Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3582/2023 07.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh ASC-yə qarşı iş üzrə QƏRARİ İş № 2(102)-3582/2023 Açar sözlər: iş məhkəmədə baxılmalı olmadığına görə iş üzrə icraata xitam verilməsi Bakı şəhəri 07 sentyabr 2023-cü il Azərbaycan Respublikası Ali MəhkəməsininMülki kollegiyası hakimlər, Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və X1 ibarət tərkibdə, İddiaçı cavabdeh ASC-yə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, ipoteka predmetinin qiymətləndirməsinin ləğv olunaraq yenidən qiymətləndirməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4019/2023 nömrəli, 13 iyun 2023 -cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 07 sentyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları
1. İddiaçı ilə ASC arasında 17 oktyabr 2014-cü il tarixli kredit müqaviləsi bağlanmış, müqavilənin təminatı olaraq xüsusı mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 63,93 kv.m olan, yaşayış sahəsindən ibarət 3 otaqlı 18 saylı mənzil ipoteka ilə yüklü edilmişdir.
2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-9501/2017 nömrəli 13 iyul 2017-ci il tarixli qətnaməsi ilə hazırkı iş üzrə cavabdeh İddiaçı 75136 ABŞ dolları məbləğində borcun ödənilən gün manata məzənnə ilə tutulması, tutmanın cavabdeh Asif Akimova məxsus Bakı şəhəri, Binəqədi rayonu, A.M əmmədov küçəsi, ev 99 saylı mənzilə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 80000 manat müəyyən olunması, mənzil açıq hərracdan satılmaqla əldə olunmuş vəsait hesabına borcun ödənilməsi, mənzil satıldıqdan ən geci 1 ay sonra cavabdehlərə tərəfindən boşaldılması qət edilmşidir.
3. Bakı Apellyasiya Məhkəməsinin 14 mart 2018-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
4. Azərbaycan Respublikası Ali Məhkəmənin Mülki kollegiyasının 29 avqust 2018-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 14 mart 2018-ci il tarixli qətnaməsi qismən, əsas və faiz borclarının tutulması hissədə ləğv edilmiş, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin Mülki K ollegiyasının 2(103)-171/2018 nömrəli 18 noyabr qətnaməsi İddiaçı apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
6. Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarı ilə cavabdeh İddiaçı verdiyi kassasiya şikayəti təmin olunmamış, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-171/2018 nömrəli 18 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh ASC arasında bağlanmış 17 oktyabr 2014-cü il tarixli, 118313- NEDVİJ1804 saylı daşınmaz əmlakın ipoteka müqaviləsinin etibarsız hesab olunması, ipotekanın predmetini təş kil edən və xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 63,93 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 18 saylı mənzilin qiymətləndirilməsinin ləğv olunaraq yenidən qiymətləndirilməsi qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, mənzilin bazar qiyməti nə müqavilə imzalanan zaman, nə də ki, hazırda 100000 (bir yüz min) manat olmamışdır. Ən pis halda ən ucuz satılsa 130.000 (bir yüz min) manatdan aşağı satıla bilməz. Üstəlik bu azmış kimi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 iyul 2317-ci il tarixli 2(001)-9501/2017 saylı qətnaməsinə əsasən ona qarşı təmin olunan qətnamədə ipoteka predmetinin ilkin satış qiyməti kimi 80.000 manat göstərilmişdir. O bununla qətiyyən razılaşa bilməmişdir. Belə ki, əgər qətna mə əsasında tutma ipoteka predmetinə yönəldilsə açıq hərracdan mənzilini dəyər dəyməzinə satacaq, o da yenidən həm evindən məhrum olacaq, üstəlik yenə də banka borclu qalacaq. Qeyd etdiyi əsaslara görə hesab edir ki, o bank tərəfindən aldadılaraq ipoteka müqaviləsinə imza etmişdir.
9. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-282/2022 saylı, 17 fevral 2022-ci il tarixli qərardadı ilə iş üzrə icraata xitam verilmişdir.
10. Məhkəmə qeyd etmişdir ki, mübahisə predmeti olan ipoteka müqaviləsi üzrə ipoteka hüququ ilə yüklü edilmiş əmlaka tutmanın yönəldilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə həmin müqavilənin etibarlığı artıq yoxlanılmış, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müqavilənin etibarsızlığı ilə bağlı müvafiq maddələrinə istinad edərək qiymət verilmişdir. Belə ki, ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair işə baxan məhkəmə mübahisəni mahiyyəti üzrə həll edərkən iddianın əsaslı olub-olmadığını müəyyən etmək üçün ilk növbədə bu tələbin əsasını təşkil edən etibarlı ipoteka müqaviləsinin bağlanıb bağlanmadığını müəyyən etmək vəzifəsi daşıyır və həmin vəzifəni yerinə yetirməklə tələbin qanuni və əsaslı olmasına hüquqi qiymət verir. Ona görə də bu mübahisəyə baxılan vaxt və yaxud baxıldıqdan sonra ipoteka müqaviləsinin etibarsızlığına dair ayrıca iddia tələbinin irəli sürülməsi və həmin tələbə mahiyyəti üzrə baxılması prosessual qanunvericiliyin normaları baxımdan mümkün deyildir.
11. Məhkəmə öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 114.1.4, 261.0.2, 262.1, 262.4-cü maddələrinə və Azərbaycan Respub likası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 22 aprel 2021-ci il tarixli Qərarına istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsində birinci icraat
12. İddiaçı qərardaddan şikayət verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-282/2022 saylı, 17 fevral 2022-ci il tarixli qərardadının ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
13. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3353/2022 saylı, 20 aprel 2022-ci il tarixli qərardadı ilə təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-282/2022 saylı, 17 fevral 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
14. Məhkəmə qeyd etmişdir ki, sözügedən məhkəmə müb ahisəsi üzrə iddia tələbinin əsasını təşkil edən ipoteka müqaviləsinin etibarlılığı artıq yoxlanılmış, ipoteka müqaviləsi etibarlı hesab edilmiş və məhz elə buna görə tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi təmin edilmişdir. İddiaçı hazırkı iddiasında artıq qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə hüquqi qiymət verilmiş müqavilənin etibarsızlığını mübahisələndirir.
15. Məhkəmə öz mövqeyini Mülki Prosessual Məcəllənin 261.0.2-ci maddəsinə istinadla əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində birinci icraat
16. Həmin qərardaddan İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti verilmişdir.
17. Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli, 2(102)-5587/2022 saylı qərarı ilə qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi M ülki kollegiyasının 2(103)-3353/2022 nömrəli, 20 aprel 2022-ci il tarixli qərardadı qismən, ipoteka predmetinin qiymətləndirilməsinin ləğv olunaraq yenidən qiymətləndirilməsi hissəsində ləğv edilmiş, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmışdır.
18. Kassasiya instansiyası məhkəməsinin mövqeyinə birinci instansiya məhkəməsi iddia tələbinin ipoteka müqaviləsinin etibarsız hesab olunması hissəsinə Mülki Prosessual Məcəllənin 261.0.2-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verərək eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olması əsası ilə iş üzrə icraata xitam verilməsi barədə düzgün nəticəyə gəlsə də, iddia tələbinin ipotekanın predmetinin qiymətləndirilməsinin ləğv oluna raq yenidən qiymətləndirilməsi hissəsinə qiymət verilməmiş, bu hissə üzrə qərar qəbul olunmamışdır. İşə baxan apellyasiya instansiyası məhkəməsi də həmin səhvi diqqətdən qaçırmışdır. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
19. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1072/2023 saylı, 07 fevral 2023-cü il tarixli qərardadı ilə iddiaçının şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-282/2022 saylı, 17 fevral 2022-ci il tarixli qərardadı qismən, ipoteka predmetinin qiymətləndirməsinin ləğv olunaraq yenidən qiymətləndirməsi hissəsində ləğv edilmiş, iş həmin hissədə yenidən baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir.
20. Məhkəmə qeyd etmişdir ki, iddiaçının iddia tələbi 2 hissədən, yəni tərəflər arasında bağla nmış 17 oktyabr 2014-cü il tarixli, 118313NEDVİJ-1804 saylı daşınmaz əmlakın ipoteka müqaviləsinin etibarsız hesab olunması və ipotekanın predmeti olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 63,93 kv metr olan, 3 otaqlı, 18 saylı mənzilin qiymətləndirilməsinin ləğv olunaraq yenidən qiymətləndirilməsindən ibarətdir. Birinci instansiya məhkəməsi iddia tələbinin ipoteka müqaviləsinin etibarsız hesab olunması hissəsinə Mülki Prosessual Məcəllənin 261.0.2-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verərək, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olması əsası ilə iş üzrə icraata xitam verilməsi barədə düzgün nəticəyə gəlsə də, iddia tələbinin ipotekanın predmetinin qiymətləndirilməsinin ləğv olunaraq yenidən qiymətlən dirilməsi hissəsinə qiymət verilməmiş, bu hissə üzrə qərar qəbul olunmamışdır.
21. Məhkəmə öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.2, 218.3, 398.0.2, 262.2, 420-ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsində icraat
22. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1884/2023 saylı, 28 aprel 2023-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh ASC-yə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab olunması, daşınmaz əmlakın qiymətləndirməsinin ləğvi və yenidən qiymətləndirmənin həyata keçirilməsi” tələbinə dair mülki işin icraatına xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 63,93 kv.m olan yaşayış sahəsindən ibarət 3 otaqlı 18 saylı mənzilin qiymətləndirilməsinin ləğv olunaraq yenidə n qiymətləndirilməsi hissəsində xitam verilmişdir.
23. Məhkəmə qeyd etmişdir ki, iddiaçının iddia tələbi 2 hissədən, yəni tərəflər arasında bağlanmış 17 oktyabr 2014-cü il tarixli, 118313NEDVİJ-1804 saylı daşınmaz əmlakın ipoteka müqaviləsinin etibarsız hesab olunması və ipotekanın predmeti olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 63,93 kv metr olan, 3 otaqlı, 18 saylı mənzilin qiymətləndirilməsinin ləğv olunaraq yenidən qiymətləndirilməsindən ibarətdir. Birinci instansiya məhkəməsi iddia tələbinin ipoteka müqaviləsinin etibarsız hesab olunması hissəsinə Mülki Prosessual Məcəllənin 261.0.2-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verərək, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olması əsası ilə iş üzrə icra ata xitam verilməsi barədə düzgün nəticəyə gəlsə də, iddia tələbinin ipotekanın predmetinin qiymətləndirilməsinin ləğv olunaraq yenidən qiymətləndirilməsi hissəsinə qiymət verilməmiş, bu hissə üzrə qərar qəbul olunmamışdır.
24. Məhkəmə öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.2, 262.1, 262.4-cü maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsində üçüncü icraat
25. Həmin qərardaddan İddiaçı nümayəndəsi və vəkili Vəkil şikayət verərək, qərardadın ləğv olunmasını xahiş etmişdir.
26. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi ipoteka predmetinə tutmanın yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməklə tutmanın ipoteka predmetinə y önəldilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğu halda, həmin əmlakın yenidən qiymətləndirilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir. Halbuki, həmin qərardad qanunsuz və əsassızdır. Həmin qərardad vətəndaşın şikayət vermək hüququnun kobud surətdə pozulması kimi qiymətləndirilməlidir. Belə ki, vətəndaşın məhkəməyə müraciəti ilə bağlı konstitusion hüququna ziddiyyət təşkil edir. Məhkəmə tərəfindən əmlakın qiymətləndirilməsi ilə bağlı ekspertizanın keçirilməsi barədə vəsatətin təmin edilməməsi də, iddiaçının ədalətli məhkəmə araşdırması hüququnu pozmuşdur.
27. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının( hakimlər F.Abdıyev, X.Sarıyev və F.Qasımov) 2(103)-4019/2023 saylı, 13 iyun 2023-cü il tarixli qərardadı ilə iddiaçının şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)1884/2023 saylı, 28 aprel 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
28. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh ASC-nin “Kredit borcu ödənilməsi, ipoteka predmetinə yönəldilməsi və sair” tələbləri ilə bağlı iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-9501/2017 nömrəli 13 iyul 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı 75.136 ABŞ dolları məbləğində borcun ödənilən gün manata məzənnə ilə tutulması, tutmanın cavabdeh İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, A.Məmmədov küçəsi, ev 99 saylı mənzilə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 80.000 manat müəyyən olunması, mənzil açıq hərracdan satılmaqla əldə olunmuş vəsait hesabına borcun ödənilməsi, mənzil satıldıqdan ən geci 1 ay sonra cavabdehlərə tərəfindən boşaldılmas ı qət edilmişdir. Qətnamədən cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 14 mart 2018-ci il tarixli qətnaməsi ilə təmin olunmamışdır. Lakin bu qətnamədən onun tərəfindən verilmiş kassasiya şikayəti isə Ali Məhkəmənin Mülki kollegiyasının 29 avqust 2018-ci il tarixli qərarı ilə qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 14 mart 2018-ci il tarixli qətnaməsi qismən, əsas və faiz borcunun tutulması hissədə ləğv edilmiş, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-171/2018 nömrəli, 18 noyabr 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmış dır. Ali Məhkəmənin Mülki Kollegiyası xx.xx.2020-ci il tarixli qərarı ilə bu nəticə ilə razılaşmış və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qeyd edilən qətnaməsini dəyişdirilmədən saxlalmışdır. Bununla da birinci instansiya məhkəməsinin qətnaməsi qanuni qüvvəyə minmişdir.
29. Bununla belə, həm hazırki iş üzrə iddianın “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” hissəsinə, həm də hazırda İddiaçı mübahisələndirdiyi məsələyə (ipoteka predmetinin qiymətləndirməsinin ləğv olunaraq yenidən qiymətləndirməsi) artıq məhkəmə müstəvisində hüquqi qiymət verilmiş və bununla bağlı qanuni qüvvəyə minmiş məhkəmə aktları mövcuddur.
30. Məhkəmə öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.2, 262.4, 398.0.1-ci maddələrinə istinad etmişdir. Kass asiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
31. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4019/2023 saylı 13 iyun 2023-cü il tarixli qərardadından iddiaçı (Vəkil) kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
32. Kassator kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi ipoteka predmetinə tutmanın yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməklə tutmanın ipoteka predmetinə yönəldilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğu halda, həmin əmlakın yenidən qiymətləndirilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir. Halbuki, həmin qərardad qanunsuz və əsassızdır. Həmin qərardad vətəndaşın şikayət vermək hüququnun kobud surətdə pozulması kimi qiymətləndirilməlidir. Belə ki, vətəndaşın məhkəməyə müraciəti ilə bağlı konstitusion hüququna ziddiyyət təşkil edir. Məhkəmə tərəfindən əmlakın qiymətləndirilməsi ilə bağlı ekspertizanın keçirilməsi barədə vəsatətin təmin edilməməsi də, iddiaçının ədalətli məhkəmə araşdırması hüququnu pozmuşdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
33. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiy mət verir.
36. Maddə 261.0.2. Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa iş üzrə icraata xitam verilir.
37. Maddə 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır.
38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxla yır. Kassasiya baxışının hədləri
40. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
41. Hazırkı kassasiya şikayətində iddiaçı qərardadı tam mübahisələndirdiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası hesab edir ki, ape llyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
43. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.
44. Məhkəmə kollegiyası qeyd edir ki, ipoteka predmetinin ilkin satış qiyməti ipotekaya tutma yönəldilməsi zamanı məhkəmə tərəfindən müəyyən edilmişdir. Bu barədə qətnamə qanuni qüvvəyə minmişdir. Buna görə də, həmin əmlakın yenidən qymətləndirilməsi yolverilməzdir.
45. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiy a şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
46. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4019/2023 nömrəli mülki iş üzrə 13 iyun 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.