Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3550/2022 16.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs YYY) iddia tələbinə dair iş üzrə QƏRARİ İş № 2(102)-3550/2022 Açar sözlər: subyektiv hüquq, bələdiyyə mülkiyyətində olan torpaq sahəsinə buraxılma Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs YYY) qarşı “subyektiv hüquq, bələdiyyə mülkiyyətində olan torpaq sahəsinə buraxılma” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 yanvar 2022-ci il tarixli, 2(104)-415/2022 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 16 avqust 2022-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MA seriyalı, ******* nömrəli, xx.xx.2011-ci il tarixli çıxarışa əsasən Göygöl rayonunun Üçtəpə kəndində yerləşən 0,0053 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. 2. **********21 reyestr nömrəli Plan və ölçü sənədinə əsasən Göygöl rayonunun Üçtəpə kəndində yerləşən 0,084 ha torpaq sahəsi Cavabdeh mülkiyyətindədir.
3. Tərəflər həmin torpaq sahələrində yaşayış evi inşa ed ərək orada yaşayırlar.
4. İddiaçı ilə cavabdehin torpaq sahələri arasında Göygöl rayonu Üçtəpə Bələdiyyəsinin mülkiyyətində olan, su arxı keçən 3x40 kv.m ölçüdə torpaq sahəsi yerləşir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göygöl rayonunun Üçtəpə kəndində cavabdehlə onun torpaq sahələrinin arasındakı su arxı üçün ayrılmış 3x40 kv.m torpaq sahəsində aparılmış tikinti işlərinin özbaşına tikinti hesab edilməsi və cavabdeh tərəfindən sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Göygöl rayonunun Üçtəpə kəndində yerləşən 0,0053 ha torpaq sahəsini bələdiyyədən almışdır. Cavabdeh ilə qonşudur. Cavabdeh onun sahəsi ilə özünün sahə si arasında ümumi istifadədə olan su arxını və kənarındakı 3x40 metr sahəsi olan yolu heç bir qanuni əsas olmadan öz sahəsinə qataraq, zəbt etmiş, həmin sahənin üzərində təxminən bir metr hündürlüyündə torpaq qaldırmış, suyun əvvəlki axımını onun sahəsinin hasarının dibinə keçirməklə dəyişdirmiş, zəbt etdiyi torpaq sahəsində özbaşına hasar inşa etmişdir. Nəticədə onun hüquqları, yəni ümumi istifadədə olan yoldan və su arxından həyətyanı sahəsini suvarmaq üçün istifadə etmək hüquqları pozulmuşdur. Cavabdehin adına olan torpaq sahəsinə dair sənədlərdən də görünür ki, onun sahəsi ilə cavabdehin sahəsi arasında ümumi istifadədə olan su arxı altında olan torpaq sahəsi vardır və faktiki olaraq həmin sahə cavabdehin sahəsinə qatılmışdır. Cavabdehə dəfələrlə su arxı üçün ayrılmış torpaq sahəsində apardığı tikintini söküb, torpağı azad etməsini təklif etsə də cavabdeh onun sözünə məhəl qoymayıb.
7. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin etibarnamə üzrə nümayəndəsi V.V.V iddia tələbini qəbul etməyərək bildirmişdir ki, cavabdeh su arxı üçün ayrılmış 3x40 m. Torpaq sahəsində tikinti aparmamış, iddiaçının hüququnu pozmamış, torpaq sahəsini zəbt etməmişdir.
8. Birinci instansiya məhkəməsinin qərardadı əsasında verilmiş Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 28 dekabr 2018-ci il tarixli mütəxəssis rəyində qeyd olunmuşdur ki, ərazidə müəyyən edilmiş koordinatlar və elektron baza məlumatlarına istinadən cavabdehin naturada faktiki olaraq istifadəsində olan 0,097 ha torpaq sahəsinin, küçə tərəfdən evi 3,53 m, həyətyanı sahənin arxa tərəfindən 2,81 m, uzunluğu is ə 41,59 m olmaqla 0,012 ha yəni, (1 sot 20 kv.m) hissəsi mübahisəli ərazini əhatə edir. Araşdırma zamanı elektron baza məlumatlarına istinadən müəyyən olunmuşdur ki, cavabdehin naturada faktiki istifadəsində olan mübahisəli 0,012 ha ərazi iş materiallarına əlavə edilmiş, reyestr nömrəsi **********449 olan plan və ölçüsü sənədinə əsasən iddiaçının mülkiyyətində olan 0,0053 ha və reyestr nömrəsi **********21 olan plan və ölçü sənədinə əsasən cavabdehin mülkiyyətində olan 0,084 ha torpaq sahəsinin sərhədləri arasında yerləşən, bələdiyyə mülkiyyətinə aid boş əraziyə aiddir. Yəni, mübahisəli 0,012 ha ərazi elektron baza məlumatlarına istinadən iddiaçı və cavabdehin mülkiyyətində olan torpaq sahələri ilə həmsərhəddir. Ekspertiza baxışı zamanı müşahidə olunmuşdur ki, faktiki olaraq kənd yaşayış məntəqəsi daxilində müxtəlif hissələrdə müxtəlif ölçüyə malik təxminən 1,0 m enində mövcud olan sözügedən su arxının bir hissəsi cavabdehin naturada faktiki istifadəsində olan mübahisəli 0,012 ha ərazidən keçir. Lakin cavabdeh ekspertiza baxışında iştirak etmədiyindən, naturada faktiki istifadəsində olan həyətyanı torpaq sahəsi daxilində ekspertizanın aparılması mümkün olmamış və bu səbəbdən cavabdehin sözügedən su arxına müdaxilə edib-etməməsi müəyyən edilməmişdir. Göygöl rayon Üçtəpə kənd ərazisinin yerquruluşu planının elektron (DWG) materialında öz əksini tapmadığından həmin su arxının ilkin və faktiki vəziyyətləri arasındakı fərqliliyi müəyyən etməyin mümkün olmaması səbəbindən və eləcə də 2-ci sualın cavabında qeyd olunduğu kimi cavabdeh ekspertiza baxışında iştirak etmədiyindən nat urada faktiki istifadəsində olan həyətyanı torpaq sahəsi daxilində ekspertizanın aparılmasının mümkün olmaması səbəbindən su arxının yerinin iddiaçının hasarının dibinə tərəf hansı konfiqurasiya və ölçüdə dəyişdirildiyini müəyyən etmək mümkün olmamışdır
9. Göygöl Rayon Məhkəməsinin 2(066)-76/2019 nömrəli, 05 mart 2019-cu il tarixli qətnaməsi ilə (hakim Q.Abbasov) iddia rədd edilmişdir.
10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mübahisələndirilən sahə Göygöl rayonu Üçtəpə Bələdiyyəsinin mülkiyyətində olduğu üçün torpağa dair tələbi həmin orqan irəli sürə bilər və iddiaçının hazırkı tələbi irəli sürməyə subyektiv hüququ yoxdur.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
12. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Apellyasiya instansiyası məhkəməsinin qərardadı əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 04 oktyabr 2019-cu il tarixli, 18589 saylı ekspert rəyi ilə müəyyən olunmuşdur ki, Göygöl rayon Üçtəpə kəndində yerləşən, cavabdeh tərəfindən ümumi istifadədə olan su arxının kənarları ilə təqribən 1 m. hündürlükdə divar hörülmüşdür. DƏDRX-nin 3 saylı Ərazi İdarəsi tərəfindən cavabdehə məxsus 0,084 ha torpaq sahəsinə dair verilmiş xx.xx.2016-cı il tarixli torpaq sahəsinin plan və ölçü sənədinə əsasən torpaq sahəsinin eni 18,0 m, faktiki olaraq isə 21,8 m olduğu, bələdiyyə tərəfindən satılmış 0,084 ha torpaq sahəsinə dair verilmiş kadastr xəritəsinin xüsusi qeydlərində torpaq sahəsindən su arxın yeri barıdan 3 m. məsafə çıxıldığı, lakin həmin sahənin cavabdehin istifadəsində olduğunu nəzərə alaraq, cavabdeh tərəfındən su arxının mühafızə zonasının pozulduğu müəyyən olunur. Lakin su arxının əvvəlki vəziyyəti barədə məlumat olmadığı üçün qərardadın ikinci sualının birinci hissəsi və qərardadın üçüncü sualı üzrə tədqiqat aparılmamışdır
14. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-2522/2019 nömrəli, 19 dekabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər L.Süleymanov (sədrlik edən və məruzəçi) F.Mehtiyev və A.Bayramov) iddiaçının apellyasiya şikayəti təmin olunmuş, birinci inst ansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq, iddia təmin olunmuşdur.
15. Apellyasiya instansiyası məhkəməsi qonşuluq hüququnu nizama salan maddi hüquq normalarına, özbaşına tikiliyə dair maddi hüquq normalarına istinadlar etmiş və sonda gəldiyi nəticəni belə əsaslandırmışdır ki, cavabdeh ümumi istifadədə olan su arxı və kənarında olan yolu zəbt edərək ümumi istifadədə olan su arxının kənarları ilə təqribən 1 metr hündürlükdə divar hörmüş və bununla da suyun əvvəlki axımı iddiaçının hasarının dibinə keçirilməklə dəyişdirilmiş və orada özbaşına hasar inşa etmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
16. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
17. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-3514/2020 nömrəli, 28 iyul 2020-ci il tarixli qərarı ilə (hakimlər hakimləri İ.Xəlilov (sədrlik edən və məruzəçi), Ə.Əliyev və M.Əhmədova) cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
18. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, işə baxan apellyasiya instansiyası məhkəməsi cavabdehin hərəkətlərinin iddiaçının hansı hüquqlarının pozulması ilə nəticələnməsini əsaslandıra bilməmişdir. Hazırkı mübahisədə yeganə əhəmiyyət kəsb edən hal məhz ondan ibarətdir ki, məhkəmə iddiaçının hansı pozulmuş hüquqlarını müd afiə etmək üçün məhkəmə qarşısında dayandığını müəyyən etsin. İşə baxan apellyasiya instansiyası məhkəməsi əsaslandırmasını məhz su arxı ilə bağlı (su arxının istiqamətinin dəyişdirilməsinin iddiaçının hüquqlarını pozması) qursa da, mübahisənin həlli üçün əhəmiyyət kəsb edən həmin halı müəyyən etməmişdir. Buradan isə belə qənaətə gəlmək olar ki, mübahisə bələdiyyə mülkiyyətində olan boş torpaq sahəsinə tərəflərin iddialı olmaları ilə bağlıdır. Çünki iddiaçı iddia tələbində də, cavabdehin həmin sahədə onunla sərhəddə hasar inşa etməsinə istinad edir. Cavabdehin iddiaçı ilə sərhəddə bir metr hündürlükdə daş hasar inşa etməsinin onun hüquqlarını pozması ilə bağlı isə hüquqi dəyərləndirmə aparılmamışdır. Məhkəmə həmin tikilinin özbaşına tikili olmasını qeyd etsə də, yenə də həmin hasarın iddia çının hansı hüquqlarını pozmasını aydınlaşdırmamışdır. Amma hər bir halda iki qonşu arasında hasarlamanın aparılması qanunla icazə veriləndir.
19. Kassasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 176.1 və 176.2-ci maddələrinə istinadla hesab etmişdir ki, iddiaçının hazırkı iddianı irəli sürməsi ilə bağlı subyektiv hüququ olması ilə bağlı məsələlərin yenidən hüquqi dəyərləndirməsinə zərurət var. Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. d) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
20. Apellyasiya instansiyası məhkəməsinin 2(104)-3182/2020 nömrəli, 23 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər A.Hüseynzadə (sədrlik edən və məruzəçi), Ş.Rzaquliyev və R.Mamedov) iddiaçının apellyasiya şikayəti qismən təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməmişdir.
21. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, su arxı tərəflərin torpaq sahəsinin sərhədləri arasında yerləşən bələdiyyə mülkiyyətinə aid 0,012 ha ərazidən keçməklə, cavabdeh tərəfindən iddiaçının torpaq sahəsi boyunca hər hansı tikinti işləri, o cümlədən hasar inşa edilməmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının özü də etiraf etmişdir ki, qeyd edilən hasar onun mülkiyyətində olmaqla, bələdiyyə torpağı ilə onun torpaq sahəsinin sərhədi boyu inşa edilmişdir. Bələdiyyə torpağı ilə iddiaçının torpaq sahəsinin sərhədi boyu inşa edilmiş hasar iddiaçının torpaq sahəsinin küçə istiqamətində qurtaracağından sonra da küçəyə tərəf bir neçə metr irəliyə çıxmaqla inşa edilmiş və cavabdeh yalnız küçə tərəfdən hasar inşa edərək hasarını gətirib iddiaçının hasarına bitişdirmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı cavabdehin küçə tərəfdən inşa edilmiş hasarın bələdiyyə torpağına düşən hissəsinin sökülməsi tələbini irəli sürmüşdür ki, həmin tikilinin su arxından sərbəst şəkildə istifadə etməklə, həyətyanı torpaq sahəsinin suvarılması ilə bağlı hüquq və maraqlarına toxunması ilə əsaslandırmağa çalışmışdır. İddiaçının iddia etdiyi, cavabdehin küçə tərəfdən tikdiyi hasar söküldüyü təqdirdə onun torpaq sahəsinin sərhədi boyunca gedən su arxının keçdiyi sahəyə keçməklə nə əldə edəcəyi də anlaşılmaz olmuşdur. Halbuki, bələdiyyə t orpağı ilə iddiaçının torpaq sahəsinin sərhədi boyu inşa edilmiş hasarın hər hansı bir hissəsindən dəlik açmaqla, boru vasitəsi ilə su olduğu təqdirdə arxdan su götürmək mümkündür. Bundan başqa, iddiaçıya arxın küçədə qalan hissəsindən onun həyətinə boru vasitəsi ilə su xəttinin çəkilməsi cavabdeh tərəfindən təklif edilsə də, iddiaçı bunu da qəbul etməmişdir. Bundan başqa, məhkəmə kollegiyası qeyd etmişdir ki, qeyd edilən su arxı kənd təsərrüfatı təyinatlı olmamaqla yağış sularının axıdılması ilə bağlı olmuşdur ki, həmin arxda su yalnız intensiv və ya leysan yağışlar zamanı toplanmaqdadır, qeyd olunan halda isə həyətyanı sahənin suvarılmasına zərurət qalmır. Bundan başqa, yerində müayinə zamanı iddiaçıya məxsus həyətyanı sahəyə baxış keçirildikdə həyətyanı sahənin bir hissəsində yaşayış ev inin yerləşməsi, həyətyanı sahənin bir hissəsinin daş örtüklə örtülməsi, həyətyanı sahədə bir neçə ağac olmaqla, hər hansı bir əkin sahəsinin olması da müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, mübahisə predmeti olan tikilinin iddiaçının su arxından sərbəst şəkildə istifadə etməklə, həyətyanı torpaq sahəsinin suvarılması ilə bağlı hüquq və maraqlarına toxunması ilə iddiaçının arqumenti istisna olunmuşdur. İddiaçının öz evindən yola giriş-çıxışı sərbəst olmaqla, tərəflərin torpaq sahəsinin sərhədləri arasında yerləşən bələdiyyə mülkiyyətində olan, su arxının keçdiyi dalan tipli torpaq sahəsindən yol kimi istifadə etmək hüquqlarının pozulması ilə bağlı iddiaçının arqumenti də anlaşılan olmamışdır. Bununla yanaşı, məhkəmə kollegiyası güman etdiyini qeyd etmişdir ki, iddiaçı nın hazırkı iddia qaldırmaqda məqsədi faktiki olaraq cavabdehin həyətyanı sahəsinə qatılmış bələdiyyə torpağına iddialı olması və ya digər naməlum məqsəddən irəli gəlmişdir ki, bunlar da iddiaçının iddiasının əsasını təşkil etməmişdir. Buna görə də məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı cavabdeh tərəfindən onun hansısa hüquq və maraqlarının pozulmasını sübut edə bilməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab etmişdir ki, mübahisə predmeti olan tikilinin iddiaçının su arxından sərbəst şəkildə istifadə etməklə, həyətyanı torpaq sahəsinin suvarılması ilə bağlı hüquq və maraqlarına toxunması ilə iddiaçının arqumenti istisna olunmaqla, cavabdeh tərəfindən iddıaçının hüquq və maraqlarının pozulması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. e) Kassasiya instansiyası məhkəməs ində ikinci icraat
22. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar çıxarılmasını xahiş etmişdir.
23. Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 iyul 2021-ci il tarixli, 2(102)3188/2021 nömrəli qərarı ilə (hakimlər A.Hüseynov (sədrlik edən və məruzəçi), Ə.Nurməmmədov, G.Quliyev) iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 23 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir.
24. Məhkəmə kollegiyası mövqeyini onunla əsaslandırarmışdır ki, hazırkı iddia tələbinin qanuni əsasını, həmçinin Mülki Məcəllənin 239-cu maddə si təşkil edir. Həmin maddəyə müvafiq olaraq fiziki şəxslər dövlət və bələdiyyə mülkiyyətində olan, hamının buraxılması üçün açıq torpaq sahələrində heç bir icazə almadan sərbəst ola bilər və həmin sahələrdə olan təbiət obyektlərindən qanunvericiliyin, habelə müvafiq torpaq sahəsi mülkiyyətçisinin yol verdiyi hədlərdə istifadə edə bilər. İstinad olunan maddi hüquq norması iddiaçının hazırkı iddianı irəli sürməklə bağlı subyektiv hüquqa malik olduğunu təsdiq etməklə, məhkəmə tərəfindən iddiaya onun mahiyyəti üzrə əsaslılığı baxımından qiymət verilməsini tələb edir. Lakin apelyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin mübahisəyə tətbiq edilməli olan 239-ci maddəsini tətbiq etməməklə maddi hüquq normalarının tələblərini pozmuşdur.
25. Eyni zamanda, hazırkı kassasiya baxışı zamanı cavabdeh in öldüyü müəyyən edilmişdir. Cavabdehin oğlu hüquq varisi kimi prosesə qoşulmaq üçün məhkəməyə teleqram ünvanlayaraq işin təxirə salınmasını xahiş etsə də, məhkəmə iclasına gəlməmiş və bu səbəbdən prosessual hüquq varisliyi barədə məsələni həll etmək mümkün olmamışdır.
26. Məhkəmə kollegiyası mövqeyini əsaslandırarkən MM-in 239.1-ci maddəsinə istinad etmişdir. f) Apellyasiya instansiyası məhkəməsində üçüncü icraat
27. Gəncə Apellyasiya Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli, 2(104)-415/2022 nömrəli qətnaməsi ilə (hakimlər Ə.Məmmədov (sədrlik edən və məruzəçi), R.Muradov, Ə.Abdullayev) birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, yeni qətnamə qəbul edilmiş, iddia tələbi təmin edilmişdir.
28. Məhkəmə kollegiyası iş üzrə cavabdeh olan Cavabdeh öldüyündən onun hüquq varisi ki mi oğlu V.V.Vnu işdə iştiraka cəlb etmişdir.
29. Məhkəmə kollegiyası mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, Cavabdeh tərəfindən ümumi istifadədə olan su arxı və kənarında olan yol zəbt edilərək, ümumi istifadədə olan su arxının kənarları ilə təqribən 1 m hündürlükdə divar hörülmüş və bununla da suyun əvvəlki axımı iddiaçının hasarının dibinə keçirilməklə dəyişdirilmiş və orada qanunsuz olaraq özbaşına tikili, yəni hasar (divar) tikilmişdir. İşin həmin halı Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 04 oktyabr 2019-cu il tarixli 18589 saylı ekspert rəyi ilə də təsdiq edilir.
30. Məhkəmə kollegiyası Ali Məhkəmənin 12 iyul 2021-ci il tarixli, 2(102)-3188/2021 nömrəli qərarına istinad edərək qeyd etmişdir ki, İddiaçı hazırki iddianı qaldırmaqda subyektiv hüququ vardır və məhkəmə baxı şı zamanı onun iddiasının əsaslı olduğu iş materiallаrı ilə təsdiq olunur.
31. Məhkəmə kollegiyası qətnaməni əsaslandırarkən Mülki Məcəllənin 180, 239.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
32. Cavabdehin hüquq varisi V.V.V kassasiya şikayəti verərək (vəkil X1 tərəfindən tərtib olunmuş) apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilib, işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
33. Kassator şikayətini əsaslandırarkən iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etmək hüququnun olmadığını qeyd etmiş, bildirmişdir ki, mübahisəli ərazi tam mülkiyyət hüququ ilə Göygöl rayonu, Üçtəpə Bələdiyyəsinin mülkiyyətindədir. Mübahisəli torpaq sahəsini n cavabdehin istifadəsində olmasına bələdiyyə etiraz etmir. Mübahisəli su arxı kənd təsərrüfatı təyinatlı olmaylb, yağış sularının axıdılması üçün nəzərdə tutulmuşdur. Məhkəmə işə baxılmasında iddiaçının nümayəndəsinin iştirakını təmin etmək üçün məhkəmə iclasını təxirə salmalı olduğu halda bunu etməmiş, çəkişmə prinsipini pozmuşdur. Məhkəmə prosessual hüquq varisini işə cəlb etməmiş, bununla da qanunun tələbini pozmuşdur. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
34. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
35. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 3
6. Maddə 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır.
37. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir.
38. Maddə 176.1. Hasarlama xərclərini hasarın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi çəkir. İki torpaq sahəsi arasında barı vasitəsilə və ya sərhəd kimi istifadə edilən başqa qurğu ilə mərz çəkildikdə ehtimal edilir ki, torpaq sahələrinin mülkiyyətçiləri həmin qurğudan istifadə etməkdə bərabər hüquqlara malikdirlər və onunla bağlı xərcləri öz mənafeləri nə mütənasib surətdə ödəməlidirlər. Əgər hər iki qonşunun sərhəd kimi istifadə edilən qurğudan birlikdə yararlanmağa haqqı çatırsa, onlardan hər biri qurğudan elə istifadə edə bilər ki, birgə istifadə zamanı qonşuya maneçilik yaranmasın.
39. Maddə 176.2. Torpaq sahəsinin mülkiyyətçisi qonşu sahənin mülkiyyətçisindən möhkəm ayırıcı mərz çəkilməsində və ya mövcud olmuş, lakin uçmuş və ya zədələnmiş mərzin bərpasında iştirak etməyi tələb edə bilər. Mərz çəkilməsi xərcləri, iki qonşunun razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onların arasında bərabər bölünür. Nə qədər ki qonşulardan biri mərz qurğusunun olmasında maraqlıdır, həmin mərz onun razılığı olmadan uçurula və ya dəyişdirilə bilməz.
40. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazəl ər almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
41. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
42. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.
43. Maddə 180.4. Tikinti məq sədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
44. Maddə 239.1. Fiziki şəxslər dövlət və bələdiyyə mülkiyyətində olan, hamının buraxılması üçün açıq torpaq sahələrində heç bir icazə almadan sərbəst ola bilər və həmin sahələrdə olan təbiət obyektlərindən qanunvericiliyin, habelə müvafiq torpaq sahəsi mülkiyyətçisinin yol verdiyi hədlərdə istifadə edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
46. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
47. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
48. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
49. Maddə 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxış ının hədləri
50. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlar ına təsir göstərə bilər.
51. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehin hüquq varisi tərəfindən tam mübahisələndirildiyindən kassasiya baxışının predmetini həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
53. Məhkəmə kollegiyası ilk növbədə kassatorun cavabdehin prosess ual hüquq varisinin işə cəlb olunmadığı barədə dəlili ilə bağlı bildirir ki, həmin dəlil əsassızdır. Çünki apelyasiya instansiyası məhkəməsinin xx.xx.2021-ci il tarixli məhkəmə iclası protokolundan görünür ki, V.V.V Cavabdeh hüquq varisi kimi işə cəlb olunmuşdur.
54. Mülki işin 236-cı vərəqində olan məhkəmə bildirişindən və 238-ci vərəqində olan xəbərnamədən görünür ki, Cavabdeh hüquq varisi V.V.Vna məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmişdir.
55. Kassasiya şikayətində məhkəmənin “iddiaçının nümayəndəsinin iştirakını təmin etmək üçün məhkəmə iclasını təxirə salmalı olduğu halda” bunu etməməsi qeyd olunmuşdur. İş materiallarından görünür ki, məhkəmə iclaslarında iddiaçı iştirak etmişdir. Ehtimal ki, cavabdeh kassasiya şikayətini tərtib edərkən özünün nümayəndəsinin iştirakını n təmin olunmamasını nəzərdə tutmuşdur. Lakin bu dəlil də əsassızdır. Çünki tərəfin məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlı olduğu halda, onun nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmək üçün məhkəmə iclasının təxirə salınmasını tələb edən prosessual norma yoxdur.
56. İddiaçının hazırkı tələblə məhkəməyə müraciət etmək hüququnun olmadığı barədə kassatorun dəlilləri də əsasızdır. Çünki tərəflərin qonşu torpaq sahələrində yaşaması, həmin torpaq sahələri arasında yerləşən 3x40 kv.m ölçüdə mübahisəli torpaq sahəsinin Göygöl rayonu Üçtəpə Bələdiyyəsinin mülkiyyətində olması işin mübahisə edilməyən hallarıdır. Eyni zamanda faktiki olaraq kənd yaşayış məntəqəsi daxilində müxtəlif hissələrdə müxtəlif ölçüyə malik təxminən 1,0 m enində mövcud olan sözügedən su arxının bir hissə sinin cavabdehin naturada faktiki istifadəsində olan mübahisəli 0,012 ha ərazidən keçməsi, həmin hissənin cavabdeh tərəfindən hasara alınaraq onun torpaq sahəsinə qatıldığı da ekspert (mütəxəssis) rəyləri ilə müəyyən edilmişdir və işin mübahisə olunmayan halıdır.
57. Bu halda iddiaçının mübahisəli torpaq sahəsindən, oradan keçən su arxından istifadə etməkdə ifadə olunan mənafeyi vardır və bunu qadağan edən maddi hüquq norması yoxdur. Əksinə, apelyasiya instansiyası məhkəməsinin istinad etdiyi Mülki Məcəllənin 239.1-ci maddəsinə görə, fiziki şəxslər dövlət və bələdiyyə mülkiyyətində olan, hamının buraxılması üçün açıq torpaq sahələrində heç bir icazə almadan sərbəst ola bilər və həmin sahələrdə olan təbiət obyektlərindən qanunvericiliyin, habelə müvafiq torpaq sahəsi mülkiyyətçisinin yol ve rdiyi hədlərdə istifadə edə bilər.
58. Buna görə də iddiaçının subyektiv hüququnun olmaması barədə dəlil əsassızdır, apelyasiya instansiyası məhkəməsi iddianə təmin etməkdə haqlı olmuşdur.
59. Kassatorun digər dəlilləri mahiyyəti etibarilə, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə aid olduğundan, həmin dəlillər üzrə kassasiya icraatında araşdırma aparılmır, onlara qiymət verilmir. Çünki kassasiya icraatı yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət verilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır.
60. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiym ətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
61. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 yanvar 2022-ci il tarixli, 2(104)-415/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.