Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3567/2023 18.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: işçiyə dəymiş ziyan, iddia müddəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və X2 ibarət tərkibdə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı dəymiş ziyanın və ödənilməyən əmək haqqının ödənilməsi tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1853/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməs inin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi İşin halları
1. İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.2013-cü il tarixdən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra – cavabdeh və ya Bank, yeni adı Cavabdeh Açıq Səhmdar Cəmiyyəti) 8 saylı filialının müdir müavini, xx.xx.2017-ci il tarixdən filialın müdiri işləyib. 2. 04.06.2018-ci il tarixdə Bankın 8 saylı filialının müdiri ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra - Əmək Məcəlləsi) 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xitam verilmişdir.
3. Tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 1288 saylı əmək müqaviləsinə əsasən iddiaçı Bankın 8 saylı filialının müdiri vəzifəsinə yenidən işə qəbu l edilmişdir. Müqavilə 11 iyun 2018-ci il tarixdən 11 dekabr 2018-ci il tarixədək bağlanmışdır.
4. Tərəflər arasında müqaviləyə müddətin artırılması barədə əlavələrin sonuncusu 5-ci əlavədən görünür ki, müqavilə 30 sentyabr 2019-cu il tarixdə bağlanmaqla, müqavilənin müddəti xx.xx.2019-cu ildən xx.xx.2020-ci il tarixədək müəyyən edilmişdir. 5. xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə xx.xx.2020-ci il tarixli əlavəyə əsasən iddiaçı ilə bağlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə dəyişiklik edilərək, hər ay qanunvericilikdə nəzərdə tutulmuş vergilər və digər məcburi ödənişlər daxil olmaqla xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 1840 manat əməkhaqqı, xx.xx.2021-cil il tarixdən etibarən isə 2300 manat məbləğində əməkhaqqı ödənilməsi nəzərdə tutulmuşdur.
6. Bankın xx.xx.2020-ci il tarixli, 128/A saylı əmək müqaviləsinə xitam verilməsi barədə əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə son iş günü xx.xx.2020-ci il tarixi olmaqla, Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xitam verilmişdir.
7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə iddiaçı ilə Bank arasında bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilməsi haqqında işəgötürənin 01 iyul 2020-ci il tarixli 128/A saylı əmrinin və həmin əmrə əsasən ******* saylı əmək kitabçasının 27-ci səhifəsində 29-cu qeyd nömrəsi ilə yazılmış “Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) əmək müqaviləsinə xitam verilsin” qeydinin etibarsız sayılması, iddiaçının əvvəlki işinə bərpa edilməsi, ona 01 iyul 2020-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi işburaxma müddəti üçün əməkhaqqının və əmək qabiliyyətinin olmaması vərəqəsi üzrə xəstə olduğu müddətdə xəstəlik vərəqəsi üzrə ödənilməli olan məbləğin, 30 manat dövlət rüsumunun ödənilməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 08 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli qətnaməsi iddianın təmin edilməyən - əmək müqaviləsinin müddətsiz bağlanmış hesab edilməsi hissəsində ləğv olunaraq həmin hissədə iddianın təmin edilməsi, tə rəflər arasındakı əmək müqaviləsinin müddətsiz bağlanmış hesab olunması qət edilmişdir. Sonuncu qətnamədən verilmiş kassasiya şikayəti təmin olunmamış, qətnamə qanuni qüvvəyə minmişdir.
8. Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X1 ilə iddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 1275 nömrəli hüquqi yardımın göstərilməsi haqqında müqaviləyə əsasən hüquqi yardıma görə iddiaçı tərəfindən 139 manat, 20 saylı Vəkil Bürosunun vəkili X3 ilə iddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli 1281 nömrəli müqaviləyə əsasən 149 manat, xx.xx.2020-ci il tarixli 1591 nömrəli müqaviləyə əsasən 149 manat, xx.xx.2021ci il tarixli 269 nömrəli müqaviləyə əsasən 149 manat, xx.xx.2021-ci il tarixli 1261 nömrəli müqaviləyə əsasən 180 manat, xx.xx.2022-ci il tarixli 112 nömrəli müqaviləyə əsasən 1 50 manat ödənilməsi razılaşdırılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi (həcminin artırılması) barədə ərizə ilə məhkəməyə müraciət edərək, işdən qanunsuz çıxarılması ilə əlaqədar dəymiş zərər məbləğinin (işləmədiyi müddət məcburi işburaxma dövrü) üçün orta əməkhaqqının, məhkəmələrdə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi cəmi 980 manat xərcin, 07.20xx-xx.2022-ci illər dövrü üzrə məcburi iş buraxmaya görə xx.xx.2022-ci il tarixdə ona ödənilən “gross” əmək haqqı məbləğinin indeksləşdirilməsi zamanı alınan məbləğin, 2020-ci ilin oktyabr-dekabr ayları üzrə aylıq tarif (vəzifə) maaşları arasındakı yaranmış fərq məbləğinin (yə ni 460 x 4 ay = 1840 manatın), mediasiyaya ödədiyi 60 manat rüsumun cavabdehdən alınıb ona ödənilməsi və 2020-ci ilin son 6 ayı və 2021-ci ilin tam aylıq tarif (vəzifə) maaşları üzrə məcburi dövlət sosial sığorta məbləğlərinə hesablanmalı indeksasiya məbləğlərinin onun fərdi şəxsi hesabına köçürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinadla tələbini belə əsaslandırmışdır ki, o, beş il fasiləsiz olaraq Bankda işləmiş, sonradan cavabdeh səhvlərini şüurlu anlayaraq ona müddətli əmək müqaviləsi təqdim etmiş, ailəsini fikirləşib məcburiyyət qarşısında qalaraq müddətli müqaviləni imzalamış və xx.xx.2018-ci il tarixli, 53/Q saylı əmrlə yenidən 8 saylı filialın müdiri vəzifəsinə təyin ed ilmişdir. Baxmayaraq ki, xx.xx.2013-cü tarixdən Bankın əməkdaşı olmuşdur, amma cavabdeh tərəfindən əmək müqaviləsi yenə də qanuna zidd olaraq müddətli bağlanmışdır və hər dəfə qısa müddətlərə artırılmışdır. Səhhətində ciddi problemlər yaranmış, xəstəliyi ilə bağlı işdə olmadığı vaxt cavabdeh tərəfindən onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2020-ci il tarixli, 128/A saylı əmrlə xitam verildiyi aydın olmuşdur. Qanunla qorunan hüquqlarından istifadə edərək xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində iddia ərizəsi ilə müraciət etmişdir və yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir (§8). Bununla da sübut olunmuşdur ki, cavabdeh tərəfindən qanunvericiliyin tələbləri və onun hüquqları kobud şəkildə pozulmuşdur. Qeyd edilən və qüvvəyə minmiş qətnamə bu günə kimi həl ə də tam icra edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsində qeyd olunmuşdur ki, onun dəymiş zərərlə bağlı iddiası yoxdur və iddiası olsaydı təmin edilərdi. Həmin qətnaməni 23 oktyabr 2021-ci ildə əldə etmiş, bundan sonra ona məlum olmuşdur ki, bu iddianı verə bilər. Məcburi işburaxmaya görə ödənilən vəsaitlər aylar üzrə vaxtlı-vaxtında ödənilmədiyindən məcburi dövlət sosial sığorta üzrə ödənişi də vaxtında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunda olan fərdi şəxsi hesabına köçürülməmiş, beləliklə də pensiya üzrə kapital yığımı düzgün hesablanmayaraq, hüquqları pozulmuşdur. Başqa sözlə, Bankın günahı ucbatından həm 2020-ci ilin ikinci yarım ili (hesablanmış “gross” əmək haqqı 11 040 manat), həm də 2021-ci il üz rə tam (hesablanmış “gross” əmək haqqı 27 600 manat) ödənilməli məbləğlər ödənilmədiyindən indeksləşdirilməmişdir. Əməkhaqqından tutulma 12,5 faizdir. Həmin məbləğin 10 faizi Dövlət Sosial Müdafiə Fonduna, 2,5 faizi sığortalara gedir, eyni vaxtda işəgötürən işçiyə görə pensiya fonduna pul ödəyir. Həmin 15 faizlə 10 faizi cəmləyəndə 25 faiz edir. Hazırda pensiya kapitalı ilə bağlı vəsaiti istifadə edə bilmir, lakin istənilən vaxt bu ola bilər.
11. Cavabdehin nümayəndəsi Nümayəndə1 iddiaya etiraz edərək bildirmişdir ki, məhkəmə qətnaməsi qanuni qüvvəyə minəndə iddiaçıya müvafiq pul ödənilmişdir. Pensiya ilə bağlı hər bir işçinin kapitalı formalaşır və həmin kapitalı vətəndaş istifadə edə bilmir. Oraya köçürülən pulun nə vaxt ödənilməsinin heç bir fərqi yoxdur, onun üzərinə nə faiz, nə də ind eksasiya hesablanır. İşçi yalnız pensiyaya çıxanda ondan istifadə edə bilər, onların iddiaçıya hər hansı borcu yoxdur. Əgər borc qalsa idi icra məmuru icra işi ilə bağlı qərar qəbul edə bilməzdi. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinə yazılanlar sonradan məlum olan hal deyildir, iddiaçı hazırkı tələbi əvvəlki iddia ərizəsində irəli sürməli idi.
12. Cavabdehin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddiaya etiraz edərək, bildirmişdir ki, qanunu bilməmək hüquqları ötürməmək mənasına gəlmir, iddiaçı birinci tələblə bağlı məhkəməyə əvvəllər də müraciət etmişdir. Özü bilmirdisə, vəkili bilməli idi ki, orta aylıq əməkhaqqı ilə bağlı deyil, ziyanla bağlı tələb irəli sürülməlidir. Bu tələblə bağlı iddia müddəti 1 ildir və ötürülmüşdür. Mübahisə ilə bağlı Ali Məhkəmənin 02 avqust 202 1-ci il tarixli qərarı vardır, orada da Ali Məhkəmə əsaslandırıcı hissədə göstərmişdir ki, iddiaçı Əmək Məcəlləsinin 300-cü maddəsinə əsasən dəymiş ziyanla bağlı müraciət edə bilər. O müddətlə hesablayanda da müddət keçir. Birinci tələblə bağlı iddia müddəti keçmişdir və bununla bağlı ərizə təqdim etmişlər. Vəkilə ödənilən vəsaitlə bağlı tələb isə bu işlə bağlı deyil, bu 1-ci işə baxılarkən çəkilmiş xərclərlə bağlıdır. Qanuna əsasən iş üzrə çəkilmiş xərclər hansı mübahisə ilə bağlıdırsa, orada istənilə bilərdi. 3-cü tələblə bağlı qeyd olunmalıdır ki, iddiaçı işdən çıxarılmış, məhkəmə qərarı ilə işinə bərpa edilmiş və bütün məbləğlər ona tam olaraq ödənilmişdir. Məhkəmə mübahisəsi olan zaman onlar ona əmək haqqı ödəyə bilməzdi. Məhkəmənin qərarı tam qanuni qüvvəsini alandan sonra onlar həmi n məbləğləri iddiaçıya ödəmişlər və tərəf tam olaraq hamısını qəbul etmişdir. 4cü tələblə bağlı isə razılaşdırılmış müqavilə olmuşdur. 6 ay ərzində əməkhaqqı 20 faiz endirilmişdir, tərəf özü də bu barədə razılığı imzalamışdır. Ödəniş müqavilənin şərtlərinə uyğun hesablanaraq ödənilmişdir. İddia təmin olunmayan zaman mediasiya xərci iddiaçının üzərinə düşür. X6 qətnaməsində hakim öz qərarını əsaslandırmış, iddiaçıya məsləhət verməmişdir. Əməkhaqqının 6 ay ərzində azaldılması ilə bağlı müqaviləni iddiaçı mübahisələndirməmişdir. Müqavilə qüvvədə olmuş və iddiaçı müqavilənin etibarsızlığını tələb etməmişdir. 6 ay tamam olduqdan sonra isə əməkhaqqı müqavilənin şərtlərinə uyğun olaraq yenidən 20 faiz artırılmışdır. İddiaçı ilə əmək müqaviləsi fərdi olaraq bağlanmış, kollektiv əmək müqaviləsi olm amışdır. Hər şəxsə də fərdi münasibətdə hissə-hissə 3-4 aydan sonra yenidən artırılmışdır.
13. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçının “07.20xx-xx.2022-ci illər dövrü üzrə məcburi iş buraxmaya görə xx.xx.2022-ci il tarixdə ona ödənilən “gross” əmək haqqı məbləğinin indeksləşdirilməsi zamanı alınan məbləğin cavabdehdən alınıb ona ödənilməsi və 2020-ci ilin son 6 ayı və 2021-ci ilin tam aylıq tarif (vəzifə) maaşları üzrə məcburi dövlət sosial sığorta məbləğlərinə hesablanmalı indeksasiya məbləğlərinin onun fərdi şəxsi hesabına köçürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbləri üzrə işin icraatına xitam verilmişdir.
14. Birinci instansiya məhkəməsinin 2(004)-5600/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakim Günay Axundova) iddia qismən təmin olunaraq, 2020-ci ilin oktyabr-dekabr ayları üzrə aylıq əmək haqqının - 1840 manatla 2300 manat arasında yaranmış fərqin Bank tərəfindən hesablanaraq iddiaçıya ödənilməsi, iddiaçının hüququnun müdafiəsi ilə bağlı çəkdiyi xərcin əvəzi olan 330 manatın və ödənilmiş mediasiya xərcinin əvəzi olan 50 manatın Bankdan iddiaçının xeyrinə tutulması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.
15. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, dəymiş ziyanın əvəzi olaraq orta əməkhaqqının tutulması hissəsində iddia təmin edilməməlidir. Belə ki, iddiaçı işə bərpa tələbi ilə 2020-ci ildə məhkəməyə müraciət etməsinə baxmayaraq orta əməkhaqqının ödənilməsi barədə iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə mə hkəməyə müraciət etmişdir. İddiaçı Bakı Apellyasiya Məhkəməsinin 8 oktyabr 2021-ci il tarixli qətnaməsinə istinad edərək bildirir ki, iddia müddətini ötürməmişdir. Lakin məhkəmə hesab etmişdir ki, iddiaçı orta aylıq əməkhaqqının ödənilməsi tələbi üzrə 1 illik iddia müddətini ötürmüşdür. Çünki Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinin ikinci cümləsində “işçiyə iddiası üzrə dəymiş zərər məbləğinin ödənilməsi” imkanı da nəzərdə tutulmuşdur ki, həmin maddənin qeyd hissəsində də məhz “dəymiş zərərin məbləğinə” aydınlıq gətirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin sözügedən qətnaməsində isə qeyd edilmişdir ki, iddiaçı 2020-ci ildə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərkən dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmədiyindən məhkəmə məcburi işburaxma m üddəti üçün orta əməkhaqqının deyil, əməkhaqqının tutulmasını qət etmişdir.
16. Məhkəmə qeyd etmişdir ki, iddiaçı hüquqi yardım üçün ödənilmiş pulun əvəzini tələb etməkdə haqlıdır. Lakin hazırkı halda iddiaçı xx.xx.2020-xx.xx.2021-ci il tarixlərdə bağlanmış hüquqi xidmət haqqında müqavilələr üzrə iddia müddətini ötürmüşdür. Belə ki, o, bir il ərzində bununla bağlı məhkəməyə müraciət etməli idi. Çünki Əmək Məcəlləsinin 300-cü maddəsində vəkilin tutulmasına çəkilən xərc dəymiş zərər kimi qiymətləndirilir. Əmək qanunvericiliyinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər.
17. Məhkəmə, həmçinin qeyd etmişdir ki, xx.xx.2021-ci və xx.xx.2022-ci il tarixli müqavilələr üzrə vəkilə ödənilmiş xidmət haqqının əvəzi olaraq cəmi 330 manat (180+150) məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Hazırkı tələb üzrə 1 illik müddət keçməmişdir. Belə ki, mediasiya prosesi zamanı iddia müddətinin axımı dayanmışdır. Mediasiya Şurasının 2 saylı Mediasiya Təşkilatının xx.xx.2022-ci il tarixli arayışından müəyyən olunmuşdur ki, tərəflərə xx.xx.2022-ci və xx.xx.2022-ci il tarixlərdə bildiriş göndərilmişdir.
18. İddiaçı eyni zamanda 2020-ci ilin oktyabr-dekabr ayları üzrə aylıq maaşlar arasındakı fərqin cavabdeh tərəfindən ödənilməsini tələb etmişdir. Məhkəmə bununla bağlı qeyd etmişdir ki, iddiaçı işlədiyi dövrdə əmək müqaviləsinə əlavə imzalanmış və iddiaçının əməkhaqqı azaldılmış, vəzifə maaşının xx.xx.2021 -ci il tarixdən əvvəlki məbləğə qaytarılacağı bildirilmişdir. Lakin xx.xx.2020-ci il tarixdən əməkdaşlara oktyabr ayından əməkhaqlarının əvvəlki məbləğə qaytarılacağı bildirilmişdir. xx.xx.2022-ci il tarixdə məcburi işburaxmaya görə əməkhaqqının ödənilməsi barədə qətnamə icra olunduqdan sonra iddiaçıya məlum olmuşdur ki, onun əməkhaqqı hesablanıb ödənilərkən artım nəzərə alınmamışdır. Məhkəmə iddiaçının işdən qanuna zidd olaraq azad olunmasını nəzərə alaraq hesab etmişdir ki, iddiaçı həmin dövrdə işləsə idi 2020-ci ilin oktyabr ayından artırılmış məbləğə uyğun əmək haqqı alacaqdı. Buna görə də 2020-ci ilin oktyabr-dekabr ayları üzrə əmək haqqı - 1840 manatla 2300 manat arasında yaranmış fərq hesablanaraq iddiaçıya ödənilməlidir.
19. Məhkəmə qeyd etmişdir ki, iddiaçı mediasiya xərcinin əvəz i olaraq 60 manat məbləğində pulun cavabdehdən xeyrinə tutulmasını xahiş etsə də, iş materiallarında olan xx.xx.2022-ci il tarixli mediasiya arayışından müəyyən olunmuşdur ki, İddiaçı mediasiya prosesi ilə bağlı 50 manat məbləğində ödəniş etmişdir. Bu halda cavabdehdən iddiaçının xeyrinə mediasiya xərcinin əvəzi olaraq 50 manat tutulmalıdır.
20. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Əmək Məcəlləsinin 16-cı, 296-cı, 300-cü, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2-ci və 77.1-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
21. İddiaçı və cavabdeh qətnamədən apellyasiya şikayəti vermişlər.
22. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin qismən – iddia tələbinin təmin olunmaması ilə bağlı hissədə ləğv edilmə sini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin işin hallarına və sübutlara düzgün qiymət vermədiyini, iddia müddətini ötürmüş olması barədə yanlış qənaətə gəldiyini, maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, Əmək Məcəlləsinin 300-cü maddəsinin “Qeyd” hissəsində “dəymiş zərərin məbləği” ilə bağlı izahı nəzərə almadığını irəli sürmüşdür.
23. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin qismən – iddianın təmin olunması ilə bağlı hissədə ləğv edilməsini və iddianın tam rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini belə əsaslandırmışdır ki, məhkəmə iddiaçı ilə Bank arasında xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə əmək haqqının az aldılması və artırılması ilə bağlı xx.xx.2020-ci il tarixdə əlavə imzalandığını nəzərə almamış, bu səbəblə iddiaçının 2020-ci ilin oktyabr-dekabr ayları üçün aylıq əməkhaqqı arasında yaranmış fərqin ödənilməsi tələbi üzrə yanlış nəticəyə gəlmiş, həmin tələb üzrə iddia müddətinin ötürüldüyünə əhəmiyyət verməmiş, vəkilə ödənilən xərcin tutulması tələbini təmin edərkən də prosessual qanunvericiliyin tələbini pozmuş, həmin xərcin hazırkı mübahisə ilə bağlı deyil, əvvəlki mübahisələrlə əlaqədar olduğunu və əlaqədar olduğu işlərə baxıldığı zaman tələb edilə bilinəcəyini nəzərə almamışdır.
24. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-1853/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Elnur Həsənov (sədrlik edən v ə məruzəçi) Sabit Bəhrəmzadə və Xumar Mərdanova) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi “hüquqi yardımın göstərilməsinə görə çəkilmiş xərclərin ödənilməsi” tələbinin təmin olunmayan hissəsində ləğv olunaraq və həmin hissədə də iddia təmin edilmiş, hüquqi yardımın göstərilməsi haqqında müqavilələrə əsasən ödənilmiş cəmi 586 manatın Bankdan tutulub, iddiaçıya ödənilməsi qət edilmişdir. Qətnamə “2020-ci ilin oktyabr-dekabr ayları üzrə aylıq əmək haqqının - 1840 manatla 2300 manat arasında yaranmış fərqin Bank tərəfindən hesablanaraq iddiaçıya ödənilməsi” hissəsində dəyişdirilmiş, 2020-ci ilin sentyabr-dekabr ayları üzrə aylıq əmək haqqı - 1840 manatla 2300 manat arasında yaranmış fərqin hesablanaraq iddiaçıya ödənilməsi qət edilmişdir. Cavabdehin apellyasiya şikayəti təmin olunmamış, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.
25. Apellyasiya instansiyası məhkəməsi iddiaçının, “işdən qanunsuz çıxarılması ilə əlaqədar dəymiş zərər məbləğinin (işləmədiyi müddət (məcburi işburaxma dövrü)) üçün orta əmək haqqının tutulması” tələbi üzrə birinci instansiya məhkəməsinin əsaslandığı halla, yəni onun iddia müddətini ötürmüş olması ilə razılaşmışdır. Belə ki, iddiaçı 2020-ci ildə işdən azad olunmuş, həmin iddia tələbi ilə isə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının “Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsini 23 oktyabr 2021-ci ildə əldə etdikdən sonra dəymiş zərərlə bağlı iddianı verə biləcəyinin ona məlum olduğu” arqumenti ilə bağlı qeyd etmişdir ki, qanunu bil məmək və ya onu yanlış başa düşmək qanunun tətbiq edilməməsinə və ya nəzərdə tutulmuş məsuliyyətdən azad edilməyə əsas verə bilməz.
26. Məhkəmə birinci instansiya məhkəməsinin iddiaçının xx.xx.2020-xx.xx.2021-ci il tarixlərdə bağlanmış hüquqi xidmət haqqında müqavilələr üzrə iddia müddətini ötürməsi barədə gəldiyi qənaəti ilə razılaşmamışdır. Belə ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir və tərəflər arasında əvvəllər baxılmış mübahisələr üzrə qərarlar qəbul edən məhkəmələrin prosessual qanunvericiliyin tələblərinə əməl etməməsinin məsuliyyəti iddiaçının üzərinə qoyula bilməz.
27. Məhkəmə, həmçinin hesab etmişdir ki, iddiaçıya 2020-ci ilin sentyabr- dekabr ayları üzrə aylıq maaşlar arasındakı fərqin ödənilməsi üçün dispozitiv şərtlər mövcud olmuşdur. Belə ki, iddiaçının işdən qanuna zidd olaraq azad edildiyi qanuni qüvvədə olan məhkəmə aktı ilə müəyyən edilmişdir – bu isə o deməkdir ki, iddiaçı işdən çıxarılmasa idi, 2020-ci ilin sentyabr ayından etibarən artırılmış məbləğə uyğun əməkhaqqı alacaqdı. İddiaçı iddia ərizəsində həmin tələbini “2020-ci ilin oktyabr-dekabr ayları üzrə aylıq maaşlar arasındakı fərqin ödənilməsi” kimi qeyd etsə də, tələb etdiyi məbləğə dair hesablamasından (460 x 4 ay = 1840 manat) aşkar şəkildə görünür ki, bu tələb əslində “2020-ci ilin sentyabr-dekabr ayları üzrə aylıq maaşlar arasındakı fərqin ödənilməsi” məzmununda olmuşdur. Buna görə məhkəmənin qənaətinə görə qətnamə həmin hissədə müvafiq qaydada dəyişdi rilməlidir.
28. Məhkəmə cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd etmişdir ki, dəlillər formal mülahizələrdən ibarətdir və iddianın yuxarıda münasibət bildirilən hissələrində qətnamənin ləğvinə əsas ola bilməz.
29. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Əmək Məcəlləsinin 1-ci maddəsi, 154-cü maddəsi, 172-ci maddəsi, 177-ci maddəsinin 1-6-cı hissələri, 287-ci maddəsi, 296-cı maddəsi, 300-cü maddəsinin 1-ci və 2-ci hissələri, MPM-in 14.2, 77.1, 80, 81, 88, 106.1, 107, 115.0, 119.1, 217.3-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
30. İddiaçı kassasiya şikayəti verərək, qətnamənin “dəymiş zərərin ödənilməsi” tələbi hissəsində ləğv edilərək, işi yenidən baxılması üçün apellyasiya instansiy ası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
31. Kassasiya şikayəti onunla əsaslandırılmıışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilməmiş, iddia müddətinin axımının nə vaxtdan etibarən başlandığı düzgün müəyyən olunmamışdır. Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Tərəflər arasında mövcud olmuş digər iddia tələbi üzrə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi iddia müddətinin axımının başlandığı tarixdir və həmin qətnamə ilə dəymiş zərər məbləği barədə təl əbin olmaması və belə bir tələb olmadığı halda işə baxılmasının mümkünlüyü məsələsinə məhkəmə tərəfindən münasibət bildirilmişdir. Belə ki, həmin qətnamədə qeyd edilmişdir ki, "dəymiş zərər qismində işəgötürəndən orta əməkhaqqının tutulması yalnız iddiaçının bu barədə tələbi olduqda mümkün sayıla bilər. Hazırkı işdə iddiaçının belə bir tələbi yoxdur, iddiaçı orta əmək haqqının ödənilməsini dəymiş zərər üzrə yox, məcburi işburaxma müddəti üçün tələb edir”. Bununla da iddiaçı belə bir tələb irəli sürmək hüququna malik olduğundan məlumatlı olmuş, zərərin ödənilməsi ilə bağlı məhkəmədə iddia qaldırmışdır. Bundan başqa, əmək münasibətlərinə qanunsuz və əsassız xitam verilməsi faktı məhkəmə qərarı ilə təsdiq edildiyindən, pozulmuş hüququn (maddi zərərin ödənilməsi tələbi) məhkəmədə müdafiəsinin həmin andan (qətnamənin qanuni qüvvəyə mindiyi vaxt) yarandığı qənaətindədir. İddia müddətlərinin dəqiq hesablanması üçün müddətin axımının başlanğıcının müəyyənləşdirilməsi həlledici əhəmiyyət kəsb etdiyindən hesab edilir ki, işçinin hüququnun pozulduğunu aşkar etdiyi gün, yəni iddia müddətinin axımının başlandığı tarix Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinin qanuni qüvvəyə mindiyi tarixdir.
32. Kassasiya şikayəti əsaslandırılarkən “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.3 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun 03 iyun 2013-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
33. Cavabdehin nümayəndəsi Nümayəndə1 tərəfindən kassasiya şikayət inə etiraz təqdim edilmişdir.
34. Etiraz ərizəsində işin halları sadalanmış, həmçinin qeyd edilmişdir ki, iddiaçı tərəfindən orta aylıq əməkhaqqının ödənilməsi üzrə 1 illik iddia müddəti ötürülüb. İddiaçı 2020-ci ildə işdən azad edilmiş və işə bərpa edilməsi və sair iddia tələbləri ilə 2020-ci ildə məhkəməyə müraciət etmişdir. Lakin buna baxmayaraq, orta əmək haqqının ödənilməsi tələbi barədə hazırkı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Tətbiq edilən hüquq Əmək Məcəlləsi
35. Maddə 296 (2-ci hissə). Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
36. Maddə 2 96 (3-cü hissə). Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.
37. Maddə 296 (4-cü hissə). Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər.
38. Maddə 300 (1-ci hissə). Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
39. Maddə 300 (2-ci hissə) İşəgötürən və işçi fərdi əmək mübahisəsinin məhkəmədə həlli prosesində qarşılıqlı razılıqla yazılı barışıq sazişi bağlayarlarsa, hakim tərəflərin həmin sazişlə müəyyən edilmiş öhdəliklərin icrasının təmin edilməsi barədə qərardad qəbul edir. Qeyd: Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş “dəymiş zərərin məbləği” dedikdə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir. Mülki Prosessual Məcəllə
40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
42. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
43. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
44. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
45. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
46. Maddə 416.1. Kassasiya inst ansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
47. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
48. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
49. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəm əsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
50. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən qətnamənin “dəymiş zərərin ödənilməsi” barədə iddia tələbinin təmin edilməyən hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
51. Məhkəmə kollegiyası hesab ed ir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən hissədə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
52. Kassasiya şikayətinin dəlilləri əsasən apellyasiya şikayətinin dəlilləri ilə eynidir və Məhkəmə kollegiyası maddi və prosessual hüquq normalarının tətbiqinə dair apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır.
53. Nəzərə alınmalıdır ki, əmək qanunvericiliyi pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin h əlli ilə bağlı işçilər üçün 1 illik iddia müddəti təyin etmişdir.
54. Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsində isə həmin müddətin başlanması anının, yəni işçinin hüququnun pozulmasının aşkar edildiyi günün işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gün olduğu imperativ qaydada müəyyən edilmişdir.
55. Bu baxımdan işə baxmış məhkəmələr iddiaçının əmək münasibətləri ilə bağlı zərəri cavabdehdən tələb etmək hüququ ilə bağlı iddia müddətinin axımının həmin hüququn ona izah edildiyi məhkəmə aktı ilə deyil, məhz işdən azad edilməsi ilə bağlı m üvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin ona verildiyi gündən başlandığı ilə bağlı qanuni nəticəyə gəlmişdir.
56. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
57. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1853/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə - zərərin ödənilməsi tələbinin təmin edilməyən hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul