Məhkəmə qərarları › İş №2(102)-3556/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3556/2019

09.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3556/2019 09.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Xnın katibliyi, cavabdehin vəkili X5 və X6, maraqlı şəxsin nümayəndəsi X11 iştirakı ilə, İddiaçı1, İddiaçı3, İddiaçı2 cavabdeh “xxxx” MMC-yə qarşı müqavilə öhdəliklərinin yerinə yetirilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 27 avqust 2018-ci il tarixli qətnaməsindən X1 tərəfindən verilmiş kassasiya şikayətinə və Ali Məhkəmənin sədrinin təqdi matına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 iyul 2013-cü il tarixli qətnaməsi ilə (hakim A.Rzayev) İddiaçı1, İddiaçı3, İddiaçı2 cavabdeh “xxxx” MMC-yə qarşı müqavilə öhdəliklərinin yerinə yetirilməsi tələbi təmin edilərək, “xxxx” MMC ilə iddiaçılar arasında bağlanmış 22 yanvar 2013-cü il tarixli, 48, 541 nömrəli və 18 fevral 2013-cü il tarixli 50, 51, 52, 544, 548, 549, 550, 551, 552 nömrəli müqavilələrin 5.4-cü bəndinin etibarsız hesab edilməsi və alqı-satqı müqavilələrinə əsasən iddiaçıların əldə etdiyi Bakı şəhəri Atatürk prospekti 3078 “A” məhəlləsində yerləşən cavabdeh təşkilat tərəfindən yeni inşa edilmiş yaşayış binasının “A” korpusunda hər biri 39 kv/m olan 3 qeyri-yaşayış sahəsinin, həmin korpusda yerləşən sahəsi 200 kv/m olan ob yektin, bundan əlavə “A 4” korpusunun 17-ci mərtəbəsində yerləşən 3 otaqdan ibarət sahəsi 139 kv/m olan 34 saylı, həmin korpusun 18-ci mərtəbəsində yerləşən sahəsi 145.11 kv/m olan 35 saylı, sahəsi 138.97 kv/m olan 3 otaqdan ibarət 36 saylı mənzillərin, “A 5” korpusunun 12-ci mərtəbəsində yerləşən 3 otaqdan ibarət sahəsi 139 kv/m olan 24 saylı və həmin korpusun 17-ci mərtəbəsində yerləşən 3 otaqdan ibarət sahəsi 186 kv/m olan 34 saylı mənzillərin, bundan başqa “B” korpusunun 13-cü mərtəbəsində yerləşən 3 otaqdan ibarət sahəsi 155.08 kv/m olan 39 saylı mənzilin və “E” korpusunun 12-ci mərtəbəsində yerləşən 4 otaqdan ibarət sahəsi 214.14 kv/m olan 24 saylı yaşayış və qeyri-yaşayış sahələrinin naturada iddiaçılara təhvil verilməsi və əmlaka yönəldilmiş maneələrin aradan qaldırılması vəzifəsin in cavabdeh “xxxx” MMC-yə həvalə edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 24 dekabr 2013-cü il tarixli qətnaməsi ilə (sədrlik edən M.Əsədov, hakimlər İ.Şirinov və T.Əliyev) Binəqədi Rayon Məhkəməsinin 22 iyul 2013-ci il tarixli qətnaməsi cavabdeh “xxxx” MMC-yə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 30 noyabr 2016-cı il tarixli qətnaməsi ilə (sədrlik edən M.Bağırova, hakimlər M.Məmmədov və S.Məmmədov) maraqlı şəxs X1nın apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 iyul 2013-cü il tarixli qətnaməsi qismən - Bakı şəhəri Atatürk prospekti 3078 «A» məhəllədə inşa edilmiş yüksək mərtəbəli yaşayış binasının "B" korpusunun 13-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 155,08 kv.m., yaşayış sahəsi 85,36 k v.m. olan, 3 otaqlı mənzilə aid hissədə ləğv edilmiş, həmin hissədə iddia təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 02 iyun 2017-ci il tarixli qərarı ilə (sədrlik edən A.İsgəndərov, hakimlər Ə.Nurməmmədov və İ.Dəmirov) İddiaçı1 kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30.11.2016-cı il tarixli qətnaməsi ləğv edilmiş, X1na Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 403.2-ci maddəsinin tələbinə müvafiq olaraq Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24.12.2013-cü il tarixli qətnaməsindən təqdimat verilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinə müraciət etmək hüququ olması izah edilmişdir. Həmin qərar qəbul edildikdən sonra X2 Bakı Apellyasiya Məhkəməsinin 24 dekabr 2013-cü il tarixli qətnaməsin dən təqdimat verilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinə müraciət etmişdir. Ali Məhkəmənin sədri X2nın müraciəti əsasında təqdimat verərək Bakı Apellyasiya Məhkəməsinin 24.12.2013-cü il tarixli qətnaməsinin ləğv edilməsini və işin apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respbulikası Ali Məhkəməsinin 21.12.2017-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin təqdimatı təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 dekabr 2013-cü il tarixli qətnaməsi ləğv edilmiş və işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 27 avqust 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən F.Talışınski, hakimlər R.Eyvazov və S.Hacıyev) “xxxx” MMC-nin və X2nı n apellyasiya şikayəti təmin edilmədən, Binəqədi rayon məhkəməsinin 22 iyul 2013-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən X2nın verdiyi kassasiya şikayəti kassasiya icraatına daxil olduqdan sonra X2 Bakı Apellyasiya Məhkəməsinin 27 avqust 2018-ci il tarixli qətnaməsindən təqdimat verilməsi Ali Məhkəmənin Sədrinə müraciət etmişdir. Ali Məhkəmənin sədri X2un müraciəti əsasında təqdimat verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 avqust 2018-ci il tarixli qətnaməsi Bakı şəhəri Atatürk prospekti 3078 “A” məhəlləsində yerləşən “xxxx” MMC-nin inşa etdiyi çoxmənzilli yaşayış binasının “A” korpusunda yerləşən 39 kv.m 3 ayrı-ayrı qeyri-yaşayış sahəsinə dair İddiaçı3la “xxxx” MMC arasında bağlanmış 50,51 və 52 saylı 18.02.2013-cü il tarixli müqaviləl ərə və həmin korpusda yerləşən 200 kv. m ölçüdə qeyri-yaşayış sahəsinə dair İddiaçı1la “xxxx” MMC arasında bağlanmış 48 saylı 22.01.2013-cü il tarixli müqavilələrə dair hissədə ləğv edilmiş və işin həmin hissələrdə yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ X1 kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 27 avqust 2018-cu il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və yenid ən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 cavabdeh “xxxx” MMC-yə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, “xxxx” MMC ilə iddiaçılar arasında bağlanmış 22 yanvar 2013-cü il tarixli, 48, 541 nömrəli və 18 fevral 2013-cü il tarixli 50, 51, 52, 544, 548, 549, 550, 551, 552 nömrəli müqavilələrin 5.4-cü bəndinin etibarsız hesab edilməsi və alqı-satqı müqavilələrinə əsasən iddiaçıların əldə etdiyi Bakı şəhəri Atatürk prospekti 3078 «A» məhəlləsində yerləşən cavabdeh təşkilat tərəfindən yeni inşa edilmiş yaşayış binasının «A» korpusunda hər biri 39 kv/m olan 3 qeyri-yaşayış sahəsinin, həmin korpusda yerləşən sahəsi 200 kv/m olan obyektin, bundan əlavə «A 4» korpusunun 17-ci mərtəbəsində yerləşən 3 otaqdan ibarət sahəsi 139 kv/m olan 34 saylı, həmin korpusun 18-ci mərtəbəsində yerləşən sahəsi 145.11 kv/m olan 35 saylı, sahəsi 138.97 kv/m olan 3 otaqdan ibarət 36 saylı mənzillərin, «A 5» korpusunun 12-ci mərtəbəsində yerləşən 3 otaqdan ibarət sahəsi 139 kv/m olan 24 saylı və həmin korpusun 17-ci mərtəbəsində yerləşən 3 otaqdan ibarət sahəsi 186 kv/m olan 34 saylı, «B» korpusunun 13-cü mərtəbəsində yerləşən 3 otaqdan ibarət sahəsi 155.08 kv/m olan 39 saylı mənzilin və «E» korpusunun 12-ci mərtəbəsində yerləşən 4 otaqdan ibarət sahəsi 214.14 kv/m olan 24 saylı yaşayış və qeyri-yaşayış sahələrinin naturada iddiaçılara təhvil verilməsi və əmlaka yönəldilmiş maneələrin aradan qaldırılması vəzifəsinin cavabdeh «xxxx» MMC-yə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 iyul 2013-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, “xxxx” MMC ilə iddiaçılar arasında bağlanmış 22 yanvar 2013cü il tarixli, 48, 541 nömrəli və 18 fevral 2013-cü il tarixli 50, 51, 52, 544, 548, 549, 550, 551, 552 nömrəli müqavilələrin 5.4-cü bəndinin etibarsız hesab edilməsi və alqı-satqı müqavilələrinə əsasən iddiaçıların əldə etdiyi Bakı şəhəri Atatürk prospekti 3078 “A” məhəlləsində yerləşən cavabdeh təşkilat tərəfindən yeni inşa edilmiş yaşayış binasının “A” korpusunda hər biri 39 kv/m olan 3 qeyri-yaşayış sahəsinin, həmin korpusda yerləşən sahəsi 200 kv/m olan obyektin, bundan əlavə “A 4” korpusunun 17-ci mərtəbəsində yerləşən 3 otaqdan ibarət sahəsi 139 kv/m olan 34 sa ylı, həmin korpusun 18-ci mərtəbəsində yerləşən sahəsi 145.11 kv/m olan 35 saylı, sahəsi 138.97 kv/m olan 3 otaqdan ibarət 36 saylı mənzillərin, “A 5” korpusunun 12-ci mərtəbəsində yerləşən 3 otaqdan ibarət sahəsi 139 kv/m olan 24 saylı və həmin korpusun 17-ci mərtəbəsində yerləşən 3 otaqdan ibarət sahəsi 186 kv/m olan 34 saylı mənzillərin, bundan başqa “B” korpusunun 13-cü mərtəbəsində yerləşən 3 otaqdan ibarət sahəsi 155.08 kv/m olan 39 saylı mənzilin və “E” korpusunun 12-ci mərtəbəsində yerləşən 4 otaqdan ibarət sahəsi 214.14 kv/m olan 24 saylı yaşayış və qeyri-yaşayış sahələrinin naturada iddiaçılara təhvil verilməsi və əmlaka yönəldilmiş maneələrin aradan qaldırılması vəzifəsinin cavabdeh “xxxx” MMC-yə həvalə edilməsi qət edilmişdir. Cavabdeh “xxxx” MMC apellyasiya şikayəti verərək qə tnamənin ləğv olunmasını və iddianın rədd edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 dekabr 2013-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 iyul 2013-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra həmin qətnamədən müstəqil tələb irəli sürməyən X1 apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30.11.2016-cı il tarixli qətnaməsi ilə maraqlı şəxs X1nın apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 iyul 2013-cü il tarixli qətnaməsi qismən - Bakı şəhəri Atatürk prospekti 3078 «A» məhəllədə inşa edilmiş yüksək mərtəbəli yaşayış binasının "B" korpusunun 13-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 15 5,08 kv.m., yaşayış sahəsi 85,36 kv.m. olan, 3 otaqlı mənzilə aid hissədə ləğv edilmiş, həmin hissədə iddia təmin edilməmişdir. İddiaçı1 həmin qətnamədən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 02.06.2017-ci il tarixli qərarı ilə İddiaçı1 kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30.11.2016-cı il tarixli qətnaməsi ləğv edilmiş, X1na Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 403.2-ci maddəsinin tələbinə müvafiq olaraq Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24.12.2013-cü il tarixli qətnaməsindən təqdimat verilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinə müraciət etmək hüququ olması izah edilmişdir. Həmin qərar qəbul edildikdən sonra X2 Bakı Apellyasiya Məhkəməsinin 24 dekabr 2013 -cü il tarixli qətnaməsindən təqdimat verilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinə müraciət etmişdir. Ali Məhkəmənin sədri təqdimat verərək Bakı Apellyasiya Məhkəməsinin 24.12.2013-cü il tarixli qətnaməsinin ləğv edilməsini və işin apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respbulikası Ali Məhkəməsinin 21.12.2017-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin təqdimatı təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 dekabr 2013-cü il tarixli qətnaməsi ləğv edilmiş və işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 27 avqust 2018-ci il tarixli qətnaməsi ilə “xxxx” MMC-nin və X2nın apellyasiya şikayəti təmin edilmədən, Binəqədi rayon məhkəm əsinin 22 iyul 2013-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən X2 kasassiya şikayəti vermişdir. X2nın kasassiya şikayəti əsasında iş kasassiya icraatına daxil olduqdan sonra X3 Bakı Apellyasiya Məhkəməsinin 27 avqust 2018-ci il tarixli qətnaməsindən təqdimat verilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin Sədrinə müraciət etmişdir. X2 müraciətini onunla əsaslandırmışdır ki, hazırkı işə baxılarkən işdə iştirak etməyə cəlb edilməmişdir və Bakı Apellyasiya Məhkəməsinin 27 avqust 2018-ci il tarixli qətnaməsi onun qanunla qorunan maraqlarına toxunur. X2un müraciəti əsasında Ali Məhkəmənin sədri təqdimat verərək Bakı şəhəri Atatürk prospekti 3078 “A” məhəlləsində yerləşən “xxxx” MMC-nin inşa etdiyi çoxmənzilli yaşayış binasının “A” korpusunda yerləşən 39 kv. m 3 ayrı-ayrı qeyri-yaşayış sahəsinə dair İddiaçı3la “xxxx” MMC arasında bağlanmış 50,51 və 52 saylı 18.02.2013-cü il tarixli müqavilələrə və həmin korpusda yerləşən 200 kv. m ölçüdə qeyri-yaşayış sahəsinə dair İddiaçı1la “xxxx” MMC arasında bağlanmış 48 saylı 22.01.2013-cü il tarixli müqavilələrə dair hissələrdə iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Məhkəmə kollegiyası izahatları dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, maraqlı şəxs X1 kassasiya şikayəti və Ali Məhkəmənin sədrinin təqdimatı təmin edilməklə apellyasiya məhkəməsinin qətnaməsi Bakı şəhəri Atatürk prospekti 3078 «A» məhəlləsində yerləşən “B” korpusunun 13-cü mərtəbəsində yerləşən 3 otaqdan ibarət sahəsi 155.08 kv/m olan 39 saylı mənzilə aid hissədə və “A” korpusunda hər birinin sahəsi 39 kv/m olan 3 qeyri-yaşayış sahəsinə, həmin korpusda yerləşən sahəsi 200 kv/m olan qeyri-yaşayış sahəsinə dair hissədə ləğv edilməli və iş həmin hissələrdə yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 403.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin müraciətinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadından təqdimat verə bilər. Müraciətə əlavə edilmiş sənədlərlə müəyyən edilir ki,”xxxx” MMC ilə X2 arasında 03 aprel 2006-cı il tarixli müqavilə bağlanmışdır. Müqavilənin predmeti Bakı şəhəri, Atatürk prospekti 3078 «a» məhəllənin şimal hissəsində 0,553 ha torpaq sahəsində layihə sənədlərinə uyğun olaraq qüsursuz və D övlət Tikinti Komitəsi tərəfindən təsdiq olunmuş, tikinti norma və qaydalarına görə çoxmərtəbəli binaların tikintisi, həmin sahədə aparılan tikintinin X3 tərəfindən maliyyələşdirilməsi və MMC ticarət mərkəzinin «C» korpusu 1-ci və 2-ci mərtəbələr 1-10 rəqəm oxları ilə K-P hərf oxları arasında sahəsi 602,4 kv.m.;-«A2» korpusu 1-ci və 2-ci mərtəbələr 10-17 rəqəm oxları ilə K-P hərf oxları arasında sahəsi 518,4 kv.m.;-«E» korpusu 1-ci və 2-ci mərtəbələr 18-27-L-İ oxları ilə K-P oxları arasında sahəsi 738 kv.m.;-«A3» korpusu İ-Ğ oxları arasında sahəsi 518,4 kv.m.;-«B» korpusu Ğ-D35-26 oxları arasında sahəsi 654 kv.m.;-«A4» korpusu 16-26 rəqəm oxları ilə A-Ç hərf oxları arasında sahəsi 518,4 kv.m.;-«A5» korpusu 9-15 rəqəm oxları ilə A-Ç hərf oxları arasında sahəsi 518,4 kv.m.;-«D» korpusu 1-9 rəqəm oxları ilə A-Ç hərf oxları arasında sahəsi 496 kv.m.; beləliklə, cəmi sahəsi 4564 kv.m, təşkil edən obyektlərin X2 satılması olmuşdur. Bu məqsədlə X2 müqavilə bağlanan gün MMC-nin hesabına 600000 ABŞ dolları ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin həmin müqavilə üzrə MMC-nin üzərinə götürdüyü vəzifələr müəyyən edilmişdir. Belə ki, X2 tərəfindən ödənilmiş 600.000 ABŞ dolları pulun müqabilində MMC ticarət mərkəzinin «C» korpusu 1-ci və 2-ci mərtəbələr 1-10 rəqəm oxları ilə K-P hərf oxları arasında sahəsi 602,4 kv.m.;-«A2» korpusu 1-ci və 2-ci mərtəbələr 10-17 rəqəm oxları ilə K-P hərf oxları arasında sahəsi 518,4 kv.m.;-«E» korpusu 1-ci və 2-ci mərtəbələr 18-27-L-İ oxları ilə K-P oxları arasında sahəsi 738 kv.m.;-«A3» korpusu İ-Ğ oxları arasında sahəsi 518,4 kv.m.;-«B» korpusu Ğ-D-35-2 6 oxları arasında sahəsi 654 kv.m.;-«A4» korpusu 1626 rəqəm oxları ilə A-Ç hərf oxları arasında sahəsi 518,4 kv.m.;-«A5» korpusu 9-15 rəqəm oxları ilə A-Ç hərf oxları arasında sahəsi 518,4 kv.m.;-«D» korpusu 1-9 rəqəm oxları ilə AÇ hərf oxları arasında sahəsi 496 kv.m.; beləliklə, cəmi sahəsi 4564 kv.m, təşkil edən obyektləri sonuncuya satmışdır. “xxxx” MMC müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam yerinə yetirmədiyi üçün X2un verdiyi iddia əsasında 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qanuni qüvvədə olan 13 avqust 2013-cü il tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən Bakı şəhəri, Atatürk prospekti 3078 “a” məhəllənin şimal hissəsində 0.553 ha torpaq sahəsində inşa olunmuş ticarət mərkəzinin otaqlarının faktiki sahəsi təsdiq olunmuş layihəyə uyğun inşa edilməməsinə dair MMC-nin hər əkətinin qanunsuz hesab edilməsi, cavabdeh “xxxx” MMC tərəfindən Bakı şəhəri, Atatürk prospekti 3078 “a” məhəllənin şimal hissəsində 0.553 ha torpaq sahəsində inşa olunmuş ticarət mərkəzinin otaqlarının faktiki sahəsinin nəzərdə tutulduğundan az olduğu üçün, yəni 318,16 kv.m. artıq sahəyə görə 03.04.2006-cı il tarixdə ödənilmiş 41.825,32 ABŞ dolları həcmində pul vəsaiti geri qaytarılması və həmin obyektlərdə təmir və tamamlama işlərinin aparılması üçün obyektlərin qeyd şərtsiz iddiaçı X2 verilməsi və işlərin görülməsi zamanı “xxxx”MMC tərəfindən müdaxilələrin və maneələrin aradan qaldırılması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. X7 irəli sürdüyü dəlillərdən görünür ki, mübahisəli ərazidə “xxxx” MMC-nin inşa edilmiş çoxmənzilli yaşayış binalarının 1-ci və 2-ci mərtəbələrində yerləşən bütün qeyriyaşayış sahələri qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrası ilə əlaqədar Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib edilmiş akt əsasında 14 avqust 2014-cü ildə onun sahibliyinə verilmiş və həmin ərazidə başqa qeyri-yaşayış sahələri mövcud deyildir. Lakin qeyd edilən hallara baxmayaraq “xxxx” MMC yuxarıda göstərilən qeyriyaşayış sahələrindən “A” korpusunda yerləşən hər birinin sahəsi 39 kv m ölçüdə olan 3 ayrı-ayrı qeyri-yaşayış sahəsini İddiaçı3la bağladığı 18 fevral 2013-cü il tarixli 50, 51 və 52 saylı müqavilələrlə 234000 manat pulun müqabilində sonuncuya, “A” korpusunda yerləşən 200 kv m ölçüdə olan qeyri-yaşayış sahəsini İddiaçı1la bağladığı 22 yanvar 2013-cü il tarixli 48 saylı müqavilə ilə 700000 manat pulun müqabilində sonuncuya satmışdır. Göstərilən m üqavilələr üzrə öhdəliklərini yeirinə yetirdiklərini, lakin “xxxx” MMC-nin öz öhdəliklərini yerinə yetirmədiyini göstərməklə Anar və İddiaçı1 hazırkı iş üzrə iddianı vermişlər və iş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları o cümlədən Bakı Apellyasiya Məhkəməsinin 27 avqust 2018-ci il tarixli qətnaməsi qəbul edilmişdir. Məzmunundan göründüyü kimi Bakı Apellyasiya Məhkəməsinin 27 avqust 2018-ci il tarixli qətnaməsi ilə ərizəçi X2un sahibliyində olan qeyri-yaşayış sahələrinin, yenidən Anar və İddiaçı1lara verilməsi qət edilmişdir. Beləliklə işin göstərilən halları onu təsbit edir ki, X2 hazırkı iş üzrə işdə iştirak etməyə cəlb edilməmişdir və Bakı Apellyasiya Məhkəməsinin 27 avqust 2018-ci il tarixli qətnaməsi onun qanunla qorunan maraqlarına toxunur. Bununla yanaşı iş materiallarından gör ünür ki, “xxxx” MMC ilə X1 arasında bağlanmış 29.01.2004-cü il tarixli 257 saylı müqaviləyə əsasən “xxxx” MMC Bakı şəhəri Atatürk prospekti 3078 “A” məhəllənin şimal hissəsində 0,553 ha torpaq sahəsində inşa etdiyi çoxmərtəbəli yaşayış binasının “B” korpusunun 13-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 155,08 kv.m olan, 3 otaqlı yaşayış sahəsi müqavilənin 2-ci bəndində sadalananlarla təchiz etməklə alıcıya, yəni X1na təhvil verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3-cü və 4-cü bəndlərinə əsasən, alıcı həmin mənzilin müqabilində 3 gün ərzində 26364 ABŞ dolları pulu “xxxx” MMC-yə ödəmişdir. 18 fevral 2013-cü il tarixdə “xxxx” MMC eyni mənzilə dair İddiaçı2la müqavilə bağlamış və müqavilənin şərtinə görə mənzili borcun təminatı kimi girov qoymuşdur. “xxxx” MMC-nin Bakı şəhəri Atatürk prospekt i 3078 “A” məhəlləsində tikilmiş yüksək mərtəbəli yaşayış kompleksinin yaşayış və qeyri- yaşayış sahələrinin satişinı və qeydiyyatının aparılmasını həyata keçirən vəzifəli şəxslərinin əvvəllər satılmış yaşayış sahələrinin yenidən satılmasına, ayrı-ayrı şəxslərin adına sənədləşdirilməklə mülkiyyətçilərin hüquqularının pozulması hallarına yol verdiklərinə görə barələrində cinayət işi başlanmışdır. Həmin cinayət işi üzrə Ağır Cinayətlər Məhkəməsinin 07 sentyabr 2015-ci il tarixli hökmünə əsasən X4, X8, X13, X1, X9 və X12 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirli bilinmişlər və X1 zərərçəkmiş şəxs qismində tanınaraq ona məhkəməyə mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd ed ilən hökmə istinad etməklə qəbul etdiyi qətnamənin onunla əsaslandırmışdır ki, X1nın cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınması və ona mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olmasının izah edilməsi qeyd edilən cinayət işi üzrə cinayət əməllərinə görə təqsirli bilinmiş şəxslərdən zərərin əvəzini tələb etmək hüquqlarının mövcudluğunu ehtiva edir və bu səbəbdən də X1 cavabdeh “xxxx” MMC-dən pul kompensasiyası tələb edə bilər. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab eidr. İş materiallarından göründüyü kimi “xxxx” MMC ilə X2 arasında mübahisə predmeti olan mənzillə bağlı 29.01.2004-cü il tarixli müqavilə bağlandığından sonra MMC həmin məznili başqa şəxsə satmış və mənzili d igər şəxsin sahibliyinə və istifadəsinə verməmişdir. Həmçinin iş materiallarından göründüyü kimi müqavilə bağlandıqdan sonra X2 mənzilin dəyərini tam ödədiyi halda MMC İddiaçı2la bağladığı 18 fevral 2013-cü il tarixli müqavilə ilə sonuncunun verdiyi 26364 ABŞ dolları məbləğində pulun müqabilində həmin mənzili ipotekaya qoymuşdur. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilməmiş və reyestrdə qeydə alınmamışdır. Beləliklə işin göstərilən halları onu tısbit edir ki, MMC tərəfindən X2ya satılmış Atatürk prospekti 3078 “A” məhəllənin şimal hissəsində 0,553 ha torpaq sahəsində inşa etdiyi çoxmərtəbəli yaşayış binasının “B” korpusunun 13-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 155,08 kv.m olan, 3 otaqlı 39 saylı mənzil başqa şəxsin hüququları (mülkiyyət, istifadə sahiblik) yüklü deyildir. Görü ndüyü kimi iddianın rədd edilməsi əsası kimi X2nın MMC-dən mənzil deyil, pul tələb etməli olması barədə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İşin göstərilən hallarına və MPM-nin 403.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin 27.08.2018-ci il tarixli qətnaməsi Bakı şəhəri Atatürk prospekti 3078 “A” məhəlləsində yerləşən “xxxx” MMC-nin inşa etdiyi çoxmənzilli yaşayış binasının “A” korpusunda yerləşən 39 kv.m 3 ayrı-ayrı qeyriyaşayış sahəsinə dair İddiaçı3la “xxxx” MMC arası nda bağlanmış 50,51 və 52 saylı 18.02.2013-cü il tarixli müqavilələrə və həmin korpusda yerləşən 200 kv. m ölçüdə qeyriyaşayış sahəsinə dair İddiaçı1la “xxxx” MMC arasında bağlanmış 48 saylı 22.01.2013-cü il tarixli müqavilələrə dair və Bakı şəhəri Atatürk prospekti 3078 «A» məhəlləsində yerləşən “B” korpusunun 13-cü mərtəbəsində yerləşən 3 otaqdan ibarət sahəsi 155.08 kv/m olan 39 saylı mənzilə dair hissələrdə ləğv edilməli və iş həmin hissələrdə yeni apellyasiya baxışına qaytarılmalıdır. Ona görə ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi həmin hissələrdə prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır və bu iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.3-cü maddəsinə görə prosessual hüqu q normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: X1nın kassasiya şikayəti və Ali Məhkəmənin sədrinin təqdimatı təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 27 avqust 2018-ci il tarixli qətnaməsi Bakı şəhəri Atatürk prospekti 3078 «A» məhəlləsində yerləşən “B” korpusunun 13-cü mərtəbəsində yerləşən 3 otaqdan ibarət sahəsi 155.08 kv/m olan 39 saylı mənzilə aid hissədə və “A” korpusunda hər biri 39 kv/m olan 3 ayrı-ayrı qeyri yaşayış sahəsinə və sahəsi 200 kv/m olan qeyri-yaşayış sahəsinə dair hiss ələrdə ləğv edilsin. İş həmin hissələrdə yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar