Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3565/2024 13.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Əliyusifovnanın cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ (kateqoriya: bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, mübahisələndirilən əqdlər, zorakılıq və hədə təsiri) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı Əliyusifovnanın cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1148/2023 nömrəli, 2 6 iyul 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə 13 dekabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh2 ilə İddiaçı Əliyusifovna arasında xx.xx.2018-ci il tarixdə rəsmi nikah bağlanmışdır. 2. 4ə-1782 №-li, 4ə-1781 №-li, 4ə-1783 №-li və 4ə-1780 №-li notariat işlərində olan mülkiyyət sənədlərinə əsasən, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 71.4 m2 olan fərdi yaşayış sahəsinin, Sumqayıt şəhəri, 10-cu mikrorayon, b.371, s. 8 ünvanında yerləşən ümumi sahəsi 38.1 m2 olan qeyri-yaşayış sahəsinin, Sumqayıt şəhəri, Koroğlu prospekti, 565A ünvanında yerləşən ümumi sahəsi 63.4 m2 olan qeyri-yaşayış binasının və Xızı şəhərində yerləşən 0.60 ha torpaq sahəsinin mülkiyyə tçisi Cavabdeh2dur.
3. Bakı şəhəri 21 saylı notariat ofisində imzalanmış **********200 saylı, xx.xx.2021-ci il tarixli ərizəyə əsasən, İddiaçı əri Cavabdeh2 ilə barışdığını, ona qarşı heç bir iddia tələbi və şikayəti olmadığını və gələcəkdə də olmayacağını bildirmişdir. Bakı şəhəri 21 saylı notariat ofisinin xüsusi notariusu X6 həmin ərizənin həqiqiliyini təsdiq etmişdir.
4. İş materiallarında olan Sumqayıt şəhəri 3 saylı notariat ofisi tərəfindən məhkəmənin sorğusuna əsasən göndərilən cavab məktubundan görünür ki, İddiaçı Bakı şəhəri 21 saylı notariat ofisi tərəfindən xx.xx.2021-ci il tarixdə, 7E-15324 reyestrlə Cavabdeh2 verdiyi etibarnamə (bu şəxsə məxsus bütün əmlak və hüquqlar) əsasında Sumqayıt şəhəri 3 saylı notariat ofisində xx.xx.2021-ci il tarixdə 7E-24797 reyestrlə X4 etibar edi lmişin başqasına etibaretmə qaydasında etibarnamə verilmişdir. İddiaçı tərəfindən Cavabdeh2 verilmiş etibarnamə İddiaçı xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 21 saylı notariat ofisində yazdığı ərizəsinə əsasən ləğv edildiyi üçün Sumqayıt şəhəri 3 saylı notariat ofisində xx.xx.2021-ci il tarixdə 7E-24797 reyestrlə verilmiş etibarnamə də qüvvədən düşmüşdür. 5. xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən, mübahisələndirilən əmlaklar Cavabdeh2 tərəfindən anası Cavabdeh1 bağışlanmış, müqavilələri Cavabdeh1, onların bağlanılmasına razılıq ərizələrini İddiaçı əvəzinə X5 imzalamışdır.
6. Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-573/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarına əsasən, Cavabdeh2 AR CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi Cavabdeh2 AR CM-nin 128-ci maddəsi ilə AR CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmiş və iş üzrə icraata xitam verilmişdir.
7. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatlara əsasən, mübahisələndirilən əmlakların mülkiyyətçisi Cavabdeh1dır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı Əliyusifovna cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “bağışlama müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə Cavabdeh1 arasında ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 63.4 kv.m. olan qeyri-yaşayış binasının, Xızı şəhərində yerləşən 0.60 ha torpaq sahəsinin, Sumqayıt şəhəri, 10-cu mikrorayon, b.371, s. 8 ünvanında yerləşən ümumi sahəsi 38.1 kv.m. olan qeyri-yaşayış sahəsinin, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 71.4 kv.m. olan fərdi yaşayış sahəsinin bağışlanmalarına dair xx.xx.2021-ci il tarixli bağışlama müqavilələrinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdeh ilə birlikdə yaşadıqları dövrdə cavabdeh daim ona qarşı şiddət göstərmiş, o dəfələrlə fiziki və mənəvi zorakılıqlara məruz qalmışdır. Cavabdeh2 ona etibarnamə vermək üçün dəfələrlə təzyiq göstərmiş, onu döymüşdür. Hətta sonuncu dəfə birgə nikah dövründə əldə edilmiş əmlakların satılması üçün onu döyərək sağlamlığına xəsarət yetirdiyi üçün onun barəsində cinayət işi başlanmış və iş aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Lakin, Cavabdeh2 ona hədə-qorxu gəldiyi üçün məcbur olaraq formal şəkildə guya aralarında barışıq əldə edildiyi barədə ərizə verərək şikayətini geri götürmüşdür. Buna görə də Cavabdeh2 təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş, o, cinayət məsuliyyətindən azad olunmuşdur. Cavabdeh2 tərəfindən daim ölümlə təhdid olunduğu, işgəncələrə məruz qaldığı üçün xx.xx.2021-ci il tarixdə ona 7E15324 nömrəli etibarnamə vermişdir. Onun məqsədi verilmiş etibarnamə ilə birgə nikah dövründə alınmış əmlakların özgəninkiləşdirilməsi olmuşdur. Artıq aralarındakı ailə münasibətləri tamamilə korlandığı üçün Cavabdeh2 onun məhkəməyə nikahın ləğvi və əmlak bölgüsünə dair iddia ərizəsi ilə müraciət edəcəyini düşünmüşdür. Buna görə də, ondan hədə-qorxu gələrək etibarnamənin alınmasına nail olmuşdur. Cavabdeh2 etibarnamə verildikdən bir gün sonra, yəni xx.xx.2021-ci il tarixdə birgə nikah dövründə əldə edilmiş Xızı şəhərində yerləşən 0.60 ha torpaq sahəsini, Sumqayıt şəhəri, 10-cu mkr., b.371, s. 8 ünvanında yerləşən ümumi sahəsi 38.1 kv.m. olan qeyri-yaşayış sahəsini, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 71.4 kv.m. olan fərdi yaşayış sahəsini və Sumqayıt şəhəri, Koroğlu prospekti, 565A ünvanında yerləşən ümumi sahəsi 63.4 kv.m. olan qeyri-yaşayış binasını anası Cavabdeh1 bağışlamışdır. Bu hal belə Cavabdeh2 aralarındakı əmlak bölgüsünün qarşısını almaq məqsədi ilə daşınmaz əmlakları anasının adına bağışladığını təsdiqləmişdir. xx.xx.2021-ci il tarixdə Cavabdeh2 verdiyi 7E-15324 nömrəli etibarnamə xx.xx.2022-ci il tarixdə onun tərəfindən ləğv edilmişdir.
10. Cavabdeh2 vəkili X7 məhkəməyə iddia tələbinə etiraz edərək, etirazını onunla əsaslandırmışdır ki, hüquqlarını müdafiə etdiyi şəxsin adına dövlət reyestrində hər hansı bir əmlak qeydiyyatda deyildir. Bütün birgə nikah dövründə əldə edilmiş əmlaklar elə həmin dövrdə də özgəninkiləşdirilmiş və əldə olunan vəsait də ailə xərclərinə sərf edilmişdir. İddia tələbinin bu hissəsində iddiaçının əsaslandığı tək hal Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü olmuşdur. Həmin hökmə əsasən hüquqlarını müdafiə etdiyi şəxs iddiaçı ilə avtomobildə hərəkət edərkən onu yumruqla vuraraq yüngül bədən xəsarəti yetirmişdir. Habelə, hökmdə qeyd edilmişdir ki, hadisənin törənmə səbəbi cavabdehin iddiaçıdan əmlaka dair tam səlahiyyətli etibarnamə verməsi tələbi olmuşdur. İddiaçıda təl əbində bu hala əsaslanaraq bildirmişdir ki, etibarnamə təzyiq altında verilmiş və onun hüquqları pozulmuşdur. Bu halda iddiaçı hadisələrin cərəyan etdiyi tarixləri bilərəkdən qarışdırmaqla məhkəməyə yanlış məlumatlar vermişdir. Belə ki, adıçəkilən xx.xx.2021-ci il tarixli etibarnamə hüquqlarını müdafiə etdiyi şəxsə deyil, X5 adlı digər şəxsə verilmişdir. Tərəflər arasında baş vermiş və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə nəticələnmiş hadisə xx.xx.2021-ci il tarixdə baş vermişdir. Adıçəkilən hökmlə tanış olduqda müəyyən edilmişdir ki, iddiaçı etibarnamə verməkdən ilkin olaraq, imtina etmişdir. Lakin elə həmin hökmdə hazırkı iddiaçının məhkəməyə təqdim etdiyi notarial təsdiqli ərizəsi və izahatı barədə məlumat verilmişdir. İddiaçı bildirmişdir ki, onlar artıq barış mış və hazırkı işə xitam verilməsini xahiş etmişdir. Həmin ərizənin tarixi xx.xx.2021-ci il olmuşdur. Hazırda iddiaçının əsaslandığı hal olan etibarnamə də məhz xx.xx.2021-ci il tarixdə verilmişdir. xx.xx.2021-ci il tarixdə hazırkı iş üzrə tərəflər müəyyən maddi vəsait qarşılığında barışığa gəlmiş və həm ərizə, həm də etibarnamə iddiaçının azad iradə ifadəsi olmuşdur. Əgər zərərçəkmiş qismində şəxs cinayət işi üzrə təqsirləndirilən şəxsi bağışlaması haqda ərizə verməsəydi, hüquqlarını müdafiə etdiyi şəxs cəza alacaqdı. Məhz tərəflər xx.xx.2021-ci il tarixdə barışığa gəlmiş və qarşılıqlı mənafelərinin təmin olunduğu üçün iddiaçı azad iradə ifadəsi ilə etibarnamə və ərizə vermişdir. İddiaçı tələbində haqlı olmamış, yalnız hazırda həbsdə olan cavabdehin mülki hüquqlarını tam şəkildə həyata ke çirmək imkanlarının məhdud olmasından istifadə edərək, məhkəməyə müraciət etməklə əsassız varlanma məqsədi güdmüşdür.
11. Sumqayıt şəhər Məhkəməsinin 2(060)-124/2023 nömrəli iş üzrə 22 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakim Əfqan Ələkbərov) İddiaçı Əliyusifovnanın cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı bağışlama müqavilələrinin etibarsız hesab edilməsinə dair iddiası təmin edilməmişdir.
12. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı sözügedən etibarnaməni Cavabdeh2 məcburetmə nəticəsində, yəni zorakılıq və ya hədələməyə məruz qaldığından verdiyini, mübahisələndirilən müqavilələrin bağlanmasına razılıq ərizələrinin ona əsasən imzalanmasını əsas göstərmişdir. Buradan aydın olmuşdur ki, iddianın qanuni əsası qismində Mülki Məcəllənin 339.4-cü maddəsi nəzərdən keçirilə bilər. Məhkəmə iddiaçının qeyd olunan dəlili ilə razılaşmamışdır. Belə ki, xx.xx.2021-ci il tarixdə verilmiş etibarnamənin yeddi ay əvvəl baş vermiş zorakılıqla əlaqələndirilməsi əsaslı görünməmişdir. Çünki, 2021-ci ilin aprel ayının 2-də etibarnamə verməkdən imtina etdiyinə görə iddiaçının zorakılığa məruz qalması, yeddi ay sonra etibarnamə verərkən məcburetmə altında olmasını heç də şərtləndirməmişdir. Məhz xx.xx.2021-ci il tarixli etibarnamənin iddiaçı tərəfindən məcburetmə nəticəsində verilməsini təsdiqləyən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Bu hala dair telefon danışığının disk yazısı səslərin identifikasiyası baxımından mübahisələndirildiyindən, eləcə də adi mübahisə xarakteri daşıdığından, məhkəmə həmin audioyazını mötəbər sübut hesab etməmişdir. Əksi nə, notariat ofisində etibarnamənin verilməsinin hansı nəticələr doğuracağının izahından sonra onun verilməsindən imtina edən, zorakılığa məruz qalmasına baxmayaraq fikrindən dönməyən şəxsin xeyli müddət sonra etibarnamə verməsi və həmin tarixdə də təqsirləndirilənlə (Cavabdeh2) barışıq ərizəsi yazması kimi işin faktiki halları iddiaçının öz iradəsini sərbəst və könüllü həyata keçirərək bütün əmlak və hüquqlara dair etibarnamə verməsi, eyni zamanda bunun hansı reallıqlara səbəb olacağını, həmçinin ona qarşı baş verərək qeyri-qanuni hərəkətlərdən qanunla qorunduğunu bilməsi nəticəsinə gəlməyə əsas vermişdir.
13. Məhkəmə qeyd etmişdir ki, iddiaçının sözügedən etibarnamənin verilməsindən 6 ay 15 gün sonra onun ləğvinə dair müraciət etməsi, bundan da 3 aydan bir qədər artıq müddət keçdikdən so nra məhkəmədə iddia qaldırması, indiyədək nikahın pozulması və ya əmlak bölgüsü barədə ərizənin verilməməsi, yalnız 2023-cü ilin yanvar ayında bununla bağlı mediasiya prosesinin keçirilməsi, həmin etibarnamənin sərbəst və könüllü iradə ifadəsinin təzahürü olduğu fikrini bir daha möhkəmləndirmişdir. Belə ki, həmin etibarnamə məcburetmə nəticəsində verilsə idi, onun ləğvi barədə dərhal və ya qısa müddətə müraciət olunar, hazırkı iddianın predmetini təşkil edən müqavilələr məhkəmə qaydasında daha tez mübahisələndirilərdi.
14. Məhkəmə, həmçinin qeyd etmişdir ki, əmlakın nikah dövründə əldə olunması onun hələ birgə mülkiyyət kimi tanınması üçün əsas deyildir. Bunun üçün qanunvericiliyin müəyyənləşdirdiyi digər – birgə vəsait hesabına başa gəlmə şərti də ödənməlidir. Hazırkı işdə birgə mülkiyyət məsələsi sübuta ehtiyacı duyulan arqumentdir. Ona görə də mübahisələndirilən müqavilələr üzrə əmlakların, onlar üzrə paylar müəyyən edilmədən, habelə göstərilən şərtlər sübuta yetirilmədən iddiaçı tərəfindən indidən birgə mülkiyyət kimi qələmə verilməsi ilə məhkəmə razılaşmamış, Cavabdeh2 əmlak bölgüsündən yayınma dəlilini əsaslı hesab etməmişdir.
15. Məhkəmə, bununla yanaşı, qeyd etmişdir ki, iddiaçı tərəfindən tələbinin əsasını üzərində qurduğu etibarnaməni hazırkı iddiasında da mübahisələndirməmiş, eləcə də etibarsızlığı barədə tələb irəli sürməmişdir.
16. Məhkəmə hesab etmişdir ki, sözügedən etibarnamənin verilməsi və müqavilələrin bağlanması qanuna zidd məqsədlərlə bu cür xarakterli vasitələr tətbiq edilməklə həyata keçirilməmişdir.
17. Məhkəmə bu nəticəyə gəlmişdir ki, işin faktiki halları Mülki Məcəllənin 339.4-cü maddəsinin dispozisiya şərtləri ilə uzlaşmamış, eləcə də mülki qanunvericilikdə müəyyənləşdirilmiş əqdlərin etibarsızlığı əsaslarına uyğun gəlməmişdir.
18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1, 339.4, 366.2-ci maddələrinə, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 mart 2019-cu il tarixli qərarına, istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
19. İddiaçı Əliyusifovna apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 22 fevral 2023-cü il tarixli, 2(060)-124/2023 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
20. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdehlə birlikdə yaşadıqları dövrdə cavabdeh daim ona qarşı şiddət göstərmiş, dəfələrlə onu fiziki və mənəvi zorakılıqlara məruz qoymuşdur. Bundan başqa Cavabdeh2 ona etibarnamə vermək üçün dəfələrlə ona təzyiq göstərmiş, döymüşdür. Sübut qismində məhkəməyə təqdim edilmiş Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(060)-573/2021 saylı qərarından da göründüyü kimi, Cavabdeh2, xx.xx.2021-ci il tarixdə saat 13 radələrində Sumqayıt şəhəri, 45-ci məhəllədə yerləşən 2 saylı uşaq poliklinikasının qarşısında idarə etdiyi “Hyundai” markalı avtomaşının içərisində ona 40 illik etibarnamə verməkdən imtina etdiyi üçün baş və bədən n ahiyəsinə yumruqla qəsdən bir neçə dəfə xəsarət yetirərək sağlamlığına yüngül zərər vurmuşdur. Hətta onu döyərkən maşının qapılarını içəridən bağlayaraq yardım istəməyinə mane olmuşdur. Buna görə də, ona CMnin 128-ci maddəsində nəzərdə tutulmuş ittham elan edilmiş, iş aidiyyatı üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Lakin Cavabdeh2 məhkəmə istintaqı dövründə onu ailə üzvlərini öldürməklə hədələdiyi üçün məcbur olaraq formal şəkildə guya aralarında barışıq əldə edildiyi barədə ərizə verərək şikayətini geri götürmüşdür. Buna görə də Cavabdeh2 təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş, o cinayət məsuliyyətindən azad olunmuşdur. Lakin Sumqayıt Şəhər Məhkəməsi qeyd olunan halları nəzərə almamış və öz mövqeyini belə əsaslandı rmışdır ki, “xx.xx.2021-ci il tarixdə verilmiş etibarnamənin yeddi ay əvvəl baş vermiş zorakılıqla əlaqələndirilməsi əsaslı görünməmişdir. Çünki, 2021-ci ilin aprel ayının 2-də etibarnamə verməkdən imtina etdiyinə görə iddiaçının zorakılığa məruz qalması, yeddi ay sonra etibarnamə verərkən məcburetmə altında olmasını heç də şərtləndirmir. Məhz xx.xx.2021-ci il tarixli etibarnamənin iddiaçı tərəfindən məcburetmə nəticəsində verilməsini təsdiqləyən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir”. Bununla bağlı bildirmişdir ki, o, daim cavabdehin hədə-qorxularına məruz qalmışdır. Yuxarıda qeyd etdiyi kimi onu ailə üzvlərini öldürməklə hədələdiyi üçün o, məcbur olaraq formal şəkildə guya aralarında barışıq əldə edildiyi barədə ərizə verərək şikayətini geri götürmüş, həmçinin onun tərəfindən Cav abdeh2 xx.xx.2021-ci il tarixdə etibarnamə verilmişdir. Xüsusilə qeyd etmişdir ki, o xx.xx.2021-ci il tarixdə hamilə olmuşdur. Buna görə də, Cavabdeh2 hədəqorxuları ona öncəki zamanlardan daha çox təsir etmişdir. Həmin dövrün onda yaratdığı emosional gərginlik və qorxu hissi Cavabdeh2 etibarnamə verməsinə səbəb olmuşdur. O, dövrdə hamilə olduğunu təsdiqləyən tibbi kart apellyasiya şikayətinə əlavə edilmişdir. Bunu da xüsusilə bildirmişdir ki, onun hamiləlik dövründə yaşadığı stress və qorxular ona mənfi təsir etmiş, xx.xx.2022-ci il tarixdə dünyaya gələn qız övladı xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Məhz buna görə uzun müddət psixoloji problemlər yaşamış və onun tərəfindən Cavabdeh2 verilmiş etibarnaməni ləğv etdirmək üçün hər hansı aktiv hərəkət həyata keçirilməmişdir. Hansı ki, Sum qayıt Şəhər Məhkəməsi iddia ərizəsi ilə məhkəməyə bir müddət sonra müraciət etməyini iddia tələbinin rədd edilməsi üçün əsas hesab etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin müvafiq qərarı Cavabdeh2 tərəfindən daim ölümlə təhdid olunduğunu, işgəncələrə məruz qaldığını bir daha təsdiqləmişdir. Artıq onun hədəqorxularını ona mənəvi olaraq təsir etdiyi və qorxduğu üçün xx.xx.2021-ci il tarixdə Cavabdeh2 7E15324 nömrəli etibarnamə vermişdir. Bundan başqa Cavabdeh2 tərəfindən ölümlə təhdid edildiyini təsdiqləyən səs yazısı elektron məhkəmə sisteminə yüklənə bilmədiyi üçün məhkəmə iclası zamanı təqdim olunmuşdur. Belə ki, 3 dəqiqə 41 saniyəlik səs yazısının ilk 35 saniyəsində ona ölümlə hədə-qorxu gəldiyi öz təsdiqini tapmışdır. Həmçinin səs yazısının ümumi məzmunundan da göründüyü kimi cavabdeh ona qarşı dəfələrlə təhqiredici sözlərdən istifadə etmişdir. Lakin Sumqayıt Şəhər Məhkəməsi yenə də səs yazısını mötəbər sübut kimi nəzərə almamış və öz mövqeyini belə əsaslandırmışdır ki, “telefon danışığının disk yazısı səslərin identifikasiyası baxımından mübahisələndirildiyindən, eləcə də adi mübahisə xarakteri daşıdığından, məhkəmə həmin audioyazını mötəbər sübut hesab etmir.” Halbuki məhkəmə bu halı, səslərin identifikasiyasına dair məsələni müvafiq məhkəmə ekspertizasının keçirilməsi barədə qərardad qəbul edərək müəyyənləşdirə bilərdi. Yəni yuxarıda göstərilən cümlələrdən istifadə edərək səs yazısının mötəbər sübut kimi nəzərə alınmaması yolverilməzdir. Bundan başqa Cavabdeh2 mağazaya daxil olaraq 2 nəfər şəxsi döymüşdür. Məhz buna görə barəsində cinayət işi başlanmış və iş aidiyyatı üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-355/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Eyni hökm Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən qüvvədə saxlanılmışdır. Onun şəxsiyyəti barədə, daha dəqiq desək həqiqətən ona hədə-qorxu gələrək etibarnamə ala biləcək biri olduğuna inam yaratmaq üçün həmin hökm vəsatətlə məhkəməyə təqdim edilmişdir. Yuxarıda sadalanan işin faktiki halları cavabdehin ona hədə-qorxu gələrək etibarnamə almağa nail olduğunu təsdiqləmişdir. Onun məqsədi verilmiş etibarnamə ilə birgə nikah dövründə alınmış əmlakların özgəninkiləşdirilməsi olmuşdur. Artıq aralarında olan ailə münasibətləri tamamilə korlandığı üçün Cavabdeh2 onun məhkəməyə nikahın ləğvi və əmlak bölgüsünə dair iddia ərizəsi ilə müraciət edəcəyini düşünmüşdür. Buna görə də, ondan hədə-qorxu gələrək etibarnamənin alınmasına nail olmuşdur. Cavabdeh2 etibarnamə verildikdən bir gün sonra, yəni xx.xx.2021-ci il tarixdə birgə nikah dövründə əldə edilmiş Xızı şəhərində yerləşən 0,60 ha torpaq sahəsini, Sumqayıt şəhəri, 10-cu mkr., b.371, s. 8 ünvanında yerləşən ümumi sahəsi 38.1 kv.m. olan qeyri-yaşayış sahəsini, ünvan 5 ünavında yerləşən ümumi sahəsi 71.4 kv.m olan fərdi yaşayış sahəsini, Sumqayıt şəhəri, Koroğlu prospekti, 565A ünvanında yerləşən ümumi sahəsi 63.4 kv.m. olan qeyriyaşayış binasını anası Cavabdeh1 bağışlamışdır. Bu ha l belə Cavabdeh2 aralarında olan əmlak bölgüsünün qarşısını almaq məqsədi ilə daşınmaz əmlakları anasının adına bağışladığını təsdiqləmişdir. Lakin məhkəmə tərəfindən işin faktiki halları ümumiyyətlə nəzərə alınmamışdır. Hətta məhkəmə tərəfindən qətnamə çıxarılarkən sanki iddia tələbinin rədd edilməsi üçün heç bir hüquqi əsası olmayan, ümumi xarakterli cümlələrə istinad edilmişdir. Daşınmaz əmlakların bağışlanılmasına dair razılıq ərizəsi X5 tərəfindən imzalanmışdır. Halbuki onun Əfsanə Hüseynova ilə heç bir qohum və dostluq münasibəti olmamışdır. Yəni xx.xx.2021-ci il tarixdə onun tərəfindən Cavabdeh2 baş etibarnamə verilmiş, xx.xx.2021-ci ildə sonuncu etibar edilmişi (bütün əmlak və hüquqları) Əfsanə Hüseynovaya etibar etmiş, həmin tarixdə, mübahisəli birgə nikah dövründə əldə edilmiş əm laklar Cavabdeh2 tərəfindən anası Cavabdeh1 bağışlanılmış, bu zaman onun əvəzinə bağışlanmaya razılıq ərizələrini, eləcə də Cavabdeh1 yerinə əqdləri müvafiq etibarnamələr əsasında Əfsanə Hüseynova imzalamışdır. Cavabdeh2 tərəfindən etibarnamə verildiyi gündən bir gün sonra bütün əmlakları yalnız Əfsanə Hüseynovanın iştirakı ilə anası Cavabdeh1 bağışlamışdır. Yəni onun razılıq ərizələrinin heç bir tanışlıq və qohumluq əlaqəsi olmayan Əfsanə Hüseynova tərəfindən imzalanması belə yuxarıda qeyd olunanların doğruluğunu təsdiqləmişdir.
21. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1148/2023 nömrəli mülki iş üzrə 26 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər İlqar Dəmirov (sədrlik edən və məruzəçi), Fuad Məmmədov və Lalə Rəhimli) iddiaçı tərəfindən verilmiş apellyasiya şi kayətinin təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-124/2023 nömrəli, 22 fevral 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi, Cavabdeh2 ilə Cavabdeh1 arasında ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 63.4 kv.m. olan qeyri-yaşayış binasının, Xızı şəhəri ünvanında yerləşən ümumi sahəsi 0.60 ha torpaq sahəsinin, Sumqayıt şəhəri, 10-cu mikrorayon, b.371, s. 8 ünvanında yerləşən ümumi sahəsi 38.1 kv.m. olan qeyri-yaşayış sahəsinin, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 71.4 kv.m. olan fərdi yaşayış sahəsinin bağışlanmalarına dair xx.xx.2021-ci il tarixli bağışlama müqavilələrinin etibarsız hesab edilməsi qət edilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma ilə, eləcə də iş materiallarından mübahisəsiz qaydada aydın olmuşdur ki, iddiaçı X3 özünə məxsus bütün əmlak və hüquqlarının Cavabdeh2 etibar edilməsinə dair xx.xx.2021-ci il tarixli, 7E-15324 reyestr nömrəli etibarnaməni Cavabdeh2 məcburetmə nəticəsində, yəni zorakılıq və ya hədələməyə məruz qaldığından vermişdir. Belə ki, əvvəllər Cavabdeh2 İddiaçı özünə məxsus bütün əmlak və hüquqların ona etibar edilməsi barədə etibarnamə verməsini bir neçə dəfə tələb etmiş və sonuncu bundan imtina etdiyindən xx.xx.2021-ci il tarixində Cavabdeh2 onu baş və bədən nahiyyəsinə yumruqla qəsdən bir neçə dəfə zərbə vuraraq onun sağlamlığına yüngül zərər vurmuş, bu hərəkətlərinə görə Cavabdeh2 barəsində CMnin 128-ci maddəsi ilə cinayət işi başlanılmış, zərərçəkmiş şəxsin şikayəti olmadığından iş üzrə icraata xitam verilmiş, xx.xx.2021-ci il tarixində İddiaçı özünə məxsus bütün əmlak və hüquqlarının Cavabdeh2 etibar edilməsinə dair 7E-15324 reyestr nömrəli etibarnaməni verən zaman hamilə vəziyyətində olmuş, bu da onda emosional gərginlik və qorxu hissi yaratmış və məcburiyyət qarşısında özünə məxsus bütün əmlak və hüquqlarının Cavabdeh2 etibar edilməsinə dair xx.xx.2021-ci il tarixli etibarnamə vermişdir. Lakin birinci instansiya məhkəməsi işin qeyd olunan hallarına heç bir hüquqi qiymət verməmişdir.
23. Belə ki, iş materiallarına əlavə olunmuş tibbi kartadan görünür ki, X1 xx.xx.2022ci il tarixdə qız övladı dünyaya gəlmiş və xx.xx.2022-ci il tarixdə vəfat etmişdir.
24. Məhkəmə kollegiyası Sumqayıt şəhər 3 saylı notariat ofisində xx.xx.2021-ci il tarixində X1 adından etibarnamə ilə çıxış edən nümayə ndəsi X2 Sumqayıt şəhəri, 10-cu mkr., b.371, s. 8 ünvanında yerləşən ümumi sahəsi 38.1 kv.m. olan qeyri-yaşayış sahəsinin, ünvan 5 ünavında yerləşən ümumi sahəsi 71.4 kv.m olan fərdi yaşayış sahəsinin, Sumqayıt şəhəri, Koroğlu prospekti, 565A ünvanında yerləşən ümumi sahəsi 63.4 kv.m. olan qeyri-yaşayış binasının Cavabdeh1 bağışlanmasına gəldikdə isə apellyasiya şikayətinin dəlilləri ilə razılaşmışdır. Mülki qanunvericilik həmçinin əqdin təmsilçi vasitəsilə bağlanmasını istisna etmir. Lakin qanunverici bunun üçün müvafiq qaydalar müəyyən etmişdir. Belə ki, təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz və yalnız onun maraqları naminə hərəkət etməlidir. Bu normada göstərilən qadağanın mahiyyəti ondan ibarətdir ki, təmsil olunan təmsilçilikdə ən üstün müdafiəyə mal ik olduğundan onun qanuni maraqları təmin edilməlidir.
25. Məhkəmə kollegiyası qeyd etmişdir ki, məhkəmə kollegiyasının iclasında, eləcə də apellyasiya şikayətinə etirazda Cavabdeh2 nümayəndəsi iddiaçı tərəfindən cavabdehə xx.xx.2021-ci il tarixdə baş etibarnamə verilərkən mübahisəli əmlaklar qarşılığında iddiaçıya külli miqdarda pul vəsaiti və qızıl-zinət əşyalarının verildiyini qeyd etsə də, iş materiallarına əsasən göstərilən hallar öz təsdiqi tapmamışdır.
26. Məhkəmə kollegiyası bu nəticəyə gəlmişdir ki, Cavabdeh2 ilə Cavabdeh1 arasında ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 63.4 kv.m. olan qeyri-yaşayış binasının, Xızı şəhərində yerləşən 0.60 ha torpaq sahəsinin, Sumqayıt şəhəri, 10-cu mikrorayon, b.371, s. 8 ünvanında yerləşən ümumi sahəsi 38.1 kv.m. olan qeyri-yaşayış sahəsinin, ün van 1 ünvanında yerləşən ümumi sahəsi 71.4 kv.m. olan fərdi yaşayış sahəsinin bağışlanmalarına dair xx.xx.2021-ci il tarixli bağışlama müqavilələri qüvvədə olan mülki qanunvericiliyinin tələbləri pozulmaqla bağlandığından həmin bağışlama müqavilələri etibarsız hesab olunmalıdır.
27. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49.4, 225.1, 225.6, 337.1, 337.2, 337.4, 339.1, 339.4, 359.3, 666.1, 668.1.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
28. Cavabdeh1 (Vəkil2) kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 iyul 2023-cü il tarixli 2(105)-1148/2023 saylı qətnaməsinin ləğv edilməsini, iş üzrə iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
29. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı sözügedən etibarnaməni Cavabdeh2 məcburetmə nəticəsində, yəni zorakılıq və ya hədələməyə məruz qaldığından verdiyini, mübahisələndirilən müqavilələrin bağlanmasına razılıq ərizələrinin ona əsasən imzalanmasını əsas göstərmişdir. xx.xx.2021-ci il tarixdə verilmiş etibarnamənin yeddi ay əvvəl baş vermiş zorakılıqla əlaqələndirilməsi əsaslı görünməmişdir. Çünki, 2021-ci ilin aprel ayının 2-də etibarnamə verməkdən imtina etdiyinə görə iddiaçının zorakılığa məruz qalması, yeddi ay sonra etibarnamə verərkən məcburetmə altında olmasını heç də şərtləndirməmişdir. Məhz xx.xx.2021-ci il tarixli etibarnamənin iddiaçı tərəfindən məcburetmə nəticəsində verilməsini təsdiqləyən hər hansı sübut məhkəməyə təqdim edilməmişdi r. Bu hala dair telefon danışığının disk yazısı səslərin identifikasiyası baxımından mübahisələndirildiyindən, eləcə də adi mübahisə xarakteri daşıdığından, həmin audioyazı mötəbər sübut hesab oluna bilməz. Əksinə, notariat ofisində etibarnamənin verilməsinin hansı nəticələr doğuracağının izahından sonra onun verilməsindən imtina edən, zorakılığa məruz qalmasına baxmayaraq fikrindən dönməyən şəxsin xeyli müddət sonra etibarnamə verməsi və həmin tarixdə də təqsirləndirilənlə (Cavabdeh2) barışıq ərizəsi yazması kimi işin faktiki halları iddiaçının öz iradəsini sərbəst və könüllü həyata keçirərək bütün əmlak və hüquqlara dair etibarnamə verməsi, eyni zamanda bunun hansı reallıqlara səbəb olacağını, həmçinin ona qarşı baş verərək qeyriqanuni hərəkətlərdən qanunla qorunduğunu bilməsi nəticəsinə gəlməyə əsas vermişdir. İddiaçının sözügedən etibarnamənin verilməsindən 6 ay 15 gün sonra onun ləğvinə dair müraciət etməsi, bundan da 3 aydan bir qədər artıq müddət keçdikdən sonra məhkəmədə iddia qaldırması, indiyədək nikahın pozulması və ya əmlak bölgüsü barədə ərizənin verilməməsi, yalnız 2023-cü ilin yanvar ayında bununla bağlı mediasiya prosesinin keçirilməsi, həmin etibarnamənin sərbəst və könüllü iradə ifadəsinin təzahürü olduğu fikrini bir daha möhkəmləndirmişdir. Həmin etibarnamə məcburetmə nəticəsində verilsə idi, onun ləğvi barədə dərhal və ya qısa müddətə müraciət olunar, hazırkı iddianın predmetini təşkil edən müqavilələr məhkəmə qaydasında daha tez mübahisələndirilərdi. Əmlakın nikah dövründə əldə olunması onun hələ birgə mülkiyyət kimi tanınması üçün əsas deyildir. Bunun üçün qanunvericiliyin müəyyənləşdirdiyi digər – birgə vəsait hesabına başa gəlmə şərti də ödənməlidir. Göründüyü kimi hazırkı işdə birgə mülkiyyət məsələsi sübuta ehtiyacı duyulan arqumentdir. Ona görə də mübahisələndirilən müqavilələr üzrə əmlakların, onlar üzrə paylar müəyyən edilmədən, habelə göstərilən şərtlər sübuta yetirilmədən iddiaçı tərəfindən indidən birgə mülkiyyət kimi qələmə verilməsi ilə razılaşmır, Cavabdeh2 əmlak bölgüsündən yayınma dəlilini əsaslı hesab etməmişdir. İddiaçı tərəfindən tələbinin əsasını üzərində qurduğu etibarnaməni hazırkı iddiasında da mübahisələndirməmiş, eləcə də etibarsızlığı barədə tələb irəli sürməmişdir. Sözügedən etibarnamənin verilməsi və müqavilələrin bağlanması qanuna zidd məqsədlərlə bu cür xarakterli vasitələr tətbiq edilməklə həyata keçirilməm işdir. İşin faktiki halları Mülki Məcəllənin 339.4-cü maddəsinin dispozisiya şərtləri ilə uzlaşmamış, eləcə də mülki qanunvericilikdə müəyyənləşdirilmiş əqdlərin etibarsızlığı əsaslarına uyğun gəlməmişdir. Məhkəmə kollegiyası həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış və qanunsuz və əsassız qətnamənin qəbul olunmasına səbəb olmuşdur. Bununla da cavabdehlərin mülkiyyət hüququna əsassız müdaxilə etmişdir. Məhkəmə qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmışdır. Cavabdeh1 məhkəmə iclasında iştirakını təmin etməmişdir. Bununla da məhkəmə çəkişmə prinsipini təmin etməmişdir. Halbuki hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən m üzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. İddiaçı iddia tələbin əsası kimi istinad etdiyi halları məhkəmədə sübuta yetirə bilməmişdir.
30. Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1, 225.6, 337.1, 337.2, 337.4, 339.1, 339.4, 359.3, 666.1, 668.1.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 9.3, 14.1, 14.2, 77.1, 217.4-cü maddələrinə istinad edilərək əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
31. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
32. Maddə 225.1. Ərlə arvadın nikah dövr ündə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.
33. Maddə 225.6. Daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər.
34. Maddə 337.1. Bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
35. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır.
36. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
37. Maddə 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər.
38. Maddə 339.4. Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır.
39. Maddə 359.3. Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər ba ğlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz.
40. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istif adə etməlidir.
42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
43. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
44. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
45. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
46. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
47. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
48. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 50.Kassasiya şikayətinin əmlakların birgə nikah dövründə əldə edilsə də, ümumi birgə gəlir hesabına əldə e dilməməsi, həmçinin iddiaçının onların kassatora bağışlanması barədə əqdlərə könüllü surətdə razılıq verməsi barədə dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Həmin dəlillərə apellyasiya instansiyası məhkəməsi tərəfindən əsaslandırılmış qiymət verilmişdir.
51. Məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu ba rədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır.
52. Kassasiya şikayətində qeyd edilən hüquqi məsələlərə apellyasiya məhkəməsi tərəfindən qiymət verilmişdir və kassasiyanın bu məsələlərə dair dəlilləri əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
53. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
54. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.
55. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 26 iyul 2023-cü il tarixli 2(105)1148/2023 saylı iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.