Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3551/2022 19.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, Azərbyacan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Azərbyacan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmalkın Dövlət Reyestr Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3551/2022 (Açar sözlər: müqavilənin etibarsız sayılması, daşınmaz əmlakın dövlət reyestri qeydinin ləğv edilməsi tələbləri) Bakı şəhəri, 19 sentyabr 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Əliyev Zaur Əli oğlu (məruzəçi), Hüseyno v Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1267/2022 nömrəli, 28 yanvar 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 19 sentyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:
2. Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsində 0.0422 ha torpaq sahəsində yerləşən 34 saylı binanın 1-ci mərtəbəsində 29.4 m2 qeyri-yaşayış sahəsi xx.xx.2007-ci il tarixdə, 16.6 m2 qeyri-yaşayış sahəsi isə xx.xx.2010-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ ilə İddiaçı (bundan sonra - id diaçı) adına qeydiyyata alınmışdır;
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli Sərəncamı ilə Gəncə şəhərində qəza vəziyyətində olan Atatürk prospekti 264 və 266, Cavadxan küçəsi 34 və digər ünvanlardakı yaşayış evlərinin sakinlərinin köçürülməsi üçün 50 mənzilli yaşayış evinin tikilməsi nəzərdə tutulmuş və Gəncə Şəhər İcra Hakimiyyətinin müvafiq sərəncamı əsasında xx.xx.2011-ci il tarixdə Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsi, 34 saylı bina sökülmüşdür;
4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi (bundan sonra – ƏMDK) ilə "xxxx" MMC (bundan sonra – MMC) arasında bağlanmış “özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahəsinin (bundan sonra – m übahisəli torpaq sahəsi) alqısatqısına dair” xx.xx.2017-ci il tarixli, 307 saylı müqaviləyə əsasən, Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsində yerləşən 34A ünvanındakı qeyri-yaşayış binasının altında yerləşən 733.8 m2 torpaq sahəsi 50.000 manata MMC-yə satılmış və həmin torpaq sahəsinə dair xüsusi mülkiyyəti hüquq ilə sonucunun adına daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2018-ci il tarixli çıxarış verilmişdir;
5. DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli məlumatına əsasən, Gəncə şəhəri, Cavadxan küçəsi 34 ünvanında yerləşən iddiaçının adına qeydiyyata alınmış mülk ünvan 2nvanındakı qeydiyyata alınmış mülkün torpaq sahəsinin bir hissəsidir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehlərə qarşı iddia ə rizəsi ilə məhkəməyə müraciət edərək, mübahisəli torpaq sahəsinə dair cavabdehlər arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 307 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin torpaq sahəsinə mülkiyyət hüququna dair MMC-nin adına verilmiş xx.xx.2018-ci il tarixli, RX seriyalı, ******* saylı dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı işin yuxarıda qeyd olunan faktiki hallarından çıxış etməklə tələbini onunla əsaslandırmışdır ki, mübahisəli ünvanda sökülmüş binanın birinci mərtəbəsində qeyriyaşayış, ikinci mərtəbəsində isə yaşayış sahələri olmaqla binanın yerləşdiyi 422.0 m2 torpaq sahəsi sahə mülkiyyətçilərinə məxsusdur. Belə ki, qanunvericiliyə əsasən, çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsi ümumi paylı mülki yyət hüququ ilə binanın sahə mülkiyyətçilərinə məxsusdur, hətta bina məhv olduqda və söküldükdə belə, mülkiyyətçilər binanın yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququnu saxlayırlar. Torpaq Məcəlləsində dövlət torpaqlarına aydınlıq gətirilməklə, çoxmənzilli yaşayış binalarının yerləşdiyi torpaq sahələri dövlət mülkiyyətində saxlanılan torpaqlara aid edilməmişdir. Bundan başqa, nəzərə alınmalıdır ki, özəlləşdirilmiş dövlət obyektlərinin yerləşdiyi torpaq sahələri istisna olmaqla, dövlətə məxsus digər torpaq sahələri ümumiyyətlə alqı-satqının predmeti olmamaqla, həmin torpaq sahələri fiziki və hüquqi şəxslərin istifadəsinə yalnız icarə əsasında verilə bilər. Buna baxmayaraq, ƏMDK səlahiyyət həddini aşaraq, hətta dövlət mülkiyyətində olmayan, çoxmənzilli yaşayış binasının mülkiyyətçilərinə, o cümlədən həmin mülkiyyətçilərdən biri kimi iddiaçıya məxsus torpaq sahəsini qanunsuz olaraq MMCyə satmış və bu şəkildə qanunsuz hərəkətlərini pərdələmək məqsədilə torpaq sahəsinin ünvanında da saxtakarlığa yol vermişdir. Belə ki, qeyd olunan sahə Cavadxan küçəsi 34 ünvanında yerləşdiyi halda, alqı-satqı müqaviləsində məqsədli şəkildə Cavadxan küçəsi 34A kimi qeyd olunmuşdur. Halbuki, MMC-nin inşa etdiyi qeyri-yaşayış sahəsi məhz Cavadxan küçəsi 34 ünvanında, yəni sökülən binanın yerləşdiyi torpaq sahəsi üzərində inşa edilmişdir. Qeyd edilən pozuntular nəticəsində onun və sökülmüş binanın digər sahə mülkiyyətçilərinin mülkiyyət hüquqları kobud şəkildə pozulmuşdur.
8. Cavabdeh ƏMDK iddiaya qarşı etiraz təqdim edərək bildirmişdir ki, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış binası MMC-nin mülkiyyətində olmaqla, həmin tikilinin yerləşdiyi 733.8 m2 torpaq sahəsi dövlət mülkiyyətində olmuşdur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 659 nömrəli Fərmanı ilə “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında” Əsasnamə təsdiq edilmişdir. Həmin Fərmanın 3-cü bəndinə əsasən, hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması Fərmanla müəyyən edilmiş qaydada həyata keçirilir, bir şərtlə ki, dövlət mülkiyyətində olan həmin torpaq sahələri belə fiziki və hüquqi şəxslərin qanuni istifadəsində və icarəsində olsun. Əsasnamənin 11-ci bəndinə əsasən ƏMDK əvvəl torpaq sahəsinin satılmasını həmin sahənin üstündə yerləşən özəlləşdirilmiş müəssi sə və obyektin mülkiyyətçisinə təklif etməli, əgər həmin mülkiyyətçi torpaq sahəsini satın almaqdan imtina edirsə, onda bu sahə qanunvericiliklə müəyyən olunmuş qaydada onun satınalma hüququ ilə icarəsinə verilir. Qeyd edilən hüquqi aktlara uyğun olaraq ƏMDK ilə MMC arasında torpaq sahəsinin alqı-satqısına dair müqavilə bağlanılmış, torpaq sahəsinin özəlləşdirilməsi Komitə tərəfindən qanunvericiliyə uyğun həyata keçirilmişdir. İddiaçı isə mübahisəli torpaq sahəsinin onun mülkiyyətində olmasını təsdiq edən hər hansı hüquq müəyyənedici sənəd təqdim edə bilməmişdir. Bundan əlavə, iddiaçı tərəfindən Mülki Məcəllənin 354.2-ci maddəsində qeyd olunan iddia müddəti də ötürülmüşdür. Belə ki, iddiaçı ayrı-ayrı iddia tələbləri ilə müxtəlif məhkəmə instansiyalarına müraciət etdiyi zaman mübahisəli tor paq sahəsində yerləşən MMC-yə məxsus qeyri-yaşayış binası artıq mövcud idi. Belə olan halda, iddiaçı mübahisəli sahə üzərində MMC tərəfindən qeyri-yaşayış binası inşa edilərkən, həmin sahə üzərində hüquqlarının pozulmasını bilməli idi. Digər tərəfdən, mübahisəli torpaq sahəsində tikinti işlərinin aparılması müvafiq dövlət orqanlarının icazəsi, həmin sahədən istifadə üçün hüquqi əsaslar olmadan mümkünsüz idi.
9. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(011)-173/2020 nömrəli, 31 may 2020-ci il tarixli qətnaməsi ilə (hakim Sərdar Mehrəliyev) iddia təmin olunmuşdur.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, mübahisəli torpaq sahəsi dövlətin mülkiyyətində deyil. Həmin daşınmaz əmlakın ümumi mülkiyyətisi iddiaçı və həm in torpaq sahəsində yerləşən binanın tərkib hissələrinin mülkiyyətçiləri olmuş və əmlak mülkiyyətçi tərəfindən sökülməmişdir. Qanunvericiliyə əsasən, daşınmaz əmlakın qeydiyyatının ləğv edilməsi üçün daşınmaz əmlak məhv olmalı, həmin əmlaka mülkiyyətçinin hər cür marağı itirilmiş olmalı, qeydiyyatın ləğvi üçün mülkiyyətçinin iradəsi olmalı və daşınmaz əmlak mülkiyyətçisinin iradəsi əsasında sökülməlidir. Hazırkı işin mübahisə edilməyən halı ondan ibarətdir ki, daşınmaz əmlak mülkiyyətçi tərəfindən sökülməmiş, daşınmaz əmlakın sökülməsində mülkiyyətçinin iradəsi olmamış, qeydiyyata münasibətdə mülkiyyətçinin marağı itirilməmişdir. Belə ki, tərəflər arasında mübahisə predmeti olan daşınmaz əmlaka görə məhkəmə mübahisələri davam etməkdədir. Göstərilən hallar isə daşınmaz əmlakın mülkiyyətçi t ərəfindən sökülməsini və həmin əmlaka onun marağının itməsini istisna edir.
11. Göstərilənlərə əsasən, həmçinin, cavabdeh ƏMDK tərəfindən iddia müddətinin tətbiqi barədə ərizənin əsaslandırılmadığını nəzərə alaraq, məhkəmə hesab etmişdir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
12. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 150, 152.1, 155.2, 157.2, 157.8, 227.1, 324, 337.1, 337.2, 354, 375.2, 377.1-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.1, 35.6-cı, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46.1, 88.3-cü, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 18-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
13. Cavabd ehlər ayrı-ayrılıqda apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.
14. MMC şikayətini belə əsaslandırmışdır ki, məhkəmə iddianı təmin edərkən iddiaçının adına verilmiş çıxarışlara istinad etsə də, nəzərə almamışdır ki, həmin çıxarışlarda göstərilən və 2011-ci ildə qəzalı olduğu üçün sökülmüş qeyri-yaşayış sahələrinin aid olduğu binanın altında yerləşən torpaq sahəsinin iddiaçının mülkiyyətində olmasını təsdiq edən hər hansı rəsmi sənəd təqdim edilməmiş, ümumiyyətlə, həmin torpaq sahəsinə dair iddiaçının adına dövlət reyestrində qeydiyyat aparılmamışdır. İddiaçının adına olan qeyriyaşayış sahələri özəlləşdirilsə də, həmin sahələrin altındakı torpaq sahələri özəlləşdirilməmiş və dövlət mülkiyyətində qalmaqda davam etmişdir. Odur ki, iddiaçının hazırkı iddia tələbi ilə müraciət etmək üçün subyektiv hüququ olmamışdır. Bundan əlavə, iddiaçıya məxsus qeyri-yaşayış sahələri 2011-ci ildə yerli icra hakimiyyəti orqanı tərəfindən sökülmüş və iddiaçıya başqa yerdə əmlak verilməsi ilə əlaqədar dövlət tərəfindən vəsait ayrılmışdır.
15. ƏMDK-nin şikayəti iddia ərizəsinə qarşı etirazına uyğun əsaslandırılmaqla, həmçinin göstərilmişdir ki, məhkəmənin mübahisəli torpaq sahəsinin dövlət mülkiyyətində deyil, həmin torpaq sahəsində yerləşən binanın tərkib hissəsinin mülkiyyətçilərinin mülkiyyətində olması ilə bağlı gəldiyi nəticə işdə olan sənədlər, həmçinin qanunvericilik normaları ilə təkzib olunur. Belə ki, mübahisəli torpaq sahəsi üzərində MMC-nin adına qeydiyyata alınmış mülkiyyət h üququnun mövcudluğu iddiaçının həmin sahə ilə bağlı hər hansı hüququnu istisna edir. Digər tərəfdən, iddiaçı tərəfindən iddia müddəti ötürülmüş, lakin məhkəmə tərəfindən bu hala düzgün hüquqi qiymət verilməmişdir.
16. DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş şikayət isə, onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus sökülmüş binanın birinci mərtəbəsində yerləşən ticarət obyektləri daşınmaz əmlakın dövlət reyestrində qeyri-yaşayış sahələri kimi qeydiyyatdan keçmiş və həmin binanın yerləşdiyi torpaq sahəsi dövlətə məxsus olmuşdur.
17. Apellyasiya baxışında iddiaçı tərəfindən təqdim olunmuş məhkəmə aktlarının surətlərindən görünür ki, iddiaçı Gəncə Şəhər İcra hakimiyyətinə qarşı (MMC üçüncü şəxs qismində cəlb edilməklə) “qeyri-yaşayış sahələri ilə təmin edilmə və vurulmuş zi yanın ödənilməsi”, DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı isə “dövlət reystrində hüquqların qabaqcadan qeydiyyatının ləğvi” tələblərinə dair inzibati məhkəmə icraatında iddialar qaldırmışdır.
18. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-712/2021 nömrəli, 05 may 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər - Ş.Məhərrəmova (sədrlik edən və məruzəçi), M.Məmmədov və R.Həsənov) apellyasiya şikayətləri təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia rədd olunmuşdur.
19. Apellyasiya instansiyası məhkəməsi Mənzil Məcəlləsinin 35.1 və 35.6-cı maddələrinə istinadla qeyd etmişdir ki, qanunvericiliyin tələbinə əsasən, binanın yerləşdiyi torpaq sahəsinə mülkiyyətçilərin mülkiyyət hüququnun paylarına müt ənasib olaraq bina məhv olanadək, o cümlədən, təsadüfi dağılanadək və ya sökülənədək saxlanması nəzərdə tutulmuş, bina dağıldıqdan sonra həmin pay hüququnun saxlanması nəzərdə tutulmamışdır. Baxılan işdə iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahələrinin yerləşdiyi bina 2011-ci il tarixdə sökülmüşdür. Sözügedən binanın altında yerləşən topaq sahəsinə dair alqı-satqı müqaviləsi isə xx.xx.2017-ci il tarixdə bağlanmışdır. Bu o deməkdir ki, mübahisəli ünvandakı bina söküldükən sonra həmin binanının birinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahələrinin mülkiyyətçisi olan iddiaçının binanın altında yerləşən torpaq sahəsi üzərində paylı mülkiyyət hüququ qalmamışdır. Belə olan halda, iddiaçının mübahisəli torpaq sahəsinə aid heç bir hüququ qalmadığından, onun hazırkı iddia tələbini irəli sürməkdə subyektiv hüququ olmamışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
20. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
21. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-5294/2021 nömrəli, 11 noyabr 2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır.
22. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya məhkəməsi qəbul etdiyi qətnaməni digər əsaslarla yanışı, həmçinin Mənzil Məcəlləsinin 35.6-cı maddəsinə istinadla əsaslandırmış, lakin həmin maddəni səhv təfsir etmişdir. Belə ki, qeyd edilən maddə məhkəmənin təfsir etdiyi kimi, binanın yerləşdiyi torpaq sahəsinə mülkiyyətçilərin paylarına mütənasib mülkiyyət hüququnun bina məhv olanadək, o cümlədən təsadüfi dağılanadək və ya sökülənədək saxlanmasını deyil, bina məhv olduqda, o cümlədən təsadüfi dağıldıqda və ya söküldükdə binanın yerləşdiyi torpaq sahəsinə mülkiyyətçilərin mülkiyyət hüququnun məhz bina məhv olanadək, o cümlədən təsadüfi dağılanadək, sökülənədək olan payları həcmində saxlanılmasını ehtiva edir.
23. Hətta, apellyasiya məhkəməsinin təfsiri düzgün hesab edilsə belə, həmin müddəa hazırkı mübahisəyə tətbiq edilə bilməz. Ona görə ki, həmin maddə o halda tətbiq edilə bilərdi ki, mülkiyyətçi çoxmənzilli binanın məhv olması, o cümlədən təsadüfi dağılması, s ökülməsi ilə razılaşsın. Hazırkı işdə isə mübahisəli əmlak mülkiyyətçi tərəfindən sökülməmiş, mübahisəli əmlakın sökülməsində mülkiyyətçinin iradəsi olmamışdır. Bundan başqa, hazırkı işdə mülkiyyətçi – iddiaçı mübahisəli əmlakın qanunsuz sökülməsi ilə bağlı məhkəməyə müraciət etmişdir və tərəflər arasında mübahisə predmeti olan daşınmaz əmlakın qanunsuz sökülməsi ilə bağlı məhkəmə mübahisələri hal-hazırda davam edir.
24. Göründüyü kimi, mülkiyyətçi mübahisə predmeti olan əmlakın sökülməsi ilə razılaşmamışdır. Cavabdehlərin etirazlarının əsası isə ondan ibarət olmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli sərəncamı ilə Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsi, 34 saylı binanın sakinlərinin köçürülməsi üçün 50 mənzilli yaşayış evinin tikilməsi nəzərdə tutulmuşdur.
25. Məhkəmə kollegiyası, hesab etmişdir ki, mübahisənin düzgün həll edilməsi üçün Avropa İnsan Hüquqları Məhkəməsinin bu qəlibdən olan işlərlə bağlı hüquqi mövqeyi də nəzərə alınmalıdır. Bu qəlibdən olan işlərdə Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyi ondan ibarətdir ki, mübahisənin düzgün həlli üçün 3 kriteriya üzrə hüquqi dəyərləndirmə aparılmalıdır: mülkiyətə müdaxilə edilibmi, müdaxilə qanunda nəzərdə tutulubmu, cəmiyyətin ümumi maraqları və fərdin əsas hüquqlarının qorunması tələbləri arasında ədalətli tarazlıq gözlənilibmi. Əgər mülkiyyətə müdaxilə qanunda nəzərdə tutulmayıbsa o zaman cəmiyyətin ümumi maraqları və fərdin əsas hüquqlarının qorunması tələbləri arasında ədalətli tarazlığın gözlənilib-gözlənilməməsinin müəyyənləşdirilməsinə ehtiyac yoxdur.
26. Ba xılan işdən görünür ki, iddiaçının mülkiyyətinə müdaxilə olmuşdur. Belə ki, mübahisə predmeti olan əmlak sökülmüşdür. İkinci kriteriya olan müdaxilənin qanunda nəzərdə tutulub-tutulmaması ilə bağlı qeyd edilməlidir ki, Mülki Məcəllənin 157.9-cu maddəsində torpaqların dövlət ehtiyacları üçün alınmasının əsasları müəyyən edilmişdir və hazırkı işdə qeyd edilən əsaslar mövcud deyildir, müdaxilə qanunda nəzərdə tutulmamışdır. Ona görə də, cəmiyyətin ümumi maraqları və fərdin əsas hüquqlarının qorunması tələbləri arasında ədalətli tarazlığın olub-olmamasını müəyyən etməyə zərurət qalmamışdır. Belə olan halda, apelyasiya məhkəməsinin Mənzil Məcəlləsinin 35.6-cı maddəsinə istinad edərək iddiaçının mübahisə predmeti olan əmlakın altında yerləşən torpaq sahəsinə mülkiyyət hüququnu itirməsi barədə gəldiyi nəticə əsaslı deyildir.
27. Bununla yanaşı, iş materiallarından görünür ki, ƏMDK mübahisə pedmeti olan torpaq sahəsini dövlət torpağı kimi özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahəsinin alqı-satqısına dair xx.xx.2017-ci il tarixli müqavilə əsasında MMC-yə satmışdır. Halbuki, sözügedən torpaq sahəsi dövlət torpağı deyil, çoxmənzilli yaşayış binasının yerləşdiyi torpaq sahəsi olmuşdur. Çoxmənzilli yaşayış binasının yerləşdiyi torpaq sahəsinə münasibətdə isə dövlət əmlakının özəlləşdirilməsi nəticəsində satılan torpaq sahəsi ilə bağlı müddəalar deyil, Mülki Məcəllənin 227.1-ci maddəsi tətbiq olunmalıdır.
28. Göründüyü kimi, mübahisəli torpaq sahəsi dövlətin mülkiyyətində deyildir, hə min daşınmaz əmlakın ümumi mülkiyyətisi iddiaçı və həmin torpaq sahəsində yerləşən binanın tərkib hissələrinin mülkiyyətçiləri olmuşdur və əmlak mülkiyyətçi tərəfindən sökülməmişdir. Qanunvericiliyə əsasən, daşınmaz əmlakın qeydiyyatının ləğv edilməsi üçün daşınmaz əmlak məhv olmalı, həmin əmlaka mülkiyyətçinin hər cür marağı itirilmiş olmalı, qeydiyyatın ləğvi üçün mülkiyyətçinin iradəsi olmalı və daşınmaz əmlak mülkiyyətçisinin iradəsi əsasında sökülməlidir.
29. Bundan başqa, işin mübahisə edilməyən halı ondan ibarətdir ki, daşınmaz əmlak mülkiyyətçi tərəfindən sökülməmiş, daşınmaz əmlakın sökülməsində mülkiyyətçinin iradəsi olmamış, qeydiyyata münasibətdə mülkiyyətçinin marağı itirilməmişdir. Belə ki, tərəflər arasında mübahisə predmeti olan daşınmaz əmlaka görə məhkəmə mübahisələri dav am etməkdədir. Göstərilən hallar isə daşınmaz əmlakın mülkiyyətçi tərəfindən sökülməsini və həmin əmlaka onun marağının itməsini istisna edir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
30. Apellyasiya instansiyası məhkəməsinin 2(103)-1267/2022 nömrəli, 28 yanvar 2022ci il tarixli qətnaməsi ilə (hakimlər - N.Cəfərov (sədrlik edən və məruzəçi), E.Mehdiyev və X.Sarıyev) apellyasiya şikayətləri təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş, iddia rədd olunmuşdur.
31. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı torpaq sahəsi üzərində mülkiyyət hüququnun olduğunu və alqı-satqı müqaviləsinin bağlanması nəticəsində həmin hüququn pozulduğunu bildirərək, tələbinin hüquqi əsası kimi Mənzil Məcəlləsinin 35.1-ci maddəsi, Torpaq Məcəlləsinin 88-ci maddəsinin 3-cü hissəsi və Mülki Məcəllənin 227.1-ci maddəsindəki normalara istinad etsə də, aşağıda qeyd olunanlara əsasən onun həmin torpaq sahəsinə mülkiyyət hüququ yoxdur.
32. Birincisi, Mənzil Məcəlləsinin 35.1-ci maddəsində “binanın yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur” deyiləndə yaşayış sahəsinin mülkiyyətçiləri nəzərdə tutulur, çünki torpağa mülkiyyət hüququ mənzil hüququnun həyata keçirilməsini təmin edir. Mənzil Məcəlləsinin 12.1-ci maddəsinə görə, yaşayış sahələri mənzil hüququnun obyektidir. İddiaçının həmin binada yaşayış sahəsi olmadığına görə mənzil hüququ yoxdur, müvafiq olaraq, binanın yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da yoxdur.
33. Ümumiyyətlə, Mənzil Məcəlləsində müəyyən olunmuş normalar hazırkı mübahisəyə tətbiq edilə bilməz, çünki iddiaçının mənzil hüququ yoxdur. Mənzil Məcəlləsinin 1.1-ci maddəsiniin göstərişi də bunu təsdiq edir. Orada qeyd olunub ki, mənzil qanunvericiliyi dövlət orqanları və bələdiyyələr tərəfindən vətəndaşların mənzil hüququnun həyata keçirilməsinə şərait yaradılmasına, mənzil təhlükəsizliyinə, onun toxunulmazlığına, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyinə, mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərdən irəli gələn hüquqların maneəsiz həyata keçirilməsi zəruriliyinə, habelə bu Məcəllədən, digər qanundan və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçılarının bərabərliyinin tanınması zəruriliyinə, pozulmuş yaşayış hüquqlarının bərpasının, onların məhkəmə müdafiəsinin təmin edilməsi, yaşayış fondunun saxlanmasının və yaşayış sahəsindən təyinatı üzrə istifadənin təmin edilməsi zəruriliyinə əsaslanır.
34. İkincisi, Torpaq Məcəlləsinin 88-ci maddəsinin 3-cü hissəsinə əsasən, çoxmənzilli yaşayış evlərinin, habelə onlara aid olan qeyri-yaşayış tikililərinin torpaq sahələri həmin evlərin tərkib hissələri mülkiyyətçilərinin ümumi paylı mülkiyyətinə keçir. Bu normada “evlərin tərkib hissələri mülkiyyətçiləri” deyildikdə yaşayış sahələrinin mülkiyyətçiləri nəzərdə tutulur. Çünki çoxmənzilli yaşayış evlərinin qeyri-yaşayış sahələri digər şəxslərin (binada yaşayış sahəsi olmayan şəxslərin) mülkiyyətinə verilə bilməz. Buna Mənzil Məcəlləsinin 35.4-cü maddəsi icazə vermir. Həmin m addədə qeyd olunub ki, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında qəbul edilmiş qərara əsasən çoxmənzilli binada ümumi mülkiyyət obyektləri digər şəxslərin istifadəsinə verilə bilər, bu şərtlə ki, belə qərar vətəndaşların və hüquqi şəxslərin hüquqlarını və qanuni mənafelərini pozmasın. Göründüyü kimi, ümumi mülkiyyət obyektləri (o cümlədən yaşayış evlərində qeyri-yaşayış sahələri) digər şəxslərin mülkiyyətinə deyil, istifadəsinə verilə bilər. İddiaçının həmin binada yaşayış sahəsi olmadığına görə o, “digər şəxs” hesab olunur. Çoxmənzilli yaşayış evinin tərkib hissəsi olan qeyri-yaşayış sahəsinə iddiaçının mülkiyyət hüququ əldə etməsinin əsasları mübahisələndirilməyib. Lakin bu hal iddiaçıya əsas vermir ki, yaşayış binasının torpaq sahəsinin onun mülkiyyəti kimi tanınmas ını tələb etsin.
35. Üçüncüsü, Mülki Məcəllənin 227.1-ci maddəsində də “yaşayış binasının tərkib hissəsi mülkiyyətçiləri” deyildikdə yaşayış sahəsinin mülkiyyətçiləri nəzərdə tutulur. İddiaçı binada yaşayış sahəsinin mülkiyyətçisi deyil, ona görə də binanın yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ yoxdur.
36. Göründüyü kimi, iddiaçının mübahisəli torpaq sahəsinə mülkiyyət hüququ yoxdur. Ona görə də, mülkiyyət hüququnun pozulduğuna əsaslanaraq alqı-satqı müqaviləsınin etibarsız sayılmasını tələb edə bilməz.
37. Hazırkı mübahisəyə Mülki Məcəllənin 243-cü maddəsindəki norma tətbiq edilməlidir. Belə ki, torpaq sahəsi və tikili ayrı-ayrı daşınmaz əşyalardır. Mülki Məcəllədə belə norma yoxdur ki, tikilinin mülkiyyətçisi tikilinin yerləşdiyi torpaq sahəsinin də mülkiyyətçisi sayılır. Mülki Məc əllənin 243.1-ci maddəsində qeyd olunub ki, başqa şəxsə mənsub torpaq sahəsində olan daşınmaz əmlakın mülkiyyətçisi həmin əmlakın yerləşdiyi torpaq sahəsi hissəsindən istifadə hüququna malikdir. İddiaçı torpaq sahəsindən istifadə hüququna malik olub, çünki onun mülkiyyətində olan daşınmaz əşya (qeyri-yaşayış sahəsi) başqa şəxsə (çoxmənzilli yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə) məxsus olan torpaq sahəsində yerləşib. Mülki Məcəllənin 243.2-ci maddəsinə görə, torpaq sahəsinə mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin torpaq sahəsində yerləşən daşınmaz əmlakın mülkiyyətçisinin sahədən istifadə hüququnun xitamı və ya dəyişdirilməsi üçün əsas deyildir. Alqı-satqı müqaviləsinin nəticəsində torpaq sahəsinə mülkiyyət hüququnun keçməsi baş verib. Odur ki, alqı-satqı müqaviləsini n bağlanması faktı öz-özlüyündə torpaq sahəsindən iddiaçının istifadə hüququnun pozulmasına səbəb ola bilməz. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
38. İddiaçı (vəkili Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
39. Şikayət belə əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi Mülki Məcəllənin 227.1-ci maddəsinin, Torpaq Məcəlləsinin 88-ci maddəsinin 3-cü hissəsini və Mənzil Məcəlləsinin 35.1-ci maddəsini məhdudlaşdırıcı təfsir edərək, hesab etmişdir ki, “yaşayış binasının tərkib hissəsinin mülkiyyətçiləri” dedikdə, həmin binada yalnız mənzili (yaşayış sahəsi) olan mülkiyyətçilər, “binanın yerləşdiyi torpaq sah əsi ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur” dedikdə isə yalnız yaşayış sahəsinin mülkiyyətçisi nəzərdə tutulur. Halbuki, həmin maddədə yaşayış sahəsinin mülkiyyətçiləri deyil, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçiləri və çoxmənzilli binanın sahə mülkiyətçiləri ifadələrindən istifadə olunmuşdur. Qeyd olunmalıdır ki, mübahisəli torpaq sahəsi üzərində yaşayış binasının tərkib hissəsinin heç bir mülkiyyətçisinin xeyrinə hüquq qeydə alınmamışdır. Buna görə də, Mülki Məcəllənin 231.1.1-ci maddəsinə əsasən, həmin torpaq və bina tikilməsinə əsas verəcək tikintiyə vərəsəlik hüququ da yaşayış binasının tərkib hissələri mülkiyyətçilərinin ümumi paylı mülkiyyətindədir. Eyni zamanda, Mənzil Məcəlləsinin 120.2ci maddəsinin məzmunundan belə aydın olur ki, yaşayış binaların ın sahə mülkiyyətçiləri dedikdə, həmin binada yerləşən yaşayış sahəsinin mükiyyətçisi ilə yanaşı qeyri-yaşayış sahəsinin mülkiyyətçisi də nəzərdə tutulur.
40. Digər tərəfdən, işə yeni apellyasiya qaydasında baxılarkən kassasiya instansiya məhkəməsinin göstəriləri nəzərə alınmamış, bununla da, MPM-in 420-ci maddəsinin tələbləri pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
41. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
42. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və xitamına yönəlmiş birtərəfli, iki tərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
43. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır.
44. Maddə 358.1. Səlahiyyətsiz şəx sin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
46. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
47. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında ye ni qərar qəbul edə bilər. Kassasiya baxışının hədləri
48. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
49. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
50. Hazırkı işdə iddiaçı ona məxsus olmuş qeyri-yaşayış sahələrinin yerləşdiyi binanın altındakı torpaq sahəsinin yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi kimi ona məxsus olduğunu bildirərək, həmin torpaq sahəsinin alqı-satqısına dair cavabdehlər ƏMDK ilə MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 307 saylı müqavilənin etibarsız sayılmasını və həmin əqd əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyata dair çıxarışın ləğv olunmasını tələb edir.
51. Cavabdehlər isə iddiaya etiraz edərək, sözügedən binanın yerləşdiyi torpaq sahəsinin dövlət mülkiyyətində olmaqla, Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 659 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında” Əsasnaməyə uyğun olaraq q anunvericiliklə müəyyən edilmiş qaydada özəlləşdirildiyini və sözügedən müqavilənin bu çərçivədə bağlandığını bildirirlər.
52. Kollegiya bildirir ki, Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır.
53. Belə olan halda, müqavilənin etibarsız hesab olunması üçün məhkəmə əqdin Mülki Məcəllədə müəyyənləşdirilmiş konkret şərtinin pozulmaqla bağlandığını müəyyən etməlidir.
54. Hazırkı işdə cavabdehlərin etirazından belə görünür ki, etibarsızlığı barədə iddia qaldırılmış alqı-satqı müqaviləsi dövlət mülkiyyətində olan əmlakın özəlləşdirilməsi qaydaları çərçivəsində bağlanmışdır.
55. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 659 nömrəli Fərmanı ilə “Özəlləşdirilən dövlət müəssisə və obyektlərin in yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında” Əsasnamə təsdiq edilmiş və bu fərmandan irəli gələn tədbirlərin həyata keçirilməsi ƏMDK-yə tapşırılmışdır.
56. Adı çəkilən Əsasnamənin 1-ci bəndinə əsasən, bu Əsasnamə Torpaq Məcəlləsinə, “Torpaq islahatı haqqında”, “Torpaq vergisi haqqında”, “Yerin təki haqqında”, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası qanunlarına, “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin dövlət proqramı”na və qüvvədə olan digər normativ hüquqi aktlara uyğun olaraq hazırlanmışdır və özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin fiziki və hüquqi şəxslərə satılması qaydalarını müəyyən edir.
57. Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2000-ci il tarixli, 383 saylı Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramında ƏMDK-nin qərarı ilə özəlləşdirilən əmlakın siyahısı göstərilmişdir.
58. Göründüyü kimi, dövlət əmlakının özəlləşdirmə çərçivəsində fiziki və hüquqi şəxslərə satılması müvafiq siyahı üzrə özəlləşməni aparan inzibati orqanın (ƏMDK-nin) inzibati aktı (sərəncamı) əsasında həyata keçirilir. Bu halda əmlakın, o cümlədən torpaq sahəsinin alqı-satqısına dair müqavilənin (bəzi hallarda hüquq əldə edən şəxsin adına dövlət reyestrində aparılmış qeydiyyatın da) əsasında adı çəkilən inzibati akt dayanır.
59. Mübahisə edilən əqdin məhz özəlləşdirmənin qanunsuz aparılmasına görə etibarsız olması barədə iddia irəli sürüldükdə bu barədə müvafiq inzibati orqanın aktının ləğv ol unduğu sübuta yetirilməlidir. Mülki mühakimə icraatında əqdin etibarsız sayılması barədə tələbə baxan hakim isə inzibati (publik) hüquq sahəsinə aid olan özəlləşdirmə qanunvericiliyinin düzgün tətbiq olunub-olunmamasına və bu çərçivədə özəlləşdirmə haqqında inzibati aktın qanuniliyinə hüquqi qiymət verə bilməz. Həmin inzibati akt hüquqi marağı (subyektiv hüququ) olan şəxs tərəfindən inzibati məhkəmə icraatı qaydasında mübahisələndirilə bilər. Şəxs bu icraatda inzibati aktı ləğv etdirdikdən sonra ona məxsus əşyaya səlahiyyətsiz şəxsin sərəncam verməsi əsası ilə əqdin etibarsızlığını mülki məhkəmə icraatında irəli sürə bilər (§ 43-44).
60. Bu səbəbdən, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dai r” 10 aprel 2015-ci il tarixli qərarının 17-ci bəndində vurğulanmışdır ki, “konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır”.
61. Hazırkı işdə özəlləşdirmə çərçivəsində ƏMDK ilə MMC arasında bağlandığı bildirilən xx.xx.2017-ci il tarixli, 307 saylı torpaq sahəsinin alqı-satqısı barədə müqavilənin əsasında duran inzibati aktın ləğv edilməsi haqqında sübut işə mahiyyəti üzrə baxan məhkəmələrə təqdim edilməmişd ir. Həmin aktn qanuniliyinin mülki məhkəmə icraatı qaydasında yoxlanılması isə qeyri-mümkündür.
62. Belə ki, Ali Məhkəməsi Plenumunun adı çəkilən Qərarının 6.1-ci bəndinə əsasən, dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.
63. Beləliklə, hazırkı işdə ƏMDK ilə MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli alqı-satqısı müqaviləsinin əsasında duran inzibati akt ləğv edilmədən həmin əqdin etibarsı z sayılması və müvafiq reyestr qeydinin ləğv olunması tələbi əsaslı sayıla və təmin oluna bilməz.
64. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, bu qərarda qeyd olunanlara əsasən iddianın rədd olunması barədə yeni qərar qəbul edilməlidir.
65. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1267/2022 nömrəli, 28 yanvar 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilməklə iddia rədd edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Hakimlər: Zaur Əliyev Abiddin Hüseynov İlqar Xələfov