Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3560/2021 23.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər "xxxx" MMC-yə, "xxxx" MMC-yə, Cavabdeh2nə, "xxxx" BOKT ASC-yə, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı “hərracın nəticələrinin ləğv edilməsi və çıxarışın etibarsız hesab olunması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: ipoteka predmetinin hərracdan satılması, hərracda bağlanılan əqdin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülk i Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakları ilə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 noyabr 2020-ci il tarixli, 2(104)-1991/2020 nömrəli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: Gəncə Apellyasiya Məhkəməsinin 23 yanvar 2014-cü il tarixli qətnaməsi ilə “Cavabdeh3” ASC-yə olan ümumilikdə 350075,83 manat məbləğində borcun xxx qızından tutulması və tələbin ipoteka ilə yüklü edilmiş X1 mülkiyyətində olan ilkin satış qiyməti 8 0000 manat məbləğində qiymətləndirilmiş ünvan 10,11928 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə və İddiaçı1 mülkiyyətində olan ilkin satış qiyməti 250000 manat məbləğində qiymətləndirilmiş ünvan 2 küçəsində 0,2642 ha torpaq sahəsində yerləşən 318 nömrəli qeyri-yaşayış binasına yönəldilməsi qət edilmişdir. (Həmin qətnamənin surəti iş materiallarına əlavə olunmasa da, qeyd olunan hallar işə əlavə olunmuş Bakı Apellyasiya Məhkəməsinin 12 iyul 2016-cı il tarixli qətnaməsinin məzmunundan müəyyən olunur). Qətnamə üzrə icra orqanına icra sənədi verilmiş və icra məmuru tərəfindən daşınmaz əmlak barədə hərracın keçirilməsi "xxxx" MMC-yə həvalə edilmişdir. "xxxx" MMC tərəfindən tərtib olunmuş hərracın nəticələri haqqında 05 iyun 2015-ci il tarixli, Y-161 nömrəli yekun protokoluna əsasən İddi açı1 mülkiyyətində olan ünvan 2 küçəsində xüsusi mülkiyyətdə olan 0,2642 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 1204,5 kv.m ümumi sahədən ibarət 318 nömrəli qeyri-yaşayış binası 159375 manata, 15 sentyabr 2016-cı il tarixli, Y-436 nömrəli yekun protokola əsasən isə Şəmkir şəhəri, Nizami küçəsində istifadədə olan 0,11928 ha torpaq sahəsində yerləşən X1 mülkiyyətində olan 2 mərtəbəli 303 kv.m ümumi sahədən ibarət 6 otaqlı 45 nömrəli fərdi yaşayış evi 51000 manata “Cavabdeh3” ASC-yə satılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər "xxxx" MMC-yə, "xxxx" MMC-yə, Cavabdeh2nə, "xxxx" BOKT ASC-yə və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələl əri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC və "xxxx" MMC tərəfindən iddiaçılara məxsus olan ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binasının və ünvan 2ləşən fərdi yaşayış evinin satılması haqqında hərracın yekun protokollarının ləğv olunması və həmin daşınmaz əmlaklara dair “Cavabdeh3” ASC-nin adına tərtib edilmiş çıxarışın etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, daşınmaz əmlakların orta bazar qiymətləri aşağı qiymətləndirilmiş, ekspert tərəfindən baxış keçirilməmişdir. Halbuki, yenidən qiymətləndirilmə zamanı qeyri-yaşayış binası ******* manata, fərdi yaşayış evi isə 410000 manata qiymətləndirilmişd ir. Şəmkir Rayon Məhkəməsinin 21 yanvar 2020-ci il tarixli, 2(076)-197/2020 nömrəli qətnaməsi ilə (hakim N.Ş.Paşayev) iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçıların mübahisələndirdikləri qeyri-yaşayış binasının ilkin satış qiyməti Gəncə Apellyasiya Məhkəməsinin 23 yanvar 2014-cü il tarixli qətnaməsi ilə 250000 manat məbləğində müəyyən olunmuş və həmin hal preyudisial əhəmiyyətə malikdir. Eləcə də, iddiaçılar tərəfindən hərracın nəticələrində dair yekun protokolun etibarsız sayılması və çıxarışın ləğv olunması tələbinə İddiaçı1 başqa iddiası üzrə məhkəmə qaydasında əvvəllər qiymət verilmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin 21 yanvar 2020-ci i l tarixli, 2(076)-197/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 noyabr 2020-ci il tarixli, 2(104)-1991/2020 nömrəli qətnaməsi ilə (hakim R.Ş.Muradovun sədrliyi və məruzəsi ilə, hakimlər Ə.İ.Məmmədovdan və F.Ə.Mehtiyevdən ibarət tərkibdə) iddiaçıların apellyasiya şikayəti təmin edilməmiş, Şəmkir Rayon Məhkəməsinin 21 yanvar 2020-ci il tarixli, 2(076)197/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşan apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 414, 415-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 6.1, 34, 36.1, 41, 42.8-ci maddələrinə istinad edə rək qeyd etmişdir ki, iddiaçıların apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri İddiaçı1 və İddiaçı2 kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 noyabr 2020-ci il tarixli, 2(104)-1991/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsi göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti iddia ərizəsində qeyd olunan hallara istinad olunmaqla onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının po zulması və düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 vəkilsiz iştirak etdiklərinə görə Azərbaycan Respublikasının MPM-nin 67-ci maddəsinə əsasən məhkəmə kollegiyası onların izahatlarını almayaraq işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdehlər və üçüncü şəxs vəkillərinin iştiraklarını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə gəlməyən tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İddiaçı kassasiya şikayətində apellyasiya məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyindən və tələb bölünməz olduğundan, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərr acın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 39.3.3-cü maddəsinə əsasən Məhkəmə ipoteka predmetinə tut manın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatl ar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü m addəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2015-ci il tarixli qərarında həmin məhkəmə qeyd etmişd ir ki, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxım dan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, iddiaçılar tərəfindən mübahisələndirilən əmlakların ilkin satış qiyməti qanuni qüvvəyə minmiş Gəncə Apellyasiya Məhkəməsinin 23 yanvar 2014-cü il tarixli qətnaməsi ilə müəyyən olunmuş və həmin qiymət tərəflər üçün, o cümlədən iddiaçılar üçün preyudisial əhəmiyyətə malik olmaqla, MPM-in 82.3-cü maddəsinə əsasən bir daha məhkəmə mübahisəsinin predmeti ola bilməz. Digər tərəfdən iş materiallarından müəyyən olunur ki, iddiaçı xxx bundan əvvəl cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə (sonradan iddiaçı əsl İddiaçı1 ilə əvəz olunmuşdur) məhkəməyə müraciət edərək, ünvan 2 küçəsində yerləşən 318 nömrəli qeyriyaşayış binasının və ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin hərracdan satılmasına dair 05 iyun 2015-ci il tarixli yekun protokolları və həmin əmlakları “Cavabdeh3” ASC-nin mülkiyyətinə keçməsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsini xahiş etmiş satılmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 20 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə iddia rədd edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 14 mart 2017-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin 08 sentyabr 2017-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 14 mart 2017-ci il tarixli qətnaməsi ləğv edilərək, iş yeni apellyasiya baxışına göndərilmiş, Bakı Apellyasiya Məhkəməsinin 18 fevral 2017-ci il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin qətnaməs i yenidən dəyişdirilmədən saxlanılmış və Ali Məhkəmənin 30 aprel 2018-ci il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin həmin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə müəyyən olunur ki, iddiaçılar tərəfindən hazırda etibarsız hesab olunması xahiş olunan hərraclar müxtəlif əsaslarla əvvəllər də mübahisələndirilmiş və qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə iddia təmin olunmamışdır. Məhkəmə kollegiyası izah edir ki, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesa b edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 noyabr 2020-ci il tarixli, 2(104)-1991/2020 nömrəli qətnaməsi də yişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3560/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-3560/2021
23.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver