Məhkəmə qərarları › İş №2(102)-3552/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3552/2023

04.09.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3552/2023 04.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2, İmişli Regional “ASAN xidmət” mərkəzində notariat ofisinə, Cavabdeh3, Cavabdeh4 (Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarışların ləğv edilməsi, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılması, vərəsəlik üzrə payların müəyyən edilməsi və yeni vərəsəlik hüququ haqqında şəhadətnamələrin veri lməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və X10 ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2, İmişli Regional “ASAN xidmət” mərkəzində notariat ofisinə, Cavabdeh3, Cavabdeh4 (Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarışların ləğv edilməsi, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılması, vərəsəlik üzrə payların müəyyən edilməsi və yeni vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi tələbinə dair” mülki iş üzrə Bakı Apel lyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1207/2023 saylı iş üzrə, 14 mart 2023-cü il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətinə 04 sentyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 1. ünvan 1 ünvanda yerləşən mənzil Qurbanov İtibar Məmmədəli oğlunun adına, Bakı şəhəri Nəsimi rayonu Hüseyn Seyidzadə küçəsi 13 saylı binanın 9 saylı mənzil X3 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir.

2. Mərhum Qurbanov İtibar Məmmədəli oğlunun ölümündən sonra Cavabdeh2, İddiaçı2 və İddiaçı1 mirasın tərkibinə daxil olan əmlakı faktiki qəbul etmişlər.

3. Cavabdeh2 vəfat etmiş atasının ondan başqa vərəsəsi olan oğlu İddiaçı1 yaşayış yeri məlum olmadığı üçün və qanunla 6 aylıq mi rasın qəbul edilməsi müddətini ötürdüyü üçün həmin vərəsənin susmuş vərəsə hesab edilməsini xahiş etmiş, gələcəkdə həmin vərəsənin hər-hansı bir iddia və tələbi olarsa onu ödəməyi o, öz öhdəsinə götürmüşdür.

4. Bakı şəhəri, Nəsimi rayonu Hüseyn Seyidzadə küçəsi 4-cü mikrorayon 3169cu məhəllə, mənzil 145 (yeni qaydalarla ünvan 4, Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi ev 30a mənzil 5, Bakı şəhəri, Nəsimi rayonu. Asif Məhərrəmov küçəsi ev 64 mənzil 39 (yeni qaydalarla ünvan 2, ünvan 8 Cavabdeh2 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir.

5. İddiaçı2 Rusiya Federasiyasının notariatına 03 iyun 2021-ci il taxrixli ərizəsi ilə müraciət edərək vəfat etmiş atasının ölümündən sonra Azərbaycan Respublikası ərazisində yerləşən, ona aid olan bütün əmlaka görə harada yer ləşməsindən asılı olmayaraq və hər hansı bir səbəbdən (qanuni və vəsiyyətnamə ilə) mirasqoyanın qızı Cavabdeh2 lehinə miras payından imtina etmişdir.

6. İddiaçı2 Rusiya Federasiyasının notariatına 24 iyun 2021-ci il taxrixli ərizəsi ilə müraciət edərək vəfat etmiş anasından qalan mirası harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq qəbul etmədiyini, mirasın qəbulu və miras əmlakının bölünməsi müddətini bərpa etmək üçün məhkəməyə müraciət etməyəcəyini, miras hüquqlarının Cavabdeh2 Etibar qızının adına qeydiyyata alınmasına etiraz etmədiyini bildirmişdir.

7. İddiaçı1 08 dekabr 2021-ci il tarixdə 10 il müddətinə etibarlı olan RF vətəndaşının pasportu verilmişdir. Ona məxsus olan ümumivətəndaş pasportunun itməsi barədə İmişli rayon Polis Şöbəsinə müraciət olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçılar iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrlə məhkəməyə müraciət edərək, İmişli Regional «ASAN xidmət» Mərkəzində fəaliyyət göstərən notariat ofisinin xüsusi notariusu X18 tərəfindən təsdiq edilmiş 201 nömrəli vərəsəlik işi üzrə xx.xx.2021-ci il tarixli 2V-315 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, xx.xx.2021-ci il tarixli 2V-316 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, xx.xx.2021-ci il tarixli 2V-378 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, xx.xx.2021-ci il tarixli 2V-379 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və 186 nömrəli vərəsəlik işi üzrə xx.xx.2021-ci il tarixli 2V-259 nömrəli qanun üzrə vərəs əlik hüququ haqqında şəhadətnamənin, xx.xx.2021-ci il tarixli 2V-280 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi; İddiaçı2 tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş 74AA5235632 saylı və xx.xx.2021-ci il tarixdə verilmiş 74 AA5235820 saylı imtina ərizələrinin etibarsız hesab edilməsi; tərtib edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında Bakı şəhəri Nəsimi rayonu Asif Məhərrəmov küçəsi ev 64 mənzil 39 (yeni qaydalarla AZ 1102 ünvan 2 ünvanda yerləşən 39,80 kv metr sahəyə malik olan mənzilə, ünvan 3 ünvanda yerləşən 39,62 kv metr sahəyə malik olan mənzilə, Bakı şəhəri Nəsimi rayonu Hüseyn Seyidzadə küçəsi 4-cü mikrorayon 3169-cu məhəllə, ev-, mənzil 145 (yeni qaydalarla AZ 1102 ünvan 4 ünvanda yerləşən 148,60 kv metr sahəyə malik olan mənzilə, ünvan 5 ünvanda yerləşən 85,30 kv metr sahəyə malik olan qeyri-yaşayış sahəsinə, ünvan 6 ünvanında yerləşən 120,90 kv metr sahəyə malik olan mənzilə, ünvan 10 yerləşən 55,17 kv metr sahəyə malik olan mənzilə dair Cavabdeh2 adına verilmiş çıxarışların, həmçinin ünvan 6 ünvanda yerləşən 120,90 kv metr sahəyə malik olan mənzilə dair Cavabdeh4 adına və ünvan 10 yerləşən 55,17 kv metr sahəyə malik olan mənzilə dair Cavabdeh3 adına verilmiş çıxarışların ləğv edilməsi; İddiaçı1 üçün anası X1 və atası Qurbanov İtibar Məmmədəli oğlundan qalmış mirasın qəbul edilməsindən ötrü müəyyənləşdirilmiş vərəsəliyin qəbulu müddətinin üzrlü hesab edilərək müddətin uzadılıb, miras əmlaklar üzərində 1/2 payının tanınması və yeni qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi; ü nvan 6 ünvanda yerləşən 120,90 kv metr sahəyə malik olan mənzilin satın alınması ilə bağlı Cavabdeh2 ilə Cavabdeh4 arasında bağlanmış ******* nömrəli, xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsinin və ünvan 10 yerləşən 55,17 kv metr sahəyə malik olan mənzilin satın alınması ilə bağlı Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış ******* nömrəli, xx.xx.2021-ci il tarixli alğısatqı müqavilələrinin etibarsız hesab edilməsi, həmin müqavilələr etibarsız hesab edilməzsə ünvan 6 ünvanda yerləşən 120,90 kv metr sahəyə malik olan mənzilin satılması nəticəsində cavabdehin əldə etdiyi 100000 manat məbləğdən İddiaçı1 payına uyğun olaraq 1/2 hissədə, yəni 50000 manat məbləğində və ünvan 10 yerləşən 55,17 kv metr sahəyə malik olan mənzilin satılması nəticəsində cavabdehin əldə etdiyi 79000 manat məbləğd ən İddiaçı1 payına uyğun olaraq 1/2 hissədə, yəni 39500 manat məbləğində pulun Cavabdeh2 alınaraq ona verilməsi; İddiaçı2 üçün anası X1 və atası Qurbanov İtibar Məmmədəli oğlundan qalmış mirasın qəbul edilməsindən ötrü müəyyənləşdirilmiş vərəsəliyin qəbulu müddətinin üzrlü hesab edilərək uzadılıb, miras əmlaklar üzərində 1/3 payının tanınması və yeni qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi; ünvan 7 ünvanda yerləşən 120,90 kv metr sahəyə malik olan mənzilin satın alınması ilə bağlı Cavabdeh2 ilə Cavabdeh4 arasında bağlanmış ******* nömrəli xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsinin və ünvan 10 yerləşən 55,17 kv metr sahəyə malik olan mənzilin satın alınması ilə bağlı Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış ******* nömrəli xx.xx.2021-ci il tarixli alğı-satqı m üqavilələrinin etibarsız hesab edilməsi, həmin müqavilələr etibarsız hesab edilməzsə ünvan 6 ünvanda yerləşən 120,90 kv metr sahəyə malik olan mənzilin satılması nəticəsində cavabdehin əldə etdiyi 100000 manat məbləğdən İddiaçı2 payına uyğun olaraq 1/3 hissədə, yəni 33333 manat məbləğində və ünvan 8 ünvanda yerləşən 55,17 kv metr sahəyə malik olan mənzilin satılması nəticəsində cavabdehin əldə etdiyi 79000 manat məbləğdən İddiaçı2 payına uyğun olaraq 1/3 hissədə, yəni 26333 manat məbləğində pulun Cavabdeh2 alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı1 iddia tələbini onunla əsaslandırmışdır ki, valideynləri vəfat etdikdən sonra onlardan qalmış miras əmlaka dair vərəsə payının müəyyən edilərək ona vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün mü raciət etmək istədikdə ona məxsus olan bütün sənədlərin yoxa çıxdığını müəyyən etmişdir. Həmin sənədlərin cavabdeh bacısı Cavabdeh2 tərəfindən müraciətinə maneə törətməkdən ötrü götürüldüyünü düşündüyündən bununla bağlı aidiyyəti orqanlara müraciət etmişdir. Hüquq mühafizə orqanları tərəfindən aparılan axtarış nəticə verməmişdir. Belə ki, sənədlərinin tapılmaması ilə bağlı ona İmişli rayon Polis Şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə № 168-2998Q saylı arayış verilmişdir. Bundan sonra o, sənədlərinin tapılmasında ona köməklik göstərilməsi üçün mümkün olan bütün dövlət orqanlarına müraciət etmişdir. Lakin həmin dövlət orqanları tərəfindən də ona köməklik edilməmişdir. O da Rusiya Federasiyası vətəndaşı olduğu üçün itirilmiş pasportunun bərpası məqsədilə Rusiya Səfirliyinə müraciət etmi şdir. Müraciətindən aylar sonra, yəni 09 fevral 2022-ci il tarixdə səfirlik vasitəsilə yeni pasportu ona təqdim edilmişdir. Pasportu aldıqdan sonra miras əmlakı qəbul etmək üçün müraciət etmək istədikdə aparılmış araşdırma nəticəsində (pasport olmadığı üçün heç bir dövlət orqanından məlumat alınması mümkün deyildi) müəyyən etmişdir ki, artıq cavabdeh vərəsəlik işini açdırmış və ata və anasından miras qalmış bütün əmlakları öz adına keçirmişdir. O, qardaşı İddiaçı2 və cavabdeh bacısı Cavabdeh2 öz aralarında belə razılığa gəlmişlər ki, Rusiya Federasiyasında miras qalan əmlakları bütünlükdə İddiaçı2, Azərbaycan Respublikasında miras qalan əmlakların isə yarısını o, yarısını da cavabdeh götürməli idi. Lakin cavabdeh onları aldadaraq Azərbaycan Respublikasında miras qalan bütün əmlakları öz mü lkiyyətinə keçirmişdir.

3. İddiaçı2 iddia tələbini onunla əsaslandırmışdır ki, valideynləri vəfat etdikdən sonra cavabdeh bacısı ona müraciət edərək miras əmlakları bölüşdürməli olduğuqlarını bildirmişdir. Onlar cavabdehlə danışaraq belə ştfahi razılığa gəlmişlər ki, Rusiya Federasiyasında miras qalan əmlakları bütünlükdə o, öz mülkiyyətinə keçirir, Azərbaycan Respublikasında miras qalan əmlaklar isə digər vərəsə olan qardaşı İddiaçı1la cavabdehin arasında bölüşdürülür. Bunu razılaşdırdıqdan sonra cavabdeh, valideynlərindən miras qalmış əmlaklara dair sənədləşmə işlərinin aparılması üçün onun tərəfimdən cavabdehin adına etibarnamə və notarial imtina əriəsinin verilməli olduğunu demişdir. Cavabdeh qeyd etmişdir ki, İddiaçı1 pasportunu itirib, bu səbəblə sonuncuya etibarnamə verilməsi mümkün deyil və o, etibarnaməni cavabdehin adına verməlidir. Cavabdeh də öz növbəsində vərəslik işini həll edib həm öz payını götürəcək, həm də Natiqin payını verəcək. Bundan sonra o, cavabdehə notarial qaydada etibarnamə və imtina ərizələri vermişdir. Bir neçə ay sonra qardaşı İddiaçı1 ona məlumat verərək bildirilmişdir ki, cavabdeh bacıları əslində Azərbaycan Respublikası ərazisində olan bütün əmlakları öz mülkiyyətinə keçirmiş və ona hər hansı bir pay verməmişdir. Hazırda hesab edir ki, cavabdehin bu qanunsuz əməlinə məhkəmə tərəfindən hüquqi qiymət verilərək baş vermiş bu özbaşınalığa son qoyulmalıdır.

4. Mülki işə Cavabdeh3 və Cavabdeh4 cavabdeh qismində cəlb edilmişlər.

5. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, miras 5 f evral 2019-cu il tarixdə açılmışdır. Lakin iddiaçı sənədinin itməsi ilə bağlı 2021-ci ildə müvafiq orqanlara müraciət etmişdir. Mirasın qəbul müddətin iddiaçılar ötürmüşdür. Məhkəmədən iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Cavabdeh4 iddiaya etiraz göndərərək qeyd etmişdir ki, iddia ərizəsindən görünür ki, iddia tələbinin yönəldiyi daşınmaz əmlaklardan biri olan ünvan 6 ünvanda yerləşən 120,90 kv metr sahəyə malik olan mənzil daşınmaz əmlak hal-hazırda xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olmaqla daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınmışdır. Həmin müqavilənin 2-ci bəndinə əsasən, satılan daşınmaz əmlak aşğıdakı hüquqmüəyyənedici sənədə əsasən satıcıya məxsusdur: ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx. xx.2021-ci il tarixdə Cavabdeh2 verilmiş **********-05301-093156 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən, tam mülkiyyət üzrə 120,9 kv metr, 3 otaq. Həmin müqavilənin 3-cü bəndinə əsasən, real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2021-ci il tarixli, qeydiyyat nömrəsi **********Tİ171002 olan arayışa əsasən müqavilə bağlananadək ünvan 6 ünvanda yerləşən mənzil ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. Həmin müqavilənin 4-cü bəndinə əsasən, satıcı(lar) daşınmaz əmlakı 100000 manat 00 qəpik (yüz min manat sıfır qəpik) qiymətinə satdı(lar), alıcı(lar) həmin qiymətə aldı(lar): alıcı Cavabdeh4 satıcı Cavabdeh2 satdığı tam hissəni (120,9 kv metr ) 100000 manat 00 qəpik (yüz min manat sıfır qəpik) qiymətinə aldı. Həmin müqavilədə qeyd edilən mənzilin qiyməti 100000 (yüz min) manat qeyd edilsə də, əslində o, Cavabdeh2 128000 (yüz iyirmi səkkiz min) manat məbləğində pul vermişdir. Həmin müqavilənin 8-ci bəndinə əsasən, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi öhdəsinə götürür. Həmin müqavilənin 9-cu bəndinə əsasən, satıcı həmin daşınmaz əmlakla əlaqədar məhkəmə mübahisəsinin olmadığına təminat verir. Həmin müqavilənin 13-cü bəndinə əsasən, müqavilə notarial qaydada təsdiq olunduğu zaman qeydiyyatda heç kim yoxdur. Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2021-ci il qeydiyyat tarixli, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, ünvan 6 ünvanda yerləşən, ümumi sahəsi 120,90 kv metr olan mənzil xüsusi mülkiyyət hüququ əsasında tam pay üzrə ona məxsusdur. Beləliklə, göründüyü kimi o, qeyd edilən mənzili 03 dekabr 2021-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən alarkən daşınmaz əmlakın əldə edilməsi və bunun nəticəsində mülkiyyət hüququnun yaranması ilə bağlı heç bir qanun pozuntusuna yol verilməmiş, bununla da həmin alğı-satqı müqaviləsinin bağlanması, daşınmaz əmlakın qeydiyyatı və onun tərəfindən həmin əmlaka mülkiyyət hüququ əldə etməyi mülki qanunvericiliyin müddəalarına uyğun olaraq həyata keçirilmiş və o, alıcı olaraq öz üzərinə düşən öhdəlikləri vicdanla yerinə yetirmişdir. Bundan başqa, mülki işi üzrə mövcud olan sənədlərə daşınmaz əmlakın alğı-satqısı və qeydiyyata alınması ilə bağlı işdə olan sənədlərin saxtalaşdırılması müəyyən edilməmiş, belə əməllərin törədilməsinə görə hər hansı bir şəxs hər hansı bir məsuliyyətə cəlb edilməmişdir. Əksinə, iddiaçılar öz iddia ərizələrində bildirirlər ki, miras əmlakın qeyd edilən varislər arasında bölünməsi barədə ümumi razılıq olmuşdur. Bu baxımdan hesab edir ki, onun qeyd edilən mənzil üzrə vicdanlı alıcı hesab edilməsi və əldə etdiyi əmlakın qanuni mülkiyyətçisi olması haqda nəticəyə gəlmək üçün kifayət qədər əsaslar mövcuddur. Həmin mənzili aldıqdan sonra onun tərəfindən həmin mənzilin təmir olunmasına təxminən 30000 manat məbləğində pul xərcləmişdir və hal-hazırda həmin mənzilin ən aşağı qiyməti 155000 manatdan az deyildir. Qeyd edilən mənzilə dair daşınmaz əmlakın alğı-satqı müqaviləsi bağlanan zamanı satıcının (Cavabdeh2) həmin mənzil üzərində mülkiyyət hüququ onun adına daşınmaz əmlakın dövlət reystrində dövlət qeydiyyata alınmış vəziyyətdə olmuş, onun adına çıxarış mövcud olmuş və buna görə də o da alğı-satqı müqaviləsinin legitimsizliyi barədə şübhə yaranmamışdır və onun əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından heç bir məlumatı və xəbəri olmamış və reyestrdə həmin mənzilə dair hər hansı bir şəxsin iddiası, etirazı və ya narazılığı, hər hansı bir yüklülük halı, məhdudiyyət və qadağan mövcud olmamış və qeydə alınmamışdır. İddiaçıların irəli sürdükləri iddia tələbi bilavasitə ona qarşı irəli sürülməsə də, onunla hal-hazırki mülki iş üzrə Cavabdeh2 arasındakı daşınmaz əmlakın alğı-satqı müqaviləsinin və onun əsasında ona verilmiş çıxarışın ləğv edilməsinə yönəlməsə də, iddianın ona mülkiyyət hüququ əsasında məxs us olan həmin mənzilə aid hissəsində təmin edilməsi, yəni həmin mənzilə dair Cavabdeh2 verilmiş qanun üzrə vərəslik haqqında şəhadətnamənin, həmin şəhadətnamənin əsasında Cavabdeh2 verilmiş çıxarışın etibarsız hesab edilməsi ona məxsus olan mənzilə dair hüquqmüəyyənedici və texniki sənədlərin gələcəkdə mübahisələndirilməsinə səbəb olacaqdır. O hesab etmişdir ki, bəhs edilən mənzilə dair vicdanlı əldə edən olduğuna görə iddia ona məxsus olan mənzilə dair hissəsində təmin olunmasından imtina edilməlidir. Bu səbəbdən, o, vicdanlı əldə edən olduğuna görə, iddiasının ona məxsus olan ünvan 9 ünvanda yerləşən, ümumi sahəsi 120,90 kv metr olan mənzilə dair hissədə rədd olunmasını xahiş etdir.

7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(006)-2281/2022 sa ylı, 28 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Səməd Cəfərov), İddiaçı1 iddianın qismən təmin edilməsi, İmişli Regional “ASAN xidmət” Mərkəzində fəaliyyət göstərən notariat ofisinin xüsusi notariusu X18 tərəfindən təsdiq edilmiş 201 nömrəli vərəsəlik işi üzrə xx.xx.2021-ci il tarixli 2V-315 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, xx.xx.2021-ci il tarixli 2V-316 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, xx.xx.2021-ci il tarixli 2V-378 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, xx.xx.2021-ci il tarixli 2V-379 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və 186 nömrəli vərəsəlik işi üzrə xx.xx.2021-ci il tarixli 2V-259 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, xx.xx.2021-ci il tarixli 2V-28 0 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, İddiaçı1 üçün anası X1 və atası Qurbanov İtibar Məmmədəli oğlundan qalmış mirasın qəbul edilməsindən ötrü müəyyənləşdirilmiş vərəsəliyin qəbulu müddəti üzrlü hesab edilərək müddət uzadılmaqla, miras əmlaklar üzərində ½ payının tanınması və yeni qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi, ünvan 6 ünvanda yerləşən 120,90 kv metr sahəyə malik olan mənzilin satılması nəticəsində cavabdehin əldə etdiyi 100000 manat məbləğdən İddiaçı1 payına uyğun olaraq ½ hissədə, yəni 50000 manat məbləğində və ünvan 10 yerləşən 55,17 kv metr sahəyə malik olan mənzilin satılması nəticəsində cavabdehin əldə etdiyi 79000 manat məbləğdən İddiaçı1 payına uyğun olaraq ½ hissədə, yəni 39500 manat məbləğində pulun C avabdeh2 alınaraq ona verilməsi, İddiaçı1 iddiasının qalan hissədə, İddiaçı2 iddiasının tam rədd olunması, ödənilmiş dövlət rüsumunun iddiaçılara aid olunması qət edilmişdir.

8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı1 üzrlü səbəbdən, Rusiya Federasiyası vətəndaşı olmasına dair pasportunu itirdiiyinə görə mirasın qəbul edilməsi ilə əlaqədar notariusa müraciət edə bilməmiş, lakin bununla bağlı iradə ifadəsini göstərərək aidiyyəti qurumlara müraciət etmişdir. Eyni zamanda Cavabdeh2 notariat ofisinə təqdim etdiyi ərizədən görünür ki, əgər gələcəkdə İddiaçı1 miras əmlakla bağlı hər hansı bir iddia və tələbi olarsa onu ödəməyi o, öz öhdəsinə götürmüşdür. Göstərilənlərə əsasən İddiaçı1 iddiası qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, çıxa rışların ləğv edilməsi, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılması, vərəsəlik üzrə payların müəyyən edilməsi və yeni vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi hissəsindən təmin edilməlidir.

9. Birinci instansiya məhkəməsi, ünvan 6 ünvanda yerləşən və ünvan 10 yerləşən mənzillərə dair alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi ilə bağlı göstərmişdir ki, müqavilə üzrə tərəflər olan Cavabdeh3 və Cavabdeh4 vicdanlı əldə edən olduğundan iddia onlara münasibətdə təmin edilə bilməz. Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun S.N.Məmmədovanın şikayəti üzrə 2004-cü il 27 oktyabr tarixli Qərarına əsasən əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bun dan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı, vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Bununla əlaqədar iddia alğı-satqı nəticəsində əldə edilmiş vəsaitə münasibətdə təmin edilməli, ünvan 6 ünvanda yerləşən 120,90 kv metr sahəyə malik olan mənzilin satılması nəticəsində cavabdehin əldə etdiyi 100000 manat məbləğdən İddiaçı1 payına uyğun olaraq ½ hissədə, yəni 50000 manat məbləğində və ünvan 10 yerləş ən 55,17 kv metr sahəyə malik olan mənzilin satılması nəticəsində cavabdehin əldə etdiyi 79000 manat məbləğdən İddiaçı1 payına uyğun olaraq 1/2 hissədə, yəni 39500 manat məbləğində pul Cavabdeh2 alınaraq ona verilməlidir.

10. İddiaçı2 iddiası ilə bağlı birinci instansiya məhkəməsi göstərmişdir ki, iş materiallarından göründüyü kimi iddiaçı yazılı qaydada ərizə ilə müraciət edərək mirasdan imtina etmişdir. Mülki Məcəllənin 1268.1-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. Bununla əlaqədar iddianın İddiaçı2 dair hissədə təmin edilə bilməz.

11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra - MM) 182, 1133, 1134, 1159, 1243, 1246, 1248, 1261, 1262, 1264, 1268, 1318, 1321, 1322 və 1325-ci maddələrinə, “Nota riat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”a, Konstitusiya Məhkəməsi Plenumunun S.N.Məmmədovanın şikayəti üzrə 2004-cü il 27 oktyabr tarixli və H.Cəfərovun şikayəti üzrə 2014-cü il 15 sentyabr tarixli Qərarlarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. İddiaçı2 apelyasiya şikayəti verərək, qətnamənin qismən, yəni onun iddia tələbinin rədd olunması hissədə ləğv edilməsini və həmin hissədə də iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. İddiaçı2 apelyasiya şikayətində göstərmişdir ki, vərəsəlik işinin surətinin 12-ci səhifəsindən görünür ki, xx.xx.2021-ci il tarixində İmişli RİHB-nın İmişli şəhər İnzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən 2783 saylı arayış verilərək Qurbanov İtibar Məmmədəli oğlunun ölümündən sonra ailə üzvləri Cavabdeh2, X8 və İddiaçı1 həqiqətən mərhumun yaşadığı evdə yaşayaraq mirasın tərkibinə daxil olan əmlakları qəbul etmişlər. Vərəsəlik işinin 20-ci səhifəsindən görünür ki, Cavabdeh2 **********305 saylı notarial qaydada təsdiq edilmiş ərizə ilə notariusa yalan məlumat verərək guya İddiaçı1 yaşayış yerinin müəyyən olmamasını bildirmiş və İddiaçı1 susmuş vərəsə hesab edilməsini xahiş etmiş, həmçinin də gələcəkdə İddiaçı1 tərəfindən pay hüququ ilə bağlı hər hansı bir tələb irəli sürəcəyi təqdirdə onun payını verməyi öhdəsinə götürdüyünü bildirmişdir. Vərəsəlik işinin 22-ci səhifəsindən görünür ki, o, xx.xx.2021-ci il tarixində ** AA ***5632 saylı imtina ərizəsi ilə Q urbanov İtibar Məmədəli oğlundan ona qalmış miras paylardan imtina edir. Vərəsəlik işinin 34-cü səhifəsindən görünür ki, xx.xx.2021-ci il tarixində ** AA ***5820 saylı imtina ərizəsi ilə X1 ona qalmış miras paylardan imtina edir. Göründüyü kimi o, cavabdeh tərəfindən aldadılmış və bütün əmlaklar cavabdeh tərəfindən öz mülkiyyətinə keçirilmişdir. Məhkəmə Mülki Məcəllənin 1268.1-ci maddəsinə istinad edərək iddianı ona münasibətdə təmin etməmişdir. Qanunun bu göstərişindəki geri götürə bilməz ifadəsi aldadılmaya məruz qalmamış şəxslərə şamil edilir. Lakin, bu işdə açıq-aşkardır (qardaşımın iddia qaldırması da onu göstərir) ki, o, cavabdeh tərəfindən aldadılmaya məruz qalmış. O, iddiada ərizəsini geri götürmək tələbini yox, məhz ərizənin etibarsız hesab edilməsi tələbini qoymuşdur.

14. Cavabde h2 apelyasiya şikayətində qətnamənin iddia tələbinin təmin edilən hissəsində ləğv olunmasını və həmin hissədə də iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Cavabdeh2 apelyasiya şikayətində göstərilmişdir ki, iddiaçı Ərəstun Qurbanov həm 05 dekabr 2019-cu il tarixdə vəfat etmiş anası X2 və həm də 07 dekabr 2020-ci il tarixdə vəfat etmiş atası Qurbanov İtibar Məmmədəli oğlundan qalan miraslardan onun xeyrinə imtina etmiş və məhkəmə onun mirasdan bacısı Cavabdeh2 xeyrinə imtina etməsini qətnamənin əsaslandırıcı hissəsində göstərsə də, bunu nəzərə almamış, nəticədə əsassız olaraq miras əmlakının İddiaçı1la Cavabdeh2 arasında ½ hissədə bölünməsinə dair nəticəyə gəlmişdir. İddiaçı1 mirasın qəbulu müddətini ötürmüş və bunu özü də etiraf edərək mirasın qəbulu m üddətinin bərpasına dair iddia qaldırmışdır. Lakin, işə baxan birinci instansiya məhkəməsi İddiaçı1 miras əmlakın əldə edilməsi ilə bağlı müvafiq sənədləri bərpa etməsi üçün dövlət orqanlarına etdiyi müraciətlərlə bağlı sübutlar təqdim etməsinə əsaslanmaqla, iddianın təmin edilməsinə dair əsassız nəticəyə gəlmişdir. Həmçinin işə baxan məhkəmə tərəfindən onun adına verilmiş vərəsəlik şəhadətnamələrinin etibarsız hesab edilməsi qanunsuzdur.

16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-12017/2023 nömrəli, 14 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Qürbət Əsgərov (sədrlik edən və məruzəçi) Azad İmanov, Fuad Talışınski) iddiaçı X4 apellyasiya şikayəti təmin edilməmiş, Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-22 81/2022 saylı, 28 sentyabr 2022-ci il tarixli qətnaməsi miras əmlaklar üzərində payların müəyyən edilməsi hissəsində dəyişdirilərək, miras əmlaklar üzərində İddiaçı1 payı 1/3 hissədə, Cavabdeh2 payı 2/3 hissədə tanınması və həmin paylara uyğun olaraq qanun üzrə vərəsəlik şəhadətnamələrinin verilməsi müəyyən edilmişdir. Miras əmlakın kütləsinə daxil olan ünvan 6 ünvanda yerləşən 120,90 kv metr sahəyə malik olan mənzilin satılması nəticəsində cavabdehin əldə etdiyi 100000 manat məbləğdən İddiaçı1 payına uyğun olaraq 1/3 hissədə, yəni 33333,33 (otuz üç min üç yüz otuz üç manat 33 qəpik) manat məbləğində və ünvan 10 yerləşən 55,17 kv metr sahəyə malik olan mənzilin satılması nəticəsində cavabdehin əldə etdiyi 79000 manat məbləğdən İddiaçı1 payına uyğun olaraq 1/3 hissədə, yəni 26333,33 (iyim i altı min üç yüz otuz üç manat 33 qəpik) manat məbləğində pulun Cavabdeh2 alınaraq ona verilməsi qət edilmişdir.

17. Məhkəmə İddiaçı2 apelyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd etmişdir ki, İddiaçı2 apellyasiya şikayətində valideynlərindən miras qalmış əmlakların vərəsələr arasında bölüşdürülməsi barədə razılaşma olmasını, mirasdan imtina barədə ərizəni aldadılmaya məruz qalmaqla yazdığını qeyd etsə də, bununla bağlı məhkəməyə mülki prosessual qanunvericiliyin tələblərinə uyğun sübutlar təqdim etməmişdir.

18. Apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi İddiaçı2 iddia tələbinin rədd edilməsi barədə maddi hüquq norması kimi istinad etdiyi əsaslar düzgün olmuşdur.

19. Apelyyasiya icraatı zamanı iddiaçı X7 vəkili və nümayəndəsinin, Cavabdeh2 izahatl arı, həmçinin iddiaçının nümayəndəsi və vəkilinin təqdim etdiyi sənədlər ilə iddiaçı X7 ailə üzvlərinin valideynlərdən miras qalmış əmlaklardan birində faktiki yaşadıqları və bununla da miras əmlakı faktiki qəbul etdiyi təsdiq olunmuşdur.

20. Məhkəmə hesab etmişdir ki, İddiaçı2 miras əmlakın bir hissəsinə sahiblik etməklə faktiki qəbul etmiş, lakin mirasın rəsmi qəbulu müddətində notarial orqanına rəsmi ərizə verərək Cavabdeh2 xeyrinə mirası qəbul etməkdən imtina etmşidir. Vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər.

21. Apellyasiya instansiyası məhkəməsi cavabdeh X5 X11 tərəfindən mirasın qəbulu müddətinin ötürülməsi barədə dəlilini əsassız hesab edərək qeyd etmişdir ki, hazırki iş üzrə iddia tələbi miras əmlakı n qəbulu müddətinin bərpası deyil, miras əmlakların rəsmiləşdirilməsi ilə bağlı qanunla müəyyən edilmiş müddətlərin bərpası olduğundan, bu barədə birinci inastansiya məhkəməsinin iş üzrə gəldiyi qənaət əsaslı və qanuni olmuşdur.

22. Məhkəmə Cavabdeh2 miras əmlakda paylar müəyyən olunarkən X6 mirası rəsmi qəbul etməkdən onun xeyrinə imtina etməsinin məhkəmə tərəfindən nəzərə alınmaması barədə apelyasiya şikayətinin dəlillərini əsaslı hesab edərək qeyd etmişdir ki, birinci instansiya məhkəməsi İddiaçı2 miras payından mirasqoyanın qızının xeyrinə imtina etməsini göstərsə də, mirasda vərəsələrin paylarını müəyyənləşdirərkən, həmin ərizəni nəzərə almamış, bununla da payları düzgün bölüşdürməmişdir. İddiaçı2 miras payından Cavabdeh2 xeyrinə imtina etməsi nəzərə alınmaqla, İddiaçı1 miras əmlakın üzərində 1/3 payı, Cavabdeh2 miras payından isə 2/3 payı tanınmalıdır.

23. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh2 işə baxan birinci instansiya məhkəməsi tərəfindən onun adına verilmiş vərəsəlik şəhadətnamələrinin etibarsız hesab olunmasının qanunsuz olması barədə apelyasiya şikayətinin dəlilini də əsassız hesab edərək qeyd etmişdir ki, həmin hissədə birinci instansiya məhkəməsinin nəticəsi əsaslı və qanuni olmuş, iddia tələbinin vərəsəlik şəhadətnamələrinin etibarsız hesab edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. c) Kassasiya instansiya məhkəməsində icraat

24. İddiaçı1 (vəkil Nümayəndə1) kassasiya şikayəti verərək qətnamənin qismən, Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunması hissəsdə ləğv edilməsini və həmin hissədə i ddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

25. İddiaçı1 kassasiya şikayətini belə əsaslandırmışdır ki, məhkəmə mirasın İddiaçı2 tərəfindən faktiki qəbul edilməsinə dair hissədə gəldiyi nəticəni 67-ci bənddə qeyd etdiyi yalnız bir arayışla (xx.xx.2021 tarixli 2783 saylı İmişli RİHB) əsaslandırmışdır.

26. Həmçinin məhkəmə, İddiaçı2 bir tərəfdən mirası faktiki qəbul edən şəxs kimi tanıyır, digər tərəfdən isə onun öz payından cavabdehin xeyrinə imtina etməsini qəbul edir. Əslində isə əgər elə olsaydı əmlakı faktiki qəbul etmiş şəxs bununla bağlı ilk növbədə vərəsəlik hüququ haqqında şəhadətnamə almalı daha sonra xüsusi mülkiyyətə dair dövlət reyestrindən çıxarış almalı və sonra həmin payını istədiyi şəxsə, o cümlədən cavabdehə bağışlama yolu ilə verməli idi. Lakin gəlinmiş absurd nəticəyə görə o hal hazırda məhkəmə tərəfindən həm əmlakı faktiki qəbul edən, həm də faktiki qəbul etməyib öz payından cavabdehin xeyrinə imtina edən şəxs sayılır.

27. İddiaçı2 qanunvericiliklə müəyyən edilmiş müddətlər ərzində vərəsəliyin qəbulu üçün notariat orqanına müraciət etməmişdir. Bu səbəblə də o susmuş vərəsə hesab edilməli idi. İddiaçı2 yalnız mirasqoyanların vəfatından sonra 3 ay ərzində miras əmlakı qəbul etməkdən imtina etməsi ilə bağlı ərizə yazmaq və bu ərizə ilə müraciət etmək hüququ var idi. Lakin məhkəmə qeyd olunanları nəzərə almamışdır.

28. Apellyasiya məhkəməsi iddia tələbinin və cavabdehin apellyasiya şikayətinə olan etirazının dəlillərinə, işdə olan sübutlara düzgün qiymət verməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv etməklə maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:

30. Maddə 182.1. Əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır.

31. Maddə 1133. Vərəsəlik anlayışı

32. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

33. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanu nda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

34. Maddə 1134. Vərəsələr

35. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.

36. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.

37. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.

38. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar:

39. Maddə 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmu ş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).

40. Maddə 1243. Mirasın qəbul edilməsi

41. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.

42. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

43. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.

44. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.

45. Maddə 1248.2. Bu Məcəllənin 1248.1-ci maddəsində nəzərdə tutulan halda mirasın qəbulunu gecikdirmiş vərəsəyə digər vərəsələrin aldığı və ya dövlətin mülkiyyətinə keçmiş əmlakdan pay qalan əmlakdan naturada verilir; ona çatası əmlakın qalan hissəsinin dəyərinin məbləği də verilir.

46. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.

47. Maddə 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir.

48. Maddə 1261. Vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət ü zrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Ləyaqətsiz vərəsə sayılmış və ya vəsiyyətnamənin birbaşa göstərişi ilə vərəsəlik hüququndan məhrum edilmiş şəxsin xeyrinə mirasdan imtina yolverilməzdir. Bu cür imtina barəsində digər vərəsələr məhkəməyə şikayət verə bilərlər.

49. Maddə 1264. Əgər vərəsə mirası qəbul etməkdən bir neçə şəxsin xeyrinə imtina edirsə, onlardan hər birinin payını göstərə bilər. Belə göstəriş olmadıqda onun payı mirasın qəbulundan imtina xeyirlərinə edilmiş vərəsələr arasında bərabər bölüşdürülür.

50. Maddə 1267. Vərəsə mirasın açıldığı yer üzrə notariat orqanına mirası qəbul etməsi və ya vərəsəlik haqqında şəhadətnamə alınması barədə ərizə verdikdən sonra mirasdan imtina edilməsinə yol verilmir.

51. Maddə 1268.1. Vərəsə mirası qəbul etməkdən imt ina etdiyi barədə ərizəni geri götürə bilməz.

52. Maddə 1269. Mirasa sahiblik etməyə və ya onu idarə etməyə faktik başlamış vərəsə mirasın qəbulu üçün müəyyənləşdirilmiş vaxt ərzində mirasın qəbulundan imtina edə bilər. Bu barədə ərizə ilə o, notariat orqanına müraciət etməlidir.

53. Maddə 1273. Mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir.

54. Maddə 1273-1. Vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir.

55. Maddə 1318. Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür.

56. Maddə 1321. Vərəsəlik şəhadətnaməsi anlayışı

57. Maddə 1321.1. Vərəsəliyə çağırılmış şəxslə r mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər.

58. Maddə 1321.2. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı.

59. Konstitusiya Məhkəməsi Plenumunun S.N.Məmmədovanın şikayəti üzrə 2004cü il 27 oktyabr tarixli Qərarına əsasən Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı, vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmla kın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir.

60. Konstitusiya Məhkəməsi Plenumunun H.Cəfərovun şikayəti üzrə 2014-cü il 15 sentyabr tarixli Qərarına əsasən, Mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alğı-satqı müqaviləsinin və onun alıcı üçün verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürülürsə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilirsə, iddianın təmin olunmasından imtina edilməlidir. Mülki Prosessual Məcəllə

61. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlarda n istifadə etməlidir.

62. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

63. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

64. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

65. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üç ün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

66. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

67. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

68. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

69. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hə dləri

70. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

71. İşdən görünür ki, İddiaçı1 birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmiş, iddiasının rədd olunması hissəsi ilə razılaşmışdır. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsini isə miras əmlakın bölünməsi ilə əlaqədar hissədə mübahisələndirmiş, payların onunla Cavabdeh2 arasında üçdə bir və üçdə iki hiisədə bölünməsini mübahisələndirmişdir. Ona görə də hazırkı kassasiya baxışının predmeti həmin hissədə apellyasiya instansiyası məhkəməsi qətnaməsinin yoxlanılmasında ibarətdir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

72. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, mübahisələndirilən hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçü n əsaslar yoxdur.

73. İddiaçının kassasiya şikayətinin dəlillərində qeyd olunan hallar sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılmaqla hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.

74. Qeyd olunanları nəzərə alınmaqla məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1207/2023 saylı iş üzrə, 14 mart 2 023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar