Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3550/2024 26.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Bakı şəhəri 39 saylı notariat kontoruna qarşı (Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə QƏRARİ Açar sözlər: əqdin etibarsızlığı, sübutetmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2687/2024 nömrəli, 11 iyun 2024-cü il tarixli qətnaməsi ndən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:
2. Bakı şəhəri 39 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən kontordan kənar qaydada tərtib edilmiş 7E-10152 reyestr saylı xx.xx.2018-ci il tarixli etibarnamə ilə X15 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlaklarının idarə edilməsini və onun üzərində sərəncam verilməsini, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı, adından bütün idarə, təşkilatlara, kooperativ və ictimai təşkilatlara ərizə ilə müraciət etməyi, lazımi sənədləşdirmə işlərini aparmağı, bütün lazımi sənədləri imzalamağı, o cümlədən bütün şəхslərdən, müəssisələrdən, idarələrdən, təşkilatlardan, bütün sığorta şirkətlərindən poçtdan və teleqrafdan bütün əsaslar üzrə ona çatası əmlakı, pulu kompensasiyaları, sığorta ödənişlərini, əmanəti, qiymətli kağızları, poçt, teleqraf, qiymətli və digər məktubları, bütün bütün lazımi sənədləri, arayışları almağı, buna dair imza etməyi, bütün növ bank əməliyyatlarını (mədaхil, məхaric) yerinə yetirməyi, bank orqanlarında olan hesablar üzərində sərəncam verməyi, hesab açmağı, bağlamağı, hesaba pul qoymağı, hesabdan pul çıхarmağı, Kapital Bankın, Beynəlхalq Bankın və digər bütün bankların istənilən filialından ona çatası bütün növ plastik kartları (təqaüd, əmək haqqı və s. kartları), kodları, pul məbləğlərini və sənədləri almağı, aldığına dair imza etməyi, qeydiyyat şöbələrindən, arхiv idarələrindən, Milli Arхivdən, ərazi nümayəndəliklərindən ona çatası arayışları, dublikatları, akt qeydlərini, şəhadətnamələri, o cümlədən təkrar şəhadətnamələri almağı, buna dair imza etməyi, ASAN Хidmət Mərkəzində və notariat kontorlarında təmsil etməyi, bütün növ notariat əməliyyatlarını yerinə yetirməyi, adından istənilən məzmunda ərizələri, müqavilələri, şəhadətnamələri, bölgü sхemlərini və digər sənədləri imzalamağı, vərəsəlik işini icra etməyi, mirası qəbul etməyi, ona çatası bütün növ sənədləri, şəhadətnamələri almağı, buna dair imza etməyi, AR ƏMDK-nin yanında DƏDRХ-nin müvafiq Əİ-dən ona çatası çıхarışları (və ya vahid çıхarışları), teхniki pasportları, yüklülük arayışını almağı, buna dair imza etməyi, vəkillə müqavilə bağlamağı və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar hərəkətləri etməyi, səlahiyyətlərin başqa şəxsə verilə bilməsi səlahiyyəti ilə adından müvafiq hərəkətləri etməsini 3 il müddətinə xx.xx.2021-ci il tarixədək X16 etibar etmişdir;
3. X4 ilə alıcı Cavabdeh2 xx.xx.2019-cu il tarixli birgə ərizə ilə Bakı şəhəri 39 saylı notariat kontorunun xüsusi notariusuna müraciət edərək, ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin 4.000 manat qiymətə satılması barədə razılığa gəldiklərini, хərclərin alıcı tərəfindən ödəniləcəyini qeyd edərək həmin məbləğin d epozit hesabına qəbul edilməsini хahiş etmişlər. X3 əvəzinə Bakı şəhəri 39 saylı notariat ofisində xx.xx.2018-ci il tariхdə verilmiş 10152 reyestr saylı etibarnamə əsasında Cavabdeh1 imzalamışdır. xx.xx.2019-cu il tarixli 4Ə-09 reyestr saylı daşınmaz əmlakın AN-İ № ******* saylı alqısatqı müqaviləsinə əsasən X15, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.0902 hektar olan torpaq sahəsinin 0.04 hektar torpaq sahəsini 4000 manata Cavabdeh2 satmışdır. X2 əvəzinə Bakı şəhəri 39 saylı notariat ofisində xx.xx.2018-ci il tariхdə verilmiş 10152 reyestr saylı etibarnamə əsasında Cavabdeh1 imzalamışdır;
4. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıхarışa əsasən, ünvan 1 ünvanında yerləşən 0.0502 hektar torpaq sahəsi xx.xx.2019-cu il tariхdə tam mülkiyyət hüququ üzrə Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində 892 saylı reyestr kitabının 84550 saylı vərəqində qeydiyyata alınmışdır;
5. X4 ilə alıcı Cavabdeh3 xx.xx.2019-cu il tarixli birgə ərizə ilə Bakı şəhəri 39 saylı notariat kontorunun xüsusi notariusuna müraciət edərək, ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin 5.000 manat qiymətinə satılması barədə razılığa gəldiklərini, хərclərin alıcı tərəfindən ödəniləcəyini qeyd edərək həmin məbləğin depozit hesabına qəbul edilməsini хahiş etmişlər. X3 əvəzinə Bakı şəhəri 39 saylı notariat ofisində xx.xx.2018-ci il tariхdə verilmiş 10152 reyestr saylı etibarnamə əsasında Cavabdeh1 imzalamışdır. xx.xx.2019-cu il tarixli 4Ə-80 reyestr saylı daşınmaz əmlakın AN-İ № ******* saylı alqısatqı müqaviləsinə əsasən X15, ünvan 1 ünvanında yerləşən ümumi sahəs i 0.0502 hektar olan torpaq sahəsini 5000 manata Cavabdeh3 satmışdır. X2 əvəzinə Bakı şəhəri 39 saylı notariat ofisində xx.xx.2018-ci il tariхdə verilmiş 10152 reyestr saylı etibarnamə əsasında Cavabdeh1 imzalamışdır;
6. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıхarışa əsasən, ünvan 1 ünvanında yerləşən 0.0502 hektar torpaq sahəsi xx.xx.2019-cu il tariхdə tam mülkiyyət hüququ üzrə Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində 892 saylı reyestr kitabının 84550 saylı vərəqində qeydiyyata alınmışdır; 7. xx.xx.2023-cü il tarixli 4Ə-802 reyestr saylı daşınmaz əmlakın AN-İ № ******* saylı alqı-satqı müqaviləsinə əsasən Cavabdeh3, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.0502 hektar olan torpaq sahəsini 5.000 manata Cavabdeh1 satmışdır;
8. Hüquqların Dövl ət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıхarışa əsasən, ünvan 1 ünvanında yerləşən 0.0502 hektar torpaq sahəsi (yeni qaydalarla: Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Şövkət Ələkbərova küçəsi 67) xx.xx.2023-cü il tariхdə **********94 reyestr sayı ilə tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır;
9. Ölüm haqqında xx.xx.2023-cü il tariхli AZ-İİ № 353044 saylı şəhadətnaməyə əsasən, X15 xx.xx.2023-cü il tariхdə Bakı şəhərində ölmüşdür.X9 vəfatı ilə əlaqədar V157/2023 saylı vərəsəlik işi açılmış və İddiaçı tək vərəsə kimi tanınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 adına tərtib və təsdiq etmiş olduğu 7E-10152 reyestr saylı xx.xx.2018-ci il tarixli etibarnamənin məhkəmə tərəfindən etibarsız hesab edilməsi barədə Cavabdeh1 (X7nın adından) Bakı şəhəri 39 saylı notariat ofisinin xüsusi notariusu X12 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.0902 ha olan torpaq sahəsinin 0.04 ha hissəsini Cavabdeh2 4000 manata satılması barədə ərizəsi və 0.04 ha torpaq sahəsi ilə bağlı Bakı şəhəri 39 saylı notariat kontorunun xüsusi notariusu X17 tərəfindən tərtib və təsdiq edilmiş 4Ə-09 reyestr saylı xx.xx.2019-cu il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh2 adına çıxarışın ləğv edilməsi barədə Cavabdeh1 (X9 adından) Bakı şəhəri 39 saylı notariat ofisinin xüsusi notariusu X12 ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0. 0502 ha torpaq sahəsinin 5000 manata satılması barədə Cavabdeh3 ilə razılığa gəlinməsi barədə notariat qaydada təsdiq edilmiş ərizəsi və Bakı şəhəri 39 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən tərtib və təsdiq edilmiş 0.0502 ha torpaq sahəsinin 4Ə-80 reyestr saylı xx.xx.2019-cu il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh3 adına verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Daha sonra İddiaçı iddia tələbinin həcmini artıraraq, Cavabdeh3 ilə Cavabdeh1 arasında 5 saylı Bakı “Asan xidmət” mərkəzinin notariat ofisində bağlanmış 4Ə-802 reyestr nömrəli xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Əmlak Məsələləri Dövlət Xidməti Daşınma z Əmlakın Dövlət Reyestri və Kadastrı publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2023-cü il tarixli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, mərhum X7 Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi 476 saylı bağ evinin mülkiyyətçisi olmuşdur. Sözügedən bağ evi, yəni 0.25 ha torpaq sahəsi və onun üzərində 1973-cü ildə inşa edilmiş 1 mərtəbəli, 2 yaşayış otağından ibarət olan, ümumi sahəsi 40.3 m2 (yaşayış sahəsi 23.78 m2 və yardımçı sahə 16.52 m2 daxil) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** qeydiyyat saylı (reyestr nömrəsi **********21-11301) xx.xx.2010-cu il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış və daşınmaz əmlakın texniki pasportu ilə müəyyən edilmiş yaşayış evlərinin texniki göstəriciləri və həyətyanı tikililərin və qurğuların texniki göstəriciləri əks edilməklə tam pay hüququ əsasında xüsusi mülkiyyətində olmuşdur. X7 vəfat etmiş və xx.xx.2023-cü il tarixində vəfatından sonra mərhum anasından miras əmlaklarla bağlı Bakı şəhəri 3 saylı “ASAN Xidmət” Mərkəzinin Notariat ofisində vərəsəlik işi açılmışdır. Miras əmlaka Bakı şəhəri, Səbail rayonu, Neftçilər küçəsi 5 saylı evin 4 saylı mənzili və Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi 476 saylı bağ evi daxil idi. O, faktiki idarəetməsində olan miras əmlaka daxil olan mübahisəli bağ evinə getm iş və həmin evin Cavabdeh3 adlı şəxs tərəfindən alındığını Cavabdeh1 ona bildirmişdir. Anası vəfatına qədər mübahisəli bağ evində yaşamışdır. Təxminən 20162017-ci ildə usta (Cavabdeh1) həyətdəki digər tikilidə kirayədə qalırdı. Asimin Bakıda yaşamağa evi olmamışdır. Kirayə haqqını anasına ödəyəcəyi barədə razılığa gəlmişlər. Yaranmış bu vəziyyətin aydınlaşdırılması məqsədilə aparılmış araşdırma nəticəsi ilə məlum olmuşdur ki, mübahisəli bağ sahəsi Bakı şəhəri 39 saylı notariat ofisində daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında Pirşağı qəsəbəsi 476 saylı bağ sahəsi ünvanında yerləşən, ümumi sahəsi 0.0902 hektar olan torpaq sahəsinin 0.04 hektar hissəsi 476M saylı bağ sahəsi kimi xx.xx.2019-cu il tarixdə Cavabdeh2 adına 4000 manata (1 sot 1000 manat olmaqla) Cavabdeh1 tərəfindən alqı-s atqı yolu ilə satılmışdır. Sonradan Bakı şəhəri 9 saylı notariat ofisində təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 tərəfindən X5 12000 manata (l sotu 3000 manat olmaqla) satılmış və adına qeydiyyata alınmışdır. Sonradan anasının mülkiyyətində olan Pirşağı qəsəbəsi, 476 saylı bağ sahəsinin yerdə qalan 0.0502 hektar hissəsi onun adına qeydiyyata alınmış, daha sonra Bakı şəhəri 39 saylı notariat kontorunda təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 tərəfindən Cavabdeh3 5000 manata (1 sotu 1000 manat olmaqla) satılmış və hazırda da onun mülkiyyətindədir. Aparılmış araşdırma zamanı X15 Bakı şəhəri 39 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən kontordan kənar qaydada 7E-10152 reyestr saylı xx.xx.2018-ci il tarixdə etibarnamə tərtib edilməsi müəyyən edilmişd ir. Həmin etibarnamənin məzmunu ilə X15 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlaklarının idarə edilməsini və onun üzərində sərəncam verilməsini, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək və sair kimi əqdlərdə təmsil edilməsini, haqq-hesab aparmağı, adından bütün idarə, təşkilatlarda təmsil edilməsini və sair hüquq müəyyənedici səlahiyyətlər daxil olmaqla və eyni zamanda etibarnamə üzrə səlahiyyətlərin başqa şəxsə verilə bilməsi məzmununda müddəti 3 il olmaqla xx.xx.2021-ci il tarixinədək sərəncam vermə barədə səlahiyyətlərini vətəndaş X16 etibar etmişdir. İ epizod üzrə: Müəyyən edilmişdi r ki, həmin etibarnamə üzrə səlahiyyətli olan Cavabdeh1 X9 adından Bakı şəhəri 39 saylı notariat ofisinin xüsusi notariusu X12 ərizə ilə müraciət edərək mübahisəli ünvanında yerləşən torpaq sahəsinin 4000 manata satılması ilə bağlı Cavabdeh2 ilə razılığa gəlməsini bildirmişdir. T.Qəniyevaya Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş **********82 reyestr saylı, ********** qeydiyyat saylı dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüquqları ilə məxsus olan mübahisəli torpaq sahəsinin 0.04 ha hissəsini Cavabdeh2 4000 manat olmaq şərti ilə Bakı şəhəri 39 saylı notariat ofisinin xüsusi notarius X10 iştirakı ilə 4Ə-09 reyestr saylı xx.xx.2019-cu il tarixdə ( saat 1032 - də) AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında satmış və pul vəsaiti əldə etmişdir. İİ epizod üzrə: Sonradan müəyyən edilmişdir ki, həmin etibarnamə üzrə səlahiyyətli olan Cavabdeh1 X9 adından Bakı şəhəri 39 saylı notariat ofisinin xüsusi notariusu X12 mübahisəli bağ sahəsi ünvanında yerləşən ümumi sahəsi 0.0502 ha torpaq sahəsinin 5000 manata satılması barədə Cavabdeh3 ilə razılığa gəlinməsi barədə notariat qaydada təsdiq edilmiş ərizə ilə müraciət etmişdir. T.Qəniyevaya Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş **********94 reyestr saylı, ********** qeydiyyat saylı dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüquql arı ilə məxsus olan sözügedən bağ sahəsi ünvanında yerləşən ümumi sahəsi 0.0502 ha olan torpaq sahəsini yenə də həmin notariusun iştirakı ilə 4Ə-80 reyestr saylı xx.xx.2019-cu il tarixdə (saat 1217 də) AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında satmış və pul vəsaiti əldə etmişdir. İİİ epizod üzrə: Sonradan müəyyən edilmişdir ki, mübahisəli bağ sahəsi ünvanında yerləşən ümumi sahəsi 0.04 ha (tam hissə) torpaq sahəsini Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi idarəsi tərəfindən xx.xx.2019-cu tarixdə Cavabdeh2 ********** qeydiyyat saylı dövlət reyestrindən çıxarışa əsasən 12000 manata Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu X6 iştirakı ilə alıcı X11 (təmsilçi qismində X21) satmış və 8000 manat məbləğində həmin torpaq sahəsinin satışından qazanc əldə etmişdir. Həmin bağ sahəsinin 0.0502 ha torpaq sahəsini Cavabdeh1 özgəninkiləşdirmişdir. Cavabdeh1 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ********** qeydiyyat nömrəli xx.xx.2023-cü il tarixdə dövlət reyestrindən çıxarış əldə etmişdir.
13. Cavabdeh1 nümayəndəsi yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, iddia tələbində Cavabdeh1 ilə bağlı qeyd edilənlər həqiqətə uyğun deyil. Cavabdeh1 İddiaçı qeyd etdiyi kimi 2016-2017 illərdə deyil, 2011-ci ildən X9 mülkiyyətində olan həmin bağ sahəsində yaşayıb və usta kimi işləyib. Həmin dövrdə Cavabdeh1 Tamara xanımın yanında k irayədə deyil, ödənişsiz olaraq yaşamış və Tamara хanım vəfat edənə kimi ona qulluq etmişdir. Cavabdeh1 Tamara xanımın bağ sahəsində yaşadığı dövrdə X9 mülkiyyətində 0,25 ha torpaq sahəsi olub. Cavabdeh1 və Tamara xanımın qonşularının dediklərinə əsasən torpaq sahəsinin üzərində 2 otaqlı köhnə ev, avtomobil qarajı, mal tövləsi və kiçik su quyusu mövcüd olub. Təxminən 2006-cı ildə bağ sahəsində olan 2 otaqlı ev köhnə televizorun partlayaraq alışması nəticəsində yanıb və bir müddət sonra Tamara xanımın oğlu İddiaçı və onun tanışı olan Aydın Əliyev adlı şəxs tərəfindən sökülüb, orada yaşayan Qəniyeva Tamara isə oğlu tərəfindən bağ ərazisində yerləşən, təxminən 12 kv.m ölçüdə olan dama köçürülmüşdür. Qeyd etmişdir ki, bu faktı Tamara xanımın qonşuları təsdiq edə bilərlər. Cavabdeh1 Tamara Qəni yevanın bağ sahəsində yaşadığı dövrdə Tamara xanım mülkiyyətində olan 0.25 ha torpaq sahəsinin təxminən 0,16 ha hissəsini qardaşı övladlarına bağışlamışdı. Mübahisəli bağ sahəsinin yerdə qalan 0,0902 ha hissəsi xx.xx.2017-ci il tarixdə X9 adına qeydiyyata alınmışdır. Bundan sonra T. Qəniyeva mülkiyyətində qalan torpaq sahəsinin bir hissəsini satmaq qərarına gəlir və bunun üçün xx.xx.2018-ci il tarixdə Bakı şəhəri 39 saylı notariat kontorunda Cavabdeh1 adına mülkiyyətində olan bütün əmlaka sərəncam vermək hüququ verən mülki etibarnamə vermişdir. 3 il müddətinə verilmiş həmin etibarnamə notarial qaydada təsdiq edilmiş və rəsmi reyestrdə 7E-10152 nömrəsi ilə qeydə alınmışdır. Bakı şəhəri 39 saylı notariat kontorunda təsdiq edilmiş 4Ə-09 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli daşınmaz əml akın alqı-satqı müqaviləsinə əsasən mübahisəli bağ sahəsi ünvanında yerləşən 0,0902 ha torpaq sahəsinin 0,04 ha hissəsi Cavabdeh2 satılmışdır. Alqı-satqı prosesində X9 adından etibarnamə ilə Cavabdeh1 çıxış etsə də, həmin tarixdə Tamara xanımın özü də notariat kontoruna aparılmışdır. xx.xx.2019-cu il tarixdə Cavabdeh2 tərəfindən Bakı şəhəri 39 saylı notariat kontorunun yanında qeydə alınmış videoçəkiliş faylında həmin notariat kontorunun əməkdaşının Tamara xanımdan onun mülkiyyətində olan torpaq sahəsinin 0,04 ha hissəsinin satılmasının izah edilməsi və buna etirazının olub-olmaması ilə bağlı sualların verilməsi və Tamara xanımın razılıq verməsi əks olunmuşdur. Bu fakt onu təsdiq edir ki, T.Qəniyeva həm Cavabdeh1 etibarnamə verərkən, həm də Pirşağı qəsəbəsi, 476 saylı bağ sahəsi ünvanında yerləşən 0,902 ha torpaq sahəsinin 0,04 ha hissəsi satılarkən anlaqlı vəziyyətdə olmuş və əmlakın özgəninkiləşdirilməsini dərk etmişdir. Mübahisəli ünvanda yerləşən 0,0902 ha torpaq sahəsinin 0,04 ha hissəsi Cavabdeh2 adına qeydiyyata alındıqdan sonra bağ sahəsinin 0,0502 ha hissəsinin X9 mülkiyyətinə keçməsinə dair xx.xx.2019-cu il tarixli çıxarış verilmişdir. Bundan sonra Bakı şəhəri 39 saylı notariat kontorunda təsdiq edilmiş 4Ə-80 reyestr saylı xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən sözügedən ünvanında yerləşən 0,0502 ha torpaq sahəsi xx.xx.2019-cu il tarixli çıxarışla Cavabdeh3 mülkiyyətinə verilmişdir. 2023-cü ildə Cavabdeh3 torpaq sahəsini satmaq qərarına gəlmiş və 5 saylı Bakı ASAN Xidmət mərkəzinin notariat ofisində təsdiq edilmiş 4Ə-802 reyestr n ömrəli xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən bağ sahəsində yerləşən 0,0502 ha torpaq sahəsi xx.xx.2023-cü il tarixli çıxarışla Cavabdeh1 mülkiyyətinə keçmişdir. Tamara Qəniyeva vəfat etdiyi tarixdə, yəni həmin bağ sahəsi mərhumun mülkiyyətində olmayıb və bu səbəbdən iddiaçının iddiasında qeyd etdiyi kimi miras əmlaklar siyahısına daxil edilə bilməzdi. İddiaçının iddia ərizəsində qeyd etdiyi bağ evi isə hələ Tamara Qəniyevanın sağlığında oğlu İddiaçı tərəfindən sökülmüşdür.
14. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-521/2024 saylı 16 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakim-Adilə Paşayeva) iddia tələbi rədd edilmişdir.
15. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, 7E-10152 reyestr saylı xx.xx.2018-ci il tarixli etibarnamənin etibarsız hesab edilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14-cü fəslində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən, eləcə də Cavabdeh1 həmin etibarnamə ilə ona verilmiş səlahiyyətlər daхilində hərəkət edərək, xx.xx.2019-cu il tarixli birgə ərizəni, xx.xx.2019-cu il tarixli 4Ə09 reyestr saylı daşınmaz əmlakın AN-İ № ******* saylı alqı-satqı müqaviləsini, xx.xx.2019cu il tarixli birgə ərizəni, xx.xx.2019-cu il tarixli 4Ə-80 reyestr saylı daşınmaz əmlakın ANİ № ******* saylı alqı-satqı müqaviləsini imzaladığından, Cavabdeh3 da ona mənsub əmlaka dair sərəncam vermək, o cümlədən xx.xx.2023cü il tarixli 4Ə-802 reyestr saylı daşınmaz əmlakın AN-İ № ******* saylı alqı-satqı müqaviləsini bağlamaq üzrə dövlət tərəfindən tanınan və qorunan hüququ olduğundan iddia tələbi təmin edilə bilməz.
16. Məhkəmə araşdırması ilə müəyyən olmuşdur ki, mərhum Tamaranın həyatının son illərində oğlu və gəlini ilə münasibətləri yaxşı olmamış, həyatının son illərində yanında olan cavabdeh Asimə şüurlu şəkildə etibar etmiş və bunu etibarnamə ilə rəsmiləşdirmişdir. Bağlanan əqdlərin etibarsızlığına əsas yoxdur.
17. Məhkəmə araşdırması zamanı iddia tələbinin məzmunu, şahidlərin ifadələri və tərəflərin izahatları ilə əqdin etibarsızlığından çox, sadəcə olaraq iddiaçının onun anası tərəfindən şüurlu şəkildə əmlakının başqa şəxslərə verilməsi ilə bağlı sərəncamı ilə razı olmadığı müəyyən olunmuşdur.
18. Məhkəmə gəldiyi nəticəni, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 362.1, 359.1 və 346.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsi nin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2021-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
19. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, etibarnamə üzrə səlahiyyətli şəxs Cavabdeh1 Bakı şəhəri 39 saylı Notarit Ofisində Cavabdeh2 0.04 ha torpaq sahəsini 4.000 manata satmış, sonradan Cavabdeh2 isə həmin torpaq sahəsini X11 12.000 manata sataraq gəlir əldə etmişdir. Sonradan Cavabdeh1 X1 0.05 ha torpaq sahəsini 5000 manata Cavabdeh3 satmış və X9 vəfatından sonra isə 2 saylı Bakı “Asan xidmət” mərkəzindəki notariat ofisində Cavabdeh3 i lə daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlayaraq torpaq sahəsi üzərində Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2023-cü il tarixli çıxarış əldə etmişdir. Bu fakt hüquqdan sui-istifadə yaradır. Cavabdeh X24 isə dolayı yolla etibarnamə üzrə hərəkət edərək anasının mülkiyyətini hissə-hissə satmış gəlir əldə etmiş və son olaraq mərhumun sağlığında yaşadığı mülkü qonşusuna formal olaraq sataraq sonradan öz adına təkrar alqı-satqı yolu ilə keçirmişdir. Birinci instansiya məhkəməsi tərəfindən 0.05 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin statusu müəyyən edilməmişdir. Hansı ki, həmin fərdi yaşayış evi X9 adına olan fərdi yaşayış evinin Texni ki pasportunda əks olunub. Satılmış torpaq sahələrinin dəyəri X15 ilə razılaşdırılmamışdır. Cavabdeh1 öz mülahizəsinə formal olaraq torpaqların dəyərini qiymətləndirmiş və qonşusu ilə qabaqcadan əlbir olaraq həmin torpaq sahəsi üzərində notarial qaydada sərəncam verilməsini icra etmişdir. Həmin vaxtı torpağın likvid və bazar dəyəri məlum olduğu halda bazar dəyərindən aşağı qiymətə satışı həyata keçirilməsi icra etmişdir. Bundan əlavə məhkəmə tərəfindən təqdim edilmiş mütəxəssis rəyinə və vəsatətə də münasibət bildirilməmişdir. Məhkəməyə təqdim edilmiş video görüntü notarius tərəfindən icra edilməmişdir. Həmin video görüntü 3-cü şəxs tərəfindən icrası həyata keçirilmişdir. Bakı şəhəri 39 saylı Notariat Ofisi daşınmaz əmlakın alqı-satqı zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 167 nömrəli xx.xx.2000-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 15-ci bəndinə uyğun aparılmamış və şəxsə onun hüquq və vəzifələri barədə məlumat verilməsi təmin edilməsi icra edilməmişdir. 23.Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2687/2024 nömrəli, 11 iyun 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Cəmilə Musayeva - sədrlik edən və məruzəçi, Günay Axundova və Fuad Babayev) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 24.Məhkəmə kollegiyası ilk öncə qeyd etmişdir ki, iddiaçı xx.xx.2023-cü il tarixdə ölmüş X9 övladı, yəni birinci növbəli vərəsəsidir. Belə olan halda anasına məxsus ünvan 1nin miras kütləsindən çıxmasın a əsas olmuş mübahisə predmeti olan alqı-satqı müqavilələrinə əsasən mərhum ilə cavabdehlər arasında yaranmış öhdəlik hüquq münasibətlərinin məzmunu onun hüquq və qanuni mənafeyinin pozulmasına şərait yaradır. 25.Beləliklə məhkəmə kollegiyası belə hesab etmişdir ki, iddiaçının müvafiq subyektiv hüququnun mövcudluğu müəyyən edildiyindən, onun pozulmuş hüququnun məhkəmə tərəfindən bərpa edilməsi yolveriləndir. 26.Belə ki, iddiaçı etibarnamənin əsasında bağlanmış alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və bu müqavilələrin bütün hüquqi nəticələrinin ləğv edilməsi tələbi ilə birinci instansiya məhkəməsinə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, mərhum etibarnamə verən zaman öz hərəkətlərinin məzmununu tam anlamamış, Cavabdeh1 onu aldatmış, etibarından sui-istifadə etmi şdir. 27.Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı irəli sürdüyü tələbin qanuni əsası kimi, cavabdehin başdan etibarən aldatma niyyətilə hərəkət etməsinə istinad etmişdir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab etmişdir ki, işə mahiyyəti üzrə baxan məhkəmə mülki qanunvericiliyin əqdin mübahisələndirilməsi ilə bağlı müvafiq normalarını tətbiq etməklə və araşdırmanı aldatmanın olub-olmaması və s. istiqamətində aparmaqla haqlı olmuşdur. 28.Cavabdeh mübahisə predmeti olan bağ sahəsinə dair əqd bağlayarkən səlahiyyətli olmuş, mərhumun iradə ifadəsi və onun bildirilməsinin vahidliyi mövcud olmuş, əqdin forma və məzmunu qanunvericiliyin tələblərinə müvafiq olmuşdur. Müqavilələr tərəflərinin iradə ifadəsinə uyğun bağlanmış və həmin m üqavilələr rəsmiləşdirilən zaman qanunvericiliyin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, zorakılıq, hədə təsiri altında, bir tərəfin digər tərəfə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi halları olmamış, müqavilənin zəruri şərtlərinə əməl edilməklə tərəflərin hər biri müqavilə azadlığı prinsipinə uyğun olaraq iradə ifadələrini ifadə etmişlər. 29.Məhkəmə kollegiyası qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi iddiaçının anası daşınmaz əmlakın alqı-satqı müqaviləsinin bağlanması məqsədi ilə aldadılması, həmin müqavilələrinin məzmunundan məlumatlı olmaması və s. barədə dəlillər öz təsdiqini tapmamış, mübahisə predmeti olan müqavilələrinin bağlanması, o cümlə dən etibarnamənin verilməsi ilə bağlı notariat əməliyyatları qanunvericiliyin şərtlərinə tam əməl edilməklə həyata keçirilmiş və müqavilənin məzmunu aydın şəkildə təsvir edilmişdir. İddiaçı tərəfindən müqavilənin yalan məlumatlar əsasında bağlanması və nəticədə onun etibarsızlığına səbəb olması qənaətinə gəlmək üçün hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. İddiaçı ümumiyyətlə adatmanın, nümayəndənin qeyriqanuni davranmasının hansı hərəkətlərdə ifadə olunmasını izah edə bilməmişdir. Əksinə iş materiallarından göründüyü kimi iddiaçının arvadı (mərhumun gəlini) X8 tərəfindən verilmiş ifadədən müəyyən edilmişdir ki, mərhum alqı-satqı müqavilələrinin bağlandığından, müqavilə şərtlərindən (qiymət və s.) məlumatlı olmuş, bu əqd iradə ifadəsinin nəticəsi olmuşdur. 30.Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab etmişdir ki, etibarlılığı mübahisələndirilən etibarnamə, daşınmaz əmlakın alqı-satqı müqavilələri notarial qaydada təsdiq edilmişdirsə, əksi sübut edilənə qədər, həmin etibarnamənin, müqavilənin məzmununun və mahiyyətinin notarius tərəfindən izah edilmiş olması prezumpsiyası qüvvədə olmalıdır. Çünki, bu, notariusun birbaşa vəzifəsidir və notarial təsdiq etmənin əhəmiyyəti də şəxsin fəaliyyət qabiliyyətinin yoxlanılması, bağlanılan əqdin qanunazidd olmaması, şəxsə verdiyi etibarnamənin, bağladığı əqdin və sair hansı nəticələr doğura biləcəyinin hüquqi baxımdan izah edilməsi və onun bu məsələlər barədə məlumatlı olmasından ibarətdir. 31.İddiaçının istinad etdiyi digər qanuni əsasla əlaqədar məhkəmə kollegiyası qeyd etmişdir ki, əqd iradəvi akt olduğundan etibarlı olması üçün onu bağlayan şəxsin məhz həmin anda anlaqlı olması, şüurlu şəkildə öz hərəkətlərinin mənasını və yarada biləcək nəticələrini dərk edib buna uyğun şəkildə hərəkət etməsi mütləqdir. 32.Məhkəmə kollegiyası hesab etmişdir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Etibarnamə verilən zaman anasının anlaqsız vəziyyətdə olduğunu sübut etmək vəzifəsini daşıyan iddiaçı bu halı da təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçı etibarnamənin verildiyi tarixdən öncə və ya qısa müddət sonra onun psixoloji vəziyyətinin yoxlanılması məqsədilə hər hansı müalicə müəssisəsinə müraciət etdiyini, hər hansı dərman preparatından istifadə etdiyini, səhhətinin hər hansı həkim tərəfindən müşahidə edildiyi və s. bu kimi halları təsdiq e dən sənədlərin məhkəməyə təqdim edilmədiyi müəyyən edilmişdir. 33.Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə şikayətinin dəlilləri üzrə məhkəmə araşdırması zamanı cavabdehin adından verilmiş etibarnamənin və həmin etibarnamə əsasında bağlanmış alqı-satqı müqavilələrinin etibarsız hesab olunması üçün hər hansı əsas müəyyən edilməmişdir. 34.Məhkəmə kollegiyası həmçinin Cavabdeh1 kəsici müddətin tətbiqi barədə ərizə ilə əlaqədar kəsici müddətin tətbiq edilməsinə zərurət olmadığını qeyd edərək eyni zamanda vurğulmışdır ki, qanunvericilik tərəfindən etibarsız əqdlər üzrə müddətlərin kəsici müddət kimi müəyyən edildiyi, kəsici müddətin isə iddia müddətinin bir növü olduğu nəzərə alınmalı, hazırkı mülki iş üzrə iddiaçının subyektiv hüququnun pozulması müəyyən edilmədiyindən və iddia əsass ız olması səbəbi ilə rədd edilməli olduğundan kəsici müddətin tətbiqindən (ötürülüb-ötürülmədiyini araşdırılmasından) məhkəmə tərəfindən imtina edilməlidir. 35.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1, 140, 152.1, 157.2, 324.1, 324.2, 324.3, 337.1, 337.2, 337.3, 337.4, 337.5, 339.1, 339.2, 339.3, 339.6, 340.2, 346.1, 354, 359.3, 404.1, 404.2, 425, 560.1, 560.2, 560.3.4, 567, 570.1.1, 575,576, 646.1, 646.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri 36.İddiaçı (Vəkil4) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. 37.Kassasiya şikayəti iddia ərizə si və apellyasiya şikayəti ilə eyni dəlillərlə əsaslandırılmış, əlavə oaraq iddiaçı qeyd etmişdir ki, həqiqətən də T.Qəniyeva tərəfindən torpaq sahələrinin satılması üçün həmin etibarnamə verilmiş olsaydı Cavabdeh1, Cavabdeh3 Şəbadətdin oğluna satmış olduğu torpaq sahəsini yenidən öz adına özgəninkiləşdirməzdi. Burada mülki iş materiallarından da aydın olduğu kimi həmin etibarnamənin Cavabdeh1 tərəfindən torpaq sahəsini öz adına keçirmək olduğu görünür. Bunu təsdiq edən digər bir hal isə cavabdeh tərəfindən satılan torpaq sahələrinin dəyərinin çox aşağı olmasıdır. Sözügedən torpaq sahələri bazar dəyərindən çox aşağı məbləğə formal olaraq satılmışdır. 38.Kassator şikayətini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1, 337.2, 359.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) K assasiya şikayətinə qarşı etirazın dəlilləri 39.Cavabdeh Yusifov Asim Arif oğlu kassasiya şikayətinə qarşı etiraz göndrərək, kassasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 40.Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 41.Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 42.Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 43.Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəkli ndə (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 44.Maddə 337.1. Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. 45.Maddə 337.2. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 46.Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. 47.Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat ver ərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. 48.Maddə 339.6. Bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 49.Maddə 346.1. Fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığ ı əqd onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 50.Madddə 359.3. Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. 51.Maddə
567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 52.Maddə 646.1. Daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əş yanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. 53.Maddə 646.2. Bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alqı-satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 54.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 55.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 56.Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 57.Maddə 217.2. Qətna mə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 58.Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 59.Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri 60.Qanunun tələbinə görə, kassasiya instansiyası məh kəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. 61.Kassasiya şikayətində qətnamə tam mübahisələndirldiyi üçün apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi 62.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normala rı düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 63.Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, etibarsız sayılması tələb edilən əqdlər mülki qanunvericiliyə uyğun qaydada bağlanmışdır, onların etibarsız sayılması üçün qanuni əsaslar iddiaçı tərəfindən sübuta yetirilməmişdir. 64.Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət v erilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır. 65.Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır. 66.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hü quqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir. 67.Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 68.Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2687/2024 nömrəli, 11 iyun 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.