Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3574/2020 11.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, iddiaçının vəkili Osmanov Zaur Məzahir oğlu, cavabdehin vəkili X2 iştirakları ilə, Bakı Apelyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən hakim T.Əkb ərov) iddia qismən təmin edilmiş, cavabdehlərdən birgə qaydada xx.xx.2017-ci il tarixə 30176,34 ABŞ dolları əsas məbləğdən gecikmə, 16653 ABŞ dolları lizinq mükafatı, 1084 ABŞ dolları sığorta, 600 ABŞ dolları dəbbə pulu, cəmi 48513,34 ABŞ dolları borcun icra vaxtı manata olan məzənnə ilə manatla və 30 manat dövlət rüsumunun tutulması qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır. Bakı Apelyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər A.Hüseynov (sədrlik edən, məruzəçi), A.İmanov və V.Sadıqov, 2(103)13421/2019 saylı mülki iş) hazırki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)570/2019 saylı iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmış, iddia qismən təmin edilmiş, xx.xx.2013-cü il tarixli, 1714T/13/ B saylı daxili maliyyə lizinqi müqaviləsi üzrə müqavilə müddətinin bitdiyi tarixə 23689 manat əsas məbləğ (aylıq lizinq ödənişi), 9056,36 manat lizinq mükafatı, 859 manat sığorta ödənişi, 50 manat dəbbə pulu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat, cəmi 33684 (otuz üç min altı yüz səksən dörd) manat 36 (otuz altı) qəpik pul Cavabdeh1 tutularaq İddiaçınə ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. İşin halları: İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada öhdəliklərin yerinə yetirilməməsi nəticəsində xx.xx.2017-ci il tarixə yaranmış 30176,34 ABŞ dolları əsas məbləğdən gecikmə, 16653 ABŞ dolları lizinq mükafatı, 1094 ABŞ dolları sığorta, 6166 ABŞ dolları dəbbə pulu borcu və 30 manat dövlət rüsumunu n iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh1 lizinq müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməyib. Məhkəmə qətnaməsinin icrası qaydasında xx.xx.2017-ci il tarixdə lizinq obyekti iddiaçıya təhvil verilib. Avtomobilin təhvil verildiyi tarixə tələb edilən məbləğdə borc yaranıb. Eyni zamanda, Cavabdeh2 zamin qismində lizinq alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürüb. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri: Apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Belə ki, iddiaçı tərəfindən sonuncu etibarnamə xx xxxxxx 2014-cü il tarix də 12 ay müddətində, yəni xx xxxxxx 2015-ci il tarixədək verilmişdir. Bu öz əksini iddiaçı tərəfindən zaminə ünvanlanmış xx.xx.2016-cı il tarixli məktubda tapmışdır. Müqavilənin müddətinin bitməsi isə xx xxxxxxxx 2016-cı il tarixdir. Deməli cavabdeh lizinq müqaviləsi qüvvədə olmasına baxmayaraq həmin əmlakdan 13 aya faktiki olaraq istifadə etməmişdir. İddiaçı bilərəkdən öz iradəsi ilə əmlakın istifadəsinə şərait yaratmamışdır. Bununla da dolayı yolla lizinq müqaviləsinin vaxtından əvvəl xitamına yönələn iradə ifadəsini bildirmişdir. Cavabdeh tərəfindən iddiaçıya 18.000 manat məbləğində avans ödənilmişdir. Bu faktı təsdiq edən sənəd məhkəməyə göstərilmiş və surəti təqdim edilmişdir. Prosessual məsələlər: Cavabdeh X1 və onun vəkili X3 kassasiya şikayətini müdafiə etmiş, qətnamənin iddianın t əmin olunmuş hissəsində ləğv edilməsini, həmin hissədə təmin olunmamasını xahiş etmişlər. İddiaçının vəkili Osmanov Zaur Məzahir oğlu kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Digər cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər: Azərbaycan Respublikası M ülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi Apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və Apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin Apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Kassasiya şikayəti ilə bağlı məhkəmənin mövqeyi: Hazırki işin mübahisəsiz halları ondan ibarətdir ki, “xxxx” Lizinq Şirkəti Qapalı Səhmdar Cəmiyyəti (yeni adı İddiaçı, bundan sonra – iddiaçı və ya lizinq verən,) ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 1714T/13/B saylı daxili maliyyə lizinqi müqaviləsinə əsasən, lizinq verən özünə məxsus bazar dəyəri 46398,98 ABŞ dolları olan 2013-cü il buraxılışlı “HOWO” markalı yük avtomobilini (bundan sonra - lizinq obyekti) lizinq alana 36 ay müddətinə maliyyə lizinqinə (icarəyə) vermişdir. Müqavilənin özündə onun qiyməti 36400 manat, aylıq lizinq ödənişi 1772 ABŞ dolları, cəmi lizinq ödənişləri 67981,94 ABŞ dolları müəyyən edilmişdir. Müqavilənin 6.2-ci bəndinə əsasən lizinq alan sığorta ödənişlərini lizinq verənin hesabına ödəməyi öhdəsinə götürmüş, 8.2-ci bəndə əsasən sığorta haqqı lizinq ödənişlərinə daxil edilmişdir. Eyni zamanda müqavilənin 11.4-cü maddəsinə əsasən lizinq obyektinə texniki (servis) xidmət göstərilməsi, orta, cari və əsaslı təmir lizinq alan tərəfindən aparılmalıdır. Lizinq verən, Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış eyni tarixli zaminlik müqaviləsinə əsasən sonuncu lizinq müqaviləsi üzrə öhdəliklərin icrasına görə birgə məsuliyyəti öz üzərinə götürmüşdür. xx.xx.2013-cü il tarixli təhvil-təslim aktı ilə lizinq obyekti Cavabdeh1 təhvil verilmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə lizinq obyektinin Cavabdeh1 alınıb, lizinq alana qaytarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2016-cı il tarixli qətnaməsi ilə həmin qətnamə dəyişdirilmədən saxlanılmış və qanun i qüvvəyə minmiş, xx.xx.2017-ci il tarixdə icra edilərək, lizinq obyekti iddiaçıya qaytarılmışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 lizinq verənə qarşı lizinq müqaviləsinin ləğv edilməsi, ödənilmiş 40150 manat məbləğində pulun qaytarılması barədə iddiası təmin edilməmişdir. Apelyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalıdır. Belə ki, iddiaçının lizinq ödənişləri üzrə yaranmış borcun ödənilməsi və lizinq obyektinin geri tələb edilməsi tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1, 7481.12, 748-1.12.4-cü maddələri təşkil edir. Həmin maddələrə müvafiq olaraq lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur (maddə 747.1). Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əv vəl ləğv etmək hüququ vardır (maddə 748-1.12. və 748-1.12.4). Bu baxımdan iddiaçı lizinq ödənişləri üzrə yaranmış borcun ödənilməsini tələb etməkdə haqlı olmuşdur. Bununla yanaşı Kollegiya hesab etmişdir ki, lizinq ödənişləri üzrə yaranmış borcun ABŞ dolları ilə tələb edilməsi əsassızdır. Bununla bağlı apellyasiya instansiyası məhkəmsəsi aşağıdakı əsaslandırmanı aparmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Mülki Məcəllənin 439.1-ci maddəsində təsbit edilmişdir ki, pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. Baxılan iş üzrə iddiaçı xarici hüquqi şəxs deyil və onunla bağlanmış lizinq müqaviləsi üzrə borclunun pul öhdəliyi xarici valyutada ifadə oluna bilməz. Nəzərə alınmalıdır ki, lizinq müqaviləsi hüquqi təbiətinə görə kredit və ipoteka müqavilələrindən fərqlənir və belə müqavilələrlə eyniləşdirilə bilməz. Lakin təcrübədə bir sıra hallarda həm lizinq verən hüquqi şəxslər, həm də lizinq alanlar yanlış olaraq lizinq münasibətlərini kredit və ipoteka hüquq münasibətləri hesab edirlər. Halbuki kredit (borc) müqaviləsi üzrə borcalan aldığı müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyaları borc verənə qaytarmağı öhdəsinə götürür (Mülki Məcəllənin 739.1-ci maddəsi). Lizinq müqaviləsi isə mahiyyət etibarı ilə kirayə (icarə) müqavilə sidir və lizinq alanın özünün seçdiyi əşya lizinq verən tərəfindən əldə olunaraq onun istifadəsinə verilir, lizinq alan bunun müqabilində istifadə haqqı (muzd) ödəyir və bütün ödənişləri etdikdən sonra həmin əşyanı öz mülkiyyətinə keçirmək hüququnu əldə edir (Mülki Məcəllənin 747-ci maddəsi). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə görə Mülki Məcəllənin 439.1-ci maddəsi təhlil olunarkən nəzərə alınmalıdır ki, kredit müqaviləsi pul öhdəliyinin əmələ gəlməsinin əsaslarından biridir. Pul öhdəliyi alqı-satqı, icarə, podrat, xidmət və digər müqavilələr əsasında da əmələ gələ bilər. Həmin müqavilələr üzrə pul ödəniş vasitəsi kimi çıxış edir və onları tənzimləyən Mülki Məcəllənin normalarında söhbət pulun məhz ödənilməsin dən gedir. Alqı-satqı, icarə, podrat və s. pul öhdəliklərindən fərqli olaraq, kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul (manat və ya xarici valyuta) ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir. Başqa sözlə kredit müqaviləsində pul nə verildiyi, nə də qaytarıldığı zaman ödəniş vasitəsi funksiyasını yerinə yetirmir, mülkiyyət kimi verilir və mülkiyyət kimi geri qaytarılır. Beləliklə, borcun qaytarılması öhdəliyindən fərqli olaraq lizinq müqaviləsi üzrə ödənişlər pul öhdəliyidir və yuxarıda istinad olunan maddi hüquq normalarına və Konstitusiya Məhkəməsinin hüquqi mövqelərinə əsasən həmin öhdəlik yalnız manatla ifadə oluna bilər. Bu baxımdan tərəflər arasında bağlanan lizinq müqavilələrində hesablaşmaların ABŞ dolları ilə həyata keçirilməsinə dair mü ddəalar özü-özlüyündə etibarsız şərtlərdir. Ona görə tərəflər arasında lizinq hüquq münasibətləri üzrə lizinq obyektinin qalıq dəyəri və lizinq mükafatlarının məbləği manatla qəbul edilməli və borc məbləği də manatla hesablanmalıdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin yuxarıda qeyd olunan dəyərləndirməsi ilə razılaşır. Apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunan qaydalara riayət etməklə borcu cavabdehin xeyrinə yenidən hesablamış və son nəticədə lizinqi müqaviləsi üzrə müqavilə müddətinin bitdiyi tarixə 23689 manat əsas məbləğ (aylıq lizinq ödənişi), 9056,36 manat lizinq mükafatı, 859 manat sığorta ödənişi, 50 manat dəbbə pulu tutulması qənaətinə gəlmişdir. Cavabdeh həmin məbləğlə də razılaşmır və hesab edir ki, onun iddiaçı təşkilata 18.000 manat ilkin ö dəniş etməsi nəzərə almamışdır. Əvvəla, məhkəmə kollegiyası qeyd edir ki, həmin hallar işin faktiki halları ilə bağlı olduğundan kassasiya instansiyası məhkəməsində belə sübutlar qəbel edilmir və yoxlanılırmır. Bundan başqa, cavabdeh tərəf lizinq müqaviləsi bağlanarkən lizinq predmetinin əldə edilməsi üçün iddiaçıya 18000 manat avans ödədiyini bildirsə də, həmin ödənişin tzrəflərin razılığa gəldiyi, yəni iddiaçı lizinq şirkəti ilə razılığa gəldiyi ümumi lizinq ödənişinə daxil olan məbləğdən ödənilməsinə dair sübut təqdim edilməmişdir. Kollegiya qeyd edir ki, tərəflər arasında bağlanmış lizinq müqaviləsinin 6.2, 8.2 və 11.4-cü maddələrinə əsasən lizinq alan sığorta ödənişlərini lizinq verənin hesabına ödəməyi, habelə lizinq obyektinə texniki (servis) xidmət göstərilməsini, orta, cari və əsa slı təmir işlərini aparmağı öhdəsinə götürdüyündən iddiaçı ödənişlərin müəyyən hissəsini sığorta və servis haqqına hesablamaqda, həmçinin lizinq obyektinin sığortalanması üçün ödədiyi lakin ona qaytarılmamış sığorta pulunu cavabdehdən tələb etməkdə haqlıdır. Eyni zamanda, lizinq obyektinin hansı tarixədək cavabdehdə qalması və hansı tarixdən lizinq şirkətinə qaytarılması qüvvədə olan məhkəmə qərarları ilə öz təsdiqini tapdığından istifadə olunmayan dövr üçün lizinq ödənişi tutulması barədə dəlillər də əsassızdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından qətnamə dəyişdiri lmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlınılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3574/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3574/2020
11.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver