Məhkəmə qərarları › İş №2(102)-3583/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3583/2020

08.09.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3583/2020 08.09.2020 ALİ MƏHKƏMƏ İddiaçı İB-nin Cavabdeh qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: qazla təchiz edən təşkilata vurulmuş ziyanın ödənilməsi, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma, abonent borcu) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və X1 ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(105)1247/2020 nömrəli qətnaməsindən İddiaçı İB-nin nümayəndəsi, vəkil xxx tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati bin asında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İB Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 2485 manat dəymiş ziyan və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2515 manat pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(012)-4190/2019 nömrəli qətnaməsi ilə (hakim H.Y.Əhmədov) iddia qismən təmin edilmiş, İddiaçı Bakı RQSD-nin təbii X2nın pozulması haqqında xx xxxxxx 2018-ci il tarixli, ******* saylı aktına əsasən Cavabdeh təbii qazdan qeyri-qanuni istifadəyə görə 675 manat məbləğində dəymiş ziyan və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 705 manat məbləğində pul vəsaitinin İddiaç ı İB-nin xeyrinə tutulması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(105)-1247/2020 nömrəli qətnaməsi ilə (hakim G.F.Tağızadə - sədrlik edən və məruzəçi, hakimlər L.M.Məmmədovadan və A.Ə.Abbasovdan ibarət tərkibdə) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(102)-4190/2019 nömrəli qətnaməsidəyişdirilmədən saxlanılmışdır. İddiaçı İB-nin etibarnamə əsasında nümayəndəsi, vəkil xxx kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(105)-1247/2020 nömrəli qətnaməsinin ləğv edilərək, işi yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏ Rİ, ONA ETİRAZ, TƏRƏFLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının nümayəndələri tərəfindən cavabdehin qaz xəttinə qanunsuz qoşulması müəyyən olunmuş və bu barədə aktlar tərtib edilərək, dəymiş ziyan hesablanmışdır. Lakin məhkəmələr tərəfindən iddiaçının təqdim etdiyi sübutlar araşdırılmamışdır. İddiaçı tərəfindən aktlar yazıldığı tarixlərdə təbii qazdan istifadəyə görə pulun ödənilib-ödənilməməsini məhkəmələr araşdırmamış, nəticədə maddi hüquq normalarını düzgün tətbiq etməmiş, əsassız qətnamə çıxarmışlar. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər, nümayəndələri və vəkilləri məhkəməyə gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3 -cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Məhkəmə kollegiyası ilk olaraq kassasiya baxışının hədlərini müəyyən edərkən qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tam yoxlayıb, dəyişdirilmədən saxlasa da, cavabdeh kassasiya şikayəti verməmiş, iddiaçı isə apellyasiya instansiyası məhkəməsinin qətnaməsini iddianın təmin olunmayan hissəsində mübahisələndirmişdir. Bu səbəbdən hazırki kassasiya baxışının predmetini də iddianın təmin olunmamış h issəsi təşkil edir. İş üzrə məhkəmələr tərəfindən müəyyən olunmuş hallar ondan ibarətdir ki, İddiaçı və Cavabdeh arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə xx xxx 2018-ci il tarixli T/17737 nömrəli müqaviləyə əsasən sonuncunun xxx qəsəbəsində yerləşən fərdi həyət evi təbii qazla təchiz edilmiş və həmin ünvana **********08560 nömrəli abonent kodu verilməklə, müvafiq qaydada sayğac quraşdırılmışdır. İddiaçı Bakı RQSD-nin əməkdaşları tərəfindən istehlakçıya məxsus fərdi yaşayış evində yoxlamalar aparılmış və qaz xəttinin üzərində quraşdırılan qaz sayğacından kənar qeyri-qanuni təbii qazdan istifadə olunmasına istinad edilməklə tərtib edilmiş Təbii X2nın pozulması haqqında xx xxxxxx 2018-ci il tarixli ******* saylı akt əsasında 6 75 manat, xx xxxx 2018-ci il tarixli ******* saylı akt əsasında 362,80 manat, xx xxxxx 2018-ci il tarixli 002005 saylı akt əsasında 136 manat, xx xxx 2018-ci il tarixli ******* saylı akt əsasında 99,80 manat, xx xxxx 2018-ci il tarixli ******* saylı akt əsasında 230,40 manat, xx xxxxxx 2018-ci il tarixli ******* saylı akt əsasında 115,20 manat, xx xxxxxxxx 2018-ci il tarixli ******* saylı akt əsasında 115,20 manat, xx xxxxxxx 2018-ci il tarixli ******* saylı akt əsasında 21,60 manat, xx xxxxxx 2018-ci il tarixli ******* saylı akt əsasında 57,60 manat, xx xxxxxx 2018-ci il tarixli ******* saylı akt əsasında 64,80 manat, xx xxxxxx 2019-cu il tarixli ******* saylı akt əsasında 109,80 manat, xx xxxxxx 2019-cu il tarixli ******* saylı akt əsasında 133,20 manat, xx xxxx 2019-cu il tarixli 012111 96 saylı akt əsasında 133,20 manat, xx xxxxx 2019-cu il tarixli ******* saylı akt əsasında 133,20 manat, xx xxxx 2019-cu il tarixli ******* saylı akt əsasında 64,80 manat, xx xxxx 2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat məbləğlərində ziyan hesablanmışdır. Apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən qətnaməsində göstərmişdir ki, qaz paylayıcısı olan şəbəkə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011ci il tarixli, 80 saylı qərarı ilə təsdiq olunmuş “Qaz paylayıcı tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”ın 4.9-cu maddəsinin tələblərini kobud şəkildə pozmuş, iddiaçının məskunlaşdığı fərdi yaşayış evində təbii X2nın pozulması haqqında xx xxxxxx 2018-ci il tarixli ******* saylı aktı tərtib etdikdən sonra heç bir əhəmiyyətli tədbir görülməmiş, dövrü olaraq akt tərtib etməklə öz vəzifə borclarını yerinə yetirmiş hesab etmişlər. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6cı bəndinə müvafiq olaraq qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X2 ilə tənzimlənir. X2 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx xxx 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş“X2”nın 1.3 və 1.4-cü bəndlərinə əsasən qaz paylayıcısı tərəfindən ist ehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. Qaydaların 3.4.1-cü bəndinə əsasən özbaşına qaz qurğularının quraşdırılmasını həyata keçirmək istehlakçılara qadağandır. Həmin Qaydaların 6.5-6.7-ci bəndlərinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən so nra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 və 77.2-ci maddələrinəəsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Məhkəmə kollegiyası iddiaçı tərəfindən tə rtib olunmuş aktlara əsasən hesablanmış ziyanın tutulması ilə bağlı apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, Qaydaların tələbinə uyğun olaraq aktları lazımi qaydada tərtib etmək və bir nüsxəsini abonentə təqdim etmək, cavabdehə məxsus qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirildiyi və məhz aktlarda (hesabatlarda) göstərilən cihazların müəyyən edildiyi barədə zəruri sübutları məhkəməyə təqdim etmək, qanunsuz qoşulma halları üzrə hesablanmış zərərin ödənilməsini uzun müddət ərzində cavabdehdən hansı səbəbdən tələb edilmədiyini əsaslandırmaq vəzifəsi iddiaçının üzərində olmuşdur. Lakin iddiaçının sübut kimi istinad etdiyi aktların surətlərindən görünür ki, bütün aktlar birtərəfli qaydada iddiaçının əməkdaşları tərəfindən tərtib edilmiş, cavabdeh aktları imzalamamışdır. Aktlarda cavabdehin onu imzalamaqdan imtina etdiyi qeyd olunsa da, aktların tərtib olunmasında hal şahidləri iştirak etmədiyindən həmin məlumatın mötəbərliyi şübhə doğurur. İddiaçı qanunsuz qoşulma faktını təsdiq edən sübut qismində təqdim etdiyi müxtəlif rakurslu bir neçə fotolar əsasında onların hansı tarixlərdə, hansı ünvanda çəkildiyini və ya hansı akta aid olduğunu müəyyən etmək, o cümlədən, cavabdehin qaz xəttinə sayğacdan kənar qanunsuz qoşulduğu barədə birmənalı qənaətə gəlmək mümkün deyil. Digər tərəfdən fotolardan görünür ki, ümumi qaz xəttinə əlavə boru ilə qaz xətti çəkilmişdir. Halbuki iddiaçının razılığı olmadan (ümumi qaz xəttində qaz verilişi dayandırılmadan) ümumi qaz xəttinin deşilərək, əlavə borunun birləşdirilməsi praktik i baxımdan qeyri-mümkündür. Odur ki, iddiaçı cavabdehə məxsus evə dair qazdan istifadəyə görə hesablanmış borcla bağlı mövqeyini əsaslandıra və bununla bağlı mötəbər sübutlar təqdim edə bilməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış, tərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilməliolanmaddivəprosessualhüquqnormal arınıdüzgüntətbiqetmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün qanuni əsas deyildir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kass asiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı İB-nin nümayəndəsi, vəkil xxx tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(105)-1247/2020 nömrəli qətnaməsi mübahisələndirilən, yəni iddianın təmin olunmamış hissəsində dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: imza var Hakimlər: imzalar var

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar