Məhkəmə qərarları › İş №2(102)-3575/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3575/2020

04.08.2020 · Müqavilələrin ləğv edilməsi - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3575/2020 04.08.2020 ALİ MƏHKƏMƏ İddiaçı: İddiaçı Cavabdehlər: XXX oğlu və Cavabdeh2 İddia tələbi: avtomobilin alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və pulun qaytarılması Açar sözlər: alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, təmsilçi vasitəsi ilə bağlanan əqd, əqd üzrə ödənilmiş pulun təmsilçidən tələb olunması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Oruclu Bahar Nurəddin qızının katibliyi, iddiaçının nümayəndəsi X4, Cavabdeh2 və onun vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-13099/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları **-UD-*** dövlət qeydiyyat nişanlı, “Toyota Land-Cruiser 200 minik” markalı nəqliyyat vasitəsi (bundan sonra – mübahisəli avtomobil) xx xxxxxx 2014-cü il tarixdə XXX oğlunun (bundan sonra – birinci cavabdeh) adına qeydiyyata alınmışdır. xx xxxxxx 2016-cı il tarixdə birinci cavabdehin adından hərəkət edən XXX Cavabdeh2 (bundan sonra – ikinci cavabdeh) sözügedən avtomobilə dair xx xxxxxx 2016cı il tarixədək sərəncam vermək hüququ da daxil olmaqla, bütün səlahiyyətləri nəzərdə tutan etibarnamə vermişdir. xx xxxxxx 2016-cı il tarixdə birinci cavabdeh ilə İddi açı (bundan sonra – iddiaçı) arasında mübahisəli avtomobilin alğı-satqısına dair müqavilə imzalanmışdır. Müqaviləni satıcının adından etibarnamə əsasında ikinci cavabdeh, alıcı kimi iddiaçı imzalamışdır. Tərəflərin ərizələri və alqı-satqı müqaviləsi əsasında avtomobil iddiaçının adına sənədləşdirilmiş və ona yeni **-ZO-*** dövlət qeydiyyat nişanı, AC Seriyalı 531640 nömrəli qeydiyyat şəhadətnaməsi verilmişdir. Mübahisəli avtomobilin iddiaçıya satılması ilə bağlı danışıqları aparan və pulu alan şəxs ikinci cavabdeh olmuşdur. Sonradan məlum olmuşdur ki, mübahisəli avtomobil Kiyev şəhərində oğurlanmış, İNTERPOL-un Baş Katibliyinin “ASF” sistemində xx xxxx 2014-cü il tarixdə qeydə alınmışdır və bununla əlaqədar Azərbaycan Respublikasında İNTERPOL-un Milli Mərkəzi Bürosu tərəfindən axtarışdadır. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi və əlavə ərizə verərək mübahisəli avtomobilə dair xx.xx.2016-cı il tarixdə bağlanmış və Bakı şəhəri 48 saylı Notariat kontorunda təsdiq edilmiş alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, cavabdehlərdən müştərək qaydada həmin avtomobilin alınmasına görə iddiaçının ödədiyi 35.000 ABŞ dollarının Azərbaycan manatına məzənnəsi olan 55.300 manatın, 4 ədəd disk və 4 ədəd təzə təkərlərin alınmasına görə verdiyi 2.500 manatın, avtomobilin “tüninq” işlərinə görə ödədiyi 2.000 manatın, 200 manat usta xərcinin, məhkəmələrdə hüquqlarının müdafiə edilməsi üçün “xxxxxxxx” MMC-yə ödədiyi 1.000 manatın və dövlət rüsumu qismində ödədiyi 30 manatın, cəmi 61030 manatın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı qanunla müəyyən edilmiş qaydada razılaşdırılmış pul məbləğini ödəməklə mübahisəli avtomobili əldə etmiş, sonradan avtomobilin oğurluq olduğunu bilmiş, bununla da cavabdehlər tərəfindən aldadılmışdır. Məhkəmə iclasında ikinci cavabdeh iddianı qəbul etməyib göstərmişdir ki, birinci cavabdeh onun dostudur. Mübahisəli avtomobil birinci cavabdehin olmuşdur. Birinci cavabdeh 2016-cı ildə Azərbaycanda olmamış və ona zəng etmişdir ki, avtomobili satmaq məsələsini həll etsin. O, birinci cavabdehin tapşırığına əsasən iddiaçı ilə avtomobilə dair alğı-satqı müqaviləsi imzalamış və müqavilə üzrə 35.000 ABŞ dolları pul birinci cavabdehə ödənilmişdir. Müqavilədən heç bir xeyir götürməmişdir. Aldığı 35.000 dolları da birinci cavabdehin özünə vermişdir. Birinci cavabdehin nümayəndəsi kimi onun tapşırığı üzrə həmin alğı-satqı müqaviləsini imzalamışdır. Burada onun hər hansı bir məsuliyyətindən söhbət gedə bilməz. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir. Həmin ekspertizanın xx xxxxx 2018-ci il tarixli, 7585 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, xx xxxxxx 2016-cı il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsində “Alıcının S.A.A. imzası” qrafasındakı imza iddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(007)-28/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim M.Sadıqov) iddia qismən təmin edilmiş, mübahisəli avtomobilə dair xx x xxxxx 2016-cı il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin avtomobilin alınmasına görə ödənilmiş 35.000 ABŞ dollarının qətnamənin icra olunduğu günə manat məzənnəsi ilə, nümayəndəyə çəkilən xərcə görə ödənilmiş 1.000 manatın və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manatın cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, məhkəməxətşünaslıq ekspertizasının keçirilməsinə sərf edilmiş 133 manatın iddiaçıdan alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı apelyasiya şikayəti verərək, qətnamənin məhkəməxətşünaslıq ekspertizasının keçirilməsinə sərf edilmiş 133 manatın ondan tutulması hissəsində ləğv edilməsi, həmin məbləğin cavabdehlərdən tutulmas ı haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Qətnamədən ikinci cavabdeh də apelyasiya şikayəti verərək, qətnamənin tamamilə ləğv, iddianın ona aid hissədə rədd olunması haqqında yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra - apelyasiya instansiyası məhkəməsi) 2(103)-13099/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – Z.Əliyev (sədrlik edən və məruzəçi), F.Talışinski və R.Eyvazov) iddiaçı və ikinci cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslı hesab edilərək dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin etibarsız sayılması və zərərin əvəzinin hər iki cavabdehdən müştərək qaydada tutulması əsaslıdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324, 331.1, 337, 339, 405.1, 650-ci maddələrinə istinadla belə qənaətə gəlmişdir ki, baxılan iş üzrə mübahisə predmeti olan müqavilə etibarsızdır. Çünki, tərəflərin razılaşmasının mühüm şərtlərini özündə əks etdirən alqı-satqı müqaviləsi iddiaçının iradə bəyanını göstərən imza ilə təsdiqlənməmiş və iddiaçı cavabdehlər tərəfindən aldadılmışdır. Belə olan halda, iddiaçı, Mülki Məcəllənin 1096.1-ci və 1097.1-ci maddələrinə əsasən, həmin məbləğdə pulun cavabdehlərdən müştərək qaydada tutulmasını tələb etməkdə haqlıdır. Apelyasiya instansiyası məhkəməsi iddiaçının da apelyasiya şikayətinin dəlillərini əsassız saymış və hesab etmişdir ki, birinci instansiya m əhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları İkinci cavabdeh (vəkil X2) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ona aid hissədə ləğv edilməsini və həmin hissədə iddianın rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsinin ikinci cavabdehə aid hissədə gəldiyi nəticə həm faktiki hallarla bağlı, həm də tətbiq edilmiş hüquq normaları ilə bağlı əsaslı və qanuni deyil. Belə ki, hazırkı işdə ikinci cavabdehin hər hansı bir məsuliyətindən söhbət gedə bilməz, bu səbəbdən onun müştərək məsuliyyəti və cavabde hliyi barədə məhkəmələrin qənaəti tamamilə qanunsuzdur. Kassasiya şikayətində Mülki Məcəllənin 359.1, 387.3, 567, 337.5-ci maddələrinə istinadla qeyd edilmişdir ki, təmsilçi vasitəsilə bağlanmış əqd təmsilçi üçün deyil, təmsil edilən üçün hüquq və vəzifə varadır. Mübahisəli avtomobilə dair xx xxxxxx 2016-cı il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin tərəfi olmadığından həmin müqavilə ikinci cavabdeh üçün vəzifə və öhdəliklər yarada bilməz. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən ikinci cavabdeh və onun vəkili kassasiya şikayətinin əsaslı olduğunu bildirdilər və apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ikinci cavabdehə aid hissədə ləğv edilərək, həmin hissədə iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etdi lər. İş üzrə iddiaçının nümayəndəsi məhkəmə iclasına vəkilsiz gəldiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 67.1-ci maddəsinin tələblərinə əsasən onun izahatı dinlənilməmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə birinci cavabdeh hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən ma ddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi yalnız ikinci cavabdeh tərəfindən ona aid hissədə mübahisələndirilir. Ona görə də apelyasiya instansiyası məhkəməsinin aktı həmin cavabdehə aid hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Baxılan iş üzrə mübahisəli avtomobilə dair iddiaçı ilə alqı-satqı müqaviləsinin birinci cavabdehin adından etibarnamə əsasında ikinci cavabde h tərəfindən imzalandığı və avtomobilin dəyərinin sonuncuya ödənildiyi işin mübahisə olunmayan halıdır. Mülki Məcəllənin 359.1-cu maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Qanunun tələbindən görünür ki, təmsilçi vasitəsilə bağlanmış əqd təmsilçi üçün deyil, təmsil edilən üçün mülki hüquq və vəzifələr yaradır. Çünki əqdin təmsilçi vasitəsi ilə bağlanmasından asılı olmayaraq həmin əqdin tərəfləri üçüncü şəxs və təmsil olunandır. Bu baxımdan müqavilənin qarşı tərəfi əqd üzrə bütün tə ləblərini, o cümlədən əqd üzrə verdiklərini geri almağı yalnız müqavilənin qarşı tərəfindən tələb edə bilər. Bu zaman üçüncü şəxslərə münasibətdə əqd üzrə ödənilmiş pulun təmsilçi tərəfindən təmsil olunana verildiyi ehtimal edilir. Həmin pul təmsil olunana verilmədiyi halda həmin vəsaiti təmsilçidən tələb etmək hüququ təmsil olunana məxsusdur. Diqqətəlayiqdir ki, mülki qanunvericilik əqdin qarşı tərəfinin əqdin icrasını və ya dəymiş zərərin əvəzini təmsilçidən tələb etmək hüququnun olduğu halları birbaşa tənzimləyir. Belə əsaslara təmsil edilənin adından əqdi bağlayan şəxsin (təmsilçinin) başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyətinin olmadığı və ya bu səlahiyyətin aşıldığı hallar aiddir (Mülki Məcəllənin 360.1-ci maddəsi). Baxılan iş üzrə iddiaçı belə halların mövcudl uğuna istinad etməmiş və məhkəmələr tərəfindən bu hallar müəyyən edilməmişdir. Bununla yanaşı, Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa borcludurlar. Göründüyü kimi istinad olunan maddədə də etibarsız əqd üzrə alınanları qaytarmaq öhdəliyi məhz əqdin tərəflərinin üzərinə qoyulur. Buna baxmayaraq hazırkı iş üzrə apelyasiya instansiyası məhkəməsi etibarsız əqd üzrə ödənilmiş pul vəsaitinin əqdin tərəfi olan satıcı ilə yanaşı müştərək qaydada həm də təmsilçidən tutulmalı olduğunu qanuni və əsaslı hesab etməklə yuxarıda istinad olunan maddi hüquq normalarının tələblərini pozmuşdur. Ona görə də Cavabdeh2 kassasiya şi kayəti qismən təmin olunmalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi həmin cavabdehə aid hissədə ləğv edilməli və iş həmin hissədə yeni apelyasiya baxışına qaytarılmalıdır. İşə yenidən baxılarkən Mülki Məcəllənin 359.1 və 337.5-ci maddələrinin tələblərinə cavab verən məhkəmə aktı qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-13099/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi Cavabdeh2 aid hissədə ləğv edilsin və iş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar