Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3593/2021 19.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər X1 və X qarşı iş üzrə QƏRARİ Açar sözlər: eqdin etibarsızlığı, çıxarışın və icarə müqaviləsinin ləğvi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3357/2020 nömrəli iş üzrə 12 mart 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 19 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materialları ilə müəyyən olunur ki, hədiyyə verən İddiaçı ilə hədiyyə alan X5 arasında bağlanmış 14.02.2019-cu il tarixli daşınmaz əmlakın bağışlaması müqaviləsinin ilə hədiyyə verən ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 87.8 kv/m, yaşayış sahəsi 56.8 kv/m, yardımçı sahəsi 31 kv/m olan 3 otaqlı fərdi yaşayış evinin tam mülkiyyət üzrə ona məxsus hissəsindən 87.8 kv.m 3 otaq hissəsini qardaşı oğlu olan hədiyyə alana bağışlamışdır. Həmin müqaviləyə əsasən həmin ünvana aid 0.05465 ha torpaq sahəsi İddiaçı mülkiyyətində qalmışdır.
2. Həmçinin iş materiallarından görünür ki, İddiaçı ilə X7 15.05.2005-ci il tarixdə nikahlarını bağlamışlar.
3. İş materiallarında olan X2 7 saylı notariat ofisinə ünvanladığı ərizədən gö rünür ki, o, ünvan 1 ünvanda yerləşən evin X1 bağışlamasına etiraz etmədiyini bildirmişdir.
4. İş materiallarında olan icarəyə verən İddiaçı ilə icarəçi X5 arasında bağlanmış 14.02.2019-cu il tarixli icarə müqaviləsidən görünür ki, həmin müqavilə icarəyə verənin ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 0.05465 ha torpaq sahəsinin 13.02.2099-cu il tarixədək icarəçiyə icarəyə verməsi haqqında bağlanmışdır.
5. İş materiallarında olan X2 7 saylı notariat ofisinə ünvanladığı ərizəsinin surətindən görünür ki, o, ünvan 1 ünvanda yerləşən torpaq sahəsinin X1 icarəyə verilməsinə etiraz etmədiyini bildirmişdir.
6. İş materiallarında olan kassa mədaxil orderlərinin tərcümə edilmiş surətlərindən görünür ki, X tərəfindən 10.04.2007-ci il tarixdən 17.08.2007-ci il tarixədək bank vasitəsi ilə 88600 ABŞ doll arı X və onun arvadı X göndərilmişdir.. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehlər X1 və X qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh1 arasında 14 fevral 2019- cu il tarixdə ünvan 3-a dair bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, həmin ünvanda yerləşən sahəsi 0.05465 ha torpaq sahəsinə dair icarə müqaviləsinin və həmin müqavilə əsasında Cavabdeh1 adına verilmiş Dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
8. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 atası X9 ona qarşı məhkəmədə iddia qaldıraraq xxx saylı bağı mübahisəndirmişdir. İşə baxan zaman onlar öz aralarında razılığa gəlmişlər və X9 ərizəni baxılmamış saxlanılmasını xa hiş etmişdir və o, da buna etiraz etməmişdir. X4 ərizəsi baxılmamış saxlanıldıqdan sonra onlar notariat ofisinə gəlmişlər və ona yazılı formada ərizə təqdim etmişdir ki, ünvan 2 ünvanda yerləşən bağ evinin onun razılığı ilə X14 ona satıb və buna qarşı heç bir iddiası yoxdur. Gələcəkdə də heç bir tələbi və iddiası olmayacaq. Həmin ərizə 22 dekabr 2018-ci il tarixdə 5 saylı Bakı ”ASAN xidmət “ mərkəzində notariat ofisin notariusu tərəfindən təstiq edilmişdir. Əvəzində o, özünə məxsus ünvan 3 ünvanda yerləşən mülkü X3 bağışlamalı idi. Özünü sığortalamaq məqsədi ilə X yazdığı ərizəni vəkilə göstərmişdir. Vəkil bildirmişdir ki, ərizənin heç bir hüquqi nəticəsi yoxdur və rəsmi qaydada məhkəmədə iddiadan imtina etmiş olsa onda o, arxayın ola bilər. X4 təşəbbüsü ilə yenidən məhkəməyə iddia ilə mür aciət olunmuşdur. Sonradan o, iddiadan imtina etdiyini və iş üzrə icraata xitam verməyini xahiş etmişdir. 22 yanvar 2019-cu ul tarixdə Xəzər rayon məhkəməsi tərəfindən bu haqda qərardad qəbul etmişdir. Qərardad qanuni qüvvəyə minəndən sonra 14 fevral 2019-cu il tarixdə o, özünə məxsus ünvan 3 ünvanda yerləşən mülkü X iştirakı ilə onun oğlu Cavabdeh1 bağışlamışdır və həmin ünvanda yerləşən sahəsi 0.05465 ha torpaq sahəsinə dair icarə müqaviləsi bağlanmışdır. Müqavilələr X təsdiqlənmişdir. Sonradan müəyyən etmişdir ki, X9 10.06.2019-cu il tarixdə yenidən məhkəməyə ərizə ilə müraciət etmiş və 30 iyul 2019-cu il tarixli qətnaməsi ilə onun iddiası qismən təmin edilmişdir. X8 ilə onun arasında bağlanmış AN-İ № ******* saylı, 19 oktyabr 2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi et ibarsız hesab edilmişdir. Azərbaycan Respublikası ƏMDK yanında Daşımnaz Əmlakın Dövlət Reyesti Xidməti tərəfindən verilmiş RX seriyalı ******* saylı şıxarış ləğv edilmişdir. Bakı şəhəri, Mərdəkan qəsəbəsi, 937B saylı bağ evinin alınması məqsədi ilə ödənilmiş 105000 ABŞ dolları məbləğində pul vəsaiti cavabdehlər X8 ilə İddiaçı alınaraq iddiaçı X6 ödənilməsi qət edilmişdir. Başa düşmüşdür ki, aldanmışdır. X9 ünvan 2 ünvanda yerləşən bağ evinə qarşı heç bir iddiası olmamasını, gələcəkdə də heç bir tələbi və iddiası olmayacağını bildirməsəydi o, öz mülkünü onun oğlu Cavabdeh1 bağışlamazdır. X9 onu aldadaraq mülkünə sahib olmuşdur. Bu səbəbdən məhkəməyə müraciət edib bağlanmış bağışlama müqaviləsinin etibarsız sayılmasını tələb etməli olmuşdur.
9. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-334 8/19 saylı 22 noyabr 2019-cu il tarixli qətnaməsi ilə (S.Bəhrəmzadə) İddiaçı cavabdehlər X1 və Bakı şəhəri 7 saylı notariat kontoruna qarşı onunla Cavabdeh1 arasında 14 fevral 2019-cu il tarixdə ünvan 3a dair bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, dövlət reyestrindən çıxarışın və həmin ünvanda yerləşən 0.05465 ha torpaq sahəsinə dair Cavabdeh1 ilə bağlanmış icarə müqaviləsinin ləğv edilməsi tələbinə dair iddiası təmin edilməmişdir.
10. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, mübahisəli daşınmaz əmlaklarla bağlı cavabdehlə iddiaçı arasında notarial qaydada təsdiq olunmuş daşınmaz əmlakın bağışlama müqaviləsi bağlanmışdır. Həmin vaxt qanunvericiliyin pozulması halı məhkəmə iclasında müəyyən edilməmişdir.
11. Məhkəmə öz mövqeyini Az ərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 324.4, 339, 421, 666.1, 666.2, 668.1.1, 670.1,, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir.
13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3357/2020 nömrəli iş üzrə 12 mart 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər T.Səmədov (sədrlik edən və məruzəçi), İ.Şirinov və E.Kazımov) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hazırkı iş üzrə 22 noyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
14. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, mübahisəli daşınmaz əmla klarla bağlı cavabdehlə iddiaçı arasında notarial qaydada təsdiq olunmuş daşınmaz əmlakın bağışlama müqaviləsi bağlanmışdır. Həmin vaxt qanunvericiliyin pozulması halı məhkəmə iclasında müəyyən edilməmişdir.
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
16. Həmin Məcəllənin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur
17. Həmin Məcəllənin 666.2-ci maddəsinə əsasən bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər.
18. Həmin Məcəllənin 668.1.1-ci maddəsinə əsasən daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlaması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiq edildikdə etibarlıdır.
19. Həmin Məcəllənin 670.1-ci maddəsinə əsasən bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər
20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 19 dekabr 2012-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsində nəzərdə tutulan bağışlama müqaviləsi əvəzsiz ikitərəfli müqavilə olmaqla hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır
21. Həmin Məcəllənin 670.1-ci maddəsinə uyğun olaraq bağışlama hədiyyə verənin bəhrələnməsi ilə bağlı olmayan şərtlərin və öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər.
22. Göründüyü kimi əqdin etibarlı sayılması üçün yuxarıda göstərilən şərtlərin olması mütləqdir. Həmin şərtlərə əməl edilməməsi əqdin etibarlılığını şübhə altına alır. Hazırkı mübahisə üzrə isə qeyd edilən müqavinin etibarlılığını şübhə altına alan belə bir hal müəyyən edilməmişdir.
23. Bundan başqa, əqdin etibarlıl ığı üçün onun bağlanmasında iştirak edən şəxslərin səlahiyyətli olması, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir.
24. İşin materiallarına əlavə edilmiş sənədlərdən aydın olur ki, mübahisəli daşınmaz əmlakla bağlı müqavilə bağlanarkən qanunvericiliyin tələblərinə tam əməl edilmişdir. Belə ki, mübahisə predmeti olan daşınmaz əmlaka dair əqd bağlanarkən tərəflər səlahiyyətli olmuş, onların iradə ifadəsi və onun bildirilməsinin vahidliyi mövcud olmuş, əqdin forma və məzmunu qanunvericiliyin tələblərinə müvafiq olmuşdur
25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
26. Həmin Məcəllənin 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin
27. Göründüyü kimi, qanunvericilik daşınmaz əşyalara dair bağlanacaq bağışlama müqaviləsinin formasının yazılı şəki ldə notariat qaydada təsdiqlənməklə bağlanılmalı olduğunu imperativ qaydada müəyyən edir. Bu mənada, hazırki mübahisə üzrə bağışlama müqaviləsinin forma tələbinə əməl edilmişdir. Bundan başqa, qanunvericilik bağışlama müqaviləsinin şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilməsinin və ya edilməməsinin mümkünlüyünü nəzərdə tutur. Mübahisələndirilən bağışlama müqaviləsinin məzmunundan isə görünür ki, həmin müqavilə şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilməmişdir.
28. Məhkəmə kollegiyası qeyd etmişdir ki, müqavilə forma baxımından bütün tələblərə əməl edilməklə bağlanmışdır, onun aldadılma nəticəsində bağlanması güclü və bir-biri ilə uzlaşan sübutlarla təsdiq olunmalıdır. Hazırki halda isə iddiaçının qardaşı ilə arasında digər məhkəmə mübahisəsinin ol ması həmin mübahisə üzrə hər hansı məhkəmə aktının qəbul edilməsi bağışlama müqaviləsinin qanunvericiliyin tələblərinə zidd olaraq aldadılma nəticəsində bağlanması kimi qənatə gəlməyə əsas vermir. Eyni zamanda əqdin aldadılma nəticəsində bağlanması halında etibarsızlığının mübahisələndirilməsi və eyni zamanda bağışlama müqaviləsinin bağlanması ilə bağlı qanunvericilyin tələblərini özündə ehtiva edən müvafiq müdasının dispozitiv şərtləri də hazırki halda ödənilməməklə müqavilənin etibarsızlığına səbəb ola biləcək hər hansı bir əsas müəyyən edilməmişdir.
29. Məhkəmə kollegiyası hesab etmişdir ki, mübahisələndirilən 14 fevral 2019-cu il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi üçün heç biri əsaslar mövcud deyildir və bununla bağlı bağışlama müqaviləsinin etibarsız hesab edilmə sinə dair hissədə iddia tələbi təmin edilmədiyindən həmin bağışlama müqaviləsinin doğurduğu hüquqi nəticənin (reyestrdən çıxarışın) ləğv edilməsi hissəsində, eləcə də 14 fevral 2019-cu il tarixdə ünvan 3-a dair bağlanmış həmin ünvanda yerləşən sahəsi 0.05465 ha torpaq sahəsinə dair icarə müqaviləsinin ləğv edilməsi hissədə də iddia tələbləri haqlı olaraq təmin edilməmişdir
30. Belə ki, Azərbaycan Respublikası MM-nin Həmin Məcəlləsinin 421-ci maddəsinə (“müqavilənin dəyişdirilməsi və ləğv edilməsi” adlanan 4-cü paraqrafı) əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəl lədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
31. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul e dilməsini xahiş etmişdir.
32. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
33. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
34. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri
35. MPM-in 407.2-ci maddəsinə əsa sən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
36. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməm əsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
37. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
38. Hazırkı kassasiya şikayətində iş üzrə iddiaçı apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq
39. Mülki Məcəllə
40. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.. (maddə 324.4)
41. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. (maddə 339.3)
42. Müqavilənin dəyişdirilməsi və l əğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. (maddə 421.1)
43. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. (maddə 421.2)
44. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. (maddə 421.3)
45. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.. (maddə 666.1)
46. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. (maddə 666.2)
47. Daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlaması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiq edildikdə et ibarlıdır. (maddə 668.1.1)
48. Bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. (maddə 670.1) Mülki Prossesual Məcəllə
49. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)
50. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)
51. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
52. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. (maddə 106.1)
53. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)
54. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)
55. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməs inin mövqeyi
56. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
57. Belə ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
58. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunm amalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
59. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3357/2020 nömrəli iş üzrə 12 mart 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.