Məhkəmə qərarları › İş №2(102)-356/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-356/2024

23.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-356/2024 23.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi, kredit müqaviləsi, borc münasibətləri, borcun qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iş mülki üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1754/2023 nömrəli, 10 avqust 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 23 yanvar 2024-cü il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin in zibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Cavabdeh (bundan sonra – cavabdeh) yazılı qəbz təqdim edərək, İddiaçı (bundan sonra – iddiaçı) 9200 manat məbləğində pul aldığını qeyd etmiş və imzası ilə təsdiq etmişdir.

2. İddiaçı cavabdehin ondan götürdüyü borc pulu qaytarmadığını iddia edir, cavabdeh isə sonuncu dəfə iddiaçıdan 1050 manat borc götürdüyünü və mövcud borcun həmin məbləğdə olduğunu qeyd edərək, iddianı qalan hissələrdə təkzib edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 9200 (doqquz min iki yüz) manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı işin qeyd olunan hallarına istinad etməklə tələbini onunla əsaslandırmışdır ki, cavabdeh 20 fevral 2022-ci il tarixdə problemi ilə əlaqədar olaraq ondan 9200 manat məbləğində pulu borc şəklində almış, bununla bağlı qəbz yazaraq borcu 20 iyun 2022-ci il tarixdə qaytaracağına söz vermişdir. Münasibətləri yaxşı olduğundan cavabdehə inanaraq həmin məbləğdə pulu borc olaraq vermişdir. Lakin, cavabdeh razılaşmayaq əməl etməmiş, borcu vaxtında qaytarmamıdır.

5. Cavabdeh məhkəmə iclaslarında iştirak etməmişdir.

6. Kəlbəcər Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(040)-832/2022 nömrəli iş üzrə 16 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Həsən Qəniyev) iddia təmin edilmişdir.

7. Birinci instansiya məhkəməsi mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh 9200 manat borc alması nı qəbzdə göstərmiş və imzası ilə təsdiq etmişdir. Lakin, borcu qaytarmamış və götürdüyü öhdəlikləri icra etməmişdir.

8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 385.1, 427.4, 442.1, 739.1, 739.2, 740.1, 740.2-ci maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 88, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, bir neçə dəfə iddiaçıdan 15 faiz ödəmək şərti ilə pul almışdır. Həmin vaxt iddiaçı ona bildirmişdir ki, kiməsə 1000 manat pul verəndə, 10 min manat pul verməsi barədə qəbz alır ki, onu incidən olanda artıqlaması ilə pulunu geri alsın. Sonuncu dəfə 2022-ci ilin may ayında Gəncə şəhərində məskunlaşan bibisinin xəstəxanada yatması ilə bağlı iddiaçıdan hər ay 15 faiz üstünü ödəmək şərti ilə 1050 manat pul almışdır. Borc əvəzində onun əmək haqqı kartı iddiaçıda olmuşdur. 26 iyul 2022-ci ildə əmək haqqı kartını iddiaçıdan götürən zaman ona borcu qalmamışdır. Məhkəmədə işə baxılmasından onun məlumatı olmamışdır. Belə ki, o, 2022ci ilin sentyabr ayının əvvəllərində ön xətdə xidmət etmiş, lakin məhkəmə onun iştirakının təmin edilməsi üçün xidmət etdiyi hərbi hissəsinin rəhbərliyinə məlumat verməmişdir. Əgər həqiqətən də, iddiaçının dediyi kimi ona 9200 manat borcu qalmış olsaydı Tər-tər rayonunda yerləşən Kapitalbank ın önündəki Mübarizin çay evində iddiaçı ilə görüşərək pulun ona tam olaraq ödənildiyini bildirən zaman faizi ilə birlikdə 1600 manat pul verilsə iddia ərizəsini geri götürəcəyini deməzdi.

11. İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, o, Kəlbəcər rayonu 127 saylı orta məktəbdə ibtidai metodika müəllimi işləyir. Cavabdeh 2022-ci ilin fevral ayında ondan 9200 manat borc pul almış və bu barədə heç bir təzyiq olmadan yazılı qəbz yazıb ona vermişdir. O, ümumiyyətlə faizə pul verməklə məşğul olur. Məhkəmənin qətnaməsini qanuni hesab edir.

12. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(104)-1754/2023 nömrəli iş üzrə 10 avqust 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Loğman Süleymanov (sədrlik edən və məruzəçi), İsla m Həsənov və Şamil Rzaquliyev) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilmiş, cavabdehdən 1050 manat (min əlli) manat məbləğində pulun alınaraq iddiaçıya verilməsi qət edilmişdir.

13. Apellyasiya instansiyası məhkəməsi ilk olaraq cavabdehin işdə iştirakının təmin edilməməsi ilə bağlı apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, cavabdehin məhkəmədə iştirakının təmin edilməsi üçün ona işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməmiş və işə onun iştirakı olmadan baxılıb nəticə verilmişdir. Cavabdeh hərbçi olmaqla, N saylı hərbi hissədə xidmət etdiyi halda və iddia ərizəsində həmin hərbi hissəsinin ünvanı kimi Goranboy Rayonu Goran qəsəbəsi göstərildiyi halda, cavabdehin müvafiq məhkəmə bildirişi həmin hərbi hissəyə yox, onun məskunlaşdığı Goranboy Rayonu Qaxtut kəndinə göndərilmişdir. Onun xidmət etdiyi hərbi hissənin rəhbərliyi vasitəsilə müvafiq bildirişin ona çatdırılması üçün heç bir tədbir görülməmiş və nəticə etibarı ilə onun iştirakı olmadan işə məhkəmə tərəfindən baxılaraq, tərəflərin çəkişmə, hüquq bərabərliyi prinsipi və məhkəmə baxışının ümumi müddəalarına əməl edilməmişdir.

14. Məhkəmə kollegiyası işin halları ilə bağlı sübutlara qiymət verərkən müəyyən etmişdir ki, cavabdeh qəbzin həqiqiliyini mübahisələndirərək, iddiaçı ilə onun arasında pul borcu barədə söhbətlərini telefona yazmış və həmin yazının diskini apellyasiya şikayətinə əlavə etmişdir. Cavabdehin özü ona 1050 manat pul verməsini və qəbzə isə başqa mə bləğ yazmasını bildirmişdir. Məhkəmə kollegiyası tərəfindən iş materiallarına əlavə edilmiş səs yazısı olan 1 ədəd CD diski dinlənilmişdir. İddiaçı diskdə olan səs yazısındakı şəxsin səsinin ona məxsus olmasını bildirmiş, lakin bu səs yazısının gizli şəkildə aparıldığını və buna görə sübut qismində qəbul edilməməli olduğunu bildirmişdir.

15. Məhkəmə kollegiyası səs yazısı olan 1 ədəd CD diski sübut qismində qəbul edərək qeyd etmişdir ki, şəxslər arasındakı telefon danışıqlarının bu söhbətdə iştirak edən (tərəf müqabili olan) biri tərəfindən yazılması və mübahisə halında onlardan məhkəmədə sübut kimi istifadə olunması müvafiq şərtlər daxilində mümkündür. Belə ki, gizli yolla əldə edilmiş səs yazısından sübut kimi istifadənin yolverilməzliyi, əslində şəxsi həyatın gizliliyini qorumaq ehtiy acından irəli gələn bir qaydadır. Bu qayda, əsas etibarı ilə şəxsi həyata müdaxilə edilməklə, sirr təşkil edən məlumatların başqaları tərəfindən qanunsuz şəkildə ələ keçirilməsinin və istifadəsinin qarşısının alınmasına xidmət edir. Qeydə alınan məlumatlar, səsi yazılan tərəfin şəxsi həyatının gizli bir sahəsi olmayıb, bu danışığı qeydə alan biri ilə mübahisəli münasibətləri (borc və s.) barədə ifadə etdiyi fikirlərdirsə, həmin bəyanların sonradan təkzib olunacağı ehtimalı ilə yazılması özü-özlüyündə qanunsuz hərəkət hesab edilə bilməz. Çünki, bu halda şəxs başqasını gizli şəkildə dinləmiş və ya onun sirr xarakterli danışıqlarını yazmaqla şəxsi həyatı haqqında məlumat toplamış sayılmır. Bu zaman səsi yazıya alan, məhz özü ilə əlaqəli olan bir hadisədə qarşı tərəfin şifahi şəkildə ona etdiy i etirafı və ya digər bəyanı (məsələn, borcunu qaytaracağını) fiksə etmiş olur. Söhbətin bir tərəfi də elə yazını aparan şəxs olduğu üçün o, həm də mübahisəli məsələ ilə bağlı öz şəxsi həyatına dair bir məqamı qeydə almış sayılır. Bu baxımdan şəxsin iştirak etdiyi söhbəti mübahisə halında sübuta yetirə bilməsi üçün yazması və bu yazıdan məqsədi xaricində deyil, məqsədinə uyğun bir şəkildə istifadə etməsi (məsələn, qarşı tərəf təklikdə etdiyi borc etirafını sonradan təkzib etdikdə yazını məhkəməyə təqdim etməsi), sözügedən qeydlərin qanunsuz sübut sayılmasını istisna edir.

16. Bu əsaslardan çıxış edən məhkəmə kollegiyası mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış borc müqaviləsi ilə əlaqədar cavabdehin iddiaçıya 1050 manat borcu yaranmışdır. Dinlənilən səs yazısında i ddiaçı faizə pul verməklə məşğul olduğunu, faizə 1000 manat verib, qəbzə 10.000 manat yazdırdığını, cavabdehə əslində 1050 manat borc verməsini təsdiq etmişdir.

17. Məhkəmə kollegiyası gəldiyi nəticələri Mülki Məcəllənin 739.1, 740.1, 740.2-ci maddələri, MPM-in 9.1, 9.2, 14.2, 76.3, 77.1, 135.1, 135.2, 135.3, 135.5, 217.3, 217.4, 387.2, 402.1-ci maddələri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “N.Əsədovanın şikayəti üzrə” 12 aprel 2021-ci il tarixli Plenumun qərarındakı hüquqi mövqelərə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

18. İddiaçı (vəkili Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qətnaməsinin ləğv olunması və mülki işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəm əsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

19. Kassasiya şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, işə baxan məhkəmə iş üçün əhəmiyyət kəsb edən yazılı sübutu deyil, qanunla yazılması qadağan olunan səs yazısına istinad etmişdir. Səs yazısını yazmaq üçün onun razılığı alınmalı idi. Səs yazısındakı səs onun səsinə oxşasa da, onun deyil. Cavabdehə heç bir təzyiq göstərməmişdir ki, qəbzi yazsın. Ondan aldığı 9200 manat pulun iddiaçı tərəfindən verilməsini və onun tərəfindən alınmasını təsdiq edən sənəd məhz iş materiallarında olan qəbzdir. Lakin işə baxan apelyasiya məhkəməsi qəbzi sübut kimi nəzərə almamışdır. Sübutlar müqayisəli şəkildə təhlil edilməli, birinin digərindən mötəbərliyi müəyyən edilməli və sonda düzgün nəticəyə gəlinməli idi. Səs yazısı gizli aparıl dığından sübut hesab edilə bilməz. b) Kassasiya şikayətinə qarşı etirazın və ya yazılı izahatın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz və ya yazılı izahat daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

21. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

22. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

23. Maddə 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur.

24. Maddə 439.1. Pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər.

25. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

26. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

27. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

28. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.

29. Mad də 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Mülki Prosessual Məcəllə

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

33. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

34. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

35. Maddə 407.2. Kassasiya şikay ətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

37. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

38. Maddə 418.3. Prosessual hüquq norm alarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

39. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

40. Hazırkı kassasiya şikayə tində qətnamə, iddiaçı tərəfindən tam mübahisələndirilsə də, qətnamə ilə iddia qismən təmin edilmişdir. Ona görə də, qətnamənin qanuniliyi yalnız iddianın təmin edilməyən hissələrində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

42. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfi ndən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

43. Eyni zamanda kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir.

44. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

45. Məhkəmə tərkibi təkrarən qeyd edir ki, iddiaçı səs yazısının ona aid olmasını və həmin səs yazısında cavabdehə 1050 manat məbləğində pulun verildiyi qəbul etmiş, lakin razılığı olmadan səsinin qeydə alınmasına istinad edərək onun sübut olaraq qəbul edilməli olmamasını göstərmişdir. Lakin apellyasiya instansiya məhkəməsi səs yazısını haqlı olaraq möhtəbər sü but kimi qəbul edərək, təqdim olunmuş qəbzi və orada yazılan qeydlərin işin araşdırılmış halları ilə təsdiq olunmaması qənaətinə gəlmişdir. İddiaçı iddia tələbində göstərilən məbləğin cavabdehə verildiyini göstərsə də bununla bağlı sübutlara malik olmamışdır. İşin faktiki halların araşdırmaq səlahiyyətinə malik olan apellyasiya instansiya məhkəməsi bu mövqedən çıxış edərək iddianı qismən təmin etmişdir.

46. Kassasiya şikayətinin digər dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüqu q normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

47. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

48. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1754/2023 nömrəli, 10 avqust 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar