Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-359/2023 23.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və Nümayəndə3 cavabdehlər Cavabdeh4nə, Cavabdeh3, Qəbələ Regional Cavabdeh1 Notariat Ofisinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-359/2023 (Açar sözlər: alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi) Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X29 (məruzəçi), Nurməmmədov Əhməd Güləh məd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və Nümayəndə3 cavabdehlər Cavabdeh4nə, Cavabdeh3, Qəbələ Regional Cavabdeh1 Notariat Ofisinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)815/2022 saylı, 05 sentyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh3 (vəkil Nümayəndə6) tərəfindən verilmiş kassasiya şikayətinə 23 fevral 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında b axaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 02 avqust 2021-ci il tаrixdə verilmiş ********** qeydiyyat nömrəli, **********08 reyestr nömrəli Çıxаrışa əsasən Qəbələ şəhəri, Bakıxanov küçəsi, 1B ünvanında yerləşən 0,0420 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh4 adına daşınmaz əmlakın dövlət reyestrində 208 nömrəli reyestr kitabının 7 nömrəli vərəqində qeydiyyata alınmışdır.
2. Cavabdeh4 25 avqust 2021-ci il tarixli, 18 №-li protokol qərarına əsasən, ünvan 2 ünvanda yerləşən, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid ərazidən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitə si yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 02 avqust 2021-ci il tarixli, qeydiyyat nömrəsi **********, daşınmaz əmlakın reyestr nömrəsi **********08 olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən 0,042 ha torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi məqsədilə 5 ildən artıq Qəbələ şəhəri, Ə.Cavad küçəsi, ev 7 ünvanda yaşayan Cavabdeh3 satılması qərara alınmışdır.
3. Qəbələ regional Cavabdeh1ndə 4Ə-871 reyetr nömrəsi ilə qeydə alınmış AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqısına dair 27 avqust 2021-ci il tarixli müqaviləyə əsasən satıcı Cavabdeh4 sədri X10 şəhəri, Bakıxanov küçəsi, 1B ünvanında yerləşən, ümumi sahəsi 0,042 ha olan yaşayış məntəqələrinin torpaqları kateqoriyalı torpaq sahəsinin t am mülkiyyət üzrə on(lar)a məxsus hissəsindən göstərilən hissəni (hissələri) alıcı Cavabdeh3 2.942 manat 80 qəpiyə satmışdır.
4. Sözügedən alqı-satqı müqaviləsinə əsasən Azərbaycan Respublikası Əmlаk Məsələləri Dövlət Kоmitəsinin yаnındа Dаşınmаz Əmlаkın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 20 sentyabr 2021-ci il tаrixdə verilmiş ********** qeydiyyat nömrəli, **********77 reyestr nömrəli Çıxаrışa əsasən Qəbələ şəhəri, Bakıxanov küçəsi, 1B ünvanında yerləşən 0,0420 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
5. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və Nümayəndə3 cavabdehlər Cavab deh4nə, Cavabdeh3, Qəbələ Regional Cavabdeh1 Notariat Ofisinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab olunması” tələbinə dair iddia ərizəsi ilə Qəbələ Rayon Məhkəməsinə müraciət edərək, Qəbələ regional Cavabdeh1ndəki notariat ofisində Cavabdeh4 ilə Cavabdeh3 arasında bağlanılmış xx.xx.2021-ci il tarixli, AN – İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsi və onun əsasında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixində Cavabdeh3 adına alınmış ********** qeydiyyat nömrəsi olan çıxarışın və torpaq sahəsinin plan və ölçüsünün etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər.
6. İddiaçılar tələblərini işin yuxarıda qeyd olunan faktiki hallarına istinad etməklə onunla əsaslandırmışlar ki, 1984-cü ilin sentyabr ayında rəsmi sənəd kimi alınmış şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportda hal-hazırda yaşadıqları ünvan 4 ünvanındakı (əvvəllər H.Aslanov 40 olan) 0,12236 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərindəki köhnə tikililər 1996-cı il tarixinədək, yəni “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilənədək və ondan sonra da onların ailəsinin istifadəsində və sahibliyində olmuşdur. Lakin Qəbələ rayonu Aqrar İslahat Komissiyasının 28 fevral 2001-ci il tarixli, 03 saylı qərarı ilə ailə üzvlərinə, yən i mərhum X2 və onlara - İddiaçı1, İddiaçı2, İddiaçı3, Nümayəndə3 Qəbələ rayonu, Qəbələ şəhəri ərazisindəki yaşadıqları 0,12236 ha torpaq sahəsinin 0,07 ha hissəsi fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı kimi mülkiyyətlərinə verilmiş və digər torpaq sahəsi isə (zəbt torpaq) bələdiyyə mülkiyyəti kimi Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd olunmuşdur. Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə texniki səhv olaraq soyadları “Abduramanov, Abdurahmanova, Abdurahmanova, Abdurahmanov, Abdurahmanlı” kimi qeyd olunmuşdur. Torpaq sahələrinin bir hissəsi zəbt torpaq (şəhadətnamədə 9211 BB) kimi qeyd olunmasına baxmayaraq 60-70 ildən artıqdır ki, həmin ərazidə onlar tərəfindən müxtəlif ağaclar əkilmiş, ərtafı daş hasara alınmış və ötən ilin əvvəllərindən fərdi yaşayış evi də tikilməyə başlanılmışdır. Bütün bunlara baxmayaraq təxminən 2 ay bundan əvvəl Qəbələ Rayon Məhkəməsindən yaxın qohumları X6 ünvanına məktub daxil olmuş və məktubu oxuduğu zaman iddiaçı Cavabdeh3 onların yaşadıqları və yeni tikilmiş fərdi yaşayış evinin də olduğu 0,042 ha torpaq sahəsinin Qəbələ bələdiyyəsindən onların xəbərləri olmadan alqı-satqı edərək aldığını, sonradan daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixində ********** qeydiyyat nömrəsi olan çıxarış və Torpaq sahəsinin planı və ölçüsü əldə olunduğu məlum olmuşdur. Onların istifadələrində və sahibliklərində olan 0,042 ha torpaq sahəsinin necə və hansı qaydada Cavabdeh3 adına rəsmiləşdirilməsini öyrənmək üçün Qəbələ regional Cavabdeh1ndəki notariat ofisinə sorğu verilmiş və məlum olmuşdur ki, xx.xx.2021-ci il tarixli AN – İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsinə əsasən Cavabdeh4 onların istifadələrində olan 0,042 ha torpaq sahəsini 2.942 manat 80 qəpiyə iddiaçı Cavabdeh3 satmışdır. Onların isə bu əsassız və qanunsuz sənədləşmə işlərindən xəbərləri olmamışdır. Ona görə də mülkiyyət hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etməli olmuşlar.
7. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi xx.xx.2022-ci il tarixdə məhkəməyə dəftərxana vasitəsilə iddiaya qarşı etiraz təqdim edərək göstərmişləri ki, iddia ərizəsini qəbul etmirlər. Belə ki, Qəbələ Bələdiyyəsi qüvvəd ə olan qanunvericiliyin tələblərinə uyğun qeyd olunan torpaq sahələri ilə bağlı müvafiq dövlət orqanlarının rəylərini nəzərə alaraq bələdiyyənin hüquqlarını həmin torpaq sahələri üzərində dövlət qeydiyyatına aldırmışdır. Bu barədə müvafiq qərar qəbul etmişdir. Həmin qərar Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət funksiyasını həyata keçirən orqan Şəki Regional Ədliyyə İdarəsinə göndərilmişdir. Daha sonra bələdiyyə ilə Cavabdeh3 alqı-satqı müqaviləsi bağlanmışlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinin tələblərinə görə Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Yekun olaraq qeyd olunan torpaq sahəsini qanuni yolla əldə edən şəxs həmin torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatı il ə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etmişdir.
8. Məhkəmə iclasında iştirak edən İddiaçı3 vəkili Vəkil2 iddia ərizəsi ilə eyni məzmunlu çıxış edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, eyni zamanda göstərmişdir ki, şəhadətnaməyə əsasən iddiaçılara verilən torpaq sahəsi 7 sot olmuşdur. Faktiki olaraq həmin torpaq sahəsi 12 sotdur. 7 sot sənədlə verilib, qalanı da faktiki istifadələrində olub. Dədə-baba torpaqları olub, bu ərazi barədə heç vaxt mübahisə olmayıb. İslahat zamanı torpaq sahəsinin bir hissəsi bələdiyyə torpağı kimi qalıb. Bələdiyyə torpağı kimi qeyd olunsa da, faktiki iddiaçıların istifadəsində olub, kənar şəxslər ordan istifadə etməmişdir. Şəhadətnamədə də h əmin torpaq sahəsi BB kimi işarə olunub, yəni zəbt torpaq kimi. Ötən il iddiaçılardan xəbərsiz sənədləşmə işlər aparılıb. Bələdiyyə sənədləşmə işləri aparıb, alqı-satqı etmişdir. Lakin həmin vaxt nə elan verib, nə iddiaçılara təklif olunmuşdur. Hər bir halda bələdiyyə elan verməli və hərrac keçirilməli idi. Bələdiyyə birbaşa satış həyata keçirməməli idi.
9. Məhkəmə iclasında Cavabdeh3 vəkili və nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək göstərmişdir ki, tərəflərin təqdim etdiyi texniki pasportda torpaq sahəsi 14 sot qeyd olunmuşdur. İddiaçı tərəf 12 sot torpaq sahəsindən bəhs edir, ancaq düz qeyd etmirlər. İş materiallarına X3 adına verilmiş Şəhadətnamə əlavə olunmuşdur. Həmin Şəhadətnamənin 3-cü vərəqində qonşu torpaqlar qeyd olunmuşdur. 700 kvadrat olmaqla biri X1, digəri 700 kvadrat olmaqla X7 adına verilmişdir. Həmin şəhadətnamələrin ümumilikdə əhatə etdiyi torpaq sahəsi 1.400 kvadrat təşkil edir. Həmin 1.400 kvadrat texniki pasportda qeyd edilmiş 1.400 kvadratdır. BB kimi göstərilən ərazi üzrə isə onu qeyd edir ki, BB şərti olaraq bələdiyyə boş adlandırılır və o zəbt torpaq demək deyil. Texniki pasport tərtib olunanda heç bir hüquqmüəyyənedici sənədə istinad olunmamışdır. Texniki pasport heç bir hüququ əks etdirməyən sənəddir. Sadəcə texniki parametrləri göstərən sənəddir. Bu da onu göstərir ki, həmin vaxt 1984-cü ildə həmin torpaq boş sahə olmuşdur. Texpasportdakı sahə də 700-700 bölünmüş, islahatda biri oğluna, biri də Həsənə verilmişdir. Həmin sahə də islahat vaxtı bələdiyyənin boş torpaq sahəsi kimi qalmışdır. Qanunvericiliyə uyğun olaraq da, Qəbələ rayo nu ərazisində 5 ildən artıq qeydiyyatda olan Cavabdeh3 satılmışdır. Tərəflərin də bu iddianı qaldırmaga ilk növbədə subyektiv hüququ yoxdur. Göstərdikləri hal təqdim etdikləri sənədlərlə öz təsdiqini tapmır. Mülkiyyətçi kimi bələdiyyə torpaq sahəsini istədiyi şəxsə alqı-satqı edə bilər. Eyni zamanda məhkəmənin diqqətinə çatdırır ki, Xalidə Abdurəhmanova iddiaçıların ögey bacısıdır. Bu səbəbdən iddia əsassız olduğundan təmin edilməməlidir.
10. Məhkəmə iclasında Cavabdeh4 nümayəndəsi Nümayəndə4 iddia tələbini qəbul etməyərək göstərmişdir ki, bələdiyyə tərəfindən bütün sənədləşmə işləri qanunauyğun şəkildə həyata keçirilmişdir. Belə ki, bələdiyyə mübahisəli torpaq sahəsinə dair çıxarış almış, daha sonra isə həmin torpaq sahəsini Cavabdeh3 satmışdır. İddiaçılar həmin torpaq sahəsinin onların z əbtində olduğunu qeyd etsələr də, bununla bağlı heç bir sübut təqdim etməmişlər və zəbtlərində olduğu torpaq sahəsinə görə vergi ödəmələri barədə heç bir məlumat yoxdur. Bu səbəbdən iddia əsassız olduğundan təmin edilməməlidir.
11. Qəbələ Rayon Məhkəməsinin 2(025)-362/2022 saylı, 15 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakim Abbas Əliyev) iddia tələbi təmin edilməmişdir.
12. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə nəzər yetirdikdə müəyyən olunur ki, qanunverici bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqlarının yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsi ilə əldə edilə bilməsini göstərmiş, istisna hal kimi isə bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması halını nəzərdə tutmuşdur. Sözügedən maddənin məhkəmə tərəfindən tövsifi zamanı müəyyən olunur ki, bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması zamanı bələdiyyələr tərəfindən açıq torpaq hərracları və ya müsabiqələri keçirilməsinə zərurət yoxdur. İş materiallarında olan 4Ə-871 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli notariat işində olan Cavabdeh4 tərəfindən verilmiş 26 avqust 2021-ci il tarixli, 169 nömrəli arayışa əsasən müəyyən olunur ki, ünvan 6 ünvanda yaşayan Cavabdeh3 son beş il ərzində Cavabdeh4 tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılmamışdır. Eyni zamanda həmin notariat işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* №-li arayışdan görünür ki, Cavabdeh3 05 oktyabr 2005-ci il tarixdən Qəbələ şəhəri, Ə.Cavad küçəsi, ev 7 ünvanında qeydiyyatdadır. İş materiallarında olan sənədlərdən göründüyü kimi bələdiyyə mülkiyyətində olan 0,0420 ha torpaq sahəsini Cavabdeh3 alqı-satqı müqaviləsi əsasında satmış və sonuncu 5 ildən artıq müddətdir ki, Qəbələ rayonunda qeydiyyatdadır və ona son beş il ərzində Cavabdeh4 tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılmamışdır. Göründüyü kimi Cavabdeh4 ilə Cavabdeh3 arasında bağla nan alqı-satqı müqaviləsi zamanı bələdiyyə tərəfindən “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin tələblərinə riayət edilmişdir. Bunun əksini sübut edən hallar isə iddiaçılar tərəfindən məhkəməyə təqdim edilməmişdir. Qanunverici bələdiyyə torpaqlarının mülkiyyətə verilməsi məqsədilə torpaq hərracları və ya müsabiqələrinin keçirilməsi zamanı bərabər təkliflər irəli sürüldükdə bu torpağın əvvəlki istifadəçilərinə və ya icarəçilərinə üstünlük verildiyini göstərmişdir. Yəni, sözü gedən maddənin məhkəmə tərəfindən tövsifi zamanı müəyyən edilir ki, bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri keçirilməsi zamanı bu torpağın əvvəlki istifadəçilərinə və ya icarəçilərinə üstünlük verilir. Hazırkı işdən isə görünür ki, Cavabdeh 4 tərəfindən Cavabdeh3 0,0420 ha torpaq sahəsi satılarkən torpaq hərracları və ya müsabiqələri keçirilməmiş, keçirilməməsinə səbəb isə məhkəmə tərəfindən münasibət bildirilmişdir. Bundan başqa məhkəmə o halı da nəzərə alır ki, iddiaçılar Cavabdeh4 mülkiyyətində olmuş 0,0420 ha torpaq sahəsinin uzun müddət onların istifadəsində və sahibliyində olmasını qeyd etsələr də, bunu təsdiqləyən faktları (qanuni istifadə ilə faktları) məhkəməyə təqdim etməmişlər. Məhkəmə iclasında isə Cavabdeh4 nümayəndəsi Nümayəndə4 iddiaçıların sözügedən torpaq sahəsinin zəbtinə dair bələdiyyədə heç bir məlumatın olmadığını, həmin torpağın istifadəsi ilə bağlı iddiaçılar tərəfindən bələdiyyəyə heç bir vergi ödənişi edilmədiyini göstərmişdir. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 140-cı maddəsi daşınmaz əmlakın döv lət reyestrinə üstün əhəmiyyət verərək bir tərəfdən reyestr qeydiyyatını mötəbər sübut kimi qeyd edir, digər tərəfdən reyestr qeydiyyatı qüvvədə olduğu halda daşınmaz əmlak üzərində digər şəxslərin mülkiyyət və s. hüquqlarının olmasını istisna edir. Həmin maddə reyestrin həqiqiliyinə etimad edən hüquq münasibətlərinin iştirakçılarının hüquq və mənafelərini qoruyur.
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İİ hissəsi, 29-cu maddəsi, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 156.1, 241.2- ci maddələri, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının 1996-cı il 16 iyul tarixli Qa nunu, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2, 5.1, 9.1, 9.8, 6.2, 10-cu maddələri, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 8, 56-cı maddəsinin 4-cü bəndinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Qətnamədən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və Nümayəndə3 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişlər.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə araşdırması zamanı da məlum olmuşdur ki, bələdiyyə tərəfindən mübahisəli torpaq sahəsi mülkiyyətə verilməmişdən əvvəl kütləvi informasiya vasitələrində dərc edilməmiş, bələdiyyə torpağının (zəbt) istif adəçisi kimi onlara hər hansı məlumat verilməmişdir. Göründüyü kimi mübahisəli torpaq sahəsi onların zəbtində olaraq orada çoxsaylı meyvə ağacları, daş hasar və fərdi yaşayış evi tikildiyindən maddənin tələbinə görə həmin torpaq sahəsi kənar şəxslərin adına deyil, onların adına rəsmiləşdirilməli idi. Qəbələ Rayon Məhkəməsi mülki işə baxarkən iş üçün iddiaçıların xeyirlərinə ola biləcək əhəmiyyətli hər hansı sübuta istinad etməmişdir. Halbuki həmin sübutlar məhkəməyə təqdim olunmuşdur.
16. Məhkəmə iclası zamanı iddiaçılar İddiaçı3, Nümayəndə3 və cavabdehlər Cavabdeh4 nümayəndəsi X8 və Cavabdeh3 nümayəndəsi və vəkili Nümayəndə2 məhkəmə iclası zamanı vermiş olduqları izahatlarından məlum olmuşdur ki, Qəbələ Rayon Aqrar İslahat Komissiyasının 26 fevral 2001-ci il tarixli, 03 saylı qərarı ilə X 4, X11, X9, X12 və X5 birgə mülkiyyətinə 0,07 ha həyətyanı torpaq sahəsi verilmiş, lakin digər torpaq sahəsi torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə zəbt torpaq sahəsi olaraq qeyd edilmişdir. Eyni zamanda sözügedən torpaq sahəsi iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və Nümayəndə3 tərəfindən daş hasarla hasara alınmış və üzərində tikinti işləri aparılmışdır.
17. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-815/2022 saylı, 05 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Mahir Əsədli (sədrlik edən və məruzəçi), Ələddin Məcidov və Vəzirxan Məlikov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi təmin edilməklə, Qəbələ regional Cavabdeh1ndəki notariat ofisində Cavabd eh4 ilə Cavabdeh3 arasında bağlanılmış xx.xx.2021-ci il tarixli AN – İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsinin, onun əsasında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixində Cavabdeh3 adına alınmış ********** qeydiyyat nömrəsi olan çıxarış və torpaq sahəsinin plan və ölçüsünün etibarsız hesab olunması qət edilmişdir.
18. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh4 alqı-satqı predmeti olan Qəbələ şəhəri, Ə.Cavad küçəsi, ev 7 ünvanda yaşayan Cavabdeh3 satılması qanunsuz olmuşdur. Belə ki, zəbt olunmuş hesab edilən torpaq sahəsi 1986-cı ildən daş hasarla hasarlanmış, xeyli miqdarda meyvə ağacları əkilmiş, üzərində fərdi yaşayış evinin tikintisi aparılmışdır. Lakin Cavabdeh4 alqı-satqı predmeti olan Qəbələ şəhəri, Ə.Cav ad küçəsi, ev 7 ünvanda yerləşən torpaq sahəsini Cavabdeh3 satarkən həmin torpaq sahəsinin yüklü olmasını nəzərə almamışdır. Birinci instansiya məhkəməsi işə baxarkən qeyd edilən torpaq sahəsinin yüklü olamsına diqqət yetirməyərək iddianı rədd etmişdir. Göründüyü kimi Cavabdeh4 mübahisəli torpaq sahəsini iddiaçılara təklif etmədən Cavabdeh3 satmış və bununla da yeni məhkəmə çəkişməsinin təməlini qoymuşdur. Məhkəmə kollegiyası hesab etmişdir ki, Qəbələ regional Cavabdeh1ndəki notariat ofisində Cavabdeh4 ilə Cavabdeh3 arasında bağlanılmış xx.xx.2021-ci il tarixli AN – İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsi etibarsız hesab edilməlidir. Məhkəmə kollegiyası daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixində Cavabdeh3 adına alınmış ********** qeydiyyat nömrəsi ol an çıxarışın etibarsız hesab edilməsi hissəsinə münasibət bildirərək hesab etmişdir ki, həmin çıxarışda etibarsız hesab edilməlidir. Belə ki, qeyd edilən çıxarış Cavabdeh4 ilə Cavabdeh3 arasında bağlanılmış xx.xx.2021-ci il tarixli AN – İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsi əsasında verildiyindən və həmin müqavilə etibarsız hesab edildiyindən daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixində Cavabdeh3 adına alınmış ********** qeydiyyat nömrəsi olan çıxarış etibarsız hesab edilməlidir. Eyni zamanda kollegiya hesab etmişdir ki, daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixində Cavabdeh3 adına alınmış ********** qeydiyyat nömrəsi olan çıxarış etibarsız hesab edildiyindən, həmin torpaq sahəsinin plan və ölçüsü etibarsız hesab edilməlidir. Beləli klə məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi, eyni zamanda iddia tələbinin təmin edilməsi üçün əsasdır. Belə ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmadan iddia tələbini təmin etməmişdir.
19. Apellyasiya instansiyası məhkəməsi gədiyi nəticəni Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 8, 56.4 və 11-ci maddələri, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının 1996-cı il 16 iyul tarixli Qanunu, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 5.1, 6.2, 9.1, 9.8, 10 və 27.2-ci bəndlərinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəl illəri
20. Həmin qətnamədən Cavabdeh3 (vəkil Nümayəndə6) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
21. Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, torpaq sahəsinin satılması bələdiyyənin qərarı əsasında həyata keçirilmişdir. Qeyd olunan qərar tam qanuni və əsaslı olmuşdur və həmin qərar ləğv edilmədən alqı-satqı müqaviləsinin və onun hüquqi nəticələrinin ləğv edilməsi barədə Şəki Apellyasiya Məhkəməsinin qətnaməsi qanunsuz və əsassız olmuşdur. İş materiallarından müəyyən edilir ki, X19 şəhəri, Bakıxanov küçəsi, 1B ünvanında yerləşən 0,0420 ha torpaq sahəsinin mülkiyyətçisidir və mülkiyyətində olan torpaq sahəsini qanunvericilikdə nəzərdə tutulmuş qayd ada Cavabdeh3 satmışdır. Torpaq sahəsini əldə edən cavabdeh isə vicdanlı alıcıdır və onun hüquqları müdafiə olunmalıdır. Eyni zamanda iddiaçılar da, qeyd olunan torpaq sahəsinin Qəbələ Bələdiyyəsinin mülkiyyətində olmasını və bələdiyyəyə verilən çıxarışı heç bir zaman məhkəmədə mübahisələndirməmişlər. Apellyasiya instansiyası məhkəməsi iddianı təmin etməklə mübahisəli torpaq sahəsinə mövcud olan mülkiyyət hüququnu əhəmiyyətsiz etmişdir. Belə hal isə Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ, 29cu maddəsinin İ, İİ və İİİ hissələri baxımından məqbul hesab edilə bilməz. Mülki işin müəyyən edilmiş hallarından görünür ki, Qəbələ Bələdiyyəsi ilə Cavabdeh3 arasında bağlanmış olan 4Ə-871 reyetr nömrəsi ilə qeydə alınmış AN-İseriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqısın a dair 27 avqust 2021-ci il tarixli müqavilə üzrə tərəflər öz öhdəliklərini yerinə yetirmişlər. Yəni satıcı satış predmeti olan torpaq sahəsini alıcının mülkiyyətinə vermiş, X13 isə bunun müqabilində müqavilədə nəzərdə tutulan pul məbləğini ödəmişdir. Bu isə tərəflərin alğı-satqı müqaviləsi üzrə yaranacaq nəticə ilə bağlı hüquqi niyyətlərinin və iradə ifadələrinin mövcudluğunu göstərir və eyni zamanda əqdin etibarlı olması üçün Konstitusiya Məhkəməsinin qeyd olunan Qərarlarında nəzərdə tutulmuş şərtlərə əməl edilmişdir. Belə olan halda Cavabdeh4 25 avqust 2021-ci il tarixli qüvvədə olan (ləğv edilməmiş) qanuni və əsaslı qərarının icrası məqsədilə tərəflər arasında bağlanılmış və notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinin və onun hüquqi nəticələrinin etibarsızlığı üçün hər han sı əsaslar iş materialları ilə müəyyən edilməmişdir. X28 Məhkəməsi qeyd olunan maddi hüquq normalarının tələblərini pozmaqla düzgün olmayan qətnamə qəbul etmişdir. Qeyd olunmalıdır ki, qanunverici bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqlarının yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsi ilə əldə edilə bilməsini göstərmiş, istisna hal kimi isə bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması halını nəzərdə tutmuşdur. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşay ış evinin tikintisi üçün torpağın ayrılması zamanı bələdiyyələr tərəfindən açıq torpaq hərracları və ya müsabiqələri keçirilməsinə zərurət yoxdur. Bu baxımdan mübahisəli torpaq sahəsi hərrac və ya müsabiqə vasitəsi ilə mülkiyyətə verilmədiyinə görə iddiaçıların torpaq sahəsinin ilkin olaraq onlara təklif edilməsi ilə bağlı tələbləri əsassızdır. Məhkəmə tərəfindən hər hansı mötəbər sübut mövcud olmadan yalnız iddiaçıların izahatına üstünlük verilmişdir. Halbuki, prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Şəki Apellyasiya Məhkəməsi qətnamədə torpaq sahəs inin yüklü olmasını qeyd etsə də, bu faktı təsdiq edən hər hansı sübutla əsaslandıra bilməmişdir. Zəbt edilmiş torpaq sahəsinə görə hər hansı vergi ödəmələrinin edilməsi barədə də heç bir məlumat yoxdur. Nəticədə ədalət mühakiməsi çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət edilmədən həyata keçirilmişdir. Kassasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
22. İddiaçılar cavabdeh tərəfindən verilmiş kassasiya şikayətin qarşı etiraz verərək, etirazlarını iddia ərizəsində göstərdikləri hallarla əsaslandırmışlar. Etirazda əlavə olaraq göstərilmişdir ki, Xalidə Abdurəhmanova yaxın qohumlarıdır, nə ailə üzvləri kimi, nə də qardaş-bacı kimi onlarla, nədəki doğma qardaşları ilə münasibəti yaxşı deyildir. Onların yaşadıqları fərdi yaşayış evi və torpaq sahəsindən 1970-ci ilin axırınd an gəlin köçərək yaşamamış, Qəbələ şəhərində başqa ünvanda (hal-hazırda yaşadığı) məskunlaşaraq orada yaşamışdır. Xalidə Abdurəhmanova yalan məlumat verərək torpaq sahəsində olan tikilinin ona məxsus olduğunu bildirmişdir. Bələdiyyə üzvləri də onun yalanlarına inanaraq torpaq sahəsini cavabdehə satmışlar. Etirazda yazılanlar nəzərə alınmaqla ədalətli qərar qəbul edilməsi xahiş olunmuşdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası.
23. Maddə 13, birinci hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
24. Maddə
29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mü lkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
25. Maddə
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
26. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşın maz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir.
27. Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır.
28. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
29. Maddə 157.2. Mülki yyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
30. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
31. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
32. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi.
33. Maddə
8. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inz ibati əraziləri daxilində: qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi səlahiyyətləri vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
34. Maddə 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır.
35. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqların ı qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
38. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
39. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
40. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
41. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
42. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddin də baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
44. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
45. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər.
46. Maddə
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yeni dən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri
47. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
48. Kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etmişdir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsini kollegiya tam yoxlayır. Kasasiya instansiyası məhkəməsini n mövqeyi
49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi məsələsi kassasiya qaydasında yoxlanılarkən, iddia tələbinin həlli ilə bağlı məsələyə düzgün hüquqi qiymətin verilmədiyi, məhkəmə tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının düzgün tətbiq olunmaması və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilməsi müəyyən edilmişdir.
50. Bu səbəbdən də məhkəmə kollegiyası mübahisələndirilən qətnamənin ləğv edilməsi və apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməsini məqsədəuyğun hesab edir.
51. Belə ki, apellyasiya instansiyas ı məhkəməsi tərəfindən müəyyən edilmiş hal ondan ibarətdir ki, 27 avqust 2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh3 mülkiyyətinə keçmiş Cavabdeh4 mülkiyyətində olan Qəbələ şəhəri, Bakıxanov küçəsi, 1B ünvanında yerləşən 0,0420 ha torpaq sahəsi iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və Nümayəndə3 faktiki istifadəsində olmuş, zəbt olunmuş hesab edilən torpaq sahəsi 1986-cı ildən daş hasarla hasarlanmış, xeyli miqdarda meyvə ağacları əkilmiş, üzərində fərdi yaşayış evinin tikintisi aparılmışdır.
52. Həmçinin müəyyən olunmuşdur ki, həmin torpaq sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh3 mülkiyyət hüququ xx.xx.2021-ci il tarixində qeydə alınmışdır.
53. İddiaçılar mübahisəli torpaq sahəsindən uzun müddət əvvəl istifadə etmələrini əsas gətirərək, Qəbələ region al Cavabdeh1ndəki notariat ofisində Cavabdeh4 ilə Cavabdeh3 arasında bağlanılmış xx.xx.2021-ci il tarixli, AN – İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsi və onun əsasında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixində Cavabdeh3 adına alınmış ********** qeydiyyat nömrəsi olan çıxarışın və torpaq sahəsinin plan və ölçüsünün etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər və apellyasiya instansiyası məhkəməsi göstərilən əsasla iddianı təmin etmişdir.
54. Lakin, iş materiallarından müəyyən olunur ki, mübahisələndirilən alqı-satqı müqaviləsi bağlanmamışdan əvvəl, daşınmaz əmlakın Dövlət reyestrindən 02 avqust 2021-ci il tаrixdə verilmiş Çıxаrışa əsasən Qəbələ şəhəri, Bakıxanov küçəsi, 1B ünvanında yerləşən 0,0420 ha torpaq sah əsi tam mülkiyyət hüququ üzrə Cavabdeh4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və bələdiyyənin 25 avqust 2021-ci il tarixli, 18 saylı protokol qərarı ilə həmin torpaq sahəsinin Cavabdeh3 mülkiyyətinə verilməsi qərara alınmışdır.
55. İddiaçılar bələdiyyə və Cavabdeh3 arasında bağlanmış alqı-satqı müqaviləsinin, çıxarışın və torpaq sahəsinin plan və ölçüsünün etibarsızlığını tələb etsələr də, bələdiyyənin mülkiyyət hüququnu təsdiq edən qeydi və Cavabdeh4 25 avqust 2021-ci il tarixli, 18 saylı protokol qərarını qanunla müəyyən olunmuş qaydada mübahisələndirməmişlər. 56. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarının 6.1-ci bəndində məh kəmələrə izah olunmuşdur ki, torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən nəzərə alınmalıdır ki, dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.
57. Göründüyü kimi, iddia təmin olunaraq, torpaq sahəsinə dair bələdiyyə və Cavabdeh3 arasında bağlanmış alqı-satqı müqaviləsinın etibarsız hesab edilməsi, iddiaçıların torpaq sahəsi üzərində hüquqlarının bərpası il ə nəticələnmir. Beləliklə də, hazırki iddia Mülki Prosessual Məcəlləsinin 2.1 və 4.1-ci maddələrinə uyğun olaraq iddiaçıların hüquq və mənafelərinin məhkəmədə müdafiəsinə xidmət etmir.
58. Həmçinin qeyd olunmalıdır ki, mülki qanunvericiliyin tələblərinə əsasən əqdin etibarsız hesab olunması üçün aşağıdakı ünsürlərdən heç olmasa biri qüsurlu olmalıdır: subyekt tərkibi; məzmunu; forması; iradə və iradə ifadəsi. Hazırki halda, apellyasiya instansiyası məhkəməsi iddianı təmin edərkən yuxarıda qeyd olunan maddi və prosessual əsasları nəzərə almamışdır.
59. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, hazırda iddianın rədd edilməsi, torpaq sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh4 adına olan qeyd və bələdiyyənin protokol qərarı mübahisələndirildiyi və həmin iddia uğurlu o lduğu halda, iddiaçıların yeni əsasla alqı-satqı müqavilənin etibarsızlığına dair iddia qaldırmaq hüququnu məhdudlaşdırmır. Həmçinin göstərilən tələbin Mülki Məcəllənin 140-cı maddəsi baxımından əsaslı olub-olmaması məsələsi də, iddia veriləcəyi təqdirdə həmin işin araşdırma predmetini təşkil edə bilər.
60. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiya məhkəməsi tərəfindən iddia təmin edilərkən maddi hüquq normaları pozulduğu üçün qətnamə ləğv edilməli və iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmalıdır.
61. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Şəki A pellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-815/2022 saylı, 05 sentyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və Nümayəndə3 cavabdehlər Cavabdeh4nə, Cavabdeh3, Qəbələ Regional Cavabdeh1 Notariat Ofisinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.