Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3557/2021 07.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İlkin İddiaçı2 (İddiaçı1 hüquqi varisi) Cavabdeh qarşı; Qarşılıqlı iddiaçı Cavabdeh İddiaçı2 (İddiaçı1 hüquqi varisi) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müqavilənin bağlanmış sayılması, maneçiliyin aradan qaldırılması, əqdin etibarsız hesab edilməsi tələbləri) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı1 hüquqi varisi İddiaçı2, vəkili X10 oğlunun, Cavabdeh, onun və maraqlı şəxs x qızının vəkili Vəkil, Cavabdeh vəkili X11 iştirakı ilə, Gəncə Apellyasiya Məhkəmə sinin Mülki Kollegiyasının x nömrəli iş üzrə 25 noyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh və maraqlı şəxs x qızı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Dövlət Arxivinin Şəmkir filialı tərəfindən 13.11.2018-ci il tarixdə verilmiş, k-1-956 nömrəli arxiv arayışından görünür ki, “XXİİ Partiya Qurultayı” kolxozunun qaytanlanmış torpaq kitabının 253-cü sıra nömrəsində Nazluxanyan Zarmikin adına 0.18 hektar həyətyanı torpaq sahəsi qeyd edilmişdir. 2. 02.12.1988-ci il tarixdə Ermənistan SSR, Krasnoselsk rayonu, Çaykənd kəndində tərtib edilmiş və Rayon İcraiyyə Komitəsinin Nümayəndəsi, R.Markosyan, Ermənistan SSR, Krasnoselsk rayonu, Çaykənd kəndinin sakini İ ddiaçı1, Şamxor (indiki Şəmkir) rayonu, Barsum (indiki Yuxarı Çaykənd) kəndinin sakini X7 tərəfindən imzalanmış, Ermənistan SSR, Krasnoselsk rayonu, Gölkənd kənd İcraiyyə Komitəsinin möhrü ilə təsdiq edilmiş müqavilədən görünür ki, İddiaçı1 ilə X7 həmin tarixdə yaşayış evlərinin dəyişdirilməsi barədə müqavilə bağlamış, həmçinin başqa şəxslərlə müqavilə bağlamayacaqlarına zəmanət vermiş və hazırkı müqaviləni öz imzaları ilə təsdiq etmişdir.
3. Şamxor (indiki Şəmkir) rayonu dəyişmə bürosuna təqdim etmək üçün 03.12.1988-ci il tarixdə Çaykənd kənd sovetinin sədri X tərəfindən verilmiş arayışdan görünür ki, 1926-cı il təvəllüdlü İddiaçı1 Ermənistan SSR, Krasnoselsk rayonu, Çaykənd kəndində yerləşən ümumi sahəsi 119 kv.m olan üç otaqlı şəxsi evi ilə həqiqətən, Azərbaycan SSR, Şamxor (indiki Şəmk ir) rayonu, Barsum kəndində yerləşən, ümumi sahəsi 78 kv.m olan iki otaqlı evi və 0.18 hektar torpaq sahəsini məşğul etmişdir.
4. Azərbaycan Respublikası Qaçqınlar Cəmiyyəti tərəfindən 14.02.1998-ci il tarixdə verilmiş arayışdan görünür ki, Ermənistan SSR, Krasnoselsk rayonu, Çaykənd kəndinin sabiq sakini İddiaçı1 həqiqətən, Şəmkir (keçmiş Şamxor) rayonu, Yuxarı Çaykənd (Barsum) kəndində yaşayır.
5. Azərbaycan Respublikası Dövlət Arxivinin Şəmkir filialı tərəfindən 13.11.2018-ci il tarixdə verilmiş, k-1-349 nömrəli arxiv arayışından görünür ki, “Pravda” adına sovxoza aid əmrlər kitabında mərhum İddiaçı1 Məhəmməd oğlu 01.12.1990-cı il tarixli 45 nömrəli əmrlə dəmirçi vəzifəsinə işə qəbul edilmiş, 05.09.1991-ci il tarixli 18 nömrəli əmrlə dəmirçi işindən azad olunub, 45-61-AQH nömrəli avtoma şına sürücü vəzifəsinə keçirilmiş, 05.07.1996-cı il tarixli 107 nömrəli əmri ilə işdən azad olunmuşdur.
6. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən 18.12.2018-ci il tarixdə İddiaçı2 ünvanlanmış, **********07 nömrəli məktubdan görünür ki, 02.12.1988-ci il tarixli müqavilə əsasında sahib olduğu, Dövlət arxivinin Şəmkir Filialının 13.11.2018-ci il tarixli arayışına əsasən Şəmkir rayonu, Yuxarı Çaykənd kəndində yerləşən 0.18 hektar həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatı ilə bağlı aparılan araşdırma zamanı iddia olunan torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evində başqa vətəndaşın məskunlaşdığı məlum olmuş və həmin şəxs ölçü işlərinin aparılma sına icazə verməmişdir.
7. Şəmkir rayonu X15 tərəfindən 28.01.2019-cu il tarixdə verilmiş 02 nömrəli arayışdan görünür ki, Cavabdeh həqiqətən hal-hazırda ailə üzvləri ilə birlikdə Şəmkir rayonu, Yuxarı Çaykənd kəndində müvəqqəti məskunlaşmış və yaşadığı evin bütün kommunal xərcləri onun tərəfindən ödənilir.
8. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 14.06.2019-cu il tarixdə verilmiş ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Şəmkir rayonu, Yuxarı Çaykənd kəndində 0,12 ha torpaq sahəsi x qızının xüsusi mülkiyyətindədir.
9. AN 399020 saylı torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Şəmkir rayonu, Yuxarı Çaykənd kəndində 0,12 ha torpaq sahəsinin koordinatları Şəmkir rayon X12 torpaq sahəsinin ayrılması barədə 03.06.2019-cu il tarixli qə rarı ilə x qızının adına işlənmişdir.
10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27.08.2020-ci il tarixli, 4574 saylı rəyindən görünür ki, Dövlət arxivinin Şəmkir Filialı tərəfindən 13.11.2018-ci il tarixdə verilmiş, k-1-956 nömrəli arxiv arayışında qeyd olunan “XXİİ Partiya Qurultayı” kolxozunun qaytanlanmış torpaq kitabının 253-cü sıra nömrəsində qeyd olunan Şəmkir rayonu, Yuxarı Çaykənd kəndində yerləşən 0.18 hektar həyətyanı torpaq sahəsinin cizgi sxem və koordinatları olmadığı üçün onun naturada yerinin müəyyən edilməsi mümkün deyildir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 14.06.2019-cu il tarixdə verilmiş ********** qeydiyyat nömrəli çıxarışda göstərilən, x qızının xüsusi mülkiyyətində olan, Şəmkir rayonun Yux arı Çaykənd kəndində yerləşən 0,12 ha torpaq sahəsinin koordinatları x qızının faktiki istifadəsində olan torpaq sahəsinin 0,12 ha hissəsi ilə eynilik təşkil edir. Dövlət arxivinin Şəmkir Filialı tərəfindən 13.11.2018-ci il tarixdə verilmiş, k-1-956 nömrəli arxiv arayışında qeyd olunan “XXİİ Partiya Qurultayı” kolxozunun qaytanlanmış torpaq kitabının 253cü sıra nömrəsində qeyd olunan Şəmkir rayonu, Yuxarı Çaykənd kəndində yerləşən 0.18 hektar həyətyanı torpaq sahəsinin koordinatları olmadığı üçün hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 14.06.2019-cu il tarixdə verilmiş ********** qeydiyyat nömrəli çıxarışda göstərilən x qızının xüsusi mülkiyyətində olan Şəmkir rayonu, Yuxarı Çaykənd kəndində yerləşən 0,12 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düş üb-düşməməsini müəyyən etmək mümkün deyildir. Rəyin qeyd hissədə göstərilmişdir ki, torpaq islahatının nəticələrini əks etdirən kompleks yerquruluşu layihəsində sözügedən fərdi yaşayış evinin və onun yerləşdiyi torpaq sahəsi 461s (sahibsiz) adlı torpaq sahəsi kimi qeydə alınmışdır. Daşınmaz əmlakın dövlət reyestrindən ********** nömrə ilə qeydiyyata alınmış torpaq sahəsi kompleks yerquruluşu layihəsində göstərilən 461s (sahibsiz) adlı torpaq sahəsinin yerləşdiyi ərazi ilə üst-üstə düşdüyündən, iddiaçı tərəfindən təqdim olunan və üzərində fərdi yaşayış evi olan tikili ilə bağlı hər hansı hüquqmüəyyənedici və ya texniki sənəd təqdim olunmadığı üçün tikilinin kimə məxsus olması müəyyən olunmadı. Hal-hazırda fərdi yaşayış evi Cavabdeh Mail oğlu tərəfindən istifadə edilir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
11. İlkin İddiaçı2 (İddiaçı1 hüquq varisi) Cavabdeh qarşı iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, Şəmkir rayonu, Yuxarı Çaykənd (keçmiş Barsum) kəndində yaşamış, X2 02.12.1988-ci il tarixli müqavilə əsasında dəyişdirdiyi 0.18 hektar həyətyanı torpaq sahəsinin və fərdi yaşayış evinin dövlət qeydiyyatına alınmasına cavabdeh tərəfindən göstərilən maneənin aradan qaldırılaraq mülkdə ölçmə işlərinin aparılmasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. İlkin iddiaçı tələbin həcmini artıraraq, 02.12.1988-ci il tarixdə Ermənistan SSR-in Krasnoselsk rayonu, Çaykənd kəndinin sakini İddiaçı1 ilə Azərbaycan SSR-in Şamxor rayonu, Barsum (indiki Yuxarı Çaykənd) kəndinin sakini X2 bağlanmış yaşayış evl ərinin dəyişdirilməsi barədə olan, yəni Şamxor rayonu, Barsum (indiki Yuxarı Çaykənd) kəndində yerləşən 0.18 hektar həyətyanı torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinə dair müqavilənin bağlanmış hesab edilməsi barədə əlavə ərizə ilə Şəmkir Rayon Məhkəməsinə müraciət etmişdir.
13. İlkin iddia onunla əsaslandırılmışdır ki, cavabdeh Kəlbəcər rayonundan məcburi köçkün kimi Şəmkir rayonunun Yuxarı Çaykənd kəndində onunla qonşu olmuş, aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. Mərhum atası İddiaçı1 Ermənistan SSR-in Krasnoselsk rayonunun Çaykənd kəndindən qaçqın düşmüş və 02.12.1988-ci tarixli müqavilə əsasında Şəmkir rayonunun Barsum (indiki Yuxarı Çaykənd) kəndində yaşamış, X1 məxsus olmuş, həmin kənddə yerləşən 0.18 hektar həyətyanı torpaq sahəsini və üzərində ye rləşən fərdi yaşayış evini, özünə məxsus olmuş, Ermənistan SSR-in Krasnoselsk rayonunun Çaykənd kəndində yerləşən torpaq sahəsi və evi ilə dəyişmişdir. Həmin vaxtdan da mərhum atası öz ailəsi ilə birlikdə həmin fərdi yaşayış evində yaşamışdır. Cavabdeh isə 1993-cü ildə ailəsi ilə birlikdə həmin kənddə, onlarla qonşuluqda yerləşən, başqa bir erməni millətindən olan şəxsə məxsus olmuş fərdi yaşayış evinə köçmüşdür. Mərhum atası səhhətində olan problemlə bağlı 1998-ci ildə ailəsi ilə birlikdə Bakı şəhərinə köçmüşdür. Səhhəti imkan vermədiyinə görə qayıda bilməmişdir. Ona görə də mübahisəli fərdi yaşayış evinə baxıb nəzarət etməyi cavabdehə həvalə etmişdir. Sonradan atası həmin mübahisəli evi öz adına sənədləşdirmək üçün DƏDRX-nın 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etmişdir. Lakin üçüncü şəxsin əməkdaşları həmin evə gedib ölçmə işlərini aparmaq istədikdə, cavabdeh onları evə buraxmamış və ölçmə işlərinin aparılmasına mane olmuşdur. Cavabdeh qaçqın olmasından istifadə edərək mübahisəli evin artıq ona məxsus olduğunu bildirmişdir. Bu səbəbdən də ölçmə işlərinin aparılması mümkün olmamış və üçüncü şəxsin əməkdaşları ölçmə işlərinin aparılmasını dayandırmaq məcburiyyətində qalmışdır. Halbuki, mərhum atası həmin mübahisəli fərdi yaşayış evini dəyişmə müqaviləsi əsasında qanuni şəkildə əldə etmişdir. Çünki 1988-ci il tarixdə baş vermiş məlum hadisələr səbəbindən mərhum atası evini dəyişdiyi erməni ilə müqaviləni notarial qaydada bağlaya bilməmiş, onlar macal tapıb həmin müqaviləni yalnız kənd icra nümayəndəsində təsdiqlədə bilmişdir. Ona baxmayaraq, mərhum atası özünə məxsus evi qarşı tərəfə vermiş, qarşı tərəf də özünə məxsus evi atasına vermişdir. Onlar arasında bağlanmış müqavilə həmin vaxt qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Belə ki, mərhum atası ilə x arasında bağlanmış dəyişdirmə müqaviləsinə görə mərhum atası üzərinə düşən öhdəliyi icra etməklə Ermənistan SSR-in Krasnoselsk rayonunun Çaykənd kəndində yerləşən evini erməni millətindən olmuş xə təhvil verməklə əqdi icra etmiş, lakin digər tərəf əqdi icra etməmiş və Ermənistan SSR-yə köçməsi ilə bağlı onlar arasında olan müqaviləni notarial qaydada təsdiq etdirə bilməmişdir.
14. Eyni zamanda Cavabdeh, İddiaçı2 (İddiaçı1 hüquq varisi) qarşı qarşılıqlı iddia ərizəsi verərək, 02.12.1988-ci il tarixli dəyişmə müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişd ir.
15. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, ilkin iddia ərizəsində erməni millətindən olan şəxsin adı Zarmik göstərilmiş, lakin sözügedən dəyişmə müqaviləsində isə x kimi qeyd olunmuşdur. Eləcə də, iş materiallarına əlavə edilmiş arxiv arayışında xin adı və soyadı göstərilsə də, ata adı qeyd edilməmişdir. Bu da həmin adamın eyni adam olması ilə bağlı əsaslı şübhələr yaradır. Bundan başqa, iddia ərizəsinə əlavə edilən arxiv arayışında “XXİİ Partiya Qurultayı” kolxozunun Şəmkir rayonunun Barsum (indiki Yuxarı Çaykənd) kəndinin ərazisində olması da şübhə doğurur. Bu halı da təsdiq edən sənədlər iddiaçı tərəfindən iş materiallarına əlavə edilməmişdir. İlkin iddiaçının mərhum atası İddiaçı1 öz sağlığında 1988-ci ildə tərtib etdiyi dəyişmə müqaviləsinin əhəmiyyətsiz və etibarsız əqd o lduğunu bildiyindən, bu keçən 21 il ərzində nə iddia qaldırmamış, nə də həmin mübahisəli evin və torpaq sahəsinin qeydə alınması ilə bağlı heç bir aidiyyəti dövlət orqanına müraciət etməmişdir. Çünki dəyişmə müqaviləsi həmin vaxt qüvvədə olan mülki qanunvericiliyin tələblərinə zidd olmuşdur. Eləcə də, həmin dəyişmə müqaviləsi bağlanan zaman qüvvədə olan mülki qanunvericiliyin tələbinə görə müqavilədən irəli gələn tələblər üzrə iddia müddəti üç il həddində müəyyən edilmişdir. Göründüyü kimi mərhum İddiaçı1 qanunla müəyyən olunan iddia müddətini ötürmüş və iddia müddətinin bərpa edilməsi barədə heç bir ərizə verməmişdir. Eləcə də, Şəmkir rayonun X12 19 mart 2019-cu il tarixli 10 nömrəli arayışından görünür ki, Şəmkir rayonu Yuxarı Çaykənd kəndinin ərazisində hazırda mübahisə olunan ev və evi n yerləşdiyi 0,36 ha-dan ibarət torpaq sahəsi bələdiyyə mülkiyyətinə keçmişdir. Hesab edir ki, ilkin iddiaçının bağlanmış hesab edilməsini tələb etdiyi dəyişmə müqaviləsi əhəmiyyətsiz əqd olduğuna görə bağlandığı andan etibarsızdır.
16. Şəmkir Rayon Məhkəməsinin 24.05.2019-cu il tarixli, 2(076)-542/2019 saylı qətnaməsi ilə (hakim N.Paşayev) ilkin iddia qismən təmin edilmiş, 02.12.1988-ci il tarixdə Ermənistan SSR-in Krasnoselsk rayonu, Çaykənd kəndinin sakini İddiaçı1 ilə Azərbaycan SSR-in Şamxor (indiki Şəmkir) rayonu, Barsum (indiki Yuxarı Çaykənd) kənd sakini olmuş X7 arasında bağlanmış, “XXİİ Partiya Qurultayı” kolxozunun qaytanlanmış torpaq kitabının 253-cü sıra nömrəsində onun adına olan, Şamxor rayonu, Barsum (indiki Yuxarı Çaykənd) kəndində 0.18 hektar həyətyanı torpaq sahəsində in şa edilmiş fərdi yaşayış evi ilə İddiaçı1 adına olmuş Ermənistan SSR-in Krasnoselsk rayonu, Çaykənd kəndində yerləşən fərdi yaşayış evinin dəyişdirilməsi müqaviləsinin bağlanmış hesab edilməsi, Şəmkir (keçmiş Şamxor) rayonunun Yuxarı Çaykənd (keçmiş Barsum) kəndində yaşamış X2 02.12.1988-ci il tarixli müqavilə əsasında dəyişdirdiyi 0.18 hektar həyətyanı torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi üzərində ilkin İddiaçı1 hüquq varisi İddiaçı2 mülkiyyət hüququnun qeydə alınması ilə əlaqədar Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinin əməkdaşlarının həmin ünvanda həyata keçirdiyi fəaliyyətə Cavabdeh tərəfindən yaradılan maneənin aradan qaldırılması, ilkin iddianın qalan hissədə və qarşılıqlı iddianın bütövlükdə rədd edilməsi qət edilmişdir.
17. Məhkəmə möv qeyini belə əsaslandırmışdır ki, mübahisə predmeti olan müqavilə 1988-ci ildə hamıya bəlli olan hadisələr vaxtı yazılı formada tərtib edilmiş, tərəflər iradəsini ifadə etmiş, həmin vaxt müqavilənin əlyazma ilə yazılması və yaxud makinada yazılması tərəflərin iradələrindən asılı olmamış, çünki həmin vaxt tərəflərin seçim imkanı olmamışdır. Eləcədə də müqavilədə digər tərəfin adının “ x”, iddia ərizəsində “Zarmik” kimi yazılması, arxiv arayışında isə ata adının yazılmaması ənənəvi texniki səhv olmuşdur. Mərhum İddiaçı1 mübahisəli fərdi yaşayış evi barədə bağladığı dəyişmə müqaviləsi etibarlı hesab edildiyinə görə hazırkı vəziyyətdə onun mübahisəli fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun qeydə alınması üçün əsas yaranmışdır. Cavabdehin isə həmin hüququn qeydə alınmasına mane olmasına h eç bir hüququ yoxdur. İlkin iddiaçının mərhum atası mübahisəli fərdi yaşayış evini əvəzli olaraq əldə etmiş, və həmin ev üzərində sahiblik və istifadə hüququna malik olmuşdur. Ona görə də onun mübahisəli daşınmaz əmlak üzərində mülkiyyətə gözlənti hüququ yaranmışdır. Mübahisə predmeti olan dəyişmə müqaviləsində tərəflər üçün yalnız fərdi yaşayış evlərinin dəyişdirilməsi ilə bağlı iradələrini ifadə etmişdir. Çünki həmin vaxt qüvvədə olan qanunvericiliyə görə torpaq sahəsi alqı-satqının və ya yaxud dəyişmə müqaviləsinin predmeti ola bilməzdi. Həmin vaxt torpaq sahəsi istifadəçilərinin yalnız torpaq sahəsi üzərində istifadə hüququ olmuşdur. Ona görə də tərəflər yalnız müqaviləni fərdi yaşayış evinə münasibətdə bağlamışdır. Belə olan halda müqavilənin torpaq sahəsinə münasibətdə bağlanmış he sab edilməsi istisna olunur. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
18. Birinci instansiya məhkəməsinin qətnaməsindən qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, habelə qətnamə qəbul edilən zaman hüquq və maraqlarına toxunulmuş şəxs x qızı apelyasiya şikayətləri vermişlər.
19. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-Ş.Rzaquliyev (sədrlik edən və məruzəçi), R.Mamaedov və A.Hüseynzadə) 25 noyabr 2020-ci il tarixli, x nömrəli qətnaməsi ilə apelyasiya şikayətləri təmin edilməmiş, Şəmkir Rayon Məhkəməsinin 24.05.2019-cu il tarixli, 2(076)-542/2019 saylı qətnaməsi ilkin iddianın qismən təmin edilmiş və qarşılıqlı iddianın rədd edilmiş hissələrində dəyişdirilmədən saxlanılmışdır.
20. Apelyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, tərəflər arasınd a hüquq münasibətləri 1988-ci il yarandığına görə mübahisəyə 01.09.2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan SSR Mülki Məcəlləsinin müddəaları əsasında hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası Azərbaycan SSR Mülki Məcəlləsinin 43-cü, 244-cü, Hazırda qüvvədə olan Mülki Məcəllənin 335.2-ci (çıxarılmışdır) maddələrinə istinad edərək bildirmişdir ki, məhkəmənin əqdi bağlanmış və yaxud etibarlı hesab edə bilməsi üçün mövcudluğu tələb olunan zəruri hallardan biri də müqavilənin yazılı formada tərtib edilməsidir. Hazırkı mübahisə üzrə ilkin iddiaçının tələbinin əsaslı olması üçün həmin vaxt qüvvədə olan Mülki Məcəllənin 43-cü maddəsində nəzərdə tutulmuş şərtlər həm ayrı-ayrılıqda, həm də məcmu halında mövcuddur. Çünki 02.12.1988-ci il tarixli dəyişmə müqaviləsi ilkin iddiaçının mərhum atası ilə digər qanuni sahib arasında sadə yazılı formada tərtib edilmiş və tərəflərin imzaları ilə təsdiq edilmiş yazılı əqd formasında məhkəməyə təqdim edilmişdir. Eyni zamanda ilkin iddiaçının mərhum atası İddiaçı1 ilə X7 arasında sadə yazılı formada əqd bağlandıqdan sonra hər iki tərəf əqdi tam şəkildə icra etmişdir. Belə ki, mərhum İddiaçı1 özünə məxsus fərdi yaşayış evini X5, X7 isə öz növbəsində qanuni istifadəsində olan fərdi yaşayış evini mərhum İddiaçı1 təhvil vermişdir. Ona görə də mübahisəli fərdi yaşayış evi uzun müddət İddiaçı1 sahibliyində və istifadəsində olmuşdur. Əqdi bağlamış digər tərəflə ilkin iddiaçının mərhum atası arasında mübahisəli fərdi yaşayış evi ilə bağlı mübahisə olmamışdır. Ona görə də hazırkı mübahisə üzrə ilkin iddiaçının atası mərhum İddiaçı1 ilə X7 arası nda bağlanmış dəyişmə müqaviləsinin sonradan ilkin iddiaçının atası tərəfindən notariat qaydada təsdiq edilməsini tələb etməməsi və yaxud mübahisəli fərdi yaşayış evi üzərində mülkiyyət hüququnu tanıtmaması, onun iradəsindən asılı olmayan hallara görə baş verdiyindən, onun hərəkətsizliyi kimi qiymətləndirilə bilməz. Yəni mübahisəli fərdi yaşayış evinə dair dəyişmə müqaviləsi bağlanan zaman müqavilə bağlayan tərəfin hər ikisinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilən torpaq qeydləri olduğundan, iddiaçının mərhum atasının bağladığı dəyişmə müqaviləsi qanuni və əsaslı hesab edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Həmçinin ilkin iddia tələbinin cavabdeh tərəfindən maneənin aradan qaldırılması hissəsi də əsaslı olmuşdur. Belə ki, ilkin iddiaçının mərhum atası mübahisəli fərdi yaşayış evini əvəzli olaraq əldə etmiş və həmin fərdi yaşayış evi üzərində sahiblik və istifadə hüququna malik olmuşdur. Ona görə də onun mübahisəli daşınmaz əmlak üzərində gözlənilən mülkiyyət hüququ olmuşdur. Qarşılıqlı iddia tələbi üzrə məhkəmə kollegiyası qeyd edir ki, qarşılıqlı iddiaçının dəyişmə müqaviləsini mübahisələndirmək hüququ olmamışdır. Bununla bağlı qeyd olunmalıdır ki, qarşılıqlı iddiaçının mübahisəli fərdi yaşayış evi üzərində heç bir hüququ, o cümlədən gözlənti hüququ belə yoxdur. Mübahisələndirdiyi dəyişmə müqaviləsi bağlanan zaman onun heç bir hüququ mərhum İddiaçı1 tərəfindən pozulmamışdır. Hazırda da həmin fərdi yaşayış evinə dair dəyişmə müqaviləsinin bağlanmış hesab edilməsi onun heç bir hüququnun pozulmasını ehtiva etmir. Apelyasiya şikayətində göstərilən Nazluxanyan Zarmikin adı arxiv arayışında Zarmik, ata adının olmaması, dəyişmə müqaviləsində x qeyd edilməsi, bu şəxslərin eyni adamlar olmaması, bundan başqa evlərin dəyişdirilməsi barədə müqavilədə möhürün Ermənistan SSR-nin Gölkənd kənd sovetinin möhürü ilə təsdiq edilməsi barədə dəlillərini kollegiya əsassız saymışdır. Çünki müqavilə 1988-ci ildə xalqlar arasında münaqişəli zamanda yazılı formada tərtib edilmiş tərəflər iradəsini ifadə etmiş, həmin vaxt müavilənin əlyazma formasında yazılması və yaxud makinada yazılması tərəflərin iradəsindən asılı olmamış, çünki həmin vaxt tərəflərin seçim imkanı olmamışdır. Hansı ki, evlərin dəyişilmə səbəbləri məhz milli etnik zəmində baş verən qarşıdurma olmasıdır. Həmçinin müqavilədə digər tərəfin adının “ x”, iddia ərizəsində “Zarmik” kimi yazılması, şəxslərin eyni olmaması demək deyildir. Bu yalnız texniki səhvdir. Habelə məhkəmə kollegiyasına təqdim edilmiş 16.08.2019-cu il tarixli, k-1-522 saylı arxiv arayışında Nazluxanyan Zarmikin ata adı dəyişmə müqaviləsində olduğu kimi “Arutyunoviç” qeyd edilmişdir. Həmçinin həmin arayışda Şəmkir rayonunun, sabiq Barsum kəndi X8 İcraiyyə Komitəsinin 1963-1965-ci illərə dair təsərrüfatbaşına kitabında 281 nömrəli şəxsi hesabda X3 təsərrüfatı, 1952-ci ildə tikilmiş yaşayış evi, 1963-1964-cü illərdə 0,18 ha, 1965-ci ildə isə 0,25 ha həyətyanı torpaq sahəsi olmuşdur. Göründüyü kimi dəyişilmiş torpaq sahələrinin sahəsi belə X3 təsərrüfatında qeyd olunan torpaq sahəsi ilə eynidir. Ona görə də bir hərf səhvinə görə həmin şəxslərin müxtəlif insanla r olması nəticəsinə gəlinməsi mümkünsüzdür. Bundan başqa müqavilənin ilkin iddiaçının qohumu tərəfindən Gölkənd kənd sovetinin möhürü ilə təsdiqlənməsi barədə məhkəmələrə mötəbər sübutlar təqdim edilməmişdir. Bu hal yalnız subyektiv mülahizələrdən ibarətdir. Mübahisəli torpaq sahəsinin x qızının mülkiyyətində olması ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, Şəmkir rayon X12 x qızına 0,12 ha torpaq sahəsinin satılması barədə 08.02.2019cu il tarixli, 03 saylı qərarının ləğv edilməsi barədə İddiaçı2 iddiası Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 05 dekabr 2019-cu il tarixli, X saylı qərarı ilə təmin edilmişdir. Nə qədər ki, həmin torpaq sahəsinin x qızının mülkiyyətinə verilməsinə əsas olmuş qərar məhkəmə mübahisəsi predmetidir, onun çıxarışına Mülki Məcəlləsinin 140-cı maddəsi tələbləri baxımından yanaşılması doğru olmaz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
21. Cavabdeh və x qızı kassasiya şikayəti verərək qətnamənin ləğv olunmasını, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir.
22. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 14 iyun 2019-ci il qeydiyyat tarixli, № ********** qeydiyyat nömrəli. A. №399020 saylı torpaq sahəsinin planı və ölçüsü əsasında çıxarışın surətindən görünür ki, Şəmkir rayonun Yuxarı Çaykənd (keçmiş Barsum) kəndində yerləşən 0,12 hektar həyətyanı torpaq sahəsi tam mülkiyyəti hüququ ilə x qızının adına daşınmaz əmlakın dövləti reyestrində qeydiyyata alınmışdır. x qızının xüsusi mülkiyyətində yerləşən torpaq sahəsi Şəmkir rayon X12 mülkiyyətində olmuş və həmin torpaq sahəsini alqı-satqı yolu ilə bələdiyyədən almışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə nazirliyi Ekspertizası Mərkəzinin 27.08.2020-ci il tarixli, 4574 saylı rəyindən görünür ki, Dövlət arxivinin Şəmkir Filialı tərəfindən 13.11.2018-ci il tarixdə verilmiş, k-1-956 nömrəli arxiv arayışında qeyd olunan “XXİİ Partiya Qurultayı” kolxozun qaytanlanmış torpaq kitabının 253-cü sıra nömrəsində qeyd olunan Şəmkir rayonun Yuxarı Çaykənd kəndində yerləşən 0.18 hektar h əyətyanı torpaq sahəsinin cizgi sxem və koordinatları olmadığı üçün torpağın naturada yerinin müəyyən edilməsi mümkün deyildir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 14.06.2019-ci il tarixdə verilmiş № ********** qeydiyyat nömrəli çıxarışda göstərilən, x qızının xüsusi mülkiyyətində olan Şəmkir rayonun Yuxarı Çaykənd kəndində yerləşən 0,12 hektar torpaq sahəsinin koordinatları x qızının faktiki istifadəsində olan torpaq sahəsinin 0.12 hektar hissəsi ilə eynilik təşkil edir. Dövlət arxivinin Şəmkir Filialı tərəfindən 13.11.2018-ci il tarixdə verilmiş, k-1-956 nömrəli arxiv arayışında qeyd olunan “XXİİ Partiya Qurultayı” kolxozun qaytanlanmış torpaq kitabının 253-cü sıra nömrəsində qeyd olunan Şəmkir rayonun Yuxarı Çaykənd kəndində yerləşən 0,18 hektar hə yətyanı torpaq sahəsinin koordinatları olmadığı üçün Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 14.06.2019-ci il tarixdə verilmiş № ********** qeydiyyat nömrəli çıxarışda göstərilən, x qızının xüsusi mülkiyyətində olan Şəmkir rayonun Yuxarı Çaykənd kəndində yerləşən 0,12 hektar torpaq sahəsinin koordinatları ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün deyildir. Belə ki, birinci instansiya məhkəməsində şahid qismində dindirilən və 10.10.1967-ci il tarixdə Ermənistan SSR-nin Krasnoselsk rayonunda doğulmuş X9 ifadəsində göstərmişdi ki, Ermənistanda yerləşən Çaykəndi ilə Gölkənd kəndi ayrı-ayrı sovetliklər olmuşdur. Həmçinin göstərmişdir ki, o, Ermənistanda yaşayan vaxt, iddiaçının hüquqi varisi İddiaçı2 X adlı dayısının Gölkənd kəndində kənd sovetinin vəzifəsində işlədiyini eşitmişdir. Göründüyü kimi məhkəmələr tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli olduğu halda, bunu etməmiş və şahid Tahir Nəbiyevin ifadələrinə heç bir hüquqi qiymət verməmişdir. İşə baxıb Ermənistanda yerləşən Çaykəndindəki evin Şəmkir rayonun Yuxarı Çaykəndində yerləşən evlərin dəyişdirilməsi barədə müqavilədə Çaykənd sovetliyinin əvəzinə Gölkənd kənd sovetliyinin möhürünün düşməsinə apellyasiya instansiya məhkəməsi belə hesab etmişdir ki, müqavilə 1988-ci ildə xalqlar arasında münaqişəli zamanında guya tərəflər iradəsini ifadə etmiş, həmin vaxt müqavilənin əlyazma formasında yazılması və yaxud makinada yazılması tərəflərin iradəsindən asılı olmamış, çünki həmin vaxt tərəflərin seçim imkanı olmamışdır. Hansı ki, evlərin dəyişilm ə səbəbləri məhz milli etnik zəmində baş verən qarşıdurma olmasıdır. Həmçinin müqavilədə digər tərəfin adının “ x”, iddia ərizəsində “Zarmik” kimi yazılması, şəxslərin eyni adam olmaması demək deyildir. Bu yalnız texniki səhvdir. Kassatorlar Məhkəmənin gəldiyi bu cür nəticə ilə razılaşmayaraq qeyd edirlər ki, şahid X6 ifadəsindən görünür ki, Ermənistanda yerləşən Çaykəndi ilə Gölkənd kəndi ayrı-ayrı sovetliklər olmuş və iddiaçının hüquqi varisi İddiaçı2 Cəlal adlı dayısının Gölkənd kəndində kənd sovetinin vəzifəsində işlədiyindən dövlət qeydiyyatına alınmamış müqavilə İddiaçı2 Cəlal dayısı tərəfindən yazılaraq formal olduğundan özü-özlüyündə şübhə doğurur. Bundan başqa apellyasiya instansiya məhkəməsinin qətnaməsinin 14 səhifəsində qeyd olunur: Göründüyü kimi dəyişilmiş torpaq sahələrinin sahəsi belə X4 (qətnamədə Aratyunoviç göstərilir) təsərrüfatında qeyd olunan torpaq sahəsi ilə eynidir. Ona görə də bir hərf səhvinə görə həmin şəxslərin müxtəlif insanlar olması nəticəsinə gəlinməsi mümkünsüzdür. Məhkəmələr torpaq sahəsinə və evə baxış keçirmədilər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertizası Mərkəzinin 27.08.2020-ci il tarixli, 4574 saylı rəyindən görünür ki, Dövlət arxivinin Şəmkir Filialı tərəfindən 13.11.2018-ci il tarixdə verilmiş, k-1-956 nömrəli arxiv arayışında qeyd olunan “XXİİ Partiya Qurultayı” kolxozun qaytanlanmış torpaq kitabının 253-ci sıra nömrəsində qeyd olunan Şəmkir rayonun Yuxarı Çaykənd kəndində yerləşən 0.18 hektar həyətyanı torpaq sahəsinin koordinatları olmadığı üçün Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrin dən 14.06.2019-ci il tarixdə verilmiş № ********** qeydiyyat nömrəli çıxarışda göstərilən, x qızının xüsusi mülkiyyətində olan Şəmkir rayonun Yuxarı Çaykənd kəndində yerləşən 0.12 hektar torpaq sahəsinin koordinatları ilə üst-üstə düşübdüşməməsini müəyyən etmək mümkün deyildir. İş materiallarından görünür ki. torpaq sahəsi Şəmkir rayon X12 mülkiyyətində olmuş və həmin torpaq sahəsini alqı-satqı yolu ilə x qızına sataraq onunla alqı-satqı etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
24. Məhkəmə iclasında iştirak edən Cavabdeh və maraqlı şəxs xnın vəkili Vəkil, vəkil X, habelə Cavabdeh kassasiya şikayətlərini müdafiə edərək onların təmin olunmasını xahiş etdilər.
25. İddiaçı2 və vəkili X10 oğlu kassasiya şikayətlərinə etiraz edərək onların təmin olunmamasını xahiş etdilər.
26. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Konstitusiyası:
27. Maddə
13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
28. Maddə 29, hissə İ və İV. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 01.09.2000-ci ilədək qüvvədə olan Azərbaycan Respublikasının Mül ki Məcəlləsi:
29. Maddə
43. Əqdlərin notariat təsdiqi yalnız qanunda göstərilən hallarda məcburidir. Qanunla tələb olunan notariat formasına riayət edilməməsi (bu Məcəllənin 44-cü maddəsi) əqdin etibarsızlığına səbəb olur. Tərəflərdən biri notariatda təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariatda təsdiq etdirməkdən boyun qaçırırsa, əqddə qanuna zidd əməl olmadıqda, məhkəmə əqdi icra etmiş tərəfin tələbi üzrə, onu bağlanmış hesab etməyə haqlıdır. Bu halda, əqdin notariat tərtibatı tələb olunmur.
30. Maddə
244. Dəyişmə müqaviləsinə əsasən, tərəflər arasında bir əmlak digəri ilə dəyişdirilir. Dəyişmə müqaviləsinə, alğı-satqı müqaviləsinə dair müvafiq qaydalar tətbiq edilir. Dəyişmə müqaviləsinin hər bir iştirakçısı, dəyişdirdiyi əmlakın satıcısı, aldığı əmlakın isə alıcısı hesab olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
31. Maddə
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir.
32. Maddə 335.2 (çıxarılmışdır). Əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir.
33. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
34. Maddə 337.2. Əqd barə sində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
35. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
36. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və t ərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
39. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
40. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apelyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
41. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sü butlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
42. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
43. Apellyasiya instansiyası məhkəməsi ilkin iddianın İddiaçı1 ilə X7 arasında fərdi yaşayış evinin dəyişdirilməsi barədə 02.12.1988-ci il tarixli müqavilənin bağlanmış hesab edilməsi hissəsi ilə bağlı mövqeyini belə əsaslandırmışdır ki, tərəflər arasında hüquq münasibətləri 1988-ci il yarandığına görə mübahisəyə 01.09.2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan SSR Mülki Məcəlləsinin 43-cü, 244-cü maddələri, habelə əsasında hüquqi qiymət verilməlidir. Məhkəmə həmçinin qüvvədə olan Mülki Məcəllənin çıxarılmış 335.2-ci maddəsinə istinad etmişdir (§ 20).
44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Al i Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 3 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 22 mart 2006-cı il tarixli qərarında göstərilmişdir ki, MM-in 335.2-ci maddəsinin tələbinə görə əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Göstərilən maddənin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatında n baş verməli; məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır.
45. Konstitusiya Məhkəməsinin də mövqeyindən göründüyü kimi bu xarakterli tələbin haqlı sayılması üçün tərəflər arasında hüquq münasibətlərinin həmin normaların qüvvədə olduğu vaxtda yaranması ilə yanaşı, belə mübahisənin əqdin notariat qaydasında təsdiqlənməsindən yayınan tərəflə meydana gəlmiş olması, başqa sözlə həmin tələbin müqavilə tərəfinə qarşı irəli sürülməsi vacib şərtlərdəndir.
46. Hazırkı işdə isə apellyasiya məhkəməsi tərəflər arasında hüquq münasibətlərinin 1988-ci ildə yarandığını bildirsə də, ilkin iddia üzrə cavabdeh və maraqlı tərəflər arasında bu məzmunda münasibətlərin yaranması a şkar edilmir. Belə ki, həmin şəxslər dəyişdirmə müqaviləsinin tərəfi deyillər.
47. Eyni zamanda mübahisəli fərdi yaşayış evinə ilkin iddiaçının atasının əldə etdiyi gözlənilən mülkiyyət hüququ tanındığı halda, Cavabdeh qarşı müqavilənin bağlanmış sayılması tələbini irəli sürməkdə onun mənafeyinin konkret nədən ibarət olması lazımi qaydada əsaslandırılmamışdır.
48. Belə olan halda, Kollegiya hesab edir ki, apellyasiya məhkəməsi ilkin iddia tələbinin qeyd olunan hissəsində maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir.
49. Bundan başqa Kollegiya hesab edir ki, qətnamənin maraqlarına toxunduğu şəxs – xnın şikayətinin dəlillərinə verilən hüquqi qiymət qanunvericiliyə uyğun olmamışdır.
50. Belə ki, daşınmaz əmlakın dövlət reyestrindən 14.06.2019-cu il tarixdə verilmiş ********* * qeydiyyat nömrəli çıxarışa əsasən Şəmkir rayonu, Yuxarı Çaykənd kəndində 0,12 ha torpaq sahəsi x qızının xüsusi mülkiyyətindədir. Eyni zamanda Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27.08.2020-ci il tarixli, 4574 saylı rəyindən görünür ki, x qızının xüsusi mülkiyyətində olan, Şəmkir rayonun Yuxarı Çaykənd kəndində yerləşən 0,12 ha torpaq sahəsinin koordinatları x qızının faktiki istifadəsində olan torpaq sahəsinin 0,12 ha hissəsi ilə eynilik təşkil edir. Dövlət arxivinin Şəmkir Filialı tərəfindən 13.11.2018-ci il tarixdə verilmiş, k-1-956 nömrəli arxiv arayışında qeyd olunan “XXİİ Partiya Qurultayı” kolxozunun qaytanlanmış torpaq kitabının 253cü sıra nömrəsində qeyd olunan Şəmkir rayonu, Yuxarı Çaykənd kəndində yerləşən 0.18 hektar həyətyanı torpaq sahəsinin koordinatları olma dığı üçün onun naturada yerini, habelə xnın xüsusi mülkiyyətində olan torpaq sahəsinin koordinatları ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün deyil. Rəydə o da qeyd edilmişdir ki, torpaq islahatının nəticələrini əks etdirən kompleks yerquruluşu layihəsində sözügedən fərdi yaşayış evinin və onun yerləşdiyi torpaq sahəsi 461s (sahibsiz) adlı torpaq sahəsi kimi qeydə alınmışdır. Daşınmaz əmlakın dövlət reyestrindən ********** nömrə ilə qeydiyyata alınmış torpaq sahəsi kompleks yerquruluşu layihəsində göstərilən 461s (sahibsiz) adlı torpaq sahəsinin yerləşdiyi ərazi ilə üst-üstə düşdüyündən, iddiaçı tərəfindən təqdim olunan və üzərində fərdi yaşayış evi olan tikili ilə bağlı hər hansı hüquqmüəyyənedici və ya texniki sənəd təqdim olunmadığı üçün tikilinin kimə məxsus olması müəyyən olunmur. Hazırda fərdi yaşayış evi Cavabdeh Mail oğlu tərəfindən istifadə edilir (§ 8-10).
51. Belə olan halda, Kollegiya hesab edir ki, x qızının adına olan reyestr qeydiyyatı ləğv edilmədikcə ona verilmiş çıxarış və plan-cizgi sərhədləri daxilində olan torpaq sahəsinə münasibətdə ilkin iddiaçının tələbinin təmin edilməsi mülki qanunvericiliyə uyğun hesab edilə bilməz.
52. Çünki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır, reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul olunur və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquqların müdafiəsinə dövlət təminat verir (§ 27-28, 31).
53. Bu baxımdan xnın çıxarışına Mülki Məcəllənin 140-cı maddəsinin tələblərinin tətbiq edilməməsi barədə apellyasiya məhkəməsi nin qənaəti əsaslı deyil.
54. Beləliklə, Kollegiya qeyd edilənləri birlikdə qiymətləndirərək bu qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir.
55. Ona görə də, qətnamə ləğv edilməli, yuxarıda göstərilən hallar nəzərə alınmaqla mübahisənin yenidən araşdırılması və nəticəsindən asılı olaraq qanuni və əsaslı qərarın qəbul edilməsi üçün iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
56. Göstərilənlərə əsasən və MPM-nin 417-419-cu və 421-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının x nömrəli iş üzrə 25 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbu