Məhkəmə qərarları › İş №2(102)-356/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-356/2025

27.02.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-356/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh1 Ağali oğluna qarşı iş üzrə iş üzrə QƏRARİ (Açar sözlər: iş üzrə icraata xitam verilməsi) 27.02.2025 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh1 qarşı “kompensasiya verilməklə cavabdehin fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi” Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(106)-642/2024 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə ci il tarixdə Ali Məhkəmənin inz ibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı Cavabdeh1 atasıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları. a) Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 3000 manat kompensasiya verilməklə iddiaçının mülkiyyətində olan Astara rayonunun Lələkəpeştə kəndində yerləşən fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Astara rayonunun Lələkəpeştə kəndində yerləşən 1964-cü ildə tikdiyi ümumi sahəsi 25,5 kv.m olan 1 otaqlı fərdi yaşayış evi onun şəxsi mülkiyyətinə verilmişdir. Mülkiyyət hüququ Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrindən verilmi ş çıxarışa əsasən 18 noyabr 2022-ci ildə qeydə alınmışdır. Mülkiyyətində olan evdə ailə üzvləri ilə birlikdə yaşayır. Cavabdeh1 onun övladı olsa da, iddiaçı ilə yaşadığı müddətdə münasibəti pis olmuş, mütəmadi olaraq evdə söz-söhbət, dava-dalaş salmış və onları söyüb təhqir etmişdir. Bir övladının Vətən uğrunda şəhid olub ona şərəf gətirməsinə baxmayaraq, cavabdeh olan oğlu onu kənddə və rayonda etdiyi hərəkətlərə görə biabır edir. Artıq cavabdehin hərəkətlərinə görə onlar münaqişəli ailə statusunu almışdır. Buna sübut Astara Rayon Məhkəməsinin 2005-ci il tarixli hökmü və 2022-ci il tarixli inzibati qərarıdır. Cavabdehin ailə üzvlərinə və iddiaçıya qarşı kəskin qərəzli münasibəti nəticəsində iddiaçı və ailə üzvləri ağır stress keçirmişdir. Cavabdehin onlarla yaşaması qeyri-mümkündür. Buna görə də iddiaçı məcbur qalıb 2021-ci ildə məhkəmədə cavabdehə kompensasiya ödənilməklə mənzildən istifadə hüququna xitam verilməsinə dair iddia qaldırmış, iddiası Astara Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli qətnaməsi ilə təmin edilmişdir. Lakin həmin qətnamə cavabdehin verdiyi apellyasiya şikayətinə əsasən Şirvan Apellyasiya Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə ləğv edilmişdir. Səbəb cavabdeh təşkilatların səhlənkarlığına görə iddiaçıya verilmiş çıxarışda cavabdehin torpaq payı nəzərə alınmadığından iddiaçıya verilmiş çıxarışın etibarsız sayılması olmuşdur. İddiaçı məcbur qalıb yenidən evinə çıxarış əldə etməklə, cavabdehin onlara qarşı kəskin qərəzli münasibəti olduğunu, bir mənzildə onunla yaşamağın qeyri-mümkünlüyünü, həyat və sağlamlıqlarının təhlükə qar şısında ola biləcəyini nəzərə alıb hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Yaşadıqları ərazidə hər cür şəraiti olan 1 otaqlı ev tikməkdən ötrü 3000 manat məbləğində vəsait lazımdır və 1 otaqlı evin aylıq kirayə haqqı 30-40 manatdır. Hazırda yaşadıqları ev torpaqdan tikilmiş 1 otaqlı evdir, onun dəyəri halhazırda 3000 manat etmir. Beləliklə, Cavabdeh1 iddiaçının mülkiyyətində olan evdən istifadə hüququna görə 3000 manat kompensasiya verilməklə istifadə hüququna xitam verilməlidir.

4. Astara Rayon Məhkəməsinin 06 aprel 2023-cü il tarixli, 2(018)-98/2023 saylı qətnaməsi ilə (sədrlik edən hakim Mübariz Məmmədov) iddia təmin olunmuş, Cavabdeh1 İddiaçı xüsusi mülkiyyətində olan Astara rayonu, Lələkəpeştə (Vaqo) kəndində 0,32 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 25,3 kv adrat metr olan fərdi yaşayış evinə istifadə hüququna 3000 manat kompensasiya verilməklə xitam verilməsi, İddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində olan dövlət rüsumunun Cavabdeh1 alınaraq İddiaçı verilməsi qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat:

5. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, məhkəmə qətnaməsini qanunsuz və əsassız hesab edir. Belə ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında iddiaya baxan birinci instansiya məhkəməsi mülki prosessual qanunvericiliyin normalarına müvafiq olaraq kompensasiyan ın məbləğini bazar qiymətinə uyğun müəyyən etməli idi. Məhkəmə iş üçün əhəmiyyətli olan sübutları araşdırmamış, iddiaçıdan onu tələb etməmiş və ya öz təşəbbüsü ilə həmin sübutların əldə olunması istiqamətində heç bir addım atmamış, eləcə də, iş materiallarında olan bir neçə tutarlı olmayan sübutlara söykənməklə ədalətsiz və qanunsuz qətnamə qəbul etmişdir. Məhkəmə mülki iş materiallarına əlavə edilmiş Astara RİHB-nin Siyəkü İƏD-nin arayışını rəhbər tutaraq sözügedən ərazidə 1 otaqlı evin qiymətinin aylıq kirayə haqqının 40 manat olduğu qənaətinə gələrək, cavabdehin və uşaqlarının 36 ay müddətinə eyni şəraitdə kirayədə yaşaması hüququnu cavabdehə verməklə iddianı təmin etmişdir. Lakin məhkəmə nə həmin evə baxış keçirib onun şəraiti ilə tanış olmuş, nə də icra nümayəndəliyinin verdiyi arayış ın real olub-olmadığını yoxlamışdır. Yəni məhkəmə həmin ərazidə evin qiymətləri ilə maraqlanmamış, həmin evin şəraitinə uyğun evin bazar qiymətinin müəyyən edilməsi üçün mütəxəssis rəyinin alınması üçün tədbir görməmişdir. Bir sözlə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi zamanı kompensasiya məbləğinin bazar qiymətinə uyğun müəyyən edilməsi məsələsinə məhkəmə aydınlıq gətirməli və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra MPMə) müvafiq olaraq kompensasiyanın məbləğini bazar qiymətinə uyğun müəyyən etməli idi. Bundan əlavə, mübahisəli məsələ ilə bağlı bazar qiyməti mötəbər sübutlarla təsdiqini tapmadığına görə məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif etməli idi. Məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmamışdır. Həmçinin, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-805/2022 saylı, 29 sentyabr 2022-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi olsa da, məhkəmə MPM-in 153.2.2-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina etməmiş və icraata qəbul etmişdir. Məhkəmə öz qətnaməsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşmanın olmadığı təqdirdə mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam veilməsini qeyd edir, lakin bazar qiymətinin hansı sübutlarla müəyyən edildiyini qətnamədə əsaslandırmır. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və ondan istifadə edərək yekun nəticəyə gəlməli olduğu halda, evin bazar qiymətinin müəyyən edilməsi üçün adi bir arayışla kifayətlənmişdir, hansı ki həmin arayışda həmin ərazidə normal şəraitdə yaşamaq üçün evin kirayə qiymətinin 40 manat olduğu göstərilmişdir. Odur ki, evin bazar qiymətinin müəyyən edilməsi mötəbər sübutlarla təsdiq edilməmişdir. Məhkəmə tərəflərə məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borclu olduğu halda bunu etməmişdir.

7. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 avqust 2023-cü il tarixli, 2(106)-984/2023 saylı qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmi ş apellyasiya şikayəti təmin edilmiş, Astara Rayon Məhkəməsinin 06 aprel 2023-cü il tarixli, 2(018)-98/2023 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı Cavabdeh1 qarşı “3000 manat kompensasiya ödənilməklə mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair” iddiası təmin edilməmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

8. İddiaçı kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-222/2024, 16 yanvar 2024-cü il tarixli qərarı ilə (hakimlər Əhməd Əhmədov (sədrlik edən və məruzəçi) İspən diyar Şəfiyev və Vüqar Həsənov) İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 21 avqust 2023-cü il tarixli, 2(106)-984/2023 saylı qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat:

10. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(106)-642/2024 saylı qətnaməsi ilə (hakimlər X5 (sədrlik edən, məruzəçi), X2 və X3) Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Astara Rayon Məhkəməsinin 6 aprel 2023-cü il tarixli, 2(018)-98/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. a) Kassasiya şikayətinin dəlilləri:

11. Qətnamədən cavabdeh (vəkil Cavabdeh 2) kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 avqust 2024-cü il tarixli 2(106)642/2024 saylı qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli evin mülkiyyətçisi olmasa da, sözügedən evdə doğulub böyüdüyündən, həyat yoldaşı iddiaçının razılığı ilə ora gəlin gəldiyindən, orada yaşadığından, uşaqları orada doğulub böyüdüyündən, əşyaları orada olduğundan, başqa yaşayış yeri olmadığından, həmin evdə yaşamağına məhdudiyyətlər yaradılması İnsan Hüquqlarının və X1 Haqqında Konvensiyanın 8-ci maddəsinin tələbləri baxımından mənzil hüququma müdaxilə kimi qiymətləndirilməlidir.

13. Qanunvericiliyin tələbinə əsasən başqa yaşayış yerləri olmadığ ından, yaşayış sahəsi əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsaslar olmadığından, maddi vəziyyətimn və diqqətəlayiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədiyndən, göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilərdi. Lakin işə baxan məhkəmələr bunu etməməklə qanunvericiliyin tələbini pozmuşdur.

14. İş materialından görünür ki, mübahisəli ev iddiaçının mülkiyyətində olsa da, ailə üzvləri ilə birlikdə həmin evdə yaşamaqla orada pasport qeydiyyatındadırlar. Qeyd olunan evdən istifadə etmək hüququ vardır. Lakin hazırkı qətnamə ilə yaşadığı həmin evdən məhrum edilmişdir ki, bu da qanuna ziddir.

15. Yaşayış sahəsindən çıxarılmağı üçün Mənzil Məcəlləsində və digər qanunlarda nəzərdə tutulmuş heç bir əsas mövcud olmadığından həmin evdən çıxarılmağı maddi hüquq normasının pozuntusudur.

16. Qanunvericiliyin tələbinə əsasən yaşadıqları ərazidə oxşar şəraitli mənzillərin kurayə haqqının nə qədər olmasının müəyyənləşdirilməsi xüsusi bilik tələb etdiyindən məhkəmələr bununla bağlı ekspertiza təyin etməli idilər. Lakin işə baxan məhkəmələr nəinki ekspertiza təyin etməmiş, ərazi nümayəndəliyinin bununla bağlı heç bir mənbəyə əsaslanmayan arayışına istinad edərək qətnamə qəbul etməklə prosessual hüquq normasının tələblərini pozmuşlar.

17. Məhkəmələr tərəfindən dəlilləri və sübutları araşdırılmadan qəbul edilməməklə, xeyrinə olan xüsusatlara əhəmiyyət verilməməklə, sübutlara və işin materiallarına, düzgün qiymət verilməməklə, tam, hərtərəfli və obyektiv araşdırma aparılmamaqla işin ədalətli araşdırılması hüququ pozulmuşdur.

18. İş materialından görünür ki, iddiaçı tələbinin əsası kimi yaşadıqları kənddə kirayə haqqının 40-50 manat olmasına dair arayışına istinad etmiş, məhkəmələr də həmin arayışa əsaslanmışlar. Lakin ərazi nümayəndəliyinin bu məzmunlu arayışının nə qədər mötəbər olmasını, həmin qiymətə kirayə mənzilin olub-olmamasını, vardırsa kimə məxsus mənzilin bu qiymətə kirayə verilməsini, ərazi nümayəndəliyinin kirayənin məbləği barədə rəqəmləri hansı mənbədən götürməsini araşdırmamış, Yerli İcra hakimiyyəti orqanları haqqında Əsasnamədə ərazi nümayəndələrinin belə səlahiyyətinin qeyd edilməməsini nəzərə almamışdır. Həmçinin apellyasiya instansiyası məhkəməsinə ərazidə kirayə haqqının 180 manat olmasına dair Liman şəhər İstehsal- İstehlak Kooperativ Cəmiyyətinin xx.xx.2024-cü il tarixli rəyini təqdim etsə də (xx.xx.2024-cü il tarixdə faksla göndərmişəm), nəzərə almamış, həmin rəyə ümumiyyətlə hüquqi qiymət verməmişdir. Bunlar isə işə baxan məhkəmələrin sübutları düzgün qiymətləndiməməsini göstərir. İşə baxan məhkəmələr yuxarıda göstərilən bəzi sübutlara (kirayə haqqının məbləğinə dair ərazi nümayəndəliyinin arayışına) düzgün hüquqi qiymət verməməklə, bəzilərinə isə (kirayə haqqı məbləği barədə mütəxəssis rəyinə) ümumiyyətlə hüquqi qiymət verməməklə prosessual hüquq normalarını pozmuşlar ki, bu da düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnmişdir. b) Kassasiya şikayətinə etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 2

0. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).

21. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.

22. Maddə 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ h issəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarı

23. Qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

24. Maddə 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

25. İşə kassasiya qaydasında baxılarkən hazırkı iş üzrə cavabdehin nümayəndəsi və vəkili Cavabdeh2 Ali Məhkəməyə İddiaçı 24 sentyabr 2024-cü il tarixində ölməsi barədə Astara rayon Qeydiyyat şöbəsinin 29 oktyabr 2024-cü il tarixli 3 -16-5/8-2965/2024 nömrəli arayışını göndərmiş, əvvəlcə iş üzrə icraatın dayandırılması barədə vəsatət vermiş, sonra isə ərizə ilə müraciət edərək iddiaçının vəfat etdiyini, cavabdeh olan kassatorun mirasın qəbulundan imtina etmədiyini və birinci növbəli vərəsələrdən biri olduğunu bildirərək, qətnamənin ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.

26. Məhkəmə kollegiyası hesab edir ki, iş məhkəmədə baxılmalı olmadığından iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir.

27. Belə ki, iş üzrə cavabdeh 24 sentyabr 2024-cü ildə vəfat etmiş İddiaçı oğlu olmaqla mirasqoyanın birinci dərəcəli vərəsəsidir.İş üzrə cavabdeh olan vərəsə Cavabdeh1 atasından qalmış mirasdan imtina etmədiyinə görə mirası qəbul etmiş vərəsə he sab edilir və mirasın aşıldığı gündən mirasqoyandan miras qalmış, kompensasiya verilməklə cavabdehin istifadə hüququna xitam verilməsi tələb olunan fərdi yaşayış evinin mülkiyyətçilərindən birinə çevrilmişdir.

28. Yəni, əvvəlcə mülkiyyətçi iddiaçı istifadə hüquq olan şəxs kimi cavabdehin həmin hüququna xitam verilməsini iddia ərizəsi ilə xahiş etsə də, hazırda iddiaçının ölməsi ilə Cavabdeh1 mülkityyətçilərdən birinə çevrilmişdir.

29. Belə olan təqdirdə artıq iş məhkəmədə baxılmalı deyil.Ona görə də kassasiya şikayəti qismən təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 avqust 2024-cü il tarixli 2(106)-642/2024 nömrəli qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir.

30. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4 16, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 avqust 2024-cü il tarixli 2(106)-642/2024 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar