Məhkəmə qərarları › İş №2(102)-3564/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3564/2021

03.06.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3564/2021 03.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh və maraqlı şəxs Göygöl rayon Dövlət Notariat Kontoruna qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3564/21 (Açar sözlər: iddiadan imtina, xitam) Bakı şəhəri, 03 iyun 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-773/2021 nömrəli iş üzrə 01 fevral 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 03 iyun 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh və maraqlı şəxs Göygöl rayon Dövlət Notariat Kontoruna qarşı “miras mülkün qəbul edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum və ona vəsiyyətnamə üzrə miras qoyan X1 ünvan 1 ünvanda yerləşən yaşayış evinin, yəni miras mülkün vəsiyyətnamə üzrə onun tərəfindən faktiki qəbul edilməsi və mülkiyyətinə verilməsi, mülkiyyət hüququnun tanınması, müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat Göygöl Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 17 mart 2020-ci il tarixli, 2(066)-242/2020 saylı qətnaməsi ilə (ha kim Rafiq Məmmədov) iddia tələbinin təmin edilməməsi qət edilmişdir. İddiaçı qətnamədən apelyasiya şikayəti vermişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Gəncə Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Rəhman Muradov - sədrlik edən və məruzəçi, Fikrət Mehtiyev, Ədil Məmmədov) 01 fevral 2021-ci il tarixli, 2(104)-773/2021 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Göygöl Rayon Məhkəməsinin 17 mart 2020-ci il tarixli, 2(066)-242/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (vəkili Vəkil) kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilərək işin yeni apelyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq İddiaçı, vəkili Vəkil, Cavabdeh və maraqlı şəxs Göygöl rayon Notariat Ofisinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı məhkəməyə notariat qaydasında təsdiq edilmiş ərizə ünvanlayaraq ərizəsində iddiadan imtina etdiyi bildirərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 52.1. İddiaçı iddiadan imtina edə bilər. İddiadan imtinaetmə yazılı formada ifadə edilməlidir. Maddə 261.0.4 İddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Maddə 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Maddə 410.3. Kasasiya instansiyasında icraata xitam verilməsi barədə kasasiya məhkəməsi qərar çıxarır. Maddə 417.1.5. Kasasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3-cü və 259.0.8-259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası İddiaçı iddiadan imtina etməsinə dair ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının iddiadan imtinası qəbul edilməli, iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01.02.2021-ci il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 52.1, 52.4, 261.0.4, 262.4, 416, 417.1.5, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı iddiadan imtinası qəbul edilsin. Gəncə Apellyasiya M əhkəməsi Mülki Kollegiyasının 01.02.2021-ci il tarixli, 2(104)773/2021 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçınən Cavabdeh və maraqlı şəxs Göygöl rayon Dövlət Notariat Kontoruna qarşı “miras mülkün qəbul edilməsi” tələbi barədə iddiasına dair mülki iş üzrə icraata xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar