Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3557/2025 27.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 və İddiaçı4 cavabdehlər Cavabdeh2 və Şəmkir Rayon Dövlət Notariat Kontoruna qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpasından imtina, kassasiya şikayətinin qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Şamayev Elşad Yaquboviç (sədrlik edən və məruzəçi), Xıdırov Əhliman Mehman oğlundan və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 sentyabr 2025-ci il tarixli, 2(104) -214/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. İddiaçılar İddiaçı1 və İddiaçı4 cavabdehlər Cavabdeh2 və Şəmkir Rayon Dövlət Notariat Kontoruna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və X5 arasında 13 sentyabr 2005-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər.
2. Şəmkir Rayon Məhkəməsinin 12 dekabr 2018-ci il tarixli, 2(076)-3664/2018 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir.
3. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 mart 2024-cü il tarixli, 2(104)-214/2024 nömrəli qətna məsi ilə Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Şəmkir Rayon Məhkəməsinin 12 dekabr 2018-ci il tarixli, 2(076)-3664/2018 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilmişdir.
4. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 27 fevral 2025ci il tarixli, 2(102)-1047/2025 nömrəli qərardadı ilə İddiaçı1 apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən verdiyi kassasiya şikayəti qeyri-mümkün hesab edilmiş, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir.
5. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 mart 2025-ci il tarixli, 2(104)-214/2024 nömrəli qərardadı ilə kassasiya şikayəti geri qaytarılmışdır.
6. İddiaçı1 nümayəndəsi, vəkil X2 vasitəsi ilə təkrarən 09 mart 2025-ci il tarixdə apellyasiya instansiyası məhkəməsi qətnaməsindən elekton qaydada kassasiya şikayəti, eyni zamanda kassasiya şikayəti vermək üçün prosessual müddətin bərpa edilməsinə dair ərizə vermişdir.
7. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 mart 2025-ci il tarixli, 2(104)-214/2024 nömrəli qərardadı ilə İddiaçı1 Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 mart 2024-cü il tarixli, 2(104)-214/2024 nömrəli qətnaməsindən kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən iddiaçı tərəfindən kassasiya şikayətinin verilməsi üçün prosessual müddət bərpa edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 mart 2024 -cü il tarixli 2(104)-214/2024 nömrəli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti işlə birlikdə kassasiya qaydasında baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir.
8. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 aprel 2025ci il tarixli, 2(102)-1681/2025 nömrəli qərardadı ilə İddiaçı1 verdiyi kassasiya şikayəti qeyrimümkün hesab edilmiş, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir.
9. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 06 may 2025-ci il tarixli, 2(104)-214/2024 nömrəli qərardadı ilə İddiaçı1 tərəfindən apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən verilmiş kassasiya şikayəti əsaslandırılmadığından geri qaytarılmışdır.
10. İddiaçı nümayəndəsi, v əkil X2 vasitəsi ilə növbəti dəfə 10 may 2025-ci il tarixdə apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 may 2025-ci il tarixli, 2(104)-214/2024 nömrəli qərardadı ilə kassasiya şikayəti əsaslandırılmadığından yenidən geri qaytarılmışdır.
11. İddiaçının nümayəndəsi, vəkil X4 02 iyun 2025-ci il tarixdə təkrarən Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 mart 2024-cü il tarixli, 2(104)-214/2024 nömrəli qətnaməsindən kassasiya şikayəti vermiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 iyun 2025-ci il tarixli, 2(104)-214/2024 nömrəli qərardadı ilə bu kassasiya şikayəti də əsaslandırılmadığından geri qaytarılmışdır.
12. İddiaçı1 Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 0 5 iyun 2025-ci il tarixli, 2(104)-214/2024 nömrəli qərardadından kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəmənin Mülki kollegiyasının 30 iyun 2025-ci il tarixli, 2(102)2338/2025 nömrəli qərardadı ilə kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin 05 iyun 2025-ci il tarixli, 2(104)-214/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
13. Bundan sonra, İddiaçı1 nümayəndəsi, vəkil Nümayəndə2 vasitəsi ilə 29 avqust 2025-ci il tarixdə yenidən Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 mart 2024-cü il tarixli 2(104)-214/2024 nömrəli qətnaməsindən kassasiya şikayəti vermiş, eyni zamanda ərizə ilə müraciət edərək, qeyd olunan qətnamədən kassasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpa edilməsini xahiş etmişdir.
14. Müddət in bərpa edilməsi haqqında ərizə onunla əsaslandırılmışdır ki, iddiaçının vəkili Vüqar Süleymanov tərəfindən verilmiş kassasiya şikayətləri müxtəlif vaxtlarda geri qaytarıldığından, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən iddiaçı tərəfindən kassasiya şikayəti verilməsi müddəti üzrlü səbəbdən ötürülmüşdür.
15. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 sentyabr 2025-ci il tarixli, 2(104)-214/2024 nömrəli qərardadı ilə (hakim Ş.Rzaquliyevin sədrliyi və məruzəsi ilə, hakimlər R.Muradov və R.Məcidov) iddiaçının kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa edilməsinə dair ərizəsinin təmin edilməsindən imtina edilmiş, kassasiya şikayəti geri qaytarılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, iddiaçının nümayəndəsi və vəkili X4 apellyasiya məhkəməsinin qətnaməsini 08 aprel 2024-cü il tarixdə elektron kabinet vasitəsi ilə almış, lakin ilk dəfə kassasiya şikayətini 29 avqust 2024-cü il tarixdə 51 gün gecikdirilməklə vermişdir. İddiaçı1 nümayəndəsi kimi İddiaçı4 11 iyul 2024-cü il tarixdə və 30 iyul 2024-cü il tarixdə 18 mart 2024-cü il tarixli qətnamənin surətinin ona verilməsi ilə bağlı müraciətlər etmiş, Gəncə Apellyasiya Məhkəməsinin 18 iyul 2024-cü il tarixli məktubunda apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin surətinin məlumat üçün ərizəçi İddiaçı4 göndərildiyi qeyd edilmişdir. Bu halda, kassasiya şikayəti verilməsi müddətinin axımı MPM-in 128.3-cü maddəsinə əsasən 08 aprel 2024-cü il tarixdən başlanmışdır.
17. İddiaçı 07 sentyabr 2025-ci il tarixdə təkrarən kassasiya şikayətini və prosessu al müddətin bərpası barədə ərizəni məhkəməyə vermişdir. Qətnamədən kassasiya şikayəti vermə müddətinin bərpa olunması barədə tələbin prosessual-hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası MPM-in 133.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş prosessual müddət üzürlü səbəblərə görə buraxılmışsa, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddət bərpa edilir. Lakin, cavabdehin göstərdiyi dəlillər buraxılmış prosessual müddətin üzrlü hesab edilərək bərpa olunmasına əsas vermir. Belə ki, cavabdehin nümayəndəsi qətnaməni 08 aprel 2024-cü il tarixdə alsa da, kassasiya şikayətini 07 sentyabr 2025-ci il tarixdə, yəni 1 il 4 ay 29 gün gecikdirməklə vermiş, həm də məhkəməyə prosessual müddətin üzrlü səbəbdən keçdiyini təsdiq edən hər hansı sübut təqdim etməmişdir.
18. Digər tərəf dən, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 mart 2025-ci il tarixli, 2(104)-214/2024 nömrəli qərardadı ilə İddiaçı1 ərizəsi təmin edilərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddət onun üçün bərpa edilərək, kassasiya şikayəti baxılması üçün Ali Məhkəməyə göndərilmiş, lakin kassasiaya şikayəti əsaslandırılmadığına görə yenidən qeyri-mümkün hesab edilmişdir.
19. Göründüyü kimi qeyd olunan qətnamədən kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin üzrlü hesab edilməsi üçün əsas yoxdur. Ona görə də, müddətin bərpası üçün buraxılmış dövr üzrlü sayıla bilməz.
20. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 128.3, 129.1, 133.1, 133.5, 135.1, 135.2, 135.5, 135.6, 135.6-cı maddələrinə istinad etməklə əsaslandırmışdırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
21. İddiaçı1 kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 sentyabr 2025-ci il tarixli, 2(104)-214/2024 nömrəli qərardadının ləğv edilməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən Mülki Prosessual Məcəllənin 135-ci maddəsinin tələbləri pozulmuşdur.
23. Belə ki, Gəncə Apellyasiya Məhkəməsinin 19 mart 2025-ci il tarixli qərardadı ilə iddiaçının nümayəndəsi, vəkil X2 apellyasiya instansiyası m əhkəməsinin qətnaməsindən kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilmiş və məhkəmə qətnaməsindən apellyasiya şikayəti vermə müddəti bərpa edilmişdir. Bundan sonra, iddiaçının vəkili tərəfindən yenidən qətnamədən kassasiya şikayəti verilmişdir. Həmin kassasiya şikayətləri məhkəmənin müvafiq qərardadları ilə geri qaytarılsa da, həmin qərardadlardan şikayət qanunvericiliklə müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmişdir. Ona görə də, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməsi müddət bərpa edilməlidir.
24. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
25. Kassasiya şikayətinə etiraz verilməmişdir. Tətbi q edilən hüquq:
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizə sinə əsasən buraxılmış müddəti bərpa edir. 135.1-ci maddəsinə əsasən bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştir ak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. 405.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. 408.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, kassasiya şikayəti qaytarılır. 408.5-ci maddəsinə əsasən bu Məcəllənin 408.1.1-408.1.5 və 408.1.7-ci maddələrində göstərilən nöqsanlar aradan qald ırıldıqdan sonra, şikayəti verən şəxs yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bi lər.
27. Avropa Məhkəməsi “Ryabıx Rusiyaya qarşı” və “Kot Rusiyaya qarşı” işlərdə xatırlatmışdır ki, hüquqi müəyyənlik prinsipi tələb edir ki, hər hansı tərəf araşdırmaların yenidən açılmasına sadəcə olaraq yenidən baxılma və işin təzədən araşdırılması üçün çalışmamalıdır. Qəti və məcburi məhkəmə qərarlarının ləğv olunması və ya dəyişdirilməsi səlahiyyəti fundamental səhvləri düzəltmək üçün istifadə edilməli, lakin təzə araşdırmanın keçirilməsinə xidmət etməməlidir. Yenidən araşdırma gizli şikayəti təşkil etməməli və məsələyə iki baxışın mövcudluğunun sadəcə olaraq mümkünlüyü yenidən baxılma üçün əsas deyildir. Bu prinsipdən kənaraçıxmalar yalnız əhəmiyyətli və qarşısıalınmaz xarakterli hallardan irəli gələn zərurətlə əlaqədar haqlı ola bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: 2
8. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadından iddiaçının verdiyi kassasiya şikayətinin dəlilləri əsassızdır.
29. Belə ki, yuxarıda qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi, vaxtında şikayət verilməməsi və prosessual müddətin buraxılması müəyyən hüquqi nəticələr yaradır. Belə ki, şikayətin verilmə müddətinin keçməsi ilə qətnamə qanuni qüvvəyə minir və icraya yönəldilir, prosessual müddətin bitməsi ilə müvafiq prosessual hərəkətləri etmək hüququ keçmiş olur və prosessual müddətin bərpası üçün müddəti buraxmış şəxs özünün subyektiv mülahizələrini deyil, konkret üzrlü səbəbləri təqdim etməyə borcludur.
30. Buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının səbəbləri izah edilməli və ərizəçinin bu səbəbləri üzrlü hesab e tməsinin əsasları göstərilməlidir. Həmin müddətdə müvafiq prosessual hərəkətləri yerinə yetirməsinə maneçilik yaradan istənilən həyati hal üzürlü səbəb hesab edilə bilər. Bu zaman konkret haldan çıxış etmək zəruridir (məsələn şəxsin xəstəliyi, ailənin xəstə üzvünə qulluq etmənin zəruriliyi, müddətli xidməti ezamiyyət və s.).
31. Hazırkı işin materiallarından müəyyən olunur ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 mart 2024-cü il tarixli qətnaməsi 08 aprel 2024-cü il tarixdə iddiaçının vəkili X3 “Elektron Məhkəmə” İnformasiya Sistemindəki elektron kabinetinə yerləşdirilməklə, ona rəsmi qaydada təqdim olunmuşdur.
32. Həmçinin müəyyən olunur ki, qətnamədən iddiaçının ilk kassasiya şikayəti 29 avqust 2024-cü il tarixdə, yəni qanunla müəyyən olunmuş prosessual müddətin pozulma sı ilə “Elektron Məhkəmə” İnformasiya Sisteminə yerləşdirilmiş və həmin kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin müvafiq qərardadı ilə qeyri-mümkün hesab edildiyi halda, sonuncunun vəkili tərəfindən yol verilmiş nöqsanlar aradan qaldırılmamaqla, təkrarən dəfələrlə şikayətlər verilmişdir.
33. Nəhayət, müəyyən olunur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən iddiaçının sonuncu kassasiya şikayəti və müddətin bərpasına dair ərizəsi 07 sentyabr 2025-ci il tarixdə, yəni qətnamə iddiaçı tərəfə rəsmi təqdim edildiyi tarixdən 1 il 4 ay 29 gün sonra verilmişdir. 34. “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dai r” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış mə hkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.
35. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassator tərəfindən müddətin ötürülməsini üzrlü edən, onun iradəsi və hərəkətlərindən asılı olmayan səbəblərə istinad edilmədiyindən və belə səbəblərə dair sübutlar apellyasiya məhkəməsinə təqdim edilmədiyindən müddətin bərpasına dair ərizəsi əsassız olmuşdur.
36. Kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpasına dair iddiaçının ərizəsi əvvəllər Gəncə Apellyasiya Məhkəməsinin 19 mart 2025-ci il tarixli qərardadı ilə təmin edilsə də, bunun nəticəsində verilmiş kassasiya şikayəti Ali Məhkəmənin 24 aprel 2025-ci il ta rixli qərardadı ilə qeyrimümkün hesab edildiyindən, iddiaçının bu hala hazırda istinad etməsi əsassızdır.
37. Belə ki, iddiaçının Mülkİ Prosessual Məcəllənin 408.5-ci maddəsinə əsasən məhkəmənin göstərdiyi nöqsanların aradan qaldırıldıqdan sonra, iddiaçının yenidən ümumi qaydada kassasiya şikayəti vermək hüququ olduğu halda, yuxarıda qeyd olunduğu kimi, o, təkrar kassasiya şikayətləri verərkən nöqsanları aradan qaldırmamış və bu əsasla şikayətləri geri qaytarılmışdır.
38. Odur ki, kassasiya şikayətinin buraxılmış prosessual müddətin bərpasından imtina edilməsindən və kassasiya şikayətinin qaytarılmalı olmasından ibarət apellyasiya instansiyası məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur. Kassasiya şikayətində göstərilənlər qanuni və əsaslı qərardadın ləğvi üçün əsas ola bilməz. Apellyas iya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır.
39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 sentyabr 2025-ci il tarixli, 2(104)-214/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.