Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3544/2023 16.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh2 və Gəncə Asan xidmət mərkəzində Notariat ofisinə qarşı “bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi və evin təhvil verilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə QƏRARDADİ (Açar sözlər: vəkil tərəfindən kassasiya şikayətinin imzalanmaması əsası ilə kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi) Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri X7 (məruzəçi hakim), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh2 və Gəncə Asan xidmət mərkəzində Notariat ofisinə qarşı “bağışlanma müqav iləsinin etibarsız hesab edilməsi və evin təhvil verilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-1599/2022 nömrəli, 08 iyul 2022-ci il tarixli qətnaməsindən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X3 (vəkili Vəkil2) və X1 (vəkili Vəkil3) tərəfindən verilmiş kassasiya şikayətlərinin mümkünlüyünü 15 avqust 2023-cü il tarixdə yoxlayaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı Cavabdeh2 və Gəncə Asan xidmət mərkəzində Notariat ofisinə qarşı iddia tələbi ilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 rəsmiləşdirilən, bağışlayan Cavabdeh2 ilə bağışlanan X5 arasında bağlanan Gəncə şəhəri Nizami rayonu Avtozavod yolu ünvanında yerləşən bağ evinə dair xx.xx.2018-ci il tarixli 4Ə-2756 reyestr nömrəli bağışlanma müqaviləsinin etibarsız sayılmasına və bu bağışlanma müqaviləsi əsasında yaranan hüquqi əhəmiyyətli aktların ləğv olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
2. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-61/2021 nömrəli, 16 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Kənan Hüseynov) iddia təmin edilərək, Cavabdeh2 ilə X5 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 4Ə-2756 saylı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh2 üzərinə Gəncə şəhəri Avtozavod yolu ünvanında 0,04 ha torpaq sahəsində yerləşən “A” yaşayış binası ümmi sahəsi 100,4 kv.m, yaşayış sahəsi 35 kv.m, yardımçı sahəsi 65,4 kv.m olan 2 otaq, 1 talvar 135,8 kv.m ”B” köməkçi tikili, 2,8 kv.m olan bağ evini İddiaçı təhvil verilməsi öhdəliyinin qoyulması qət edilmişdir.
3. Qətnamədən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
4. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-1599/2022 nömrəli, 08 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər İslam Həsənov (sədrliyi və məruzəsi ilə), Loğman Süleyanov və Afiq Hüseynzadə) üçüncü şəxs X2 apellyasiya şikayətinin təmin edilməməsi, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-61/2021 nömrəli, 16 noyabr 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmas ı qət edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
5. Qətnamədən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 (vəkili Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yeni appelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)1296/2023 nömrəli, 28 fevral 2023-cü il tarixli qərardadı ilə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-1599/2022 nömrəli, 08 iyul 2022-ci il tarixli qətnaməsindən iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 tərəfindən verilmiş kassasiya şikayəti müddət ötürülməklə verildiyindən qeyri-mümkün hesab edilmiş, kassasiya şi kayətinin geri qaytarılması üçün mülki işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınmışdır.
7. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-1599/2022 nömrəli, 14 mart 2023-cü il tarixli qərardadı ilə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır.
8. Daha sonra müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 prosessual müddətin bərpasına dair ərizə ilə Gəncə Apellyasiya Məhkəməsinə müraciət edərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməsi üçün prosessual müddətin ötürülməsini üzürlü hesab edilərək bərpa olunmasını xahiş etmiş, ərizəsinə kassasiya şikayətinin surətlərini əlavə etmişdir.
9. Həmçinin mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şə xs X1 (vəkili Vəkil3) 04 may 2023-cü il tarixdə prosessual müddətin bərpasəna dair ərizə ilə Gəncə Apellyasiya Məhkəməsinə müraciət edərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməsi üçün prosessual müddətin ötürülməsini üzürlü hesab edilərək bərpa olunmasını xahiş etmiş, ərizəsinə kassasiya şikayətinin surətlərini əlavə etmişdir. Kassasiya şikayətində apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yeni appelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur.
10. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-1599/2022 nömrəli, 31 may 2023-cü il tarixli qərardadı ilə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 tərəfindən verilmiş ərizə təmin edilmiş, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 tərəfindən verilmiş ərizə isə, ona münasibətdə kassasiya şikayəti verilməsi üçün prosessual müddət ötmədiyindən təmin edilməmiş, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X3 və X1 tərəfindən verilmiş kassasiya şikayətlərinin kassasiya qaydasında baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi.
11. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və k ommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
12. Maddə 407.3. Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir.
13. Maddə 408.1.1. Kassasiya şikayəti bu Məcəllənin 402 və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.
14. Maddə 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır.
15. Maddə
409. Apellyasiya instansiyası mə hkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Elektron imza və elektron sənəd haqqında Azərbaycan Respublikasının qanunu.
16. Maddə 3.2. İnformasiya Sisteminin istifadəçiləri tərəfindən sənədlər “Elektron kabinet” vasitəsilə PDF, ADOC və EDOC formatında “Proses iştirakçısının Elektron kabineti”ndən istifadə qaydalarında nəzərdə tutulmuş prosedurlar üzrə gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə etməklə göndərilir.
17. Maddə 5.2. Sənədlərin elektron dövriyyəsi zamanı göndərilən sənədlərin gücləndirilmiş elektron imza ilə təsdiq edilməsi tələb olunur. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
18. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin mümkünlüyünü araşdıraraq, aşağıdakılara əsasən hesab edir ki, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 (vəkili Vəkil3) tərəfindən verilmiş kassasiya şikayəti qeyrimümkün hesab edilməli və geri qaytarılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
19. Belə ki, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayəti daxil olduqda onu vermiş şəxsin kassasiya şikayəti vermək hüququna malik olmasını (şikayət verilmiş qətnamənin MPM-nin 402.1-ci maddəsində nəzərdə tutulmuş kassasiya şikayəti verilməsi istisna edilmiş qətnamələr kateq oriyasına aid olub-olmamasını), kassasiya şikayətinin qanunla müəyyən olunmuş müddətdə verildiyini, kassasiya şikayətinin qanunla nəzərdə tutulmuş forma və məzmun tələblərinə cavab verdiyini yoxlamalı, həmin qaydalara riayət olunduğu halda kassasiya şikayətini baxılması üçün kassasiya instansiyasına göndərməli, göstərilən tələblərə cavab vermədiyi halda isə, kassasiya şikayətinin geri qaytarılması barədə əsaslandırılmış qərardad çıxarmalıdır.
20. Lakin hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsi bu tələblərə tam əməl etməmişdir. İş materialları araşdırılarkən məlum olur ki, kassasiya şikayəti mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 tərəfindən imzalansa da, Vəkil3 tərəfindən imzalanmamışdır.
21. Yuxarıda qeyd olunduğu kimi, Azərbaycan Respublikası MPM-ni n 408.1-ci maddəsinə əsasə kassasiya şikayəti bu Məcəllənin 402 və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, habelə kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.
22. Göstərilən halda apellyasiya instansiyası məhkəməsi, kassasiya şikayəti verilməsi üçün MPM-nin 407-ci maddəsinə riayət olunmasını araşdırmaqla, kassasiya şikayətini geri qaytarmalı idi.
23. Nəzərə alınmalıdır ki, kassasiya qaydasında işə baxmaq üçün prosessual əsasların olmaması (o cümlədən kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilmədikdə), apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayətinin geri qaytarılması kimi hüquqi nəticəyə səbəb olur. Kassasiya şikayətinin geri qaytarılması apellyasiya instansiyasının səlahiyyəti olduğuna görə, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.
24. Beləliklə, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 (vəkili Vəkil3) tərəfindən kassasiya şikayəti verilərkən MPM-nin 407-ci maddəsinə riayət olunmadığından kassasiya şikayəti icraata qəbul edilə bilməz.
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 404-1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir.
26. Həmin Məcəllənin 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.
27. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 (vəkili Vəkil3) tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilməli, geri qaytarılması üçün mülki işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilməlidir.
28. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 prosessual müddətin bərpasına dair ərizəsinə kassasiya şikayətinin surətlərini əlavə etməsini göstərsə də, həmin kassasiya şikayəti v ə surətləri iş materiallarında mövcud deyildir.
29. Odur ki, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 tərəfindən verilmiş kassasiya şikayəti və onun surətləri iş materiallarına əlavə edilərək baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməlidir.
30. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-nin 408 və 411-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1734/2023 nömrəli, 08 iyul 2022-ci il tarixli qətnaməsindən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 (vəkili Vəkil3) tərəfindən verilmiş kassasiya şikayəti qeyrimümkün hesab edilsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəti