Məhkəmə qərarları › İş №2(102)-3582/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3582/2019

15.05.2019 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3582/2019 15.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 dekabr 2018-ci il tarixli 2(103)13679/2018 saylı qətnaməsindən Cavabdeh İstehsalat Biriliyi tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai rayon məhkəməsinin 24 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim F.Ə.Məmmədov, iş № 2(011)-7024/2018) İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddiası tə min edilərək, Cavabdeh tərəfindən itirilmiş qazın bərpası üzrə hesablanmış 2484 manat və sayğacın dəyərinə görə tələb olunan 212,28 manat məbəğində borcun silinməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: T.S.Səmədov, C.E.Kazımov və İ.S.Şirinov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai rayon məhkəməsinin 24 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: N saylı ev İddiaçı məxsusdur. 05 may 2018-ci il tarixdə Cavabdeh əməkdaşları tərəfindən iddiaçının evində quraşdırılmış sayğac yenisi ilə əvəz edilmiş və çixarılmış sayğac yoxlamadan keçirildikdən sonra onun çıxış borusunun deşildiyi müəyyən edilərək iddiaçıya itirilmiş qazın bərpasına görə 2484 manat, sayğacın dəyərinə görə 212,38 manat borc hesablanmışdır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qaz sayğacına heç bir müdaxilə və ya digər təsir edilmədiyini əsas göstərərək həmin borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə cavabdeh kassasiya şikayəti verərək aktda göstərilənlərin həqiqət olmasına baxmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarını pozmaqla işə baxaraq iddianı təmin etməsini əsas göstərməklə qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə iclasına vəkilsiz gəldiyindən məhkəmə tərəfindən onun izahatı dinlənilməmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Cavabdeh İddiaçı itirilmiş qazın bərpasına görə 2484 manat, sayğacın dəyərinə görə 212,28 manat borc hesablasa da, işə baxan məhkəmə instansiyaları tərəfi ndən bu barədə tərtib olunmuş aktda göstərilənlərin həqiqətə uyğun olmaması müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstehsalat Birliyi iddiaçının X2nı pozmasını sübuta yetirə bilmədiyi üçün apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq olunmuş “X2”nın 4.2, 4.6, 4.7, 4.8 və 4.9-cu bəndlərinə istinad edərək iddianın təmin olunmasını əsaslı saymışdır. Kollegiya hesab edir ki, müəyyən olunmuş sübutlar və istinad olunan maddi hüquq normaları iddianın təmin edilməsi üçün əsas verdiyindən kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasə n və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar