Məhkəmə qərarları › İş №2(102)-357/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-357/2022

02.02.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-357/2022 02.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Lemaranovnanın cavabdeh Bakı şəhəri 18 saylı Notariat kontoruna, X15 və Cəmilova (Pastuxova) Zera Lemaranovnaya qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qanun üzrə vərəsəlik) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, İddiaçı, nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh Cəmilova (Pastuxova) Zera Lemaranovnanın və vəkili Vəkil2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6518/2021 nömrəli iş üzrə 30 iyun 2021-ci il tarixli qətnaməsindən cavabdeh Cə milova (Pastuxova) Zera Lemaranovna tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Xətai rayonu, X30 küçəsi, ev 12, 53 saylı mənzil 02 fevral 1997-ci il tarixdə Lemaran Cəmilovun adına ilkin qeydiyyatdan keçmişdir. 2. 21 aprel 2003-cü il tarixdə Lemaran Cəmilov vəfat etmişdir. Onun vəfatından sonra 05 may 2005-ci il tarixdə 18 saylı DNK-nın 05 aprel 2005-ci il tarixli 2V01-34 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən, sözügedən mənzil Lütfiyyə Cəmilovanın, X12, X4 adlarına qeydiyyatdan keçmişdir.

3. Lemaran Cəmilov xx xxxxx 1984-cü il təvəllüdlü İddiaçı Lemaranovnanın atası olmuşdur. Belə ki, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 fevral 2016-cı il tarixli qətnaməsi ilə 21 aprel 2003-cü ildə 67 yaşında Bakı şəhəri, Xətai rayonunda ölmüş Lemaran Cəmilovun iddiaçının atası olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27.07.2016-cı il tarixli 2(102)-3365/2016 nömrəli qərərı ilə həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır.

4. Lütfiyyə Cəmilovanın vəfatından sonra 18 saylı NK-nın 26 avqust 2018-ci il tarixli 2V-154 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsi, ev 12, 53 saylı mənzilin bir hissəsi X4 adına qeydiyyatdan keçmişdir və hazırda həmin mənzil 2/3 hissədə X4, 1/3 hissədə X12 mülkiyyətindədir.

5. İddiaçı Lemaranovna mərhum Cəmilov Lemarandan qalmış miras əmlaka dair qanun üzrə vərəsəlik hüqu qunun tanınmasına və digər tələblərə dair aşağıdakı iddianı qaldırmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Lemaranovna cavabdeh Bakı şəhəri 18 saylı Notariat kontoruna, X15 və Cəmilova (Pastuxova) Zera Lemaranovnaya qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, 05.04.2005-ci il tarixli 2V-01-34 reyestr nömrəli və 26.08.2018-ci il tarixli 2V154 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələri qismən ləğv edib Bakı şəhəri, Xətai rayonu, X30 küçəsi, ev 12 ünvanda yerləşən 53 saylı mənzilə iddiaçının adına 1/4 hissədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi vəzifəsinin Bakı şəhəri 18 saylı Notariat kontorunun üzərinə qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən x ahiş etmişdir.

7. İddiaçı tələbini belə əsaslandırılmışdır ki, iddiaçının mərhum atası Cəmilov Lemaran Bakı şəhəri, Xətai rayonu, X30 küçəsi, ev 12 ünvanda yerləşən 53 saylı mənzilin mülkiyyətçisi olmuşdur. Atası tərəfindən həmin mənzil 02.02.1997-ci il tarixdə özəlləşdirilmişdir. O atasının nikahdan kənar qızıdır. 18.04.1981-ci il tarixdə Rusiya Federasiyasının Xabarovsk diyarının Xabarovsk rayonun Zaozernoye kəndində anadan olmuşdur. Atası onun anadan olmağını bilməmiş, o doğulandan sonra anası X1 uşaq evinə vermişdir. 1990-cı ildə atası təsadüfən anası ilə rastlaşanda anası olduğunu demişdir. Bundan sonra atası onu uşaq evindən götürərək, Xabarovsk rayonu X18 İcraiyyə Komitəsinin 19.12.1990-cı il tarixli qərarı ilə onun qəyyumu təyin edilmişdir. 1991-ci ildə atası onu Bakıya gətirmiş və o atasının arvadı ilə X11 ilə birlikdə onun özünün sonradan özəlləşdirərək, mülkiyyəti olmuş Bakı şəhəri, Xətai rayonu, X30 küçəsi, ev 12 ünvanda yerləşən 53 saylı mənzildə yaşamışdır. X11 və onun övladları (üçüncü şəxslər) X19 və X20 uzun müddət atası tərəfindən atalığın qəbul edilməsinə etiraz etmişlər. Atası 21.04.2003-cü ildə vəfat etdikdən sonra o X11 ilə birlikdə həmin mənzildə mehriban yaşamışdır. Lakin 2005-ci ildə Rusiya Federasiyasının Maqadan şəhərində yaşamış və oranın vətəndaşı olan X16 ərindən boşandıqdan sonra Bakıya gəlib, onların evdə yaşamışdır, Zera Pastuxova gəldiyi gündən aralarında mübahisələr başlamış və nəhayət 2010-cu ildə o, onlar tərəfindən evdən qovulmuşdur. Atası vəfat etdikdən sonra mübahisəli mənzil 18 saylı DNK-nın 05.04.2005-ci il tarixli 2V-01-34 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən atasının arvadı X11 və onun övladları X16 və X12 mülkiyyətinə keçmişdir. X11 2018-ci ilin fevral ayında vəfat etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30.05.2014-cü il tarixli qətnaməsi ilə atalığın müəyyən edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 16.02.2016-cı il tarixli qətnaməsi ilə iddiaçının apelyasiya şikayəti təmin edilmiş, Xətai Rayon Məhkəməsinin 30.05.2014-cü il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, 21.04.2003-cü ildə 67 yaşında Bakı şəhəri, Xətai rayonunda ölmüş Lemaran Cəmilov iddiaçının atası olmağı müəyyən edilmişdir. Həmin qətnamədən X21 kassasiya şikayəti vermişdir. AR Ali Məhkəməsinin 2(102)-3365/2016 nömrəli, 27.07.2016-cı il tarixli qərarı ilə X8 kassasiya şikayəti təmin edilməmişdir. Atasının vəfatından sonra faktiki olaraq X14, X21, X19 və İddiaçı Lemaranovna onun qanun üzrə vərəsələri olmaqla həmin mənzildən hər birinə ¼ hissədə pay çatır. Lemaran Cəmilov məhkəmə qaydasında iddiaçının atası müəyyən olunana qədər 2005-ci ildə cavabdehlər atasının qanun üzrə vərəsəlik hüququ ilə miras qalmış əmlakı qəbul etmiş, hazırda mübahisəli mənzilin mülkiyyətçiləridirlər. X3 vəfatından sonra 18 saylı NK-nın 26.08.2016-cı il tarixli 2V-154 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən sözügedən əmlakın bir hissəsi X4 adına qeydiyyatdan keçmişdir. Hazırda mübahisəli mənzil 2/3 hissə ilə X4, 1/3 hissədə X13 mülkiyyətindədir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12.11.2015-ci il tarixli 2(011)7 745/2015 saylı qətnaməsi ilə o, Bakı şəhəri, Xətai rayonu, X30 küçəsi ev 12, mənzil 53-ə köçürülmüşdür. Lakin, cavabdehlər onu mənzilə buraxmırlar. İddia ərizəsinə əlavə olunmuş Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 fevral 2016-cı il tarixli qətnaməsi ilə (iş № 2(103)-432/2016 (hakimlər A.Q.Hüseynov, A.A. Abdullayeva, İ.K.Xəlilov) iddiaçının apellyasiya şikayətini təmin edilmiş, Xətai Rayon Məhkəməsinin 30 may 2014-cü il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, 21.04.2003-cü ildə 67 yaşında Bakı şəhəri, Xətai rayonunda ölmüş Lemaran Cəmilov iddiaçının atası olmağı müəyyən edilmişdir. Həmin mülki işdə şahidlər X23, X6 və X9 ifadələri ilə təsdiqlənmişdir ki, iddiaçı atası tərəfindən Rusiyadan gətirilərkən atasının yanında onun ailəsi ilə birlikdə Bak ı şəhəri, Xətai rayonu, X30 küçəsi, ev 12, mənzil 53-ə yaşamışdır və onun başqa yaşayış yeri olmamışdır. Bakı şəhəri, Xətai rayonu, X30 küçəsi, ev 12, mənzil 53-də 1991-ci ildən atası, analığı və cavabdehlərlə birlikdə və atasının ölümündən sonra o həmin mənzildən qovulanadək, yəni 2010-cu il də daxil olmaqla orada yaşamağı yuxarıda qeyd olunan məhkəmə qərarları Lütfiyyə Cəmilovanın iştirakını əks etdirən evdə keçirilmiş ad gününün videogörüntü olan DVD diskdə əks olunan hallarla təsdiqlənir. Bunun özü isə atasının ölümündən sonra AR Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə müvafiq olaraq Lütfiyyə Cəmilova və üçüncü şəxslər Pastuxova Zera, Cəmilov Zamirlə birlikdə atasından miras qalmış mənzili onlarla bərabər faktiki olaraq qəbul etməyini və idarə etməyi anlamına gəlir. O, dəfələrlə cavabde h quruma Bakı şəhəri 18 saylı notariat kontoruna Ərizə ilə müraciət edib, payına uyğun Bakı şəhəri, Xətai rayonu, X30 küçəsi, ev 12 ünvanda yerləşən 53 saylı mənzilə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. Atası Lemaranın vəfatından sonra açılmış vərəsəlik işində onu 18 saylı Dövlət Notariat Kontorunda təmsil etmək üçün "xxxx" Firmasına müraciət etmişdir. Hazırkı məhkəmə araşdırılmasından sonra vəkili Vəkil1 tərəfindən Dövlət Notariat Arxivinə verilmiş sorğu əsasında Arxivdən alınmış Bakı şəhəri 18 saylı notariat kontorunda 05.04.2005-ci il tarixdə rəsmiləşdirilmiş 2v-01-34 reyestr nömrəli iş üzrə 25 vərəqdən ibarət notariat işinin sənədlərindən məlum olur ki. "xxxx" MMC hüquqlarını etibarnamə əsasında təmsil edərək atası Lemaranın ölümü ilə bağlı olaraq vərəsəlik işini Xəta i rayon məhkəməsində mübahisələndirdiyi üçün Lütfiyyə Cəmilovaya vərəsəlik şəhadətnaməsinin verilməsinin dayandırılması xahiş etmişdir. Notariat kontoru isə həmin sorğuya cavab olaraq 30.03.2005-ci il tarixli cavab məktubu ilə məhkəmədə vərəsəlik işi mübahisələndirildiyi halda 10 gün müddətinə işin təxirə salınması mümkün olduğu bildirilmişdir. Həmin işdə notariat kontorunun ona ünvanlandığı 02.02.2005-ci il tarixli məktubu da vardır ki, həmin məktubda onun notariat kontoruna gəlməyi və “Atalığın müəyyən edilməsi haqqında” şəhadətnamənin təqdim olunması tələb olunurdu. Düzdür bu məktubu almasa da, həmin dövrdə atalığın müəyyən edilməsi barədə şəhadətnaməsi olmamışdır. Eyni zamanda təqdim etdiyi poçt bildirişləri arasında Bakı şəhəri 18 saylı notariat kontoruna vərəsəlik şəhadətnaməsinin on a verilməsi barədə 30.11.2018-ci il tarixdə göndərdiyi məktubun poçt qəbzi də mövcuddur. Atalığın məhkəmə qaydasında müəyyən edildikdən və doğum haqqında şəhadətnaməni 2017-ci ildə aldıqdan sonra 2018-ci ilin noyabr alında ona vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı notariat kontoruna müraciət etmişdir. Lakin notariatda ona bildirdilər ki, vərəsəlik işi 2005-ci ildə açılıb bağlandığına görə vərəsəlik şəhadətnaməsinin verilməsi mümkünsüzdür və o vərəsəlik işi ilə bağlı hüququnun bərpası ilə bağlı məhkəməyə müraciət etməlidir. Təkrarən 19.06.2020 tarixdə Bakı şəhəri 18 saylı notariat kontoruna ərizə ilə müraciət edərək 05.04.2005-ci il tarixli 2V-01-34 reyestr nömrəli və 26.08.2018-ci il tarixli 2V-154 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələri qismən ləğv edib Bakı şəhəri, Xətai rayonu, X30 küçəsi, ev 12, mənzil 53-ə iddiaçının adına ¼ hissədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Lakin budəfəki müraciətinə notariat kontorundan cavab belə verilməmişdir. Bu səbəbdən də məhkəməyə müraciət edərək atası Lemaran Cəmilovun vərəsəsi olması, ondan miras qalmış mənzilə qanun üzrə vərəsəlik hüququnun müəyyən olunmaqla həmin mənzilə ¼ hissədə payına dair hüququnu tanıtmaq istəyir.

8. Zera Cəmilova (Pastuxova) birinci instansiya məhkəməsinin 19.10.2020-ci il tarixli iclasında bildirmişdir ki, Cəmilov Lemaran vəfat etdikdən sonra onun həyat yoldaşı Lütfiyyə Cəmilova mirasın qəbulu üçün ərizə ilə notariat kontoruna müraciət etdi və notariusunun tələbi ilə qanunla müəyyən edilmiş müddətdə mirasın açıldığı gündən altı ay ərzində vərəsəlik hüququnun qeydiyyatı üçün lazım olan bütün sənədləri təqdim etdi. Notarius, mirasın açılması zamanı iddiaçı yetkin yaşlı olub, vərəsələr dairəsinə daxil edilmədiyini, vəsiyyətçi ilə qohumluq sübutu təqdim etmədiyini, bu yaşayış sahəsində yaşamadığını və notariusa müraciət etmədiyi nəzərə alaraq, 21.10.2003-cü il tarixədək miras işini bağladı və bu tarixdən sonra, Cəmilova Lütfiyyəyə 2055-ci ilin aprel ayında, həyat yoldaşının yarısı və vərəsələrin payları ayrılmadan hər bir vərəsəyə bərabər 1/3 hissəsini paylaşıb miras hüququ şəhadətnaməsi verdi. Bunun əsasında 5 may 2005-ci il tarixdə Bakı şəhəri Xətai rayonu BTİ-dən daşınmaz əmlaka dair sənəd verildi. 2005-ci ilin fevral və aprel aylarında Qalinanın Xətai Rayonu 18 saylı notariat kontorunun notariusu tərəfindən vərə sələrin əhatəsinə daxil etməsi xahişi ilə o, vəsatətçi ilə birbaşa əlaqəsinin sübutunu notariusa təqdim etmədiyi üçün ondan imtina etdi. Ancaq miras davası onsuz da 21.10.2003-cü ildə başlamışdır.

9. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim Ə.Abbasova) 19 mart 2021-ci il tarixli, 2(011)491/2021 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.

10. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, İddiaçı Lemaranovna X22 uşağı olmaqla onun qanun üzrə 1-ci növbəli vərəsəsi olmuşdur. X22 vəfatından sonra iddiaçının özünün vərəsə kimi tanınması üçün notariat orqanına müraciət etdiyi, miras əmlakına faktiki sahiblik və idarəçilik etdiyi məhkəmədə sübuta yetirilməmişdir. İddiaçı mərhumun onun atası olduğu faktı mərhumun vəfatından sonra məhkəmə qaydasında müəyyən edildiyini dəlil gətirərək, Azərbaycan R espublikası Mülki Məcəlləsinin 1246-cı maddəsi ilə müəyyən edilmiş müddətin üzrlü səbəbdən buraxdığını bildirsə də, məhkəmə iddiaçının bu dəlilini əsassız hesab edir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X22 iddiaçının atası olması 08.02.2017-ci il tarixdə rəsmiləşdirilmiş, iddiaçı isə miras əmlakın qəbul edilməsi ilə bağlı notariusa bundan 1 il 5 ay sonra, yəni 30.11.2018-ci il tarixdə müraciət etmişdir. Bununla da o, mirasın qəbul edilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsində müəyyən edilmiş 6 aylıq müddəti ötürmüşdür. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-E.Kazımov (sədrlik edən və məruzəçi), A.İsgəndərov və İ.Kərimli) 30 iyun 2021-ci il tarixli, 2(103)-6518/21 nömrəli qətnaməsi ilə İddiaçı Lemaranovnanın apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 mart 2021-ci il tarixli, 2(011)- 491/2021 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi, Bakı şəhəri 18 saylı notariat kontoru(ofisi) tərəfindən Bakı şəhəri, Xətai rayonu, X30 küçəsindəki 12 nömrəli evin 53 nömrəli miras mənzilinə dair verilmiş 05.04.2005-ci il tarixli 2V-01-34 reyestr nömrəli və 26.08.2018-ci il tarixli 2V-154 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin qismən ləğv (etibarsız hesab) edilməsi, Bakı şəhəri, Xətai rayonu, X30 küçəsindəki 12 nömrəli evin 53 nömrəli mənzilinə İddiaçı Lemaranovnanın adına 1/4 hissədə, X12 adına 1/4 hissədə, X8 adına isə 2/4 hissədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi vəzifəsi Bakı şəhəri 18 saylı Notariat Ofisinin(Kontorunun) üzərinə qoyulması qət edilmişdir.

12. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı mərhum atası tərəfindən 1991-ci ildən Bakı şəhərinə gətirildikdən sonra mübahisəli mənzildə yaşamağa başlamış, 1994-cü ildən mübahisəli mənzildə qeydiyyatda olmuş, atası vəfat etdikdən sonra da həmin mənzildən qovulanadək, yəni 2010-cu ilədək miras mənzildə yaşamışdır. Bu işin mübahisələndirilməyən halıdır, yəni işdə olan qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə də bu faktı təsdiq olunur. Mülki Məcəllənin tələbinə görə iddiaçının atasının vəfatından keçən 7 il ərzində mübahisəli mənzildə yaşamaqla mirasa yiyələnməsi və onu idarə etməsi iş üzrə müəyyən edildiyindən və qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə m əxsus hesab olunduğundan, onun tərəfindən vərəsəlik şəhadətnaməsinin vaxtında rəsmiləşdirilməməsi bu mirasa qarşı hüququn itirilməsi üçün əsas ola bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

13. Zera Pastuxova kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir.

14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarından görünür ki, tərəflər arasında əvvəllər eyni predmet üzrə, yəni miras qoyan X7 mülkiyyətində olmuş ünvan 2 ünvanda yerləşən 3 otaqlı mənzilin 1/4 hissəsinə vərəsəlik hüququ və eyni əsaslarla, yəni miras qoyan X7 iddiaçı Qalmanın atası olması faktının məhkəmə qaydasında müəyyən edilməsi. Belə olan halda, Azərbaycan Respublikası Mülki Pros essual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam verilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa Həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Eyni Məcəllənin 261.0.4-cü maddəsinə əsasən hakim iş üzr icraata aşağıdakı hallarda xitam verir: iddiaçı iddiadan imtina etmişsə və bu imtina; məhkəmə tərəfi ndən qəbul olunmuşsa. Məcəllənin 262.4-cü maddəsinə əsasən işi: icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsasla üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Belə ki, iddiaçı Cəmilova (Korentsova) Qalina Lemaranovna 2019-cu ildə cavabdehlər X16 və qeyrilərinə qarşı "vərəsə hesab olunma və daşınmaz əmlaka vərəsəlik hüququnun tanınması tələbinə dair" iddia ərizəsi ilə Xətai rayon məhkəməsinə müraciət etmişdir. Xətai rayon məhkəməsinin 07.11.2019-cu il tarixli qətnaməsi ilə həmin iddia tələbi rədd edilmişdir. Həm qətnamədən apellyasiya şikayəti vermiş Cəmilova (Korentsova) Qalina Lemaranovna apellyasiya baxışı zamanı iddiadan imtina etmişdir və Bakı Apellyasiya məhkəməsinin Mülki kollegiyasının 19.06.2020-ci il tarixli qərardadı i lə iş üzrə icraata xitam verilmişdir. İddiaçı Cəmilova (Korentsova) Qalina Lemaranovna təkrar olaraq eyni predmet üzrə və eyni əsaslarla 15.09.2020-ci il tarixdə iddia ərizəsi ilə Xətai rayon məhkəməsinə müraciət etmişdir. İddiaçı Qalina əvvəllər iddiadan imtina etdiyi məhkəmədən gizlətmiş, məhkəməni çaşdırmaq məqsədilə X16 və qeyrilərini üçüncü şəxslər qismində göstərmişdir ki, guya hazırki iddia tələbi eyni tərəfə qarşı deyildir. Halbuki, yuxanda qeyd edildiyi kimi, iddia predmeti hər iki hal miras qoyan X7 mülkiyyətində olmuş Bakı şəhəri S.Ə.Şirvani küç., ev 12, mənzil 53 ünvanda yerləşən 3 otaqlı mənzilin 1/4 hissəsini təşkil edir, iddianın əsasını isə miras qoyanın iddiaçı Qalinanın atası olmasıdır ki, hər iki halda iddianın əsası da eynidir. O, ki qaldı mübahisənin eyni tərəflər aras ında olmasını gizlətmək istəmiş iddiaçı Qalinanın bu fəndi baş tutmamış və məhkəmə üçüncü şəxs cavabdeh statusuna keçirmişdir (iddiaçının razılığı ilə). Hətta, mübahisəli qətnamədə belə qeyd olunur ki, iddiaçının tələbi mirasın 1/4 hissəsinə dair vərəsəlik hüququ əldə etməkdir. Göründüyü kimi, iddiaçının iddia tələbi təkrar olduğundan məhkəmə icra xitam verməliydi. Məhkəmə isə bu hallara ümumiyyətlə hüquqi qiymət verməmişdir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqdı bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. İş materialları ndan görünür ki, miras 2003-cü ildə miras qoyan Lemaranın vəfat etməsi ilə açılmışdır. Lemaranın isə Qalinanın atası olması faktı isə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 fevral 2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmişdir. Həmin qətnamədən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin Mülki Kollegiyasının 27.07.2016-cı il tarixli qərarı ilə təmin edilməmiş, Bakı Apellyasiya məhkəməsinin mülki kollegiyasının 16 fevral 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Bundan sonra, atalığın müəyyən edilməsi faktına dair akt qeydi 08.02.2017-ci il tarixdə aparılmış və həmin tarixdə miras qoyan Lemaranın Qalinanın atası olması barədə sonuncuya şəhadətnamə verilmişdir. Göründüyü kimi, 2003-cü ildə miras açılarkən Qalina vərəsə deyildi, çünki həmin vaxt onun atas ının Lemaran olması faktı müəyyən edilməmişdir. Bu zaman, yəni miras Lemaranın vəfat etməsi ilə açılan zaman Qalina mirası istər ərizə vermək formasında, istərsə də faktiki olaraq qəbul etməsi mümkün deyildir. Qalinanın atasının Lemaran olmasına dair akt qeydi 08.02.2017-ci il tarixdə aparılandan sonra onun vərəsəlik hüququ yaranmış və Qalina ya mirası qəbul etməliydi (miras payı açıq qaldığı halda), yada ki, 2 ay ərzində mirasın qəbul edilməsi barədə mübahisə açmalıydı (miras toplusu başqa vərəsələrə keçdiyi halda). Lakin Qalina mirasın qəbul edilməsi barədə ərizə ilə notariata 30.11.2018-ci il tarixdə müraciət etmişdir, məhkəmədə isə mübahisəni 29.04.2019-cu il tarixdə iddia ərizəsi vermək yolu ilə açmışdır. Göründüyü kimi, Qalina notariata yalnız 21 aydan sonra, məhkəməyə isə 26 aydan s onra müraciət etmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1272-ci maddəsinə əsasən mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Qalina hələ 08.02.2017-ci il tarixdə Lemaranın onun atası olmasına dair şəhadətnamə almışdır, başqa sözlə, həmin tarixdən ona məlum olmuşdur ki, o, artıq vərəsədir. Lakin 2 aylıq kəsici müddətə riayət etməmiş, vərəsəliyin qəbuluna görə bu müddət ərzində mübahisə açmamışdır. Cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi haqqında vəsatət qaldırılsa da, bu vəsatətə diqqət yetirilməmiş, məhkəmə kollegiyası isə bu hallan araşdırmamış, iddianın təmin edilməsi barədə qətnamə qəbul etməkdə haqlı olmamışdır. Belə ki, məhkəmə kol legiyası öz qətnaməsində qeyd edir ki, mirası vərəsə qəbul edir, vərəsə mirası faktiki də qəbul edə bilər, iddiaçı Qalina, 2003-cü ilə miras açılarkən həmin mənzildə yaşamış, odur ki, mirası faktiki qəbul etmişdir. Məhkəmə kollegiyası hətta qeyd edir ki, Qalinanın həmin mənzildə yaşaması mübahisələndirilməyən haldı Halbuki, cavabdeh həmişə bildirmişdir ki, iddiaçı Qalina heç vaxt mübahisəli mənzildə daimi yaşamamışdır. Bu hallar isə məhkəmənin qərəzli olduğunu təsdiq edir. Qalinanın həmin mənzildə yaşaması nə iş materialları ilə, nə də ki, işdə olan digər məhkəmə qərarları ilə təsdiq olunmur. Daha sonra məhkəmə kollegiyası mübahisəli qətnamədə qeyd edir ki, Qalina 2003-cü ildə və daha sonra mübahisəli mənzildə yaşadığından mirası faktiki olaraq qəbul etmişdir. İlk öncə yuxanda qeyd edildiy i kimi, Qalina həmin mənzildə heç vaxt daim yaşamamışdır, yaşadığı barədə isə təqdim etdiyi fotoşəkillər ümumiyyətlə başqa mənzildə çəkilmişdir. İş üzrə şahidlər isə iddiaçının yaxın adamları olmaqla qərəz izahatlar vermişlər. Ən dəhşətlisi isə odur ki, 2003-cü ilə miras açılarkən Qalina vərəsə olmamışdır. Məhkəmə kollegiyası isə mübahisəli qətnamədə qeyd edir ki, 2003-cü ildə miras açılmış, "vərəsə" Qalina (hazırda iddiaçı) miras toplusu olan mənzildə yaşadığından mirası faktiki qəbul etmişdir. Mənzildə miras qoyanın dayısının dayısı qızı da faktiki olaraq yaşaya bilər. Bu halda həmin şəxs vərəsə olmuşdurmu? Və əgər vərəsə deyildirsə, bu halda mirası qəbul edə bilərdimi? Başqa sözlə, miras açılarkən Qalinanı vərəsə olmadığını məhkəmə kollegiyası görmür? Əgər görürsə, nə üçün bu hallara hü quqi qiymət vermir? Hətta, mübahisəli qətnamədə əvəzedilən və ya əvəzedilməz əşyalarla bağlı müddəalara münasibət bildirilməklə, sonda belə qənaətə gəlinir ki, "iddiaçı vərəsə kimi miras açıldığı vaxtdan sonra uzun illər həmin mənzildə yaşayıb mirasa sahiblik edib onu idarə etməklə faktiki olaraq mülkiyyət hüququ əldə etmişdir." Bu fikirlə heç bir halda razılaşmaq olmaz. Belə ki, yuxarıda əsaslandırıldığı kimi, istər miras açılan anda, istər ondan əvvəl, istərsə də ondan uzun müddət sonra (2017-ci ilə qədər) iddiaçı Qalina vərəsə olmamışdır. Belə olan halda o, miras əmlaka sahiblik edib onu idarə etməklə faktiki olaraq mülkiyyət hüququ əldə etməsi ifadəsi qanunsuz və əsassızdır. Axı məhkəmə kollegiyası öz qətnaməsində qeyd edir ki, "əvvəla, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır." Məhkəmə kollegiyası daha sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 oktyabr 2013-cü il tarixli qərarına istinad edir. Lakin Plenumun bu sonuncu qərarına nəzər saldıqda görürük ki, işdə vərəsə kimi keçən şəxs miras açılarkən həqiqətən də birinci dərəcəli vərəsə olmuşdur. İddiaçı Qalina isə miras açılarkən, yəni 2003-cü ildə ümumiyyətlə vərəsə olmamışdır. Başqa sözlə, işin bu mübahisələndirilməyən halını başa düşmək çox çətin deyildir. İddiaçı Qalina yalnız 08.02.2017-ci il tarixdə (atalığın qeydiyyata alınması tarixi) birinci növbəli vərəsələri sırasına daxil olmuş, həmin vaxt hətta onun özünün məhkəmədə bildirməsinə görə mənzildə ya şamamış, mirasın qəbul edilməsi ilə əlaqədar notariata müraciət etməmiş vərəsəliyə dair mübahisə açmamışdır. Başqa sözlə, mirası qəbul etməmişdir, Onun sonradan vərəsələr sırasına daxil olmasının geriyə qüvvəsi yoxdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1-ci maddəsinə əsasən mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Yəni, 2003-cü ildə miras açılarkən Qalina vərəsə olmadığından onun miras mənzildə yaşayıb-yaşamaması əhəmiyyət kəsb etmir, daha sonra 2017-ci ildə onun vərəsələr sırasına daxil olmasının hüquqi cəhətdən geriyə qüvvəsi yoxdur, həmin münasibətlərin yaranması tarixində isə Qalina miras mənzildə yaşamamış və yuxanda qeyd edildiyi kimi, qanunvericiliklə müəyyən edilmiş müdd ətlərdə mirası qəbul edilməsinə dair heç bir hərəkət etməmişdir. İddia müddətlərinin üzrlü səbəblərdə buraxılmasına dair isə müxtəlif əhəmiyyətsiz dəlillər səsləndirmiş (guya şəxsiyyət vəsiqəsinin analığı tərəfindən oğurlanması və sair), müddətin bərpasına dair vəsatət qaldırmamışdır. Buradan aydın olur ki, məhkəmə iş üzrə təqdim edilmiş sübutlara qeyri-obyekt yanaşmışdır. Həmçinin, apellyasiya instansiyası məhkəməsi qətnaməsində işdə olan sübutları sadalamaqla kifayətlənmiş lakin onları qiymətləndirməmiş, hansının nə üçün qəbul edilib-edilməməsini göstərməmişdir. Azərbaycan Respublikası MPM-nin 220-ci maddəsinə müvafiq olaraq məhkəmə qətnamənin əsaslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun o cümlədən şahid ifadələrinin məzmu qətnamədə şərh edilməli, sübu tlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Həmçinin, məhkəmə məzmunca bir-birindən fərqli normaları tətbiq etməklə ziddiyyətli nəticəyə gəlmiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual hüquq normalarını pozmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsində göstərilir ki, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə ki halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olub-olmadığını müəyyən edir. Məhkəmə isə hazırki iş üzrə iddianın təmin olunmasına əsas ola biləcək bir neçə normanı sadalamış, mübahisəli hüquq münasibəti üzrə həmin norm alardan hansının tətbiq edilməli olduğunu qətnamədə əsaslandırmamış, aydın olmayan nəticəyə gəlməklə şərh olunan qanunun tələblərini pozmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3 maddəsində nəzərdə tutulmuşdur ki, qətnamə iş üzrə müəyyən edilmiş həmin hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Lakin apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarının mövqeyini nəzərə almamış, apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq maddi hüquq normalarının pozulması ilə qəbul edilmiş birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etməmiş, bununla da prosessual hüquq normalarını pozmuşdur. Göründüyü kimi, işə baxan apellyasiya məhkəməsi qeyd olunan xüsusatları araşdırmadan əsassız qət namə qəbul etmiş, tətbiq edilməli olan maddi hüquq normasını tətbiq etməmiş, əksinə, tətbiq edilməli olmayan maddi hüquq normasını tətbiq etməklə səhvə yol vermişdir. Ona görə də, məhkəmənin gəldiyi bu nəticələrə dair hallara düzgün hüquqi qiymət verilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. İddiaçı kassasiya şikayətinə qarşı etiraz göndərərək, onun təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə iclasında iştirak edən cavabdeh və vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdilər.

17. Məhkəmə iclasında iştirak edən iddiaçı, nümayəndəsi və vəkili kassasiya şikayətinə etiraz edərək onun rədd olunmasını xahiş etdilər.

18. Məhkəmə iclasının y eri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

19. Maddə 1133. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

20. Maddə 1151. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

21. Maddə 1159.1.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).

22. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.

23. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

24. Maddə1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respubli kasının Mülki Prosessual Məcəlləsi:

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

27. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

28. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

30. Apellyasiya instansiyası məhkəməsi mübahisənin hüquqi həlli ilə bağlı qeyd etmişdir ki, iddia ərizəsinə əlavə etdiyi atalığın müəyyən olunması işində (Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-432/20l6l6 №-li, 16 fevral 2016-cı il tarixli qətnaməsi) şahidlər X23, X6 və X9 ifadələri ilə təsdiqlənmişdir ki, o, atası tərəfindən Rusiyadan gətirilərkən atasının yanında onun ailəsi ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, X30 küçəsi, ev 12, mənzil 53-ə yaşamış və onun başqa yaşayış yeri olmamışdır.

31. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 noyabr 2015-ci il tarixli 2(011)-7745/2015 saylı qətnaməsi ilə o, Bakı şəhəri, Xətai rayonu, X30 küçəsi, ev 12 mənzil 53-ə köçürülmüşdür. Qətnamədə onun 2010-cu il tarixdə yaşadığı mənzildən üçüncü şəxslər və analığı tərəfindən qovularaq çıxarılması barədə iddia tələbi əks olunmuşdur. Həmin sənədlər və şahid kimi keç miş X6, X17 və X2 ifadələri ilə bu fakt təsdiqlənmişdir.

32. Bundan başqa həmin evdə cavabdeh Pastuxova Zeranın anası Lütfıyyə Cəmilova ilə birlikdə atasının ölmündən sonra da 2010-cu ilə qədər həmin mənzildə yaşamağı bu işdə məhkəməyə təqdim etdiyi fotoşəkillər və məhkəmədə şahid kimi ifadə vermiş X10, X23 və X25 tərəfindən təsdiqlənmişdir. Mənzildə yaşamağı və ondan istifadə etməyi halı isə miras qalmış mənzilə faktiki sahiblik etməyi göstərir və Mülki Məcəllənin 1243.2-ci maddəsinə müvafiq olaraq Lütfiyyə Cəmilova və üçüncü şəxslər X27 Zamirlə birlikdə atasından miras qalmış mənzili onlarla bərabər faktiki olaraq qəbul etməyi və idarə etməyi anlamına gəlir.

33. Miras qəbul edilməsi üçün maneələrin aradan qalxmasından sonra altı ay müddətində deyil 1 il 5 aydan sonra notariat kontoruna müraciət etməyinə gəlincə, bu işdə izahat verərək bildirmişdir ki, vərəsəliyin rəsmiləşdirilməsi üçün məhkəmə qərarından sonra ona doğum haqqında yeni şəhadətnamə və yeni şəxsiyyət vəsiqəsi tələb olunduğuna görə, onların qeydiyyat şöbəsi tərəfindən onun uşaqlıqda yaşadığı Xabarovsk vilayətinin VVAQD-yə doğum sənədlərinin qeydə alınmasının tələbi ilə bağlı sorğu verilmişdir. Həmin sənədlər 2018-ci ildə gəldikdən sonra o, yeni doğum haqqında şəhadətnaməni 24 yanvar 2018-ci il tarixdə alıb bundan sonra isə o, şəxsiyyət vəsiqəsini əldə edə bilmiş və bundan sonra miras əmlakın qəbul edilməsi ilə bağlı Bakı şəhəri 18 saylı notariat kontoruna ərizə ilə müraciət etmişdir. Tərəfindən mirasın qəbul edilməsi üçün müəyyən olunmuş 6 aylıq müddət buraxılmamışdır. Lakin bununla belə faktiki olaraq miras mənzilə faktiki olaraq sahiblik etməyi faktı, mirası qəbul etməyi kimi dəyərləndirilməli və qeyd olunan müddət buna tətbiq edilməməlidir.

34. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı mərhum atası tərəfindən 1991-ci ildən Bakı şəhərinə gətirildikdən sonra mübahisəli mənzildə yaşamağa başlamış, 1994-cü ildən mübahisəli mənzildə qeydiyyatda olmuş, atası vəfat etdikdən sonra da həmin mənzildən qovulanadək, yəni 2010-cu ilədək miras mənzildə yaşamışdır. Bu işin mübahisələndirilməyən halıdır, yəni işdə olan qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə də bu faktı təsdiq olunur.

35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azər baycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 18 iyul 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki,...əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir... Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhət dən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun.

36. Mülki Məcəllənin 1243-cü maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tam amilə qəbul etmişdir.

37. Göründüyü kimi, Mülki Məcəllənin tələbinə görə iddiaçının atasının vəfatından keçən 7 il ərzində mübahisəli mənzildə yaşamaqla mirasa yiyələnməsi və onu idarə etməsi iş üzrə müəyyən edildiyindən və qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunduğundan, onun tərəfindən vərəsəlik şəhadətnaməsinin vaxtında rəsmiləşdirilməməsi bu mirasa qarşı hüququn itirilməsi üçün əsas ola bilməz. Miras əmlakın faktiki surətdə qəbul olunması dedikdə, vərəsə tərəfindən miras əmlaka münasibətdə müxtəlif hərəkətlərin məcmusu anlaşılmalıdır. Vərəsənin miras mənzildə yaşaması və başqa yaşayış yerinin olmaması da həmin hərəkətlərdən biri kimi qiymətləndirilir və buna görə də həmin halın mövcud olması şəraitində mirasın faktiki surətdə qəbul edilməməsi yaxud bun un üçün notariusa müraciət edilmədiyi haqqında nəticə əsaslı hesab oluna bilməz.

38. İddiaçının mirasın qəbul edilməsi üçün mütləq notariat kontoruna müraciət etməsi kimi mülki qanunvericilikdə məcburi şərt nəzərdə tutulmamışdır. İddiaçının mirasın faktiki qəbul edilməsi barədə məhkəmədə iddia qaldırmaq kimi vəzifəsi də olmamışdır. Yəni, iddiaçı da digər vərəsələr kimi miras açıldığı vaxtdan da uzun illər əvvəldən də miras mənzildə oradan qovulanadək yaşamış, bununla da miras əmlaka faktiki olaraq sahiblik etmiş və miras əmlakı faktiki idarə etmişdi. İşdə olan qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri, şahid ifadələri və digər yazılı sübutlarla da bu fakt açıq-aşkar təsdiq olunur.

39. Bundan başqa, X22 iddiaçının atası olması 08.02.2017-ci il tarixdə rəsmiləşdirilsə də, iddiaçıya doğum h aqqında şəhadətnamə 24 yanvar 2018-ci il tarixdə, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsi isə daha sonra verilmişdir. Buna görə də, iddiaçının miras əmlakın qəbul edilməsi ilə bağlı notariusa bundan 1 il 5 ay sonra, yəni 30.11.2018-ci il tarixdə müraciət etməsi də iddianın rədd olunması üçün əsas ola bilməz. Çünki, iddiaçı notariusa müraciət etməsə də miras əmlakı faktiki olaraq qəbul etmişdir.

40. Cavabdeh mübahisəli mənzilin atası ilə anasının birgə nikah dövründə əldə edilmiş əmlak olduğunu bildirsə də, işdən görünür ki, mərhum Lütfiyyə Cəmilova həmin mənzilin mərhum əri Lemaran Cəmilovun adına özəlləşdirilməsinə razılıq vermişdir. Odur ki, miras mənzil onların birgə nikah dövründə əldə edilmiş əmlakı kimi qiymətləndirilə, Zera Lemaranovnanın isə miras payının artırılmasına səbəb ola bilməz.

41. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, məhkəmə işə baxarkən “məhkəmə iddia tələbinə bağlıdır” prinsipinin mahiyyətini özü üçün düzgün müəyyən etməlidir. Belə ki, iddia ərizəsinin nəticə hissəsində iddiaçının “05.04.2005-ci il tarixli 2V-01-34 reyestr nömrəli və 26.08.2018-ci il tarixli 2V-154 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələri qismən ləğv edib” qeyd olunması iddianın bu hissəsinin, yalnız ona görə ki, “etibarsız hesab edilməsi tələb edilməyib” əsası ilə rədd olunması üçün əsas ola bilməz. Çünki, məhkəmə özü də iddiaçının bu tələbinin faktiki əsasını, əslində həqiqi niyyətinin və istəyinin nə olduğunu müəyyənləşdirə bilər. Bunun üçün məhkəmə tərəfə prosessual hüquqlarının həyata keçirilməsində köməklik göstərməlidir (MPM. Mad.1 4.1). Çünki, mülki prosessual qanunvericilik məhkəmənin prosessual fəallıq prinsipindən tam imtina etməmişdir.

42. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, məhkəmənin tələblə bağlı olması prinsipi onu iddiaçının iddia tələbinin termin olaraq hansı hərfi mənanı ifadə etməsindən asılı etməməlidir. Belə ki, məhkəmənin tələblə bağlı olması prinsipi onun iddiaçının istədiyindən çoxunu yaxud istədiyindən başqa bir tələbi təmin etməyəcəyi ilə bağlıdır. Ona görə də iddiaçının istəyinin nə olması təkcə iddia ərizəsinin nəticə hissəsindəki termin və sözlərin hərfi mənasına görə deyil, bütövlükdə iddia ərizəsinin məzmunu əsas götürülməklə iradə ifadəsinin həqiqi mənasına görə müəyyənləşdirilməlidir. Məhkəmənin yalnız tələbə bağlılıq prinsipini əsas götürüb bu cür iddiaların rədd olunması isə məhkəmə müdafiəsi ilə bağlı konstitusion prinsiplərə zidd olmaqla yanaşı, həm ədaləti təmin etmir, həm də açıq-aşkar prosessual qənaət prinsipinə ziddir. Apellyasiya baxışı zamanı da iddiaçının həqiqi istəyinin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin qismən, yəni həmin şəhadətnamələrdə ona aid miras payının müəyyən edilməməsinə görə etibarsız hesab edilməsinə nail olmaq olduğu müəyyən edilmişdir.

43. Kollegiya bildirir ki, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 fevral 2016-cı il tarixli qətnaməsi ilə miras qoyan Lemaran Cəmilovun iddiaçının atası olması faktı təsbit olunduğuna görə, iddiaçının miras açıldıqdan sonra mübahisəli evdə faktiki yaşamağa davam etdiyi məhkəmələr tərəfindən müəyyən edildiyi üçün, habelə birinci növbə vərəsələrdən olan iddia çı mirasdan etmədiyindən iddianın təmin edilməsi qanuni və əsaslı olmuşdur.

44. Sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kollegiya həmin əsaslandırma ilə razılaşaraq hesab edir ki, iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

45. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

46. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-c u maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6518/2021 nömrəli iş üzrə 30 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Zaur Əliyev Hakimlər: Abiddin Hüseynov İlqar Xələfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar