma və abadlıq işləri zamanı hətta dövlət ehtiyacları üçün həmin tikililər satın alınır və hüquqi qeydiyyatdan keçən tikililərə bərabər kompensasiya ödənilir. Belə obyektlərin dairəsi geniş olduğundan və problem öz həllini gözlədiyindən qanunverici tənzimlənmənin geniş dairəsini nizama salmağı məqsədəmüvafiq hesab etmişdir. Bel əki, Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında Azərbaycan Respublikasının Qanunun 7.3.2. maddəsinə əsasən siyahıya alma dövründə yazılı sənədlərlə təsdiq edilən torpaqla bağlı qanuni, lakin dövlət qeydiyyatına alınmamış mülkiyyət, istifadə və ya icarə hüquqları olan şəxslər (Bu Qanun qüvvəyə minənədək torpaq üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarının əmələ gəlməsi üçün əsas olan dövlət orqanının və bələdiyyənin aktlarının və müqavilənin qanunvericiliyin tələblərinə riayət etməməklə qəbul edilməsi və ya bağlanması şəxsin torpaqla bağlı hüquqlarının qanunsuz hesab edilməsi üçün əsas ola bilməz), Həmin Qanunun 7.3.3. maddəsinə əsasən ikinci əldən icarəyə verən qismində icarəçi, üçüncü şəxslərə istifadəyə verən qismində istifadəçi və ya istifadəçi ilə şifahi və ya yazılı həqiqi sübutla təsdiq edilən razılaşma əsasında torpağı qısa müddətli istifadə edən şəxslər də kompensasiya almaq hüququna malik olan şəxslər hesab olunur. Göründüyü kimi, hətta torpaqların dövlət ehtiyacları üçün alması nəzərdə tutulan hallarda hüquqi qeydiyyatdan keçməyən tikililərin istifadəçilərinə dövlət kompensasiya ödəməyi öhdəsinə götürür. Belə olan təqdirdə iddiaçıya məxsus olan qarajı sökərək yerində hündürmərtəbəli bina inşa edən (kommersiya məqsədləri üçün istifadə edən) cavabdeh şirkət iddiaçıya dəyən zərəri mütlək ödəməlidir. Nəticə: Kassasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv olunaraq iddia təmin edilməməli və iddiaçıya izah edilməlidir ki, qarajın sökülməsi ilə bağlı zərərin ödənilməsi barədə ümumi qaydada məhkəməyə müraciət edə bilər. Şərh edilənlərə və Azərbay can Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin, iddia tələbi təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar