Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3592/2021 16.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Bağırova X12 və İddiaçı1 Cavabdeh qarşı, həmçinin müstəqil tələb irəli sürən üçüncü şəxs X X16, İddiaçı1 və Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: vərəsəlik hüququ haqqında şəhadətnamənin, çıxarışın ləğvi, miras əmlakda payların müəyyənləşdirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Xəlilov İsmayıl Kamil oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi, İddiaçı Bağırova X12 və vəkili Vəkil2, İddiaçı1, müstəqil tələb irəli sürən üçüncü şəxs X iştirak ı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-191/2021 nömrəli iş üzrə 26 yanvar 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 16 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materialları ilə müəyyən olunur ki, ünvan 1 ilkin olaraq 23 oktyabr 1961-ci il tarixdə X26 mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır.
2. Həmçinin iş materiallarından görünür ki, X31 03 yanvar 1990-cı il tarixdə vəfat etmişdir. Onun qanun üzrə birinci növbəli səkkiz vərəsəsi olmuşdur: X17, övladları X, İddiaçı2, X, X, X, X, İddiaçı1.
3. Eyni zamanda iş materialları ilə müəyyən edilir ki, xxx saylı evlə bağlı 27 avqust 1993-cü il tarixdə X tərəfindən X26 1962-ci ildən rəsmi nikahda olduğu X17nın və oğlu X18 adlarına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.
4. Bundan başqa iş materiallarından görünür ki, 03 sentyabr 1993-cü il tarixdə mübahisəli mənzilə dair X və oğlu X adına mülkiyyət hüquqlarını bildirən qeydiyyat vəsiqəsi verilmişdir.
5. Bununla yanaşı iş materialları ilə müəyyən edilir ki, 27 mart 1998-ci il tarixli notariatda təsdiq olunmuş bağışlama müqaviləsinə əsasən X və X mübahisəli mənzili X bağışlamış (1-cinin nəvəsi, 2-cinin oğlu) və 14 may 1998-ci il tarixdə X adına mənzilə mülkiyyət hüququnu bildirən qeydiyyat vəsiqəsi verilmişdir.
6. Həmçinin iş materiallarından görünür ki, 03 sentyabr 2004-cü il tarixdə X mübahisəli evin sahəsi 14,8 kv.metr olan bir otağını X1. 18 noyabr 2015-ci il tarixli alqısatqı müqaviləsinə əsa sən X5 mübahisəli evin sahəsi 14,8 kv.metr olan bir otağını yenidən X satmışdır. Hazırda 20 noyabr 2015-ci il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən ev X məxsusdur.
7. Bundan başqa iş materiallarından görünür ki, 17.02.2015-ci il tarixli vəsiyyətnamə ilə X ona məxsus olan, harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün daşınar və daşınmaz əmlakını nəvəsi X vəsiyyət etmişdir
8. Eyni zamanda iş materiallarından görünür ki, 11 dekabr 2016-cı il tarixdə X vəfat etmişdir.
9. Bununla yanaşı iş materiallarından görünür ki, 2017-ci ilin fevral ayında X atasından miras qalmış evə dair onun adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün X müraciət etmiş, lakin notariusun 27 fevral 2017-ci il tarixli qərarı ilə notariat hərəkətlərin in aparılmasından imtina olunmuşdur.
10. Məhkəmə-xətşünaslıq ekspertizasının xxx saylı 28 iyul 2020-ci il tarixli rəyində qeyd edilmişdir ki, ekspertizaya təqdim olunmuş, 4k-95 saylı işin 3-cü vərəqəsində olan 26 avqust 1993-cü il tarixli ərizədə “Имза:Подписи:” qrafasındakı imza və həmin ərizənin qeydiyyatdan keçdiyi 4k-1 saylı reyestr jurnalının 12-ci vərəqəsində 96-cı sıra sayı qarşısında “Sənədin alınmasina dair imza” qrafasındaki imza; mülki işin 3-cü cildinin 16-cı vərəqəsində X adından olan 17 fevral 2015-ci il tarixli vəsiyyətnamədə “İmza” qrafasındakı imza və həmin vəsiyyətnamənin qeydiyyatdan keçdiyi 00486 saylı reyestr jurnalının 8- ci vərəqəsində olan 170215-ci sıra sayı qarşısında “Notariat hərəkətinin aparılmasında iştirak edən şəxslərin imzaları” qrafasındakı imza - X tərə findən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş, 3M-3-451 saylı notariat işinin içərisində olan 27 mart 1998ci il tarixli bağışlama müqaviləsində “Подписи: 1” qrafasındakı imza və həmin müqavilənin qeydiyyatdan keçdiyi 3-M-3 saylı reyestr jurnalının 10-cü vərəqəsində 451-ci sıra sayı qarşısında “Sənədin alınmasina dair imza” qrafasındaki imza -X tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.
11. Məhkəmə-xətşünaslıq ekspertizasının xxx saylı 17 deabr 2020-ci il tarixli rəyində qeyd edilmişdir ki, ekspertizaya təqdim edilmiş, 3M-3-451 nömrəli notariat işinin 02-ci vərəqəsində olan 27 mart 1998-ci il tarixli Bağışlama müqaviləsində (bağışlama müqaviləsinin kserosurətləri 1-ci cildin 24-cü və 66-cı vərəqələrində yerləşir) “Подписи: 1." qrafasındakı və həmin bağışlama müqaviləsinin qeydiyyatdan keçdiyi 3-M-3 nömrəli reyestr jurnalının 10-cu vərəqəsində 451-ci sıra qarşısında “Sənədin alınmasına dair imza” qrafasındakı “X” yazısından ibarət imzalar- X tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
12. İddiaçı X və İddiaçı1 X qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, X21 miras qalmış xxx saylı fərdi yaşayış evinə (keçmiş xxx ev xxx) dair 27 avqust 1993-cü il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamənin, şəhadətnamə əsasında verilmiş 03.09.1993-cü il tarixli qeydiyyat vəsiqələrinin, 27.03.1998-ci il tarixli bağışlanma müqaviləsinin, 14.05.1998-ci il tarixli, xxx nömrəli qeydiyyat vəsiqəsinin, 20.11.2015-ci il tarixli, etibarsız hesab edilməsi, vərəsəlik hüququnun tanınması, miras əmlak üzərində payın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 (keçmiş xxx) ilkin olaraq 23.10.1961-ci ildə iddiaçıların mərhum atası X26 adına qeydiyyatdan keçmişdir. X27 iddiaçıların anası, eyni zamanda cavabdehin nənəsi X faktiki olaraq 1939-cu ildə ailə qurmuşlar. 14.12.1962-ci ildə isə onlar ailə münasibətlərini rəsmiləşdiriblər. Onların birgə nikahından 8 övladı olub. X rəhmətə gedəndən sonra isə 7 övlad qalıb - X, İddiaçı2, X, X, X, X, İddiaçı1. X və X vəfat ediblər. Ataları vəfat edəndən sonra İddiaçı2 və İddiaçı1 hesab ediblər ki, ev analarının adına keçib. Lakin anaları X 11.12.2016-cı ildə rəhmətə gedəndə vərəsəlik məsələsi meydana çıxır. Belə ki, notariusa müraciət olunur, not ariusa müraciət olunanda sənədlər tələb olunur və araşdırma aparılan zaman məlum olur ki, 1993-cü ildə sənədləşmə olub X21 sonra ev qanun üzrə vərəsəliklə keçib X və X. Hansı ki, elə həmin vaxtda da digər övladlar sağ idi. X31 rəhmətə gedəndən sonra həmin mübahisəli evdə X, İddiaçı2 və X öz ailələri ilə birlikdə faktiki olaraq həmin evdə yaşayıblar.Yəni ki, bu şəxslər faktiki olaraq həmin evdə yaşamaqla mirası faktiki olaraq qəbul etmələrinə baxmayaraq, vərəsəlik şəhadətnaməsində X ilə mərhum X adı göstərilir.Yəni ev digər vərəsələrin razılığı olmadan 1/2 payla iki nəfərin adına keçir.27 mart 1998-ci ildə isə həmin mübahisəli ev X tərəfindən heç bir vərəsəyə məlumat verilmədən, yəni onların xəbəri olmadan Cavabdeh bağışlanır. 2004-cü ildə X28 Cavabdeh arasında hansısa qeyri-yaşayış sahəsin in alqısatqısı olub. Həmin vaxt isə X6b. X yenidən həmin qeyri-yaşayış sahəsini Cavabdeh geri qaytarır. Amma iddiaçıların mübahisəli mülkün Cavabdeh adına keçməsindən məlumatları olmayıb. Əgər onların xəbəri olsaydı elə o vaxtı iddia qaldırardılar. Habelə, 2003-cü ilədək İddiaçı2 mübahisəli evdə yaşayıb. 2003-cü ildən isə İddiaçı2 həmin evdən çıxmasına baxmayaraq, bugünkü gündə övladları həmin mübahisəli mülkdə qeydiyyatdadır. İddiaçı2 da 1974-cü ildən 2003-cü ilədək orda yaşayıb.Yəni 1993-cü ildə vərəsəlik açılanda İddiaçı2 faktiki olaraq o evdə yaşayıb. Atasından öləndən sonra notariusa müraciət etməyib ona görə ki, o, elə bilib ki, ev atasından anasının adına keçib.O, evin Cavabdeh adına keçməyindən yalnız anası öləndən sonra bilib. İddiaçı2 isə 2011-ci ilədək mübahisəli mülkdə qeydiy yatda olub.
14. Həmçinin, X müstəqil tələb irəli sürən üçüncü şəxs qismində işə qoşulmaqla (iddia verməklə), xxxx saylı fərdi yaşayış evinə (keçmiş 10-cu Xrebtovı ev 39) dair, 27 avqust 1993-cü il tarixdə 19 saylı Dövlət Notariat kontorunda 4 k-H-95 nömrə ilə qeydə alınmış vərəsəlik hüququ haqqında şəhadətnamənin, şəhadətnamə əsasında verilmiş 03.09.1993-cü il tarixli qeydiyyat vəsiqələrinin, 27.03.1998-ci il tarixli bağışlanma müqaviləsinin, 14.05.1998-ci il tarixli 20.11.2015-ci il tarixli etibarsız hesab edilməsi, vəsiyyətnamə üzrə vərəsəlik hüququnun tanınması, miras əmlak üzərində payın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Müstəqil tələb irəli sürən üçüncü şəxs X iddiasını onunla əsaslandırmışdır ki, nənəsi X 11 dekabr 2016-cı ildə rəhmətə gedib. Nənəsi 17 fevral 2015-ci il tarixdə ona məxsus olan bütün daşınar və daşınmaz əmlaka dair onun adına etibarnamə verib. Nənəsi ölən günədək elə hesab edib ki, ünvan 1 ünvanında yerləşən mülk babası rəhmətə gedəndən sonra nənəsinin adına keçib. Nənəsi 1990-cı ildən rəhmətə gedənədək onlarla yaşayıb.Onun bütün əziyyətini, rəhmətə gedəndə dəfn xərclərini və s. o çəkmişdi.
16. Yasamal RayonMəhkəməsinin 23 iyun 2017-ci il tarixli, 2(004)-4293/2017 nömrəli qətnaməsi ilə (hakim A.Məmmədov) iddiaçılar X və İddiaçı1 X qarşı, üçüncü şəxslər 19 saylı Notariat Kontoruna, 12 saylı Notariat Kontoruna, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi və qeyriləri cəlb edilməklə vərəsəlik hüququ haqqında şəhadətnamənin, həmin şəhadətnamə əsasında daşınmaz əmlakın reyestr xidmətində aparılmış reyest qeydiyyatının, bağışlanma müqaviləsinin, çıxarışın etibarsız hesab edilməsi, vərəsəlik hüququnun tanınması, miras əmlak üzərində payın müəyyən edilməsi tələbinə dair iddiası və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X cavabdehlər X, İddiaçı1 və X qarşı vəsiyyətnamə üzrə vərəsəlik hüququnun tanınması, miras əmlak üzərində payın müəyyən edilməsi tələbinə dair iddası rədd edilmişdir.
17. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçılar X və İddiaçı1 hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək, miras əmlakla bağlı aparılmış rəsmiləşdirmələrin - vərəsəlik hüququ haqqında şəhadətnamənin, şəhadətnamə əsasında verilmiş qeydiyyat vəsiqələrinin, bağı şlanma müqaviləsinin, habelə çıxarışın etibarsız hesab edilməsi, vərəsəlik hüququnun tanınması, miras əmlak üzərində payın müəyyən edilməsini məhkəmədən xahiş etmişdir.İddia tələbini onunla əsaslandırmışdır ki, ataları X22 vəfatından sonra adına olan evin analarına keçməsini ehtimal etmişlər.Miras əmlakın ümumbirgə payda anaları X və qardaşları X adlarına qeydiyyatdan keçməsini, habelə 27.03.1998-ci il tarixli bağışlama müqaviləsinə əsasən X adına qeydiyyatdan keçməsini barədə məlumatlarının olmadıqlarını bildirmişdilər.Halbuki, məhkəmə gedişatında məlum olmuşdur ki, miras əmlakın aqibəti barəsində bütün vərəsələrin məlumatları olmuş, cavabdeh mübahisəli evin bir hissəsini bibisi X satmş, o isə 2015-ci il tarixdə yenidən evi Cavabdeh satmışdır.Habelə, İddiaçı2 məhkəməyə verdiyi ifadəsində 2 il bundan əvvəl MİS-ə Forma 2 arayışını almaq üçün müraciət etdikdə, evin Bəhruzun adına keçdiyini eşidib buna inanmadığını bildirmişdir.Göründüyü kimi, iddiaçılar tərəfindən qanunla nəzərdə tutulmuş iddia müddəti ötürülmüşdür.Belə ki, Mülki Məcəllənin göstərişlərinə əsasən “əqdin etibarsızlığı” nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir.Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi,.iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İş materiallarına əlavə edilmiş X tərəfindən verilmiş iddia müddətinin tətbiq e dilməsinə dair ərizədən görünür ki, sonuncu müddəti tətbiq etməklə, tələbin rədd edilməsini xahiş etdi. Belə olduğu halda məhkəmə hesab edir ki, iddiaçılar X və İddiaçı1 tərəfindən verilmiş iddia tələbi təmin edilməməlidir.
18. Məhkəmə onu da qeyd etmişdir ki, müstəqil tələb irəli sürən üçünpü şəxs X eyni tələblə məhkəməyə müraciət edərək, nənəsi mərhum X 17 fevral 2015-ci il tarixli Vəsiyyətnamə ilə özünə məxsus bütün daşınar və daşınmaz əmlakın onun adına vəsiyyət etdiyini əsas gətirərək, xxx saylı evin ona vəsiyyət edildiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş 12 saylı DNK-nın 3M-3-451 reyestr nömrəli 27.03.1998-ci il tarixli bağışlama müqaviləsindən görünür ki, xxx saylı ev X və X tərəfindən X bağışlanmışdı. Məhkəmənin gəldiyi qənaətə görə, X miras əmlaka dair ona məxsus p ayı 1998-ci il tarixdə Cavabdeh bağışladığından, X həmin evi özünə vəsiyyət edilməsinə dair iddiası qanunsuz və əsassızdır.Məhkəmə onu da qeyd edir ki, X mərhum X14mış miras əmlak üzrə, birinci növbədə olan vərəsələr kateqoriyasına daxil deyil.Mülki Məcəllənin 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın.Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar.Belə olduğu halda, məhkəmə hesab edir ki, müstəqil tələb irəli sürən üçüncü şəxs X tərəfindən verilmiş iddia tələbi də rədd edilməlidir.
19. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 19, 337.1, 337.4, 354.1, 354.2, 372.1, 372.2, 373.4, 375.1, 375.2, 1133.1, 1133.2, 1159.1.1, 1159.1.3, 1243.2, 1243.3, 1246, 1324.1, 1322-ci, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
20. Qətnamədən iddiaçılar X və İddiaçı1, müstəqil tələb irəli sürən üçüncü şəxs X apellyasiya şikayətləri vermişlər.
21. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 oktyabr 2017-ci tarixli, 2(103)-9580/2017 nömrəli qətnaməsi ilə (hakimlər X.Mərdanova (sədrlik edən və məruzəçi), İ.Vəliyev, E.Həsənov ) idiaçılar X və İddiaçı1, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X apellyasiya şikayəti təmin edilərək,Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 iyun 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddiaçılar X və İddiaçı1 X qarşı, üçüncü şəxslər X, X və qeyriləri cəlb edilməklə “vərəsəlik hüququ haqqında şəhadətnamənin, həmin şəhadətnamə əsasında daşınmaz əmlakın reyestr xidmətində aparılmış reyestr qeydiyyatının, bağışlanma müqaviləsinin, çıxarışın etibarsız hesab edilməsi, vərəsəlik hüququnun tanınması, miras əmlak üzərində payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilərək, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X cavabdehlər X, İddiaçı1 və X qarşı “vəsiyyətnamə üzrə vərəsəlik hüququnun tanınması, miras əmlak üzərində payın müəyyən edilməsi” tələbinə dair iddiası təmin edilərək, xxx saylı fərdi yaşayış evinə (keçmiş xxx) dair, 27 avqust 1993-cü il tarixdə 19 saylı Dövlət Notariat kontorunda xxx nömrə ilə qeydə a lınmış vərəsəlik hüququ haqqında şəhadətnamənin, həmin şəhadətnamə əsasında verilmiş 03.09.1993-cü il tarixli qeydiyyat vəsiqələri, 27.03.1998-ci il tarixdə 12 saylı Dövlət Notariat Kontorunda xxx reyestr nömrə ilə qeydə alınmış bağışlanma müqaviləsinin, 14.05.1998-ci il tarixli, xxxx nömrəli qeydiyyat vəsiqəsinin, 20.11.2015-ci il tarixli, ******* №-li çıxarışın etibarsız hesab edilməsi, xxx saylı fərdi yaşayış evindən (keçmiş xxx) ibarət miras əmlaka vərəsələrə çatası payların aşağıdakı qaydada müəyyən edilməsi, İddiaçı2– 143/480 pay (15/60 atasından qalan pay, 23/480 anasından qalan pay),İddiaçı1 – 23/480 pay (anasından qalmış məcburi pay),X 23/480 pay (anasından qalmış məcburi pay),X - 23/480 pay (anasından qalmış məcburi pay),X - 92/480 pay (vəsiyyətnamə ilə keçən pay),X – 96/480 (ata dan qalan pay, X vəfat etdiyindən, bu pay onun vərəsələrinə çatmalıdır),X – 80/480 (atadan qalan pay, X vəfat etdiyindən, bu pay onun vərəsələrinə çatmalıdır) qət edilmişdir.
22. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi L.Binnətovanm şikayəti üzrə 08 may 2008-ci il tarixli qərarında (həmçinin X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli qərarında) iddia müddətinin tətbiq edilməsi şərtlərinə dair mövqeyini bildirərək göstərmişdir ki, hər hansı bir mülki mübahisənin qanuni həlli baxımından iddia müddətinin axımının başlanğıcının müəyyən olunması ilə yanaşı, mübahisəyə aid digər hallar da nəzərə alınmalıdır. Məhkəmənin həmin qərarda ifadə olunmuş hüquqi mövqeyinə görə iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə də. məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməsi düzgün deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir”.
23. Bu baxımdan birinci instansiya məhkəməsi işə baxarkən ilk növbədə mübahisə ilə bağlı iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını, su byektiv hüququn pozulub- pozulmamasını, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini müəyyən etməli, iddiaçının hüquqlarının pozulduğu müəyyən edildiyi halda isə mübahisəyə iddia müddətinin tətbiqi məsələsini müzakirə etməli idi.
24. Digər tərəfdən məhkəmə kollegiyası bildirir ki. ümumiyyətlə hazırkı mübahisəyə iddia müddətinin tətbiqi baxımından hüquqi qiymət verilməsi yol verilməzdir.
25. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarında qeyd olunur ki. “Nəzərə alınmalıdır ki. MM-in 384.0.4-cü maddəsi müqavilədən irəli gələn tələb etmək hüququnu deyil, əşya hüquqları ilə bağlı halları tənzimləyir. Əşya hüquqları tam və məhdud əş ya hüquqları olaraq iki əsas qrupa ayrılır: tam əşya hüququ - mülkiyyət hüququ; məhdud əşya hüquqları - servitut, uzufrukt. tikintiyə vərəsəlik, girov və ipoteka. Bu hüquqların xüsusiyyəti ondan ibarətdir ki, bu hüquqlardan istifadə edilməməsi onların aradan qalxmasına səbəb olmur və hər kəsə qarşı tələbin irəli sürülmə imkanı da hər hansı bir müddətlə məhdudlaşdırılmır.
26. Əşya hüquqlarının iddia müddətinə tabe olmaması prinsipi hüququn hamılıqla qəbul edilən ümumi prinsiplərindən biridir və Konstitusiyanın 29-cu maddəsinin, 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin müddəalarının təmin edilməsinə xidmət edir.
27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsi mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərə, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddətinin şamil edilmədiyini təsbit etmişdir”.
28. Göründüyü kimi mülkiyyətçinin hüquqlarının hər cür pozuntularının aradan qaldırılması ilə tələblərə iddia müddətinin tətbiqi istisnadır. Məhz məhkəmə kollegiyası da. bu nöqteyi nəzərdən hesab edir ki, hazırkı mübahisəyə müddət tətbiq edilə bilməz.
29. Belə ki. hazırki mübahisəyə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, 1990-cı ildə miras qoyanın ölümündən sonra onun birinci növbə vərəsələri sırasında 7 övladı (X. İddiaçı2, X, X, X, X və İddiaçı1) və X17 olmuşdur.
30. Bununla yanaşı vurğulanmalıdır ki. Böyük X4 faktiki olaraq 1939-cu ildə ailə qursalar da, onlar nikahları 1962-ci ildə rəsmiləşdirilmiş mübahisəli əmlak isə bundan əvvəl, yəni 1961 -ci ildə X26 adına qeydə alınmışdır. Bu səbəbdən, həmin əmlak birgə nikah dövründə əldə olunmuş əmlak sayıla bilməz və mübahisəli ev tam şəkildə X21 miras qalmışdır.
31. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki. miras qoyanın ölümündən sonra vərəsələrdən yalnız X, X, İddiaçı2 və X həmin miras əmlakı öz hərəkətləri ilə faktiki olaraq qəbul etmişlər, lakin bu barədə qanunla müəyyən edilmiş müddət ərzində müvafiq notariat orqanına müraciət etməmişlər. Bu fakt tərəflərin vermiş olduğu izahatlarla öz təsdiqini tapmışdır. Digər vərəsələrin isə miras əmlakı qəbul etmələri məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır.
32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə görə, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi h üquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
33. Qeyd olunan normaya əsasən, məhkəmə kollegiyası hesab edir ki. həmin dövrə uyğun olaraq yaranmış münasibətlər həmin dövrdə qüvvədə olmuş qanunvericiliyə uyğun həll olunmalıdır. 34. 01 sentyabr 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsi mirası əldə etməyi vərəsənin onu qəbul etməsi ilə şərtləndirir. Vərəsə o halda mirası qəbul etmiş sayılır ki, o, miras əmlakını faktiki surətdə idarə etməyə başlasın və ya mirasa yiyələnsin, yaxud vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə versin. Məcəllə bu hərəkətləri vərəsəlik açılan gündən altı ay müddətində edilməsini nəzərdə tutur. (552-ci maddə). Məcəllənin 553-cü maddəsinə müvafiq ol araq isə mirasın qəbul edilməsi üçün bu Məcəllənin 552-ci maddəsi ilə müəyyən edilən müddətin keçməsi səbəbləri üzrlü hesab edildikdə, məhkəmə tərəfindən həmin müddət uzadıla bilər. Mirası qəbul etmiş bütün vərəsələrin razılığı olduqda, göstərilən müddət keçdikdən sonra məhkəməyə müraciət etmədən də miras qəbul oluna bilər.
35. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, vərəsələrdən X, X, İddiaçı2 və X miras əmlakı faktiki idarə etməklə qəbul etdiklərindən, həmin əmlak 1/4 hissədə həmin vərəsələrin mülkiyyəti sayılır. Məhz bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mülkiyyəti sayılan əmlakla bağlı mübahisə yaranmış olduğundan bu kimi məsələlərə iddia müddətinin tədbiqi düzgün deyildir.
36. Beləliklə 01 sentyabr 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məc əlləsinin vərəsəliklə bağlı müddəalarının təhlili onu deməyə əsas verir ki, vərəsəlik hüquq münasibətlərində mirasın qəbul edilməsi ilə yaranan hüquq münasibətləri mühüm əhəmiyyət kəsb edir. İstər qanun üzrə, istərsə də vəsiyyətnamə üzrə vərəsə tərəfindən miras əmlak yalnız o halda əldə edilə, ona bölünə bilər ki. o. mirası qəbul etmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi «G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cii il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 18 iyul 2014-cü il tarixli qərarında göstərmişdir ki, əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməm işdirsə həmin hüququ itirir.
37. Mirasın faktiki olaraq qəbul edilməsi araşdırılarkən nəzərə alınmalıdır ki, mirasın qəbulu birtərəfli, könüllü əqddir və özünün miras əmlak əldə etmək və almaq niyyətini açıq şəkildə göstərən hərəkətlərdə ifadə olunur. Bu hərəkətlər əsasında vərəsə miras qoyanın əmlak hüquq və vəzifələrinin daşıyıcısı hesab oluna bilər.
38. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarında hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasa faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Miras qoyana məxsus olan və miras əmlakın kütləsinə daxil olub-olmaması müəyyən olunmayan, təyinatına görə ailənin ümumi istifadəsi üçün nəzərdə tutulmuş əşyaların qəbul edilməsi və ya miras qoyan tərəfindən vərəsəyə verilməsi məqamının mirası qəbul etmə kimi qiymətləndirilməsi mülki işin qanuni həlli baxımından qənaətbəxş hesab oluna bilməz. İşin bu qaydada həll edilməsi isə əks tərəfin Konstitu siyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş hüququnun pozulmasına səbəb olur.
39. Həmçinin sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. 40. 27 avqust 1993-cii il tarixdə X xxx nömrə ilə qeydə alınmış vərəsəlik hüququ haqqında şəhadətnamənin qanuni olub-olmaması məsələsini araşdıraraq məhkəmə ko llegiyası qeyd edir ki. həmin şəhadətnamənin verilməsi qanuni sayıla bilməz. Baxmayaraq ki. şəhadətnamə verilən zaman 22 nömrəli mənzil-istismar idarəsinin 25.08.1993-cii il tarixli arayışına istinad olunmuşdur, notarius nəzərə almamışdır ki. həmin arayış sadəcə X və X mübahisəli evdə yaşamalarını əks etdirir. Yəni həmin arayışda miras əmlak sayılan evdə digər vərəsələr yaşamaması qeyd edilməmişdir. Əksinə iddiaçı, eləcə də cavabdehin izahatlarından müəyyən edilmişdir ki, X, X və İddiaçı2 həmin mənzildə qeydiyyatda olmaqla, yaşamışlar. 41. 01 sentyabr 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 561- ci maddəsinə görə, qanun üzrə və ya vəsiyyət üzrə vərəsəliyə çağırılmış vərəsələr, vərəsəlik açılan yerin notariat kontorundan onların vərəsəlik hüququnu təsdiq edən şəhadətnamənin (vərəsəlik hüququ haqqında şəhadətnamənin) verilməsini xahiş edə bilərlər.
42. Məhkəmə kollegiyası hesab edir ki, notariat orqanı miras qoyanın vərəsələrinin dairəsini müəyyənləşdirməkdə, miras əmlakı vərəsələrdən kimlərin qəbul etməsində səhvə yol verildiyindən, sözügedən vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız sayılmalı və miras əmlak ilkin hüquqi vəziyyətə qayıtmalıdır.
43. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələblərinin bu hissəsi təmin olunmalı, mübahisəli mənzilə dair vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməli, həmin şəhadətnamə əsasında verilmiş 03.09.1993-cii il tarixli qeydiyyat vəsiqələri ləğv edilməlidir.
44. Məhkəmə kollegiyası iddia tələbinin “27.03.1998-ci il tarixdə 12 saylı Dövlət Notariat Kontorunda 3 SM-3-451 reyestr nömrə ilə qeydə alınmış bağışlanma müqaviləsinin, 14.05.1998-ci il tarixli, 143251 nömrəli qeydiyyat vəsiqəsinin, 20.11.2015-ci il tarixli, ******* №-li çıxarışın etibarsız hesab edilməsinə” dair hissəsi ilə bağlı qeyd edir ki, bağışlama müqaviləsinin predmeti olmuş əmlak onu özgəninkiləşdirənlərin mülkiyyəti sayılmalı olmadığından, yəni bağışlayan şəxslər əslində əmlaka qanunla müəyyən olunmuş qaydada tam şəkildə mülkiyyət hüququna malik olmadıqlarından, onların həmin əmlak barəsində sərəncam vermələri qanuni sayıla bilməz.
45. Belə ki, həmin dövrdə qüvvədə olan Mülki Məcəllənin 100-1-ci maddəsinə görə, mülkiyyətində mənzil, yaşayış evi, bağ, qaraj, başqa bina və tikililər olan vətəndaş həmin mülkiyyət barəsində öz istəyinə görə sərəncam vermək: bunları satmaq, bağışlamaq, vəsiyyət etmək, icarəyə vermək, bunlar barəsində qanuna zidd olmayan başqa əqdlər bağlamaq hüququna malikdir.
46. Həmin Məcəllənin 245-ci maddəsində qeyd olunur ki, bağışlama müqaviləsinə görə bir tərəf müəyyən əmlakı əvəzsiz olaraq digər tərəfin mülkiyyətinə verir. Bağışlama müqaviləsi əmlak verilən vaxt bağlanmış hesab olunur.
47. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanılmış bağışlama müqaviləsinin bütün şərtləri mövcud olmamış, müqavilənin məzmunu qaydaları pozulmuşdur. Belə ki. yuxarıda da qeyd olunduğu kimi bağışlama müqaviləsinin predmeti olmuş əmlakın bağışlayan şəxslərin mülkiyyətinə keşməsi qanunsuz olmuşdur.
48. Əqdin etibarlı olması şərtləri (əqdin subyekt tərkibinə aid edilən şərt; əqdin məzmununa aid olunan şərt; əqddə iradə və iradə ifadə etmənin vəhdəti nə aid edilən şərt; əqdin formasına aid edilən şərt) dedikdə, qanunda nəzərdə tutulan elə tələblər başa düşülür ki, bu tələblər əsasında əqd hüquqi fakt kimi çıxış edərək hüquqi nəticə doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi və onlardan, heç olmazsa, birinin pozulması əqdin qüsurlu olmasına, bununla da onun etibarsız hesab edilməsinə səbəb olur. Göründüyü kimi əqdin etibarlı sayılması üçün əsas şərtlərdən biridə əqdin məzmunu ilə bağlıdır. Öz məzmununa görə bütün əqdlər qanuni olmalıdır. Əqdlərin qanuni olması o deməkdir ki, bütün əqdlər qanunvericiliyin nəzərdə tutduğu tələblərə uyğun gəlməlidir. Əqdin məzmununun qanuni olması həm də əqd bağlayan şəxsin buna səlahiyyəti olmasında ifadə edilir. Əgər əqd, onu bağlamağa səlahiyyəti çatan şəxs tərəfindən bağlanmışdır sa, o. qanuni əqd hesab edilir.
49. Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarında bu məsələ ilə bağlı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir.
50. Hazırkı işdən də göründüyü kimi bağışlama müqaviləsinin bağlanılmasında sübuyektlər tam səlahiyyətli olmamış, yəni əmlak onların tam şəkildə mülkiyyəti sayılmalı olmadığı halda bu tələbdən kənarda çıxış edərək müqavilə bağlamışlar. Ona görə də, sözügedən bağışlama müqaviləsi etibarsız müqavilə olmuş, məhz bu müqavilədən sonra əmələ gələn hü quqlara əsasında verilmiş digər sənədlərin də heç bir tutarlı əsası olmamış, bağışlama mqaviləsi etibarsız olduğundan ondan doğan digər hüquqi nəticələrin də etibarsızlığına zəmin yaranmış olur.
51. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, miras qoyanın ölümündən sonra vərəsələrdən X, X, İddiaçı2, X həmin miras əmlakı faktiki olaraq qəbul etmişdirlər və onların hər birinin payı 14 hissədə müəyyən edilmişdir. Miras əmlakın 14 hissədə mülkiyətiçisi olmuş X ölmüş və onun birinci növbə vərəsələri olan 3 övladı, arvadı və anası qalmışdır. 14 hissə həmin vərəsələr arasında bölünərək, nəticədə hər bir vərəsəyə 1/20 hissədə pay düşür. Həmçinin, miras əmlakın 14 hissədə mülkiyətiçisi olmuş X ölmüş və ölümündən sonra oğlu, arvadı və anası vərəsə qalmış, miras əmlak onlar tərəfindən qə bul edildiyindən hər bir vərəsəyə 1/12 hissədə pay düşür. Bu vəziyyətdə X ümumilikdə əmlakı miras əmlakın 23/60 hissəsini. İddiaçı2 payı 15/60. X payı 12/60 və X payı 10/60 hissə təşkil etmişdir. X 2016-cı ildə ölmüş, sonuncu ölümündən əvvəl 17 fevral 2015-ci il tarixdə nəvəsi X vəsiyyatnamə qoymuşdur.
52. Beləliklə, İsmət Cəlil qızının payı miras əmlakın 23/60 hissəsini təşkil etmiş və onun mülkiyyəti sayılan hissəyə münasibətdə vəsiyyətnamə verdiyindən, burada artıq məcburi pay məsələsi ortaya çıxır. Yəni, qanunvericiliyin də, müəyyən etdiyi kimi, məcburi pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını təşkil etməlidir. Belə olduğu təqdirdə vəsiyyətnamə üzrə vərəsə X miras qoyan X əmlakının (miras əmlakın 23/60 hissəsi) hamısı yox, sonuncunun vərəsələrinə münasibətdə məcburi pay çıxıldıqdan sonra, qalan əmlak düşməlidir. X15 23/60 payından, hər biri 1/8 pay olmaqla qızları X, X və X çatmalı, qalan 4/8 (yəni !4) hissəsi isə nəvəsi X çatmalıdır.
53. Beləliklə, miras qalmış əmlakdan vərəsələrə çatası payları ümumiləşdirdikdə, müəyyən olunur ki: İddiaçı2- 143/480 pay (15/60 atasından qalan pay, 23/480 anasından qalan pay); İddiaçı1- 23/480 pay (anasından qalmış məcburi pay); X - 23/480 pay (anasından qalmış məcburi pay); X - 23/480 pay (anasından qalmış məcburi pay); X - 92/480 pay (vəsiyyətnamə ilə keçən pay); X - 96/480 (atadan qalan pay, X vəfat etdiyindən, bu pay onun vərəsələrinə çatmalıdır) X – 80/480 (atadan qalan pay, X vəfat etdiyindən, bu pay onun vərəsələrinə çatmalıdır) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
54. Qətnamədən Cavabdeh Oqtay oğlu kassasiya şikayəti vermişdir.
55. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 28 fevral 2018-ci il tarixli 2(102)-1598/2018 nömrəli qərarı ilə (hakimlər: İ.Xələfov (sədrlik edən və məruzəçi), Q.Allahverdiyev, Ə.Şadiyev iş) X kassasiya şikayəti təmin edilərək, Bakı Apelyasiya Məhkəməsinin 12 oktyabr 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir.
56. Kassasya instansiyası məhkəməsi qəbul etdiyi qərarı onunla əsaslandırmışdır ki, miras qoyanın vəfat etdiyi məqamda X17, uşaqları-İddiaçı2, İddiaçı1, X, X, X, X və X vərəsə qalmışdır. Həmin vərəsələrdən heç biri 552-ci maddədə müəyyən olunmuş müddətdə və qaydada mirası qəbul etmələri barədə notariat orqanına müraciət etməmişlər. Yalnız 1993-cü ilin av qust ayında vərəsələrdən X və X mirası qəbul etmək üçün notariat orqanına müraciət etmiş (təxminən 3 il 8 aydan sonra) və onların adlarına 27 avqust 1993-cü il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.
57. Apellyasiya instansiyası məhkəməsi həmin şəhadətnaməni etibarsız sayarkən hesab etmişdir ki, miras əmlak olan evdə həmçinin vərəsələrdən X və İddiaçı2 qeydiyyatda olmaqla yaşamışlar və bu, onların məhkəmədə verdikləri izahatları ilə təsdiq olunur.
58. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin həmin hissədə gəldiyi nəticə səthi yoxlanılmış sübutlara – yalnız cavabdehin izahatına əsaslandığından mirasın adları göstərilən vərəsələr tərəfindən qanunla müəyyən olunmuş qaydada qəbul edilməsi nəticəsinə gəlmək üçün əsas verməmişdir.
59. Məhkəmə k ollegiyası mirası qəbul etmiş hesab etdiyi vərəsələrdən X və İddiaçı2 mübahisəli evdə nə vaxt yaşamalarını, mirası hansı qaydada qəbul etmələrini lazımınca araşdırmamışdır.
60. İş materiallarından görünür ki, X31 1990-cı ilin yanvar ayında ölmüş və həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 528-ci maddəsinin tələbinə müvafiq Cavabdeh öldüyü gündən vərəsəlik açılmışdır.
61. Hazırkı iş üzrə iddiaçılar İddiaçı2, İddiaçı1 və üçüncü şəxs X hazırkı iddia tələbləri ilə məhkəməyə yalnız 2017-ci ildə, təxminən 27 ildən sonra müraciət etmişlər.
62. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hazırkı mübahisəyə iddia müddəti tətbiq edilmədiyindən iddiaçıların iddia müddətini ötürmələri barədə nəticəyə gəlmək üçün əsaslar yoxdur.
63. Məhkəmə kollegiyası həmin nətic əyə gələrkən 01 sentyabr 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinə əsaslanmışdır.
64. Kollegiya qanunun həmin normasına əsaslanmaqla Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələbini pozmuşdur.
65. Belə ki, mirasın qəbulu ilə əlaqədar mübahisəli hüquq münasibəti 1990-cı ildə, bağışlama müqaviləsinin etibarsızlığı ilə əlaqədar hüquq münasibəti 1998-ci ildə yarandığından iddia müddətinin tətbiqinin mümkünlüyü məsələsi 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Mülki Məcəllənin müddəaları baxımından həll edilməli idi.
66. Həmin Məcəllənin 73-cü maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) üç il müəyyən edilir.
67. Həmin qanunun iddia müddətinin aid edi lmədiyi tələblərin dairəsini müəyyən edən 85-ci maddəsində vərəsəliklə bağlı mübahisələrə iddia müddətinin tətbiq edilməməsi nəzərdə tutulmamışdır.
68. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, miras əmlak iddiaçıların mülkiyyəti olmadığından qüvvədə olan Mülki Məcəllənin 384.0.4-cü maddəsinin qüvvəsi də hazırkı mübahisəyə iddia müddətinin aid edilməməsi nəticəsinə gəlmək üçün əsas verməmişdir.
69. İş materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni və bağışlama müqaviləsini etibarsız hesab edərkən həmin dövrdə qüvvədə olmuş Mülki Məcəllənin müvafiq normasına istinad etməmiş və həmin hissədə gəldiyi nəticəni də qanunun tələbləri baxımından əsaslandırmamışdır.
70. İş materiallarından görünür ki, iddiaçılar şəhadətnam ənin, bağışlama müqaviləsinin və s. hüquqi sənədlərin etibarsız sayılmasını tələb edərkən eyni zamanda miras əmlaka vərəsəlik hüquqlarının tanınmasını və miras əmlakdan paylarının müəyyən olunmasını tələb etmişlər.
71. Lakin işdən göründüyü kimi apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin ziddinə olaraq iş üzrə tərəf olmayan və eləcə də üçüncü şəxs qismində işə qoşulmayan vərəsələrin də paylarını müəyyən etməklə iddia tələblərindən kənara çıxmışdır. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
72. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 iyun 2018-ci tarixli qətnaməsi ilə (hakimlər N.Cəfərov (sədrlik edən və məruzəçi), V.Baxışova, V.Həsənov 2(103)-5530/2018) iddiaçılar X və İddiaçı1 apellyasiya şikayəti qismən və üçüncü şəx s X apellyasiya şikayəti təmin edilərək, Yasamal RayonMəhkəməsinin 12 may 2016- cı il tarixli qətnaməsi ləğv edilmiş, iddiaçılar X və İddiaçı1 X qarşı, üçüncü şəxslər 1X, 1X, AX və qeyriləri cəlb edilməklə “vərəsəlik hüququ haqqında şəhadətnaməsinin, həmin şəhadətnamə əsasında daşınmaz əmlakın reyestr xidmətində aparılmış reyest qeydiyyatının, bağışlanma müqaviləsinin, çıxarışın etibarsız hesab edilməsi, vərəsəlik hüququnun tanınması, miras əmlak üzərində payın müəyyən edilməsi barədə iddiası və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X cavabdehlər X İddiaçı1 və X qarşı vəsiyyətnamə üzrə vərəsəlik hüququnun tanınması və miras əmlak üzərində payın müəyyən edilməsi barədə iddiası rədd olunmuşdur.
73. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, miras qoyan X26 ölümündən sonra onun qanun üzrə bir neçə vərəsəsi olub, İddiaçı2 və İddiaçı1 miras qoyanın övladlarıdır, onlar da qanun üzrə vərəsələrin sırasına daxildir. İddiaçıların vərəsə olması faktı öz-özlüyündə evə hüquq yaratmır, hüququn yaranması üçün vərəsə mirası qəbul etməlidir, çünki qanuna görə qəbul edilmiş miras vərəsəyə məxsus hesab olunur (əvvəlki Mülki Məcəllə, maddə 552, hissə 6). Müəyyən olunur ki, İddiaçı2 və İddiaçı1 mirası qəbul etməyiblər. Belə ki, miras 03.01.1990cı ildə açılıb, lakin İddiaçı2 və İddiaçı1 həmin tarixdən sonra 6 ay ərzində, yəni 03.06.1990-cı ilədək olan müddətdə mirası qəbul etməyiblər. Mirasın açıldığı zaman (1990-cü ildə) qüvvədə olmuş Mülki Məcəllənin 552-ci maddəsinin 2-ci hissəsində mirasın qəbulunun 2 forması müəyyən edi lmişdir: 1) notariat orqanına mirası qəbulu barədə ərizə verilməsi; 2) vərəsənin miras əmlakı faktiki surətdə idarə etməyə başlaması və ya mirasa yiyələnməsi.
74. Müəyyən olunur ki, İddiaçı1 bu formaların heç birindən istifadə etməyib. Yəni 03.01.1990-cı ildən 03.07.1990-cı ilədək olan 6 aylıq müddət ərzində notariat kontoruna ərizə verməyib və ya mirası faktiki surətdə idarə etməyə başlama və ya mirasa yiyələnmə kimi hərəkətlər etməyib. İddiaçı1 özü də bildir k, atasının ölümündən sonra ümumiyyətlə evdə yaşamayıb.
75. Müəyyən olunur ki, digər İddiaçı2 da bu formaların heç birindən istifadə etməyib. Yəni 03.01.1990-cı ildən 03.07.1990-cı ilədək olan 6 aylıq müddət ərzində notariat kontoruna ərizə verməyib və ya mirası faktiki surətdə idarə etməyə başlama və ya mirasa yiyələnmə kimi hərəkət lər etməyib.
76. İddiaçı2 iddia edir ki, o, mirasın açılmasından sonra 2003-cü ilə kimi həmin evdə yaşamış, daha sonra başqa ünvana - ünvan 2vanına köçmüşdür. Bununla bağlı məhkəmə qeyd edir ki, vərəsənin miras evdə yaşaması faktı öz-özlüyündə mirasın qəbul edilməsi kimi qiymətləndirilə bilməz. Belə ki, evdən təbii ki, yaşayış sahəsinə olan ehtiyacın ödənilməsi üçün istifadə edilir, lakin inkar oluna bilməz ki, vərəsə mirasın açılmasından sonra evdə onu miras kimi qəbuletmək niyyəti olmadan yaşaya bilər. Mirasın açıldığı zaman qüvvədə olmuş Mülki Məcəllənin 552-ci maddəsinin 2-ci hissəsindəki “vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o,mir ası qəbul etmiş hesab olunur’’ müddəasından görünür ki, qanunverici “yaşama” və ya “istifadə etmə” kimi ifadələrdən deyil, “idarə etmə” və “yiyələnmə” ifadələrindən istifadə etmişdir. Bu ifadələrin fərqli hüquqi mənaları var. Belə ki, əmlakı idarə etməklə və ya əmlaka yiyələnməklə vərəsə əmlakı mülkiyyətinə qəbul etməsi barədə iradə ifadə edir. Bundan fərqli olaraq əmlakda yaşama və ya əmlakdan istifadə etmə zamanı vərəsə əmlakı mülkiyyətinə qəbul etməsi barədə iradə ifadə etmir, yaşayış sahəsinə olan ehtiyacını ödəmək niyyətində olması barədə iradə ifadə edir. Müqayisə üçün qeyd olunmalıdır ki, hazırda qüvvədə olan Mülki Məcəllə bu məsələni daha dəqiq tənzimləyir. Belə ki, həmin Məcəllənin 1243.2-ci maddəsində qeyd olunub: “Vərəsə... əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qə bul edilmiş sayılır”. Göründüyü kimi, bu maddədə “şəksiz nümayiş etdirmə ” ifadəsindən istifadə olunmuşdur. Bu isə o deməkdir ki, vərəsə əmlakı mülkiyyətinə qəbul etdiyini digər şəxslərə şəksiz nümayiş etdirməlidir, bunun üçün isə vərəsənin evdə yaşaması kifayət deyil, vərəsə evə sahiblik etməli, evi idarə etməli, evə yiyələnməlidir. Odur ki, bu kimi mübahisələrin həlli zamanı yalnız evdə yaşama faktına əsaslanmaqla mirasın qəbul edilməsi faktı müəyyən edilə bilməz, vərəsənin evi öz mülkiyyətinə qəbul etməsi barədə iradə ifadə edib-etmədiyi araşdırılmalıdır. İddiaçı2 belə iradə ifadə etməyib. Onun davranışında “evə sahiblik etmə”, “evi idarə etmə”, “evə yiyələnmə” əlamətləri müəyyən olunmur, o, atasının ölümündən sonra ata evini miras kimi qəbul etmək niyyəti olmadan orada müəyyən müddət y aşamış, sonra yeni mənzilə köçüb getmişdir.
77. Beləliklə, İddiaçı2 və İddiaçı1 mirası qəbul etmədiklərindən onların iddiaları əsassızdır. Mirasın açılmasından sonra ev digər vərəsələrin mülkiyyətinə keçib, ötən müddət ərzində evə dair müxtəlif əqdlər bağlanıb və müxtəlif sənədlər tərtib olunub, ev hazırda Cavabdeh mülkiyyətindədir. Hazırda evin yerləşdiyi ərazidəki tikililərin sökülməsi və buna görə kompensasiya ödənilməsi məsələsi gündəmə gəldiyinə görə iddiaçılar mirasın açılmasından 27 il sonra vərəsəlik barədə mübahisə qaldırıblar.
78. Üçüncü şəxsin iddiasına münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, üçüncü şəxsin iddiası vəsiyyətnaməyə əsaslanır. Həmin vəsiyyətnamə onun nənəsi (miras qoyan X26 arvadı) X tərəfindən 17.02.2015-ci il tarixində verilmişdir. Vəsiyyətnamədə qeyd ol unmuşdur ki, X özünə məxsus olan, harada yerləşməsindən və nədən ibarət olmasında asılı olmayaraq bütün daşmar və daşınmaz əmlakını üçüncü şəxs X vəsiyyət edir. Həmin vəsiyyətnamənin evə münasibətdə hüquqi qüvvəsi yoxdur. Belə ki, Mülki Məcəllənin 1166-cı maddəsindən görünür ki, fiziki şəxs öz əmlakını vəsiyyət edə bilər. Vəsiyyətnamənin verildiyi zaman və ya sonra ev X mülkiyyətində olmayıb. 11.12.2016-cı ildə X ölümündən sonra ev mirasın tərkibinə daxil olmayıb, çünki Mülki Məcəllənin 1151.1ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat
79. Qətnamədən iddiaçılar İddiaçı2, İddiaçı1, müstəqil tələb irəli sürən üçüncü şəx s X və X kassasiya şikayətləri vermişlər.
80. Azərbaycan Respublikası Ali Məhkəməsi mülki kollegiyasının (hakimlər Ə.Rüstəmov, M.Əhmədova və Ə.Nurməmmədov) 08 oktyabr 2018-ci il tarixli 2(102)6463/18 saylı qərarı ilə iddiaçıların və müstəqil tələb irəli sürən üçüncü şəxsin kassasiya şikayətləri qismən təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 06 iyun 2018-ci tarixli qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir.
81. Kassasiya instansiyası məhkəməsi qəbul etdiyi qərarı onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kolegiyasının 12 fevral 2018-ci il tarixli qərarında şərh edilən hallarla yanaşı, həmçinin göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsinin mirası qəbu l etmiş hesab etdiyi vərəsələrdən X və İddiaçı2 mübahisəli evdə nə vaxt yaşamaları mirası hansı qaydada qəbul etmələri yeni apellyasiya baxışında tam və hər tərfəli araşdırılmalıdır.
82. Lakin apellyasiya instnasiya məhkəməsi kassasiya məhkəməsinin qərarında şərh edilmiş iş üzrə dügün nəticəyə gəlmək üçün əhəmiyyət kəsb edən göstərişləri yerinə yetirməmişdir.
83. Məhkəmə iclas protokollarından görünür ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 işin yeni apellyasiya baxışında iştirak etsələrdə məhkəmə kollegiyası onların heç birinin izahatlarını dinləməyərək, nümayəndələri və vəkilləri Vəkil2 səthi dindirməklə kifayətlənmişdir.
84. Cavabdeh da özünü deyil, nümayəndəsi və vəkili Vəkil1 “Hər iki iddiaçının məlumatı olmuşdur ki, mübahisəli mülk əvvəlcə 1993-cü ildə anaları X və qardaşları X adına k eçmişdir. Vərəsələr paylarını pul qismində aldıqlarından susmuşlar” məzmunlu izahatı ilə kifayətlənmişdir.
85. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 69.1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Zəruri olduqda, məhkəmə izahat vermək üçün tərəfi şəxsən məhkəməyə çağırmaq hüququna malikdir.
86. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası işin həqiqi hallarının müəyyən edilməsi üçün mühüm əhəmiyyət kəsb etməsinə baxmayaraq, Cavabdeh və məkəmə iclasına gəlməmiş 3-cü şəxsləri çagırıb dindirməmişdir. Halbuki, məhkəmə kollegiyası özü də işin hərtəfli, tam və obyektiv araşdırması üçün cavabdehlərin məhkəmə iclasında iştiraklarının zəruri olması nəticəs inə gələrək, cavabdehlərin məhkəmə iclasında iştirakını təmin etmək məqsədi ilə məhkəmə iclasının davam etdirilməsini 16 may 2018-ci il tarixdən 06 iyun 2018-ci il tarixə təxirə salması barədə qərar qəbul etmişdir. Lakin məhkəmə iclasınına gəlməyən cavabdeh və üçüncü şəxslərə məhkəmə bildirişi göndərilməmiş, məhkəmə iclasına gəlmələrini zəruri hesab etməsinə baxmayaraq, məhkəmə kollegiyası 06 iyun 2018-ci il tarixdə yuxarıda göstərilən qətnaməni qəbul etmişdir.
87. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 383-cü maddəsinə əsasən apellyasiya icraatında bu Məcəllənin 22-ci fəsli ilə müəyyən edilmiş qaydada protokol yazılır.
88. Həmin Məcəllənin 271.1-271.1.2-ci maddələrinə əsasən məhkəmə iclasının və ya məhkəmədən kənar ayrıca prosessual hərəkətin protokolu işə baxmanın və ya ay rıca prosessual hərəkətin bütün mühüm anlarını əks etdirməlidir.
89. Yuxarıda qeyd olunduğu kimi iş üzrə 06 iyun 2018-ci il tarixdə qətnamə çıxarıldığı halda həmin tarixli, yəni 06 iyun 2018-ci il tarixli məhkəmə iclası protokolunda belə göstərilmişdir ki, “məhkəmə yerində müşavirə edərək, qərara alır: işin hərtərəfli, tam və obyektiv araşdırılması üçün cavabdehlərin məhkəmə iclasında kı iştirakı zəruri olduğundan, onun məhkəmə iclasında iştirakını təmin etmək məqsədiilə məhkəmə iclasının davam etdirilməsi 06.06.2018-cı il tarixə, saat 15:00-a təxirə salınsın.” Məhkəmə iclas protokolu 16 may 2018-ci il tarixdə tərtib edilmişdir.
90. Bundan əlavə, məhkəmə iclası protokolunda göstərilmişdir ki, üçüncü şəxs X məhkəməyə təqdim etdiyi izahatı mülki iş materiallarına əlavə edilmişdir. (iş v. 154 ) Lakin iş materiallarında üçüncü şəxs X izahatı yoxdur.
91. Apellyasiya instnasiyası məhkəməsinin İddiaçı2 mübahisəli miras evdə yaşasa da onun davaranışında “evə sahiblik” “evə yiələnmək” əlamətlərinin müəyyən olunmaması onun atasının ölümündən sonra ata evini miras kimi qəbul etmək niyyəti olmadan orada müəyyən müddət yaşaması və sonra yeni mənzilə köçüb getməsi və beləliklə mirası qəbul etməməsi barədə gəldiyi nəticə ilə bağlı məhkəmə kollegiyası aşagıdakıları qeyd edir.
92. Miras açılan vaxt qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək ba rədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur.
93. Məhkəmə kollegiyasının qənaətinə görə mirasın qəbulu dedikdə miras toplusunun miras qoyandan vərəsəyə keçməsini reallaşdırmaq üçün vərəsənin vərəsəlik hüququnu əldə etməyə razılığın əks etdirən müəyyən hərəkətləri həyata keçirilməsi başa düşülür. Mirasın qəbulu əslində elə hərəkətlər toplusundan ibarətdir ki, onun vasitəsi ilə vərəsə özünün miras əmlakı əldə etmək niyyətini bildirir, miras qoyanın vərəsəsi olmağa razılığını ifadə edir. Mirası əldə etmək üçün vərəsə ilk növbədə onu qəbul etməlidir. Yəni mirasın qəbulü üçün elə hərəkət etməlidir ki, onun mirası qəbul etmək niyyətini, istəyini ifadə etmiş olsun. Qanunvericiliyin qeyd olunan normasının məzmunundan göründüyü kimi, vərəsə mirası həm notariat orqanına ərizə verməklə, həm də faktiki qəbul edə bilər. Vərəsənin əmlaka sahiblik etməyə və əmlakı idarə etməyə faktiki başlamaqla, mirası faktiki qəbul etməsini təsdiq edən hallara vərəsənin müəyyən müddət ərzində miras qoyanın evində, mənzilində yaşaması, miras qoyanın borclarını ödəməsi, miras əmlakı saz vəziyyətdə saxlaması üçün onları təmirini həyata keçirməsi, habelə vərəsə mirasın qorunması barədə tədbirlər gördükdə, öz hesabına miras qoyanın vergi, sığorta, komunal və s borclarını ödədikdə mirası qəbul etmiş sayılır. Bu və bu kimi digər hərəkətlər həm vərəsənin özü tərəfindən, həm də onun tapşırığı ilə digər şəxslər tərəfindən vərəsənin adından həyata keçirilə bilər.
94. İddiaçı2 və 3-cü şəxslərin izahatlarından və işdə olan digər məlumatlardan görünür ki, İddiaçı2 1974-cü ildən atası X30 məxsus evdə ailəsi ilə birgə yaşamağa başlamış, atası miras qoyan Cavabdeh 01 yanvar 1990-cı ildə ölmüş, bundan sonra da İddiaçı2 həmin evdə ailəsi ilə birlikdə 2003-cü ildən yaşamışdır. İddiaçı2 kassasiya şikayətində qeyd olunlarla yanaşı onu da göstərmişdir ki, miras əmlakının bütün xərcləri onun tərfindən ödənilib, evin təmir işlərini aparmış, hər ailə öz yaşadığı hissəsinin təmirinə, təmizliyinə cavabdeh olmuş, umumi həyətin saxlanılması, xərclərin ödənilməsi onun öhdəsində olmuşdur.
95. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası işin qeyd olunan halları ilə bağlı iddiaçıları, cavabdehi, 3-cü şəxsləri dindirmədən və ümümiyyətlə araşdırma aparmadan qətnamə qəbul etdiyi üçün onun gəldiyi nəticə əsaslı sayıla bilməz.
96. Apellyasiya instnasiyası məhkəməsi iddiaçıların və 3-cü şəxs X iddia ərizələ rində mübahsiələndirdikləri vərəsəlik hüquqi haqqında şəhadətnamənin, qeydiyyat vəsiqələrinin, bağışlama müqaviləsinin, çıxarın etibarsız hesab edilməsi üçün əsasların olub-olmaması barədə dəlillərə və həmçinin apellyasiya şikayətinin dəlillərinə qiymət verməmişdir.
97. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.
98. İş materiallarında olan 17 fevral 2015-ci il tarixli vəsiyyətnamədəki vəsiyyət edən İsmət Cəlil qızının adından edilmiş imza ilə, 23 mart 1998-ci il tarixli bağışlama müqaviləsindəki İsmət Cəlil adından edilmiş imzalar biri digərindən əhəmiyyətli dərəcədə fərqlənən imzalardır. Bu hal qe yd olunan vəsiyyətnamə ilə bağışlama müqaviləsindəki imzaların hər ikisinin X tərəfindən icra edilməsində şübhə doğurur. Belə vəziyyətədə iş üçün əhəmiyyət kəsb etməsinə baxmayaraq, qeyd olunan bağışlama müqaviləsində və vəsiyyətnamədəki imzaların hər ikisinin X məxsus olub-olmamasını müəyyən etmək üçün zəruət olmasına baxmayaraq, apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə xətşünaslıq ekspertizası təyin edilməmişdir. 99. 01 sentyabr 2000-ci il tarixindək qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 78-ci maddəsinə, eləcə də hazırda qüvvədə olan Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır.
100. İddiaçıların və 3-cü şəxs X qeyd olunan vərəsəlik haqqında şəhadətnaməsinin qe ydiyyat vəsiqəsinin, çıxarın verilməsini və alqı-satqı müqaviləsinin bağlanmasını nə vaxt bilmələri və ya bilməli olduqlarını aydınlaşdırmamışdır.
101. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnamədə 3-cü şəxs X əri X mirası qəbul edib etməməsinə isə ümumiyyəttlə heç bir münasibət bildirməmiş, nəticədə maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Apelyasiya instansiyası məhkəməsindəki üçüncü icraat
102. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər Rafael Eyvazov (sədrlik edən və məruzəçi) Zaur Əliyev, Fuad Talışinski) 27 fevral 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayətlərinin qismən təmin olunması, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 iyun 2017-ci il tarixli, 2(004)- 4293/2017 saylı qətnaməsinin ləğv edilməsi, iddiaçı X və İddiaçı1 X qarşı “v ərəsəlik hüququ haqqında şəhadətnaməsinin, həmin şəhadətnamə əsasında daşınmaz əmlakın reyestr xidmətində aparılmış qeydiyyatın, bağışlanma müqaviləsinin, çıxarışın etibarsız hesab edilməsi, vərəsəlik hüququnun tanınması, miras əmlak üzərində payın müəyyən edilməsi” tələbinə dair iddiası, həmçinin müstəqil tələb irəli sürən üçüncü şəxs XX cavabdeh X, İddiaçı1 və X qarşı “vəsiyyətnamə üzrə vərəsəlik hüququnun tanınması, miras əmlak üzərində payın müəyyən edilməsi” tələbinə dair iddiasının təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsi qət edilmişdir.
103. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçılardan İddiaçı1 mirası nə notariat orqanına ərizə vermək yolu ilə, nədə ki, onu faktiki qaydada qəbul etməmişdir. İşin müəyyən olunmuş faktiki hallarına əsasən İddiaçı1 1982-ci ildən etibarən, eləcə də atasının ölümündən sonra ümumiyyətdə miras qalmış daşınmaz əmlakda yaşamamış (iddiaçı özü də bu halı mübahisələndirmir) və və onu faktiki qəbul etməmişdir.
104. Eyni zamanda, İddiaçı2 da atasının ölümündən sonra 6 ay müddət ərzində notariat orqanına mirasın qəbulu ilə bağlı müraciət etməmişdir. Lakin, həmin iddiaçının dəlili miras əmlakı faktiki qəbul etməsi ilə bağlıdır. Belə ki, İddiaçı2 iddia etmişdir ki, o miras əmlakı faktiki olaraq qəbul etmiş, atasının ölümündən sonra bir müddət (2003-cü ilədək) orada yaşamış, sonradan başqa ünvana köçmüşdür.
105. Qeyd edilməlidir ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yeti rilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri- müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir.
106. Vərəsənin miras qoyulmuş evdə yaşaması faktı özü-özlüyündə mirasın qəbul edilməsi kimi qiymətləndirilə bilməz. Çünki, qanunvericiliyin qeyd edilən tələblərinə əsasən «vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, mirası qəbul etmiş hesab olunur».
107. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır.
108. Konstitusiya Məhkəməsi mirasın faktiki qəbulu ilə bağlı 18.07.2014-cü il tarixli qərarında xüsusi olaraq göstərmişdir ki, mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etməkhüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun.
109. İddiaçı isə məh kəmə araşdırması zamanı mirası həqiqətən faktiki qəbul etməsinə dair məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir.
110. Bununla yanaşı, istər cavabdeh tərəfindən, istərsə də üçüncü şəxslərin izahatlarından və işdə olan sübatlardan görünür ki, iddiaçı tərəfin mirasın X və X tərəfindən qəbul edilməsindən və sonralar əmlakın özgəninikləşdirlməsindən elə həmin dövrdə məlumatlı olmuşlar. Bu səbəbdən də, həmin vaxtı mirasla bağlı mübahisə yaranmamışdır. Tərəflərin yaxın qohum olmaları (bacı-qardaş və onların uşaqları), uzun müddət yaxın münasibətlərdə olmaları və keçən müddət ərzində (27 il) işin qeyd edilən hallarından məlumatlı olmamaları sadə məntiqə sığmır.
111. Hətta, iddiaçı tərəf izahatlarında həmin dövrdə qohumları arasında mirasın qəbulu və özgəninkiləşdirilməsi ilə bağlı danışıqların getməsini təsdiq etmişlər, lakin analarının sağlığında, sonuncunun guya onlara bunun yalan olmasını deməsinə inanıb məsələni aydınlaşdırmadıqlarını göstərmişlər.
112. Məhkəmə kollegiyası hesab edir ki, həmin dövrdə mirasın qəbulu ilə bağlı məsələni dəqiqləşdirmək üçün iddiaçı tərəfə hər hansı hal mane olmamışdır. Lakin, üzərindən 27 il keçdikdən sonra iddiaçı tərəf mirasın qəbulu ilə bağlı məhkəməyə müraciət etməklə, müddəti də ötürmüşdür.
113. Kassasiya instansiyası məhkəməsinin yuxarıda qeyd edilən qərarında göstərildiyi kimi, 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Mülki Məcəllənin 73- cü maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) üç il müəyyən edilir. Həmin qanunun iddia müddətinin aid edilmədiyi tələblə rin dairəsini müəyyən edən 85-ci maddəsində vərəsəliklə bağlı mübahisələrə iddia müddətinin tətbiq edilməməsi nəzərdə tutulmamışdır. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, miras əmlak iddiaçıların mülkiyyəti olmadığından qüvvədə olan Mülki Məcəllənin 384.0.4-cü maddəsinin qüvvəsi də hazırkı mübahisəyə iddia müddətinin aid edilməməsi nəticəsinə gəlmək üçün əsas verməmişdir.
114. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, miras əmlak iddiaçılar Bağırova X20 və İddiaçı1 tərəfindən qanunla müəyyən olunmuş müddətdə və qaydada qəbul olunmadığından, həmçinin müddət ötürüldüyündən, sonuncuların iddia tələbləri təmin oluna bilməz (iddia miras əmlakın qəbulu hissəsində əsassız olduğundan, sonrakı tələblərin qanuniliyini araşdırmağa zərurət yoxdur). İddiaçıların hazırkı vaxtda tələb (subyektiv) hüquqları mövcud deyildir.
115. Bununla yanaşı məhkəmə kollegiyası hesab etmişdir ki, müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiası da tam əsassızdır.
116. Belə ki, işdə olan vəsiyyətnaməyə əsasən X həmin vəsiyyətnaməni 17 fevral 2015-ci ildə X vermişdir.
117. Vəsiyyətnaməyə əsasən - miras qoyan özünə məxsus olan, harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün daşınar və daşınmaz əmlakını X vəsiyyət etmişdir.
118. Məhkəmə kollegiyası hesab edir ki, vəsiyyətnamənin istər verildiyi tarixdə, istərsə də hazırki vaxtda mübahisə predmeti olan evə hüquqi qüvvəsi mövcud deyildir.
119. Çünki, vəsiyyətnamə verilərkən ev X məxsus olmamışdır (27 mart 1998-ci il tarixli bağışlama müqaviləsinə əsasən X bağışlamış və 14 may 1998-ci il tarixdə X adına mülkiyyət hüququnu bildirən qeydiyyat vəsiqəsi verilmişdir).
120. Hazırda qüvvədə olan Mülki Məcəllənin 1166-cı maddəsinin tələbinə görə isə fiziki şəxs öz əmlakını vəsiyyət edə bilər.
121. Həmin Məcəllənin 1151.1 -ci maddəsinin tələbinə görə mirasa miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
122. Göründüyü kimi, üçüncü şəxsin mübahisə predmeti olan evə dair tələb (subyektiv) hüquqları mövcud deyildir. İddiaçı tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir.
123. Bu səbəbdən də, üçüncü şəxsin vəsiyyətnamə verildikdən uzun müddət əvvəl evə dair bağlanmış bağışlama müqaviləsini mübahisələndirməkdə də tələb hüququ mövcud deyildir, iddia özü-özlüyündə əsassızdır.
124. Bu sə bəbdən də məhkəmə kollegiyası bağışlama müqaviləsində olan imzanın X məxsus olub-olmamasını yoxlamağı zəruri hesab etmir. Eyni zamanda, nəzərə alınmalıdır ki, müqavilə tərəfi olan X sağlığında əqdi mübahisələndirməmişdir. Halbuki, bağışlama müqaviləsinin bağlanmasından X vəfat etməsinədək 18 il müddət keçmişdir.
125. Göründüyü kimi, iddiaçı tərəf tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri hallan əsaslandıra və sübut edə bilməmişdir. Kassasiya instansiyası məhkəməsindəki üçüncü icraat
126. Qətnamədən iddiaçılar İddiaçı2, İddiaçı1 və müstəqil tələb irəli sürən üçüncü şəxs X kassasiya şikayətləri vermişlər.
127. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 18 sentyabr 2019cu il tarixli 2(102)-5666/19 saylı qərarı ilə (hakimlər: E.Vəliyeva (sədrlik edən və mərzə çı), Q.Əsgərov və T.Qoldman) iddiaçılar İddiaçı2, İddiaçı1 tərəfindən birgə və müstəqil tələb irəli sürən üçüncü şəxs X tərəfindən ayrıca verilmiş kassasiya şikayətləri qismən təmin edilmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 fevral 2019-cu il tarixli 2(103)-333/2019 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
128. Kassasiya instansiyası məhkəməsi qəbul etdiyi qərarı onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi yeni baxış zamanı Azərbaycan Respublikası Ali Məhkəməsinin 08 oktyabr 2018-ci il tarixli qərarında sadalanan göstərişlərin tam və hərtərəfli araşdırılmasını təmin etməmişdir. 129. şin apellyasiya instansiya məhkəməsində təkrar araşdırılması zamanı İddiaçı2 həyat yoldaşı X7 1982-ci ildən 2003-cü ilə kimi mübahisəli evdə yaşaması, 1983-cü ildən 2007-ci ilədək isə qeydiyyatda olması barədə 22 saylı MKİS-nin arayışları təqdim edilmişdir. Əvvəlki məhkəmə araşdırmaları zamanı da İddiaçı2 özünün 2003-cü ilə kimi faktiki olaraq həmin evdə yaşadığı, 24.12.1974-cü ildən 28.01.2011-ci il tarixədək qeydiyyatda olması, 3 övladının hələ də həmin ünvanda qeydiyyatda olduğu məhkəməyə təqdim edilən sənədlər və iş üzrə tərəflərin izahatları ilə təsdiq edilib.
130. Göründüyü kimi, 27 avqust 1993-cü il tarixdə mülkə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən şəhadətnamə almış digər iki vərəsə kimi İddiaçı2 da həmin evdə faktiki yaşayırdı və mirası idarə edirdi. Lakin digər iki vərəsənin notariat orqanına yazdığı 26.08.1993-cü il tarixli ərizələrdə İddiaçı2 da mirası faktiki qə bul edən vərəsə olduğu qeyd edilməmiş və notarius digər vərəsələrin olması barədə müvafiq sübutlar (qeydiyyatda olanlar barədə arayış) tələb etmədən 1 gün ərzində X və X qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir.
131. Məhkəmə kollegiyası təkrarən vərəsənin miras qoyulmuş evdə yaşaması faktının özüözlüyündə mirasın qəbul edilməsi kimi qiymətləndirilə bilməməsi barədə apellyasiya məhkəməsinin gəldiyi qənaətlə razılaşmayaraq qeyd edir ki, mirasın açıldığı zaman qüvvədə olmuş Mülki Məcəllənin 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanı na mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur.
132. İddiaçı2 atasının vəfatından keçən 6 ay ərzində mübahisəli evdə yaşamaqla onu qəbul etməsi iş üzrə müəyyən edildiyindən və qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunduğundan, onun tərəfindən vərəsəlik şəhadətnaməsinin vaxtında rəsmiləşdirilməməsi bu mirasa qarşı hüququn itirilməsi üçün əsas ola bilməz.
133. Oxşar yanaşma mirasın açıldığı zaman qüvvədə olmuş Azərbaycan SSR Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən vərəsəlik qanununun tətbiq edilməsinin bəzi məsələləri haqqında 28.09.1979-cu il tarixli 5 nömrəli qərarının 10-cu bəndində də qeyd edilmişdir. Həmin bənddə əsasən miras qanunun tələbinə əsasən qəbul olunmuşsa, lakin vərəsəlik şəhadətnaməsi vaxtında rəsmiləşdirilməmişsə, bu, mirasa qarşı hüququn itirilməsi üçün əsas hesab edilə bilməz.
134. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçıların miras əmlakda yaşamaları ilə mirası faktiki qəbul etmə hallarına diqqət yetirməyərək işin bu halına mülki qanunvericiliyin tələblərinə uyğun düzgün hüquqi qiymət verməmişdir. 1
35. Kollegiya hesab edir ki, vərəsəlik hüququ haqqında şəhadətnamənin, eləcə də həmin şəhadətnamə əsasında verilmiş çıxarışın ləğvi məsələsi həll edilərkən ilk növbədə iddia qaldırmış şəxsin (o cümlədən digər qanuni vərəsələrin) miras əmlakı qəbul edibetməmələri (rəsmi və ya faktiki) faktı müəyyən olunmalıdır. Burada diqqətə alınmalı məqam isə ondan ibarətdir ki, Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququna verilmiş təminat vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin qorunmasına və gələcəkdə hər hansı vərəsənin qanuni əsaslarla qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəlmişdir. Başqa sözlə, mirasın faktiki qəbulu məsələsi həll edilərkən sosial ədalətlilik və mütənasibli k prinsipi rəhbər tutularaq tərəflərin hüquqları arasında ədalətli balans qurulmalı, hər hansı fərdin üzərinə əlavə yük qoyulmamalı, eləcə də tərəflərdən hər hansı birinin mülkiyyət hüququ əsassız məhdudlaşdırılmamalıdır
136. Kollegiya qeyd edir ki, qanunvericiliyə əsasən miras əmlakının faktiki surətdə qəbul olunması dedikdə, vərəsə tərəfindən miras əmlaka münasibətdə müxtəlif hərəkətlərin məcmusu anlaşılmalıdır. Vərəsənin miras evdə yaşaması da həmin hərəkətlərdən biri kimi qiymətləndirilir və buna görə də həmin halın mövcud olması şəraitində mirasın faktiki surətdə qəbul edilməməsi haqqında nəticə kifayət qədər əsaslı hesab oluna bilməz
137. Məhkəmə kollegiyası daha sonra hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin tərəflərin yaxın qohum olmaları (bacı-qardaş və onların uşaqlar ı), uzun müddət yaxın münasibətlərdə olmaları və keçən müddət ərzində (27 il) işin qeyd edilən hallarından məlumatlı olmamalarının sadə məntiqə sığmamasına dair nəticəsi ehtimallara əsaslanmaqla, iddiaçıların vərəsəlik şəhadətnaməsi və bağışlama müqaviləsindən məlumatlı olmasını təsdiq edən heç bir konkret sübuta söykənmir
138. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır, eləcə də tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılır
139. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “E.Həkimovun şi kayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə Məhkəmə kollegiyasının 06.11.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 03.11.2008-ci il tarixli qərarında hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, “Əvvəlki MM-nin 78-ci maddəsinə əsasən iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. Əvvəlki MM-nin 77-ci maddəsi iddia müddətləri ilə bağlı məsələlərin həllini t ərəflərin iradəsindən asılı olmayaraq birbaşa məhkəmənin səlahiyyətinə aid edir, 82-ci maddəsi isə iddia qaldırılana qədər bu müddətin keçməsini iddianı rədd etmək üçü əsas kimi müəyyənləşdirirdi. Sadalanan normalar, həmçinin iddia müddətinin axımının başlanğıcının düzgün müəyyən edilməsinin tərəflərin hüquq və qanuni mənafelərinə təsiri məhkəmənin bu anı yalnız mötəbər sübutlara əsaslanmaqla təyin etməsi zərurətini ortaya çıxarır.
140. İddiaçıların nə vərəsəlik şəhadətnaməsinin rəsmiləşdirilməsi zamanı vərəsə olmaları barədə məlumatın verilməməsi, nə də 1998-ci ildə bağışlama müqaviləsi zamanı həmin evdə qeydiyyatda olmalarına baxmayaraq, İddiaçı2 və onun ailə üzvlərinin bağışlamaya razılığının alınmaması iddiaçının bu faktlardan məlumatlı olması qənaətinə gəlməyə əsas vermir. İddiaçıları n işin faktiki hallarından çoxdan məlumatlı olması, onunla razılaşması, susması, 2003- cü ildə paya uyğun müəyyən pul məbləği alaraq evdən çıxaması barədə cavabdehin bildirdikləri isə heç bir konkret sübutlara əsaslanmır. Belə olan halda, sadəcə baş vermiş hadisələrdən 27 il keçməsi əsası ilə iddiaçıların qeyd edilən hallardan məlumatlı olması qənaətinə gəlinməsi və iddia müddətinin keçməsinə görə iddianın rədd edilməsi barədə gəlinən nəticə yuxarıda qeyd olunan maddi hüquq normalarına uyğun olmamışdır.
141. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək həmçinin hesab edir ki, apellyasiya instansiyası məhkəməsi X 17 fevral 2015-ci il tarixdə X verdiyi vəsiyyətnamə ilə bağlı dəlillər üzrə də tam araşdırma aparmayaraq 27 mart 1998-ci il tarixli bağışlama müqav iləsinə əsasən X bağışlanmasına və 14 may 1998-ci il tarixdə X adına mülkiyyət hüququnu bildirən qeydiyyat vəsiqəsi verilməsinə istinad edərək vəsiyyətnamə verilərkən evin X məxsus olmaması, vəsiyyətnamənin istər verildiyi tarixdə, istərsə də hazırki vaxtda mübahisə predmeti olan evə hüquqi qüvvəsi mövcud olmaması kimi nəticələri əsaslı olmamışdır.
142. Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən vəsiyyətnamə üzrə obyektiv və qanuni hüquqi qiymət 1993-cü ildə verilmiş qanun üzrə vərəsəlik şəhadətnaməsinin qanuniliyinə düzgün hüquqi qiymət verilməsindən daha çox, 1998-ci ildə bağlanmış bağışlama müqaviləsinin qanuniliyinə qiymət verilməsindən tam asılıdır və belə olan halda hazırki iş üzrə iddiaçıların və müstəqil tələb irəli sürən 3-cü şəxsin bağışlama müqaviləsinin etibarsız hesab edil məsi ilə bağlı tələbləri əsaslı sayıldığı və təmin olunduğu halda miras əmlakın X məxsus hissəsinə münasibətdə vəsiyyətnamə hüquqi qüvvəsini alacaqdır.
143. İddia tələblərinin bu hissəsi ilə bağlı isə dəlillər bağışlama müqaviləsindəki imzanın X məxsus olmaması barədədir və sonuncu kassasiya instansiya məhkəməsinin qərarında apellyasiya instansiyası məhkəməsi tərəfindən bu şübhəli halın yoxlanılması üçün məhkəmə xətşünaslıq ekspertizasının təyin edilmədiyi iradı göstərilmişdir.
144. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, həmçinin qanun üzrə şəhadətnamə vermiş notariusun hərəkətlərinin qanuniliyinə, bağışlama müqaviləsi ilə bağlı dəlillərə (X 27 mart 1998-ci il tarixli bağışlama müqaviləsi bağlamaması, imzanın saxtalaşdırılması) hüquqi qiymət verilməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, apellyasiya şikayətlərinin dəlillərinə eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verilməlidir. Apelyasiya instansiyası məhkəməsindəki dördüncü icraat
145. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-191/2021 nömrəli iş üzrə 26 yanvar 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər: E.Kazımov (sədrlik edən və məruzəçi), A.İsgəndərov və İ.Kərimli) iddiaçılar X və İddiaçı1 birgə, müstəqil tələb irəli sürən üçüncü şəxs X tərəfindən ayrı verilmiş apellyasiya şikayə tləri qismən təmin edilmiş, hazırki iş üzrə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 iyun 2017-ci il tarixli, 2(004)4293/2017 saylı qətnaməsi ləğv edilmiş, iddiaçılar X və İddiaçı1 və müstəqil tələb irəli sürən üçüncü şəxs X iddiaları qismən təmin edilmiş, Mərhum X21 miras qalmış xxxx saylı fərdi yaşayış evinə (keçmiş xxx) dair 27 avqust 1993-cü il tarixdə 19 saylı Dövlət Notariat kontorunda 4 k-H-95 nömrə ilə qeydə alınmış vərəsəlik hüququ haqqında şəhadətnamənin, şəhadətnamə əsasında verilmiş 03.09.1993-cü il tarixli qeydiyyat vəsiqələrinin, 27.03.1998-ci il tarixli bağışlanma müqaviləsinin, 14.05.1998-ci il tarixli, 143251 nömrəli qeydiyyat vəsiqəsinin, 20.11.2015-ci il tarixli, ******* №-li çıxarışın etibarsız hesab edilməsi, Mərhum X21 miras qalmış xxx saylı fərdi yaşayış evinə (keç miş xxx) X (atası mərhum X qanun üzrə vərəsəlik qaydasında çatası paya görə) 1/3 hissədə, X1/3 hissədə və X (qanun üzrə vərəsə X çatası paya görə vəsiyyət üzrə vərəsəlik qaydasında) 1/3 hissədə vərəsəlik hüquqlarının tanınması və paylarının müəyyən edilməsi qət edilmişdir.
146. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, hazırki iş üzrə, İddiaçı2 və müstəqil tələb irəli sürən üçüncü şəxs X iddialarının faktiki əsası(faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmamışdur.
147. Əvvəla, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prose ssual hüquq normalarına uyğun çıxarılmalıdır (MPM. mad. 217.2). Miras qoyan X31 03 yanvar 1990-cı il tarixdə ölmüşdür. Demək qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin dövrdə Azərbaycan SSR-in 1964-cü ildə qəbul edilmiş Mülki Məcəlləsi qüvvədə olmuşdur. Həmin Məcəllənin 552-ci maddəsində göstərilir ki, mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakı faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində e dilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. İddiaçı2 1974-cü ildən mübahisəli miras evdə 2003-cü ilədək yaşamışdır. Bu fakt işin mübahiəsələndirilməyən halına çevrilmiş, yəni cavabdeh də bu faktı təkzib etmir. Cavabdehin mübahisələndirdiyi hal isə odur ki, mübahisəli miras əmlakın 1993-cü ildə atası və nənəsi tərəfindən öz adlarına rəsmiləşdirərkən İddiaçı2 və digər şəxslərin bundan məlumatı olmuşdur. Lakin cavabdeh tərəfin bu dəlilləri əsassızdır. Çünki, cav abdehin mərhum atası X və nənəsi X miras əmlakı qəbul edərkən özündən başqa vərəsələrin olması barədə notariat orqanına ərizə verərkən bu barədə məlumat verməmiş, yəni digər vərəsələrin olduğunu gizlətmişlər(bax.cild.1.iş.v.47-48). Notariat orqanı isə digər vərəsələrin olduğunu müəyyən etmədən miras əmlaka dair yalnız onlara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Buna görə İddiaçı2 miras açıldığı vaxtdan sonra 13 il ərzində həmin evdə ailəsi ilə birlikdə yaşamaqla miras əmlakı faktiki qəbul etməsi təsdiq olunur. Başqa sözlə, İddiaçı2 mirası qəbul etməsi üçün mütləq notariat kontoruna müraciət etməsi məcburi şərt olmamışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun qətnamə ç ıxarmaq əvəzinə, hazırda qüvvədə olan Mülki Məcəllənin vərəsiləklə bağlı normalarına istinad edərək maddi hüquq normalarının tələblərini də pozmuşdur.
148. Buna baxmayaraq, iddiaçılardan İddiaçı1 miras əmlakı qəbul etməsi öz təsdiqini tapmamışdır. Belə ki, İddiaçı1 miras açıldıqdan sonra nə notariat kontoruna ərizə vermiş, nədəki mirası faktiki surətdə idarə etməyə başlama və ya mirasa yiyələnmə kimi hərəkətləri olmamışdır. Bu halların mövcudluğunu İddiaçı1 özü də iddia etmir. Bu cür vəziyyətdə İddiaçı1 münasibətdə iddia əsaslı sayıla və təmin edilə bilməz.
149. Apellyasiya instansiyası məhkəməsi, cavabdeh tərəfin iddia müddətinin tətbiqi barədə ərizəsi üzrə qeyd edir ki, İddiaçı2 miras əmlaka dair nə vərəsəlik şəhadətnaməsinin rəsmiləşdirilməsi zamanı vərəsə olması barədə, nədə cavabdehin sonradan mübahisəli evi öz adına keçirməsi zamanı məlumatların verilməməsi iddiaçının bu faktlardan məlumatlı olması qənaətinə gəlməyə əsas vermir. Qeyd olunduğu kimi cavabdeh də bu halı heç vaxt mübahisələndirməmişdir. Sadəcə baş vermiş hadisələrdən 27 il keçməsi əsası ilə iddiaçının qeyd edilən hallardan məlumatlı olması qənaətinə gəlinməsi və iddia müddətinin yaxud kəsici müddətin keçməsinə görə iddianın rədd edilməsi barədə gəlinən nəticə də maddi hüquq normalarına uyğun olmamışdır.
150. Bununla yanaşı, əvəzəedilən əşyadan fərqli olaraq əvəzedilməz əşyanı etibarsız əqd əsasında qarşı tərəf əldə etdiyi halda həmin əşyaya mülkiyyət hüququ ona keçmir. Bu vəziyyətdə əşyaya mülkiyyət hüququ elə mülkiyyətçinin özündə qaldığına görə, o, özünün mülkiyyət hüququna istinad edərək qanunsuz sahib dən hər hansı bir müddət daxilində deyil, müddətsiz olaraq öz əşyasını tələb edə bilər. Yəni, etibarsız əqd əsasında edilən icra hərəkətləri nəticəsində verilən əşya mülkiyyət hüququna əsaslanaraq müddətsiz geri tələb edilə bilər
151. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, hazırki iş üzrə də müstəqil tələb irəli sürən Rəşad Babayevin iddiası vəsiyyətnaməyə əsaslanır. Həmin vəsiyyətnamə ona nənəsi İsmət Cəlil qızı tərəfindən 17.02.2015-ci ildə verilmişdir. Belə ki, həmin vəsiyyətnamə ilə İsmət Cəlil qızı ona məxsus olan, harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün daşınar və daşınmaz əmlakını nəvəsi X vəsiyyət etmişdir. Həmin vəsiyyətnamənin hazırkı miras əmlaka münasibətdə hüquqi qüvvəsi mövcuddur. Başqa sözlə miras əmlakdan qanun üzrə vərəsəlik qayd asında mərhum X çatacaq pay üzrə, sonuncudan vəsiyyət üzrə vərəsəlik qaydasında, yəni qeyd olunan vəsiyyətnaməyə əsasən X vərəsəlik payı müəyyən edilməlidir. Belə ki, mərhum X adından 27 mart 1998-ci ildə bağlanmış bağışlama müqaviləsi etibarlı əqd hesab edilə bilməz. Çünki, sonuncunun cavabdehə miras əmlakdakı payını bağışlaması öz təsdiqini tapmır. Bu hal apellyasiya baxışı zamanı keçirilmiş ilkin və təkrar məhkəmə xətşünaslıq ekspertizalarının rəyləri də təsdiq olunur. Belə ki, həmin rəylərdə 27 mart 1998-ci il tarixli bağışlama müqaviləsindəki imzanın İsmət Cəlil qızı təXşqa şəxs tərəfindən icra olunduğu müəyyən edilmişdir. Göründüyü kimi, həm İddiaçı2 qanun üzrə vərəsəlik hüququ əsasında faktiki olaraq qəbul etdiyi, həmçinin vəsiyyət üzrə vərəsəlik hüququ əsasında vəsiyyət edilmiş mir as əmlak olan mübahisəli evin etibarsız əqd əsasında mülkiyyət hüququnun tam olaraq əvvəlcə cavabdehin atasının və nənəsinin adına, daha sonra isə əvəzsiz əqd əsasında cavabdehin adına qeydə alınması həmin ev üzərində tam etibarlı mülkiyyət hüququnu yaratmadığı üçün bu cür qeydiyyat da əsassızdır. Çünki, qeyd olunduğu kimi İddiaçı2 vərəsə kimi miras açıldığı vaxtdan həmin evdə yaşayıb mirasa sahiblik edib onu idarə etməklə faktiki olaraq mülkiyyət hüququ əldə etmiş, eyni zamanda X da özünə məxsus bütün daşınar və daşınmaz əmlakını X vəsiyyət etmişdir.
152. Beləliklə, 27 mart 1998-ci il tarixli bağışlama müqaviləsinin etibarsız müqavilə hesab edilməsi nəticəsində X həmin miras əmlakdakı qanun üzrə vərəsəlik hüququ əsasında ona çatası payı vəsiyyət üzrə vərəsəlik hüququ əsasında üçüncü şəxs X aid edilməli və həmin hissədə, yəni üçdə bir hissədə onun vərəsəlik hüququ tanınmaqla payı müəyyən edilməlidir.
153. Məhkəmənin tələblə bağlı olması prinsipi onu iddiaçının iddia tələbinin termin olaraq hansı hərfi mənanı ifadə etməsindən asılı etməməlidir. Belə ki, məhkəmənin tələblə bağlı olması prinsipi onun iddiaçının istədyindən çoxunu yaxud istədiyindən başqa bir tələbi təmin etməyəcəyi ilə bağlıdır. Ona görə də iddia edənin istəyinin nə olması təkcə iddia ərizəsinin nəticə hissəsindəki termin və sözlərin hərfi mənasına görə deyil, bütövlükdə iddia ərizəsinin məzmunu əsas götürülməklə iradə ifadəsinin həqiqi mənasına görə müəyyənləşdirilməlidir. Məhkəmənin yalınz tələbə bağlılıq prinsipini əsas götürüb bu cür iddiaları rədd etməsi isə məhkəmə müdafiəsi ilə bağlı konstitusion prinsi plərə zidd olmaqla yanaşı, həm ədaləti təmin etmir, həm də açıq-aşkar prosessual qənaət prinsipinə ziddir. Apellyasiya baxışı zamanı da İddiaçı2 və müstəqil tələb irəli sürən üçüncü şəxs X həqiqi istəyinin əsas tələbdən asılı olduğuna görə qeyd olunan tələblərin, yəni vərəsəlik hüququ haqqında şəhadətnamənin, həmin şəhadətnamə əsasında dövlət reyestrində aparılmış qeydin, bağışlama müqaviləsinin və reyestr çıxarışının etibarsız hesab edilməsi, vərəsəlik hüququnun tanınması və miras əmlak üzrəində paylarının müəyyən olunmasına nail olmaq olduğu müəyyən edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
154. X kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
155. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli miras əmlakın 1993cü ildə X və X adına rəsmiləşdirilməsindən, o cümlədən həmin əmlakın sonradan 1998-ci ildə X bağışlanmasından İddiaçı2 və digər vərəsələrin məlumatı olmuşdur.
156. Bundan başqa Yasamal Rayon İcra Hakimiyyəti MKTB tərəfindən verilmiş 29.11.2017-ci il tarixli arayışlarda İddiaçı2, İddiaçı1 və X2 paylarını aldıqları üçün mübahisə predmeti olan evdən qeydiyyatdan çıxdıqları göstərilmişdir.
157. Apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
158. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) M əhkəmə icraatı iştirakçılarının izahatları
159. İddiaçı X və vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
160. İddiaçı1 və müstəqil tələb irəli sürən üçüncü şəxs X məhkəmə iclasında vəkilsiz iştirak etdiklərindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 67-ci maddəsinə əsasən onların izahatları dinlənilməmişdir.
161. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər tərəflər hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri
162. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
163. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətna mənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
164. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
165. Hazırkı kassasiya şikayətində iş üzrə X apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğv ini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Azərbaycan SSR-in 1964-cü ildə qəbul edilmiş Mülki Məcəlləsi
166. Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bi lərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur (maddə 552) Mülki Prossesual Məcəllə
167. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)
168. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)
169. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
170. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. (maddə 106.1)
171. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)
172. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)
173. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
174. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
175. Mübahisəli miras əmlakın 1993-cü ildə X və X adına rəsmiləşdirilməsindən, o cümlədən həmin əmlakın sonradan 1998-ci ildə X bağışlanmasından İddiaçı2 və digər vərəsələrin məlumatlı olması barədə kassasiya şikayətininin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarınd a bu halı təsdiq edən heç bir mötəbər sübut yoxdur.
176. Bundan başqa iş materiallarından görünür ki, kassatorun istinad etdiyi Yasamal Rayon İcra Hakimiyyəti MKTB tərəfindən verilmiş 29.11.2017-ci il tarixli arayışlarda kassatorun qeyd etdiyi kimi İddiaçı2, İddiaçı1 və X2 paylarını aldıqları üçün mübahisə predmeti olan evdən qeydiyyatdan çıxmaları barədə məzmunda ifadə yoxdur. Əksinə həmin arayışda sonuncuların mübahisə predmeti olan evdə qeydiyyata olduqları tarix göstərilmişdir.
177. Ona görə də həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
178. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
179. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh X tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-191/2021 nömrəli iş üzrə 26 yanvar 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.